Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-543/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkum olunmasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona bəraət verilməsinə dair cinayət işi ü zrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 1(002)90/2024 nömrəli (hakim: Mürsəlov Rufan Kamil oğlunun sədrliyi) hökmü ilə xx.xx.1980-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli olmaqla himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, ikinci qrup əlil, Şirvan Apellyasiya Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarı ilə CM-in 178.2.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkməmiş, xxx-də qeydiyyatda olmaqla xxx-də yaşayan Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun CM-in 127.2.3-cü maddəsi ilə 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 221.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, ona təyin olunmuş hazırkı cəzanın, CM-in 66.5-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılma cəzası ilə qismən toplanılmaqla Məhkum 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudl aşdırılması cəzasının təyin edilməsi, onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, əvvəlki cinayət işi üzrə tutulduğu 4 (dörd) gün və 28 noyabr 2023-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək həbsdə qaldığı 1 (bir) ay 28 (iyirmi səkkiz) gün – ümumilikdə 2 (iki) ay 4 (dörd) gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla (dörd ay səkkiz gün azadlığın məhdudlaşdırılması cəzası) hazırkı hökmlə təyin olunmuş vahid cəzadan çıxılması və ona qəti olaraq 3 (üç) il 1 (bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, onun üzərinə yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi və cəzasının əvvəlinin cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli 1(103)-1617/2024 nömrəli (hakimlər: Hüseynov Zaur Nazim oğlu (sədrliyi və məruzəsi ilə), Ələkbərov Əfqan Qəzənfər oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli hökmü qismən – Məhkum CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməsi hissəsində ləğv edilmiş, Məhkum CM-in 221.1ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmiş, hökmün məzmunundan CM-in 66.2-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, hökmlə Məhkum CM-in 127.2.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının CM-in 66.5-ci maddəsinə əsasən Şirvan Apelyasiya Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il müddətin ə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, ona 3 (üç) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, əvvəlki cinayət işi üzrə tutulduğu 4 (dörd) gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 1 (bir) ay 28 (iyirmi səkkiz) gün – ümumilikdə 2 (iki) ay 4 (dörd) gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla 4 ay 8 gün müddətin ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması müəyyən edilmiş, hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilir, ona görə ki, o, qərəzli xuliqanlıq hərəkətləri edərək, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Məhkum 7 iyul 2023-cü il tarixdə saat 20 radələrində x küçəsində yerləşən “x”ın inzibati binansının yaxınlığında olarkən Zərərçəkmiş şəxs ona yaxınlaşıb arvadı X ilə aralarında olan münasibətləri aydınlaşdırmaq istəyərkən heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs söyüb təhqir edərək, ətrafda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq gö stərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını pozaraq yumruqla Zərərçəkmiş şəxs sifət və baş nahiyyələrindən vurmaqla ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, sonuncuya baş beyinin yüngül dərəcəli əzilməsi ilə və baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah-təpə nahiyyələrinin hematoması, sol gözətrafı nahiyyəsinin hematoması, üst dodağın əzilmişcırılmış yarası, üst çənədə soldan bir ədəd dişin travmatik sınması ilə müşayiət edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Aşağı instansiya məhkəmələri isə yuxarıda qeyd olunan nəticələrə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığından və cinayət qanununun normaları düzgün tətbiq edilmədiyindən həmin hökm əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Təqsirləndirilən şəxs Məhkum tərəfindən CM-in 127.2.3 və 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələr i, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Lakin mübahisələndirilən yekun qərardan görünür ki, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq etmiş olduqları sübutların qiymətləndirilməsinə birtərəfli yanaşmış, bu səbəbdən də məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Göründüyü kimi, hadisənin baş verməsi zərərçəkmiş şəxsin deyil, təqsirləndirilən şəxsin qanunazidd hərəkətləri və davranışları nəticəsində olmuşdur. Məhkəmə kollegiyası isə ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə bağlı hərəkətlərin olmadığını deyərkən nəyi nəzərdə tutduqlarını göstərməmiş, ümumi sözlərdən istifadə edərək, gəld iyi nəticə işin faktiki halına uyğun olmamışdır. Halbuki, məhkəmə iclasında sübutların müqayisəli tədqiqi ilə Məhkum ictimai yer olan Lökbatan qəsəbəsi, x küçəsində cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarını qərəzli surətdə pozaraq, əvvəlcə Şahid1 ilə ucadan mübahisə edərək onun saçından tutub yolmağa başlamış, bundan sonra həmin yerə gələn sonuncunun əri Zərərçəkmiş şəxs söyüb təhqir edərək onun sifət və baş nahiyyələrindən vurmaqla az ağır xəsarət yetirib ətrafa toplaşmış vətəndaşların qorxu və narahatçılıq hissinə səbəb olması müəyyən olunmuşdur. Göründüyü kimi, Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, təqsirləndiril ən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də məhkəmə-tibbi ekspertinin rəyi və iş materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə kollegiyası məhkum edilmiş şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hökmdə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Məhkum CM-in 127.2.3-cü maddəsi ilə təyin edilmiş cəzanın növünü və həddini onun islah olunması üçün yetərli hesab etmişdir. İşin hallarından görünür ki, məhkəmələr təqsirləndirilən şəxsə cəza müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmiş, həmin hallara forma l yanaşmışdır. İşin hallarından göründüyü kimi Məhkum Zərərçəkmiş şəxs müalicə və digər xərclər qismində müəyyən ödənişlər etsə də, sonuncu ilə barışıq əldə etməyə nail olmamış, Zərərçəkmiş şəxs şikayət və tələbini davam etdirməklə maddi tələbinin digər qisminin ödənilməsinə köməklik göstərməsini xahiş etmişdir. Bundan başqa məhkəmələr təqsirləndirilən şəxs Məhkum azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edərkən təqsirkarın şəxsiyyətini nəzərə aldığını göstərmişdir. Lakin işin faktiki hallarından göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs X və arvadı Şahid1 ilə faktiki olaraq ona aid olmayan məsələnin həllinə, yəni 2000 manat müqabilində əlillik sənədi düzəltməyə vəd verərək tanış olmuş, daha sonra əlil bir şəxsin arvadı Şahid1 ilə onu mənfi xarakterizə edən dig ər münasibətləri yaranmışdır. Qeyd edilən halları Məhkum şəxsiyyətinin mənfi xarakterizə edilməsinə əsas olsa da, məhkəmələr cəza təyin zamanı həmin hala formal olaraq yanaşmışdır. Bundan başqa, dövlət ittihamçısı apellyasiya protestində birinci instansiya məhkəməsinin qanuni qüvvədə olan Şirvan Apellyasiya Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarına dəyişiklik etdiyini qeyd etmişdir. Qaradağ Rayon Məhkəməsi 23 may 2024-cü il tarixli hökmündə, Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 25 yanvar 2024-cü il tarixli qərarına dəyişiklik etməklə Məhkum əvvəlki cinayət işi üzrə 28 noyabr 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək həbsdə qaldığı müddəti 1 ay 28 gün göstərib (1 gün artıq) hökmlə təyin edilmiş qəti cəzadan çıxmaqla cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli hökmünün ləğv edilib, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənil diyini bildirib, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının (hökmlərinin) ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə q ərarını (hökmünü) kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkuma əsassız olaraq CM-in 221.1-ci maddəsi ilə bəraət verildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, o cümlədən cəza təyini zamanı yanlışlığa yol verildiyi, təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət pros esi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət q anunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd edilən normaların tələbləri baxımından kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə qiymət verərək iş materiallarına əsasən müəyyən edir ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya protestində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hə r hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum əməlində CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olmaması barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin hökmlərindən görünür ki, Məhkum xuliqanlıq niyyətilə qəsdən zərərçəkmiş şəxsin sağlaml ığına az ağır zərər vurma ilə bağlı cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş və apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunla aid hissədə gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası protestin “məhkuma CM-in 221.1-ci maddəsi ilə bəraət verilməsinə” dair dəlillərini iş materialları ilə müqayisəli təhlil edib aşağıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, ci nayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəm iyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hə rəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənas ına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi m ənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümləd ən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranış ıdır”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Həmçinin, “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhi nə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmalında qeyd olunmuşdur ki, təsvir edilən normada (Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi) cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) halla r onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazımınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Kassasiya protestində göstərilənlərin əksinə olaraq, iş materiallarında həqiqətən Məhkum Zərərçəkmiş şəxs, qarşılıqlı şəxsi münaqişə zamanı sonuncunu xuliqanlıq niyyəti ilə yumruqla sifət və baş nahiyyələrindən vurması və bunun nəticəsində onun sağlamlığına az ağır zərər yetirilməsinə səbəb olmasını təsdiq edən və həmin xüsusatlar barədə məlumatları əks etdirən apellyasiya məhkəməsinin hökmündə sadalanan mötəbər sübutlar müəyyən olunmuşdur. Belə ki, cinayət işi üzrə toplanılmış materiallardan müəyyən olunur ki, Məhkum ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişənin Bakı şəhəri, xxx küçəs ində yerləşən “x”ın inzibati binasının yaxınlığında olarkən baş vermiş olması və həmin ərazinin ictimai yer olması əməlin, o cümlədən xuliqanlıq cinayəti kimi tövsif edilməsi üçün kifayət etmir. Eyni zamanda qeyd etmək lazımdır ki, Məhkum münasibətləri aydınlaşdırmaq istəyərkən heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs söyüb təhqir edərək, sonuncuya sifət və baş nahiyyələrindən sağlamlığa az ağır zərər vurmaya uyğun gələn xəsarətlər yetirməsi, həmin əməlin CM-in 127.2.3-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 221.1-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və bunu arzu etməlidir. Plenum qərarın da qeyd olunduğu kimi, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bu qeyd edilənlərlə yanaşı, iş üzrə dindirilmiş şəxslərin hər birinin ifadələrindən müəyyən olunur ki, hadisə baş verən yerdə təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs və şahiddən başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs ona yaxınlaşdıqdan sonra aralarında münaqişə başlamış və bu zaman təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə yumruq zərbələri vuraraq onu yerə yıxmış və bundan sonra əlavə hər hansı hərəkət etmədən, hətta həmin vaxt Şahid1 onun sifətinə bir zərbə vurmasına baxmayaraq münaqişəni davam etdirməmiş və dərhal hadisə yerindən çıxıb getmişdir. Tərəflər arası nda münaqişə başladıqdan qısa müddət sonra başa çatmışdır. Elan olunmuş ittihamda Məhkum ətrafdakı şəxslərə məhəl qoymadan bu cinayət əməlini törətməsi göstərilsə də, istintaq orqanı tərəfindən hadisə zamanı həqiqətən də orada hər hansı kənar şəxslərin olması müəyyən edilməmiş, həmin şəxslər müəyyən edilərək şahid qismində dindirilməmişdir. Kassasiya məhkəmə kollegiyası müəyyən olunanlara əsasən qeyd edir ki, Məhkum niyyəti məhz ictimai qaydanı pozmağa, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməyə yönəlməmiş, sadəcə zərərçəkmiş şəxsin sağlamlığa zərər vurmaya yönəlmişdir. Beləliklə də kassasiya məhkəmə kollegiyası, cinayət işi üzrə toplanılmış və araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Məhkum xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə həyat üçün təhlükəli olmayan az ağır zərər vurmaya aid edilən bədən xəsarətlərini yetirsə də, xuliqanlıq cinayətini törətməmiş, eləcə də, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməmişdir. Odur ki, Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CMin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Yuxarıda təsvir edilənlər məhkəmələr tərəfindən sübutların yoxlanılm asını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunduğunu göstərir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi və ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə bəraət verilməli olduğu barədə yekun nəticəyə gəlməyə imkan verir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya pro testində həmçinin məhkuma təyin edilmiş cəzanın yüngül olduğu iddia edilir və təyin edilmiş cəzanın ağırlaşdırılması xahiş edilir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübari zə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Belə ki, kassasiya protestinin dəlillərinə münasibətdə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Məhkum tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Məhkum qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Hətta, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə qanuni nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi Nümayəndə iştirakları ilə yazılı ərizə təqdim edərək təqdirləndirilən şəxs Məhkum ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Buna baxmayaraq, sonradan Zərərçəkmiş şəxs x x.xx.2024-cü il tarixdə məhkəməyə yenidən ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs Məhkum ona verdiyi vədə əməl etməyərək verməli olduğu 2000 manat pulu vermədiyini və buna görə də həmin pulun alınıb ona verilməsinə kömək göstərilməsini xahiş etmişdir. Odur ki, zərərçəkmiş şəxs əvvəlcə təqsirləndirilən şəxslə barışmasına və ona dəymiş zərərin tam ödənilməsini bildirməsinə baxmayaraq, onun sonradan əlavə maddi tələblər irəli sürməsi, hər bir halda təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən davranışlarının nəzərə alınmasına maneə olmur və məhkəmələri haqlı olaraq həmin halı cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmişdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiy i cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (törətdiyi əməlini etiraf edərək səmimi peşman olması, zərərçəkmiş şəxslə barışmağa real cəhdlər göstərməklə ona vurulmuş maddi və mənəvi ziyanlardan ödənişlər etməsi, daha sonra 16 aprel 2024-cü il tarixli məhkəmə iclasında daha 1500 manat ödəniş etməsi, ailəli olmaqla himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olması, ailədə yeganə qazanc gətirən şəxs olması və ikinci qrup əlil olmaqla hal-hazırda “ağciyərlərin fibroz-kovernoz vərəmi” diaqnozu ilə ağır xəstə olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olar aq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəzanın təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protesti ndə əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır azadlıqdan məhrum etmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-in 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, “məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Həmçinin kassasiya məhkəmə kollegiyası kassasiya protestinin “Qaradağ Rayon Məhkəməsi 23 may 2024-cü il tarixli hökmündə, Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 25 yanvar 2024-cü il tarixli qərarına dəyişiklik etməklə Məhkum əvvəlki cinayət işi üzrə 28 noyabr 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək həbsdə qaldığı müddəti 1 ay 28 gün göstərib hökmlə təyin edilmiş qəti cəzadan çıxmaqla cinayət qanunu normasını düzgün tətbiq etməməsi” barədə dəlili ilə razılaşır, lakin bu dəlilə münasibətdə qeyd edir ki, CPM-in 518-ci maddəsinə əsasən bu pozuntunun apellyasiya məhkəmə kollegiyası tərəfindən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı anlaşılmazlığın həll edilməsi ilə aradan qaldırılması mümkündür. Belə ki, hökmdə və məhkəmənin digər yekun qərarında şübhələr və anlaş ılmazlıqlar məhkəmənin qeyd olunan aktlarında həm çatışmazlıqlarla, həm də hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıldıqdan sonra şəraitin dəyişməsi ilə bağlı ola bilər. Həmin şübhələr və anlaşılmazlıqlara hökmdə cəzanın həddinin dəqiq müəyyən edilməməsini aid etmək mümkündür. CPM-in şərh olunan maddəsinə görə, hökmdə və ya məhkəmənin digər yekun qərarında onların icrası zamanı yaranan şübhə və anlaşılmazlıqlar məhkumun və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, yaxud məhkəmənin öz təşəbbüsü ilə aradan qaldırılmalıdır. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya protestinin bu dəlilini apellyasiya instansiyası məhkəməsini n hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsi üçün yetərli hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və məhkumun məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkum olunmasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli hökmü verilmiş kassas
Məhkəmə qərarları › İş №1(102)-543/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-543/2025
18.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver