Məhkəmə qərarları › İş №1(102)-555/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-555/2025

18.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-555/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Həsənov Mirzə Nəcəf oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsin in 30 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.2, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmü ilə (hakimlər Həsənzadə İradə Xəlil qızı (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) Məhkum, 4 iyul1992-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməs inin 3 aprel 2018-ci il tarixli hökmü ilə CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 69.3-cü maddəsinə əsasən isə məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü ilə CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə, CM-in 66.5-ci maddəsinə əsasən isə həmin cəza Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3 aprel 2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində qeydiyyatda olmuş, CM-in 178.2.2, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-in 181.2.2 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə həmin cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Belə ki, Məhkum etibardan suiistifadə və aldatma yolu ilə zərər çəkmiş şəxslərə ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq, özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində isti fadə olunan əşya tətbiq edərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə bağlı basqın, yəni təkrarən quldurluq etmişdir. Belə ki, Məhkum 2016-cı il dekabrın 22-də özünü X kimi təqdim edib internetdə elan verən X31 zəng vuraraq sonuncunun satdığı «Canon60b-18-200» markalı fotoaparatı alacağı adı ilə həmin tarixdə saat 2030 radələrində göstərilən şəxslə Bakı şəhəri Binəqədi rayonunun ərazisindəki Ayna Sultanova heykəlinin yanında görüşmüş və fotoaparatı 800 manata alması barədə razılaşmış, taksi avtomaşını ilə gəldikləri Bakı-Mərdəkan şose yolunun Bakı şəhəri Xəzər rayonunun Qala qəsəbəsi döngəsinin yaxınlığındakı «Rahat» marketin qarşısında düşüb pulu dostundan götürəcəyini vəd edərək X32 orada gözləməsinə inandırmış, etibarından sui-istifadə etmə v ə aldatma yolu ilə özgənin əmlakı olan 800 manat dəyərində qeyd edilən fotoaparatı ələ keçirib zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum 2016-cı il dekabrın 25-də internetdə elan verən X12 zəng vurub həmin şəxsin satdığı «Canon EOS 60 D, DS126251» modelli fotoaparatı alıb dəyərini qısa müddət ərzində ödəyəcəyi adı ilə 2016-cı il dekabrın 27-də saat 21 radələrində Bakı şəhəri Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yerləşən «Kaktus» restoranının yaxınlığındakı Azərbaycan Texniki Universitetinin yataqxanasının qarşısında X9 X6 göndərdiyi 1.050 manat dəyərində bir ədəd «Canon EOS 60 D, DS126251» modelli fotoaparatı, komplektinə daxil edilən parça qabı, fotoobyektiv və enerji dolduran bloku ilə birlikdə sonuncudan götürməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Məhkum 2017-ci il fevralın 11-də internetdə elan verən X13 zəng vurub göstərilən şəxsin satdığı aksessuarları ilə bərabər Leica V-Lux2» markalı fotoaparatı alıb dəyərini qısa müddət ərzində ödəyəcəyi adı ilə 2017-ci il fevralın 11-də saat 1230 radələrində Bakı şəhəri Yasamal rayonunun ərazisindəki Bakı Dövlət Universitetinin qarşısında sonuncunun bacısı X10 950 manat dəyərində həmin fotoaparatı aksessuarları ilə birlikdə göndərdiyi tanışı X25 vasitəsi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra Məhkum 2017-ci il fevralın 10-da internetdə elan verən X3 zəng vurub göstərilən şəxsin satdığı aksessuarları ilə bərabər «Canon EOS 650D» markalı fotoaparatı alıb dəyərini qısa müddət ərzində ödəyəcəyi adı ilə 2017-ci il fevralın 11-də saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 16 ünvanında yerləşən «Yenilik» kiçik müəssisəsinə məxsus şirniyyat və isti içkilər köşkündə X2 990 manat dəyərində həmin fotoaparatı aksessuarları ilə birlikdə göndərdiyi tanışı X25 vasitəsi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2017-ci il mayın 9-da saat 21 radələrində Bakı şəhəri Xəzər rayonunun Qala qəsəbəsində yerləşən qəbiristanlığın içərisində hücuma mə ruz qalmış X26 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə bağlı silah qismində istifadə etdiyi bıçağı və beşbarmağı tətbiq edəcəyi hədəsi ilə basqın edib sonuncuya məxsus 400 manat dəyərində «Canon» markalı fotoaparatı, 600 manat dəyərində üzərində cinkartı ilə bərabər “HTC” markalı mobil telefon aparatı və 50 manat pulu, yəni ümumilikdə zərər çəkmiş şəxsin 1.050 manat dəyərində əmlakını ələ keçirməklə təkrarən quldurluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini III dərəcəli dövlət ədliyyə müşaviri X17 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlq ar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 28 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, hökm dəyişdirilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Məhkum həmin hökmlə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegi yasının (hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 9 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, qərar isə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsası ilə ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmuşdur. Birinci instansiya məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri H.V.Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə təkrarən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Qasımov Faiq Ad il oğlundan ibarət tərkibdə) 14 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, hökm dəyişdirilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və ona təyin edilmiş cəzanın yüngüll əşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək həmin şikayətini belə əsaslandırmışdır, o, valideynlərini itirdikdən sonra ona həyatında düz yol göstərən olmamış və bu səbəbdən də o, təqsirli bilindiyi cinayətləri törətmişdəir. Lakin, sonradan o, bu cinayətləri törətdiyinə görə peşman olmuş, həmçinin cəzaçəkmə müəssisəsində təyin olunmuş cəzanın çox hissəsini çəkərkən rejim qaydalarının pozulmasına yol verməmiş, eyni zamanda zərər çəkmiş şəxslərə vurulmuş zərəri tam ödəməklə onlarla barışıq əldə etmiş, bu hallar da sonuncuların verdikləri və notarial qaydada təsdiq olunmuş ərizələri ilə sübuta yetirilir. Bütün bu halları cəzanı yüngülləşdirən hal hesab edər ək onların nəzərə alınmalı olmasını iddia edən Məhkum ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum 28 oktyabr 2024-cü il tarixli ərizə ilə Ali Məhkəməyə müraciət edərək həmin şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, zərər çəkmiş şəxslər X34, X24, X30, X5 və X35 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı müdafiəçi M.N.Həsənovun və dövlət ittihamçısı H.B.İmranovun rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxslər X34ün, X24ün, X30un, X5in və X35iın iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsinin 14 noyabr 2024-cü il tarixli qərarından verdiyi həmin şikayətində cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan ona həddindən artıq ağır cəzanın təyin olunmasını iddia edərək həmin cə zanın yüngülləşdirilməsi haqqında qərarın qəbul olunmasına dair tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-in 419.1-ci maddəsinə əsasən, ka ssasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiy a instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyiş iklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qəra rlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası kassasiya müraciətlərinə cavab verilməsi üçün vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsv ir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, habelə bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi, onlara vurulmuş zərərin ödənilməsi üçün cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini də nəzərdə tutur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, həmin şikayətin məzmununa görə, Məhkum öz müraciətində onun barəsindəki cinayət işi üzrə sübutların natamam araşdırılmasını, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun CM-in 178.2.2, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübahisələndirmir və apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyini ilə bağlı onun barəsində qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktının qəbul edilməsini iddia edir. Buna görə də məhkəmə kollegiyası Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyinin sübuta yetir ilib-yetirilməməsini və həmin əməllərinin hüquqi tövsifi barədə məsələlərin müzakirə edilməsini zəruri hesab etmir, məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar isə vurğulamağı lazım bilir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prin sipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsi yələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsind ə bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə tə yin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yan aşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 349.5-ci maddəsinin tələblərinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətl iyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin cinayət törətmiş şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkum ları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. " Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şərai tinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rol u və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərar ın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Qanunvericiliyin yuxarıda şərh edilən normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında əksini tapmış tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum təqsirli bilindiyi 178.2.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, CM-in 1 81.2.2 və 181.2.5-ci maddələrinin sanksiyasında isə səkkiz ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İlk növbədə cəza təyini məsələsini həll etmiş birinci instansiya məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmündən göründüyü kimi, məhkəmə Məhkum həmin maddələrin sanksiyaları həddində, yəni CM-in 178.2.2-ci maddəsi ilə - 3 (üç) il müddətə, CM-in 181.2.2 və 181.2.5-ci maddələri ilə ən aşağı həddə, yəni 8 (səkkiz) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə həmin cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkum olunmuş şəxsiyyətini, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, o cümlədən CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi məhkum olunmuş şəxsin törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, habelə CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış, lakin bu zaman CM-in 66.5-ci maddəsinin tələblərinə riayət etməyərək nəzərə almamışdır ki, Məhkum təqsirli bilindiyi cinayətləri törətdikdən sonra başqa dələduzluq cinayət əməllərini törətdiyinə görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü ilə CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hökmdən verilmiş apellyasiya protestinə əsasən təkrarən işə baxaraq mübahisələndirilən 14 noyabr 2022-ci il tarixli qərarı qəbul edərkən Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqi ilə bağlı yol verilmiş bu pozuntunu aradan qaldırmış və CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq Məhkum həmin məhkəmənin 30 iyul 2018-ci il tarixli və Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmləri ilə təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, məhkəmə kollegiyasının qənaətinə görə bu zaman ədalətsizliyə və hər hansı qanun pozuntusuna yol verməmiş, məhkəmənin gəldiyi nəticə isə həm qanunvericiliyin tələblərinə, həm də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenum Qərarlarındakı izah və tövsiyə lərə uyğun olmuşdur. Məhkum kassasiya şikayətində zərər çəkmiş şəxslərə vurulmuş zərəri ödəməsini bildirərək həmin halın sonuncular tərəfindən notarial qaydada təsdiq olunmuş ərizələrə əsasən müəyyən edilməsini iddia etsə də, məhkəmə kollegiyası həmin ərizələri nəzərdən keçirərək onların məzmununun kassasiya şikayətində irəli sürülmüş dəlillərə uyğun olmamasını müəyyən etmişdir. Belə ki, zərər çəkmiş şəxslər X10nin 24 avqust 2024-cü il tarixli, X31in 19 avqust 2024-cü il tarixli, X2nin 14 sentyabr 2024-cü il tarixli ərizələrin məzmunlarından görünür ki, onlar notarial qaydada təsdiq olunmuş həmin ərizələrində Məhkum qarşı heç bir şikayətlərinin, iddialarının və tələblərinin olmamasını bildirmiş, lakin, kassasiya şikayətində göstərildiyi kimi, onlara vurulmuş ziyanın Məhkum tərəfindən tam v ə ya qismən ödənilməsini, sonuncu ilə barışığın əldə edilməsini göstərmədiklərindən məhkəmə kollegiyası bu ərizələrdə göstərilmiş halların CM-in 59.1.12-59.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması üçün əsaslar görmür və yalnız CM-in 59.2-ci maddəsinə əsasən ərizədə göstərilən halların cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməsini mümkün bilir, lakin bu hallara görə məhkum olunmuş şəxsə istər təqsirli bilindiyi ayrı-ayrı maddələrlə, istərsə də cinayətlərin məcmusu üzrə cəzaların yüngülləşdirilməsini məqsədə uyğun hesab etmir. Öz qənaətini isə məhkəmə kollegiyası belə əsaslandırır ki, əvvəla Məhkum onun təqsirli bilindiyi CM-in 181.2.2 və 181.2.5-ci maddələri ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddind ə - 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və birinci instansiya məhkəməsi həmin cəzaya CM-in 178.2.2ci maddəsi ilə təyin olunmuş cəzanı, apellyasiya instansiyası məhkəməsi isə sonra CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş qəti cəzanı – 9 (doqquz) il müddətə azadlıqdan cəzasını ona əvvəlki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla ağlabatan hədləri aşmamış və hər iki məhkəmə öz nəticələrini kifayət qədər əsaslandırmışlar. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Məhkum beş şəxsə qarşı cinayət əməli törətdiyini görə onların hamısı - X34, X24, X30, X5 və X35 zərər çəkmiş şəxs qismində tanınmış, lakin onlardan X9 və X26 nəinki onlara vurulmuş ziyanın Məhkum tərəfindən ödənilməsi və onunla barışığın əldə edilməsi, hətta ona qarşı heç bi r şikayətlərinin, iddialarının və tələblərinin olmaması barədə də ərizə ilə müraciət etməmiş və sonuncuların belə ərizələri kassasiya şikayətinə əlavə olunmamışdır. Bütün təsvir edilənlərdən belə nəticə hasil olur, zərər çəkmiş şəxslərə vurduğu ziyanın ödənilməsi barədə Məhkum dəlilləri mötəbər sübutlarla təsdiq olunmadığından bu dəlillər onun kassasiya şikayətində irəli sürdüyü tələbin təmin olunması üçün əsas yaratmır. Məhkəmə kollegiyası onu da vurğulayır ki, hazırki cinayət işinə istər apellyasiya, istərsə də kassasiya şikayətinə məhkəmə baxışları zamanı cəzanın növünə və həddinə təsir göstərə biləcək digər hallar iş materialları ilə müəyyən edilməmiş, məhkum özü də kassasiya şikayətində, CPM-in 139.0.5-ci maddəsinin tələb etdiyi kimi, müvafiq sübutlarla təsdiq olunan belə hallara isti nad etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə, kassasiya müraciətinə baxılması zamanı məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi mümkünlüyü o halda nəzərdən keçirilə bilər ki, təqsirkara cəza təyin etmiş birinci və ya apellyasiya instansiyası məhkəməsi bu məsələni həll edərkən iş üzrə müvafiq sübutlarla təsdiq olunan hər hansı cəzanı yüngülləşdirən halı nəzər almasın, yaxud da CM-in 61.1-ci maddəsində nəzərdə tutulmamış halı cəzanı ağırlaşdıran hal kimi qiymətləndirərək bu halı nəzərə almış olsun. O, ki qaldı zərər çəkmiş şəxslər X10nun, X31in və X2nin ərizələrində göstərdikləri halların yalnız CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməsi mümkünlüyünə, məhkəmə kollegiyası bu halların mövcudluğunda da Məhkum təyin olunmu ş cəzaların yüngülləşdiriməsini məqsədə uyğun hesab etmir, çünki bunun üçün ilk növbədə məhkum olunmuş şəxsin barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona CM-in 181.2.2 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə cəza təyin olunmalı, sonra isə CM-in 66.3 və 66.5-ci maddələrinin tələblərinə uyğun olaraq onun çəkməli olduğu qəti cəzaların müddətləri müəyyən edilməlidir. Qeyd olunan qayda üzrə cəzanın təyin edilməsi isə CM-in 62-ci maddəsinin tələblərindən irəli gəlir və bu maddənin tətbiqi üçün iş üzrə törədilmiş cinayətin ictimai təhlükəliliyini azaldan, yaxud da məhkum olunmuş şəxsin ictimai təhlükəli olmaması barədə nəticəyə gəlməyə əsas verən müstəsna hallar müəyyən edilməlidir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin m əqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edil miş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüöz lüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hal lar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Hazırki iş üzrə cəza təyin etməyə dair sübutların təhlili məhkəmə kollegiyasına bu sübutlarla müəyyən edilmiş halların müstəsna xarakter daşıması barədə fikir yürütməyə, nəticə etibarı ilə isə Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün heç bir əsas vermir. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası onu da vurğulamağı zəruri bilir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi birinci – 28 yanvar 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası da həmin şikayətə baxılmasını nəticələrinə dair qəbul etdiyi 9 iyun 2022-ci il tarixli qərarında Məhkum istər onun təqsirli bilindiyi ayrı-ayrı maddələrlə, istərsə də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzalara münasibətini bildirərək həmin cəzaları qanuni və ədalətli hesab etmiş və yalnız bir əsasla – apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanunu normasının (CM-in 66.5-ci maddəsinin) düzgün tətbiq edilməməsi əs ası ilə həmin qərarı ləğv edərək işin yeni apellyasiya baxışına təyin olunmasını məqsədə uyğun hesab etmişdir. Bütün təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini qeyd edərək və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi M.N.Həsənovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 178.2.2, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən s axlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar