Məhkəmə qərarları › İş №1(102)-564/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-564/2020

15.09.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-564/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Cinayət məsuliyyətindən azad edilmiş şəxsin qanuni nümayəndəsi, Müdafiəçi - Sumqayıt şəhər Vəkil Bürosunun vəkili Abbasov Qoşqar Məcid oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olduğundan cinayət məsuliyyətindən azad edilmiş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi X6 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən hakim M.A.Xankişiyev, hakimlər R.A.Əliyev və F.Ə.Qəniyevdən ibarət tərkibdə) xx xxxxxxx 1977-ci il tarixdə Qusar rayonu, Quxuroba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Qusar rayonu, Quxur-oba kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğundan cinayət məsuliyyətindən azad edilmiş və barəsində ümumi tipli psixatriya stasionarında məcburi müalicə təyin edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim V.C.Cəfərov, hakimlər F.G.Zeynallı və E.M.Əhmədovdan ibarət tərkibdə) xx xxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından Zərərçəkmiş şəxs nümayəndəsi X2 ilə birgə verdiyi kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən G.L.Rzayeva, hakimlər F.A.Kərimov və İ.M.Hacıqayıbovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən M.Ə.Rzayev, hakimlər N.R.Mövsümov və R.O.Əsgərovadan ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təm in edilməmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qeyd olunan qərarından Zərərçəkmiş şəxs nümayəndəsi X2 ilə birlikdə kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarına əsasən, Məhkum xx xxxxxx 2016-cı il tarixdə, saat 20 radələrində Qusar rayonu Quxur-oba kəndində anası Raifat Abdurzayevaya məxsus fərdi yaşayış evinin mətbəxində olarkən arvadı Zərərçəkmiş şəxs ona aid torpaq sahəsinin satılmasını təkid etməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2010-cu il təvəllüdlü azyaşlı qızı X4ün gözü qarşısında onlara xüsusi iztirab və əzab verdiyini dərk edərək xüsusi amansızlıqla arvadı Zərərçəkmiş şəxs əvvəl başından və bədəninin həyat üçün təhlükəli orqanlarından çoxsaylı yumruq-təpik zərbələri ilə vuraraq ona hər iki göz orbiti ətrafının, sağ almacıq nahiyyəsinin, sol qulaqdibi nahiyyəsinin, sol bazunun aşağı 1/3-nin arxa səthinin qançırları, burun kökünün üstünün əzilmiş yaraları, sol yanağın çarpaz şəklindəki və sol bazunun orta 1/3-nin arxa səthinin cızıqları formasında sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, burun kökünün üstünün əzilmiş yaraları ilə ifadə olunan hər iki əng sümüklərinin basılmış, burun sümüklərinin yerdəyişən sınıqları, sol Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların ön-lateral hissəsinin, İX və X qabırğa cisimlərinin arxa hissələrinin, sümük fraqmentlərinin yerdəyişməsi ilə sınıqları formasında sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid olun an xəsarətlər yetirmiş, onun zərbələrinin təsirindən yerə yıxılmış arvadını qəsdən öldürmək niyyətini başa çatdırmaq üçün mətbəxdən götürdüyü tiyəsinin uzunluğu 160 mm, eni 28 mm, dəstəyinin uzunluğu 120 mm olan və soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı bıçaqla bir dəfə onun kürək və bir dəfə bel nahiyyəsindən qəsdən vuraraq sonuncuya Vİİ qabırğaarası səviyyəsindəki qarın boşluğuna dəlib keçən dalağı zədələyən deşilmiş-kəsilmiş yarası formasında yetirilmə anında həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarət yetirmiş, lakin həmin vaxt hadisə yerinə gələn qardaşı X1 onun əlindən bıçağı alıb onu aralamaqla ona mane olduğundan və zərərçəkmişə vaxtında ixtisaslı tibbi yardım göstərildiyindən, öz iradəsindən asılı olmayan bu səbəblərə görə cinayət əməlini b aşa çatdıra bilməyərək, xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs nümayəndəsi X2 ilə birlikdə verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Məhkum barəsindəki qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, iş üzrə təyin olunmuş stasionar və təkrar stasionar məhkəmə-psixiatrik ekspertizaların rəylərinə əsasən Məhkum cinayət əməli törətdiyi zaman anlaqsız hesab edilərək barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə məsləhət görülmüşdür. Bundan fərqli olaraq, iş üzrə keçirilmiş təkrar kompeks məhkəmə-psixiatrik eksperizanın rəyinə əsasən Məhkum anlaqsız hesab edilərək barəsində İxtisaslaşdırılmış Psixiatriya Stas ionarında məcburi müalicə məsləhət görülmüşdür. Buna baxmayaraq məhkəmələr ilk iki ekspertizaların rəylərinə əsaslanaraq Məhkum barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə tədbirlərinin təyin edilməsi barədə qərarlar vermiş, məhz bu səbəbdən kassasiya məhkəməsi tərəfindən həmin qərar ləğv olunaraq iş yeni apelyasiya baxışına təyin edilmişdir. Təkrar apellyasiya baxışı zamanı iş üzrə təkrar ambulator-məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və xx.xx.2019-cu il tarixli rəyə əsasən Məhkum anlaqsız hesab olunmaqla barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli tədbirlərin tətbiq edilməsi məsləhət görülmüşdür. Ekspert bunu belə izah etməyə çalışmışdır ki, Məhkum xx.xx.2017-ci il tarixdən hal-hazıradək 1 nömrəli Psixiatriya Xəstə xanasının Ümumi Tipli Psixiatriya Stasionarında məcburi müalicədədir, müalicə nəticəsində psixi vəziyyətində nisbi yaxşılaşma qeyd olunmuş, sayıqlama fikirlərinin aktuallığı azalmış, hallüsinasiyaların intensivliyi zəifləmişdir. Göründüyü kimi ekspert Məhkum hazırki durumunu ümumi sözlərlə ifadə etmiş, bu isə iş üzrə keçirilmiş kompleks ekspertizanın rəyini inkar edilməsi üçün kifayət hesab oluna bilməz. Beləliklə də, məhkəmə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarını ləğv edərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi Q.M.Abbasov çıxış edə rək qeyd etdi ki, hüquqlarını müdafiə etdiyi Məhkum barəsində keçirilmiş ekspertiza rəyinə əsasən onun ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə təyin edilməsi məsləhət görülmüşdür. Müvafiq rəyi vermiş ekspert qanunvericiliyin tələbinə əsasən verdiyi rəyə görə məsuliyyət daşıyır. Odur ki, zərərçəkmiş şəxsin kassasiya şikayətinin əsassız olduğunu bildirib şikayətin təmin olunmamasını xahiş etdi. Daha sonra kassasiya məhkəmə baxışında çıxış edən cinayət məsuliyyətindən azad edilmiş Məhkumun qanuni nümayəndəsi müdafiəçinin qeyd etdiyi xüsusatlarla razılaşdığını bildirib kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsind ə dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayəti barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmi n maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin nümayəndəsi ilə birlikdə verilmiş kassasiya şikayətində Məhkum təyin edilmiş ümumi tipli psixiatriya stasionarında məcburi müalicənin əsassız olduğu, barəsində keçirilmiş ekspertiza rəyinə əsasən onun ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicəyə təyin edilməli olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, Məhkum qanuni nümayəndəsinin və müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilib-edilməməsinin məhkəmənin mülahizəsinə buraxılması barədə çıxışlarını dinləyər ək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cinayət işi materiallarında olan stasionar məhkəmə-psixatrik ekspertizasının xx xxxxxx 2016-cı il tarixli, 152 saylı rəyindən görünür ki, Məhkum şizofreniya paranoid forma xroniki psixi xəstəlik müəyyən edilir. Bu diaqnostik anamnestik məlumatlar, olan tibb sənədlər (iki ildir ki, psixi vəziyyətində dəyişiklik yaranması, özünü qeyri-adekvat aparması, şübhə hissə keçirməsi, təcrid olunaraq öz aləminə qapanması, gecələr yata bilməməsi, həkim-psixiatr tərəfindən müalicə olunması) və hal-hazırki psixatrik müayinənin nəticələri, təfəkkürün müfəssəliyi, paraloji, autik olması, mün asibət, zəhərləmə sayıqlama fikirlərin qeyd edilməsi, gələcək aqibətinə biganə yanaşması, öz vəziyyətinə və situasiyaya qarşı tənqidi münasibətin olmaması, təkliyə meyilliliyi, özünə qapanmış vəziyyətdə olması, ətrafda olan hadisələrə biganəliyi, şübhə hissləri keçirməsi və s.) sübut edir. Cinayət əməlini törətdiyi zaman Məhkum onda müəyyən edilən xroniki psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Məhkum ona ittiham olunan əməl barəsində anlaqsız hesab olunmalıdır. Məhkum əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Məhkum hazırki psixi vəziyyətini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Cinayət işinin materiallarında olan təkrar stasionar məhkəmə-psixatrik ekspertizasının xx xxxxxx 2017-ci il tarixli, 07 saylı rəyindən görünür ki, Məhkum “Şizofreniya Paranoid Forma” xroniki psixi xəstəlik müəyyən edilir. Bunu cinayət işi materialları (iki il ərzində onda yaranmış psixi pozuntulara görə (kəskin psixoproduktiv simptomlar) Quba şəhərində həkim psixiatr tərəfindən müayinə olunmuş və onun təyin edilən dərman preparatlarını uzun müddət ev şəraitində qəbul etməsi, 2014-2016-cı illər ərzində dəfələrlə həkim-psixiatra müraciət etməsi, psixi vəziyyətinə müvafiq olaraq müal icə olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. Cinayət əməlini törətdiyi zaman yoxlanılan şəxs Məhkum psixotik vəziyyətdə olarkən, münasibət, təqib, zəhərlənmə, sayıqlama fikirləri nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Məhkum ona ittiham olunan əməl barəsində ANLAQSİZ hesab olunmalıdır. Məhkum əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. O, hal-hazırda da düçar olduğu “Şizofreniya Paranoid Forma” xroniki psixi xəstəlikdən əzab çəkdiyinə görə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Yoxlanılan şəxs halhazırda psixotik vəziyyətdədir, onun müalicəyə ehtiyacı var. Məhkum hazırki psixi vəziyyətini nəzərə al araq, onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Daha sonra, cinayət işinin materiallarında olan təkrar kompleks məhkəmə-psixatrik ekspertizasının xx.xx.2017-ci il tarixli 51 saylı rəyinə əsasən təqsirləndirilən şəxs Məhkum cinayət əməli törətdiyi dövrdə “Şizofreniya Paranoid Forma” xroniki psixi xəstəliyi qeyd olunmuşdur. Məhkum müəyyən olunan xroniki psixi xəstəliyin əlamətləri «Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin Beynəlxalq Statistik Təsnifatı»nda (10-cu baxış) göstərilən kriterilərə tam uyğun gəlir və onda aşkar olunan xəstəlik əlamətlərinin simulyasiya xarakterli olmasına əsaslar aşkar olunmur. Məhkum təsvi r olunan cinayət əməlini törədərkən onda qeyd olunan “Şizofreniya Paranoid Forma” xroniki psixi xəstəliyinə xas olan psixotik vəziyyətdə olmuşdur və həmin xəstəliyin əlamətlərinin təsiri nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamış, bu səbəbdən də törətdiyi əməl barəsində ANLAQSİZ olması barədə nəticə çıxarmaq mümkündür. Məhkum qeyd olunan “Şizofreniya Paranoid Forma” psixi xəstəliyi hal-hazırda da onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum edir. Onun hazırkı psixi vəziyyəti və keçirdiyi psixotik pozuntularla əlaqədar olan sosial təhlükəliliyi nəzərə alınaraq onun barəsində İxtisaslaşdırılmış Psixatriya Stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir lərin tətbiq edilməsi məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş təkrar ambulator-məhkəmə psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 1103 saylı rəyinə əsasən təqsirləndirilən şəxs Məhkum şizofreniya paranoid forma xroniki psixi xəstəliyi müəyyən edilir. Anamnestik məlumatlara əsasən 2013-cü ildə A.M.Abdurzayevin psiki vəziyyətində dəyişikliklər meydana çıxmış, psixi pozuntu əlamətləri inkişaf etmiş və bununla əlaqədar 2014-2016-cı illərdə həkim-psixiatr tərəfindən ev şəraitində müalicə olunmuşdur. Cinayət işində təqdim olunmuş reseptlərə əsasən xəstəliyinin əvvəlindən onda psixotik əlamətlərin (sayıqlama və hallüsinasiyalar) mövcud olması, təyin edilmiş antipsixotik preparatlarla müalicəyə baxmayaraq periodik olaraq psixi pozuntuların kəskinləşməsi (psixi xəst əliyinin kəskinləşdiyi dövrdə özünə qəsd etməsi), psixi vəziyyətində nisbi yaxşılaşma və kəskin pisləşmə vəziyyətlərinin növbələşməsi qeyd olunmuşdur. X10 cinayət əməli törədərkən “Şizofreniya Paranoid Forma” xroniki psixi xəstəliyindən əziyyət çəkmiş, təsvir olunan cinayət əməlini törədərkən onda qeyd olunan "Şizofreniya Paranoid Forma” xroniki psixi xəstəliyinə xas olan psixotik vəziyyətdə olmuşdur. Məhkum həmin xəstəliyin əlamətlərinin təsiri nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək, onları idarə etmək iqtidarında olmamış, bu səbəbdən də törətdiyi əməl barəsində ANLAQSİZ hesab olunmalıdır. Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac vardır. xx.xx.2017-ci il tarixdən hal-hazıradək Məhkum “Şizofreniya Paranoid Forma” diaqnozu ilə 1 nömrəli Resp ublika Psixiatriya Xəstəxanasının Ümumi Tipli Psixiatriyta Stasionarında məcburi müalicədədir, müalicə nəticəsində psixi vəziyyətində nisbi yaxşılaşma qeyd olunmuş, sayıqlama fikirlərinin aktuallığı azalmış, hallüsinasiyaların intensivliyi zəifləmişdir. Məhkum stasionar şəraitdə müalicəyə ehtiyacı olsa da, onun hazırki psixi vəziyyəti daimi müşahidə tələb etmir. Onun hazırkı psixi vəziyyəti nəzərə alınaraq onun barəsində Ümumi Tipli Psixiatriya Stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali-Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, şübhəli, təqsirləndirilən şəxsə və məhkuma əvvəllər psix i pozuntu diaqnozu qoyulması, psixiatrik kömək göstərilməsi, psixiatrik stasionarına yerləşdirilməsi, başqa cinayət işi üzrə anlaqsız hesab edilməsi, psixi vəziyyətinə görə hərbi xidmətə yararsız hesab edilməsi, psixi inkişafı zəif və məhdud olan şəxslər üçün məktəblərdə təhsil alması, əvvəllər kəllə-beyin travması alması, habelə mümkün psixi pozuntunun mövcudluğuna dəlalət edən hərəkətlərindəki və ifadələrindəki qəribəliklər, özünün psixi nigarançılığı barədə şəxsi mülahizələri və s. belə şübhələr olduqda CPM-nin 140.0.2-ci maddəsinə əsasən məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi və keçirilməsi vacibdir. Məhkəmə-psixiatrik ekspertizası təyin edilərkən ekspertlər qarşısında elə suallar qoymaq lazımdır ki, onların həlli cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli t örədən zaman və sonra şəxsin öz hərəkətlərinin (hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarında olub-olmamasını, psixi pozuntunun dərəcəsini və xarakterini, şəxsin özünə və ətrafdakılara qarşı təhlükəliliyini, yaxud onun başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyünü, daimi və intensiv müşahidə tələb edib-etməməsini, xəstəliyin ehtimal edilən müalicə müddətini, psixi pozuntunun tranzitor (qısa müddətli), yaxud xroniki olub-olmamasını, tibbi xarakterli məcburi tədbirlərin məhz hansı növünün tətbiqinin zəruriliyini və həmin şəxsin psixi pozuntusunun dərəcəsi və xarakteri nəzərə alınmaqla öz prosessual hüquqlarını şəxsən həyata keçirmək imkanında olmasını müəyyən etmək mümkün olsun. Həmin Qərarın 13-cü bəndində qeyd olunur ki, tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-nin 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. Cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiy a məhkəməsinin və apellyasiya məhkəməsinin qərarlarından görünür ki, hazırki iş üzrə dörd məhkəmə-psixiatrik ekspertizası keçirilmiş, bu ekspertizaların yalnız birində Məhkum barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin olunması məsləhət görülmüşdür. Təkrar kompleks məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2017-ci il tarixli 51 saylı həmin rəyinə əsasən Məhkum hazırkı psixi vəziyyəti və keçirdiyi psixotik pozuntularla əlaqədar olan sosial təhlükəliliyi nəzərə alınaraq onun barəsində İxtisaslaşdırılmış Psixatriya Stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. İşə baxan Sumqayıt Apellyasiya Məhkəməsi xx xxxxx 2018-ci il tarixli qərarında həmin ekspert komissiyasının Məhkum hazırkı psixi vəziyyəti və keçirdiyi psixotik pozuntularla əlaqədar olan sosial təhlükəliliyi nəzərə alınaraq onun barəsində İxtisaslaşdırılmış Psixatriya Stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi nəticəsini əsaslandırmadığı qənaətinə gəlmiş və həmin rəyi nəzərə almayaraq Məhkum barəsində Ümumi Tipli Psixiatriya Stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi qərarına gəlmişdir. İşə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılarkən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, rəylər arasındakı ziddiyyətləri aradan qaldırmadığı əsası ilə, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işi yenidən apellyasiya baxışına təyin etmişdir. İşə yenidən apellyasiya qaydasınd a baxılarkən apellyasiya məhkəmə kollegiyası tərəfindən “təkrar məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi barədə” qərar qəbul edilmiş, Məhkum psixi durumunun müəyyən edilməsi məqsədilə ekspertizanın qarşısında kifayət qədər ətraflı və dolğun suallar qoyulmuşdur. Həmçinin, ekspertizanı həyata keçirən ekspert qanunla müəyyən edilmiş qaydada verəcəyi rəyə görə məsuliyyət daşıması barədə xəbərdar olunmuşdur. Təkrar ambulator-məhkəmə psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 1103 saylı rəyinə əsasən, Məhkum hazırkı psixi vəziyyəti nəzərə alınaraq onun barəsində Ümumi Tipli Psixiatriya Stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülmüşdür. Kassasiya məhkəmə kollegiyası müvafiq ekspertiza rəylərini, birinci instansiya məhkəm əsi və apellyasiya məhkəməsinin qərarlarını, iş materiallarını kassasiya şikayətinin dəlilləri ilə yanaşı araşdırıb belə qənaətə gəlir ki, məhkəmələrin gəldiyi nəticə əsaslıdır və Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən ş əxs cinayət məsuliyyətinə cəlb edilmir. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə zərərçəkmiş şəxsin kassasiya şikayətində Məhkum barəsində İxtisaslaşdırılmış Psixatriya Stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi ilə bağlı göstərilən dəlillər zərərçəkmiş şəxsin mövqeyini heç cür əsaslandırmır, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni şübhə altına almağa əsas vermir. Kassasiya şikayətində elə bir dəlil göstərilməmişdir ki, apellyasiya məhkəməsinin qərarını və gəldiyi nəticəni şübhə altına alsın. Məhkəmə kollegiyası qeyd olunanla ra əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs nümayəndəsi X6 ilə birlikdə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs və nümayəndəsi X6 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olduğundan cinayət məsuliyyətindən azad edilmiş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs və nümayəndəsi X6 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar