Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-583/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Tərcüməçi – X2, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hacıyeva Pərvanə Vaqif qızının iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 177.2.2 və 180.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 1(124)-417/2024 nömrəli (hakimlər: Məmmədov Elçin Qüdrət oğlu (sədrlik edən), Hüseynli Nurəddin Nizami oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, rəsmi olaraq işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(009)31/2022 nömrəli hökmü ilə CM-in 177.1-ci maddəsi ilə təqsirl i bilinərək 1 (bir) il 6 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında (“Məzun evi" sosial xidmət müəssisəsi) yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 177.2.2 və 180.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun CM-in 120.1-ci maddəsi ilə 12 (on iki) il, CM-in 177.2.2-ci maddəsi ilə 2 (iki) il, CM-in 180.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaların qismən toplanılmaq yolu ilə Məhkum qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan mə hrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 20 avqust 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli 1(105)-571/2024 nömrəli (hakimlər: Rəhimov Elman Gülbaba oğlu (sədrliyi və məruzəsi ilə), Əhmədov Elman Məmməd oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, özgə əmlakını açıq talayıb soyğunçuluq etmiş, habelə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş və özgə əmlakını gizli olaraq təkrar talayıb oğurluq etmişdir. Belə ki, Məhkum xx.xx.2023-cü il tarixdə, səhər 11:00 radələrində Bakı şəhəri, xxxx “Bravo" supermarketin qarşısındakı meydançada piyada hər əkətdə olan Zərərçəkmiş şəxs1 bir neçə metr təqib etdikdən sonra arxadan yaxınlaşıb sonuncunun sağ əlində tutduğu, içərisində 520 (beş yüz iyirmi manat) AZN nağd pul olan pul kisəsini açıq talama yolu ilə ələ keçirib hadisə yerindən uzaqlaşmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Məhkum narkotik vasitə və psixotrop maddələrdən sistematik olaraq istifadə edərək opioid və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əziyyət çəkib, növbəti dəfə istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik vasitə və psixotrop maddəni xx.xx.2023-cü il tarixdə gecə radələrində qəbul etdikdən sonra qeyd olunan maddələrin təsiri altında ətraf ərazidə gəzərək "özünə gəlmək” və daha sonra yenidən istifadə məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etmək qərarına gəlib, yaşadığı ünvan 3 ünvanında (“Məzun evi” sosial xidmət müəssisəsi) yerləşən evindən çıxaraq Masazır kənd qəbiristanlığı istiqamətində piyada hərəkət edərkən həmin qəbiristanlığa yaxın, yolun kənarında, xxx küçəsində yerləşən kilidlənməmiş isifadəsiz köşkdə səs eşidib gecə 04:00 radələrində oraya daxil olmuş, köşkdə əvvəllər tanımadığı və heç bir münasibətinin olmadığı Zərərçəkmiş şəxs2 pivə qəbul etməsini görüb tanış olduqdan sonra sonuncu ilə birgə pivə içib, siqaret çəkib, təxminən 2 saata yaxın söhbət etməsinin ardından səhər 06:00 radələrində məhkumluq həyatından söz açılarkən Zərərçəkmiş şəxs2 ona söhbət əsnasında “üzdəniraq” deməsi və ona qarşı nalayiq sözlər işlətməsini öz şəxsiyyətini alçaldan ifadələr kimi dəyərləndirib, sonuncunun sifət nahiyəsinə yum ruqla zərbə endirməsinə cavab olaraq, Zərərçəkmiş şəxs2 köşkün içərisində, ölçüləri 40 x 65 sm olan qəhvəyi rəngli masanın qırıq taxta hissəsi ilə onun baş və ayaq nahiyəsinə zərbələr endirərək başın alın nahiyəsinin səthi əzilmiş - cızılmış yarası, sağ baldır, sağ ayaq üstü nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilməyən xəsarətləri yetirməsindən hiddətlənib, Zərərçəkmiş şəxs2 aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı anlaqlı vəziyyətdə qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə əvvəlcə həmin taxta hissəsini Zərərçəkmiş şəxs2 əlindən alıb sonuncunun baş nahiyəsinə zərbələr endirərək yerə yıxdıqdan sonra, köşkün içərisində, ölçüləri 29 x 15 x 19 sm olan, kənarları deformasiyaya uğramış, aç ıq sarı rəngli mişar daşı ilə də yerdə olan Zərərçəkmiş şəxs2 baş nahiyəsinə qəsdən zərbələr vurub, zərərçəkmişin aldığı açıq kəllə beyin travması, baş beyin əzilməsi, baş beynin qişaları altına və maddəsinə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı xəsarətlərindən ölümünə səbəb olan - açıq kəllə beyin travması, baş beyin əzilməsi, baş beynin qişaları altına və maddəsinə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sıyrığı kimi, ümumilikdə, canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa AĞİR zərərvurmaya aid; sol gicgah nahiyəsinin əzilmişcırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid; habelə alın nahiyəsinin, sol gözün üst və alt göz qapaqlarının, sol yanaq nahiyəsinin qançırları, sol gözaltı, sol almacıq nahiyələrinin və sol gözün bayır kənarının sıyrıqları kimi, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilməyən xəsarətlər yetirib Zərərçəkmiş şəxs2 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, bunun ardınca elə orada yaranmış fürsətdən tamah məqsədi ilə istifadə edib, hadisədən bir neçə gün əvvəl soyğunçuluq cinayəti törətməsinə baxmayaraq, zərərçəkmişin əynində olan şalvarın cibindən düşmüş, sonuncuya məxsus “Realme C11” markalı, “RMX3231" modelli, orta bazar qiyməti 110 AZN (yüz on manat) olan mobil telefonu götürüb, yəni özgə əmlakını gizli formada tək rar talayıb zərərçəkmişə 110 AZN maddi ziyan vuraraq oğurluq etməklə hadisə yerindən uzaqlaşmışdır. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 120.1, 177.2.2 və 180.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum vermiş olduğu kassasiya şikayəti ilə, qanunvericiliyin tələblərinə, cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə və onun ailə vəziyyətinə hüquqi qiymət verilməməklə, ümumiyyətlə əsaslı hallar əsassız yerə nəzərə alınmayaraq məhkəmələr tərəfindən barəsində ağır cəzanın təyin edildiyini bildirərək, apellyasiya məhkəməsinin qərarına təkrarən baxılmasını xahiş edir. Kas sasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, ailəli olduğunu, özünün və yoldaşının uşaq evində böyüdüyünü bildirib, ona verilən cəzanın azaldılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Hacıyeva Pərvanə Vaqif qızı çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun ol araq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü i l tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkum tərəfindən verilmiş kassasiya müraciətində ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıda göstərilənləri məqsədəmüvafiq hesab ed ir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas di qqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, la kin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi ü zrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Qeyd olunanlara əsasən də birinci instansiya və apellyasiya instansiyası məhkəmələri iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzər ə almış, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Halbuki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qəra rını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının məhkuma aid hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya ka ssasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 177.2.2 və 180.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-583/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-583/2025
25.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver