Məhkəmə qərarları › İş №1(102)-584/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-584/2024

11.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-584/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum, onun müdafiəçisi Bakı şəhər “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Bakı şəhəri 20 saylı Vəkil B ürosunun vəkili Müdafiəçi6 və Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2023-cü il tarixli, 1(106)-323/2023 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi5 tərəfindən ayrıayrılıqda, həmçinin Məhkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavələrə mahiyyəti üzrə baxaraq, aşağıda kı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum 30 avqust 1962-ci ildə Lerik rayonu, Bobla kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, məhkumluğu olmayan, cinayət törədilən vaxt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləmiş, Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Məhkum Təqsirləndirilən şəxs xx xxxx 1989-cu ildə Lerik rayonu, Haran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, cinayət törədilən vaxt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti şöbəsinin rəisi vəzifəsində işləmiş, Lerik rayonu, Haran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 1V, mənzil 83- də faktiki yaşamışdır.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum və Təqsirləndirilən şəxs məhkum edilmişlər ona görə ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Naz irliyinin strukturuna daxil edilməklə və müvafiq dövlət xidməti statusu almaqla “Zərərçəkmiş şəxs” adlandırılmış Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə 14 fevral 2019cu il tarixli, **********458500 nömrəli əmrlə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin rəhbəri, struktur dəyişikliyi ilə əlaqədar 07 avqust 2019-cu il tarixli **********017000 nömrəli əmrlə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin rəisi və 23 oktyabr 2019-cu il tarixli müvafiq struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergi lər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti şöbəsinin rəisi vəzifəsində işləyərkən 22 oktyabr 2019-cu il tarixli, **********270700 nömrəli əmrlə təsdiq edilmiş Ərazi Vergilər Baş İdarələrinin fəaliyyətini tənzimləyən Əsasnaməyə əsasən, keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlər görülməsini təmin etmək, vergi auditi sahəsi üzrə müvafiq struktur vahidindən daxil olmuş kənarlaşma aşkar edilən riskli vergi ödəyiciləri barədə məlumatların təkrar emal edilməsi və təkrar emal nəticəsində riskli olması təsdiqini tapan vergi ödəyiciləri barədə operativ nəzarət tədbirlərinin keçirilməsini təmin etmək, məlumat bazasında mövcud olan, həmçinin vergi orqanlarından, aidiyyəti dövlət orqanlarından və digər şəxslərdən daxil olmuş məlumatların təhlili nəticəsində müəyyən edilən vergidən yayınma ehtimalı olan riskli vergi ödəyicilərində vergi auditi sahəsi üzrə müvafiq struktur vahidi ilə razılaşdırılmaqla operativ vergi nəzarəti tədbirlərinin keçirilməsini təmin etmək, operativ vergi nəzarəti tədbiri keçirilərkən zəruri hallarda əlaqəli vergi ödəyicilərində bu tədbirlərin keçirilməsi barədə idarənin rəhbərliyinə təkliflər vermək, operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu halda Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinin tətbiqi məqsədləri üçün uçot strukturuna müvafiq məlumatın təqdim olunmasını təmin etmək, digər vergi orqanlarının səlahiyyətinə aid edilmiş vergi qanunvericiliyinin pozulması hallarının olması müəyyən edildiyi zaman həmin verg i orqanlarına məlumatın təqdim edilməsini təmin etmək, siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün iş üzrə toplanmış materialları hüquq strukturuna göndərmək, şöbə üzrə ciddi uçot blanklarının istifadə olunmasına nəzarət etmək, operativ vergi nəzarəti tədbirlərinin nəticələri haqqında tərtib edilmiş aktın nüsxəsini, yoxlamanın nəticəsi üzrə müvafiq qərar və tələbnaməni, habelə inzibati xəta haqqında protokolu və qərarı vergiödəyicisinə təqdim etmək (göndərmək), inzibati xəta haqqında protokol və qərar üzrə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, təqsirləndirilən şəxs Məhkum isə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməklə və müvafiq dövlət xidməti statusu almaqla “Zərərçəkmiş şəxs” adlandırılmış Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə 09 iyul 2019-cu il tarixli, **********889400 nömrəli əmrlə 6 saylı Ərazi Vergilər Departamentinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin böyük dövlət vergi müfəttişi və 23 oktyabr 2019-cu il tarixli müvafiq struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyərkən 22 oktyabr 2019-cu il tarixli, **********270700 nömrəli əmrlə təsdiq edilmiş Ərazi Vergilər Baş İdarələrinin fəaliyyətini tənzimləyən Əsasnaməyə əsasən, mikro və kiçik sahibkarlıq subyektlərinin uçot məlumatlarında dürüstləşdirilmənin aparılması, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması istiqamətində zəruri tədbirlər görmək, mikro və kiçik sahibkarlıq subyektlərinin uçot baza məlumatlarındakı fəaliyyət növü ilə faktiki fəaliyyət növl əri arasındakı uyğunsuzluqları müəyyən etmək və qanunamüvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti struktura müraciət etmək, mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən vergi və sığorta haqları üzrə ödənişlərinin tam və vaxtında həyata keçirilməsinə nəzarət etmək, mikro və kiçik sahibkarlıq subyektləri üzrə müşahidələr zamanı nəzarətkassa aparatlarını, postterminalları, ciddi hesabat blanklarını tətbiq etməyən vergi ödəyiciləri üzrə aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədi ilə vergi nəzarəti tədbirləri barədə rəhbərliyə təkliflər vermək, təsərrüfat subyektinin real potensialını, o cümlədən işçi sayı və əmək haqqı məbləğini müəyyən etmək və aşkar olunmuş nöqsanlar barədə rəhbərliyə təkliflər vermək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibat i-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 2020-ci ilin oktyabr ayının əvvələrində öz cinayətkar niyyətlərini həyata keçirmək üçün qabaqcadan əlbir olaraq birlikdə cinayətdən xəbərsiz Şahid9 adına açılmış ********** saylı VÖEN-lə Lənkəran şəhəri, X5 küçəsi 52 ünvanında fəaliyyət göstərən məişət və cehizlik əşyalar satışı mağazasında malların sayımını həyata keçirmişlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.8 və 58.8.2-ci maddələrinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən vergi ödəy icisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmaması pozuntusunu aşkar etdikdən sonra müvafiq struktur vahidi ilə razılaşdırılmaqla operativ vergi nəzarəti tədbirlərinin keçirilməsini təmin etməli olduqları halda qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkətsizlik, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni aşka r edilmiş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malik olan rəhbər vəzifəli şəxslərə məlumat verməməklə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməməsi müqabilində özləri üçün birbaşa yolla Məhkum vasitəsilə külli miqdarda maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini 2020-ci ilin oktyabr ayının ilk ongünlüyündə Şahid9 əri Şahid1 Lənkəran şəhəri, X5 küçəsi 52 ünvanında fəaliyyət göstərən mağazanın yaxınlığında rüşvət qismində qabaqcadan əlbir olaraq birlikdə istəyərək Şahid1 razılığını alıb, həmin niyyətlə 2020-ci ilin oktyabr ayının sonlarında həmin mağazanın yaxınlığında görüşərək özləri üçün birbaşa yolla maddi nemət olan və külli miqdar təşkil edən 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini Şahid1 rüşvət qismində alaraq öz aralarında bölməklə öz şəxsi ehtiyaclarına sərf edib, aldıqları rüşvət müqabilində vədlərinə əməl edərək uzun müddətdə həmin mağazada vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar müvafiq qaydada qəsdən məlumat verməyib onun fəaliyyətinə ümumi himayədarlıq və laqeydliyi həyata keçirməklə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməməsinə nail olmuşlar. Eyni cinayətkar niyyətlə öz qanunsuz əməllərini davam etdirərək 2021-ci ilin avqust ayının ortalarında birlikdə Şahid9 adına açılmış ********** saylı VÖEN-lə Lənkəran şəhəri, X5 küçəsi 52 ünvanında fəaliyyət göstərən həmin məişət və cehizlik əşyaların satışı mağazasında malların sayımını həyata keçirib Azərbaycan Respublikasının Ver gi Məcəlləsinin 58.8 və 58.8.2-ci maddələrinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmadığının, yəni əvvəlcədən rüşvət müqabilində şərait yaratdıqları pozuntuların eynilə davam etməsini müəyyən etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib, müvafiq struktur vahidi ilə razılaşdırılmaqla operativ vergi nəzarəti tədbirlərinin keçirilm əsini təmin etməli olduqları halda qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkətsizlik, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni aşkar edilmiş vergi qanunvericiliyinin pozulması halları ilə əlaqədar operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malik olan rəhbər vəzifəli şəxslərə məlumat verməməklə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməməsi müqabilində özləri üçün birbaşa yolla Məhkum vasitəsilə maddi nemət olan külli miqdar təşkil edən 12.000 (on iki min) manat məbləğində pul vəsaitini 2021-ci ilin avqust ayının ortalarında Şahid9 əri Şahid1 həmin mağazanın yaxınlığında rüşvət qismində birlikdə istəyərək Şahid1 razılığını alıb, həmin niyyətlə 2021-ci ilin avqust ayının ortalarında həmin mağazanın yaxınlığında sonuncu ilə görüşərək özləri üçün birbaşa yolla Məhkum vasitəsilə külli miqdarda maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitini Şahid1 rüşvət qismində alaraq öz aralarında bölüb öz şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkətsizlik, eləcə də xidmət üzrə ümumi himayədarlıq vəlaqeydlik müqabilində özləri üçün birbaşa yolla Məhkum vasitəsilə külli miqdarda maddi nemət olan cəmi 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini Şahid1 vahid niyyətlə rüşvət qismində istəməklə almış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikasının ve rgi qanunvericiliyinə riayət olunması, vergilərin ödənilməsi və yığılması qaydalarının, dövlət vergi orqanlarının vergitutma məsələləri ilə bağlı fəaliyyətinin obyektiv və şəffaf əsaslarla təmini, vergi ödəyicilərinin hüquq və vəzifələrinin gözlənilməsi və qorunması, vergi nəzarətinin prinsip, forma və metodlarına riayət edilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişlər.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X10 və X2 ibarət məhkəmə tərkibində) 28 fevral 2023-cü il tarixli, 1(099)-16/2023 nömrəli hökmü ilə CM-in 308.2, 311.3.1, 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Məhkum CM-in 308. 2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CMin 311.3.1 və 311.3.3-cü maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş əsas cəza əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılaraq, CMin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə Məhkum qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə t utma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 may 2022-ci il tarixdən hesablanması hökm edilmişdir.

5. Həmçinin, Təqsirləndirilən şəxs CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-in 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və y erli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılmaqla, CM-in 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

6. Hökmdən məhkum edilmiş şəxs Məhkum, onun müdafiəçisi Müdafiəçi4 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən apellyasiya şikayətləri verilmişd ir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X4 və X7 ibarət məhkəmə tərkibində) 25 iyul 2023-cü il tarixli, 1(106)323/2023 nömrəli qərarı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum və Təqsirləndirilən şəxs CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(099)-16/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Məhkum, onun müdafiəçisi Müdafiəçi4 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi5 tərəfindən ayrı-ayrılı qda, həmçinin Məhkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri və Məhkum tərəfindən kassasiya şikayətinə əlavələr verilmişdir. II. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavələrin dəlilləri və etirazlar:

9. Məhkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavələrin məzmunları oxşar olmaqla, dəlillər qismində cinayət işi materiallarında olan sübutlara, xüsusi ilə də şahid ifadələrinə və eyni zamanda çox saylı qanunvericilik normalarına istinadlar edilərək göstərilmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən müdafiə tərəfinin Təqsirləndirilən şəxs və Məhkum işə davamiyyət, iş qrafiki, məzuniyyət günləri barədə məlumatların məhkəməy ə təqdim edilməsi barədə vəsatətin tam təmin edilməməsi işin hallarının tam araşdırılmasına mane olmuş, Təqsirləndirilən şəxs Məhkum şahidlərin onların mağazada yoxlama apardığı vaxtlar barədə verdikləri məlumatların düzgünlüyünü yoxlamaq mümkün olmamışdır. Həmçinin, Məhkum yoxlama aparmamaq müqabilində rüşvət almasının istinad edildiyi halda bu hadisədən qısa müddət sonra Şahid1 barəsində onun pandemiya qaydasını pozması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib etməsinin məntiqli olmaması barədə göstərilənlərdir. Həmçinin, şahidlər Zenəb Qədimovanın, Şahid2, Şahid8 Şahid7 istintaq zamanı ifadələrinin alınmasının Azərbaycan Respublikası CPM-in 125.2.4-cü maddəsinin tələbinə cavab verməməsi qeyd edilərək, məhkəmələr tərəfindən cinayət işi materiallarında olan sübutların hərtərəfli, tam və obyektiv araşdırılmaması, əsassız və qanunsuz olaraq Məhkum barəsində ittiham hökmünün çıxarılmasını qeyd etmişlər.

10. Məhkum və müdafiəçisi kassasiya şikayətlərində və kassasiya şikayətlərinə əlavədə göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.1, 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2023cü il tarixli, 1(106)-323/2023 nömrəli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişlər.

11. Həmçinin, məhkum Təqsi rləndirilən şəxs müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin məzmunları oxşar olmaqla, dəlillər qismində cinayət işi materiallarında olan sübutlara, şahid ifadələrinə və çox saylı qanunvericilik normalarına istinadlar edilərək göstərilmişdir ki, apellyasiya məhkəməsinin qərarı tamamilə əsassızdır, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində toplanılmış sübutları tam, hərtərəfli, obyektiv araşdırmamış, bu sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlmiş və onun əməlini ittiham olunduğu maddələrlə düzgün tövsif etməmiş və nəticədə Təqsirləndirilən şəxs barəsində heç bir sübuta əsaslanmayan qərar qəbul etmişdir.

12. Müdafiəçilər kassasiya ş ikayətlərində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2023-cü il tarixli, 1(106)323/2023 nömrəli qərarının ləğv edilməsini və Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişlər.

13. Kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavələrə qarşı etiraz verilməmişdir.

14. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhku m və onun müdafiəçisi Müdafiəçi4 ayrı-ayrılıqda çıxış edərək, kassasiya şikayətlərini və kassasiya şikayətlərinə əlavələrini müdafiə edərək, onların dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi5 ayrı-ayrılıqda çıxış edərək, kassasiya şikayətlərini müdafiə edərək, onların dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X8 müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərinin və kassasiya şikayətlərinə əlavələrin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

18. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

19. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

20. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

22. Məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi5 kassasiya şikayətlərində, həmçinin Məhkum və onun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətlərində və kassasiya şikayətlərinə əlavələrdə məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə məhkumlar Məhkum və Təqsirləndirilən şəxs əsassız olaraq Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum edildiklərini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum və Təqsirləndirilən şəxs bəraət verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi tə sbit olunmuş hallarla əlaqələndirmişlər.

23. Odur ki, kollegiya kassasiya şikayətlərini və kassasiya şikayətinə əlavələri Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2023-cü il tarixli, 1(106)-323/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

24. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

25. Bu normanın mənasına gö rə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

26. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

27. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müv afiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

28. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

29. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

30. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o c ümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

31. Məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərindən, həmçinin Məhkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərindən və kassasiya şikayətlərinə əlavələrdən görünür ki, Məhkum və Təqsirləndirilən şəxs heç kəsdən pul almadığı, cinayət işində şahid qismində ifadəsi alınan Şahid1 da məhkəmə istintaqı zamanı ifadə verərək heç kəsə pul vermədiyi, istintaq zamanı təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs qarşı qərəzli olaraq o formada ifadə verməsini bildirmiş, cinayət işi materiallarında məhkumların əməllərinin CM-in 308.2, 311.3.1 və 311.3.3 -cü maddələri ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, məhkəmələrin yalnız şahid ifadələri əsasında ittiham hökmü çıxarmasını, Məhkum və Təqsirləndirilən şəxs əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduqlarını iddia etməklə, CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə Məhkum və Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibinin olmaması haqqında mülahizələrini və həmin mülahizələrdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşlar.

32. Bu isə onu göstərir ki, müdafiə tərəfi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

33. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

34. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilm işdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

35. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələblərinin (o cümlədən, əməllərində cinayət tərkibinin olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə məhkum olunmalarına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nə zərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində və kassasiya şikayətlərinə əlavələrdə irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddialarını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

36. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətlərinin və kassasiya şikayətlərinə əlavələrin məzmunu ilə eynilik təşkil edən dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edə n faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxslərin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum və Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gə lmişdir.

37. Həqiqətən də, kassasiya şikayətlərində və kassasiya şikayətlərinə əlavələrdə göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxslərin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiym ət verilmiş və Məhkum və Təqsirləndirilən şəxs təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum və Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdikləri ifadələri, həmçinin şahid ifadələri, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs ilə şahidlər Şahid2 Nadir qızı, Şahid8, Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolları, həmçinin digər istintaq hərəkətlərinin protokolları və sair çoxsaylı materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

38. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya instansiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiy indən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlərində və kassasiya şikayətlərinə əlavələrdə irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətlərində və kassasiya şikayətlərinə əlavələrdə məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərində və kassasiya şikayətlərinə əlavələrdə göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

39. Təsvir edilənlərdən görünür ki, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinmələri ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumların əməllərində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi üçün əsaslar yoxdur, o cümlədən kassasiya şikayətləri və kassasiya şikayətlərinə əlavələr ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, ka ssasiya şikayətləri və kassasiya şikayətlərinə əlavələr təmin edilməməli, Məhkum və Təqsirləndirilən şəxs barələrində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2023-cü il tarixli, 1(106)-323/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2023-cü il tarixli, 1(106)-323/2023 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs müdafiəçil əri Müdafiəçi6 və Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda, həmçinin Məhkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavələrə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi5 tərəfindən ayrıayrılıqda, həmçinin Məhkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavələr təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar