Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-586/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun müdafiəçisi Yusifbəyli Rəsul Rəbbil oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-834/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Ə yyubov Arif Vahid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XX XX 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, orta təhsilli, X1 ünvanında qeydiyyatda olmaqla, X2 ünvanında yaşamışdır. 2. 28 sentyabr 2020-ci il tarixli ittiham aktına əsasən Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 120.1 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, Salyan rayonunun Qaraçala qəsəbəsinin çöllük sahə olan şimal hissəsində yerləşən, əmisi oğlu şahid 3 adına rəsmiləşdirilmiş, əmisi şahid 2 tərəfindən istifadə edilən balıqyetişdirmə göllərini sonun cunun tapşırığına əsasən qoruduğundan 16 iyun 2020-ci il tarixdə, saat 01 radələrində piyada göl kənarı ilə torpaq yolla ərazidəki bir göldən digərinə gedərkən nəzarət etdiyi göldən gizli olaraq torla tutduqları, ümumi çəkisi 95,2 kq olan müxtəlif cinsli balıqları 3 ədəd kisələrə yığaraq aparan, əvvəllər tanımadığı zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs 2 və zərərçəkmiş şəxs 3 ilə göl kənarında qəflətən rastlaşdıqda onların onun qoruduğu balıqyetişdirmə göllərindən oğurluq etdiklərini düşünüb qəzəblənərək qisas almaq niyyəti ilə hər üçünü qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yırtıcı heyvanlardan qorunmaq üçün əvvəlcədən özü ilə götürüb üzərində gəzdirdiyi, əmisi oğlu şahid 2 məxsus Bakı şəhəri Nizami Rayon Polis İdarəsində qeydiyyata alınmış, içərisində 3 ədəd patron olan, 2006-cı ildə İjevsk mexaniki zavodunda istehsal edilmiş, 12 kalibrli, «MP-153» modelli, 0615324501 nömrəli, daxili çaxmaqlı, təhlükəli, yarımavtomatik tüfəng - yivsiz odlu ov silahını Azərərçəkmiş şəxs, zərərçəkmiş şəxs 2 və zərərçəkmiş şəxs 3 tuşlayaraq təxminən iki metrədək məsafədən iki dəfə dalbadal atəş açıb zərərçəkmiş şəxsə yetirildiyi anda insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid, qarının ön divarından qarın boşluğuna nüfuz edən, qarın boşluğu üzvlərinin yaralanması ilə əlaqədar baş vermiş kəskin daxili qanitirməyə səbəb olan, sağ əlin səpələnmiş qırma yaraları və sağ budun yuxarı 1/3-də toxunma qırma yaralanması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirərək zərərçəkmiş şəxsi qəsdən öldürüb həyatdan m əhrum etmiş, habelə atəş nəticəsində zərərçəkmiş şəxs 1 sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, sol bazu və sifət nahiyələrinin səthi yaraları kimi xəsarətlər yetirsə də, sonuncu dərhal yanındakı gölə tullanıb orada gizləndiyi üçün sağ qaldığına görə, zərərçəkmiş şəxs 2 isə atəşdən yayınıb qaçaraq oradan uzaqlaşdığından öz iradəsindən asılı olmayan səbəbdən hər üçünü qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmişdir.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-69/2021 nömrəli, 04 mart 2021-ci il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 120.1 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-n in 120.1-ci maddəsi ilə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 iyun 2020-ci il tarixdən hesablanması hökm edilmişdir.
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkumun müdafiəçisi Cəfərov İlqar Ağaqulu oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxslər 1 və 2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-505/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-69/2021 nömrəli, 04 mart 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 120.1 və 29,120.2.7-ci maddələrindən Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsinə tövsif edilməsi, həmin maddə ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-505/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsn Ağa oğlu tərəfindən kassasiya protes ti, məhkum Məhkumun müdafiəçisi İsrafilov zərərçəkmiş şəxs 2, zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxs 1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)607-2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-505/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına təyin edilmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-834/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkumun müdafiəçisi Cəfərov İlqar Ağaqulu oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxslə r 1 və 2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-69/2021 nömrəli, 04 mart 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkumnun 16 iyun 2020-ci il tarixdən 03 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 05 (beş) ay 17 (on yeddi) gün müddət ona təyin edilmiş 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 14 (on dörd) il 06 (altı) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı 01 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarı ndan Məhkumun müdafiəçisi Əyyubov Arif Vahid oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum Məhkumun zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirməsi və nəticədə sonuncunun ölməsi ən pis halda Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə tövsif edilməli, digər zərərçəkmiş şəxs 2 sağlamlığına dərəcəsi təyin edilməyən zərər vurulması üzrə isə əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işi üzrə icraata xitam verilməlidir. İstintaq orqanı və məhkəmələr zərərçəkmiş şəxs 1 hadisə zamanı dərhal yanındakı gölə tullanaraq orada gizlənməsi və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs 2 atəşdən yayınıb hadisə yerindən uzaqlaşması kimi dəlillərlə kifayətlənərək cinayət törətməyə yönəlmiş əməlin o byektiv səbəbdən dayandırılması nəticəsinə gəlmiş, lakin izah etməmişlər ki, Məhkumun tüfənginin içərisində 3 patron olduğu halda, 3-cü atəşin açılmaması və əlavə patronların istifadə edilməməsi, eləcə də onun zərərçəkmiş şəxsləri təqib etməməsi cinayət törətməyə yönəldilmiş əməlin subyektiv deyil, məhz obyektiv səbəbdən dayandırılmasıdır. Digər tərəfdən, zərərçəkmiş şəxs 2 bədənindəki xəsarətin dərəcəsi, hadisədən sonra Məhkumun davranışı sonuncunun zərərçəkmiş şəxsləri həyatdan məhrum etmə niyyətinin olmadığını aşkar şəkildə göstərir. Həmçinin, təyin edilmiş cəza məhkumun şəxsiyyətinə uyğun deyildir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-69/2021 nömrəli, 04 mart 2021-ci il tarixli hökmünün ləğv edilməsi, Məhkumun Azərbayc an Respublikası CM-nin 120.1 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, bu mümkün olmadıqda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)834/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilərək, Məhkumna Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddələri ilə irəli sürülmüş ittihamdan xaric edilməsi, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə olan ittiham üzrə əməlin Azərbaycan Respublikası CM-nin 123.1-ci və ya 124.1-ci maddəsinə tövsif edilməsi və barəsində daha yüngül cəza təyin edilməsi haqda qərar qəbul edilməsi xahiş edilmişdir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasi ya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbində n göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tə rəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, məhkum Məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmadığı, eləcə də onun əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif edildiyi və ağır cəza təyin edildiyi iddia edilmiş, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirilmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri ba xımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-834/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Məhkəmə kollegiyası ilk növbədə kassasiya şikayətinin törədilmiş cinayət əməlinin tövsifinin mübahisələndirilməsi üzrə dəlillərinə münasibətdə qeyd edir ki, müdafiəçi məhkum Məhkumnun Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlinin tövsifinin həmin Məcəllənin 123.1-ci maddəsinə, bu mümkün olmadıqda Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinə tövsif edilməsini və məhkum barəsində həmin maddələr üzrə daha yüngül cəza təyin edilməsi barədə konkret olmayan, eyni zamanda biri digəri ilə ziddiyyət təşkil edən tələblər irəli sürmüşdür.
19. Belə ki, müdafiəçi kassasiya şikayətində məhkumun törətdiyi əməldə qəsdən adam öldürmə cinayətinin əlamətlərinin olmadığını, bu əməlin zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürməyə və ya ehtiyatsızlıqdan adam öldürməyə tövsif edilməli olduğunu iddia etməklə, zərərçəkmiş şəxs zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən cinayət əməli üzrə Məhkumun həmin cinayəti subyektiv cəhətdən təqsirinin hər iki formasında törətməsinə dair tələblə çıxış etmişdir.
20. Müdafiə tərəfinin təsviri verilən bu iddiası ilə bağlı məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsində nəzərdə tutulan zəruri müdafiə həddini aşmaqla adam öldürmə əməli qəsdlə törədilən cinayətlər kateqoriyasına aiddir, cinayət qanunvericiliyində ehtiyatsızlıqdan zəruri müdafiə həddini aşmağa görə xüsusi məsuliyyəti müəyyən edən normalar nəzərdə tututulmamışdır. Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi isə ehtiyatsızlıqdan törədilən adam öldürülməsinə görə cinayət məsuliyyətini müəyyən edir.
21. Buna görə məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin irəli sürdüyü, məhkum Məhkum tərəfindən törədilmiş əməlin cinayət qanunvericiliyində nəzərdə tutulan təqsir formalarının iki növündən hər hansı birinə tövsif edilməsinə dair dəlilləri yalnız məhkumun məsuliyyətinin yüngülləşdirməsinə yönələn tələb kimi qəbul edilməli, müvafiq olaraq sonuncunun Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə törətdiyi cinayət əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə iddiaları əsassız hesab edilməlidi r.
22. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən işə baxılarkən maddi və prosessual cinayət-hüquqi normaların tələbləri və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla hazırda mübahisələndirilən qərarda ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkum Məhkumnun əməlində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, “meyitə baxış keçirilməsi haqqında” protokol, digər istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və iş üzrə toplanmış təkzibolunmaz sübutlarla tam təsdiq olunur.
23. Həmin sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Məhkumnun məqsədi zərərçəkmiş şəxs zərərçəkmiş şəxsi öldürmək olmasa da, o, əlinə silahı götürüb zərərçəkmişin istiqamətinə tuşlayaraq atəş açmaqla öz hərəkətinin ictimai təhlükəliliyini dərk etmiş, əməlinin ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, bunları arzu etməsə də, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin bu hissədə hüquqi yanaşması ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, şəxsin cinayəti təqsirli olaraq törətməsi onu törətdiyi əməlin obyektiv əlamətlərini dərk edib-etməməsi, əgər dərk etmirsə dərk etməli olub-olmamasında ifadə olunur. Şəxs əməli təqsirin qəsd formasında törədirsə, onda o, öz əməlinin bütün obyektiv əlamətlərini (hərəkət, hərəkətsizlik, ictimai-təhlükəli nəticə və sair) dərk edir. Əgər şəxs öz əməlinin obyektiv əlamətlərindən hər-hansı birini dərk etmirsə, onda onun əməlində qəsd istisna olunur və bu zaman artıq şəxsin həmin obyektiv əlaməti dərk etməli olub-olmadığı araşdırılmalıdır.
25. Dolayı qəsd zamanı isə ictimai təhlükəli nəticənin baş verməsinə şüurlu surətdə yol verilməsi təfəkkürün elə formasını nəzərdə tutur ki, bu zaman subyekt həmin nəticələrin baş verməsini arzu etməsə də, onların baş verməsinə şüurlu surətdə yol verir. Dolayı qəsdin əsas elementi olan şəxsin ictimai təhlükəli nəticənin baş verməsinə şüurlu surətdə yol verməsi cinayətin subyektiv cəhətinin iradəli elementini təşkil edir. Dolayı qəsd zamanı baş vermiş nəticələrə görə şəxs əsas cinayət tərkibinin hüdudlarından kənarda olan istəklərinə görə cavab verməli olur.
26. Qeyd edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxsin ölümü ilə nəticələnmiş törətdiyi qəsdən adam öldürmə cinayətini Məhkum dolayı qəsdlə törətmiş, onun əməlində zəruri müdafiə həddini aşmaqla, həmçinin ehtiyatsızlıqdan adam öldürmə cinayətlərinin hər hansı birinin tərkib əlaməti yoxdur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının əvvəlki qərarında müəyyən etdiyi hüquqi mövqeyini də nəzərə alıb haqlı olaraq hesab etmişdir ki, zərərçəkmiş şəxslərin ümumi çəkisi 95 kq təşkil edən müxtəlif cinsli balıqları 3 ədəd kisələrə yığaraq talamasının Məhkumnun mülkiyyət hüququna qəsd edərək zəruri müdafiə vəziyyəti yaradan ictimai təhlükəli qəsd kimi qiymətləndirilməsi əsassızdır.
27. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin hissədə apellyasiya məhkəməsinin nəticəsini təkzib edə biləcək dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum Məhkumnun Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
28. Digər tərəfdən, məhkəmə kollegiyası müdafiəçinin məhkum Məhkumun əməlində Azərbaycan Respubli kası CM-nin 29,120.2.7-ci maddəsinin tərkib əlamətlərinin olmadığına dair kassasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, bununla bağlı aşağıdakıları qeyd edir.
29. İstər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi istintaq orqanı tərəfindən Məhkuma Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsi ilə verilmiş ittihamla razılaşsalar da, sübutların araşdırılmasına, mötəbərliyinə, kifayət etməsinə və sübut etməyə dair cinayət-prosessual qanunvericiliyinin, ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsinə və təqsirsizlik prezumpsiyasına dair Azərbaycan Respublikası Konstitusiyasının müddəalarından, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyının 6-cı maddəsinin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, İnsan Hüquqları üz rə Avropa Məhkəməsinin hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrindən və izahlarından irəli gələn tələblərdən görünür ki, məhkəmələr qəbul etdiyi yekun qərarlarında həmin hissədə məhkəmə baxışları zamanı əldə edilmiş sübutları düzgün qiymətləndirməmiş, bu səbəbdən məhkəmə qərarlarında gəlinən nəticələr işin hallarına uyğun gəlmir.
30. Belə ki, istintaq orqanı tərəfindən Məhkuma qarşı Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsi ilə irəli sürülmüş ittihamın həlledici əsasını onun hadisə zamanı odlu ov silahını zərərçəkmiş şəxslər zərərçəkmiş şəxsə, zərərçəkmiş şəxs 2 və zərərçəkmiş şəxs 1 tuşlayaraq təxminən iki metrədək məsafədən iki dəfə dalbadal atəş açmasına dair zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri xüsusatlar əsasında müəyy ən edilmiş işin faktiki halları təşkil etmişdir.
31. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CM-nin 120.2.7-ci maddəsinin dispozisiyası ilə müəyyən edilən cinayətin tərkibini iki və ya daha çox şəxsi qəsdən həyatdan məhrum etmə əməli təşkil edir.
32. Eyni Məcəllənin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.
33. Hüquq nəzəriyyəsində cinayətə cəhd subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur. Cinayətə cəhdin ancaq birbaşa qəsdlə mümkünlüyü məhkəmə təcrübəsində də qeyd edilmişdir. Məsələn, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər.
34. Bu o deməkdir ki, Məhkumnun əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsi ilə tövsif edilməsi üçün onun bu əməli birbaşa qəsdlə törədilməlidir.
35. Baxılan cinayət işinin materiallarında olan sübutların məcmusu ilə isə Məhkum tərəfindən əməlinin birbaşa qəsdlə törədilməsi müəyyən edilmir.
36. Həmçinin, cinayət işi materiallarında olan sübutlarla Məhkumun zərərçəkmiş şəxslərin hər üçünün ölümünü arzu etməsi, bu arzunun reallaşması üçün mümkün olan addımlar atması, başqa sözlə Məhkumun iki dəfə dalbadal atəş açması ilə bağlı ə məlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsinin təsiri altına düşməsi toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq edilməmişdir.
37. Belə ki, məhkum Məhkum ibtidai istintaq və məhkəmə baxışı dövründə verdiyi bütün ifadələrində hadisə vaxtı onda olan silahdan iki dəfə atəş açdığını təkzib etməmiş, lakin dalbadal atəş açmasını, eləcə də silahı zərərçəkmiş şəxslərə tuşladığını inkar etmişdir.
38. Həmin hissədə məhkum Məhkum ifadəsində göstərmişdir ki, iyunun 16-da saat 01 radələrində tüfəngi çiyninə götürüb vaqondan çıxaraq təklikdə “Baş Şirvan” kanalının yanındakı yolla piyada gedərək 28 hektar sahəsi olan gölün yaxınlığındakı yol kəsişməsinə çatıb sola dönəndə gölün qurtaracağına yaxın yerdə onunla üzbəüz 34 nəfər kişinin gölün kənarı ilə piyada gəldiklərini görmüşdür. Hə min şəxslə onu görən kimi dayanmışlar. Həmin şəxslərin hamısının boyunlarında və çiyinlərində iri əşya görmüşdür. Hava qaranlıq olduğu üçün onların heç birinin üzünü və əlamətlərini görə bilməmişdir. Həmin şəxsləri görən kimi dayanmış və onlarla arasında təxminən 25-30 metr məsafə qalmışdır. Onunla üzbəüz dayanan şəxslərdən biri uca səslə “qaçma” sözünü demiş, bu vaxt tüfəngdən açılan bir atəş səsi eşitmişdir. Qarşılaşdığı həmin şəxslərin ona atəş açdıqlarını başa düşsə də, hava qaranlıq olduğu üçün onların əllərində tüfəng və ya tapança görməmiş, ancaq atəş səsi eşitmişdir. Atəş səsi eşidən kimi çiynində olan tüfəngi çıxarmış, bu vaxt tüfəngin lüləsi torpağa ilişmiş və təsadüfən əlinin tətiyə dəyməsi nəticəsində yerə bir atəş açılmışdır. Bu vaxt qarşı tərəfdəki şəxslər olan yerdən ikinci atəş səsi eşitmişdir. O, bu dəfə tüfəngin lüləsini sola tərəf bir qədər yuxarı qaldırıb havaya atəş açmış və gəldiyi vaqona tərəf qaçmışdır.
39. Cinayət işinin materiallarında olan 16 iyun 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Baş Şirvan kanalının şimal sahili boyunca hərəkət edib, əsas yoldan 28 hektar ölçüdə olan gölə tərəf ayrılan yolda, torpaq üzərində cəmi 2 ədəd giliz, gilizlərdən 25 metr məsafədə göl kənarında üzü üstə odlu silah yarası ilə zərərçəkmiş şəxsin meyiti, meyitin altında qurumuş ot üzərində qanabənzər maddə, meyitdən 13 metr aralıda 28 ha ölçüdə olan gölün kənarındakı torpaq yolun ortasında içərisində tor və balıqlar olan 3 ədəd kisə aşkar edilmiş, bundan başqa baxışda iştirak edən Məhkumun təqdim etdiyi patronluğunda bir ədə d patron olan təhlükəli, “MP-153” modelli tüfəng götürülmüşdür.
40. Kompleks məhkəmə-ballistik və məhkəmə trasoloji ekspertizasının 24 iyul 2020-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 1 ədəd patron və 2 ədəd gilizlər eyni zavodda istehsal edilmişlər, hazırlanma üsuluna və komponentlərinə görə eynilik təşkil edirlər.
41. Göründüyü kimi, cinayət işi üzrə toplanılan sübutlarla Məhkumun hadisə zamanı istifadə etdiyi silahdan iki atəş açmasını müəyyən etmək olsa da, bu atəşlərin hər üç zərərçəkmiş şəxslərə tuşlanaraq dalbadal olaraq açılmasını, Məhkumnun iki atəşlə hər üç zərərçəkmiş şəxslərin ölümündən ibarət olan nəticəni arzu etməsini, onun həmin cinayəti birbaşa qəsdlə törətməsini təsdiqləmək mümkün deyil.
42. Hadisənin baş vermə şəraiti, yeri və mexanizmi barədə işin mübahisəsiz hallarından görünür ki, hadisə gecə saatlarında, işıqlandırılmamış ərazidə, bir-birini əvvəldən tanımayan məhkum və zərərçəkmiş şəxslərin təsadüfən rastlaşmalarının nəticəsində baş vermiş, hadisə yerində məhkum və zərərçəkmiş şəxslərdən başqa heç kəs olmamışdır.
43. Həmçinin, məhkumun zərərçəkmiş şəxslərin hər üçünün ölümünü arzu etməsi və bu arzusunu reallaşdırmaq üçün də heç bir əsaslı səbəb mövcud olmamış, ibtidai istintaq orqanı tərəfindən cinayətkar qəsdin baş verməsi üçün hər hansı hərəkətverici kriminal motivin və ictimai təhlükəli məqsədin əldə edilməsi niyyətinin olmasını təsdiq edən heç bir dəlil və fakt göstərilməmiş, cinayətin motivi ilə bağlı istinad edilmiş hallar isə ziddiyyətli olmaqla, hər hansı mötəbər sübuta əsaslanmamış, yalnız fərziyyələr və zərərçə kmiş şəxslərin ifadələri üzərində qurulmuşdur.
44. Halbuki, zərərçəkmiş şəxslərdən zərərçəkmiş şəxs 1 verdiyi ifadəsində ilk atəşin ona açıldığını, birinci atəşdən təxminən 2-3 saniyə sonra ikinci atəş səsini eşitdiyini, gölə düşüb qamışlar arasında gizlənəndən 2-3 dəqiqə sonra gölə 3-cü atəşin açıldığını bildirmişdir.
45. Digər zərərçəkmiş şəxs 2 isə 2 dəfə ardıcıl atəş açıldığını, qorxuduğu üçün arxaya tərəf qaçdığını, atəş açan şəxsin əks tərəfə qaçdığını, həmin şəxsin əks tərəfə qaçdığını görüb dərhal geri qayıtdığını, lakin zərərçəkmiş şəxslə zərərçəkmiş şəxs 1nı görmədiyini bildirmişdir.
46. Zərərçəkmiş şəxs 1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, hadisə günü iyunun 16-da saat 02 radələrində o, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs və şahid gölün kənarı ilə “Şirva n” kanalına tərəf piyada getməyə başlamışlar. Bir neçə metrdən sonra şahid avtomobilini yolun kənarına çıxarmaq üçünü onlardan ayrılıb ayrı yolla getmişdir. O, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs 2 kanala çatmağa təxminən 100-150 metr qalmış balıq gölünün kənarındakı yolla gələrkən qamışlıqdan fənər işığını gözlərinə salan bir nəfər çıxmışdır. Həmin şəxs qarşılarına çıxan kimi onlara söymüş və həmin anda bir atəş açılmışdır. Atəş onun sol qoluna dəyməklə yaralamışdır. O, dərhal boynundakı içi balıq dolu kisəni yerə tullayıb özünü sağ tərəfindən olan gölə ataraq qamışlar arasında gizlənmişdir. O, suya tullanan vaxt birinci atəşdən təxminən 2-3 saniyə sonra ikinci atəş səsini eşitmişdir. Gölə düşüb qamışlar arasında gizlənəndən 2-3 dəqiqə sonra ondan xeyli aralıda göldə qamışın içərisindən bir quş uçmuş və onlara atəş açan şəxs quş uçan yerə fənərlə işıq salıb ora da bir atəş açmışdır.
47. Zərərçəkmiş şəxs 2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, hadisə günü öndə zərərçəkmiş şəxs, ondan arxada zərərçəkmiş şəxs 1, zərərçəkmiş şəxs 1dan təxminən 2 metr arxada özü getmişdir. Gölün qurtaracağına çatana yaxın qamışlığın içərisindən bir nəfər kişi çıxıb, üzlərinə fənər işığı salaraq qalın səslə onlara “dayanın yoxsa vuracam” demişdir. Həmin kişi nalayiq ifadələr işlədərək 2 dəfə ardıcıl atəş açmış, o, qorxduğu üçün əlindəki balıq kisəsini yerə atıb arxaya tərəf qaçmışdır. Atəş açan şəxs də əks tərəfə qaçmağa başlamışdır. O, zərərçəkmiş şəxslə zərərçəkmiş şəxs 1nın da qaça bildiklərini düşünmüşdür. Atəş açan şəxsin əks tərəfə qaçdığını görüb dərhal geri qayıtm ış, lakin zərərçəkmiş şəxslə zərərçəkmiş şəxs 1 əvvəldən sağ tərəfə döndükləri üçün və hər tərəf qamışlıq olduğundan onları orada görməmiş və dayanmadan düz istiqamətdə qaçmışdır.
48. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri iş üçün əhəmiyyətli olan sübutları qanunamüvafiq qaydada qiymətləndirməyib, istintaq orqanının mülahizələrə əsaslanmış ittihamı ilə razılaşıb, təqsirsizlik prezumpsiyasını rəhbər tutmadan əsaslandırılmamış yekun məhkəmə aktları qəbul edib məhkumun əməlini əsassız olaraq Azərbaycan Respublikası CMnin 29,120.2.7-ci maddəsi ilə tövsif etməklə məhz bu cinayətin törədilməsində onun təqsirini sübuta yetirilmiş hesab etmişlər.
49. Məhkəmələrin Məhkumun əməlinə bu cür qiymət vermələri sübutlar və sübutetməyə dair prosessual cin ayət-hüquqi normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan sübutların təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 21.2 və 145.2-cü maddələrinə uyğun deyildir.
50. Əksinə, Məhkumun əməlinin faktiki tərəfi və şəraiti barədə istər məhkəməyədək, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və əsaslığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlər ayrı-ayrılıqda tədqiq olunduqda belə nəticəyə gəlmək olur ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmaqla Məhkumun iki və ya daha çox şəxsi öldürməyə görə cəhd etmədiyinə dəlalət edir.
51. Belə ki, işdə olan sübutlara əsasən, Məhkum kifayət qədər yaxın olmayan məsafədən qaranlıqda sifətlərini görmədiyi, yalnız qaraltılarını sezdiyi şəxslərə tərəf atəş açmış, atəş açarkən şəxsləri məhz öldürmək arzusunda olması da heç bir sübutla təsdiqini tapmır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum qaranlıqda siluetlərini gördüyü şəxslərə tərəf atəş açarkən əməlin ictimai təhlükəliliyini dərk etmiş, seçdiyi üsulun ictimai-təhlükəli nəticə ilə yekunlaşmasını görmüş, şəxsləri öldürmək niyyətinin olması sübuta yetməsə də, şüurlu surətdə buna yol vermişdir.
53. Göstərilən arqumentlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, Məhkumnun əməli dolayı qəsdlə törədilmiş adam öldürmə cinayəti kimi qiymətləndirilməli, yuxarıda qeyd edildiyi kimi isə, hüquq nəzəriyyəsi və məhkəmə təcrübəsi ilə dolayı qəsdlə törədilən cinayətlərdə əməlin başa çatmayan cinayət kimi tövsif edilməsi istisna edilir.
54. Bu səbəbdən Məhkumin əməli baş vermiş faktiki nəticələrə görə, yəni zərərçəkmiş şəxsin ölümünə və digər zərərçəkmiş şəxs 1 bədəninə dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsinə uyğun tövsif edilməli, lakin sonuncuya yetirilmiş həmin xəsarətin dərəcəsi cinayət məsuliyyətini yaratmır.
55. Bütün göstərilənlərə əsasən məhkəməsi kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən cinayət hadisəsinin baş verməsinin səbəbi, cinayətin motivi, hadisənin yeri, şəraiti və inkişafının ardıcıllığı, hadisə vaxtı məhkumun zərərçəkmiş şəxslərlə arasında olan münasibətin xarakteri və işin digər faktiki hal ları kifayət edən dərəcədə nəzərə alınmaqla cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməmiş, bununla da Məhkumun iki və ya daha çox şəxsi öldürməyə cəhd etməsi barədə əsassız qənaətə gəlinmiş və nəticədə məhkum edilmiş şəxsin əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsi ilə düzgün tövsif edilməmiş, onun əməlində həmin cinayətin tərkibi olması müəyyən edilməmişdir.
56. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu mənada cinayət tərkibinin formalaşmasında zəruri və fakültativ əlamətlərin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakültativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv tərəfini xarakterizə edən motiv və məqsəd və s. aiddir. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).
57. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yarad ır.
58. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
59. Həmin Məcəllənin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.
60. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.
61. Yenə də həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
62. Şə xsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
63. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-nin 21, 28, 33.1, 144, 145 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinay ət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Cinayət mühakimə icraatını həyata keçirən hakimlər cinayət işi üzrə toplanmış sübutların mənbəyinin mötəbərliyini yoxlamalı, onları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirməlidirlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir.
64. Hazırda mübahisəsi edilən məhkəmə qərarının qeyd edilən maddi və pr osessual cinayət-hüquqi normalarla müqayisəsi göstərir ki, yuxarıda təsviri və təfsiri verilən məsələlər üzrə gəlinmiş nəticələr işin hallarının obyektiv araşdırılmasına və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslanmamış, bu səbəbdən Məhkumnun əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsinə tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı məhkəmə qərarı kimi qəbul edilə bilməz.
65. Kassasiya şikayətinin məhkum Məhkuma cəza təyin edilməsi ilə bağlı dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfd ən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
66. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədb irlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
67. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
68. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayə tlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
69. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsu zluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
70. Şərh edilənlərə əsaslanan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə qismən razılaşsa və mübahisəsi edilən qərarın bu hissədə ümumilikdə götürülməklə maddi hüquq normalara uyğun olduğunu qəbul etsə də, eyni zamanda məhkumun cəzasını yüngülləşdirən halların tam nəzərə alınmadığını, nəticədə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilmədiyini qeyd edir.
71. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Məhkumin himayəsində iki azyaşlı uşağının olması, cinayəti zərərçəkmiş şəxslərin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi halları onun cəzasını yüngülləşdirən, cinayəti odlu silahdan istifadə etməklə törətməsi isə cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınmışdır.
72. Məhkəmə kollegiyasının fikrincə, hər iki aşağı instansiya məhkəməsi məhkum edilmiş şəxsin cəzasının həddini müəyyən edərkən, onun məsuliyyətini yüngülləşdirən halların məcmusunu kifayət qədər nəzərə almamışdır.
73. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında göstərilən h üquqi mövqeyə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı, № 15, § 45, 24 dekabr 2021-ci il).
74. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi ilə yanaşı islah məqsədləri də daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
75. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarı).
76. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsuliyyəti yüngülləşdirən halların mövcud olması, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı, məhkum Məhkumna Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təyin edilmiş 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməli, bu cəza vasitəsi ilə də onun islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.
77. Nəticə etibarilə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-834/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli dəyişdirilməli, Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsi ittiham aktından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından artıq ittiham kimi xaric edilməli, eləcə də Lənkəran Ağır Cinayət Məhkəməsinin 1(101)-69/2021 nömrəli, 04 mart 2021-ci il tarixli hökmündən və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-834/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə aid müddəalar xaric edilməlidir.
78. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi Əyyubov Arif Vahid oğlunun kas sasiya şikayəti qismən təmin edilməli, məhkum Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-834/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarı yuxarıda təsviri verilən qaydada dəyişdirilməlidir. Qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkumnun müdafiəçisi Əyyubov Arif Vahid oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-834/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. 28 sentyabr 2020-ci il tarixli ittiham aktından, Lənkəran Ağır Cinayət Məhkəməsinin 1(101)-69/2021 nömrəli, 04 mart 2021-ci il tarixli hökmündən və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-834/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarından Məhkumnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham xaric edilsin. Lənkəran Ağır Cinayət Məhkəməsinin 1(101)-69/2021 nömrəli, 04 mart 2021-ci il tarixli hökmündən və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-834/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə aid müddəalar xaric edilsin. Məhkumnun üzərində Lənkəran Ağır Cinayət Məhkəməsinin 1(101)-69/2021 nömrəli, 04 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-834/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkumnun 16 iyun 2020-ci il tarixdən 03 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 05 (beş) ay 17 (on yeddi) gün müddət ona təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-834/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.