Məhkəmə qərarları › İş №1(102)-588/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-588/2024

27.03.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-588/2024 27.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X 9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən və məruzəçi), C.İ.X12ov və S.İ.Əliyev) X9 - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), F.İ.Əyyubov və E.E.Rəhimov) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X11 ittiham olunur ona görə ki, o, 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, "Kubinka" adlandırılan ərazidən məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə iki ədəd bükümdə olmaqla 1 ədəd bükümdə təmiz çəkisi 0,583 qram və 1 ədəd bükümdə təmiz çəkisi 2,867 qram, cəmi təmiz çəkisi 3,450 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 aprel 2022-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanda yerləşən söküntüyə məruz qalmış yaşayış olmayan birmərtəbəli binaya gəlmiş, orada satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,583 qram olan bir bükümünü masanın üzərinə qoymuş, həmin gün saat 17:50 dəqiqədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Yasamal RPİ, Narkotiklərlə mübarizə bölməsinin və Yasamal RPİ, 28-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat axtarış tədbirləri nəticəsində həmin ünvanın qarşısında saxlanılaraq onun iştirakı ilə söküntüyə məruz qalmış yaşayış olmayan birmərtəbəli binaya baxış keçirilən zaman oradakı masa nın üzərindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı ona məxsus 1 ədəd bükümdə təmiz çəkisi 0,583 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış həmin narkotik vasitə hesab edilən heroin, üzərində heroinin izləri olan 1 ədəd boş vəziyyətdə 1 ml-lik şpris və 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunaraq götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 22:30 dəqiqədə Yasamal RPİ, 28-ci Polis bölməsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd bükümdə təmiz çəkisi 2,867 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin aşka r edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi X9 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayarkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyindən, işdəki sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən məhkəmənin gəldiyi nəticələr işi n faktiki hallarına uyğun deyildir. Dövlət ittihamçısının fikrincə, ibtidai araşdırma orqanı tərəfindən bəraət almış şəxsin barəsində olan cinayət işinin istintaqı zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla toplanmış sübutlarla onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və məhkəmə əsassız olaraq həmin sübutları mötəbər hesab etməyərək bəraət almış şəxsin təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya prote sti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya insta nsiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, X7 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqs irsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılma sı və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamış, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılma sı mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdə Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanda yerləşən sökülmüş binaya fəhlə dalınca getmişdir. Çünki həmin yerdə sökülmüş evlərin arasında fəhlələr olmuş və onlardan öz işlərini gördürmək üçün həmişə lazım olanda çağırmışdır. O, həmin yerə getdikdən bir müddət sonra polis əməkdaşları oraya gəlmiş və onunla birlikdə həmin yerdə olan digər şəxsləri tutub bölməyə gətirmişlər. Saxlanılarkən onun üzərində narkotik maddə olmamışdır, həmçinin sökülmüş binada stolun üstünə qoyulmuş narkotikin də ona heç bir aidiyyəti yoxdur. Proses iştirakçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs bəraət almış şəxs həmin əraziyə fəhlə dalınca getdiyini, qapının yanında dayanan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin vaxt söküntü vəziyyətində olan yerdə dörd nəfərin olduğunu, o nlardan yalnız X10ı tanıdığını, saxlanılan şəxslərdən birinin isə tanıdığı X11 adlı qadın olduğunu, özünün müalicə üçün metadon suyu qəbul etdiyini və rəsmi qeydiyyatda olduğunu, həmin vaxt polis əməkdaşları onun tutmaq məqsədilə deyil, söküntüyə məruz qalmış həmin tikilini bağlamaq üçün gəldiklərini bildirdiklərini, özünün yaşadığı evin saxlanıldığı yerin arxa küçəsində yerləşdiyini, saxlanılan zaman onun üzərində narkotik vasitə olmadığını, həmin narkotiki tanımadığı polis işçilərinin onun cibinə qoyduqlarını, videoçəkiliş aparılarkən ondan üzərində olan narkotiki çıxarıb stolun üstünə qoymaq təklif edildikdə, o, üzərində həç bir narkotik olmadığını bildirdiyini, lakin çəkilişdə iştirak edən polis işçisinin ona şalvarının sağ cibinə baxmasını deyəndən sonra həmin cibinə baxdıqda əlinə bi r büküm dəydiyini, həmin bükümün özünə aid olmadığını bildirərək onu yerə tulladığını, sonra təhqiqatçının təklifi ilə bükümü yerdən götürüb stolun üzərinə qoyduğunu, polis işçilərinin ona həmin narkotikin 2 qramdan az olduğunu və işini CM-nin 234.1-ci maddəsi ilə bağlayacaqlarını dediklərini, həmin narkotiki boynuna götürmək üçün çəkilişdən qabaq onu döydüklərini, bütün bunlara görə əlacsız qalıb həmin narkotiki etiraf etməyə məcbur olduğunu, söküntü vəziyyətində olan tikilidən də götürülmüş narkotikin ona heç bir aidiyyəti olmadığını, sonda istintaq qurtaranda ona CM-nin 234.4.3-cü maddəsinin verildiyini məhkəməyə bildirmişdir. Cinayət işində olan Bakı şəhəri, Yasamal RPİ-nin 28-ci Polis bölməsinin baş təhqiqatçısı Şahid10 tərtib etdiyi “baxış və götürmə aparılması haqqında” protokolun m əzmunundan görünür ki, o, xx.xx.2022-ci tarixdə saat 17.50-də Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, Yasamal RPİnin 28-ci PB-nin baş əməliyyat müvəkkilləri Şahid3 və Şahid4, eləcə də Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, eləcə də ünvan 4 ünvanda yerləşən binada narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi və saxlamasında şübhəli bilinən X7 iştirakı ilə tiryəkxana kimi təqdim edilən yerə (otağa) videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. X11 baxış keçirilməsi ilə əlaqədar “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” xx.xx.2022-ci tarixli qərarla tanış edilmiş və sonuncu, Yasamal rayonu H.Cavid prospekti, 47 ünvanında yerləşən tikili sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra yuxarıdakı tərkibdə və X7 iştirakı ilə Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanda olan söküntüyə məruz qalmış binanın (tikilinin) otaqlarından birinə daxil olunmuşdur. Həmin otağın giriş qapısının qarşısında müxtəlif zibil və digər tullantı materiallarının olması müşahidə edilmişdir. Daxil olunan otağın giriş qapısı taxta materialdan olmuş və onun kilidi olmadığı müəyyən edilmişdir. Həmin otağın içərisində Şahid7, Şahid8, Şahid6 və Şahid9 bir masanın ətrafında toplaşmaları müəyyən edilmiş və sonunculara həmin otaqda olma səbəbi soruşulmuşdur. Şahid7 bildirmişdir ki, mütəmadi olaraq narkotik vasitə istifadə etmək üçün həmin yerə toplaşıblar və əvvəllər də gəliblər. Baxış zamanı o taqdakı masanın üzərində 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, 1 (bir) ədəd şpris və 1 (bir) ədəd elektron tərəzi, eləcə də öncədən çəkilmiş siqaret kötükləri, stəkan və 2 ədəd çaydan, qənd olması müşahidə edilmişdir. Təhqiqatçı tərəfindən həmin otağı kimin təşkil etməsi sualı verildikdə, Şahid7 bildirmişdir ki, həmin gizli yeri onlara X11 yemək qarşılığında verir. Eləcə də, Şahid8 bildirmişdir ki, “o, iki aydır gizli yer və “priton” kimi həmin yerə gəlib-gedir”. X11 həmin otağı yemək qarşılığında həmin şəxslərə verdiyini, onlardan pul almadığını, həmin şəxslərə narkotik vasitə satmadığını bildirmişdir. Otağa əlavə olaraq nəzər yetirildikdə, orada 2 ədəd yataq dəsti və geyim əşyalarının olması aşkar edilmişdir. Baxış zamanı masa nın üzərində olan 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, 1 (bir) ədəd şpris və 1 (bir) ədəd elektron tərəzi zərfin içərisinə qoyularaq qablaşdırılmış, möhürlə möhürləndikdən sonra üzəri həmin otaqda olan şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra, həmin otağa baxış keçirildikdə narkotik vasitə və psixotrop maddə, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. X11 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin, şprisin və elektron tərəzinin ünvanda olan şəxslərə məxsus olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfin dən fiziki və psixi zor tətbiq edilmədiyini bildirərək, həmin ünvana gələn narkotik vasitə istifadə edən şəxslərin ona yemək və ya narkotik vasitə verdiyini və bunun müqabilində də onları həmin ünvana buraxdığını bildirmişdir. Şahid6, Şahid8, Şahid9 Sultanova və Şahid7 onlara verilən suallara cavab olaraq, bəraət almış şəxsin istifadəsində olan tikili sahəsinə gələrək orada narkotik vasitədən istifadə etdiklərini və bunun müqabilində bəraət almış şəxsə yemək verdiklərini bildirmişlər. Baxış və götürmə otaqda mobil telefonun işıqlandırmasından istifadə edilməklə həyata keçirilmişdir. Baxış və götürmə zamanı «İphone» markalı mobil telefondan istifadə etməklə videoçəkiliş aparılmışdır. Cinayət işində olan Bakı şəhəri, Yasamal RPİ-nin 28-ci Polis bölməsinin baş təhqiqatçısı Şahid10 tərtib etdi yi “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmunundan görünür ki, o, xx.xx.2022-ci tarixdə saat 17.50-də Yasamal RPİnin 28-ci PB-nin inzibati binasında xidməti otaqda Yasamal RPİ-nin 28-ci PB-nin baş əməliyyat müvəkkilləri Şahid3 və Şahid4, eləcə də Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, Bakı şəhər 22 saylı Vəkil Bürosunun vəkili X16 iştirakı ilə X9 hüquq və vəzifələri izah edilir və üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə subut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilir. X11 əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofanda olan bükümü könüllü çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin kütlə “kakos” kimi adla ndırılan narkotik vasitə olan heroindir. Həmin bükülü açılaraq içərisinə baxış keçirildikdə, orada toz şəkilli, qəhvəyi rəngli maddənin olması müəyyən edilir. X7 üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən, sonuncu bildirmişdir ki, təqdim etdiyi maddəni xx.xx.2022-ci il tarixdə «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi və əvvəllər də narkotik vasitə şəxsdən almış və həmin gün saat 17.50-də polis əməkdaşları tərəfindən ünvan 5 ünvana baxış keçirildikdə orada aşkar edilmiş Şahid7, Şahid8, Şahid6 və Şahid9 ilə birlikdə 28-ci PB-yə gətirilmişdir. X2 üzərində aparılan şəxsi axtarış zamanı sonuncudan cinayət təqibi üzrə subut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. X7 təqdim etdiyi kütlə zərfə qoyularaq qab laşdırılmış, sonradan möhürlə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması prosesi videoya çəkilmiş və həmin videogörüntü bir ədəd "CD" diskə köçürülərək materiala əlavə edilmişdir. İbtidai istintaq zamanı Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanda yerləşən bir mərtəbələli binaya baxış zamanı və Yasamal RPİ-nin 28-ci PB-də şəxsi axtarış zamanı videoçəkiliş aparılmış 1 ədəd CD diskdə 2 ədəd qovluq, onların birinin adı “küçə”, digərinin adı isə “bəraət almış şəxs” olması müəyyən edilmişdir. «Küçə» adlı qovluqda 08.39 saniyə videoçəkiliş aparılan 1 ədəd videofayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, Yasamal RPİ 28-ci PB-nin baş təhqiqatçısı Şahid10 ilk əvvəl özünü təqdim edir, daha sonra Yasamal RPİ-nin Narkotiklərlə Mü barizə Bölməsinin əməliyyat müvəkkili Şahid2, Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1, Yasamal RPİ, 28-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid3 və Yasamal RPİ, 28-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid4, eləcə də X11 özlərini bir-bir təqdim edirlər. Baş təhqiqatçı N.X1 Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanda yerləşən binada narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi və saxlamasında şübhəli olduğu üçün xx.xx.2022-ci il tarixdə həmin ünvanın qarşısında saxlanıldığını bildirir, sonuncunun iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat 18:00da ünvan 7 ünvanda yerləşən bir mərtəbələli söküntü olan binaya baxış keçiriləcəyini elan edir. Heç kim etiraz etmədikdə yuxarıdakı tərkibdə olan şə xslər binanın dəmir darvazasını açaraq eni təxminən 2 metr olan dalana daxil olurlar. Dalanın sol kənarındakı hasara və sağ tərəfindəki binanın öz divarına istifadə edilmiş kardon qutu, şuşə materialı, pəncərə çərçivəsi, kağız tullantı, selofanlar və digər tullantı əşyalar yığılmışdır. Videoçəkilişdə görünür ki, baxış keçirilən bina söküntüyə məruz qalmışdır. Belə ki, həmin binanın qapı və pəncələri çərçivəsindən çıxarılmış, yerə müxtəlif tullantı və istifadə edilmiş məişət əşyaları yığılmışdır. Polis əməkdaşları 5-6 metr düzünə hərəkət etdikdən sonra sağ tərəfə dönərək yaxınlıqdakı bir otağa daxil olurlar. Həmin otağın qarşısında müxtəlif tullantı və binadan sökülmüş məişət əşyalarının yığılması müşahidə edilir. Baxışda iştirak edən bəraət almış şəxs və polis əməkdaşları taxta konstruksiy alı qapıdan içəri daxil olurlar. Daxil olunan otaqda işıq yanmır və polis əməkdaşlarında olan mobil telefonun fanarlarından istifadə edilməklə otaq işıqlandırılır. Həmin otaqda 3 kişi və 1 qadın olması müşahidə edilir. Təhqiqatçı “siz kimsiniz” dedikdə, həmin şəxslər bir-bir özlərini Şahid7, Şahid8, Şahid6 və Şahid9 kimi təqdim edirlər. Təhqiqatçı “buraya nə üçün toplaşmısınız” sualını verdikdə, Şahid7 bildirir ki, narkotik vasitədən əziyyət çəkdikləri üçün gəlib burada istifadə edirlər. təhqiqatçı həmin şəxslərin toplaşdığı masanın üzərində narkotik vasitə, şpris və 1 ədəd elektron tərəzinin olmasını deyir və həmin əşyalar videoçəkilişlə çəkilir. Baş təhqiqatçı “bu yeri kim təşkil edib” sualını verdikdə, Şahid9 əli ilə oradakı oturacaqda oturmuş bəraət almış şəxsə işarə edir. Şahid8 deyir ki, “iki aydır gəlib-gedir buraya, gizli yer “priton” kimi gəlib-gedirlər”. Təhqiqatçı “kim təşkil edib buranı” sualını verdikdə, Şahid7 əli ilə bəraət almış şəxsi göstərib bildirir ki, “narkotik çəkməyə görə ona yemək verirlər” deyə ifadə işlədir. Baş təhqiqatçı masanın üzərindəki açıq halda olan selofanın içərisindəki narkotik vasitə, 1 ədəd şpris və 1 ədəd elektron tərəzini göstərib, bəraət almış şəxsdən həmin əşyaları pulla satıb-satmamasını soruşur. bəraət almış şəxs “yox” cavabını verir, ona yemək verdiklərini, narkotik vasitə vermədiklərini qeyd edir. Daha sonra baş təhqiqatçı otağa əlavə baxış keçirir. Baxış zamanı həmin otaqda 2 yataq dəstinin, müxtəlif çirkli formada geyim əşyalarının, oraya toplaşan şəxslərin qarşısında bir ədəd masanın, onun üzərində isə iki ədəd kitab, şüşə q abın içərisində duz, selofan paketin içərisində qəndin, 1 ədəd qaşıq, boş “coca-cola” butulkasının, eləcə də baş təhqiqatçının əvvəllərdə göstərdiyi açıq halda selofanın içərisində qəhvəyi rəngli toz şəkilli maddənin, 1 ədəd boş şprisin, üzərinə qəhvəyi və toz şəkilli maddə tökülmüş 1 ədəd elektron tərəzinin olması müşahidə edilir. Təhqiqatçı “bu maddə nədir” sualını verdikdə, kimsə deyir ki, “kokosdur”, şpris də narkotiki istifadə etmək üçündür. Bundan sonra təhqiqatçı qəhvəyi rəngli toz şəkilli maddə, 1 ədəd şpris və 1 ədəd elektron tərəzini qablaşdıraraq götürür və oradakı şəxslərə imza etdirir. Eyni zamanda təhqiqatçı bəraət almış şəxsi və binada aşkar edilən digər şəxsləri 28-ci PB-nə aparılaraq üzərlərinə şəxsi axtarış aparılacağını deməklə videoçəkilişi dayandırır. Eyni zamanda, “bə raət almış şəxs” adlı qovluğa baxış zamanı müəyyən edilmişdir ki, həmin qovluqda 07.36 saniyə videoçəkiliş aparılan 1 ədəd videofayl vardır. Həmin görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Yasamal RPİ, 28-ci Polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı Şahid10 özünü təqdim edir, daha sonra Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Yasamal RPİnin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Yasamal RPİ-nin 28-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və Yasamal RPİ 28-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 özlərini bir-bir təqdim edirlər. Daha sonra baş təhqiqatçı Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun müdafiəçisi X17 da təqdim edir və şübhəli şəxsə özünü təqdim etməsini bildirir. X11 bildirir ki, xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur, əvvəllər məhkum olunmuşdur, ünvan 8 ünvanda yaşayır. Daha sonra təhqiqatçı sonuncuların iştirakları ilə xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilmiş X7 üzərində şəxsi axtarışın aparılacağını və bu zaman mobil telefonun kamerasindan istifadə ediləcəyini elan edir. Baş təhqiqatçı tərəfindən şəxsi axtarışın xx.xx.2022-ci il tarixdə saat 22.30 dəqiqədə aparıldığı bildirilir və X6 polis əməkdaşlarının onu polisə gətirərkən fiziki zor tətbiq edib-etmədiklərinin soruşur. bəraət almış şəxs bildirir ki, polis əməkdaşları onu polisə gətirərkən döyməyiblər. Daha sonra baş təhqiqatçı tərəfindən X9 hüquq və vəzifələri elan edilir. Şəxsi axtarış zamanı baş təhqiqatçı tərəfindən X6 üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulur. X11 əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofanda olan bükümü könüllü çıxarıb təqdim edir və bildirir ki, həmin kütlə “heroindir”. Həmin bükülü açılaraq içərisinə baxış keçirildikdə, orada toz şəkilli, qəhvəyi rəngli maddə olması müşahidə edilir. X7 üzərindən aşkar edilmiş maddəni necə əldə etməsi barədə sual verildikdə, sonuncu bildirir ki, təqdim etdiyi maddəni bu gün, yəni xx.xx.2022-ci il tarixdə günorta vaxtı «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istuifadəsi üçün almışdır. Bundan sonra baş təhqiqatçı tərəfindən X7 üzərinə şəxsi axtarış aparıldıqda heç bir əşya aşkar edilmir. Aşk ar olunmuş büküm baş təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılır və möhürlə möhürlənir və iştirakçılar tərəfindən imzalanaraq götürülür. Daha sonra təhqiqatçı içərisində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd edirdi. Cinayət işində olan Bakı şəhəri, Yasamal rayon MKTB-nin 24 saylı Mənzil Kommunal İstismar sahəsindən alınmış məktubdan görünür ki, X5 rayonu, B.Şahtaxtinski küçəsi, ev 8 ünvanında qeydiyyatdadır, onun Yasamal rayonu, H.Cavid prospekti, 47 ünvanında yerləşən yaşayış binası ilə hər hansı bir bağlılığı yoxdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını verilmiş protestlə əlaqəli şəkildə təhlil edərək, aşağı instansiya məhkəmələrinin mövqeyləri ilə razılaşaraq qeyd edir ki, saxlanılan şəxs X7 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmışdır. İş materiallarında olan baxış və şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntüdən görünür ki, uçuq tikilidəki otağa baxış prosesində o oturmuş vəziyyətdə iştirak etmiş, verilən sualları çətinliklə cavablandırmışdır. Cibində olan narkotik vasitəni çıxarıb təqdim etmək üçün ona təhqiqatçı və əməliyyat tədbirində iştirak edən digər polis əməkdaşları tərəfindən təzyiqlər edilmişdir. Məhz həmin təzyiqlər nəticəsində və polis işçisinin yönləndirilməsi ilə bəraət almış şəxs cibində bir bükümün olduğunu müəyyən etmiş və onu çıxarıb yerə tullamışdır. Belə ki, ibtidai istintaq zamanı Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanda yerləşən bir mərtəbələli binaya baxış zamanı apa rılmış videoçəkilişin 1:28-ci dəqiqəsində əməliyyat tədbirinin iştirakçıları söküntü vəziyyətində olan tikilinin içərisinə daxil olarkən görüntüyə düşməyən naməlum şəxs “X12, bunu verərsən bəraət almış şəxsya» sözlərini deməklə, çəkilişdə özünü Şahid2 kimi təqdim etmiş şəxsə bir bükülü verir və sonuncu, həmin bükülünü şalvarının arxa cibinə qoyur. Daha sonra əməliyyat tədbirinin iştirakçıları tikilinin içərisinə daxil olduqda orada biri qadın, digər üç nəfəri isə kişi olmaqla 4 nəfər naməlum şəxsin olması müəyyən edilir. Həmin şəxslər özlərini Şahid7, Şahid8, Şahid6 və Şahid9 kimi təqdim edirlər. Təhqiqatçı tərəfindən həmin şəxslərə “bu yeri kim təşkil edir?” sualı bir neçə dəfə verilsə də, onlar heç kimin adını çəkmir, yalnız Şahid9 bəraət almış şəxsə işarə edir, Şahid8 “iki aydır gəlibge dirik buraya, gizli yer “priton” kimi gəlib-gedirik” cavabını verir. Təhqiqatçı növbəti dəfə “kim təşkil edir buranı?” sualını verdikdə, Şahid7 tərəddüdlə əlini bəraət almış şəxsə tərəf uzadır, bu zaman təhqiqatçı «aha, bəs siz nə verirsiz ona əvəzində» sualına, görüntülərdə narkotik təsiri altında olması hiss olunan Şahid7 nəsə bildirməklə cavab verməyə çalışır. Bu zaman təhqiqatçı «aha, yeməkdən-zaddan» cavabını verir və daha sonra stolun üstünə baxaraq orada şpris, narkotik vasitə və elektron tərəzi olmasını qeyd edir. Bundan sonra təhqiqatçı «siz nə məqsədlə buranı saxlamısız, Baxşiyev bəraət almış şəxs?» sualını verdikdə,yerdə oturmuş vəziyyətdə olan bəraət almış şəxs başını qaldırsa da, cavab vermir. Bu zaman təhqiqatçı «pulla satmırsız bunları?» deyə soruşduqda, bəraət almış şəxs «yox» cavabını verir, təhqiqatçının növbəti yönləndirici suallarına cavab olaraq şübhəli şəxs «yemək verirlər», «narkotik vermirlər» kimi sözlər işlədir. Daha sonra təhqiqatçı həmin tikilidəki otağın digər yerlərinə baxış keçirildiyini bildirsə də, həmin otaqda qalaqlanmış yataq dəstlərinin, müxtəlif çirkli geyim əşyalarının və digər predmetlərin olmasına baxmayaraq, heç yerə baxış keçirilmir, faktiki olaraq baxış stolun üzərində olan narkotik vasitənin, şprisin və elektron tərəzinin qablaşdırılaraq götürülməsi ilə yekunlaşdırılır. Həmin çəkilişin 04:14-cü dəqiqəsində təhqiqatçı tərəfindən şübhəli şəxs bəraət almış şəxsə üzərində olan qanunsuz əşyaları çıxarıb təqdim etmək təklif olunduqda, sonuncu, üzərində hər hansı qanunsuz əşya olmadığını bildirir. Təhqiqatçı təkrar olaraq bir neçə dəf ə «üzərinizdə, üzərinizdə» sözlərini deməklə şübhəli şəxsə özündə olan qanunsuz əşyanın təqdim olunmasını təklif edir, bu zaman bəraət almış şəxs yenidən əllərini əynindəki şalvarın ciblərinə vuraraq üzərində hər hansı qanunsuz əşya olmadığını təkrar edir. Bu zaman şübhəli şəxsin yanında dayanmış mülki formada olan və ağzına tibbi maska geyinmiş, şəxsi axtarış başlayarkən özünü polis əməkdaşı Şahid3 kimi təqdim etmiş şəxs bəraət almış şəxsə sağ yan cibinə işarə etməklə «bax, bax da, cibində var» sözlərini deyir, bəraət almış şəxs əlini həmin cibinə salır və cibini çevirdikdə bir büküm yerə düşür. Şübhəli şəxs daha sonra həmin bükümü yerdən götürüb təhqiqatçının stolunun üstünə atır, sonuncunun təklifi ilə bükümü yenidən götürüb müdafiəçinin əyləşdiyi stolun üzərinə qoyur. Daha sonra təhqiq atçı həmin bükümü açmağa cəhd göstərir, sonra bu işi yerinə yetirməyi əməliyyat müvəkkilindən xahiş edir. Həmin vaxt kamera yalnız bükümün açılması prosesini çəkir, görüntüdən kənarda təhqiqatçının «nədir o?», «nə vaxt əldə eləmisiniz?» sualları eşidilir, bu zaman görüntüdən kənar bəraət almış şəxsin «qeroin», «bu gün günorta» sözlərini dediyi eşidilir. Əməliyyat müvəkkili bükülünü açıb qurtardıqdan sonra çəkiliş yenidən bəraət almış şəxs tərəfə fokuslanır və həmin zaman təhqiqatçının və digər iki polis əməkdaşının onun yanında dayanmaları görünür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinə əlavə olunmuş diskdəki videogörüntülərə baxış zamanı ittiham tərəfinin sübut qismində təqdim etdikləri 22 aprel 2022-ci il tarixli ünvan 3 ünvanda yerləşən söküntü vəziyyətində olan binaya baxış ke çirilməsi və Yasamal RPİ, 28-ci Polis bölməsinin inzibati binasında X7 üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokolların, həmçinin istintaq orqanı tərəfindən həmin diskə baxış keçirilməsi haqqında 04 may 2022-ci il tarixli protokolun təhrif olunması, həmin protokollarda təqsirləndirilən şəxsə verilmiş ittihama təsir göstərə biləcək çox mühüm ziddiyətlərin olması müəyyən edilmişdir. Belə ki, şəxsi axtarış keçirilməsi haqqında protokolda və diskə baxış protokolunda baş təhqiqatçı tərəfindən X6 üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulduğu, bu zaman bəraət almış şəxsin əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofanda olan bükümü könüllü çıxarıb təqdim etməsi qeyd olunsa da, məhkəmə iclasında videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, bəraət almı ş şəxs həmin bükülünün cibində olmasından məlumatsız olmuş, təhqiqatçının bir neçə dəfə «üzərinizdə, üzərinizdə» sözlərini deməklə şübhəli şəxsi yönləndirməsindən sonra da könüllü olaraq heç nə təqdim etməmişdir. Daha sonra onun yanında dayanmış polis əməkdaşının sağ yan cibinə işarə etməklə «bax, bax da, cibində var» sözlərini deməsindən sonra bəraət almış şəxs əlini həmin cibinə salmış və cibini çevirdikdə bir büküm yerə düşmüşdür. Həmçinin, Yasamal rayonu, H.Cavid prospekti, 47 saylı ünvanda yerləşən söküntü vəziyyətində olan binaya baxış və bununla bağlı diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında tərtib olunmuş protokollar da məhkəmə iclasında diskə baxış keçirilməklə müqayisəli tədqiq edildi. Həmin protokollarda bəraət almış şəxsin baxış keçirilməsi ilə əlaqədar “Əməliy yat-axtarış tədbirlərinin keçirilməsi barədə” xx.xx.2022-ci tarixli qərarla tanış edilməsi qeyd olunsa da, videogörüntülərdən aydın olur ki, belə bir qərarla şübhəli şəxs tanış edilmir. Bundan başqa, diskə baxış zamanı müəyyən edilmişmişdir ki, əhəmiyyət kəsb edən digər bir halın, yəni görüntüyə düşməyən naməlum şəxsin “X12, bunu verərsən bəraət almış şəxsya» sözlərini deməklə polis əməkdaşına təqdim etdiyi bir bükülünü həmin polis işçisinin arxa cibinə qoyması faktı qeyd olunan protokollarda əks olunmamışdır. Cinayət işinin 1-ci cild 38-41-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokolda həmin istintaq hərəkətinin saat 22:30-da başlanıb 22:50də başa çatması qeyd olunmuş, diskdə təhqiqatçı tərəfindən istintaq hərəkətinin protokolda qeyd olunduğu tarixdə və vaxt da başlanıldığı bildirilir. X4 üzərinə şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin əks edildiyi diskdə mövcud olan «Boyukaqa» adlı faylın xüsusiyyətlərini əks etdirən səhifədəki qeydlərdən görünür ki, həmin fayl 22 aprel 2022-ci il tarixdə saat 21:29:20-də, yəni protokolda qeyd olunan vaxtdan təxminən 1 saat əvvəl yaradılmış və sonradan fayla dəyişiklik edilməmişdir. Bunlar isə, şəxsi axtarış keçirilməsinin vaxtı ilə bağlı mühüm ziddiyətin və şübhələrin olması anlamına gəlir. İş materiallarından göründüyü kimi, bəraət almış şəxs polis əməkdaşları tərəfindən saxlanılıb X10lığı məhdudlaşdırılandan sonra əvvəlcə qaranlıq vəziyyətdə olan və polis işçilərinə məxsus mobil telefonlarla işıqlandırılan uçuq tikilidəki binaya baxış keçirilməsində iştirak etmiş,həmin istintaq hərəkəti başa çatdıqdan və polis bölməsinə gətirildikdən sonra dərhal deyil, təxminən 4 saat vaxt keçəndən sonra onun üzərinə şəxsi axtarış aparılmışdır. Bu müddət ərzində onun cibində saxladığı narkotik vasitə olan bükümü atmaq və ya özündən kənarlaşdırmaq üçün kifayət qədər vaxtı və imkanları olmuşdur. Apellyasiya instansiya məhkəməsində X11 ifadəsində bildirmişdir ki, o, həmin əraziyə usta dalınca getmiş, həmin uçuq tikilinin ona heç bir aidiyyəti yoxdur. Oraya gedəndən sonra polislər gəlmiş, onları saxlamışlar və təxminən 4 saatdan sonra onu Polis bölməsinə aparmışlar. Polis işçiləri onu 3-4 dəfə həmin tikilidən çıxararaq onların dedikləri narkotikləri boynuna qoydurmaq üçün çöldə döyüb təzədən içəri aparmışlar. Polis işçiləri onu döydükləri üçün məcbur qalıb 2 qrama yaxın narkotiki boynuna gö türmüşdür. Həmin narkotik vasitəni tanımadığı polis işçilərinin onun cibinə qoymuş, videoçəkiliş aparılarkən ondan üzərində olan narkotiki çıxarıb stolun üstünə qoymaq təklif edilmiş, o, üzərində həç bir narkotik olmadığını bildirmiş, lakin çəkilişdə iştirak edən polis işçisini ona şalvarının sağ cibinə baxmasını deyəndən sonra həmin cibinə baxdıqda əlinə bir büküm dəymiş, həmin bükümün özünə aid olmadığını bildirərək onu yerə tullamış, sonra təhqiqatçının təklifi ilə bükümü yerdən götürüb stolun üzərinə qoymuşdur. O, narkotikdən istifadə etsə də, heç vaxt narkotik satışı ilə məşğul olmamışdır. X11 adlı xanım isə onun evində təmizlik işlərinə baxmış, görüdüyü işlərə görə ona ayda 300 manat pul vermişdir. Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən birinci instansiya məhkəməsinə təqdi m edilmiş xx.xx.2023-cü il tarixli məktubla araşdırma materiallardan görünür ki, bəraət almış şəxs tutulan zaman polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması barədə Bakı İstintaq təcridxanasından daxil olmuş məlumat əsasında araşdırma aparılmışdır. Məlumata əsasən, xx.xx.2022-ci il tarixdə saat 11:25 radələrində müəssisənin tibb-sanitar hissəsində X7 üzərinə baxış keçirilən zaman sağ gözün ağlı qişasında qansızma əlamətləri aşkar olunmuşdur. Bununla bağlı bəraət almış şəxsin izahatı alınmış, o, saxlanılarkən polis əməkdaşları tərəfindən bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurularaq döyüldüyünü bildirmiş, izahatı alınmış polis əməkdaşı Şahid4 isə bəraət almış şəxsin dediklərini inkar edərək ona qarşı hər hansı fiziki və psixi zorakılıq göstərilmədiyini qeyd etmişd ir. Onun saxlanılması, baxış və şəxsi axtarış keçirilməsində iştirak etmiş digər polis əməkdaşlarının isə ümumiyyətlə izahatları alınmamışdır. Müvafiq tibbi sənədlər əsasında bəraət almış şəxs barəsində məhkəmə-tibb ekspertizası təyin olunaraq keçirilmiş və ekspertin xx.xx.2022-ci il tarixli 180 nömrəli rəyində göstərilmişdir ki, təqsirləndirilən şəxs X7 adına BİT-də tərtib olunmuş tibbi kitabçada qeyd olunan sağ gözün ağlı qişasında qansızmanın sağ göz yuvası nahiyəsində hər hansı bir xəsarətin qeyd olunmamasına əsaslanaraq demək olar ki, törənmə səbəbini müəyyən etmək mümkün deyil. Qeyd olunanlara əsasən 30 iyun 2022-ci tarixli qərarla 120-C-22 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanılması rədd edilmiş və materiala əlavə edilmiş məktuba əsasən qərarın surəti bəraət almış şəxsə təqdim olunması üçün Bakı İstintaq təcridxanasına göndərilmişdir. Yuxarda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab dir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq hesab etmişlər ki, təqsirləndirilən şəxsin polis işçiləri tərəfindən döyülməsi və zorakılığa məruz qalması, bu səbəbdən uçuq vəziyyətdə olan binaya baxışda iştirak etməyə razılıq verməsi, polis əməkdaşlarının onu 28-ci Polis bölməsinə gətirərək hədə-qorxu gəlib cibinə bir büküm narkotik vasitə heroin qoymaları və həmin heroini boynuna götürməsi ilə bağlı hədələmələri ilə bağlı gətirdiyi dəlillər əsaslıdır, bəraət almış şəxsin özünə qarşı alınmış həmin izahatlarının zorakılıq, işgəncə və digər qeyri-insani hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu səbəbdən təqsirləndirilən şəxsin həmin iz ahatları, baxış keçirilməsi, şəxsi axtarış və götürmə aparılması haqqında 22 aprel 2022-ci il tarixli protokollar, həmçinin diskə baxış keçirilməsi haqqında 04 may 2022-ci il tarixli protokol bəraət almış şəxsə elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və X10lıqlarına riayət olunmasını təmin etməlidirlər. Cinayət mühakimə icraatında sübutlar ın qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cina yət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və X10lıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və X10lıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanl ardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymət ləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un 12 fevral 2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və X10lıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır. Həmçinin qeyd olunur ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qə bul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmil əşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarın da da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəti cə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X9 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X7 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübu ta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və X10lıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və X10lıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və X10lıqlarının dövlət tərəfində n müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq n ormalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq X3 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X11 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar