Məhkəmə qərarları › İş №1(102)-594/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-594/2025

09.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-594/2025 09.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 no yabr 2023-cü il tarixli 1(103)-2056/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əhməd Quliyev (sədrlik edən və məruzəçi), Telman Hüseynov və Fərid Namazov) 07 sentyabr 2023-cü il tarixli 1(101)1245/2023 nömrəli hökmü ilə xx xxxxxxxx 1962-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ailəli, fərdi əməklə məşğul olmuş, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ed ilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan tarixdə şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə tiryəki və metadon həblərini əldə edib üzərində saxlamaqla daşımış, eləcə də, satış məqsədi ilə "Əli” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun bildirdiyi yerdən külli miqdarda narkotik vasitə heroini götürüb daşıyaraq, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyad Bünyadzadə küçəsindəki 14 nömrəli binanın arxa tərəfində yerləşən iki mərtəbəli yararsız vəziyyətdə olan tikilinin birinci mərtəbəsində gi zlətmiş. 24 yanvar 2023-cü il tarixdə saat 14:45-də Qaradağ RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Binə TM-nin giriş hissəsinin yaxınlığındakı “Ağ Çiçəyim” gül mağazasının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilərək dəvət olunmuş müdafiəçinin iştirakı ilə həmin gün saat 15:35-də üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkcəsinin cibindən içərisində sellofana bükülmüş 09 ədəd bükümdə tərkibindəki komponentlərə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 4,460 qram, 0,965 qram, 0,951 qram, 0,940 qram, 0,931 qram, 0.941 qram, 0,925 qram, 0,930 qram, 0,942 qram, ümumi təmiz ç əkisi 11,985 qram narkotik vasitə tiryək, 02 ədəd konvolyutda üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı dərman həbinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram narkotik vasitə metadon olan “Viceroy Blue” markalı siqaret qutusu aşkar edilərək götürülmüş, daha sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyad Bünyadzadə küçəsindəki 14 nömrəli binanın arxa tərəfində yerləşən iki mərtəbəli yararsız vəziyyətdə olan tikilinin birinci mərtəbəsinə Məhkum müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə 25 yanvar 2023-cü il tarixdə saat 16:20-də baxış keçirilərkən həmin tikilinin birinci mərtəbəsinin giriş hissəsinin sağ tərəfindəki otaqdan tərkibindəki komponentlərə görə eyni olan 03 ədəd sellofan paketdə olan ayrıayrı lıqda təmiz çəkiləri 2004 qram, 2020,6 qram, 2027,1 qram, ümumi təmiz çəkisi 6051,7 qram (6 kq 51,7 qram) narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi hakim), Ramin Qaraqurbanlı və Anar İbrahimov) 22 noyabr 2023-cü il tarixli 1(103)-2056/2023 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 1(101)-1245/2023 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə tam həcmdə təqsirli bilinərək ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Məhkum kassasiya şikayəti v erərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli 1(103)-2056/2023 nömrəli qərarının dəyişdirilərək, əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, təqsirli bilindiyi bir epizod üzrə - satış məqsədi olmadan 11,985 qram çəkidə olan narkotik vasitənin ona məxsus olmasına imza etmiş, lakin cinayət təqibi orqanı və məhkəmələr tərəfindən əməli satış məqsədi kimi qiymətləndirilmişdir. Digər epizod üzrə ona məlum olan məlumat əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədi ilə hökmdə göstərildiyi kimi külli miqdarda 6 kq 51,7 qram heroinin yerləşdirildiyi ərazini polis əməkdaşlarına göstərməklə qanunsuz dövriyyənin qarşısının alınmasında göstərdiyi çeviklik öz ziyanına yönəldilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüy ünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin halları tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası ka ssasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək onlara qiymət vermiş və nəticəyə gəlmişldir ki, həmin sübutlarla Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət törədilməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hökmündə məhkumun təqsiri müəyyən edən sübutlar ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutların məcmusu məhkumun qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və saxlaması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, Məhkum məhkəmə iclasında verdiyi ifadədə göstərmişdir ki, o, Əli adlı şəxsdən tiryək və metadon həbləri almış, həmçinin Əli adlı şəxslə əldə edilmiş razılığa əsasən 2000 manat müqabilində sonuncunun gizlətdiyi yerdən 6 kiloqram heroin götürüb, Əlinin dəyəcəyi adama çatdırmaq məqsədi ilə Lökbatan qəsəb əsinin ərazisində gizləmişdir. Məhkumun bu ifadəsi onun üzərində tiryək və metadon həblərinin, onun göstərdiyi yerdə isə 6 kiloqram heroinin aşkar edilməsi barədə şəxsi axtarış və yerə baxış keçirilməsi haqqında protokollarla və həmin istintaq hərəkətlərində iştirak etmiş polis əməkdaşlarının şahid ifadələri və maddi sübutlarla təsdiq olunmuşdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizalarının rəyləri ilə müəyyən edilmişdir ki, məhkumun üzərində keçirilmiş şəxsi axtarış zamanı 11,985 qram narkotik vasitə olan tiryək və 0,08 qram narkotik vasitə olan “F/M40” dərman həbləri, onun göstərdiyi yerə baxış zamanı isə 6 kiloqram 51,7 qram narkotik vasitə heroin aşkar edilmişdir. Beləliklə Məhkum istintaqla müəyyən olunmayan şəxslə qabaqcadan əlbir olub 11,985 qram narkotik vasitə ola n tiryək, tərkibində 0,08 qram narkotik vasitə metadon olan F/M40 dərman həbləri və 6 kiloqram 51,7 qram narkotik vasitə olan heroin sonuncu tərəfindən gizlətdiyi yerdən götürüb saxlaması tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişlər ki, Məhkum üzərində və onun gizlətdiyi yerdə aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədi ilə qabaqcadan əlbir olan bir şəxs halında və külli miqdarda əldə etmiş və saxlam ış, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum əməli Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməlinin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir, apellyasiya məhkəməsinin məhkumun əməllərinin tövsifinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Lakin məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM -in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müdd əalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarından görünür ki, Məhkum 6051,7 qram (6 kq 51,7 qram) narkotik vasitə heroinin gizlətdiyi yer barədə istintaq orqanına məlumat vermiş, həmin narkotik vasitənin aşkar edilməsinə və cinayətin açılmasına ibtidai istintaq mərhələsində fəal kömək göstərmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsin ə əsasən, şəxsin könüllü şəkildə gəlib təqsirini etiraf etməsi, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə və cinayət nəticəsində əldə olunmuş əmlakın tapılıb müsadirə olunmasına kömək etməsi cəzanı yüngülləşdirən hal kimi qiymətlədirilir. Lakin apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən onun cinayət törətdikdən sonrakı bu müsbət davranışını cəzanı yüngülləşdirən hal kimi nəzərə almamışdır. Kassasiya kollegiyası məhkumun narkotik vasitənin aşkar edilməsi və cinayətin açılması ilə əlaqədar davranışını nəzərə almadan ona cəza təyin edilməsi Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun gəlmədiyindən ədalətli hesab etmir. Ona görə də məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü madd ələri ilə daha aşağı həddə cəza təyin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli 1(103)-2056/2023 nömrəli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli 1(103)-2056/2023 nömrəli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) il 6 (altı) aya endirilsin. Qərar qalan hissədə dəyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar