Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-621/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi ilə xx xxxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147.2-ci maddəsi ilə bəraət verilməsinə və CM-nin 148-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-c u il tarixli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xüsusi ittihamçı X1 x1nun CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmasına və yayılmış məlumatlar barədə təkzib verilməsi və internet informasiya ehtiyatlarından silinməsinə dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xususi ittihamçı X11 birinci instansiya məhkəməsinə müraciət edərkən şikayətini onunla əsaslandırmışdır ki, X2 vaxtlar kütləvi nümayiş olunan resurslarda (“youtube”da, internet xəbər portallarında, dövlət orqanlarına etdiyi şikayət ərizələrində) onun barəsində böhtan xarakterli, qərə zli videogörüntülər və yazılar dərc etmiş, şərəf və ləyaqətini nalayiq formada alçaltmışdır. Belə ki, X7 xx.xx.2017-ci il tarixdə “Azxeber.com”, “Xalqxeber.az", “Baki-xeber.com”, “Bakunews.az", "Big.az", “Teref.info", “Mia.az", "Pressclub.az", “Reyting.az", “Sonxeber.az", “Terazlar.az", “Milleytinsesi.info", “Reyting az", “Cebhe.info” və “Xeberle.com” adlı saytlarda ona böhtan ataraq “bir qrup dələduz məmurlar, eyni zamanda Sumqayıtda qanunsuz torpaq alveri ilə məşğul olan X1 və X2 qardaşları...”, “...erməni işğalçılarının etdiyi əməlləri təkrarlayaraq 2-ci dəfə biz məcburi köçkünləri öz torpağımızdan, evimizdən çıxarırlar” kimi, məlumatlar yaymışdır. Bundan başqa müxtəlif dövlət orqanlarına şikayət ərizələri göndərərək “onlar bir neçə ildir belə dələduzluqla məşğuldurlar", “bu dələduzları n işi araşdırılsın və haqlarında qanunlar əsasında tədbir görülsün" kimi fikirlər səsləndirərək onu xüsusilə ağır cinayət törətməkdə ittiham etmişdir. Bundan başqa xx.xx.2017-ci il tarixdə internetdə, “Youtube”da x3 ayrıca səhifə yaradaraq videomüraciət yayıb onu yalan olduğunu bilə-bilə təhqir etmiş, haqqında həqiqətə uyğun olmayan böhtan və təhqir xarakterli məlumatlar səsləndirmişdir. Bundan başqa internetdə x3 adlı profildən aşağıdakı kimi yazılar yerləşdirilmişdir: “X1 X2 qatil qardaşları sizə yaxın vaxtlarda paz vurulacaq tələsməyin, mənim nəyim var heç kəsə aidiyyəti yoxdur nə oğurluqla nədəki kiminsə pulu ilə almışam, ən azından sizin kimi saxta, şərəfsiz yollarla kiminsə evinə, maşınına göz tikməmişəm nə də ki kimisə qorxudub sizin kimi maşınını əlindən almamışam, elə də öləcəks iniz", “sizin kimi şərəfsiz, erməni xislətli adamlar inşallah yaxın vaxtlarda, barmaqlıqlar arxasında oturacaqsınız" kimi fikirlər səsləndirərək onu təhqir etmişdir. Barəsində şikayət verilən şəxs X7 qəsdən və bilərəkdən onun barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları özünün, yəni Xa məxsus səhifələrdə, kütləvi nümayiş olunan elektron vasitələrdə dələduz, soyğunçu və quldur kimi (cinayətkar birliklərlə əlbirlik və s. cinayətlərdə) ağır cinayətlərin törədilməsində ittiham etməklə, habelə nalayiq formada alçaltmaqla Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Bundan başqa, qeyd olunan xəbər portalları yalnız vətəndaşın müraciətini dərc etməklə kifayətlənmiş, heç bir jurnalist ara şdırması aparmadan qərəzli mövqe bildirmişlər. Halbuki tərəflər arasında məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəsini almış məhkəmə qərarı ilə Xun dəlilləri rədd edilmişdir. Nümayəndəsi olduğu mərhum X3un və hüquqi varisi X4, cavabdeh X və qeydlərinə qarşı torpaq sahəsindən çıxarılmaya dair iddia tələbi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təmin edilmişdir. Hazırda barəsində şikayət verdiyi X heç nəyə məhəl qoymayaraq qərarları tanımır və şantaj, təhqir və digər yollara əl atır. Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakim N.İ.Abıyev) X5 Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, CM-nin 148ci maddəsi ilə təqsirli bilinərək, 1500 (bir min beş yüz ) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs X6 və xüsusi ittihamçı X10 tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), F.G.Zeynallı və E.M.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ona CM-nin 148-ci maddəsi ilə də bəraət verilməsi xahiş olunur. Şik ayət müəllifi qeyd edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam araşdırmadan, onun ifadələrinə (ittihamda göstərilən və məhkəməyə sübut kimi təqdim olunmuş iki ədəd “DVD" disklər xüsusi ittihamçı tərəfindən montaj olunaraq ayrıayrı yerlərdə olan ifadələri birləşdirərək mövcud ittihamın əsasını təşkil edən halları süni yaratmasına) əhəmiyyət vermədən nəticə etibarı ilə düzgün olmayan hökm qəbul edilmiş və bu halları apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır. Belə ki, məhkəməyə təqdim olunmuş 2 diskdən 1-nə ümumiyyətlə baxış keçirilmədən, çıxış üçün ona vaxt verilmədən və ümumiyyətlə çıxış olmadan (məhkəmə iclasında iştirak etməmişdir) hökmün elan edilməsi CPM-nin tələbləri kobud formada pozulmaqla, qərəzli olaraq qanunsuz hökm qəbul edilmişdir. Xüsusi ittiha m qaydasında verilmiş şikayətdə göstərilən və məhkəməyə sübut kimi təqdim olunmuş iki ədəd “DVD" disklər xüsusi ittihamçı tərəfindən montaj olmasını yoxlanılması məqsədilə ekspertiza təyin olunması xahiş olunsa da, məhkəmə tərəfindən əhəmiyyət verilmədən təmin edilməmişdir. Həmçinin qeyd edir ki, hakimə etiraz verilmişdir, lakin təmin edilməmişdir. Halbuki etirazın hüquqi əsasları kifayət qədər olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 tərəfindən verilmiş kassasiya şikayətinin məzmunundan görü nür ki, o, özünü ittiham edildiyi cinayətin törədilməsində təqsirli bilmir və bu barədə qəbul edilmiş apellyasiya instansiya məhkəməsinin qərarı ilə razılaşmır. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin şərəf və ləyaqəti onun fundamental dəyəridir. Bu səbəbdən də şərəf və ləyaqət milli və beynəlxalq hüquqla qorunur və şərəf və ləyaqətə qəsd cinayət və ya mülki məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgə yaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxxxx 2014-cü il tarixli 3 saylı qərarında göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-linqvistik ekspertizasının xx.xx.2019-cu il tarixli 34103 №-li rəyindən görünür ki, ekspert aşağıdakı nəticəyə gəlmişdir:
1. X7 tərəfindən “Bakunews.az" saytında 25 01 2018-ci il tarxində getmiş http://bakunews.az/sosial/34862-mecburi-kochkunler-olke-rehberindən-imdad- diyevirlershokolay.html yazıda işlədilmiş “bu dələduzlar" işlətməsi şəxslərin şərəf və ləyaqətini alçaldan, ləkələyən və ya nüfuzdan salan məlumat hesab olunur. Yazıdakı digər məlumatlar isə yalan olaraq bildirildiyi təqdirdə qərəzli, şərəf və ləyaqəti alçaldan, ləkələyən və ya nüfuzdan salan məlumat hesab oluna bilər. Məlumatların yalan və ya doğru olmasının müəyyən edilməsi isə hüquqi araşdırmaya aid məsələdir 2. “Xalqxeber az" saytında 08 12.2017-ci il tarixindəki sayında getmiş məqalədə http://xalqxeber.az/sosial/18229-36-neferden-baret-6-kockun-alesnn-evlern-memurlardaqdr.html x3 tərəfindən bildirilən cümlələrdə “bu dələduzlar” işlətməsi şəxslərin şərəf və ləyaqətini alçaldan, ləkələyən və ya nüfuzdan salan məlumat hesab olunur. Yazıdakı digər məlumatlar isə yalan olaraq bildirildiyi təqdirdə qərəzli, şərəf və ləyaqəti alçaldan, ləkələyən və ya nüfuzdan salan məlumat hesab oluna bilər. Məlumatların yalan və ya doğru olmasının müəyyən edilməsi isə hüquqi araşdırmaya aid məsələdir 3. “T əzadlar.az" saytında xx.xx.2017-ci il tarixindəki sayında getmiş http:// www tezadlar.az /problern/28884-mcburi-kknir-dlivv-nazirindn-krnk-istdi html yazıda “dələduzluqla məşğul olurlar” kimi işlətmə şəxslərin şərəf və ləyaqətini alçaldan, ləkələyən və ya nüfuzdan salan məlumat hesab olunur. Yazıdakı digər məlumatlar isə yalan olaraq bildirildiyi təqdirdə qərəzli, şərəf və ləyaqəti alçaldan, ləkələyən və ya nüfuzdan salan məlumat hesab oluna bilər. Məlumatların yalan və ya doğru olmasının müəyyən edilməsi isə hüquqi araşdırmaya aid məsələdir. 4. “Xeberleşcom və Meydan.tv" adlı saytların xx.xx.2017-ci il tarixdəki sayında getmiş http://xeberle.com/cemiyyət/34530-sumqayıtda-40-ayaxın-mecburi-kochkun-mekuulaşdığı evlerden - çıxarılır- mehkeme qerar verdi demuracet html?fb comment ıd ******* ***213817 **********049119.html eyni məzmunlu müsahibədə yer almış məlumatlar yalan olaraq bildirildiyi təqdirdə şəxslərin şərəf və ləyaqətini alçaldan, ləkələyən və ya nüfuzdan salan məlumat hesab olunur Məlumatların yalan və ya doğru olmasının müəyyən edilməsi isə hüquqi araşdırmaya aid məsələdir
5. X4 xx.xx.2017-ci il tarixli şikayət ərizələrində işlədilmiş “dələduzluqla məşğuldurlar" sözü şəxslərin şərəf və ləyaqətini alçaldan, ləkələyən və ya nüfuzdan salan məlumatlar hesab oluna bilər.
6. X4 xx.xx.2017-ci il tarixdə “Youtube” internet kanalında yaydığı videogörüntüərdə və onun şərh hissəsində işlədilmiş “sizin kimi saxta şərəfsiz yollarla kiminsə evinə, maşınına göz dikməmişəm, nə də ki, kimisə qorxudub sizin kimi maşınını əlindən almamışam, eləcə də öləcəksiniz”, “sizin kimi şərəfsi z, erməni xislətli adamlar inşallah yaxın vaxtlarda, barmaqlıqlar arxasında oturacaqsınız" kimi cümlələr, xüsusi ilə də işlədilmiş, “sizin kimi şərəfsiz, erməni xislətli” kimi sözlər şəxsin (şəxslərin) şərəf və ləyaqətini alçaldan, ləkələyən və ya nüfuzdan salan məlumatlar hesab olunur. İş materiallarından müəyyən olunur ki, iş materiallarına əlavə edilmiş məlumatlarda təqsirləndirilən şəxs tərəfindən X8 barəsində təhqir, yəni kütləvi çıxışlarda, kütləvi informasiya vasitəsində, həmçinin "Youtube" və müxtəlif internet saytlarında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan ifadələr işlədilmişdir, lakin həmin ifadələrdə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 12-ci maddəsində qeyd olunmuşdur ki, heç kim şərəf və nüfuzuna özbaşına qəsdə məruz qala bilməz. İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. «Mülki və Siyasi Hüquqlar haqqında» Beynəlxalq Paktın müqəddiməsinə əsasən bu hüquqlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəlir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas az adlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının tövsiyələrinə əsasən şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüşü, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, şəxsi və ailə sirri, şərəf və təmiz adı qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsindən də göründüyü kimi, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltması başa düşülür. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. "Kütləvi informasiya vasitələri haqqında" qanunun 10-cu maddəsinə əsasən vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında" xx xxxxxx 2014-cü il tarixli qərarındakı mövqeyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdir ilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarını n internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq X4 CM-nin 148-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız sayır və buna görə də kassasiya şikayətinin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının isə dəyişiklik edilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikası CM-nin 148-ci mad dəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.