Məhkəmə qərarları › İş №1(102)-63/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-63/2025

07.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-63/2025 07.01.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Məhkum iştirakları ilə xx xxxxx 1983-cü il tarixdə Ermənistanın Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Ələsgərli kəndində yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 24 aprel 2024-cü il tarixli, 1(104)-228/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 1(076)-17/2024 nömrəli hökmü ilə (hakimlər: H.K.Məhəmmədi) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), S.B.Hüseynov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə məhkum olunmasına dair Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 2021-ci ilin payız aylarından 2022-ci ilin payız aylarınadək olan müddət ərzində, istintaqa dəqiq məlum olmaya n tarixdə və vaxtda Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 1,46 hektar (X=567804: Y=4515062) ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində buğda əkibbecərərək özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr hüquqlarını müdafiə etdiyi şəxs Məhkum barəsində törədilmiş cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan halları həm ayrı-ayrılıqda, həmdə onların məcmusu üzrə qiymətləndirilməsindən imtina etməklə sonuncu barəsində CM-in 74-cü m addəsini əsassız olaraq tətbiq etməmişlər. Müraciət müəllifi Məhkum barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin tətbiq edilə bilməsinin əsası kimi, sonuncu tərəfindən törədilmiş cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, zərərçəkmişlə barışıq əldə olunmasını, həmçinin mübahisəli ərazinin zərərçəkmiş hüquqi şəxsə qaytarılması kimi halları göstərmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 1(104)-228/2024 saylı qərarının ləğv edilməsini, Məhkum münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 74-cü maddəsini tətbiq etməklə şəraitin dəyişməsi ilə əlaqədar sonuncunun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq hüquqlarını müdafiə etdiyi Məhkum barəsində CM-in 74-cü maddəsi tətbiq edilməsində imtina edilməsini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsind ə nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə diqqət etdikdə, müraciət müəllifinin kassasiya şikayətində istinad etdiyi dəlil məhkumun Azərbaycan Respublikası CM-in 74-cü maddəsinə əsasən, yəni şəraitin dəyişməsi nəticəsində cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədardır. Məhkumun müdafiəçisinin irəli sürdüyü tələblə bağlı məhkəm ə kollegiyası vurğulamağı lazım bilir ki, CM-in 74.1-ci maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Maddənin dispozisiyasına diqqət etdikdə müəyyən olunur ki, bu maddənin tətbiqi imperativ deyil, dispozitiv xarakter daşıyır, yəni qeyd olunan norma cinayət təqibini həyata keçirən prosessual şəxslərə, həmçinin məhkəmələrə münasibətdə vəzifə müəyyənedici norma olmamaqla səlahiyyətverici norma kimi çıxış edir. Həmçinin normanın təhlili belə nəticəyə gəlməyə əsas verir ki, qanunverici şəxsə münasibətdə CM-in 74-cü maddəsində nəzərdə tutulmuş güzəştli institutun tətbiq edilməsinin əsasını yalnız törədilmiş cinayətin təsnifatından asılı etməmiş, qeyd olunan halı cinayət əməlinin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəliliyini itirib-itirməməsi (toplanmış sübutlarla təsdiqini tapdığı halda) ilə əlaqələndirilmiş şəkildə nəzərə alınmasını vacib hesab etmişdir. Digər tərəfdən Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci maddəsinin tələbləri baxımından cinayət əməlinin və ya əməli törətmiş şəxsin ictimai təhlükəliliyini itiribitirməməsi, şəraitin dəyişməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olub-olmamasına dair sübutlara məcmu halında, məhz məhkəmə baxışı mərhələsində qiymət verilməlidir. Məsələyə belə hüquqi mövqedən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsin in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli Qərarında yanaşmışdır. Həmin Qərarda göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin, 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39, 40.2, 43.3, 299 və 305.1-ci maddələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş hallar yalnız məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Adı çəkilən qərarda qeyd olunur ki, Cinayət Məcəlləsinin 74-cü maddəsinin tətbiqi ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bununla əlaqə dar olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi üçün, ilk növbədə, şəxsin təqsiri müəyyən edilməli, bundan sonra şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilərək qiymətləndirilməlidir. Qərarda həmçinin göstərilir ki, hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəh ərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Hazırki cinayət işi üzrə araşdırılmış sübutlarla isə müəyyən edilir ki, Məhkum 2021-ci ilin payız aylarından 2022-ci ilin payız aylarınadək olan müddət ərzində, Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 1,46 hektar ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində buğda əkib-becərərək özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuş və cinayət törədilən ana qədər hazırkı mövcud ol an vəziyyətlə müqayisədə onun həyatında şəraitin ciddi surətdə dəyişməsinə, həmçinin törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyini itirməsinə əsas ola biləcək hər hansı hal baş verməmişdir. Müdafiəçinin kassasiya şikayətində istinad etmiş olduğu hallar yəni, Məhkum tərəfindən törədilmiş cinayətin az ağır cinayətlər kateqoriyasında aid olması, özbaşına tutulmuş torpağın zərərçəkmiş şəxsə qaytarılması, zərərçəkmiş hüquqi şəxslə barışığın əldə olunması (qeyd olunan hal Məhkum barəsində müvafiq hökm qəbul edildikdən sonra baş tutmuş) isə Məhkum tərəfindən cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə onun həyatında şəraitin ciddi surətdə dəyişməsi və ya cinayət əməlinin öz maddi əlamətini itirilməsi kimi dəyərləndirilə bilməz. Əks halda istənilən böyük ictimai təhlükə tör ətməyən və ya az ağır cinayət törətmiş şəxsin əldə etdiyi əmlakı qaytarması, eyni ilə zərərçəkmiş şəxslə barışması sonuncuya münasibətdə CM-in 74-cü maddəsinin tətbiqi üçün əsas ola bilər ki, bu öz növbəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi, müvafiq olaraq da Cinayət Məcəlləsinin 74-cü maddəsinin tələbləri ilə uzlaşmayan nəticə kimi özünü göstərər. Sadalanları nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq Məhkum qeyd edilən cinayət əməlini törətdikdən sonra onun barəsində CM-in 74-cü maddəsinin tətbiq edilməsini zəruri edən halları müəyyən etməmiş, müdafiə tərəfinin apelyasiya müraciətində (kassasiya şikayəti ilə eyni olan) istinad etmiş olduğu halları isə şəraitin dəyişməsi kimi deyil, məhz cəzanı yüngülləşdirən hallar kimi qiym ətləndirmişdir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq Məhkum barəsində CMin 74.1-ci maddəsinin tətbiq edilməklə şəraitin dəyişməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi barədə qərarın qəbul edilməsi üçün əsaslar görmür və buna görə kassasiya şikayətinin təhlil edilən məsələ ilə bağlı dəlillərini qəbul edilməz sayaraq şikayətin həmin hissədə təmin edilməsini mümkün bilmir. Məhkum təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası aşağıdakları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və ci nayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayət ə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın an layışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Məhkum törətməkdə təqsirli bilindiyi cinayət əməlindən görünür ki, mülkiyyət əleyhinə yönələn bu əməl nəticəsində Məhkum zərərçəkmiş hüquqi şəxs Şəmkir rayon u, Ələsgərli Bələdiyyəsinin mülkiyyətində olan 1,46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində buğda əkib-becərərək özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkum törətdiyi həmin əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin müəyyən etdiyi məhrumiyyətlər üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılmasından və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiyası məhkəməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsindən çıxış edərək Məhkum zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, həmçinin CM-in 59.2-ci maddəsinə əsasən yaşadığı yer ü zrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə yanaşı, sonuncunun cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə cavabından müəyyən olunur ki, Məhkum əvvəllər məhkum olunmamışdır. İşə apellyasiya icraatı qaydasında baxılarkən Şəmkir rayon Ələsgərli bələdiyyəsinin sədri M.X6 Məhkəməsinə Məhkum zəbt etdiyi 1.46 ha torpaq sahəsinin könüllü olaraq bələdiyyə mülkiyyətinə qaytarması, bu səbəbdən sonuncu ilə barışığın əldə olunması barədə ərizə ünvanlamışdır. Təsvir olunanlardan görünür ki, Məhkum cinayət əməlləri nəticəsində zəbt etdiyi torpağı qaytarmış və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə kollegiyasın ın qənaətinə görə, belə vəziyyətdə CM-in 62-ci maddəsi tətbiq edilməklə Məhkum CM-in 188.3-cü maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsi, CM-in 41.2-ci maddəsinin tələb etdiyi kimi, cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları (cinayətin nəticəsi ilə birlikdə götürülməklə) ilə uyğunsuzluq yaratmır və cəzanın da məqsədlərini təmin etməyə imkan verir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən isə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il t arixli qərarları) Məhkəmə kollegiyası Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zəbt etdiyi 1.46 ha torpaq sahəsinin könüllü olaraq bələdiyyə mülkiyyətinə qaytarmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olduğunu qeyd edərək, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması kimi, eyni ilə yaşadığı yer üzrə müsbət xarakterizə olunması kimi halları məcmu halında götürərək - Cinayət Məcəlləsinin 62.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərə aid olan, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsas kimi qiymətləndirib, həmin maddənin Məhkum tətbiq olunmasını, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətinin Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş aşağı həddən də aşağı endirilib 01 (bir) il olaraq müəyyən edilməsini mümkün hesab edir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş halın, yəni məhkumun müdafiəçisinin kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsasın mövcud olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 24 aprel 2024-cü il tarixli, 1(104)-228/2024 nömrəli qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənl ərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 aprel 2024-cü il tarixli, 1(104)-228/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə azaldılsın, ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar