Məhkəmə qərarları › İş №1(102)-636/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-636/2025

14.03.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-636/2025 14.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum müdafiəçisi “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxx 1973-cü ildə Astara rayonunun Ərçivan kəndində doğulmuş,, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Astara rayonunun Ərçivan kəndində qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 may 2024-cü il tarixli 1(099)-230/2024 tarixli hökmünə əsasən (hakim: C.Nəbiyev) Məhkum - Azərbaycan Respublikası CM-in 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, o nun 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 1 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-731/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), E.İ.Əliyev və Y.X.Həşimov) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 may 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən Məhkum qanunsuz yolla qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və satışına dair şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı Mohsin Samavati adlı şəxslə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən qanunsuz olaraq əldə edilib saxlanılmış və daşınaraq Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonunun Nəsimi kənd ərazisindən keçən hissəsində Əzizbəyov su kanalının üzərindəki "Daş körpü” adlanan körpü nün yaxınlığında gizlədilmiş külli miqdarda, yəni 14,221 qram çəkidə narkotik vasitə heroini əvvəlcədən razılaşdıqları kimi 01 fevral 2023-cü il tarixdə saat 12:30 dəqiqədə piyada həmin əraziyə gələrək, gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Biləsuvar Rayon Polis X3 Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən "Daş körpü”nün yaxınlığında saxlanılaraq Biləsuvar RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılmış şəxsi axtarış zamanı həmin narkotik vasitə bir ədəd bağlamada olmaqla əynindəki gödəkcənin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, dini ekstremist materialları saxlama və yayma məqsədilə məlum olmayan şəxs və ya şəxslə rlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni məzmununda Azərbaycan Respublikasında hakimiyyətin dəyişməli olub İslam hakimiyyətinin qurulmasına yönələn, insanları hakimiyyətə qarşı mübarizəyə dəvət etməklə təhrikedici ifadələr işlədilən, Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, diniekstremist ideyalar təbliğ edilən, üzərində “Hüseynçilər: Azərbaycan İslam Müqavimət Hərəkatı”nın loqosunun təsviri və Azərbaycanın dövlət başçısı və Azərbaycan hökümətinə qarşı nifrət ifadə edilən yazılar olan A4 formatlı 02 ədəd vərəqəni və üzərində “Hü seynçilər: Azərbaycan İslam Müqavimət Hərəkatı”nın sarı rəngli bayrağının, bayrağın fonunda İran İslam Respublikasının ali dini lideri X9 və “Hizbullah” təşkilatının lideri X7 fotoşəkillərinin, Azərbaycan Respublikası Dövlət Gerbinin, “Azərbaycan İslam Müqavimət Hərəkatı”nın loqosunun, yəni Azərbaycan Respublikasının xəritəsi və snayper tüfəngi tutan əlin təsviri olan, logonun üzərində Qurani-Kərimin “əl-Həcc” surəsinin 39-cu ayəsinin məzmunu, alt hissəsində isə “hüseynçilər” mənasını verən “hüseyniyyun” yazılmış, həmçinin fars və azərbaycan dillərində “Azərbaycan İslam Müqaviməti olan Hüseyniyyun təşkilatı Azərbaycan gənci üçün milli məfkurənin dini-mənəvi hissləri ilə peyvəndi olan ən ideal model olacaq, düşmən bunu istəsə də, istəməsə də bu baş verəcək. Bu, ilahi bir vəddir və biz bunda zərrə qədər şübhə etmirik. X10 - 2016” yazısı olan A4 formatlı 02 ədəd vərəqəni istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edərək yayma məqsədi ilə 03 fevral 2023-cü il, saat 01:30-dək, yəni Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən evində axtarış aparılıb aşkar edilənədək həmin evdə saxlamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024 tarixli qərarının ləğv edilməsi, hüquqlarını müdafiə etdiyi şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihama bəraət verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərmişdir ki, i btidai istintaq orqanı tərəfindən Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. İbtidai istintaq orqanı bu hissədə yalnız Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanır. Məhkəmələr də yuxarıda qeyd edildiyi kimi Məhkum ibtidai istintaq zamanı öz əleyhinə verdiyi və açıq-aydın reallığı əks etdirməyən ifadəsini yoxla maq, həmin ifadəni məhkəmə araşdırması zamanı verdiyi ifadə ilə müqayisə etmək əvəzinə kortəbii şəkildə Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsini ona qarşı irəli sürülmüş ağır cinayət əməllərinin sübut edilməsi üçün mötəbər və kifayətedici hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi3 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu m addəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilm əməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəyinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-nin 167-3.1-ci ma ddəsinə əsasən dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmək ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə”, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. C inayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6- cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkumin əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid if adələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sü butlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Belə ki, məhkəmə qərarlarından görünür ki, Məhkum məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Məhkum heç bir təsir-təzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, ailəsi ilə birgə Astara rayonunun Ərçivan kəndində qeydiyyatda olmaqla orada yaşamiş, 1995-ci ildə İran İslam Respublikasının Qum şəhərinə dini təhsil almaq üçün getmiş, 2011-ci ildə təhsilini başa vurub geri qayıtmışdır. Əvvəllər məhkum o lunmamış və narkotik vasitələrdən istifadə etməmiş, rayonda meyvətərəvəz alveri ilə məşğul olmaqla ailəsini dolandırmışdır. İran vətəndaş Mohsin Samavatini tanımış, onunla telefon əlaqələri olmuş, 01 fevral 2023-cü ildə Mohsinlə telefonla danışan zaman Biləsuvar rayonuna gələcəyi deyərkən sonuncu ona Biləsuvar rayonunun Nəsimi kəndinin ərazisində, Daş körpü adlanan yerin yaxınlığında yolun kənarında içərisində narkotik vasitə olan bağlama olduğunu və həmin bağlamanı oradan götürüb Astaraya apararaq onun deyəcəyi şəxsə çatdırmasını xahiş etmiş, həmin gün səhər saatlarında Biləsuvar rayonu, Nəsimi kəndinə hüzür məclisinə gəlmiş, orada iştirak etdikdən sonra Mohsinin dediyi yerə gedərək yolun kənarında və içərisində narkotik vasitə olan bağlamanı götürüb əynindəki gödəkçəmin sol iç cibinə qoy muş, bir az piyada getdikdən sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini tədqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmış, şöbədə öz seçiminə əsasən hüquqlarını müdafiə etmək üçün vəkil Əli Hüseynov dəvət olunmuş, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olması, varsa könüllü təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb masanın üstünə qoyaraq içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitənin İran vətəndaşı Mohsin Samavati tərəfindən ona göndərildiyini, narkotik vasitəni sonuncunun deyəcəyi şəxsə ç atdıracağının bildirmiş, bükülüyə onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilərkən bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuş, həmin maddə elektron tərəzidə çəkilən zaman çəkisinin 17,89 qram olması müəyyən edilmiş, şəxsi axtarışdan sonra tərtib olunan protokolu müdafiəçisi ilə tanış olub imzalamışlar. Evindən aşkar olunan 12 ədəd üzərində iran sözləri yazılmış vərəq və İran generalı Qasim Süleymaninin fotoşəkilləri, İmam Rzanın şəkili onun evində olmamışdır. Evindən aşkar olunmuş 2 ədəd yaşıl bayrağı və 1 ədəd qara bayrağı Kərbəlayi şəhərindən gətirmiş, 37 ədəd diskdə olan yazılar isə dini mövzularla bağlı olmuşdur. Saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyi q və ya təsir olmamışdır. İş materiallarında olan 1 fevral 2023-cü il tarixli "Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş diskə keçirilmiş baxışdan görünür ki, Biləsuvar RPŞ-nin əməkdaşları və saxlanılan şəxsin hüquqlarını müfadiə etmək etmək üçün şöbəyə dəvət olunmuş müdafiəçinin iştirakı ilə, həmçinin videoçəkilişlə Məhkum üzərində şəxsi axtarış keçirilərkən sonuncuya hüquq və vəzifələri izah edildikdən sonra şəxsi axtarış zamanı Məhkum əynindəki boz rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd cib dəsmalı, sağ yan cibindən 8 (səkkiz) ədəd 100 (yüz) manatlıq və 2 (iki) ədəd 50 (əlli) manatlıq əskinazlar, qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd "Samsung” markalı mobil telefon, 1 (bir) ədəd qara rəngli papaq, sol yan cibindən 1 (bir) ədəd təsbeh, 1 (bir) ədəd "Samsung” markalı mobil telefon, sol iç cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü, əlindəki qara rəngli əl çantası açılıb baxdıqda içərisində 2 (iki) ədəd ərəb əlifbası ilə yazılmış kitab, 2 (iki) ədəd "Qurani-Kərim” kitabı və 1 (bir) ədəd "Quran” ayələri yazılmış kitabça aşkar edilmiş, eyni zamanda sonuncunun üzərindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofanın içərisində narkotik vasitə heroinə bənzər maddə olan bükülü elektron tərəzisində çəkildikdə, çəkisinin bükülü ilə birlikdə 17,89 qram olması müəyyən edilmiş, həmin bükülü zərfə qoyularaq qablaşdırılb götürülmüş, keçirilmiş şəxsi axtarışla bağlı tərtib olunmuş protokolun düzgünlüyü orada iştirak edən şəxslər, o cümlədən Məhkum tərfəndən imzalanmışdır. İş materiallarında olan Biləsuv ar Rayon Məhkəməsinin 2 fevral 2023-cü il tarixli qərarından görünür ki, Biləsuvar Rayon Polis X3 bölməsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olan, Məhkum ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair 1 fevral 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 2 fevral 2023-cü il tarixli qərarına əsasən Məhkum yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə sonuncunun həyat yoldaşı X2 iştirakı ilə, həmçinin videoçəkilişlə "axtarış və götürmə” aparılması haqqında istintaq hərəkəti keçirilmiş, axtarış zamanı Məhkum evində narkotik vasitələr və ya psixotrop maddələr aşkar edilməsə də, Məhkum məxsus yataq otağına baxış keçirilərkən o taqdan sonuncunun İran İslam Respublikasının müxtəlif şəhərlərində çəkdirdiyi 23 ədəd fotoşəkil, üzərində ərəb və ya da ki fars dilində, aşağı hissəsində @unity_story, www.unity-story.com yazılar olan sarı fonlu iki ədəd A4 formatlı vərəqə, üzərində "Ərbəin” sözləri yazılmış 4 ədəd kitabça, üzərində fars dilində yazılar və İmam Rzanın ziyarətgahının təsviri olan 4 ədəd şəhadətnamə, övladına məxsus otaqdan 01 ədəd 2000-lik İran pulu, 01 ədəd 5000-lik İran pulu, 01 ədəd İran İslam Respublikasına aid çek dəftəri, 2 ədəd İran İslam Respublikasına aid kitab, istirahət otağı kimi təqdim edilən otaqdan isə üzərində "İmam Rzanın mövludu mübarək” yazısı olan 01 ədəd banner, İran İslam Respublikasına aid 01 ədəd kitab, iki ədəd kiçik ölçülü yaşıl rəngli bayraq, 1 ədəd böyük ölçülü qara və yaşıl rə ngli bayraq, üzərində İran İslam Respublikası generalı Qasım Süleymaninin fotoşəkili olan 01 ədəd A4 formatlı şəkil, üzərində İran İslam Respublikasının lideri Xameneinin və Qasim Süleymaninin yanaşı foto şəkili olan 01 ədəd A4 formatlı şəkil, üzərində "Hüseynçilər” Azərbaycan İslam Müqavimət Hərəkatı yazısı olan 05 ədəd A4 formtalı vərəqə, üzərində azərbaycan dilində və farsca yazılar olan 06 ədəd A4 formatlı vərəqə, televizorun alt hissəsindən 37 ədəd disk aşkar edilərək götürülmüş, götürülən bütün əşyalar Fatimə Rzayevaya təqdim edilmiş, "axtarış və götürmə” istintaq hərəkətinin aparılması ilə bağlı tərtib edilmiş protokol axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmış və videoçəkilişi özündə əks etdirən 1 ədəd CD disk iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan "A zercell” MMC-dən götürülərək iş materiallarına əlavə edilmiş bir ədəd "CD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Məhkum istifadəsində olan ********* nömrəyə İran İslam Respublikasına aid **********55 nömrədən fars dilində sms-lər gəlmiş, ********* nömrənin anten dairəsi sonuncu dəfə 01 fevral 2023-cü ildə saat 05:13:12-də ünvan 1 ünvanı ətrafında olmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 19/141 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Məhkum üzərindən olunmuş maddənin qablaşdırıldığı zərf” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 14,221 qram maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023- cü il tarixli, 136 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum psixi və fiziki asılılıq olmaqdan narkotik vasitə istifadə hallar olub. Lakin asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 515 saylı rəyindən görünür ki, Məhkum hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Məhkum hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Məhkum həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllı q və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkum məcburi ehtiyacı yoxdur. Məhkum ona edilən ittihamın mahiyyətini dərk etmək iqtidarındadır. İş materiallarında olan təkrar məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının 12 may 2023-cü il tarixli 4/810 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələrindən və dini məzmunlu məlumat materiallarında n üzərində “Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı”nın loqosunun təsviri və "Hüseyniyyun Azərbaycan İslam Müqaviməti Allahın yardımı və müsəlman xalqın himayəsi ilə qüdrətlə və tədbirlə öz yolunu davam edəcək, Azərbaycanın dövlət başçısı və Azərbaycan hökümətinə qarşı nifrət ifadə edilən yazıları olan A4 formatlı vərəqə və üzərində İran İslam Respublikasının ali dini lideri X9, "Hizbullah" təşkilatının lideri X7 foto şəkilləri, "Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı"nın sarı rəngli bayrağının təsviri olan A4 formatlı vərəqə dini ekstremist materiallardır. Həmin vərəqələrdə dini ekstremist fəaliyyət həyata keçirən “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşma təşviq və təbliğ olunur, ona rəğbət ifadə edilir. Sözügedən təşkilatın yar adılma məqsədi və əsas hədəflərindən biri isə Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə yönələn hərəkətlərin törədilməsidir. İş üzrə maddi sübut kimi tanınan və ekspretiza tədqiqatından sonra qalıq çəkisi 14,171 qram narkotik vasitə heroin, eyni zamanda üzərində “Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı”nın loqosunun təsviri və "Hüseyniyyun Azərbaycan İslam Müqaviməti Allahın yardımı və müsəlman xalqın himayəsi ilə qüdrətlə və tədbirlə öz yolunu davam edəcək, Azərbaycanın dövlət başçısı və Azərbaycan hökümətinə qarşı nifrət ifadə edilən yazıları olan A4 formatlı 02 ədəd vərəqə və üzərində İran İslam Respublikasının ali dini lideri X9, "Hizbullah" təşkilatının lideri X7 foto şəkilləri, "Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı"nın sarı rəngli bayrağının təsviri olan A4 formatlı 02 ədəd vərəqə Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkumun törətdiyi əməlin – külli miqdarda narkotik vasitəni satış məqsədi olmadan əldə etməsi kimi qiymətləndirilməsinin əsassız olmasına dair kassasiya şikayətində əks edilmiş mövqe həqiqəti əks etdirmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqq ında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM -in 234.1-1-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CMin 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi i stifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkumin əməlində CM-in 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkumin əməlini CM-in 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişlə r. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Cinayət işinin materiallarından da görünür ki, məhkum ibtidai istintaq zamanı təqsirini etiraf etmiş və baş vermiş cinayət hadisəsini məntiqi ardıcıllıqla müfəssəl şəkildə təsvir etmişdir. Müdafiə tərəfi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, lakin bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göst ərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədi lməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Məhkum əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Qeyd oluna nlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxa rıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar