Məhkəmə qərarları › İş №1(102)-640/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-640/2024

03.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-640/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs və onun vəkili Nümayəndə qzının iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddə si ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı X12 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin (sədrlik edən hakim: X22 oğlu) 17 yanvar 2023-cü il tarixli hökmü ilə 11 yanvar 1981-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbayca n Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 4 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 29 noyabr 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), X23 oğlu və X25 oğlundan ibarət tərkibdə) 26 sentyabr 2023-cü il tarixli hökmü ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs X9 və onun müd afiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmişdir. İş üzrə Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1(039)-2/2023 nömrəli hökmü ləğv edilmişdir. X5 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona bəraət verilmişdir. X9 barədə seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. X5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmişdir. İş üzrə məhkəmə məsrəfi olan ümümilikdə 300 (üç yüz) manat ekspertiza xərc inin ödənilməsindən X9 azad edilmiş və həmin xərc dövlət büdcəsinə aid edilmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh X6 qarşı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 87.4 kvadratmetr olan iki otaqlı yaşayış evini təmir etmək məqsədilə aldığı 16770 manat, 500 manat vəkilə ödənilmiş xidmət haqqını və 142 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 17412 manat məbləğində pulun ona qaytarılması barədə mülki iddiası baxılmamış saxlanılmış və Zərərçəkmiş şəxs dəymiş zərərin mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, özgənin əmlakını ələ keçi rmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-nın inşa etdiyi binanın 13-cü mərtəbəsində yerləşməklə 2 otaqlı 87.4 kvadratmetr sahəsi olan mənzili 16770 manata təmir edəcəyinə vəd verərək, 19 avqust 2020-ci il tarixdə Könül Məmmədovdan 4000 manat, 6 sentyabr 2020-ci il tarixdə 1500 manat, 17 sentyabr 2020-ci il tarixdə 2500 manat, 21 sentyabr 2020-ci il tarixdə1000 manat, 24 sentyabr 2020-ci il tarixdə 500 manat, 26 sentyabr 2020-ci il tarixdə 3 500 manat, 30 sentyabr 2020-ci il tarixdə 1200 manat, 8 oktyabr 2020-ci il tarixdə 1000 manat, 19 oktyabr 2020-ci il tarixdə 1300 manat və xx.xx.2020-ci il tarixdə 270 manat, ümumilikdə isə 16770 (on altı min yeddi yüz yetmiş) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdar da ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Protest müəllifi qeyd edir ki, işin faktiki halları ilə məhkəmə kollegiyasının gəlmiş olduğu nəticənin obyektiv, ədalətli və əsaslı olmadığı müəyyən edilir. Belə ki, məhkəmənin gəlmiş olduğu yanlış nəticənin əksinə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Elnur İsmayılov tərəfindən 6-7 ay ərzində 16770 manat pulun alınmasına baxmayaraq, görülmüş işin həcmi cəmi 2526 manat məbləğində olmuşdur. Göründüyü kimi Elnur İsmayılov tərəfindən həmin yaşayış evində yalnız əsas əmlakın ələ keçirilməsi və maddi ziyan vurulması niyyəti ilə pərdələnmiş görüntü xarakterli işlər görülmüşdür. İşin hallarından və dindirilmiş şəxslərin ifadələrindən də görünür ki, Elnur İsmayılovun da niyyəti evi təm ir edərək zərərçəkmiş şəxsə təhvil vermək deyil, Könül Rzayevaya məxsus olan pul vəsaitlərini ələ keçirmək üçün öz “əsas” niyyətini pərdələmək məqsədilə keyfiyyətsiz şəkildə olsa belə təmir işləri görmək olmuşdur. Elnur İsmayılov tərəfindən görülmüş təmir işləri demək olar ki, bütünlüklə zərərçəkmiş şəxsin şikayəti ilə bağlı hüquq mühafizə orqanlarında aparılan araşdırmalar zamanı “vaxt udmaq”, zərərçəkmiş şəxsin şikayətini geri götürməsi üçün yenidən “təmir görüntüsü” yaratmaq niyyəti ilə edilmişdir. Bunu cinayət işi materiallarında olan iş üzrə icraatın dayandırılması və yenidən təzələnməsi barədə qərarlar, həmçinin verilmiş ifadələr də təsdiq edir. Zərərçəkmiş şəxsin ifadəsindən də məlum olur ki, X24 Məmmədovadan mənzilin açarını aldıqdan sonra mənzildə görüləsi işləri daha da keyfiyyət siz görməklə inşaat materiallarını yararsız hala salmışdır. Elnur İsmayılov axtarışla polis şöbəsinə gətirilib yenidən ona mənzilin tam təmiri üçün vaxt verilsə də, o, evin təmirini keyfiyyətsiz görərək çıxıb getmişdir. Göründüyü kimi Elnur İsmayılov tərəfindən Zərərçəkmiş şəxs məxsus evdə təmir işləri ancaq “məsuliyyətdən yaxa qurtarmaq” məqsədi ilə hüquq mühafizə orqanlarında araşdırma gedişatı dövründə barəsində “həbslə” bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün müəyyən günləri əhatə edən dövr ərzində aparılmışdır. Təqsirləndirilən şəxsin qeyd edilən formada təmir işlərini məhz “məsuliyyətdən yaxa qurtarmaq” məqsədilə görüntü xarakterli görməsini onunla birlikdə işləmiş və məhkəmə istintaqı zamanı ifadə vermiş şəxslər də təsdiq etmişlər. Elnur İsmayılov tərəfindən görülmüş təmir işlərinə görə 2020-ci ildə zərərçəkmiş şəxsdən təmir üçün pul almağına baxmayaraq, 2526 manat dəyərində apardığı işi zərərçəkmiş şəxsin çoxsaylı müraciətlərindən sonra həyata keçirmişdir. Daha sonra mülki qaydada zərərçəkmiş şəxsin həyat yoldaşına qarşı pul tələbinə dair mülki iddia qaldırır, iddiası təmin olunmur. Bütün hallarda həmin mənzildə 15300 manatlıq iş gördüyünü, hətta öz təşəbbüsü ilə cinayət işi üzrə mötəbər sübut sayılmayan orqanından mütəxəssis rəyi təqdim edərək, guya 16883 manat mənzilin tikinti-təmir işlərini gördüyünü bildirir, halbuki, iş üzrə daha mötəbər sübuta malik Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəylərində cəmi 3459 manatlıq təmir-tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Nəticədə zərərçəkmiş şəxs 2 ildən artıq müddətdir ki, mənzilindən istifadə hüququndan məhrum olmuşdur. Məhkəmə tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən sonuncu məhkəmə tikintitexniki ekspertizasının da rəyi düzgün tədqiq edilməmiş və nəticədə məhkəmə tərəfindən həmin sübut növü də düzgün qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası tərəfindən təmir üçün xərclənmiş məbləğ “şişirdilərək” bunu bəraətin əsasına qoyulması, bununla da Elnur İsmayılovun guya əmlakı ələ keçirmək niyyətinin olmaması, onunla zərərçəkmiş şəxs arasında mülki mühakimə icraatı qaydasında həll olunmalı olan məsələ görüntüsü yaradılmaq istənildiyindən ekspert rəyi kifayət qədər təhlil edilməmişdir. Rəydə göstərilmişdir ki, X5 təmir- bərpa işlərinin gecikdirməsi nəticəsində, tikinti materialların qiyməti təqribən 10-15 faiz qalxmış və bunun nəticəsində Zərərçəkmiş şəxs hazırki bazar qiymətlərinə uyğun olaraq dəymiş ziyanın dəyəri təqribən 16089,2 manat məbləğində müəyyən olunur. Sadalanan hallar isə məhkəmə tərəfindən nəzərə alınmadan yalnız verilmiş ittihama münasibətdə təqsirləndirilən şəxs tərəfindən ekspert rəyində təqsirləndirilən şəxs Elnur İsmayılov barəsində “cinayət işi başlandıqdan sonra cəza təhdidi altında” 2468.5 manatlıq “pərdələmə” xarakterli işin görülməsi nəticəsində ittihamda göstərilmiş məbləğdən az məbləğin müəyyən edilməsi bəraət hökmünün çıxarılması üçün əsas olmuşdur. Məhkəmə bu halda həmin ekspert rəyini əsas götürərək həmin məbləği ittihamdan xaric edə bilmə imkanına malik olmasına baxmayaraq bunu etməmiş birbaşa şəxs barəsində bəraət hökmü çıxarılmalı olması qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən ci nayət- prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən tədqiq edilməmiş, bunun nəticəsi olaraq Elnur İsmayılov barəsində əsassız olaraq bəraət hökmü çıxarılmışdır. Kassasiya protestində X5 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi xahiş olunmuşdur. Zərərçəkmiş şəxs kassasiya şikayətində qeyd etmişdir ki, Elnur İsmayılov ona məxsus mənzildə könüllü olaraq heç bir iş görməmişdir. Elnur İsmayılov barəsində artıq cinayət iş i qaldırıldıqdan sonra və o, hər dəfə axtarışla gətirilib həbs edildikdən sonra, özünün çoxsaylı xahişlərinə görə, hər dəfə mənzilin açarlarını vermişdir ki, təmir işləri yekunlaşsın. Çünki, Elnur İsmayılovun yalanları, o cümlədən həmin yalanlarla onu aldatması bitib - tükənmirdi. Elnur İsmayılov guya ki, dələduzluq yolu ilə aldadaraq aldığı pul vəsaitləri ilə təmir materiallarını alaraq başqa yerdə saxladığını bildirərkən, bir dəfə (Bakı şəhərində işin istintaqı gedərkən) mənzilin açarlarını vermiş və hesab etmişdir ki, yəqin ki, təmir işlərini yekunlaşdırar. Daha sonra,Yevlax Rayon Polis X7 icraatında cinayət işinin ibtidai araşdırılması gedərkən E. İsmayılovun həbsdən azad edilməsi məhz ona görə həyata keçirilmişdir ki, ona məxsus mənzildə təmir işlərini yekunlaşdırsın. Tərəfindən yen i güzəşt Yevlax Rayon Məhkəməsində Elnur İsmayılovun barəsində cinayət işinə baxılarkən də olmuşdur. Lakin hər dəfə Elnur İsmayılov ona qarşı törətdiyi dələduzluq cinayətini davam etdirərək aldatmış və ona məxsus əmlakını ələ keçirməklə bilə - bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar vermiş və həqiqi məlumatları gizlətmişdir. Bütün qeyd edilən hallar dələduzluq cinayətinin obyektiv cəhətini özündə əks etdirir. Zərərçəkmiş şəxs olduğu hazırkı cinayət işində də təqsiriəndirilən şəxs Elnur İsmayılov hər dəfə onu aldadaraq yanıltma dərəcəsinə çatdırmaqla hər dəfə ( artıq pul vəsaitlərini tam aldıqdan sonra) mənzilinin açarlarının ona verilməsinə nail olmuşdur. Hazırda isə, məhz həmin məsələ ilə bağlı öz müdafiəsini quraraq guya ki, mənzilində təmir işləri gördüyünü sərgiləyir. Ona məxsus mənzildə guya ki, yüksək keyfiyyətli işlər görüləcəyi adı ilə E.İsmayılov onu aldatmışdır. Peşəkar olmayan müxtəlif şəxsləri mənzilində usta kimi işlətmişdir. Onlardan bəziləri ( vicdanlı olanı ) "işin bu keyfiyyətdə görülməsi düzgün deyildir " deyə iradlarını bildirdikdə, Elnur İsmayılov əsl simasını göstərərək ona keyfiyyətli iş deyil, onları yola vermək lazım olmasını demişdir. Apellyasiya instansiya məhkəməsində ekspert dindirilərkən mənzildə görülmüş bütün işlərin tam keyfiyyətsiz və yarıtmaz olması barədə izahat vermişdir. Ekspert rəyi ilə bir daha təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs ondan aldığı pulun müqabilində işlər görməmiş, gördüyü işlərin tam keyfiyyətsiz olması apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. X9 ona vurduğu ziyanın ödənilməsi ilə bağ lı heç bir addım atmamış və dəymiş ziyanı ödəmək niyyətində olmamışdır. Elnur İsmayılov müxtəlif bəhanələrlə, guya ki, mənzili özü təmir edərək, dəymiş ziyanın aradan qaldırılmasını həyata keçirəcəyinə dair bəhanələrlə hər dəfə onu yenidən ziyana salmışdır. Kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023- cü il tarixli hökmünü ləğv etməklə işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin, onun vəkilinin və dövlət ittihamçının kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsinə dair çıxışla rını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəmə sində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibət ini bildirir. Kassasiya protestində və kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxsə əsassız bəraət verilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya mü raciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə icl asında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət işi üzrə X6 Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittihamın məzmunu ondan ibarətdir ki, o, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsində "xxxx" MTK-nın inşa etdiyi binanın 13-cü mərtəbəsində yerləşməklə 2 otaqlı 87.4 kvadratmetr sahəsi olan mənzili 16770 manata təmir edəcəyinə vəd verərək, ümumilikdə 16770 (on altı min yeddi yüz yetmiş) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin tə siri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan qərarlardan və Qanunun tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail ol ur. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutları müqayisəli təhlil etmiş və haqlı olaraq hesab etmişdir ki, X5 Zərərçəkmiş şəxs evin təmiri ilə bağlı pul alınarkən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlar əldə etməsi faktı mövcud olmamışdır. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə X6 istinad edilən Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə obyektiv nəticəyə gəlmək üçün tərəflər arasında, yəni zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasındakı münasibətlərin həqiqiliyi, xarakteri və mahiyyəti necə və nədən ibarət olması, ittihamda olan epizod üzrə təqsirləndirilən şəxsin əsl niyyətinin nədən ibarət olması, zərərçəkmiş şəxsin mülkiyyətində olmuş hər hansı əmlakı və ya pul vəsaitini əldə edib-etmədiyi və bunun qarşılığında zərərçəkmiş tərəfə yalandan hər hansı vəd verib verməməsi üzrə hüquqi dəyərləndirmə aparmış və nəticədə haqlı olaraq təqsirləndirilən şəxsə bəraət vermişdir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Bununla yanaşı, İnsan hüquqlarının və X10 haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsinə əsasən ("Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması”) heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Qanunvericiliyin tələblərini, o cümlədən, Avropa Məhkəməsinin yanaşmasını nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ibtidai istintaq orqanı və işə baxan birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən X6 qa rşı irəli sürülmüş ittihama tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, sübutları lazımınca tədqiq etməmiş və bununla da Azərbaycan Respublikası CPM 144, 145 və 146-cı maddəsinin tələblərini pozmuşdur. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini göstərilən mövqeyi ilə razılaşır və qeyd edir ki, iş üzrə araşdırılan sübutlar X11 Könül Rza qızının əmlakını aldadaraq və ya onun etibarından istifadə edərək ələ keçirməsi qənaətinə gəlməyə əsas vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə iclasında dindirilən X9 bildirmişdir ki, 2020-ci ilin təxminən may-iyun aylarında Şəmkir rayonundan olan Ülfət onun mobil nömrəsinə zəng edib Abşeron rayonundan ev aldığını, evi təmir etməyini istədiyini demişdir. Onlar həm in evdə 4 nəfər işləmişlər. Dəfələrlə gəlib evə baxıblar. Onlar evi 17500 manata danışmışlar lakin sonradan 17000 manat verəcəklərini bildirmişlər. O Əliqismət adlı şəxsi görməmişdir. O materiallardan qranit, laminat və əlavə santexnik turbaları almışdır. Onlar sanuzelin yerini dəyişdiriblər və o 1300 manat ziyana düşmüşdür. Onlar sadə təmirə razılaşmışlar. Evin təmirində 25-30 manatlıq oboy və 125-130 manatlıq qapı danışılıb. Lakin, onlar 90 manatlıq oboy və 500-600 manatlıq qapı aldırmaq istəyiblər. Cəmi 2970 manat oboyun və 2000 manat qapının qiyməti edir. Təmir zamanı 4 dəfə tavan dəyişdiriblər. Həmin evdə onlar 4 usta işləmişlər və evin təmirini başa çatdırmışlar. Daha sonra X1 cavab olaraq göstərmişdir ki, materialları özü almış və qaiməni o müstəntiqə təqdim etmişdir. Həmçinin onlar material alanda onun yanında olublar. Öz gördüyü işləri öz şəxsi kitabına yazmış və Abşeronda istintaq zamanı həmin kitabı müstəntiqə təqdim etmişdir. O aldığı materialları onların öz evinə yığmışdır. Polisə şikayət olunana qədər sanuzel sökülüb yenidən bərpa olunub, santexnik və elektrik işləri aparılıb, alçipan vurulub, divarlara astar və üzlük vurulub, hörgü işləri görülüb, isti pol yarımçıq görülmüş, girişdə qapının yanı düzəldilib. Evin bütün ağarmasını işləmişlər. Yalnız girişdə 3 dənə alçipan qalmışdır. Müstəntiq evdə çəkiliş aparan zaman ona bu məsələnin mülki iş olduğunu demişdir. Seymur ondan pul istəmişdir. Seymura Rüfət 1000 manat pul verib. Binada işıq çəkilən zaman 150 manata kabel almışdır. Binaya su gəlmədiyindən onlar 1015 gün işləyə bilməmişlər. Onlar həmişə yanlarında o lublar və işə nəzarət ediblər. Ümumilikdə ona 15374 manat pul veriblər. Materiallara 8000-9000 manat pul vermişdir. İlk dəfə ona 4000 manat pul verəndə 250 kisə astar almışdır. 270 manatı kondisionerlə bağlı veriblər. Binada deşməyə icazə vermədikləri üçün kondisioneri quraşdıra bilməmişlər. Kondisionerdən qalan 270 manatın yerinə arka yığdırıblar. Birinci instansiya məhkəməsinin iclasında dindirilən təqsirləndirilən şəxs X9 ona elan olunmuş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək hazırki ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Apellyasiya instansiyası məhkəməsində məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs bildirmişdir ki, 2020-ci ilin iyun ayında övladları Bakı şəhərində təhsil aldıqları üçün Yevlax rayonundakı evlərini satıb Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "MİL "MUĞAN” MTK-ya məxsus yaşayış kompleksindən ev almaq qərarına gəlmişlər və həmin ilin avqust ayında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən iki otaqlı 87,4 kvadratmetr evi bəyənib ilkin olaraq 32000 manat pul ödəyib beş il müddətində ayda 600 manat vermək şərti ilə daxili kredit yolu ilə ev almışlar, həmin evi öz adına müqavilə ilə keçirmişdir. Həmin mənzil 82 nömrəli olmaqla binanın 13-cü mərtəbəsində olmuş, evin təmirini şirkət rəhbərliyi öz üzərinə götürmüş, ilkin olaraq təmir üçün 18000 manat ödəməli olduğunu demişdir. Şirkətə 18000 manat pul vermiş və şirkət rəhbərliyi bir ay ərzində evi təmir etdirib ona təhvil verəcəklərini bildirmişdir. Həmin ərəfələrdə əri Şahid1 Qazax rayon sakini X9 adlı şəxslə tanış olmuş, Elnur adlı şəxs əri Ülfətə evlər ini super vəziyyətdə təmir edəcəklərini, şirkətdən pulu geri götürmələrini demiş, əri Ülfət ona bu barədə məlumat vermiş, onlar şirkətdən pulu istəyəndə şirkət rəhbərliyi onlara pulu bir ay ərzində qaytara biləcəklərini demişdir. 19 avqust 2020-ci il tarixdə şirkətdən 5000 manat pul almışdır. Qalan 13000 manatı isə hissə-hissə geri almışdır. Şirkətdən aldığı 5000 manat pulun 4000 manatını 19 avqust 2020-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Masazır dairəsində Elnur adlı şəxsə vermişdir. Elnur həmin pulla material alıb evlərinə yığmışdır. Elnur adlı şəxs pulun qalan hissəsini isə onun razılığı ilə "MİL MUĞAN” MTK-dan hissə-hissə almışdır. Lakin buna baxmayaraq Elnur İsmayılov onun evini təmir etməmiş, hər dəfəsində ondan evinin təmiri necə gedir so ruşanda Elnur evin təmirinin qurtardığnı bildirmişdir. Onlar birinci dəfə gedəndə Qasım və Seymur evdə işlədiyini görmüşdür. Elnur dəfələrlə onlara zəng edərək bildirmişdir ki, material qalxacaq pul verin gedək materialları alaq. X17 4000 manatı verdiyi vaxtlarda Elnur İsmayılovla birlikdə inşaat materialları bazarına getmişlər. Elnurla birlikdə Abşeron rayonunda Euro Home mağazasında müxtəlif növ materialları seçib həmin materialları almaq istəyərkən, seçdiyi materiallardan eynisini başqa mağazadan daha ucuz qiymətə alacağını bildirməklə yalandan vəd verib materialları almayaraq onları aldatmışdır. O Elnura zəng vuranda ona bütün materialları aldığını və evinə yığdığını bildirmişdir. Həmçinin oboya 500 manat borcu olduğunu bildirdi. O 500 manatı Elnura vermiş və demişdir ki, evin təmirini tez qurtarsınlar. Elnur da ona evi sentyabr ayında təhvil verəcəyini bildirmişdir. Sentyabr ayında o Elnura zəng vuranda Elnur bildirdi ki, suyun gəlməməsi səbəbindən evin təmirini qurtara bilmir. O şirkətin rəhbərindən suyun nə üçün gəlmədiyini soruşduqda o suyun gəldiyini bildirdi. Sonra o Elnura zəng vuraraq onları nə üçün aldatdığını, evin açarını gətirməyi, evə baxmaq istədiklərini bildirmişdir. Elnur indi vaxtı olmadığını sonradan görüşəcəklərini bildirdi. Sonradan Seymur vasitəsi ilə evi açıb və görmüşlər ki, evdə heç bir əsaslı təmir aparmayıblar. O Seymurdan nə üçün ev hazır olmadığını soruşduqda Seymur pulu vermədiyini bildirdi. Onlar bütün pulları Elnura verdiklərini, yalnız Elnura 500 manat pul verəcəklərini bildirmişdir. Seymur zəng vurub Elnurla mübahisə etdikdən sonra çıxıb getdi. Sonradan Elnur dedi ki, noyabrda ev hazır olacaq. Noyabrda yenə ev hazır olmamışdır. Elnur orada şirkətin rəhbərinin yanında onlara söz verdi ki, dekabrda ev hazır olacaq. Onlar dəfələrlə Elnura zəng vuranda o telefonlara cavab vermədi, dəfələrlə mobil nömrələrini dəyişdi. Sonra Elnur ona yazdı ki, ona yoldaşı zəng vursun onunla danışaq. O Elnura yazdı ki, yanvar ayının əvvəlinə kimi vaxt verir və evini ona təhvil versin. 2021-ci ilin yanvar ayının 2-də Elnur gələrək onlarla mübahisə edərək çıxıb getdi. O Elnur barəsində Abşeron rayon polis şöbəsinə şikayət etmişdir. Polis şöbəsində Vasif adlı müstəntiq ona dedi ki, Elnur ona söz verib 20 günə ev hazır olacaq. O da Elnura açarı verdi. Elnur gedib 2 gün evini təmir edib yenidən dayandı. Sonradan yenə Elnuru polis şöbəsinə gətirdilər. Evə baxış keçirilib və Elnur yenidən 20 gün vaxt istədi. Lakin yenidən evi təmir etmədi. Sonradan prokurorluğa şikayət edəndən sonra Abşeron Rayon Məhkəməsinə vermişlər. Lakin Abşeron Rayon Məhkəməsi sənədə baxdıqda axırıncı dəfə 270 manatı Yevlax şəhərindən köçürdüklərindən işi aidiyyatı üzrə Yevlax Rayon Məhkəməsinə göndərmişdir. Zərərçəkmiş şəxs suallara cavab olaraq bildirmişdir ki, o Elnuru avqustun 18-19-u tanımışdır. 4000 manatı birinci dəfə verəndən sonra Elnur yenidən ona zəng vurub pul istəyəndə o şirkətə zəng vurmuşdur. Elnurda gedib şirkətdən həmin pulu götürüb. Onlar Elnura 10 günə 7000 manat vermişlər. O "Euro Home” mağazasında aboyları, qapıları, kafelləri, asma tavanları və havalanma sistemini seçmişdir. Lakin oradan heç nə almamışlar. Ona sentyabr ayının 16-da zərli qapı lar atıb. Lakin onun xoşuna gəlmədiyindən ona başqa qapı şəkilləri atmışdır. Elnurda ona tamam yazmışdır. Müstəntiqə söz verdikdən Elnur yalnız evin divarına ağ vurub və evin tavanının bir hissəsini vurub. Elnur ona deyib ki, seçdiyi əşyaları evinə yığmış və lazım olduqca istifadə edəcəkdir. Alçipanı evə gətirəndə görmüşdür. 16500 manat özünə və 270 manat kartına vurmuşdur. 4000 manatı avqust ayında qalan pulu isə oktyabr ayının ortalarına qədər şirkətdən gedib götürüblər. Avqust ayından sonra o sentyabr ayında yenidən evə gələndə alçipan və divarlara ağ vurulmuşdur. Alçipan tam vurulmamışdır. Noyabrda bir daha gəlmiş və bu zaman evdə heç bir iş görülməmişdir. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin iclasında hazırki izahatla eyni məzmunda izahat vermişdir. Məhkəmə- əmtəəşünaslıq ekspertizasının 05 mart 2021-ci il tarixli 10/417 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən təzə tikilidə 87,4 kvadratmetr ölçüdə olan 2 otaqlı suvaq vurulmuş mənzilində aparılan təmir-bərpa işlərinin dəyərini mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 2526 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə-ekspertizası xidmətləri MMC tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli 02-08/22 nömrəli rəydə göstərilir ki, Abşeron rayonu, Masazır qəsəbəsində, MİL-1 MTK tərəfindən inşa edilən 15 mərtəbəli yaşayış binasının 1B blokunun 13-cü mərtəbəsində yerləşən 92 saylı mənzilin təmir-tikinti işlərində çəkilmiş xərcin məbləği 16883.3 manat 30 qəpik təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspe rtiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/1500 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş 10/417 saylı, 05 mart 2021 -ci il tarixli ekspert rəyi ilə məhkəməyə təqdim olunmuş "Məhkəmə ekspertiza xidmətləri” MMC tərəfindən hazırlanmış xx-xx/2022 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi arasındakı ziddiyətlər ilkin ekspertiza rəyi verildikdən sonra mənzildə aparılmış əlavə təmir-tikinti işlərinin qiymətləndirilməsi ilə izah olunur. Aparılmış 8 adda təmir işlərinin dəyərini avqust 2020-ci il tarixə bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 3459.0 manat məbləğində olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilən ekspert rəyləri müdafiə tərəfindən müba hisələndirildiyi üçün, müvafiq olaraq bu iş üzrə rəy vermiş ekspert apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasına dəvət olunaraq dindirilmiş və sonuncu həmin mübahisəli məqamlara aydınlıq gətirmişdir. Belə ki, şahid qismində dindirilmiş ekspert X21 bildirmişdir ki, ilkin ekspertizadan sonra təkrar ekspertiza keçirilmişdir. Onlar mənzilə məhkəmənin tərtib etdiyi suallar əsasında baxış keçirmişlər və həmin suallara uyğun rəy yazmışlar. Həmin mənzilə baxiş keçirərkən divarlara üzlük vurulsa da hamarlanmamışdır. Bəzi otaqlarda alçipanlar divardan müəyyən məsafədə aralı vurulmuşdur. Dəhlizdə beton təbəqə tökülmüşdür, məhlulla sulanmışdır. Beton məhlul otaqlarla nisbətdə bir az hündürdə idi. Daha sonra ekspert X2 cavab olaraq bildirmişdir ki, həmin mənzil 2 otaq və bir mətbəxdən ibarət idi. Sonradan mətbəxin yeri dəyişdirilmiş və mətbəx otaq edilmişdir. Mətbəx isə dəhlizə keçirilmişdir. Lakin təmir başa çatdırılmamışdır. Elektrik naqilləri olsa da, tam bərkidilməmişdir. Sonradan elektrik onların yanında onların ucluqlarını əlaqələndirmişdir. Onlar üzlüyün altından gedən elektrik xətlərini müəyyən etməmişlər. Onlar astarı da hesablamamışlar. Çünki məhkəmə yalnız üzlük barədə sual qoyub və onlar da yalnız divara vurulmuş üzlüyü hesablamışlar. Otaqlara bəzi hissələrə laminat vurulmuşdur. Dəhlizdəki beton məhlulla laminatın hündürlüyü arasında 3-5 mm fərq var idi. Burda qüsur var. Lakin yararsız deyildir. Onlar rəy verərkən məhkəmənin onlara təqdim etdiyi suallardan kənara çıxmamışlar. Ümumi təmirə nə qədər xərc çəkildiyi soruşulsaydı onlar çəkilmiş ümumi xərci hesab layıb rəy verərdilər. Lakin 8 adda təmir işlərinin xərci qoyulduğundan, onlar suallara uyğun cavab vermişlər. Görülmüş təmir tikinti işlərin dəyəri təqribən 3459 manat müəyyən olunmuşdur. İlkin ekspertizadan sonra 900 manata yaxın iş görüldüyündən ilkin ekspertiza ilə təkrar ekspertiza arasında 900 manat fərq olub. Onlar kanalizasiya və suya çəkilmiş xərcləri hesablamamışlar. Sanitar qovşağında iş tam olaraq yekunlaşmamışdır. Əlavə hörgü çəkilmişdir. Sanitar qovşağında montaj işlərinin görülməsini 200 manat qiymətləndirmişlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin obyektiv həlli ilə bağlı iş üzrə yenidən ekspertiza keçirilmiş və işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2023-cü il tarixli rəyindən görünür ki, Abşeron rayon u Masazır qəsəbəsində MİL- MTK tərəfindən inşa edilən 15 mərtəbəli yaşayış binasının 1B blokunun 13-cü mərtəbəsində yerləşən 92 saylı mənzilində aparılmış təmir işlərinə çəkilmiş ümumi xərc 2021-ci ilin yanvar ayınadək və ondan sonrakı tarixlərə 7313,0 manat təşkil edir. Eyni zamanda X5 təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində, tikinti materialların qiyməti təqribən 10-15 faiz qalxmış və bunun nəticəsində Zərərçəkmiş şəxs hazırki bazar qiymətlərinə uyğun olaraq dəymiş ziyanın dəyəri təqribən 16089,2 manat məbləğində müəyyən olunur. Hansıki, bu rəyin nəticəsi ilə ittiham tərəfi olaraq həm dövlət itihamçısı, həm də zərərçəkmiş şəxs və onun vəkili razılaşsa da, müdafi tərəfi buna etiraz etmiş və göstərmişlər ki, təqdim edilən video görüntülərdə də həmin mənzildə kifayət qədər işin g örülməsi göstərilmişdir. Verilən pullar həmin evin təmirinə xərcləmişdir. Orda bir çox əlavə işlər görmüşdür. Həmçinin mətbəxin yeri sökülüb yenidən beton döşənib, isti pol çəkilib və bu hallar sözügedən rəydə nəzərə alınmamışdır. Digər tərəfdən zərərçəkmiş şəxs verdiyi ifadəsində özü də etiraf etmişdir ki, şirkətdən aldığı 5000 manat pulun 4000 manatını 19 avqust 2020-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Masazır dairəsində Elnur adlı şəxsə vermişdir. Elnur həmin pulla material alıb evlərinə yığmışdır. Apellyasiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, X5 əməlində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib hissəsinin olması haqqında mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmamış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılmamış, törədilmiş cinayətin faktiki hallarına uyğun olmayan nəticəyə gəlinmişdir. Məhkum edilmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verilməmiş və nəticədə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayəti törətməkdə təqsirli olması qənaətinə gəlinsə də, birinci instansiya məhkəməsi hökmdə öz mövqeyini əsaslandıra bilməmişdir. Belə ki, Apellyasiya məhkəməsinin mövqeyinə əsasən təhlill olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə E kspertizası Mərkəzinin 11 avqust 2023-cü il tarixli rəyindən (hansıki müdafiə tərəfinin etirazına baxmayaraq itiham tərəfi olaraq həm dövlət ittihamçısı, həm də zərərçəkmiş şəxs bu rəylə razılaşır) göründüyü kimi aparılmış təmir işlərinə 7313,0 manat xərclənmiş, lakin ittihamda zərərçəkmiş şəxsə 16770 manat zərər vurması əks olunmuşdur. Zərərçəkmiş şəxsin işləri keyfiyyətsiz və yarımçıq şəkildə görüntü yaratmaq məqsədilə aparması barədə dəlillərini əsassız sayaraq apellyasiya instansiyası məhkəməsi, təqsirləndirilən şəxsə bu məzmunda ittiham verilmədiyini qeyd etmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, dələduzluq cinayətinin əsas tərkib əlamətlərini nəzərdə tutan CM-in 178.2.4-cü maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını xeyli miqdarda ziyan vurmaqla törədilməklə əldə etməsidir. Yəni, aldatmadan istifadə edən və ya etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa həmin üsullardan istifadə etməklə əvəzsiz olaraq özgəsinin əmlakının ələ keçirilməsinə və ya əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Hazırki cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsində araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X9 tərəfindən Zərərçəkmiş şəxs evin təmiri ilə bağlı pul alınarkən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlar əldə etməsi faktı iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamış və apellyasiya instansiya məhkəməsinin bu barədə gəldi yi nəticə tam əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Proses sual qanunvericiliyin tələbinə görə, hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanının (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyinin əsaslı sayaraq hesab edir ki, zərərçəkmiş şəxsin ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, ittihamı təsdiq edən başqa bir sübutun ümumiyyətlə təqdim olunmadığını, tərəflər arasında mülki hüquq münasibətlərin dən irəli gələn mübahisə olduğunu nəzərə alaraq kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında X5 cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də "İnsan hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələbinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.2, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun tə qsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hə rtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. "İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, "İnsan hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətm əkdə ittiham olunduğu bütün müddət ərzində "accusatio desiderat crimen” ("ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə "in dubio pro reo” ("şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırmasıhüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə "İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir ("Dorson Niderlanda qarşı”, "Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, "Lüd i İsveçrəyə qarşı”, "Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilm əyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Sadalananlara münasi bətdə məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli bəraət hökmündə müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək X5 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunan ittiham üzrə əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilm əsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində və kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2023-cü il tarixli bəraət hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı X12 tərəfindən verilmiş kassasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023cü il tarixli hökmü dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar