Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-651/2024 27.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs1, Mülki cavabdeh "xxxx" ASC-nin nümayəndəsi, “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Abdullayev Fərid Kazım oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Sadıqov Qardaşxan Dadaş oğlunun iştirakları ilə x xxxxxx 1982-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" ASC-də aparıcı mühəndis işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə, məhkum və onun müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Sadıqov Qardaşxan Dadaş oğlu tərəfindən birgə və mülki cavabdeh "xxxx" ASC-nin nümayəndəsi, “BHM və partnyorları” Vəkil Bürosunun vəkili Abdullayev Fərid Kazım oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Siyəzən Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli hökmü ilə (hakim Bəylər Ələkbərov) Məhkum - Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs, mülki cavabdeh Məhkum və mülki cavabdeh "xxxx" ASC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair mülki iddiasının qismən təmin edilməsi, mülki cavabdeh "xxxx" ASC-dən tikinti və əmtəə üzrə vurulmuş 18682 (on səkkiz min altı yüz səksən iki) manat məbləğində ziyan və 30 manat dövlət rüsumunun 76%-i, yəni 22,80 (iyirmi iki manat 80 qəpik) manatı tutularaq zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi, mülki cavabdeh "xxxx" ASC-nin nümayəndəsi, Zərərçəkmiş şəxs1 vəkili və nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov), təqsirləndirilən şəxsin müdafiəçisi, mülki cavabdeh "xxxx" ASC-nin tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı t ərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Siyəzən rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, mülki cavabdeh "xxxx" ASC-dən mənəvi zərərə görə 1000 (min) manat tutularaq zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsinə qərar verilmişdir. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Məhkum cinayət əməlini törətməsi nəticəsində dövlətə dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilmişdir. İşin halları: İttiham aktına əsasən Məhkum "xxxx" ASC-nin Şimal Region al Enerji Təchizatı və Satışı idarəsinin Siyəzən Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinin aparıcı mühəndisi vəzifəsində işləməklə və "xxxx" ASC-nin sədrinin hər bir yarımstansiyalar, transformator məntəqəsi və kiçik transformator məntəqəsi, habelə hava elektrik verilişi xətləri üzrə məsul şəxslərin təyin olunmasına dair 01 iyun 2020-ci il tarixli, Ü20/086 saylı əmrinə əsasən Siyəzən Elektrik Şəbəkəsi tərəfindən 6 kv-luq Sağleycan hava verilişi xətlərinə, 0,4 kv-luq KTY və xətlərə cavabdeh təyin edilməklə öz xidməti vəzifəsini, yəni vəzifə təlimatına əsasən qəzaları vaxtında aradan qaldırılmasını, sənədləşməni düzgün və dəqiq aparılmasını, hava xətlərinə baxış keçirilməsini, elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını və hava kabel xətlərin normal vəziyyətdə olmasını n təmin edilməsi vəzifəsi həvalə edilmiş vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində üzərinə düşən həmin xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2020-ci il tarixli, 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası”nın 1.2.1 və 1.2.2 bəndlərinə müvafiq olaraq elektrik və istilik qurğuları, quruluşları və şəbəkələri, onların təhlükəsizlik istismarını, həmçinin müəssisənin işçilərinin təhlükəsiz iş şəraitinin təmin edən texniki saz vəziyyətdə olmasını, elektrik və (və ya) istilik qurğuları, quruluşları və şəbəkələrinin sahibi sayılan müəssisənin normal iş rejiminin pozulmasının potensial risklərini nəzərə almaqla, onların texniki vəziyyətinin mütə madi olaraq qiymətləndirilməsini, mümkün hadisələrin qəzaların və digər fövqəladə hadisələrin qarşısının alınmasına yönələn profilaktik tədbirlər işləyib hazırlamaqla həyata keçirməsini, keçmiş SSRİ-nin 20 fevral 1989-cu il tarixdə təsdiq olunmuş “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismarı qaydaları”nın 5.7.1, 5.7.16 və 5.7.19-cu bəndlərinə müvafiq olaraq elektrik ötürmə hava xətlərini (HX) istismar edərkən onların etibarlı işini təmin edilməsinə yönəldilmiş təmir və texniki xidmətetmə aparılmasını, hər bir HX-nə vaxtaşırı baxışın xəttin bütün uzunluğu üzrə ildə bir dəfədən az olmamasını, ildə 1 (bir) dəfədən az olmayaraq mühəndis texniki heyət tərəfindən əsaslı təmirə aid olan bütün xətlər (sahələr) daxil olmaqla, xətlərin ayrı-ayrı sahələrinə seçmə baxışlar aparılmasını, HX-də baxış, profilaktik yoxlama və ölçülmələr zamanı aşkar edilmiş nasazlığın istismar sənədlərində qeyd olunması və onların xarakterindən asılı olaraq tezliklə, yaxud texniki xidmət apararkən və ya HX-nin əsaslı təmirində aradan qaldırılmasını, keçmiş SSRİ-nin 10 sentyabr 1985-ci il tarixdə nəşr olunmuş “Elektrik qurğularının quraşdırılma qaydaları”nın 2.4.21-ci bəndinin tələblərinə müvafiq olaraq elektrik hava xətlərinin dayaqlarında və dayaqlar arasındakı aşırımlarda maksimal sallama oxunun 1.2 metrəyə qədər olan naqillərinin bir-birindən məsafələrin bütün buzlama rayonlar üzrə küləyin sürəti 18 m/saniyəyə qədər olan rayonlar üçün 40 sm, küləyin sürəti 18 m/saniyədən artıq olan buzlama rayonlar üzrə isə 60 sm olmasını, naqillərin maksimal sallanma oxunun 1.2 metrdən artıq olduqda bu mə safələr həmin sallamalara proporsional olaraq artırılmasını təmin etməli olduğu halda bunlara əməl etməyib "xxxx" ASC-nin (əvvəlki Azərenerji) Siyəzən Elektrik Şəbəkəsinin balansında olan Sağleycan HVX-nin 0,4 kv-luq KTV ******* saylı transformator məntəqəsindən qidalanan, Siyəzən rayonu Qırçal adlanan ərazidən keçən və "xxxx" ASC-də əhali kodu ilə qeydiyyata alınmış istehlakçılara (abonentlərə) elektrik enerjisi verilən, gərginliyi 0,4 kv-luq olan hava elektrik veriliş xəttinə vaxtaşırı olaraq texniki baxışlar və xidmətlə (təmirlər və s.) keçirilməsini, həmin xəttin naqillərinin düzgün çəkilməklə, bir-birinə dəyməsinin qarşısının alınmasını (sallamadan asılı olaraq naqillərin bir-birindən müvafiq (ən azı 40 sm) məsafələrdə yerləşməsini) təşkil etməmiş, nəticədə 31 iyul 2020-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən rayonu, Sədan kəndi Qırçal adlanan ərazidə Şahid4 məxsus tikilinin yaxınlığından keçən gərginliyi 0,4 kv-luq elektrik veriliş xəttinin sonundan 2-ci dayağının yaxınlığındakı xəttin naqillərinin güclü küləyin təsirindən bir-birinə dəyməsi nəticəsində əmələ gəlmiş elektrik təbiətli qəza halının (qısa qapanmanın) təsirindən yaranmış qığılcımlardan orada olan quru ot və kolluğun üzərinə düşməsindən ətraf ərazilərə və Sədan kəndinə qədər yayılan yanğın baş vermiş, bu səbəbdən onun ehtiyatsızlığından X22 başın, boyunun, gövdənin, hər iki ətrafların ümumi bədən səthinin təqribən 95 faizinin 3-cü dərəcəli termiki yanığından ibarət, canlı şəxslərdə götürüldüyü kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarə tləri alaraq başın boyunun, gövdənin və hər iki ətrafların 3-cü dərəcəli termiki yanığı nəticəsində baş vermiş ağır yanıq şokundan hadisə yerində və X5 ümumi bədən səthinin 90-95%-ni əhatə edən başın, sifətin, boynun, hər iki yuxarı ətrafların, gövdənin ön və arxa səthinin, hər iki aşağı ətrafların, İİİb-İV dərəcəli termiki (alov) yanıqlarından ibarət, canlı şəxslərdə götürüldüyü kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri alaraq həmin xəsarətlərdən baş vermiş yanıq şokundan 31 iyul 2020-ci il tarixdə, saat 17:50-də Bakı şəhərində yerləşən 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsində ölmüş, Zərərçəkmiş şəxs1 isə üzün, hər iki əl və ayaq barmaqlarının 1-ci dərəcəli termiki yanığı kimi dərəcəsi təyin edilməyən yanıq xəsarətləri almış, eləcə də sonuncuya məxsus həyətyanı sahədə yerləşən yardımçı tikililər və onun içərisində olan əşya, avadanlıq və ləvazimatların bir qisminin tamamilə yanıb məhv olduğu, bir qisminin isə yanğının təsirinə məruz qalaraq yararsız vəziyyətə düşdüyü, həmçinin həyətyanı sahədə olan ağacların bir qisminin yanaraq inkişafdan qalma dərəcəsinə gəlib çıxdığı, bir qisminin isə tamamilə yanıb məhv olduğu, yağının təsirinə məruz qalmış 53 kvadrat metr damın taxta konstruksiya ilə yığılması və şiferin vurulması ilə əlaqədar 265 manat, 1 metrinin qiyməti 1 manat olan 130 metr 3x5 sm ölçülərdə taxtanın məhv olması ilə əlaqədar 130 manat, 30 ədəd 0.9mx2.2m ölçülərdə hər birinin qiyməti 9 manat olan azbes şiferin yararsız hala düşməsi ilə əlaqədar 270 manat, hər birinin qiyməti 14 manat olan 8 ədəd 1.2x2.2m ölçülərdə dəmir şiferin yanğının təsirinə məruz qalması ilə əlaqədar 112 manat, 1 kq-nın qiyməti 3 manat olan 2 kq mismarın yanğının təsirinə məruz qalması ilə əlaqədar 6 manat, hər kvadrat metrinin qiyməti 5 manat olan 37 kvadrat metr betonun tökülməsi ilə əlaqədar 185 manat, hər kub metrinin qiyməti 16 manat olan 2.5 kub metr qumun işlədilməsi ilə əlaqədar 40 manat, hər kub metrinin qiyməti 6 manat olan 37 kub metr sementin işlədilməsi ilə əlaqədar 222 manat, 180 manat dəyərində 1 ədəd 0,95mx1,65m ölçüdə taxta qapının yanması ilə əlaqədar 180 manat, 1 ədəd 130 manat dəyərində 0,90mx1,80 m ölçüdə plastik qapının yanması ilə əlaqədar 130 manat, 1 ədəd 100 manat dəyərində 1,25mx1,00m ölçüdə taxta pəncərənin yanması ilə əlaqədar 100 manat, 1 ədəd 110 manat dəyərində 0, 75mx1,65m ölçüdə plastik qapının yanması ilə əlaqədar 110 manat, 1 ədəd 25 manat dəyərində 0,55mx0,70m ölçüdə taxta pəncərənin yanması ilə əlaqədar 25 manat, hər birinin qiyməti 100 manat olan 3 ədəd 1,10mx1,20m ölçüdə taxta pəncərənin yanması ilə əlaqədar 300 manat, hər birinin qiyməti 70 manat olan 2 ədəd 1,0mx1,40m ölçüdə plastik pəncərənin yanması ilə əlaqədar 140 manat, 1 ədəd 200 manat dəyərində 0,65mx2,20m ölçüdə taxta qapının yanması ilə əlaqədar 200 manat, 1 ədəd taxta materialdan olan saxlanc yerinin hazırlanması ilə əlaqədar 50 manat, hər birinin qiyməti 23 manat olan 8 ədəd 14 mm ölçüdə taxta diktin yanması ilə əlaqədar 184 manat, hər birinin qiyməti 0,8 manat olan 25 metr 3x4 sm ölçüdə reykanın yanması ilə əlaqədar 20 manat, 1 kq-nın qiyməti 2 manat olan 2 kq mismarın yanması ilə əlaqədar 4 manat, əlavə xərclərə görə 50 manat olmaqla, cəmi tikinti üzrə 2723 manat, yardımçı tikililərin yanması nəticəsində onun içərisində olan istifadəyə yararlı vəziyyətdə, 2018-ci ildə istifadə edilməmiş halda alınmış, Türkiyə istehsalı, gərginliyi 220V-230V olan, yanacaq növü benzin olan, istehsal ili 2008-ci il olan “Hüter” generatorun yanması nəticəsində 2000 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, istifadəyə yararlı, Türkiyə istehsalı olan, ventilyatorlu, BX6-3000 AC ARC WEelder markalı, 2 fazalı, 220V-380C gərginlikli, 1-dən 7-yə qədər pilləsi olan, İSO 9001 Power, svarka aparatının (qaynaq aparatı) yanması nəticəsində 300 manat, 1 komplekt (alt üst) dəyirman daşının məhv olması nəticəsində 70 manat, 2018-ci ildə istifadə edilməmiş ha lda aldığı, sonradan istifadə edilmiş, Türkiyə istehsalı “Candan” firmasına məxsus qaynaq (payka) aparatı və borularının yanması nəticəsində 40 manat, 2020-c ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş “Bosch” firmasına məxsus, kodu 16750 m olan, 220 V böyük preferatorun (deşeka) yanması nəticəsində 1200 manat, FAB firmasına məxsus 45 kq lakın yanması nəticəsində 80 manat, FAB firmasına məxsus 45 kq dolğunun yanması nəticəsində 90 manat, 5litr rastvoritelin yanması nəticəsində 11 manat, Sobsan firmasına məxsus hər biri 20 kq olan 4 vedrə emusiyanın yanması nəticəsində 120 manat, 1 ədəd rolikin yanması nəticəsində 5 manat, 1 ədəd şotkanın yanması nəticəsində 1 manat, Sobsan firmasına məxsus 15 kq boyanın yanması nəticəsində 37 manat, 3 litr rastvoritelin yanması nəticəsi ndə 3 manat, FAB firmasına məxsus 4 ədəd silikonun yanması nəticəsində 30 manat, Gilan firmasına məxsus hər birinin qiyməti 9 manat olan 25 ədəd alçipanların yanması nəticəsində 225 manat, 1 ədəd Türkiyə istehsalı olan santexnika mətbəx və hamam üçün umıvalnik və onun komplekt borularının yanması nəticəsində 117 manat, Rusiya istehsalı olan qalınlığı 8 dig olan, rəngi A, material A, kodu 32AC-4 644 olan, 8 mm, 32 klass 30 metr kvadrat laminat, 44 metr küncləri və qubkalarının yanması nəticəsində 480 manat, 12 ədəd mətbəx üçün elektrik yuvasının yanması nəticəsində 72 manat, 1 ədəd 4 dənəli elektrik açarının yanması nəticəsində 8 manat, hamam üçün 1 ədəd elektrik yuvasının yanması nəticəsində 3 manat, 1 ədəd 2 dənəli elektrik açarının yanması nəticəsində 6 manat, 2 ədəd 5 dənəli elektrik aç arının yanması nəticəsində 22 manat, hər birinin qiyməti 6 manat olan 6 ədəd qoşa elektrik yuvasının yanması nəticəsində 36 manat, hər birinin qiyməti 6 manat olan 4 ədəd tək elektrik yuvasının yanması nəticəsində 24 manat, hər topunda 100 metr olan 2 top 4-lük naqillərin yanması nəticəsində 42 manat, hər topunda 100 metr olan 1 top 2,5-lik naqillərin yanması nəticəsində 30 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş HS-7000, 1200Vatt, 5,7 amper Makita firmasına məxsus taxta kəsən sirkulyar mişarın yanması nəticəsində 80 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, 380 Volt, 1450 dövr Makita firmasına məxsus elektriklə işləyən rəndənin yanması nəticəsində 80 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan i stifadə edilmiş, professional, GST-700 ülgüc, 1200 Vatt Makita firmasına məxsus Lobzig aparatının yanması nəticəsində 40 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, 9404 marka indeks, elektriklə işləyən, Makita firmasına məxsus polyonan aparatın yanması nəticəsində 120 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, istifadəyə yararlı, gücü 2200VT olan, şaquli gediş 60 mm, maksimal sürət 23000döv/dəq TR-11122 Makita firmasına məxsus Fiqur aparatının yanması nəticəsində 200 manat, 2018-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, istifadəyə yararlı, Türkiyə istehsalı olan Warning elektriklə işləyən su nasosunun yanması nəticəsində 70 manat, 2016-cı ildə istifadə edilməmiş halda aldığı, sonradan isti fadə edilmiş, Türkiyə istehsalı olan, 1,5 ton su tutumu olan plastik materialdan olan “Antalya” su çəninin yanması nəticəsində 200 manat, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Rusiya istehsalı olan, Titan firmasına məxsus (TH-660), benzin bakı (1200 ml), çəkisi 9 kq, otbiçən aparatın yanması nəticəsində 100 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Rusiya istehsalı, Ural firmasına məxsus YD58-900 benzopila motorlu testerenin yanması nəticəsində 100 manat, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, 2 adaptor batareyalı Makita firmasına məxsus, naqilsiz, 220V-50Hz, 36 marka, gücü 0,550, çəkisi 1,2 kq olan şarj ilə drel aparatının yanması nəticəsində 90 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, istifadəyə yararlı, Dewalt elektrik drel aparatının yanması nəticəsində 100 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Bosch firmasına məxsus 800BT, dövrəsi 900ob/min, gücü 2, 8 GSB-26-2 RE drel aparatının yanması nəticəsində 110 manat, 2018-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Bosch firmasına məxsus GWS -22-2Soh, 230 V, 2200W, 230 mm-6500/min laqunda aparatının yanması nəticəsində 170 manat, 2017-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, DEWALT firmasına məxsus D 28432CQs, 230 v-50Hz, 12,1 A, 2600W laqunda aparatının yanması nəticəsində 120 manat, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Bosch firmasına məxsus 22180-H, 2000 W 1 ədəd balaca laqunda aparatının yanması nəticəsində 100 manat, 2018-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Total firmasına məxsus 22-9115, kodu İSO-9001 olan, 220 volt 01 ədəd balaca laqundanın yanması nəticəsində 55 manat, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, Türkiyə istehsalı, uzunluğu 1,30 metr olan, Hütter firmasına məxsus kafel kəsən aparatın yanması nəticəsində 70 manat, 2019cu ildə işlənməmiş halda aldığı, istifadə edilmiş, Çin Xalq Respublikası istehsalı 2 ədəd video müşahidə cihazının yanması nəticəsində 60 manat, 250 ədəd bağlanmış quru meşə otunun yanması nəticəsində 650 manat, 5 ton arpanın yanması nəticəsində 2000 manat, 4 ton buğdanın yanması nəticəsində 1600 manat, 1 ədəd 2018-ci ildə istifadə edilməmiş hald a aldığı, sonradan istifadə edilmiş, dəmir qapan tərəzinin yanması nəticəsində 60 manat, 1000 (bir min) metr uzunluğunda istifadə edilməmiş izolyasiya olunmuş diametri 10 mm olan naqilin yanması nəticəsində 1000 manat, 2020-ci ildə aldığı sulama-damcı sistemi üçün istifadə edilməmiş, hər biri 100 metr uzunluğunda 3 top rezin materialdan borular və ona aid xırda avadanlıqların yanması nəticəsində 310 manat, malyar işinə aid istifadə edilmiş 2 ədəd dəmir materialdan dekorun yanması nəticəsində 6 manat, 3 ədəd istifadə edilmiş malanın yanması nəticəsində 9 manat, 1 ədəd 3 metr uzunluğunda, 1 ədəd 2 metr uzunluğunda, 1 ədəd 1 metr uzunluğunda alüminium materialdan istifadə edilmiş profillərin yanması nəticəsində 12 manat, 2016-cı ildə istifadə edilməmiş halda aldığı, sonradan istifadə edilmiş, istifadəyə yararlı 2 ədəd səviyyə nizamlayıcı ləvazimatın yanması nəticəsində 8 manat, 2020-ci ildə istifadə edilməmiş halda aldığı, istifadə edilməmiş, VAZ 21099 markalı avtomaşın üçün 4 ədəd (2 dəst) qranatın yanması nəticəsində 160 manat, 4 ədəd istifadə edilməmiş (2 dəst) nakladkaların yanması nəticəsində 128 manat, 1 ədəd 5 pilləli istifadə edilməmiş sürət qutusunun yanması nəticəsində 150 manat, 1 ədəd istifadə edilməmiş qabaq kapotun yanması nəticəsində 230 manat, 1 ədəd istifadə edilməmiş benzin çəninin yanması nəticəsində 120 manat, 1 ədəd istifadə edilməmiş radiatorun yanması nəticəsində 40 manat, 1 ədəd istifadə edilməmiş benzin nasosunun yanması nəticəsində 15 manat, 1 ədəd istifadə edilməmiş karbüratorun yanması nəticəsində 40 manat, 2018-ci ildə istifadə edilməmiş halda aldı ğı, sonradan istifadə edilmiş, istifadəyə yararlı 4 ədəd VAZ 21099 markalı avtomaşının təkərlərində istifadə üçün qış zəncirlərinin yanması nəticəsində 20 manat, 2017-ci ildə alınmış, istifadə edilmiş Horizon firmasına məxsus 2 ədəd qış təkərinin yanması nəticəsində 50 manat, 2020-ci ildə alınmış, istifadə edilmiş 2 ədəd Horizon firmasına məxsus qış təkərinin yanması nəticəsində 90 manat, 2020-ci ildə alınmış, istifadə edilməmiş 4 ədəd Lassa firmasına məxsus yay təkərinin yanması nəticəsində 160 manat, 6 ədəd diskin yanması nəticəsində 90 manat, 10/40 Lukoil firmasına məxsus 5 litr mühərrik yağının yanması nəticəsində 22 manat, Liva firmasına məxsus 1 ədəd istifadə edilməmiş yağ filtrinin yanması nəticəsində 5 manat, 1 ədəd istifadə edilməmiş hava filtrinin yanması nəticəsində 5 manat, 5 0 kq unun yanması nəticəsində 26 manat, 18 ədəd birillik toyuqların yanması nəticəsində 180 manat, 60 ədəd plastik materialdan boru birləşdirici istifadə edilməmiş santexnika avadanlığının yanması nəticəsində 340 manat, 2 ədəd istifadə edilməmiş duşun yanması nəticəsində 40 manat, 36 qutuvintlərin yanması nəticəsində 210 manat, 4 yeşik istifadə edilməmiş mismarın yanması nəticəsində 53 manat, 18 ədəd zeytun ağacının yanması nəticəsində 180 manat, 18 ədəd vişnə ağacının yanması nəticəsində 108 manat, 16 ədəd badam ağacının yanması nəticəsində 64 manat, 19 ədəd qaysı ağacının yanması nəticəsində 152 manat, 3 ədəd armud ağacının yanması nəticəsində 33 manat, 6 ədəd qoz ağacının yanması nəticəsində 90 manat, 7 ədəd şam ağacının yanması nəticəsində 140 manat, 4 ədəd fındıq ağacının yanması nəti cəsində 68 manat, 1 ədəd tut ağacının yanması nəticəsində 25 manat, 7 ədəd alma ağacının yanması nəticəsində 56 manat, 6 ədəd heyva ağacının yanması nəticəsində 72 manat, 3 ədəd nar ağacının yanması nəticəsində 24 manat, 7 ədəd gavalı ağacının yanması nəticəsində 70 manat, 1 ədəd şaftalı ağacının yanması nəticəsində 23 manat, 3 ədəd oleandır gülünün yanması nəticəsində 30 manat, 4 ədəd qoz ağacı şitilinin yanması nəticəsində 10 manat, 34 ədəd badam ağacı şitilinin yanması nəticəsində 68 manat olmaqla, cəmi əmtəə üzrə 15959 manat, ümumilikdə tikinti və əmtəə üzrə Zərərçəkmiş şəxs1 birlikdə 18682 manat, bundan əlavə Siyəzən rayonu, Sədan bələdiyyəsinin ərazisindəki hər birinin qiyməti 100 manat olan 998 ədəd 8 sm ölçüdə palıdın yanması nəticəsində 99800 manat, hər birinin qiyməti 120 manat o lan 207 ədəd 12 sm ölçüdə palıdın yanması nəticəsində 24840 manat, hər birinin qiyməti 150 manat olan 127 ədəd 16 sm ölçüdə palıdın yanması nəticəsində 19050 manat, hər birinin qiyməti 100 manat olan 661 ədəd 8 sm ölçüdə qarağacın yanması nəticəsində 66100 manat, hər birinin qiyməti 120 manat olan 221 ədəd 12 sm ölçüdə qarağacın yanması nəticəsində 26520 manat, hər birinin qiyməti 120 manat olan 189 ədəd 12 sm ölçüdə cır armudun yanması nəticəsində 22680 manat, hər birinin qiyməti 150 manat olan 32 ədəd 16 sm ölçüdə cır armudun yanması nəticəsində 4800 manat, hər birinin qiyməti 180 manat olan 17 ədəd 20 sm ölçüdə cır armudun yanması nəticəsində 3060 manat, hər birinin qiyməti 80 manat olan 4060 ədəd qaratikan kolunun yanması nəticəsində 324800 manat, hər birinin qiyməti 80 manat olan 696 ədəd yemişan kolunun yanması nəticəsində 55680 manat, hər birinin qiyməti 80 manat olan 1570 ədəd sumaq kolunun yanması nəticəsində 125600 manat, hər birinin qiyməti 80 manat olan 72 ədəd itburnu kolunun yanması nəticəsində 5760 manat olmaqla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ümumilikdə 778 690 manat məbləğində ziyan dəymiş, bununla da o, vəzifəli şəxs olmaqla işə laqeyd münasibəti, eləcə də öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıqdan iki şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmuş səhlənkarlıq etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum 01 iyun 2020-ci il tarixli, Ü20/086 saylı əmrlə 6 kv-luq Sağleycan hava verilişi xətlərinə, 0,4 kv-luq KTY və xətlərə cavabdeh təyin edilməsinə, o cümlədən qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və s.) ilə, əmək müqaviləsi (kontrakt) ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanlarının olmasına baxmayaraq, həmin vəzifələri tam, vaxtında və dəqiq icra etməmişdir. Bunun nəticəsində Siyəzən rayonunun Sədan kəndindəki Qırçal adlanan ərazidə Şahid4 məxsus tikilinin yaxınlığından keçən gərginliyi 0,4 kV-luq elektrik veriliş xəttinin sonundan 2-ci dayağının yaxınlığında (yanğının mənbəyində) olan quru ot və kolluğun üzərinə, həmin xəttin naqillərinin güclü küləyin təsirindən bir-birinə dəyməsi nəticəsində əmələ gəlmiş elektrik təbiətli qəza halının (qısa qapanmanın) təsirindən yaranmış qığılcımlar düşməklə, ərazinin alışması nəticəsində yanğın baş vermiş, habelə yan ğın sürətlə dağa tərəf və üzü Sədan kəndi istiqamətində dağətəyi ərazilərə yayılmışdır. Nəticədə, 31 iyul 2020-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən rayonunun Sədan kəndindəki Qırçal adlanan ərazidə baş vermiş yanğın zamanı ərazidə quru otla yanaşı, müxtəlif cinsli ağac və kolların yanaraq məhv olmaqla, dövlətin əmlakına külli miqdarda, yəni 778 690 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda zərərçəkmiş şəxslər X22 və X5 öz təşəbbüsləri əsasında, sərbəst iradələri ilə kənar təsir və ya təzyiqə məruz qalmadan kənd camaatıyla birlikdə yanğını söndürmək üçün yanğının təsirinə məruz qalmış ərazilərə getsələr də, həmin vaxt nə Zərərçəkmiş şəxs1, nə də Zərərçəkmiş şəxs2 yanğın təhlükəsizliyi qaydalarına əməl etməmiş, bunun da nəticəsində onlara münasibətdə arzuolunmaz hadisə baş verm işdir. Səhlənkarlıq cinayət əməli subyektiv cəhətdən ehtiyatsızlıqla törədilsə də, Zərərçəkmiş şəxs1in və Zərərçəkmiş şəxs2un yanıq xəsarətləri almaları, habelə bu xəsarətlər onlar üçün həyati olmaqla, ölmələrinin Məhkum əməli (hərəkət və ya hərəkətsizliyi) ilə birbaşa səbəbli-əlaqəsi olmamış, ölüm hadisəsi məhz mərhum zərərçəkmişlərin vəzifə və öhdəlikləri olmadığı halda yanğın yerinə öz təşəbbüsləri ilə gedərək, yanğını söndürməyə çalışarkən təhlükəsizlik qaydalarına əməl etməməklə, öz ehtiyatsızlıqları nəticəsində baş vermişdir. Məhkum əməlində işə vicdansız, laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə digər ağır nəticələrə səbəb olması öz təsdiqini tapsa da, ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olması xüsusatı öz təsdiqini tapmamış və əməl Azərbaycan Respublikası CM-nın 314.3-cü maddəsindən, həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif olunmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yenidən apellyasiya məhkəməsinin baxışına təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iş üzrə zərərçəkmiş şəxslər X33 oglu və X1 hadisə baş verən gün yanğını söndürmək üçün hər hansı bir iş görmələri, hər hansı bir aktiv hərəkətlər etmələri iş materiallarında hər hansı bir şəxsin ifadəsi və ya digər sənədlə təsdiq olunmamışdır. Ölmüş zərərçəkmiş şəxs ən son görən Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs yanğını söndürmək üçün deyil, nəvəsi Turalı yanğından qorumaqdan ötrü axtarmaq üçün getmişdir. X26 isə yanğın söndürmək üçün deyil, yanğının “Siyəzənneft” NQÇİ-nin çənləri istiqamətində olacağı halda, söndürməyə köməklik edəcəyini bildirmişdir. Halbuki, iş materiallarına əsasən yanğın “Siyəzənneft” NQÇİ-nin çənləri istiqamətində deyil, güclü küləklə Qırçay adlanan ərazidən üzü Sədan kəndi istiqamətində getdiyi müəyyən olunmuşdur. Məhkəmə icraatı zamanı dindirilmiş digər şəxslərin, o cümlədən təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs4, şahidlərin ifadələrində ölmüş zərərçəkmiş şəxslər - X22 və X1 ölüm şəraiti ilə bağlı hər hansı bir məlumat yoxdur. Bütün sadalanan xüsusatlarla yanaşı qeyd edilməlidir ki, iş materiallarından, o cümlədən ifadələrdən X22 və X1 yanğını söndürmək üçün hər hansı vasitədən istifadə etməsi görünmür. Məhkəmə həmin şəxslərin yanğını söndürmək üçün hadisə yerinə getmələri mövqeyini nümayiş etdirsə də, sonuncuların yanğını söndürmək üçün istifadə edə biləcəyi hər hansı bir əşyanın aşkar edilməsi müəyyən olunmamışdır. X22 və X1 ölümləri 31 iyul 2020-ci il tarixdə baş vermiş yanğın hadisəsini məhz söndürən zaman baş verməsi öz təsdiqini tapmamışdır. Protest müəllifi həmçinin hesab edir ki, məhkəmənin təqsirləndirilən şəxsə cəza təyin etməsi də ədalətsiz olmuşdur. Belə ki, dövlətə külli miqdarda ziyan dəyməsi (ümumilikdə 778 690 manat) fonunda məhkəmə tərəfindən təyin edilm iş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası həddən artıq yüngül cəza olmuşdur. Dövlət ittihamçısının fikrincə, məhkəmə, Məhkum təyin edilmiş cəza sosial ədalətin bərpası və yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət etməyib cinayətin ictimai təhlükəliliyinə uyğun deyildir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum haqqında olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, Məhkum işə vicdansız, laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və lazımı qaydada yerinə yetirməməsi ilə digər ağır nəticələrə səbəb o lması obyektiv araşdırılmamış və onun əməli həm ibtidai istintaq, həm də məhkəmələr tərəfindən işin faktiki hallarına uyğun qiymətləndirilməmişdir. Məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Siyəzən rayonu Sədan kəndi Qırçal adlanan ərazisində Şahid4 məxsus tikilinin yaxınlığından keçən gərginliyi 0,4 kv-luq elektrik veriliş xəttinin sonundan 1-ci və 2-ci dayaqlar Qırçal kənd sakini X16 və Şahid1 Sahibxan oğluna məxsus yaşayış evlərinə, yardımçı tikililərinə elektrik enerjisinin verilməsini təmin edən elektrik naqillərinin asılmasından ötrü istifadə olunur. X23 və Şahid1 abonent olaraq istehlak etdiyi elektrik enerjisinin pulunu ödəmədiyi üçün onların enerji təminatı 2015-ci ildən sonra rəsmi qaydada dayandırılmaqla həmin xəttə elektrik enerjisi verilməsi kəsilmişdir (bu fakt Röyal Qamba yevin özünün Siyəzən Rayon Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə Sahəsinə ünvanladığı ərizəsi, habelə hər iki abonentin istintaq orqanına verdiyi ifadəsi və onların abunə haqqının ödəmə saldoları ilə təsdiq olunur). Ekspert rəyinin əsassız olmasını sübut edən hallardan biri hadisə yeri hesab edilən ərazidən keçən elektrik xəttindən nümunələrin götürülməsi və qablaşdırılması barədə prosessual hərəkətlərin qanun pozuntuları ilə həyata keçirilməsi olmuşdur. İttiham aktında nümunə götürülmüş elektrik xəttində ölçmə aparıldığı qeyd edilsə də, ölçmənin hansı markalı alətlə aparıldığı, buraxılış ili və istismara yararlılığı göstərilmədiyindən X13 və Şahid1 evini elektrik enerjisi ilə təmin edən və istintaqın yanğının baş verdiyi hesab etdiyi ərazidən keçən xətlərdə elektrik enerjisinin olmadığı b ir daha təsdiq edilir. Bu barədə istintaq tərəfindən ekspert qarşısında “31 iyul 2020-ci il tarixdə, saat təxmini olaraq 11-12 radələrində Siyəzən rayonu Qırçal adlanan ərazidə baş vermiş yanğın hadisəsi zamanı sonuncudan 3-cü elektrik dirəyindən sonra 0,4 kv-luq elektrik xətlərində elektrik enerjisinin olub-olmamaması” sualına, bunun istintaq hərəkətləri (şahidlərin dindirilməsi, "xxxx" ASCnin “Şimal” RETSİ-nin Siyəzən Elektrik şəbəkəsindən müvafiq sənədlərin alınması və s.) ilə müəyyən edilə biləcəyi göstərilmişdir. Lakin iş materiallarında həmin evlərdə yaşayan X13 və Şahid1 enerji borcunun olması səbəbindən uzun müddətdən bəri evlərinə gələn elektrik xəttinin açıldığını bildirsələr də və bu hal təqdim edilmiş saldolarla və iş üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsi ilə təsdiq e dilsə də, bu faktlara əhəmiyyət vermədən, ekspert rəyinə istinad edərək yanğının məhz elektrik enerjisi olmayan xətlərin güclü küləyin təsirindən bir-birinə toxunması nəticəsində əmələ gələn qığılcımdan baş verməsi barədə gəlinən nəticə tamamilə əsassızdır. Şikayət müəllifləri hesab edirlər ki, Şahid4, X3 və ifadəsi alınmış digər şəxslərin evləri 3-cü elektrik dirəyinə qədər olan dirəklərdən budaqlanma yolu ilə ayrılan elektrik xətlərindən qidalanır. Yəni ekspertin cinayət işinin materiallarında olan Şahid4 və X3 və digər şahidlərin izahatlarında yanğından əvvəl onların yaşadıqları ünvanlarda elektrik enerjisinin olması barədə ifadələrinə istinad etməsi X13 və Şahid1 da evində həmin ərəfədə elektrik enerjisinin olması anlamına gələ bilməz. Bu hal Siyəzən EŞ-də əvvəllər nəzarətçi-mühəndis işləmiş, müdafiə tərəfinin dəvət etdiyi Şahid19 məhkəmədə verdiyi ifadəsi ilə də təsdiq edilir. Şahid19 Qırçal ərazisində heyvandarlıqla məşğul olan şəxslərdən Şahid8 və Şahid1 fermasını işıqlandıran elektrik xəttinə və sayğacına baxış keçirilərkən elektrik sayğaclarının sxemdən kənarlaşdırıldığı müəyyən edildiyindən bu barədə akt tərtib edilməklə, həmin evləri elektrik enerjisi ilə təchiz edən və Şahid4 məxsus tikilinin yaxınlığından keçən gərginliyi 0,4 kV-luq elektrik veriliş xəttinin sonundan 3-cü dayaqdan açıldığını bildirmişdir. Qırçal adlanan ərazidə ətrafda olan ferma sahibləri tərəfindən primitiv üsulla çəkilmiş 0,4 kV-luq elektrik xətləri Siyəzən Elektrik şəbəkəsinin balansında olmadığından və həmin xətlərə baxış və xidmət göstərilməsi Siyəzən Elektrik şəbəkəsinin əməkdaşının və zifə öhdəliyinə aid deyildir. İbtidai istintaqın "xxxx" ASC-nin Şimal RETSİ-nin 08 sentyabr 2020ci il tarixli 84-01-01/307 saylı məktubuna əsasən yanğın hadisəsinin baş verdiyi ******* saylı TM-dən çıxan 0,4 kV-luq xətlərdən qidalanan 6 abonentin hamısının "xxxx" ASC-nin məlumat bazasında əhali istehlakçı kodu altında qeydiyyata alındığına görə həmin xətlərə texniki xidmətə görə də cavabdehliyin "xxxx" ASC-nin əməkdaşına aid olması barədə qənaəti yanlışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 05 oktyabr 2020-ci il tarixli, AERA-0210-559/20 nömrəli məktubdan da göründüyü kimi elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti ilə bağlı məsələlər NK-nin xx.xx.2005-ci il ta rixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları’nın 5.1-ci bəndinə uyğun tənzimlənir. Həmin bəndin tələbinə görə enerji təchizat müəssisəsilə abonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alğı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar aktında qeyd olunur. Yəni əhali kodu ilə qeydiyyata alınmış 6 istehlakçı üçün elektrik sayğacının quraşdırılması və onlardan istehlak edilmiş elektrik enerjisinin haqqının alınması, həmin ərazidə olan elektrik xətlərinin "xxxx" ASC-nin balansında olması və həmin xətlərə texniki xidmətə görə "xxxx" ASC-nin əməkdaşının məsuliyyət daşı masını deməyə əsas vermir. Eyni zamanda iş materiallarında olan şahid ifadələri ilə Qırçaldakı həmin 0,4 kV-luq elektrik xətlərinin kim tərəfindən çəkilməsi və həmin xətlərin 30 ildən çox müddətə mövcud olduğu, həmin xətlərdən qidalanan abonentlərə elektrik sayğaclarının isə təxminən 20072010-cu illərdə ("xxxx" ASC-nin dövründə) Elektrik şəbəkəsi tərəfindən quraşdırıldığı müəyyən edilsə də, həmin dövrdə yol verilməsi güman edilən pozuntuya görə "xxxx" ASCnin əməkdaşının ittiham edilməsi absurddur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş, "xxxx" ASC-nin sədri V.Əhmədovun imzaladığı xx.xx.2020-ci il tarixli, Ü20/086 saylı əmrlə müəyyən edilmişdir ki, aparıcı mühəndis kimi Məhkum xidməti ərazisinə aid olan 6 kV-luq Sağleycan HVX, 0,4 kV-luq KTY və xətlər üzrə cavabdeh təyin olunmu şdur. Yəni Məhkum xidməti ərazisinə aid olmayan elektrik xəttinə baxış keçirmədiyinə və texniki xidmət göstərmədiyinə görə orada baş vermiş hər hansı bir hadisəyə görə məsuliyyət daşıya bilməz. Sözügedən abonentlər "xxxx" ASC-nin fəaliyyəti dövründə qeydiyyata alınmışlar ki, xx.xx.2015-ci ildə "xxxx" ASC yaradıldıqdan sonra və elektrik enerjisi satışının həyata keçirilməsi səlahiyyəti yalnız "xxxx" ASC-yə verildiyindən, həmin abonentlərə və onlara aid olan elektrik sayğacları barədə məlumatlar da "xxxx" ASC-nin elektron bazasına yerləşdirilmişdir. Bu isə həmin abonentlərin özləri tərəfindən çəkilmiş elektrik xətlərinə texniki xidmət üçün deyil, istehlak edilmiş elektrik enerjisinin hesabatının aparılması və enerji haqqının alınması məqsədi daşımışdır. Mülki cavabdeh "xxxx" ASC-nin nümayənd əsi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023cü il tarixli qərarının ləğv edilməsi və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiasının tam təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya şikayətlərinin təmin edilməsi, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi Q.Sadıqovun və nümayəndə F.Abdullayevin, kassasiya şikayətlərinin və kassasiya protestinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə bura xan Zərərçəkmiş şəxs1 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmi r. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş protestdə Məhkum əməlinin tövsifi və ona təyin olunmuş cəzanın yüngül olması mübahisə edilir. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması mübahisə edilir. Mülki cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində əsassız olaraq mülki iddianın tam təmin olunması mübahisə edilir. Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi – “Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası ilkin olaraq məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini cinayət işinin materialları ilə təhlil edərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cin ayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin g əldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanı n 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zaman ı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materi allarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində təqsirli olması Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxslərin hüquqi varisləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələri, şahidlər Şahid1, X10, Şahid2, Şahid7, Şahid4 oğlu, X7, Şahid6, Şahid8, Şahid17, Şahid9, X11, Şahid16, Şahid11, Şahid12 Sədrəttin oğlu, Şahid15, Şahid13 Narulla oğlu, Şahid14, Şahid18, Şahid19, Şahid20 və Şahid21 ifadələri, məhkəmə-yanğın texniki təhlükəsizlik qaydaları ekspertizasının 22 oktyabr 2020-ci il tarixli 10/2397 və komisyon məhkəmə-yanğın texniki-təhlükəsizlik ekspertizasının 14 dekabr 2020-ci il tarixli 10/3738 saylı rəyləri, "xxxx" ASC-nin 1 iyun 2020-ci il tarixli Ü-20/086 saylı rəyi, habelə toplanmış digər sübutlarla tam s übuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində qeyd edilən arqumentlər, yəni məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi iş materialları ilə təsdiq olunmur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya protestinin Məhkum oğlunun əməlinin hüquqi tövsifi ilə bağlı dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 314.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfind ən CM-in 314.2-ci maddəsinə tövsif edilməsinə dair gəldiyi nəticə ilə razılaşmış və həmin maddə ilə təqsirli bilmişdir. Kassasiya protestində qeyd edilmişdir ki, iş üzrə zərərçəkmiş şəxslər X33 oglu və X1 hadisə baş verən gün yanğını söndürmək üçün hər hansı bir iş görmələri, hər hansı bir aktiv hərəkətlər etmələri iş materiallarında hər hansı bir şəxsin ifadəsi və ya digər sənədlə təsdiq olunmamışdır. Zərərçəkmiş şəxs1və Zərərçəkmiş şəxs2 yanğın baş verən əraziyə yanğını söndürmək üçün getməmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadədə “yanğının söndürülməsi üçün kənd camaatına köməklik etmək məqsədilə yanan ərazilərə tərəf getdiklərini, atası Zərərçəkmiş şəxs1in bir istiqamətdə, özünün isə digər istiqamətdə getdiklərini, yanğının söndü rülməsində kənd camaatı və yanğınsöndürənlərlə birlikdə iştirak etdiklərini, bir qədər sonra atası Zərərçəkmiş şəxs1ə telefonla zəng vurduğunu, lakin onun telefonuna zəng çatmadığını, bundan narahatçılıq keçirərək atası Zərərçəkmiş şəxs1i axtarmağa başladığını, yanmış əraziləri gəzməyə başladığını, təxminən saat 16:00 radələrində atasının meyitini Sədan kəndi ərazisində Sərdahar adlanan daşlıq ərazidə iri bir daşın yanında yanmış ölü vəziyyətdə tapdığını” qeyd etmişdir. İş materiallarından görünür ki, yanğın baş verən ərazidə yanğının söndürülməsinə Şahid1, Şahid5 və bir qədər sonra isə Zərərçəkmiş şəxs1, Ariz və Şahid7lər gəlib yanğının qarşısını almağa çalışmışlar. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsində ifadəsində göstərmişdir ki, Siyəzən NQÇİ- də əmtəə operatoru işləyən, lakin həmin gün işə çıxmayan mərhum qardaşı Zərərçəkmiş şəxs2la telefonla əlaqə saxlamasını, mərhum qardaşının yanğının şiddətli olduğunu, həmçinin küləyin əsdiyini, yanğının Siyəzən Neft Qaz çıxarma idarəsinin neft çənləri yerləşən tərəfə doğru gedəcəyini, alovun həmin istiqamətdə gedəcəyi halda, alovu söndürməyə köməklik edəcəyini bildirməsini və həmçinin, həmin vaxt kənd sakini Zərərçəkmiş şəxs1in nəvəsinin itdiyini deyərək, sonuncunun alov istiqamətində getdiyini bildirmişdir. Bundan başqa, Şahid17 məhkəmə icraatı zamanı vermiş olduğu ifadəsində qeyd etmişdir ki, “...31 iyul 2020-ci il tarixdə Siyəzən rayonu, Sədan kəndində yaşadığı evdə mərhum qardaşı Zərərçəkmiş şəxs1ilə birlikdə qurbanlıq heyvan kəsən zaman kəndin aşağı tərəfindən tüstü qalxdığını görmüşl ər. Bu zaman mərhum qardaşı Zərərçəkmiş şəxs1 tez evdən çıxaraq öz evinə tərəf getmiş, bir qədər sonra o da, yanğın olan tərəfə yollanmış və ora çatdığında yanğın artıq kənd sakinlərinin evlərinin yaxınlığına qədər gəlib çatmışdır.” İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 28 sentyabr 2020-ci il tarixli, **********5 nömrəli məktuba əlavə edilmiş materiallardan görünür ki, 31 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasında iş günü hesab olunmayan Qurban bayramı olduğundan X2 rayonunun Sədan kəndində olmuş, könüllü olaraq yanğın baş vermiş əraziyə gəlmiş, yanğın söndürüldükdən sonra onun meyiti yanmış ərazidən tapılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkə mə Ekspertizası Mərkəzinin 06 oktyabr 2020-ci il tarixli, 6/1804 saylı ekspert rəyindən görünür ki, Siyəzən rayonu, Qırçal-Qazma kəndində baş vermiş yanğın ilə əlaqədar oradan əldə edilmiş nümunələrin tədqiqindən məlum olmuşdur ki, hadisə yerindən götürülmüş yanğından sonrakı qalıqlar (çör-çöp qarışmış torpaq nümunəsi) üzərində neft məhsullarına məxsus izlər yoxdur. (cild İİİ, iş vərəqə: 6-7) İş materiallarında olan Siyəzən rayon Polis Şöbəsinin 13 oktyabr 2020-ci il tarixli, 183-10175-1220 nömrəli məktubdan görünür ki, 31 iyul 2020-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında yerləşən örüş və kolluq sahələrində yanğın hadisəsi baş verməsi nəticəsində X14 və X1 yanıq xəsarətləri alaraq, Zərərçəkmiş şəxs1in hadisə yerində, Zərərçəkmiş şəxs2un isə Bakı şəh əri 5 nömrəli Şəhər Klinik xəstəxanasında ölmələri barədə Siyəzən RPŞ-yə daxil olmuş məlumat əsasında bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş və müəyyən edilmişdir ki, 31 iyul 2020-ci il tarixdə baş vermiş yanğın hadisəsi ilkin olaraq Siyəzən rayonu Qırçal adlanan ərazidə Şahid4 məxsus yataqdan (ferma) təxminən 70 metr aralıda həmin ərazidə yaşayan abonentləri elektrik enerjisi ilə təmin edən elektrik xətlərinin təxmini olaraq altında başlamış, daha sonra güclü külək səbəbindən (hadisə şahidlərinin deməsinə görə həmin gün küləyin istiqaməti dənizdən üzü dağa və Sədan kəndi istiqamətində olmuşdur) yanğın sürətlə dağa tərəf və üzü Sədan kəndi istiqamətində dağətəyi ərazilərə yayılmış, nəticədə həmin ərazidəki otlaq və kolluq sahələr yanğının təsirinə məruz qalmışdır. Yanğın hadisəsin in Qırçal adlanan ərazidə elektrik naqillərinin bir-birinə toxunması nəticəsində qısa qapanma yaranaraq qığılcımın ətrafdakı quru otluq əraziyə düşməsindən baş verməsi ehtimal olunur. Yanğın Sədan kəndinə tərəf yayıldıqdan sonra kənd sakinləri müxtəlif üsullarla yanğının kənd ərazisinə keçməməsi üçün alovu söndürməyə çalışmışlar. Həmin vaxt X22 və X5 da kənd camaatı ilə birlikdə yanğını söndürmək üçün yanğının təsirinə məruz qalmış ərazilərə, daha sonra isə hər biri yanan ərazilərə doğru fərqli istiqamətlərdə getmişlər. Yanğın söndürüldükdən bir qədər sonra X14 yanmış meyiti yanan ərazidə tapılmış, X5 da yanğının təsirinə məruz qalmış, daha sonra təcili olaraq xəstəxanaya çatdırılmışdır. 31 iyul 2020-ci il tarixdə Qırçal adlanan ərazidə başlamış yanğın hadisəsi hər hansı bir şəxs tərəfində n qəsdən törədilməmiş, həmçinin X22 və X1 ölümündə hər hansı bir kənar şəxsin təsiri və qəsdi olmamış, onlar yanğın ərazilərini söndürməyə çalışarkən öz ehtiyatsızlıqları səbəbindən ölmüşlər. (cild İİİ, iş vərəqə: 156-157) Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 314.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 314.2-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında q eyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Eyni zamanda məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzаkirə еdib, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmi şdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və C əzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dər əcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olun ur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilmə lidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası i lə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyi n olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkə məsi Məhkum cəza təyin edərkən, onun ilk dəfə ehtiyatsızlıqdan az ağır kateqoriyadan olan cinayət əməli törətməsini, ali təhsilli olmaqla, himayəsində xəstəlikdən əziyyət çəkən, bir yetkinlik yaşına çatmayan uşağı olmasını, faydalı əməklə məşğul olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təyin edilmiş cəza ittiham olunduğu maddənin sanksiyası həddindədir. Cəzanı ağırlaşdıran halların olmaması, əksinə cəzanı yüngülləşdirən halların olması, həmçinin işin digər halları ona təyin edilən cəzanın ədalətli və qanuni olması qənaətinə gəl məyə əsas verir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mülki cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin kassasiya şikayətinin mülki iddia tələbi ilə əlaqədar dəlilləri əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar apelyasiya instansiya məhkəməsinin qərarın da geniş şərh verildiyindən məhkəmə kollegiyası təkrar şərhi zəruri hesab etmir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, kassasiya protesti və kassasiya şikayətləri təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayətləri təmin edilməsin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-651/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-651/2024
27.03.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver