Məhkəmə qərarları › İş №1(102)-68/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-68/2019

15.01.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-68/2019 15.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Ağakərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, xüsusi ittihamçı X5 və tərcüməçi X7-nin iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə xüsusi ittiham qaydasında işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim Ceyhun Məmmədov) 11 avqust 2017-ci il tarixli hökmü ilə 13 iyul 1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, yalan olduğunu bilə-bilə X5-in şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymaqla ona böhtan atmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Hüseyn Nəbiyev (sədrlik edən və məruzəçi), Nazim Mövsümov və Elman Əhmədovdan ibarət tərkibdə) 30 mart 2018-ci il tarixli qərarı ilə Sumqayıt Şəhəri Məhkəməsinin 11 avqust 2017-ci il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Apellya siya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2018-ci il tarixli qərarı ləğv edilsin və ona bəraət verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin hökmü ilə onun hüquqları kobudcasına pozulmuş və həmin hökm qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası CPM-in 215.1-ci maddəsinin tələblərini pozaraq X5 tərəfindən verilmiş ərizədə ibtidai istintaqın aparılması məcburi olan az ağır cinayət hesab olunan əməlin törədilməsi barədə məlumat olduğu halda onu öz icraatına qəbul etmişdir. Bundan başqa, hökmün əsaslandırıcı hissəsində göstərilmişdir ki, X5 tərəfindən 40 ədəd it damların oğurlanması barədə iddialar üzrə Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinin 12-ci Polis Bölməsinin təhqiqatçı tərəfindən araşdırma aparılmış və onun əməllərində cinayət əlamətləri olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 iyun 2017-ci ildə qərar qəbul edilmişdir. Qeyd olunan Sabunçu RPİ-nin 12-ci PB-nin təhqiqatçısı X3 tərəfindən 16 iyun 2017-ci il tarixində qəbul olunmuş qərar hakim Ceyhun Məmmədov tərəfindən qərəzli olaraq açıq-aşkar təhrif olunmuş halda təqdim edilmişdir. İstinad olunan 16 iyun 2017-ci il tarixli qərarında X5 əməllərində cinayət əlamətləri olub-olmadığı barədə və evsiz itlərin saxlanması üçün nəzərdə tutulan həmin budkaların hal-hazırda harada olması haqqında heç bir şey deyilməmi şdir. Əksinə, X5 məhkəmə prosesində verdiyi ifadəsində qeyd olunan Sahibsiz heyvanlarla Mübarizə İdarəsinin rəhbərliyinin razılığı olmadan 40 ədəd budkaları apardığını təsdiq etmiş, onları özü təmir etdiyini bildirsə də hal-hazırda onların harada olması və hansı səbəbdən geri qaytarılmamasını deməkdən imtina etmiş, məhkəmə isə qərəzli olaraq bu halın araşdırmasına imkan verməmişdir. Əlavə olaraq qeyd edir ki, bu iş onun tərəfindən yenidən mübahisələndirilib və hal hazırda iş Baş prokurorluqdadır. Sabunçu RPİ-də araşdırma aparılmasına baxmayaraq bir çox məqamlara fikir verilməyib, lazımı adamlardan izahatlar alınmayıb və bir çox prosessual normalar pozulub. Mübahisələndirilən hökmündə Məhkum tərəfindən yayılması iddia olunan məlumatların məhz yalan olduğunu onun bilməsi hansı hallara əsasla ndığı göstərilməmişdir. Ona qarşı ittihamın əsasını təşkil edən X5 tərəfindən 40 ədəd budkalarının mənimsənilməsi barədə məlumatın yayılmasıdır. Bunun səbəbi isə heç bir hüququ olmayan X3 Mübarizə İdarəsinə məxsus olan bu əmlakı rəhbərliyin razılığı olmadan özbaşına aparılması və hal-hazırda onların harada olması barədə heç bir məlumat verməməsidir. Beləliklə də, iddia ərizəsində 40 ədəd budka barədə sözlərə və ya cümlələrə rast gəlinmir. Belə olan halda niyə hakim Ceyhun Məmmədov iddia ərizəsində heç bir yerində qeyd olunmayan sözlər üzərində ona hökm çıxarmışdır. Məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət üzrə materialları öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, xüsusi ittihamçının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasi ya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqiməsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsa slanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin başlıca dəlili onun təqsirsiz olması əsası ilə əlaqədar barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş xüsusi ittihamçının ifadələri ilə, işə əlavə edilmiş sosial şəbəkə proqram təminatındakı ekran çək mələri və işin digər materialları ilə tam təsdiq edilir. «Kütləvi informasiya vasitələri haqqında» 7 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşü lür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7 №-li “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarın 3-cü bəndənə əsasən məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə gör ə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Belə ki, şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə-, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikasının CM-in 147-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti üzrə şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fə aliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1 -ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almış və ona təqsirli bilindiyi maddənin orta həddində cəza təyin etmişdir. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğundur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan məhkəmələrin təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutl arın tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum oğlu barəsindəki 30 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 30 mart 2018-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar