Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-701/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 1(107)-361/2024 nömrəli qərarından dövlət ittihamçısı X10 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Tural Əfəndizadə (sədrlik edən və məruzəçi), Bilal Məmmədov və Xaliq Məmmədov) 12 iyun 2024-cü il tarixli 1(091)-42/2024 nömrəli hökmü ilə xx xxxxxx 1985-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Qəbələ Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət etmiş, Qəbələ rayonunun Tola kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Res publikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1, 302.1 və 309.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 182.2.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 309.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 302.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb e tmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2023-ci il tarixdən hesablanmışdır. İşin halları: İttihama əsasən Məhkum Qəbələ rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edərkən, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən insan və vətəndaş hüquq və azadlıqlarının, fiziki və hüquqi şəxslərin qanunla müdafiə olunan mənafelərinin, ictimai və dövlət təhlükəsizliyinin qorunması üçün öz səlahiyyətləri daxilində bütün qanuni tədbirləri görmək, əməliyyat-axtarış tədbirləri nin keçirilməsinə dair məhkəmə qərarlarını, istintaq orqanlarının qərarlarını və ya cinayət işləri üzrə yazılı tapşırıqlarını, habelə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarını yerinə yetirmək, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatları, onların mənbəyini və əldə edilməsi üsullarını yaymadan, konkret cinayət işi üzrə təhqiqatı və ya istintaqı aparan şəxsə və yaxud məhkəməyə vermək, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və müvafiq beynəlxalq təşkilatlarının sorğularına cavab vermək, Azərbaycan Respublikasının ərazisində əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətinə aid olan faktların aşkar edildiyi təqdirdə təxirəsalınmaz tədbirlər keçi rməklə onları xəbərdar etmək və lazımi kömək göstərmək, əməliyyat-axtarış fəaliyyətini həyata keçirərkən konspirasiya qaydalarına riayət edilməsi üçün müvafiq tədbirlər görmək, öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərini “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirmək, öz əməkdaşlarının, onların yaxın qohumlarının, əməliyyat-axtarış fəaliyyəti subyektlərinə kömək edən şəxslərin, onların yaxın qohumlarının, habelə cinayət prosesi iştirakçılarının, onların yaxın qohumlarının şəxsi təhlükəsizliyini və əmlakını hüquqazidd qəsdlərdən qorunmasını təmin etmək, hər hansı şəxslə əməkdaşlığın məxfiliyini və anonimliyini təmin etmək və hadisələrin, faktların, əşyaların və digər inform asiya mənbələrinin əməliyyat uçotunu aparmaq vəzifələri olmaqla ümumilikdə əməliyyat-axtarış tədbirlərini həyata keçirməyə səlahiyyətli olan vəzifəli şəxs kimi, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb əməliyyat-axtarış tədbirini qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirməklə Qəbələ rayonunda yaşayan maddi imkanı üstün olan şəxslərin barəsində rüsvayedici məlumatlar əsasında hədə-qorxu gəlib onların, yəni özgə əmlakını ələ keçirməklə bağlı qeyrisi ilə razılaşmaqla onunla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Bu məqsədlə 2021-ci ilin əvvəllərindən şəxsi, o cümlədən, intim münasibətləri olan xx xxxx 1988-ci il tarixdə Qəbələ rayonunun Seyidqışlaq kəndində anadan olmuş Məmmədova (Müzəffərova) Səma Sərdər qızı ilə 2021-ci ilin ya y aylarında Bakı şəhəri, Nizami rayonu ərazisində görüşərək, Qəbələ rayonunda fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşayan Zərərçəkmiş şəxs şəxsi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsini Şahid1 verib, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə zidd olaraq, yəni əməliyyat-axtarış fəaliyyətinin subyektinə öz səlahiyyətlərinin icra edilməsi zamanı hər hansı şəxsi qanun pozuntularına təhrik etmək, şantaj etmək, habelə insan və vətəndaşların hüquq və azadlıqlarını, qanunla müdafiə olunan mənafelərini məhdudlaşdıran digər qanunsuz tədbirlərə əl atmaq, səlahiyyətindən kənara çıxan tədbirləri həyata keçirmək qadağan olmasına baxmayaraq, Zərərçəkmiş şəxs zəng etmə sini, tanış olub onunla görüş yeri təyin etməsini, Qəbələ rayonu ərazisində gəzərkən sonuncunun diqqətini yayındırıb mobil telefonundan özünün istifadəsində olan mobil telefona pul qarşılığında cinsi əlaqədə olmaqla bağlı təklif ismarıcı yazmasını, daha sonra intim münasibətdə olmaq məqsədilə heç kimin olmadığı meşəlik əraziyə birlikdə gedib çatdıqdan sonra qəflətən səs-küy salaraq guya Zərərçəkmiş şəxs Şahid1 əxlaqsız hərəkətlər etməsi ilə bağlı təklif etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək yalandan şikayət etməsini, bu müddət ərzində özünün isə kənardan gizlin olaraq onları izləyəcəyini, səs-küy olan kimi isə dərhal onlara yaxınlaşacağını bildirməklə Şahid1 təlimatlandırmışdır. Hazırladığı planı həyata keçirmək m əqsədi ilə 14 avqust 2021-ci il tarixdə şəxsi istifadəsində olan “Tofaş Şahin” markalı “**-OK-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Şahid1 təyin edilmiş görüş yerinin yaxınlığına, Qəbələ rayon avtomobil vağzalının qarşısında düşürmüşdür. Özü isə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 11-ci maddələrinin tələblərini kobud şəkildə qəsdən pozaraq, əməliyyat-axtarış tədbirinin qanunvericiliklə müəyyən edilmiş səbəblər, o cümlədən, fiziki şəxsin ərizəsi, əməliyyataxtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar, habelə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün əsas olan məhkəmənin (hakimin) qərarı, istintaq orqanlarının qərar və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarı olmadan "insanla rın güdülməsi” kimi əməliyyat-axtarış tədbirini qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirərək, Şahid1 və Zərərçəkmiş şəxs kənardan müşahidə etməklə güdmüşdür. Şahid1 ondan aldığı təlimata uyğun olaraq həmin gün saat 08 radələrində qeyd olunan ərazidə Zərərçəkmiş şəxsla görüşüb birlikdə sonuncunun şəxsi istifadəsində olan “Ford” markalı “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməklə Qəbələ şəhərində “Körpü” adlanan ərazidə yerləşən çayxanaya gedib bir qədər orada oturub söhbət etdikdən sonra Zərərçəkmiş şəxs təklifi ilə çayxana yaxınlığında olan meşəlik əraziyə piyada gedib çatmış, sonuncunun onunla cinsi əlaqədə olmaq təklifini eşitdikdən dərhal sonra Şahid1 səs-küy salıb həmin gün saat 09.33-də Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng ed ərək guya Zərərçəkmiş şəxs ona əxlaqsız hərəkətlər etməsi ilə bağlı məlumat vermişdir. Hazırladığı plana uyğun olaraq Məhkum, səs-küyə Şahid1 yaxınlaşıb guya sonuncuya Zərərçəkmiş şəxs əxlaqsız təkliflər etməsini öyrənərək sonuncunu şikayət əsasında Qəbələ rayon polis şöbəsinə dəvət etmişdir. Xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb orada qanunvericiliyə zidd olaraq 1.000 (bir min) manat məbləğində pul vəsaitləri verməyəcəyi halda Zərərçəkmiş şəxs törətmiş olduğu əmələ görə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müraciət edəcəyini, eləcə də, Şahid1 qarşı əxlaqsız təkliflər etməsi ilə bağlı ailə üzvlərinə məlumat verərək rüsvay edəcəyini bildirməklə qabaqcadan əlbir olduğu qeyrisi ilə birlikdə bir qrup şəxs halında hədə-qorxu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını tələb etmişdir. Hədə-qorxunu real qəbul edən Zərərçəkmiş şəxs həmin an cibində yalnız 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaitlərinin olmasını bildirib ona təqdim edərək, rüsvay edilməməsi üçün yalvardıqdan sonra, Zərərçəkmiş şəxs 14 avqust 2021ci tarixdə Qəbələ rayon polis şöbəsinin inzibati binasında 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaitlərini hədə-qorxu ilə tələb edib ələ keçirmişdir. Bununla da, Məhkum qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həbs ediləcəyini bildirməklə şəxsiyyəti üzərində zor göstərmək, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin, yəni Zərərçəkmiş şəxs əmlakını hədə-qorxu ilə tələb etmiş, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxs kimi hə min tədbirləri qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirməklə Zərərçəkmiş şəxs hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olmuş, vəzifəli şəxs olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək Zərərçəkmiş şəxs öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilməməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan təməl prinsiplərinə zidd olaraq onun hüquqlarına və qanuni mənafelərinə, habelə təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaq olan Azərbaycan Respublikasında polis fəaliyyətini həy ata keçirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub vəzifə səlahiyyətlərini aşmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), Xəqani Səmədov və Elman İsayev) Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 1(107)-361/2024 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(091)-42/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsindən CM-in 182.1-ci maddəsinə tövsif edilərək ona həmin maddə ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələri nə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Dövlət ittihamçısı Bəhruz Cabbarlı kassasiya protesti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 1(107)-361/2024 nömrəli qərarının ləğv edilməsi və iş yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 1(107)-361/2024 nömrəli qərarının dəyişdirilməsini, Məhk um əməlində Azərbaycan Respublikasının CM-in 182.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından və sübuta yetirilmədiyi üçün həmin maddə üzrə ona bəraət verilməsini, CM-in 309.2-ci maddəsi ilə Məhkum cəza təyin edilərsə himayəsində iki yetkinlik yaşına çatmayan və talassemiya xəstəliyindən əziyyət çəkən övladlarının olmasını, himayəsində onkoloji xəstəlikdən əziyyət çəkən ana və atasının, birinci məhkumluğunun, ailəyə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alınmasını xahiş etmişlər. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Bəhruz Cabbarlı kassasiya protestini onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları düzgün tədqiq etməyərək yanlış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından və məhkəmə istintaqı zamanı verilmiş ifad ələrdən Məhkum Qəbələ rayonunda yaşayan maddi imkanı üstün olan şəxslərin barəsində rüsvayedici məlumatlar əsasında hədə-qorxu gəlib onların əmlakını ələ keçirməklə bağlı əməli təkbaşına törətməməsi, bu məqsədlə onun bu prosesin həyata keçirilməsinə digər şəxsləri cəlb etməsi faktı aşkar müəyyən edilir. Lakin kollegiya işin mövcud halları ilə uyğunluq təşkil etməyən nəticəyə gəlməklə Məhkum bu əməlləri təkbaşına törətməsi rüsvayedici məlumatlar əsasında hədə-qorxu gələrək digər şəxslərin əmlakını ələ keçirilməsində onunla əlbirliyi olan şəxsin olmaması qənaətinə gəlmişdir. Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş Şahid1 ifadələrinin şərhindən də görünür ki, Məhkum Zərərçəkmiş şəxs əmlakını hədə qorxu yolu ilə ələ keçirilməsi epizodunda heç də tək iştirak etməmiş Zərərçəkmiş şəxs əmla kının ələ keçirilməsi ilə bağlı həm Şahid1 həm də qeyriləri ilə əvvəlcədən razılaşma əsasında qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin obyektiv cəhətini icra etmişlər. Bundan başqa Məhkum tərəfindən ibtidai istintaq zamanı verilmiş şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələrdə də o, Şahid1 özünün təkid edərək əməliyyat keçirilməsində iştirak etməsini istəməsini, Şahid1 Zərərçəkmiş şəxs əvvəl də Qəbələ rayonunda ayrı-ayrı şəxslər barədə şantaj xarakterli şikayətlər verib əməliyyat qurmalarını ona təklif etməsini lakin özünün isə həmin təklifləri qəbul etmədiyini göstərmişdir. Sadalanan hallardan əlavə məhkəmənin nəzərə almadığı digər bir hal mövcud cinayət işindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə və əvvəlcədən itkin düşmüş Səidə Abdullayevanın özünü öldürmə həddinə çatdırılması xüsusatları ilə bağlı araşdırmanın Məhkum hüquq və qanuni mənafelərinin təmin edilməsinə maneçilik törədilməsi və işin məhkəməyə göndərilməsini yol verilməz dərəcədə uzatdığı üçün xx.xx.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 125 və 182.2.1-ci maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması və Baş Prokurorluğun İstintaq İdarəsində həmin cinayət işi üzrə araşdırmanın davam etdirilməsi məsələsi olmuşdur. Belə ki, hazırda həmin cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və həmin iş üzrə CM-in 182.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində hər hansı şəxsin cəlb edilməsi artıq müəyyən ziddiyyətlərin yaranmasına gətirib çıxaracaqdır. Bu xüsusatla bağlı cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikas ı Baş Prokurorluqdan daxil olmuş 26 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Baş Prokurorluğun İstintaq İdarəsində ibtidai istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə 21 iyul 2023-cü il tarixdə qəbul edilmiş qərarla qeyd olunan cinayət işinin materiallarından X6 Qəbələ şəhərində yerləşən kirayə yaşadığı evi tərk edib bir daha geri qayıtmaması, eləcə də, Zərərçəkmiş şəxs əmlakının Məhkum, Məmmədova (Müzəffərova) Səma Sərdər qızı və qeyriləri ilə tərəfindən hədə-qorxu ilə tələb edilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125 və 182.2.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və həmin tarixdən etibarən ayrılmış ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın obyektiv aparılmasının təmin edilməsi və sübut edilm əli olan halların müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir. Məhkəmə kollegiyası isə yalnız Zərərçəkmiş şəxs inzibati binadakı otaqların birində Məhkum pulu təklikdə verməsini və həmin vaxt onlardan başqa otaqda heç kimin olmamasını əsas götürərək bu xüsusatın artıq “qabaqcadan əlbirlik” əlamətini aradan qaldırdığı nəticəsinə gəlmişdir. Lakin bu zaman pulun tələb edilməsi epizodundan əvvəl pulun tələb edilməsi üçün lazımi şəraitin yaranması və bu şəraitin qurulması planında onunla birlikdə iştirak etmiş birgə icraçıların hərəkətləri nəzərə alınmamışdır. Tövsifi ilə bağlı qeyd edilən xüsusatlardan əlavə yekun qərarda cəzaya təyini zamanı da məhkəmə tərəfindən cinayət hüquq norması tətbiqində pozuntuya yol verilməsi müəyyən edilmişdir. B elə ki, Zərərçəkmiş şəxs ifadələrində özünün Məhkumla barışmasını və ona qarşı hər hansı şikayət və tələbi olmadığını bildirmişdir. İş üzrə birinci instansiya məhkəməsi hökmü və apellyasiya məhkəməsi qərarından da göründüyü kimi Məhkum əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hər hansı ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən isə əməl CM-in 182.1-ci maddəsinə tövsif edildikdən sonra ona həmin maddə ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hazırkı iş üzrə işin faktiki hallarını nəzərə almayan məhkəmə CM-in 182.2.1-ci maddəsinin tərkibinin yaranmasını zəruri edən Məhkum tərəfindən törədilən əməlin cinayət-hüquqi nəticələrinə düzgün hüquqi qiymət verməmiş, onun əməlini CM-in 182.1-ci maddəsinə tövsif etməklə əməlin tövsifinin hüquqi əhəmiyyə tini itirməsinə, irəli sürülən ittihamda nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olan Məhkum məsuliyyətdən kənarda qalmasına səbəb olmuşdur ki, bununla da Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi mümkün olmamış, Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplər pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə bu vəzifələri yerinə yetirməmiş, təqsirləndirilən şəxsə istinad olunan əmələ qanunun aliliyi prinsipi baxımdan düzgün qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşd irməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən hallar tam, hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı kifayət qədər ziddiyyətli, qanunsuz və əsassızdır. Belə ki, məhkəmələrin hökm və qərarlarına əsasən məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən olunmuşdur ki, Məhkum qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həbs ediləcəyini bildirməklə şəxsiyyəti üzərində zor göstərmək, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin, yəni Zərərçəkmiş şəxs əmlakını hədə-qorxu ilə tələb edərək vəzifə səla hiyyətlərini aşmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 302.1 və 309.2-ci maddələri ilə yanaşı 182.1-ci maddəsi ilə də təqsirli bilinmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkmiş şəxslər və ya onun yaxın qohumlarının şəxsiyyəti ilə bağlı zorakılıq göstərirlər, onlar haqqında rüsvayedici məlumatlar yayma və ya əmlakını tələf etmə hədəsi özgənin əmlakını və ya əmlakını olan hüququnu və ya əmlakı ilə bağlı başqa hərəkətləri tələb etməməsi nəzərdə tutur. Şəki Apellyasiya Məhkəməsinin l(107)-361/2024 saylı 23 oktyabr 2024-cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsindən Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə tövsif edilərək ona həmin maddə ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lakin Şahid1 barəsində yuxarıda göstərilən cinayəti törətməklə bağlı heç bir hüquqi tədbir görülməmiş, əksinə məhkəmə kollegiyası onu şahid qismində dindirmiş, Səma isə öz ifadəsində kifayət qədər ziddiyyətli, yanlış izahat verməklə yalan danışmış, guya Məhkum hələ cinayət əməli törədilməmişdən əvvəl ona intim videogörüntüləri ilə hədə-qorxu gələrək onu şantaj etmiş və cinayət əməlini törətməyə məcbur etmişdir. Lakin iş materiallarında olan Şahid1 Məhkumla aralarında keçən telefon yazışmalarından da göründüyü kimi Şahid1 Məhkumla şəxsi münasibətləri olmuş, hətta aralarında sevgi münasibəti olmuş, onların aralarında olan telefon yazışmaların dan aydın olur ki, onların arasında kifayət qədər səmimi söhbət getmiş və cinayətin törədildiyi gündə onların arasında gedən yazışmalar şantaj və ya hədə-qorxu formasında yazılmış deyil, kifayət qədər səmimi söhbət olmuşdur. Lakin, buna baxmayaraq nədənsə Şahid1 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli bilinməmiş, barəsində heç bir tədbir görülməyərək onun hərəkətlərinə hüquqi qiymət verilməmişdir. Bundan başqa Azərbaycan Respublikasının Baş Prokurorluğunun 01 aprel 2024-cü il tarixli, 2-203/647/2024 saylı məktubunda göstərilmişdir ki, Baş Prokurorluğun İstintaq İdarəsində ibtidai istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə 21 iyul 2023-cü il tarixdə qəbul edilmiş qərarla qeyd olunan cinayət işinin materiallarından X7 Qəbələ şəhərində yerləşən kirayədə yaşadığı evi tərk edib bir daha geri qayıtmaması, eləcə də X5 əmlakının Məhkum ilə qabaqcadan əlbir olması ehtimalı edilən Məmmədova (Müzəffərova) Səma Sərdər qızı və şəxsiyyəti müəyyən edilməmiş digər polis əməkdaşları tərəfindən hədə-qorxu ilə tələb edilməsi faktları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125 və 182.2.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və hazırda ********* nömrəli cinayət işinin ibtidai istintaqı davam etdirilir. Məmmədova (Müzəffərova) Səma Sərdər qızının barəsində hədə-qorxu ilə tələb edilməsi faktı üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125 və 182.2.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraatda aparılsa da bu günə qədər Məmmədova (Müzəffərova) Səma Sərdər qızının barəsində heç bir tədbir görülməyə rək onun hərəkətlərinə hüquqi qiymət verilməmişdir. X3 əmlakının Məhkum ilə Məmmədova (Müzəffərova) Səma Sərdər qızının qabaqcadan əlbir olaraq hədə-qorxu yolu ilə tələb etmişdirsə onda nəyə görə icraat ayrılır və nəyə görə Məmmədova (Müzəffərova) Səma Sərdər qızı barəsində CM 182.2.1-ci maddəsi tətbiq edilmir. Bundan başqa, cinayət işi materiallarına diqqət yetirdikdə müəyyən olunur ki, istintaq orqanının ehtimal etdiyi cinayət hadisəsi 14 avqust 2021-ci il tarixdə, guya Məhkum X1 hədə qorxu gələrək 1.000 manat məbləğində pul tələb etməsi ilə baş vermişdir. Nədənsə zərərçəkmiş şəxs X8 özünün deməsinə görə ona qarşı törədilmiş cinayət hadisəsi ilə bağlı məlumatı istintaq orqanına 15 avqust 2021-ci il tarixdə deyil, 30 yanvar 2023-cü il tarixdə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin bu tarixlərə diqqət yetirdikdə istintaq orqanının təqsirləndirilən şəxsə qarşı qaldırdığı ittihamın qərəzli olmasının bariz nümunəsidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, dövlət ittihamçısı Bəhruz Cabbarlı tərəfindən verilmiş kassasiya protesti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya prot estinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Resp ublikası CM-in 182.2.1-ci maddəsindən CM-in 182.1-ci maddəsinə tövsif edilməsi qanunsuz və əsassız olmuşdur. Kassasiya protestində qeyd edilmişdir ki, Məhkum ifadəsindən görünür ki, qeyd olunan cinayət əməli o digər şəxslərlə bir qrup şəxs halında törətmişdir. Məhkəmə kollegiyası kassasiya protestində irəli sürülmüş bu dəlili araşdıraraq qeyd edir ki, hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulmuşdur. Bu cinayət tərkibinin ümumi anlayışı həmin Məcəllənin 182.1-ci maddəsində əks olunmuş və zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor tətbiq etmə, onlar barəsində rüsvayedici məlumatlar yayma və ya onların əmlakını məhv etmə və ya zədələmə hədəsi ilə özgənin əmlakını, əmlak hüququ nu və ya əmlak xarakterli digər hərəkətləri etməsini tələb etmədə ifadə olunur. Hədə-qorxu ilə tələb etmənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsində əks olunan və cinayət məsuliyyətini ağırlaşdıran tövsifedici hal kimi nəzərdə tutulmuşdur və bu halın mövcudluğu əməlin həmin maddə ilə tövsif edilməsinə hüquqi əsas yaradır. İstintaq orqanı tərəfindən Məhkum Zərərçəkmiş şəxs hədə-qorxu ilə əmlakı tələb etmə ilə əlaqədar Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Resp ublikası CM-in 32 və 33-cü maddələrindən aydın olur ki, cinayətin iştirakçıları onların cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq cinayətin icraçısı, təşkilatçısı, təhrikçisi və köməkçisi sayılır. İştirakçılığın növündən asılı olaraq cinayətin iştirakçısının məsuliyyəti müəyyən olunur. Birgə icraçıları birgə törətdikləri cinayətə görə, CM-in 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, CM-in 32-cı maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində n əzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət işinin materiallarından və Məhkum qarşı irəli sürülmüş ittihamdan aydın olur ki, Şahid1 Məhkum göstərişinə əsasən Zərərçəkmiş şəxsla tanış olmuş, onunla Qəbələ rayonunda görüşmüş və meşədə gəzərkən səs-küy salaraq DİN-in “102” xidmətinə zəng etmiş və Zərərçəkmiş şəxs ona qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə məlumat vermişdir. DİN-in “102” xidmətindən daxil olunmuş məlumata əsasən Məhkum Zərərçəkmiş şəxs polis şöbəsinə dəvət etmiş və orada hədə-qorxu ilə ondan pul tələb etmişdir. Azərbaycan Respublikası CPM-in 223.3.2-ci maddəsinin tələblərinə görə istintaq orqanı şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviriəsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Məhkum elan edilmiş ittihamdan və hazırkı cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, istintaq orqanı Zərərçəkmiş şəxs qarşı Məhkum tərəfindən hədəqorxu ilə əmlakın tələb edilməsini təsvir edərək qeyd etmişdir ki, Məhkum “özgə əmlakını ələ keçirməklə bağlı qeyrisi ilə razılaşmaqla onunla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir.” Şahid1 hazırkı cinayət işi üzrə şahid qismində dindirilmiş, istintaq orqanı tərəfindən onun əməlinə hüquqi qiymət verilməmiş, ona qarşı ittiham irəli sürülməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Cinayət işinə əlavə edilmiş müstəntiqin cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında 21 iyul 2023-cü il tarixli qərarı ilə Məhkum barəsində olan cinayət işindən X7 yaşadığı evi tərk edib bir daha geri qayıtmaması, o cümlədən, Zərərçəkmiş şəxs əmlakının qeyriləri tərəfindən hədə-qorxu ilə tələb edilməsi faktları üzrə Azərbaycan Respublikası CM-in 125 və 182.2.1-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmış və müstəntiq tərəfindən icraata qəbul edilmişdir. Azərbaycan Respublikası CM-in 211.2-ci maddəsinə əsasən müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı şərtlərdən biri mövcud olduqda öz icraatında olan cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayırır: 211.2.1. təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlə bərabər onunla bağlı olmayan, təqsirləndirilən şəxs tərəfindən deyil, digər məlum və ya naməlum şəxslər tərəfindən təqsirləndirilən şəxsin iştirakı olmadan törədilmiş başqa cinayət müəyyə n edildikdə; 211.2.2. ilkin cinayət işi üzrə icraat araşdırılan bəzi cinayətlərə aid olan hissədə dayandırılmalı olduqda; 211.2.3. ilkin cinayət işi üzrə icraat bir təqsirləndirilən şəxslər barəsində dayandırılmalı olduqda və digər təqsirləndirilən şəxslər barəsində dayandırılmalı olmadıqda; 211.2.4. digər şəxslərlə yanaşı ilkin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində yetkinlik yaşına çatmayanlar cəlb edildikdə (icraatın ayrılması mümkündürsə); 211.2.5. qapalı məhkəmə baxışı üçün əsaslar bir təqsirləndirilən şəxsə aid olduqda, digərlərinə aid olmadıqda; 211.2.6. cinayət işinin həcminin həddən artıq böyüklüyü işdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin təmin edilməsinə maneçilik törətdikdə, araşdırmanı və işin məhkəməyə göndərilməsini yolverilməz dərəcədə uzatdıqda. 211.3. Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi ayrıla bilməz. Cinayət işinin materiallarından görünür ki, Şahid1 barəsində cinayət işinin ayrıca icraata ayrılması üçün Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hüquqi əsaslardan heç biri mövcud olmamışdır. Bundan başqa, müstəntiq tərəfindən Şahid1 şəxsiyyəti müəyyən edildiyi halda konkret olaraq onun barəsində deyil, Zərərçəkmiş şəxs əmlakının digər şəxslər (qeyriləri) tərəfindən hədə-qorxu ilə tələb edilməsi faktları üzrə cinayət işi ayrıca icraata ayrılmışdır. Hazırkı cinayət işi üzrə isə istintaq orqanı Şahid1 Məhkumla qabaqcadan əlbir olub bir qru p şəxs tərəfindən Zərərçəkmiş şəxs əmlakının hədə-qorxu ilə tələb edilməsi ilə bağlı ittiham elan etmədən, yalnız Məhkum barəsində istintaqı tamamlamış və iş materiallarını məhkəməyə göndərmişdir. Yuxarıda qeyd edilən hallar, istintaq orqanının Şahid1 həmin cinayətdə iştirak etmədiyi qənaətinə gəldiyini birmənalı şəkildə göstərir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi istintaq orqanı Məhkum tərəfindən Zərərçəkmiş şəxs qarşı cinayət əməli Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməsi barədə nəticəyə gəlməmiş, bu barədə heç bir qərar qəbul etməmişdir. Cinayət işinə Məhkum Zərərçəkmiş şəxs qarşı cinayət əməli hər hansı bir digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törətməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Zərərçəkmiş şəxs da öz ifadəsində göstərmişdir ki, polis şöbəsində Məhkum təkbaşına ondan pul tələb etmişdir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qərara gəlmişdir ki, istintaq orqanının Məhkum Zərərçəkmiş şəxs qarşı hədə-qorxu ilə tələb etmə cinayətini digər şəxslərlə birlikdə törətməsi barədə gəldiyi qənaət sübutlarla və işin faktiki halları ilə təsdiqlənmir. Məhkəmə kollegiyası bildirir ki, təqsirləndirilən şəxsin cinayət əməlini digər şəxslərlə əlbir olaraq törətməsi yalnız digər şəxslərin bu cinayətdə iştiraklarının sübutlarla təsdiq olunduğu halda mümkün hesab edilə bilər. Belə sübutlar mövcud olmadığı halda, istintaq orqanının yalnız “qeyriləri”nin barələrində cinayət işinin ayrıca icraata ayrılmasına əsaslanaraq məhkuma bir qrup şəxs tərəfindən cinayət törədilməsi ittihamının verilməsi və buna uyğun olaraq əməlin CM-in 182.2.1-ci maddəsi ilə tövsif olunması, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin tələblərinə uyğun gəlmir və hüquqi cəhətdən əsaslandırılmış hesab edilə bilməz. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsindən 182.1-ci maddəsinə tövsif etməsini əsaslı və işin faktiki hallarına uyğun hesab edir. Odur ki, kassasiya protestinin Məhkum əməlinin tövsifi ilə bağlı dəlilləri əsassızdır. Kassasiya protestinin digər dəlili ondan ibarətdir ki, məhkəmələr Məhkum CM-in 182.1-ci maddəsi ilə cəza təyin edərkən cinayət qanunu normalarına riayət etməmişdir. Belə ki, kassasiya protestində qeyd edilmişdir ki, Məhkum zərərçəkmiş şəxslə barışması ilə əlaqədar onun CM-in 59.1.12-ci maddəsi ilə nəzərdə tutulmuş yüngülləşdirici halın olması və hər hansı bi r ağırlaşdırıcı halın müəyyən edilməməsi ona məhkəmə tərəfindən 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 3 il 9 aydan artıq olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilə biləcəyi halda məhkəmə tərəfindən Məhkum 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin həmin dəlili cinayət işçinin materialları ilə uzlaşmadığı üçün əsaslı hesab etmir. Belə ki, həm birinci instansiya məhkəməsinin hökmündən, həm apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr Məhkum cəza təyin edərkən onun cinayət əməlini qulluq mövqeyinə əsasən göstərilən etimaddan istifadə etməklə törətməsi Azərbaycan Respublikası CM-in 61.1.13-cü maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirmişlər. Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, cəza yalnız cəzanı ağırlaşdıran hallar olmadıqda, həmin maddədə nəzərdə tutulmuş qaydalar üzrə təyin edilə bilər. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə 4(dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi CM-in 60.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin başlıca dəlili Məhkum Azərbaycan Respublikası CM-in 182.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi mötəbər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə əsassız olaraq Məhkum CM-in 182.1-ci maddəsi ilə təqsirli bilərək onun barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili əsaslı hesab etmir. Belə ki, Məhkum özünü CM-in 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilməsə də, onun Zərərçəkmiş şəxs 1000 manat pul verməyəcəyi təqdirdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müraciət edəcəyini və Şahid1 əxlaqsız təkliflərin edilməsi barədə ailə üzvlərinə məlumat verərək onu rüsvay edəcəyini bildirməklə pul tələb etməsi, habelə bu yolla zərərçəkmiş şəxsdən 220 manat pul alması Zərərçəkmiş şəxs və Şahid1 ifadələri ilə tam sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb etmək məqsədi ilə hökmdə təsvir edilmiş şəraitdə Şahid1 zərərçəkmiş şəxsin əxlaqsız hərəkətləri haqqında DİN-in “102” xidmətinə zəng vurmasını təşkil etməklə həmin məlum atın araşdırılması üçün zərərçəkmiş şəxsi polis şöbəsinə dəvət edərək öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənar çıxan hərəkətlər etmişdir. Eyni zamanda aşağı instansiya məhkəmələri Məhkum öz xidməti vəzifələrinin aşması nəticəsində Zərərçəkmiş şəxs qanuni mənafələrinə zərər vurulması və Daxili İşlər Nazirliyinin işgüzar nüfuzuna xələl gətirilməsi həm mühüm zərər, həm də ağır nəticə kimi qiymətləndirərək, Məhkum bu əməli CM-in 309.2-ci maddəsi ilə tövsif etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum öz xidməti vəzifələrinin aşması nəticəsində həm zərərçəkmiş şəxsə, həm də Daxili İşlər Nazirliyinin işgüzar nüfuzuna mühüm zərər vurulmuşdur. Lakin zərərin vurulması ilə əlaqədar hər hansı bir ağır nəticələrin baş verməsi müəyyən edilməmiş, həmin ağır nəticənin nə də ifadə olunması da məhkəmələrin hökm və qərarında göstərilməmişdir. İş materiallarından aydın olur ki, cinayət nəticəsində Zərərçəkmiş şəxs əsassız olaraq polis şöbəsinə dəvət edilərək şantaja məruz qalmış və ona 220 manat məbləğində maddi ziyan vurulmuşdur. Daxili İşlər Nazirliyinin işgüzar nüfuzuna vurulmuş zərərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkumun öz xidməti vəzifələrinin aşması ilə əlaqədar cinayət əməli barədə yalnız Zərərçəkmiş şəxs və Şahid1 bilmiş, Zərərçəkmiş şəxs Məhkum tərəfindən ona qarşı törədilmiş həmin cinayət haqqında məlumatı hüquq mühafizə orqanlarına yalnız 1 il 6 aydan çox müddət keçdikdən sonra vermiş və həmin cinayət hər hansı bir geniş ictimai rezonansa səbəb olmamışdır. Məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq hesab edir ki, nə zərər çəkmiş şəxsin qanuni maraqlarının pozulması, nə Daxili İşlər Nazirliyinin işgüzar nüfuzuna zərər vurulması ağır nəticə kimi qiymətləndirə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda CM-in 309.2-ci maddəsi ilə tövsif olunur. Cinayət işinin materiallarından aydın olur ki, Məhkum zərərçəkmiş şəxsə qarşı vəzifə səlahiyyətlərini aşmış, lakin zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməmiş, onu zor tətbiq etmə ilə hədələməmiş, yaxud ona qarşı hər hansı silah və digər xüsusi vasitələrdən istifadə etməmişdir. Yuxarıda qeyd edildiyi kimi Məhkum törətdiy i əməl ağır nəticələrə səbəb olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlinin CM-in 309.2-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuş, məhkumun bu əməli CM-in 309.1-ci maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası məhkəmələrin Məhkum əməlində Azərbaycan Respublikası CM-in 182.1 və 309.1-ci maddələri nəzərdə tutulmuş cinayət tərkiblərinin əlamətləri ilə yanaşı CM-in 302.1-ci maddəsinin cinayət tərkibinin olmasına dair nəticəni də əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 302-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlər in qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda əməl həmin maddə ilə tövsif edilir. Cinayət işi üzrə toplanmış sübutlardan və işin hallarından görünür ki, Məhkum tərəfindən ümumiyyətlə hər hansı bir əməliyyat-axtarış tədbirləri keçirilməmiş, onun məhkəmənin hökmündə təsvir edilmiş əməli onun təqsirli bilindiyi CM-in 182.1 və 309.1-ci maddələri tam əhatə olunur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 302.1-ci maddəsi ümumi ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizl iyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tə ləblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Konstitu siya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan ins an davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəs ində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Yuxarıda göstərilən qanun normaları və işin hal larını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 302.1-ci maddəsinin tərkib əlamətləri olmadığı və tam olaraq təqsirli bilindiyi CM-in 182.1 və 309.1ci maddələri ilə əhatə olunduğundan CM-in 302.1-ci maddəsi onun ittihamından xaric edilməli, Məhkum əməli təqsirli bilindiyi CM-in 309.2-ci maddəsindən həmin Məcəllənin 309.1-ci maddəsinə tövsif edilməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin hökm və qərarının qanunsuz və əsassız olmasına dair dəlillərini qismən əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.6 və 416.1.11-ci maddələrinə görə məhkəmə cinayət tərkibinin əlamətləri olmadan və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq, ittiham hökmü çıxardıqda kassasiya instansiyas ı məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.6, 416.1.11, 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Dövlət ittihamçısı Bəhruz Cabbarlı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 1(107)-361/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(091)-42/2024 saylı hökmü Məhkum Azərbaycan Respublikası CM-in 302.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilsin. Azərbaycan Respublikası CM-in 302.1-ci maddəsi Məhkum ittihamından xaric edilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 309.2-ci maddəsindən həmin Məcəllənin 309.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 309.1-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2 və 66.4-cü m addələrinə əsasən Məhkum hazırkı qərarla CM-in 309.1-ci maddəsi ilə və apellyasiya instansiyası məhkəməsinin qərarı ilə CM-in 182.1-ci maddəsi ilə təyin edilmiş əsas cəzaları qismən toplamaqla, əlavə cəzanı isə əsas cəzaya birləşdirməklə Məhkum qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-701/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-701/2025
07.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver