Məhkəmə qərarları › İş №1(102)-743/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-743/2024

17.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-743/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2023- cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Nural Əliyev və Dadaş İmanov) 26 aprel 2022-ci il tarixli, 1(100)-46/2022 saylı hökmü ilə xx xxxxxx 1985-ci il tarixdə Bərdə rayonunun Əmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mingəçevir (hazırda Bərdə) regional bölməsinin rəisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Əmirli kəndində yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə və barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 15 aprel 2019-cu il tarixli, K/179 nömrəli əmri ilə Mingəçevir (hazırda Bərdə regional bölməsi) regional bölməsinin rəisi vəzifəsinə təyin edilib, həmin vəzifədə işləyərkən, AQTA-nın yerli bölmə rəhbərlərinin qulluq funksiyalarının ikinci bəndində ona həvalə edilmiş “qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçir ilməsini regional bölmənin əhatə dairəsində təşkil etmək” səlahiyyətlərinin icrası ilə əlaqədar olaraq 2019-cu ilin avqust ayında, istintaqa məlum olmayan tarixdə bölmənin xidməti ərazisi sayılan Bərdə rayonu, Kələntərli qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs işlətdiyi pendir istehsalı ilə məşğul olan müəssisədə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinin tələblərinə əsasən “Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə fəaliyyət yoxlanmasını həyata keçirmək” görüntüsü yaradıb hər hansı akt və ya digər rəsmi sənəd tərtib etmədən qanunsuz yoxlama (reyd) təşk il edərək müəssisənin qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt olaraq qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadığını müəyyən edərək qeyd olunan qanunun 7.3-cü maddəsinin tələblərinə əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin qida məhsulları sahəsində fəaliyyət göstərməsi qadağan olduğundan qulluq funksiyalarının üçüncü bəndində ona həvalə edilmiş “regional bölmənin əhatə dairəsində baytarlıq və fitosanitar nəzarəti haqqında qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısını almaq məqsədi ilə səlahiyyətləri daxilində qərar qəbul etmək” səlahiyyətindən istifadə edib müəssisənin fəaliyyətinin dayandırılmasına şifahi göstəriş verməklə istəyinə nail olduqdan sonra, xidmət üzrə ümumi himayədarlıq edərək müəssisənin fəaliyyət ini bərpa etmək müqabilində yəni, vəzifəli şəxs olaraq qanunsuz hərəkətlərə görə şəxsən 1200 (bir min iki yüz) manat məbləğində maddi nemət olan pulu rüşvət qismində Zərərçəkmiş şəxs şəxsən istəmiş, cinayət əməlinin davamı olaraq Zərərçəkmiş şəxslə aralarındakı razılaşmaya əsasən sonuncunun cinayət barəsində əvvəlcədən məlumatı olmayan Şahid1 ona çatdırması üçün verdiyi 1200 (bir min iki yüz) manat pulu Bərdə rayonu, Şirvanlı kəndi ərazisində Şahid1 rüşvət qismində aldıqdan sonra sözügedən sexin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunsuz olduğu halda fəaliyyət göstərməsinə icazə vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Salma n Hüseynov və Çingiz Məmmədov) 21 sentyabr 2022-ci il tarixli, 1(104)-418/2022 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1(100)-46/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Şahin Yusifov (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Ələsgər Novruzov) 25 aprel 2023cü il tarixli, 1(102)-815/2023 saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi qərara alınmış, dövlət ittihamçısı tərəfindən verilmiş kassa siya protesti təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Fikrət Mehtiyev) 03 oktyabr 2023cü il tarixli, 1(104)-378/2023 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1(100)-46/2022 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası CMin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, dövlət ittihamçısı tərəf indən verilmiş apellyasiya protesti təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2023-cü il tarixli 1(104)-378/2023 nömrəli qərarının ləğv edilməsi və Məhkum barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 17 aprel 2024-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasınd a baxılanadək, yəni 09 aprel 2024-cü il tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə Məhkum göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edirlər ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışın dan çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin baxılmasına xitam verişin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar