Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-763/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, himayəsində 2 yetkinlik yaşına çat mayan uşağı olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-17/2023 nömrəli 3 noyabr 2023-cü il tarixli hökmünə əsasən (hakim: R.M.Daşdəmirov) Məhkum - Azərbaycan Respublikası CM-in 213.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azad lıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 3 noyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-413/2024 nömrəli 13 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və A.F.İbrahimov) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-17/2023 nömrəli 3 noyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına görə, Məhkum vahid niyyətlə "xxxx" (VÖEN: **********), VERSİM” (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********) və "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətlərinin (MMC) direktoru vəzifəsində işləyərkən, cəmiyyətlərin fəaliyyətinə faktiki olaraq rəhbərlik etmiş Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla, cəmiyyətin fəaliyyətinə rəhbərlik edərkən, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyal arı tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla, rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1-cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə bəyannamə təqdim etməyərək, vahid niyyətlə ümumilikdə külli miqdar təşkil edən 901312,36 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla, hüquqi ünvanı ünvan 5 Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2019-cu ilin avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 309220,16 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 55659,63 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 55659,63 manat ƏDV-ni; sentyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 5805,055 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 1044,91 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 1044,91 manat ƏDV-ni; 2019-cu il üzrə dövriyyəsi 492717,3 manat, xərcləri 410597,75 manat, vergi tutulan mənfəəti 82119,55 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 16423,91 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 16423,91 manat mənfəət vergisini, ümumilikdə xeyli miqdar təşkil edən 73128,45 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla, hüquqi ünvanı ünvan 5 Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin fəaliyyətinə faktiki rəhbərlik edərək hüquqi ünvanı ünvan 5 Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2019-cu ilin avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 313559,33 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 56440,68 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 56440,68 manat ƏDV-ni; 2019-cu il üzrə dövriyyəsi 526821,10 manat, xərcləri 24554,0 manat, vergi tutulan mənfəəti 502267,1 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 100453,42 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 100453,42 manat mənfəət vergisini, ümumilikdə xeyli miqdar təşkil edən 156894,10 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla, hüquqi ünvanı ünvan 5 Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı ş əhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2019-cu ilin iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 134238,72 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 24162,97 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 24162,97 manat ƏDV-ni iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 37165,05 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 6689,71 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 6689,71 manat ƏDV-ni 2019-cu il üzrə dövriyyəsi 376452,80 manat, xərcləri 25460,0 manat, vergi tutulan mənfəəti 350992,80 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 70198,56 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini t əqdim etməməklə 70198,56 manat mənfəət vergisini, ümumilikdə xeyli miqdar təşkil edən 101051,24 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla, hüquqi ünvanı ünvan 6 Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMCnin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2019-cu il üzrə dövriyyəsi 2061240,30 manat, xərcləri 1717700,0 manat, vergi tutulan mənfəəti 343540,05 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 68708,01 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə, 68708,01 manat mənfəət 2019-cu il üzrə dövriyyəsi 492717,3 manat, xərcləri 410597,75 manat, vergi tutulan mənfəəti 82119,55 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 16423,91 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 16423,91 manat mənfəət vergisini, ümumilikdə xeyli miqdar təşkil edən 73128,45 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla, hüquqi ünvanı ünvan 5 Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin fəaliyyətinə faktiki rəhbərlik edərək hüquqi ünvanı ünvan 5 Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2019-cu ilin avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 313559,33 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 56440,68 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 56440,68 manat ƏDV-ni; 2019-cu il üzrə dövriyyəsi 526821,10 manat, xərcləri 24554,0 manat, vergi tutulan mənfəəti 502267,1 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 100453,42 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 100453,42 manat mənfəət vergisini, ümumilikdə xeyli miqdar təşkil edən 156894,10 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla, hüquqi ünvanı ünvan 5 Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata a lınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2019-cu ilin iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 134238,72 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 24162,97 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 24162,97 manat ƏDV-ni iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 37165,05 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 6689,71 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 6689,71 manat ƏDV-ni 2019-cu il üzrə dövriyyəsi 376452,80 manat, xərcləri 25460,0 manat, vergi tutulan mənfəəti 350992,80 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 70198,56 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 70198,56 manat mənfəət vergisini, ümumilikdə xeyli miqdar təşkil edən 101051,24 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla, hüquqi ünvanı ünvan 6 Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2019-cu il üzrə dövriyyəsi 2061240,30 manat, xərcləri 1717700,0 manat, vergi tutulan mənfəəti 343540,05 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 68708,01 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə, 68708,01 manat mənfəət vergisini az hesablamaqla, 68708,01 manat məbləğində mənfə ət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla, hüquqi ünvanı ünvan 7 İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2019-cu il üzrə dövriyyəsi 3285540,0 manat, xərcləri 2737950,0 manat, vergi tutulan mənfəəti 547590,0 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 109518,00 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə, 109518,00 manat mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla, hüquqi ünvanı ünvan 8ş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bak ı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2019-cu ilin iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 116754,16 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 21015,75 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 21015,75 manat ƏDV-ni az; 2019-cu ilin avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 48659,33 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 8758,68 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 8758,68 manat ƏDV-ni az; 2019-cu ilin 3-cü rübü üzrə ödəmə mənbəyində vergi tutulan dövriyyəni 170831,30 manat, dövlət büdcəsinə ödənilməli olan ödəmə mənbəyində tutulan vergini 17083,13 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına b əyannamə təqdim etməməklə, 17083,13 manat ödəmə mənbəyində tutulan vergini az; 2019-cu il üzrə dövriyyəsi 1821774,30 manat, xərcləri 1518150,25 manat, vergi tutulan mənfəəti 303629,05 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 60725,81 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsi təqdim etməməklə, 60725,81 manat mənfəət vergisini az hesablamaqla, ümumilikdə 107583,37 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla, hüquqi ünvanı ünvan 8ş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2019-cu ilin avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövri yyəni 382100,38 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 68778,07 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 68778,07 manat ƏDV-ni az 2019-cu ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 4315,27 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 776,75 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 776,75 manat ƏDV-ni az; 2019-cu il üzrə dövriyyəsi 557816,70 manat, xərcləri 464847,25 manat, vergi tutulan mənfəəti 92969,45 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 18593,89 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə 18593,89 manat mənfəət vergisini az hesablamaqla, ümumilikdə 88148,71 manat məbləğində vergiləri dövlət büdcəsinə ödə məkdən yayınmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-ci maddəsi ilə verilmiş ittihama bəraət verilməsi xahiş olunur. Məhkum kassasiya şikayətində göstərmişdir ki, onu aldadıb sənədlərə qol çəkdiriblər. O, internat məktəbini bitirmiş və oxuma-yazmağı yoxdur. O, heç bir cinayət törətməmişdir. Cinayət işi düzgün araşdırılmamış və iş üzrə əsl məsuliyyətə cəlb edilməli şəxslər məsuliyyətə cəlb edilməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlar a hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyə uyğun surətdə əldə edilmiş həmin sübutların q anuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya mü əyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən eyni əməllər: 213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 213.2.2. külli miqdarda törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən bu Məcəllənin 213.1 və 213.2.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum ed ilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin qeyd hissəsinə əsasən bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılm asına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən ci nayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edi r. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Av ropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sü butlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı məhkumun həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə o lunmaq, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkumin tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Belə ki, məhkəmə qərarlarında olan “Cinayət tərkibi yaradan borcların araşdırılmasının nəticələrinə dair” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin ümumilikdə 88731.06 manat borcu vardır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/5019 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materallarında olan sənədlər (xx.xx.2020-ci il tarixli akt, şəxsi hesab vərəqəsi, bəyannamələr və.s) və qərarın təsviri hissəsində göstərilənlər nəzərə alındığı təqdirdə "xxxx" MMC-nin fə aliyyəti üzrə dövlət büdcəsinə ödənilməli olan vergilər cəmi 73.128,45 manat məbləğində müəyyən olunur. - O cümlədən kameral vergi yoxlaması ilə: 2019-cu il üzrə MV - 16.423,91 manat 2019-cu il sentyabr ayı üzrə ƏDV - 1.044,91 manat, 2019-cu il avqust ayı üzrə ƏDV 55.659,63 manat. “Cinayət tərkibi yaradan borcların araşdırılmasının nəticələrinə dair” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin ümumilikdə 185091.26 manat borcu vardır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/5018 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materallarında olan sənədlər (xx.xx.2021-ci il tarixli akt, şəxsi hesab vərəqəsi, bəyannamələr və s.) və qərarın təsviri hissəsində göstərilənlər istintaq orqanı tərəfindən əsaslı hesab olunduğu təqdirdə "xxxx" MMC-nin fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməli olan vergilər üzrə (ƏDV, MV) cəmi 156894.10 manat məbləğində müəyyən olunur. -O cümlədən: Kameral vergi yoxlaması ilə: 2019-cu il üzrə MV – 100453.42 manat, 2019-cu il avqust ayı üzrə ƏDV – 56440.68 manat. “Cinayət tərkibi yaradan borcların araşdırılmasının nəticələrinə dair” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin ümumilikdə 101051.24 manat borcu vardır.xx.xx.2019-cu il tarixli etibarnamələrdən görünür ki, X5 "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC üzrə bütün hərəkətlərin edilməsini Məhkum həvalə etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/5782 nömrəli ekspert rəyindən görü nür ki, rəyin tədqiqat hissəsində də göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan cinayət tərkibi yaradan borcların araşdırılmasının nəticəsinə dair tərtib olunmuş xx.xx.2021-ci il tarixli kameral vergi yoxlaması aktında qeyd olunan halların düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə və ekspertiza təyini haqqında qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) fəaliyyət dövrü üzrə hesablanmış ödənilməli olan vergilərin məbləği ümumilikdə 101.051 245 manat məbləğində (2019-cu il üzrə 70198,56 manat mənfəət vergisi və eləcə də hamins ilin iyun-iyul ayları üzrə 30852,68 manat əlavə deyər vergisi olmaqla) müəyyən olunur. “Cinayət tərkibi yaradan borcların araşd ırılmasının nəticələrinə dair” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin ümumilikdə 68708.01 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 9/7534 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli akt və şəxsi hesab vərəqəsində göstərilənlər nəzərə alındığı təqdirdə "xxxx" MMC və "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi üzrə borcu aşağıdakı kimi müəyyən olunur: "xxxx" MMC üzrə Mənfəət vergisi 2019-cu il üzrə - 68708.01 manat "xxxx" MMC üzrə - ƏDV 2019/05 üzrə - 2319.43 manat ƏDV 2019/06 üzrə 1039.12 manat -Mənfəət vergisi 2019-cu il üzrə 109173.83 manat cəmi 112532.38 manat; “Cinayət tərkibi yaradan b orcların araşdırılmasının nəticələrinə dair” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin ümumilikdə 109518.00 manat borcu vardır. xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, X3 "xxxx" MMC üzrə bütün hərəkətlərin edilməsini Məhkum həvalə etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/9252 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş cinayət işi materiallarında olan sənədlər (bəyannamə məlumatları, şəxsi hesab vərəqəsi və s.) və qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlər istintaq orqanı tərəfindən əsaslı hesab edildiyi halda müəssisə tərəfindən aparılan əməliyyatlara görə iş materillarında olan mövcud sənədlər nəzərə alınmaqla "xxxx" MMC-nin şəxsi hesab vərəqəsi və ona əlavə olunmuş sənəd lərdən görünür ki, həmin cinayətdə kameral vergi yoxlaması ilə hesablanmış, 2019-cu il üzrə, xeyli miqdar təşkil edən, 109518.00 manat məbləğində dövlət büdcəsinə ödənilməli olan vergi borcu müəyyən edilir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Məhkum Füzuli oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə deyərək bir daha təsdiq etmişdir. “Cinayət tərkibi yaradan borcların araşdırılmasının nəticələrinə dair” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin ümumilikdə 107583.37 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/763 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş cinayət işi materiallarında olan sənədlər (bəyannamə məlumatları, şəxsi hesab v ərəqəsi və s.) və qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlər istintaq orqanı tərəfindən əsaslı hesab edildiyi halda müəssisə tərəfindən aparılan əməliyyatlara görə iş materiallarında olan mövcud sənədlər nəzərə alınmaqla "xxxx" MMC-nin şəxsi hesab vərəqəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, həmin cəmiyyətdə kameral vergi yoxlaması ilə hesablanmış, 2019-cu il üzrə 60725,81 manat mənfəət vergisi, həmin ilin iyul-avqust ayı üzrə 29774,43 manat əlavə dəyər vergisi, 3-cü rübü üzrə 17083,13 manat ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə, xeyli miqdar təşkil edən, 107583,37 manat məbləğində dövlət büdcəsinə ödənilməli olan vergi borcu müəyyən edilir. “Cinayət tərkibi yaradan borcların araşdırılmasının nəticələrinə dair” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin ümumilikdə 172771.39 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 9/764 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan əlavə vergi borcu məbləği ümumilikdə 88148.71 manat təşkil edir. O cümlədən: Mənfəət vergisi 2019-cu il üzrə - 18593.89 manat ƏDV 2019-cu il avqust ayı üzrə - 68778.07 manat ƏDV 2019-cu il sentyabr ayı üzrə - 776.75 manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin iddia ərizəsinə əsasən Təqsirləndirilən şəxs1 vahid niyyətlə "xxxx" (VÖEN: **********) və "xxxx" (VÖEN: **********) məhdud məsuli yyətli cəmiyyətlərinin (MMC) fəaliyyətinə faktiki olaraq rəhbərlik edərək, həmçinin "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********) MMC-lərin direktoru Məhkum, "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********) və "xxxx" (VÖEN: **********) MMC-lərin direktoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla, faktiki olaraq cəmiyyətlərin fəaliyyətinə rəhbərlik edərək, ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 1192573,22 manat məbləğində vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmışdır. Məhkum vahid niyyətlə "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: * *********), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********) və "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətlərinin (MMC) direktoru vəzifəsində işləyərkən, cəmiyyətlərin fəaliyyətinə faktiki olaraq rəhbərlik etmiş Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla ümumilikdə külli miqdar təşkil edən 705031,88 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.Təqsirləndirilən şəxs2 "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN **********) və "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətlərinin (MMC) direktoru vəzifəsində işləyərkən, cəmiyyətlərin fəaliyyətinə faktiki olaraq rəhbərlik etmiş Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmaqla, vahid niyyətlə ümumilikdə külli miqdar təşkil edən 291260,86 manat məbləğində vergiləri ödəməkdən yayındığından qeyd olunan ziyan məbləğinin dövlət büdcəsinə ödənilməsini təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4085 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən, yəni sənədlər (yuxarıda qeyd edilən və vəsatətdə göstərilən) tam olmadığından və vergi orqanı tərəfindən hesablamalar aparılarkən yuxarıda qeyd edilən Vergi Məcəlləsinin tələblərinə istinad edilməli olduğundan hazırkı ekspertiza qarşısında qoyulan 1-3 və 6-ci suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün olmadı. Həmçinin qeyd edilir ki, iş materiallarında olan şəxsi hesab vərəqələrində (sualda göstərilən müəssisələr üzrə) vergi orqanı tərəfindən müəssisələrə əlavə olaraq hesablanmiş vergilər üzrə ödənişlər in aparılması müəyyən olunmur. Lakin qeyd edilir ki, iş materiallarında olan sənədlərdə (vergi borcu aktları, şəxsi hesab vərəqələri və s.) göstərilənlər (hesablanmış vergilərlə bağlı) məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə yoxlanılan dövrlər üzrə müəssisələr tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcu aşağıdakı kimi müəyyən olunur: - "xxxx" MMC üzrə Kameral vergi yoxlaması ilə cəmi 88.677,94 manat, - "xxxx" üzrə Kameral vergi yoxlaması ilə cəm 107602,54 manat, - "xxxx" MMC üzrə Kameral vergi yoxlaması ilə cəmi 73128,45 manat., - "xxxx" MMC üzrə Kameral vergi yoxlaması ilə cəmi 156.894,10 manat, - "xxxx" MMC üzrə Kameral vergi yoxlaması ilə cəmi 101.051,24 manat., - "xxxx" MMC üzrə Kameral vergi yoxlaması ilə: cəmi 68.708,01 manat, - "xxxx" MMC üzrə Kameral vergi yoxlaması ilə: 109518,00 manat, - "xxxx" MMC üzrə Kameral vergi yoxlaması ilə: cəmi 107583,37 manat,. - "xxxx" MMC üzrə Kameral vergi yoxlaması ilə: cəmi 172771,39 manat, - "xxxx" MMC üzrə Kameral vergi yoxlaması ilə: cəmi 55559,77 manat, - "xxxx" MMC üzrə Kameral vergi yoxlaması ilə: cəmi 112.532,38 manat, - "xxxx" MMC üzrə Kameral yoxlama ilə: cəmi 123168,71 manat. Bundan əlavə məhkumun törətdiyi əməl şahidlər Şahid4 və X2 ifadələrindəndə öz təstiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmişdir və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkumun törətdiyi əməlin – xüsusilə külli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma kimi qiymətləndirilməsinin əsassız olmasına dair kassasiya şikayətində əks edilmiş mövqe həqiqəti əks etdirmir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli qərarına əsasən vergiləri ödəməkdən yayınan şəxs qanunvericiliklə üzərinə vergiləri ödəmək vəzifəsi qoyulmuş subyekt, yəni vergi qanunvericiliyində anlayışı verilmiş fiziki şəxs və ya hüquqi şəxsin vergi öhdəliklərini faktiki yerinə yetirən şəxsi də ola bilər. Orada əsas meyar, məsul işçilərin hüquqi şəxsin maliyyə təsərrüfat fəaliyyətinin, qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılmasına, qanunla müəyyən edilmiş vergilərin, habelə hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və digər məcburi ödənişlərin ödənilməsinə, qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarının vergi orqanlarına təqdim edilməsinə, vergi ödəyicisinin digər vəzifələrini üzərinə götürməklə onun adından sahibkarlıq fəailiyyətinin faktiki həyata keçirilməsinə, vergi əməliyyatları aparmaqla vergi ödəyicisinin fəaliyyətinə və vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsinə görə cavabdeh olmasıdır. Göstərilənlərlə əlaqədar, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkuminin əməlində CM-in 213.3-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 213.3-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Cinayət işinin materiallarından da görünür ki, məhkum ibtidai istintaq zamanı təqsirini etiraf etmiş və baş vermiş cinayət hadisəsini məntiqi ardıcıllıqla müfəssəl şəkildə təsvir etmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarak teri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətl əndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəs i olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tə tbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)413/2024 nömrəli 13 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-763/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-763/2025
18.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver