Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-765/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, təqsirləndirilən şəxs Məhkum2 və onun müdafiəçisi Abbasov Mehman Mais oğlunun iştirakları ilə, Ba kı Ağır Cinayətlər Məhkəməsinin 7 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarından Məhkum1 və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi M.M.Abbasov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 aprel 2023-cü il tarixli hökmü ilə (hakimlər Həsənzadə İradə Xəlil qızı (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxxxx 1960-cı il tarixdə Sabirabad rayonunun Buldu q kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmamış uşağı olan, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyasının Moskva şəhərində vəkil işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, və Məhkum2, xx xxxxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı və iki yetkinlik yaşına çatmamış uşaqları olan, əvvəllər məhkum olunmamış, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hər birisi CM-in 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinərək Məhkum1 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş və onun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmuş, Məhkum2 isə göstərilən maddələrlə CM-in 75.1 və 75.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cəza təyin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiy yətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və qrup üzvləri üçün birbaşa yolla, şəxsən maddi nemət olan külli miqdarda pulu hədə-qorxu tətbiq etməklə rüşvət qismində istəyib almışdır. Belə ki, Məhkum1 Azərbaycan Respublikasının sabiq baş prokurorunun 2001-ci il 13 iyul tarixli, 03/672-k nömrəli əmri ilə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Cinayət-Prosessal Məcəlləsinin 85-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahi yyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək, şübhəli şəxs tərəfindən cinayət törədilməsini təsdiq edən kifayət qədər sübutlar toplandığı halda, onu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək və ona ittiham elan etmək, zərurət olduqda şübhəli və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsini təmin etmək, hadisə və onunla əlaqəsi olan şəxslər barəsində məlumatları əks etdirən sənədləri və digər materialları tələb etmək, dövlət orqanlarından tərcüməçinin, mütəxəssisin, ekspertin ayrılmasını tələb etmək, şəxslərin razılığı ilə onları müvafiq istintaq hərəkətlərinə hal şahidi, tərcüməçi, mütəxəssis və ekspert qismində cəlb etmək, müvafiq təhqiqat orqanına cinayətin açılması, itkin düşmüş şəxsin və ya əmlakın tapılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tapşırmaq və görülmüş tədbirlər barədə məlumat almaq, tutulma, məcburi gətirilmə və digər prosessual məcburiyyət tədbirlərinin aparılmasını müvafiq təhqiqat orqanına tapşırmaq, habelə ondan istintaq və ya digər prosessual hərəkətlərin keçirilməsinə kömək göstərilməsini tələb etmək, müvafiq təhqiqat orqanına və ya təhqiqatçıya ayrı-ayrı istintaq hərəkətlərinin keçirilməsini tapşırmaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 20ci maddəsinin tələblərinə əsasən səlahiyyəti daxilində ərizə və şikayətə təxirəsalınmadan baxmalı, həmin dövrdə qüvvədə olan «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən vətəndaşların ərizə və şikayətlərini mütləq kargüzarlıqda qeydiyyatdan keçirməli olduğu halda, bundan başqa Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 200-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinə işarə edən ərizə və şikayətlərin «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli Fərmanının 3-cü bəndinə əsasən aidiyyəti üzrə Azərbaycan Respublikasının daxili işlər (polis) orqanlarına göndərməli olduğu halda qanunvericiliyin həmin tələblərini tamah niyyətil ə qəsdən pozmaqla, həmin dövrdə ünvan 3 ünvanda fəaliyyət göstərmiş «Al Jadeed» Kaspian İnternational firmasının istehsal etdiyi yuyucu tozun keyfiyyətsiz olması və ondan istifadə etmiş bir qadının allergiyaya tutulmasına dair şəxsən özünə ünvanlanmış yazılı şikayəti Bakı Şəhər Prokurorluğunun dəftərxanasındakargüzarlıqda qeydiyyatdan keçirmədən 2001-ci oktyabrın 23-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi vəzifəsini icra etmiş X4 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən xidməti otağına gedib şikayət ərizəsinin icrası ilə bağlı dərhal keyfiyyətsiz yuyucu tozun istehsal olunduğu yerə baxış keçirilməsinin zəruriliyini bildirərək bunun üçün polis naryadının ayrılmasını xahiş etməklə, həmin polis bölməsinin sabiq cinayət axtarışı baş əməl iyyat müvəkkili polis mayoru rütbəsində olmuş X11 və sabiq polis sahə inspektoru polis leytenantı rütbəsində olmuş Məhkum2 ayrılmasına nail olduqdan sonra «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək, cinayətkarları aşkara çıxarmaq və tutmaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs olan X14 və Məhkum2 öz cinayətkar niyyəti ilə bağlı məlumat verməklə, «Aİ Jadeed» Kaspi an İnternational firmasının ofisinin yerləşdiyi ünvan 3 ünvana yollanıb orada əmək fəaliyyəti ilə məşğul olan Hindistan Respublikasının vətəndaşlarına şikayət ərizəsinin məzmunu ilə bağlı hədə-qorxu gələrək rüşvət qismində müəyyən məbləğdə pul alacağını bildirməklə həmin polis əməkdaşları ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, hazırladıqları cinayətkar plana uyğun olaraq birlikdə Məhkum2 idarə etdiyi «Vaz-2107 Jiquli» markalı avtomobillə 2001-ci il oktyabrın 23-də saat 21 radələrində «Aİ Jadeed» Kaspian İnternational firmasının ofisinin yerləşdiyi, ünvan 3 ünvandakı fərdi yaşayış evinə gəlib həmin ünvanda yaşayan və Hindistan Respublikasının vətəndaşları olan xx.xx.1975-ci il təvəllüdlü X15, xx.xx.1974-cü il təvəllüdlü X, xx.xx.1975-ci il təvəllüdlü Y, xx.xx.1977-ci il təvəllüdlü X26, xx.xx.1975-ci il təvəllüdlü Z, xx.xx.1953-cü il təvəllüdlü YY, xx.xx.1970-ci il təvəllüdlü ZZ, xx.xx.1974-cü il təvəllüdlü D, xx.xx.1981-ci il təvəllüdlü DD və xx.xx.1965-ci il təvəllüdlü Lın pasport və viza qeydiyatı rejimini yoxlamaqla firmanın Azərbaycan Respublikasının ərazisində nümayəndəsi kimi müdir vəzifəsində işləmiş xx.xx.1953-cü il təvəllüdlü ANANTHAKRİSHNAN BALAS U V RAMANİ AN və qeyrilərinə firmanın satdığı yuyucu tozun keyfiyyətsiz olması və ondan istifadə etmiş bir qadının allergiyaya tutulması barədə şikayət ərizəsinin olmasını bildirərək ərizəni nümayiş etdirmiş, daha sonra isə əcnəbilərin ölkəyə gələrkən müvəqqəti qeydiyyata alınmaqla yaşamalı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliyə uyğun zəruri rəsmiləşmə aparılmaqla fəaliyyət göstə rməli, habelə ərizənin mahiyyəti üzrə yuyucu tozun tərkibinin müəyyən edilməsi üçün müvafiq standartların yoxlanılması, ümumilikdə aşkar olunmuş qanun pozuntuları ilə bağlı ibtidai araşdırmanın aparılması tələb olunduğu halda xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə, yəni aşkar etdiyi pozuntuları rəsmiləşdirməyəcəklərini, ibtidai araşdırmanın aparılmasını təmin etməyəcəklərini, aşkar olunan pozuntu faktları ilə bağlı aidiyyəti orqanlara məlumat verməyəcəklərini bildirib qeyd olunan qanun pozuntularına göz yumacağı qarşılığında sonunculardan külli miqdar təşkil etməklə həmin dövrün məzənnəsi ilə 1.415.100.000 Azərbaycan manatı ekvivalentində olan 300.000 ABŞ dolları (hazırki dövrüyyə ilə 283.020 AZN) məbləğində pulu rüşvət qismində istəmiş, ANANTHAKRİS HNAN BALAS U V RAMANİ AN istədikləri pulu vermək istəmədikdə isə hədə-qorxu gəlib həmin pul vəsaitinin verilməyəcəyi halda Hindistan Respublikasının vətəndaşlarını polis bölməsinə apararaq həbs edəcəklərini bildirmiş, cinayətkar qrupun üzvləri X18 və Məhkum2 ilə birlikdə ANANTHAKRİSHNAN BALAS U V RAMANİ ANın, NARESH SHANTİ KUMARın (X24) və X7 həbs olunması görüntüsünü yaratmaq üçün həmin şəxsləri «Vaz-2107 Jiquli» markalı və markası istintaqa məlum olmayan, «Aİ Jadeed» Kaspian İnternational firmasına məxsus «Offroader/SUV» tipli (ban növlü) avtomobillərə əyləşdirib guya polis bölməsinə apardıqlarını bildirməklə avtomobildə birlikdə müəyyən məsəfə qət etdikdən sonra ANANTHAKRİSHNAN BALAS U V RAMANİ AN artıq həbs edildiyini güman edib hədəqorxunun təsiri altında cinayətkar təkliflə razılaşar aq 300.000 ABŞ dolları deyil, 20.000 ABŞ dolları verə biləcəyini bildirmiş, tərəflər arasında sövdələşmə baş tutduğundan yenidən birlikdə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə qayıdıb, orada 2001-ci il oktyabrın 24-də saat 02 radələrində Zərərçəkmiş şəxsdan həmin pulu qəbul edib, həmin əməli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və qrup üzvləri üçün birbaşa yolla, şəxsən külli miqdar təşkil etməklə həmin dövrün məzənnəsi ilə 1.415.100.000 Azərbaycan manatı ekvivalentində olan 300.000 ABŞ dolları (hazırki dövrüyyə ilə 283.020 AZN) məbləğində maddi nemət olan pul vəsaitini istəyib 94.340.000 Azərbaycan manatı ekvivalentində olan 20.000 ABŞ dolları (hazırki dövrüyyə ilə 18.868 AZN) məbləğində maddi neməti hədə-qorxu tətbiq edərək rüşvət qismində istəməklə almışdır. Həmin hökmlə Məhkum2 da CM-in 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinmişdir ona görə ki, o qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və qrup üzvləri üçün birbaşa yolla, şəxsən maddi nemət olan külli miqdarda pulu hədə-qorxu tətbiq etməklə rüşvət qismində istəyib almışdır. Belə ki, Məhkum2 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru vəzifəsində işləyərkən «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, Azərbaycan Respublikas ının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək, cinayətkarları aşkara çıxarmaq və tutmaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə əsasən öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərb aycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qorumalı olduğu, cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək kimi hallar qadağan olunduğu halda qanunvericiliyin həmin tələblərini tamah niyyətilə qəsdən pozmaqla Bakı Şəhər Prokurorluğunun sabiq mühüm işlər üzrə müstəntiqi Məhkum1 2001ci il oktyabrın 23-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi vəzifəsini icra etmiş X4 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerl əşən xidməti otağına gedib, həmin dövrdə ünvan 3 ünvanda fəaliyyət göstərmiş «Aİ Jadeed» Kaspian İnternational firmasının istehsal etdiyi yuyucu tozun keyfiyyətsiz olması və ondan istifadə etmiş bir qadının allergiyaya tutulması barədə şikayət ərizəsinin icrası ilə bağlı dərhal keyfiyyətsiz yuyucu tozun istehsal olunduğu yerə baxış keçirilməsinin zəruriliyini bildirib bunun üçün polis naryadının ayrılmasını ilə bağlı etdiyi xahiş əsasında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27- ci Polis Bölməsinin sabiq cinayət axtarışı baş əməliyyat müvəkkili polis mayoru rütbəsində olmuş X18 ilə birlikdə polis naryadı halında Məhkum1 rəhbərliyi altında «Al Jadeed» Kaspian İnternational firmasının ofisinin yerləşdiyi ünvan 3 ünvana gedərkən, Məhkum1 ona və X14 lazımı ünvana getməklə orada əmək fə aliyyəti ilə məşğul olan Hindistan Respublikasının vətəndaşlarına şikayət ərizəsinin məzmunu ilə bağlı hədə-qorxu gəlib rüşvət qismində müəyyən məbləğdə pul almaqları ilə bağlı məlumat verərkən o və X18 «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyataxtarış fəaliyyətini həyata keçirmək, cinayətkarları aşkara çıxarmaq və tutmaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi Məhkum1 təklifi ilə razılaşıb onunl a və X18 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, hazırladıqları cinayətkar plana uyğun olaraq birlikdə idarə etdiyi «Vaz-2107 Jiquli» markalı avtomobillə 2001-ci il oktyabrın 23-də saat 21 radələrində, «Aİ Jadeed» Kaspian İnternational firmasının ofisinin yerləşdiyi, ünvan 3 ünvandakı fərdi yaşayış evinə gəlib həmin ünvanda yaşayan və Hindistan Respublikasının vətəndaşları olan xx.xx.1975ci il təvəllüdlü X15, xx.xx.1974-cü il təvəllüdlü X, xx.xx.1975-ci il təvəllüdlü Y, xx.xx.1977-cİ İl təvəllüdlü NARESH SHANTİ KUMAR (X26), xx.xx.1975-ci il təvəllüdlü Z, xx.xx.1953-cü il təvəllüdlü YY, xx.xx.1970-ci il təvəllüdlü ZZ, xx.xx.1974-cü il təvəllüdlü D, xx.xx.1981-ci il təvəllüdlü DD və xx.xx.1965-ci il təvəllüdlü Lin pasport və viza qeydiyatı rejimini yoxlamaqla firmanın Azə rbaycan Respublikasının ərazisində nümayəndəsi kimi müdir vəzifəsində işləmiş xx.xx.1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs və qeyrilərinə firmanın satdığı yuyucu tozun keyfiyyətsiz olması və ondan istifadə etmiş bir qadının allergiyaya tutulması barədə şikayət ərizəsinin olmasını bildirmiş, daha sonra isə əcnəbilərin ölkəyə gələrkən müvəqqəti qeydiyyata alınmaqla yaşamalı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliyə uyğun zəruri rəsmiləşmə aparılmaqla fəaliyyət göstərməli, habelə ərizənin mahiyyəti üzrə yuyucu tozun tərkibinin müəyyən edilməsi üçün müvafiq standartların yoxlanılması, ümumilikdə aşkar olunmuş qanun pozuntuları ilə bağlı ibtidai araşdırmanın aparılması tələb olunduğu halda xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə, yəni aş kar etdikləri pozuntuları rəsmiləşdirməyəcəklərini, ibtidai araşdırmanın aparılmasını təmin etməyəcəklərini, aşkar olunan pozuntu faktları ilə bağlı aidiyyəti orqanlara məlumat verməyəcəklərini bildirib qeyd olunan qanun pozuntularına göz yumacaqları qarşılığında sonunculardan külli miqdar təşkil etməklə həmin dövrün məzənnəsi ilə 1.415.100.000 Azərbaycan manatı ekvivalentində olan 300.000 ABŞ dolları (hazırki dövrüyyə ilə 283.020 AZN) məbləğində pulu rüşvət qismində istəmiş, Zərərçəkmiş şəxs istədikləri pulu vermək istəmədikdə isə hədə-qorxu gəlib həmin pul vəsaitinin verilməyəcəyi halda Hindistan Respublikasının vətəndaşlarını polis bölməsinə apararaq həbs edəcəklərini bildirmiş, cinayətkar qrupun üzvləri X18 və Məhkum1 ilə birlikdə Zərərçəkmiş şəxsın,X24 və X7 həbs olunması görüntüsünü yaratmaq üçün həmin şəxsləri “Vaz-2107 Jiquli” markalı və markası istintaqa məlum olmayan, «Aİ Jadeed» Kaspian İnternational firmasına məxsus «Offroader/SUV» tipli (ban növlü) avtomobillərə əyləşdirib guya polis bölməsinə apardıqlarını bildirməklə avtomobildə birlikdə müəyyən məsəfə qət etdikdən sonra Zərərçəkmiş şəxs artıq həbs edildiyini güman edib hədə-qorxunun təsiri altında cinayətkar təkliflə razılaşaraq 300.000 ABŞ dolları deyil, 20.000 ABŞ dolları verə biləcəyini bildirmiş, tərəflər arasında sövdələşmə baş tutduğundan yenidən birlikdə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə qayıdıb, orada 2001-ci il oktyabrın 24-də saat 02 radələrində Zərərçəkmiş şəxsdan həmin məbləğdə pul vəsaitini qəbul edib, həmin əməli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsin xidmət i vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və qrup üzvləri üçün birbaşa yolla, şəxsən külli miqdar təşkil etməklə həmin dövrün məzənnəsi ilə 1.415.100.000 Azərbaycan manatı ekvivalentində olan 300.000 ABŞ dolları (hazırki dövrüyyə ilə 283.020 AZN) məbləğində maddi nemət olan pul vəsaitini istəyib 94.340.000 Azərbaycan manatı ekvivalentində olan 20.000 ABŞ dolları (hazırki dövrüyyə ilə 18.868 AZN) məbləğində maddi neməti hədə-qorxu tətbiq edərək rüşvət qismində istəməklə almışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 aprel 2023-cü il tarixli hökmündən Məhkum1 və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi A.M.Abbasov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 21 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarından Məhkum1 və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi M.M.Abbasov, hər birisi ayrı-ayrılıqda kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: - Məhkum1 – qərarın ləğv olunmasını və onun barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini; - müdafiəçi M.M.Abbasov – qərarın ləğv edilməsini və Məhkum2 aid hissədə cinayət işinin icraatına xitam verilməsi, yaxud da işin y eni apellyasiya baxışına təyin olunmasını. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə, CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respubblikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, iş üzrə toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında araşdırılmış bəzi sübutlara, ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihama və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, yekun məhkəmə aktların ın əsasına qoyulmuş sübutlarla onun təqsirli bilindiyi ittiham üzrə cinayət əməlini törətməsi təsdiq olunmamış, bu ittiham ibtidai araşdırma orqanı tərəfindən quraşdırılaraq iş baxılması üçün məhkəməyə göndərilmiş, birinci instansiya məhkəməsi də toplanmış və araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada düzgün qiymət verməyərək, digər tərəfdən işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayaraq bu ittiham üzrə hökm çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə eyni nöqsanlara yol verərək həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılması barədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Halbuki o, nə ittihamda göstərilən tarixdə, nə də ki başqa vaxtlarda yuyucu tozu istehsal edən sexdə olmamış, orada Hindistan Respublikasının vətəndaşlarına hədə-qor xu gəlməklə onlardan hər hansı məbləğdə pul şəklində rüşvət verilməsini tələb etməmiş, ittihamda guya qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə cinayət törətməsi göstərilən Məhkum2 və X11ni ümumiyyətlə tanımamış, onlarla əlaqəsi, ünsiyyəti olmamış, 23 oktyabr 2001-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində olmamışdır. Kassasiya şikayətinin müəllifi hesab edir ki, bu halların müəyyən edilməsinə baxmayaraq o, heç bir cinayət əməli törətmədiyi, ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi halda qanunsuz və əsassız məhkum olunduğundan apellyasiya instansiyası məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və onun barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməlidir. Müdafiəçi M.M.Abbasov da kas sasiya şikayətində “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə, CM-in və CPM-in bir sıra maddələrinə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respubblikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bəzi sübutlara, Məhkum2 qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihama, habelə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirməklə kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum2 23 oktyabr 2001-ci il tarixdə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin rəisinin göstərişi ilə Bakı şəhərinin Əmircan qəsəbəsində yerləş yuyucu toz istahsalı sexinə prokurorluğun əməkdaşı Məhkum1la və digər polis işçisi X11 ilə birlikdə getsə də, yalnız orada işləyən Hindistan vətəndaşlarının pasport qeydiyyatının olub-olmamasını yoxlamış, lakin onlara hədə qorxu gəlməklə hansısa məbləğdə pul şəklində onlardan rüşvət istəməmiş və almamış, Məhkum1 onlara qarşı irəli sürülmüş ittihamda göstərilən hərəkətləri edibetməməsi barədə onun məlumatı olmamışdır. Məhkum2 qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittiham əsasən Hindistan Respublikası vətəndaşlarının ifadələrinə əsaslanmış, lakin sonuncular da bu ifadələrində Raminin onlara qarşı hər hansı qanunsuz hərəkətlər etməsini, o cümlədən onlardan hədə-qorxu gəlməklə pul tələb etməsini bildirməmişlər. Belə bir halın baş verməməsini, həmçinin iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Ananthakrishnan Balasubramanian da ibtidai araşdırma zamanı verdiyi ifadələrində göstərməmişdir. Məhkum2 qarşı irəli sürülmüş ittihamın ədalətli və qanuni həlli üçün həmin şəxslərin məhkəmə iclasında da dindirilmələrinin zəruri olmasına baxmayaraq məhkəmələr onların Azərbaycan Respublikasında olmamalarını əsas götürərək bu istintaq hərəkətlərinin aparılmasını təmin etməmiş, ibtidai araşdırma orqanı zamanı toplanmış sübutlara isə qanuna müvafiq qaydada qiymət verməmiş, nəticədə də Məhkum2 ədalətli məhkəmə araşdırmasına malik olmaq hüququ pozularaq o, törətmədiyi cinayətə görə təqsirli bilinib məhkum olunmuşdur. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi M.M.Abbasov onun da kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq Məhkum1 naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə Məhkum1 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini isti sna etmir. Hüquqi məsələlər: Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 və müdafiəçi M.M.Abbasovun kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2025-ci il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək 26 may 2025-ci il tarixdə Ali Məhkəməyə Məhkum1 teleqramı daxil olmuşdur. Teleqramda Məhkum1 özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürməsini bildirərək həmin şikayətə baxılmamasını xahiş etmişdir. Məhkum1 bu müraciəti ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində is ə təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum1 Ali Məhkəməyə ünvanladığı teleqramında etdiyi müraciətini nəz ərdən keçirib həmin müraciətin təmin edilərək onun kassasiya şikayətinin geri qaytarılması barədə proses iştirakçılarının rəylərini dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-in 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarından onun özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, həmin kassasiya müraciəti üzrə icraata xitam verilməli, müdafiəçi M.M.Abbasovun kassasiya şikayətinə mahiyyəti üzrə baxılmalıdır. Təqsirləndirilən şəxs Məhkum2 müdafiəçi M.M.Abbasovun həmin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, sonuncunun bu müraciətinin əsas dəlilləri ondan ibarətdir ki, işə m ahiyyəti üzrə baxmış məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və bunun nəticəsində hüquqlarını müdafiə etdiyi şəxsin təqsirliliyi sübuta yetirilmədiyi halda o, əsassız və qanunsuz olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinmişdir. Bununla bağlı irəli sürdüyü dəlillərə əsaslanaraq müdafiəçi M.M.Abbasov məhkəmələr tərəfindən CPM-in 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində göstərilən pozuntulara yol verilməsini iddia edir və bu pozuntulara görə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilərək cinayət işinin Məhkum2 aid hissəsi üzrə icraatına bəraətverici əsaslarla xitam verilməsini, yaxud da cinayət işinin yeni a pellyasiya baxışına təyin olunmasını xahiş edir. CPM-in 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi M.M.Abbasovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum1 v ə Məhkum2 təqsirləndirilmələrinə dair hazırki cinayət işinin materiallarını və həmin iş üzrə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin nor malarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəm əsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş kassasiya şikayətində də istinad olunan “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müd afiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə və kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəy yən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanl arın vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmalarının, ittiham və ya məhkum edilmələrinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəz ərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Ko nstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həl li, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən k onstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinay ət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli a raşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cə miyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququ nun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, ci nayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cin ayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələ blərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun tə qsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilm əsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üç ün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutla r ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötə bərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitu siya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qar şı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin dü zəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səh vlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasınd a sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 3 30.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenmunun izah və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi M.M.Abbasovun kassasiya şikayətində irəli sürdüyü tələbin, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılaraq Məhkum2 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməsinə görə cinayət işinin ona aid hissəsi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi və ya cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə iddiasının əs aslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşə mahiyyəti üzrə baxaraq sübutları tədqiq edən birinci və apellyasiya instansiyası məhkəmələrinin müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum2 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru vəzifəsində işləyərkən «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyataxtarış fəaliyyətini həyata keçirmək, cinayətkarları aşkara çıxarmaq və tutmaq, Azərbayca n Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə əsasən öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zid d əməllərdən qorumalı olduğu, cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək kimi hallar qadağan olunduğu halda qanunvericiliyin həmin tələblərini tamah niyyətilə qəsdən pozmaqla Bakı Şəhər Prokurorluğunun sabiq mühüm işlər üzrə müstəntiqi Məhkum1 2001ci il oktyabrın 23-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi vəzifəsini icra etmiş X4 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən xidməti otağına gedib, həmin dövrdə ünvan 3 ünvanda fəaliyyət göstərmiş «Aİ Jadeed» Kaspian İnternational firmasının istehsal etdiyi yuyucu tozun keyfiyyətsiz olması və ondan istifadə etmiş bir qadının allergiyaya tutulması barədə şikayət ərizəsinin icrası ilə bağlı dərhal keyfiyyətsiz yuyucu tozun istehsal olunduğu yerə baxış keçirilməsinin zəruriliyini bildirib bunun üçün polis naryadının ayrılmasını ilə bağlı etdiyi xahiş əsasında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27- ci Polis Bölməsinin sabiq cinayət axtarışı baş əməliyyat müvəkkili polis mayoru rütbəsində olmuş X18 ilə birlikdə polis naryadı halında Məhkum1 rəhbərliyi altında «Al Jadeed» Kaspian İnternational firmasının ofisinin yerləşdiyi ünvan 3 ünvana gedərkən, Məhkum1 ona və X14 lazımı ünvana getməklə orada əmək fəaliyyəti ilə məşğul olan Hindistan Respublikasının vətəndaşlarına şikayət ərizəsinin məzmunu ilə bağlı hədə-qorxu gəlib rüşvət qismində müəyyən məbləğd ə pul almaqları ilə bağlı məlumat verərkən o, və X18 «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyataxtarış fəaliyyətini həyata keçirmək, cinayətkarları aşkara çıxarmaq və tutmaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi Məhkum1 təklifi ilə razılaşıb onunla və X18 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, hazırladıqları cinayətkar plana uyğun olaraq birlikdə idarə etdiyi «Vaz-2107 Jiqu li» markalı avtomobillə 2001-ci il oktyabrın 23-də saat 21 radələrində, «Aİ Jadeed» Kaspian İnternational firmasının ofisinin yerləşdiyi, ünvan 3 ünvandakı fərdi yaşayış evinə gəlib həmin ünvanda yaşayan və Hindistan Respublikasının vətəndaşları olan xx.xx.1975ci il təvəllüdlü X15, xx.xx.1974-cü il təvəllüdlü X, xx.xx.1975-ci il təvəllüdlü Y, xx.xx.1977-cİ İl təvəllüdlü X26, xx.xx.1975-ci il təvəllüdlü Z, xx.xx.1953-cü il təvəllüdlü YY, xx.xx.1970-ci il təvəllüdlü ZZ, xx.xx.1974-cü il təvəllüdlü D, xx.xx.1981-ci il təvəllüdlü DD və xx.xx.1965ci il təvəllüdlü Lın pasport və viza qeydiyatı rejimini yoxlamaqla firmanın Azərbaycan Respublikasının ərazisində nümayəndəsi kimi müdir vəzifəsində işləmiş xx.xx.1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs və qeyrilərinə firmanın satdığı yuyucu tozun keyfi yyətsiz olması və ondan istifadə etmiş bir qadının allergiyaya tutulması barədə şikayət ərizəsinin olmasını bildirmiş, daha sonra isə əcnəbilərin ölkəyə gələrkən müvəqqəti qeydiyyata alınmaqla yaşamalı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliyə uyğun zəruri rəsmiləşmə aparılmaqla fəaliyyət göstərməli, habelə ərizənin mahiyyəti üzrə yuyucu tozun tərkibinin müəyyən edilməsi üçün müvafiq standartların yoxlanılması, ümumilikdə aşkar olunmuş qanun pozuntuları ilə bağlı ibtidai araşdırmanın aparılması tələb olunduğu halda xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə, yəni aşkar etdikləri pozuntuları rəsmiləşdirməyəcəklərini, ibtidai araşdırmanın aparılmasını təmin etməyəcəklərini, aşkar olunan pozuntu faktları ilə bağlı aidiyyəti orqanlara məlu mat verməyəcəklərini bildirib qeyd olunan qanun pozuntularına göz yumacaqları qarşılığında sonunculardan külli miqdar təşkil etməklə həmin dövrün məzənnəsi ilə 1.415.100.000 Azərbaycan manatı ekvivalentində olan 300.000 ABŞ dolları (hazırki dövrüyyə ilə 283.020 AZN) məbləğində pulu rüşvət qismində istəmiş, Zərərçəkmiş şəxs istədikləri pulu vermək istəmədikdə isə hədə-qorxu gəlib həmin pul vəsaitinin verilməyəcəyi halda Hindistan Respublikasının vətəndaşlarını polis bölməsinə apararaq həbs edəcəklərini bildirmiş, cinayətkar qrupun üzvləri X18 və Məhkum1 ilə birlikdə Zərərçəkmiş şəxsın, X24 və X7 həbs olunması görüntüsünü yaratmaq üçün həmin şəxsləri “Vaz-2107 Jiquli” markalı və markası istintaqa məlum olmayan, «Aİ Jadeed» Kaspian İnternational firmasına məxsus «Offroader/SUV» tipli (ban növ lü) avtomobillərə əyləşdirib guya polis bölməsinə apardıqlarını bildirməklə avtomobildə birlikdə müəyyən məsəfə qət etdikdən sonra Zərərçəkmiş şəxs artıq həbs edildiyini güman edib hədə-qorxunun təsiri altında cinayətkar təkliflə razılaşaraq 300.000 ABŞ dolları deyil, 20.000 ABŞ dolları verə biləcəyini bildirmiş, tərəflər arasında sövdələşmə baş tutduğundan yenidən birlikdə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə qayıdıb, orada 2001-ci il oktyabrın 24-də saat 02 radələrində Zərərçəkmiş şəxsdan həmin məbləğdə pul vəsaitini qəbul edib, həmin əməli ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və qrup üzvləri üçün birbaşa yolla, şəxsən külli miqdar təşkil etməklə həmin dövrün məzənnəsi ilə 1.415.100.000 Azərbaycan manatı ekvivalentində olan 300.000 ABŞ dolları (hazırki dövrüyyə ilə 283.020 AZN) məbləğində maddi nemət olan pul vəsaitini istəyib 94.340.000 Azərbaycan manatı ekvivalentində olan 20.000 ABŞ dolları (hazırki dövrüyyə ilə 18.868 AZN) məbləğində maddi neməti hədə-qorxu tətbiq edərək rüşvət qismində istəməklə almışdır. İş materiallarının təhlili göstərir ki, bu halları müəyyən edərkən, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə məhkəmələr qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, birinci və apellyasiya instansiya məhkəmələrinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara ə saslanmış, bu sübutlar Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 aprel 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərarında ətraflı təsvir edilərək onlara qanuna müvafiq qaydada həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymət verilmiş və məhkəmələr bu yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə təqsirləndirilən şəxslər Məhkum2, Məhkum1, ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında dindirilmiş şəxslərin - zərər çəkmiş şəxs Ananthakrishnan Balasubramanianın, çoxsaylı şahidlərin ifadələrinin, şəkil üzrə tanınmaya təqdim edilməsi və müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübu tların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Hazırki iş üzrə Hindistan Respublikasının vətəndaşları olan zərər çəkmiş şəxsin və bir sıra şahidlərin məhkəmədə dindirilməmələri ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası burada hər hansı qanun pozuntusuna yol verilməsini müəyyən etmir, çünki işə məhkəmələrdə baxılarkən həmin şəxslərin hamısı Azərbaycan Respublikasının hüdudları kənarında olmuş və bu səbəbdən də onların dindirilmələri mümkün olmamış, digər tərəfdən isə həmin şəxslərin dindirilmələri üçün ayrıca tapşırığın verilməsi də məhkəmələrin imkanları xaricində olmuşdur ona görə ki, cinayət işləri üzrə hüquqi yardım haqqında Azərbaycan Respublikası ilə Hind istan Respublikası arasında hər hansı müqavilə mövcud deyil. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən haqlı olaraq CPM-in 327.1 və 329.1-ci maddələrinin tələblərinə əsasən Hindistan Respublikasının vətəndaşları olan və məhkəmə iclaslarında iştiraklarının təmin edilməsi mümkün olmayan zərər çəkmiş şəxsin və şahidlərin ibtidai araşdırma zamanı verdikləri ifadələri elan olunaraq tədqiq edilmiş və bu ifadələr əsas sübut növlərindən biri kimi qəbul edilmiş və yekun məhkəmə aktlarının əsasına qoyulmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq həmçinin belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə məhkəmələr CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndi rib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların təqsirləndirilən şəxs Məhkum2 tərəfindən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarında istinad olunan cinayət əməllərini törətməsi və onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Araşdırılmış bu sübutların hamısının birinci instansiya məhkəməsinin hökmündə, onların bir qisminin isə apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edilməsini nəzərə alaraq məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür, lakin həmin sübutları təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri bilir. Əvvəla iş materiallarından görünür ki, Məhkum2 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli b ilməyərək 23 oktyabr 2001-ci il tarixdə Məhkum1la və digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə və kiməsə hədə-qorxu gəlməklə 20.000 ABŞ dolları məbləğində pul şəklində rüşvət almamasını, Məhkum1 apardığı danışıqlardan və onun etdiyi hərəkətlərdən isə məlumatlı olmadığını bildirsə də, 27-ci Polis Bölməsinin rəisi vəzifələrini icra edən X4ün göstərişi əsasında sonuncu və X11 ilə birlikdə Əmircan qəsəbəsində yerləşən yuyucu toz istehsal edən və Hindistan Respublikasının vətəndaşları işləyən sexə getməsini, orada həmin şəxslərin pasportlarını yoxlamasını, bundan sonra isə elə gəldiyi şəxslərlə və başqa avtomaşında olan və sexə rəhbərlik edən Bala ləqəbli Hindistan vətəndaşı ilə birlikdə şəhərə qayıtmasını etiraf etmiş, lakin sexin rəhbəri ilə danışıqları Məhkum1 aparmasın ı göstərmişdir. Bu ifadələrin toplanmış və araşdırılmış digər sübutların, əsasən də zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinin müqayisəli şəkildə birgə təhlili məhkəmə kollegiyasına belə qənaətə əsas verir ki, Məhkum2 bunu etiraf etməsə də, o, yuyucu tozu istehsal olunan sexdə işləyən və həmin sexə rəhbərlik edən Hindistan Respublikasının vətəndaşlarının heç bir əsas müəyyən edilmədən, yəni onların pasport və viza rejiminə əməl edib-etməmələrini yoxlamaq səlahiyyətinə malik olmadan məhz Məhkum1 göstərişlərinə əməl edərək bu işi görməsi, hətta onların tutulacağı barədə sonuncunun orada olan şəxslərə hədə-qorxu gəlməsinə etiraz etməməsi və bu zaman orada qalıb məhz Məhkum1la və X11 ilə birlikdə şəhərə qayıtması, orada da Məhkum1 gözləyərək Zərərçəkmiş şəxsın onun barəsində hər hansı cina yət təqibinin başlanmaması və aparılmaması üçün rüşvət qismində 20.000 ABŞ dolları məbləğində pulu verdikdən sonra yenə də Məhkum1la birlikdə pul verilən yerdən getməsi ona dəlalət edir ki, Məhkum2 özü şəxsən həmin pulun verilməli olması barədə zərər çəkmiş şəxslə heç bir danışıq aparmasa da, öz hərəkətləri ilə bu qanunsuz əməllərin törədilməsinin bilavasitə iştirakçısı olmuş, bunun üçün isə o, digər məhkum olunmuş şəxslə qabaqcadan əlbir olub razılığa gəlmiş, onların hər ikisinin və X11nin etdikləri hərəkətlər isə eyni məqsədə nail olunmasına, yəni hədə qorxu vasitəsilə müəyyən məbləğdə pul vəsaitinin rüşvət qismində alınmasına yönəlmişdir. Burada o, da nəzərə alınmalıdır ki, Məhkum1 və Məhkum2, habelə X11 həmin dövrdə hər hansı cinayətin törədilməsinə görə müvafiq araşdırma və cinayət tə qibi aparmaq səlahiyyətləri olan hüquq mühafizə orqanlarının – birincisi prokurorluğun, digərləri isə - polis orqanının əməkdaşları, yəni vəzifəli şəxslər olmuş və hədə-qorxuya məruz qalmış Zərərçəkmiş şəxs onları cinayət məsuliyyətinə cəlb edə biləcəkləri ilə bağlı tədbir görə bilən tam səlahiyyətli şəxslər hesab edərək rüşvət qismində pul vəsaitini başqa məqsədlər üçün deyil, onun barəsində hər hansı araşdırmanın və cinayət təqibinin aparılmaması müqabilində vermişdir. Qeyd olunduğu kimi, bu əməllərin (Zərərçəkmiş şəxsla danışıqların aparılması istisna olmaqla) törədilməsində Məhkum2 bilavasitə iştirakı onun özünün qismən etirafedici ifadələri ilə yanaşı həm də zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə və ibtidai araşdırma zamanı toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış, yekun məhkəmə aktlarında isə qanuna müvafiq şəkildə qiymət verilmiş sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası bu qənaətə gəlməklə yanaşı onu da qeyd edir ki, bu qənaət iş üzrə araşdırılmış sübutlara və qanunvericiliyin tələblərinə uyğun olmaqla həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının aşağıdakı Qərarlarında əksini tapmış hüquq mövqe ilə, habelə izah və tövsiyələrlə də tam uzlaşır. Belə ki, rüşvət almağa, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməyə və ya almağa, yaxud bu barədə təklif və ya vədi qəbul etməyə cinayət məsuliyyəti CM-in 311.1-ci maddəsində, vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvə almağa görə - CM-in 311.2-ci maddəsində, eyni əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda və hədə-qorxu tətbiq olunmaqla törədilməsinə görə isə - müvafiq olaraq CM-in 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələrində nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin bu normaların mənasına görə, şəxsin əməlinin rüşvət alma kimi qiymətləndirilməsi mümkünlüyü müzakirə edilərkən ilk növbədə həmin şəxsin vəzifəli şəxs olub-olmaması, daha sonra isə onun müəyyən əmlakın (əmlak hüququnun) müqabilində etdiyi və ya edəcəyi hərəkətin (hərəkətsizliyin) onun xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar olub-olmaması, yəni bu hərəkətin (hərəkətsizliyin) onun vəzifə səlahiyyətlərinə aid olub-olmaması müəyyən edilməlidir. Bununla bağlı, məhkəmə kollegiyası əvvəla vurğulayır ki, rüşvət alma (passiv rüşvətxorluq) korrupsiyanın ən geniş yayılmış və təhlükəli təzahür formalarından biridir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, rüşvət alma hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlarını əhali arasında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur. Təhlil olunan cinayətin obyekti dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanları nda, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərdir və bu cinayətin predmetini maddi və ya sair nemətlər təşkil edir, onlara isə pul, əmlak (daşınar və daşınmaz əmlak, bölünər və bölünməz, əvəzedilməz və əvəzedilən əşyalar, istehlak edilə bilən və bilməyən əşyalar və s.), əmlak xarakterli mənfəət, daşınar və ya daşınmaz əşyalarda və ya hüquqlarda ifadə edilən istənilən aktivlər, habelə belə aktivlərə mülkiyyət hüququnu və ya onlarla bağlı marağı təsdiq edən hüquqi sənədlər, qiymətli kağızlar, başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar (qeyri-maddi əmlak nemətləri), müxtəlif xarakterli işlərin görülm əsi və ya xidmətlərin göstərilməsi və s. aiddirlər. Rüşvət alma cinayəti obyektiv cəhətdən aşağıdakı əməllərin törədilməsi ilə xarakterizə olunur: 1) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi; 2) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti alması; 3) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hə rəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsi. Rüşvət alma subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, yəni təqsirkar rüşvət istəməsini və aldığını dərk edir və bunu arzu edir. Bu cinayətin subyekti isə yalnız vəzifəli şəxslər ola bilər ki, belə şəxsin anlayışı da CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində verilmişdir. CM-in 311-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 311.3.3-cü maddəsində "külli miqdar" dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür. CM-in 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. CM-in 32.2-ci maddəsinin tələbinə görə cin ayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-in 34.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət qanunu bu normalarının birgə təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, şəxs digər şəxs və ya şəxslərlə hər hansı cinayətin törədilməsi barədə qabaqcadan razılaşmasa da bu cinayətin törədilməsində bilavasitə icraçı qismində iştirak etdikdə o, təkcə həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərə görə deyil, həm də bu cinayətin baş vermiş bütün nəticələrinə görə məsuliyyət daşıyır. Eyni ilə iki və ya daha çox vəzifəli şəxslərdən biri və ya bir neçəsi hər hansı qanuni və ya qanunsuz hərəkətlərə görə digər şəxsdən pul şəklində rüşvəti bilavasitə almasa da, bunun üçün danışıqların aparılmasında iştirak etməsə də, lakin öz hərəkətləri ilə bu əməlin törədilməsi üçün zəmin yaratdıqda və öz hərəkətləri ilə rüşvətin alınmasını asanlaşdırdıqda, digər tərəfdən isə rüşvət verən şəxs də qrupun bütün üzvləri tərəfindən birgə edilən hərəkətlərin müqabilində ondan tələb olunan pul vəsaitini onlardan birinə verdikdə qrupun bütün üzvləri etdikləri ayrı-ayrı hərəkətlərə görə deyil, rüşvətin alınması ilə nəticələnmiş cinayətə görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət qanunu normalarına yuxarıda verilmiş təfsirə uyğun olan hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun iza h edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı)... İştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. İştirakçılığın aksessor (müstəqil olmayan, törəmə) və müstəqil hüquqi təbiətə malik olmasına dair iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, icraçının cinayət əməli iştirakçılığın əsası kimi çıxış edir və digər iştirakçıların cinayətkar fəaliyyəti törəmə (aksessor) xarakter daşıyır. Yəni digər iştirakçıların məsuliyyətə cəlb edilməsi icraçının törətdiyi əməldə cinayət tərkibinin əlamətlərinin olmasından asılıdır. Digər nəzəriyyəyə görə isə iştirakçıların cinayət məsuliyyəti icraçının cinayət əməli ilə şərtləndirilmir və müstəqil xarakter daşıyır. İştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Lakin bir sıra hallarda iştirakçılıq əlaməti cinayətin iştirakçılarının əhəmiyyətli sayda mövcud olmasını tələb edir. Məsələn, cinayətkar birlik (təşkilat) yaratma, kütləvi iğtişaşlar, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma kimi cinayət tərkibləri (Cinayət Məcəlləsinin 218, 220 və 279-cu maddələri). Həmçinin qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 19-cu maddəsinə müvafiq olaraq bu Məcəllə ilə müəyyən edilmiş yaş həddinə çatmış və anlaqlı olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edildiyindən, yaş həddinə çatmadığına və ya anlaqlı olmadığına görə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsin iştirakı ilə cinayət əməlinin törədilməsi iştirakçılıq kimi tövsif edilə bilməz. Keyfiyyət əlaməti is ə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər... Nəzərə alınmalıdır ki, iştirakçılıqla törədilən cinayətlərin əksəriyyəti aktiv hərəkətlərlə həyata keçirildiyi kimi, hərəkətsizliklə də baş verə bilər (məsələn, mühafizə xidmətinin əməkdaşının cinayətka rlarla əvvəlcədən sövdələşərək mühafizə olunan obyekti bilərəkdən tərk edib maddi dəyərlərin talan edilməsinə şərait yaratdığı hal); - bir iştirakçının hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz. Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməli dir. Həmçinin qeyd olunmalıdır ki, qanunverici iştirakçılığın aksessor nəzəriyyəsinə əsaslanmaqla təşkilatçının, təhrikçinin və köməkçinin məsuliyyətinin törəmə xarakter daşıdığını, icraçının törətdiyi cinayətdən asılı olduğunu müəyyən etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 33.5-ci maddəsinə müvafiq olaraq, icraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsini (icraçının ekstsessi) tənzimləyən 35-ci maddəsində də iştirakçıların əməllərinin müstəqil deyil, icraçının törətmiş olduğu cinayətdən asılı olduğu göstərilmişdir. Bu maddənin mənasına görə, icraçı cinayətin d igər iştirakçılarının qəsdi ilə əhatə olunmayan, ümumi niyyətdən kənara çıxan hərəkətlər etdikdə, digər iştirakçılar onun həmin (ümumi niyyətdən kənara çıxan) hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Vahid cinayətkar nəticə (maddi tərkibli cinayətlər üçün) iştirakçılığın obyektiv tərəfinin üçüncü əlamətidir. O, iştirakçılığın növlərindən asılı olmayaraq bütün iştirakçıların müştərək səyləri nəticəsində əldə olunur, yəni birgə hərəkət (hərəkətsizlik) ümumi və hər kəs üçün ictimai təhlükəli əhəmiyyət kəsb edən vahid cinayətkar nəticəyə gətirib çıxarır. Səbəbli əlaqə isə bütün iştirakçıların müştərək hərəkətləri ilə vahid cinayətkar nəticə arasında olan obyektiv əlaqə kimi çıxış edir. Burada qeyd olunmalıdır ki, iştirakçılıqla törədilən cinayət əməlində səbəbli əlaqə icraçı nın hərəkətləri ilə ictimai təhlükəli nəticə arasında olan obyektiv əlaqəni nəzərdə tutmur. Sözügedən əlaqənin xüsusiyyəti cinayət tərkibinin əlamətləri çərçivəsindən kənar hərəkət edən (cinayətin obyektiv tərəfini icra etməyən), Cinayət Məcəlləsinin 32.3-32.5-ci maddələrində göstərilən təhrikçi, təşkilatçı və köməkçi ilə (mürəkkəb iştirakçılıq) icraçının hərəkətləri arasındakı obyektiv əlaqədən ibarətdir. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir. Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar Cinayət Məcəlləsinin 34.2, 34.3 və 34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkki l dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. İştirakçılığın formaları Məcəllənin 61.1.3-cü maddəsində həm cəzanı ağırlaşdıran hal kimi, həm də Məcəllənin Xüsusi hissəsində cinayət əməllərinin tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq c inayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli Qərarı)... Həmçinin Cinayət Məcəlləsinin 33.3-cü maddəsinin mənasından görünür ki, cinayətin iştirakçıları əməlin törədilməsində birgə icraçı kimi iştirak etdikləri halda, iştirakçılığın növlərini müəyyən edən Məcəllənin 32-ci maddəsinə istinad edilmir. Belə ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Məhkəmə kollegiyası bütün təsvir edilənlərdən və təhlil etdiyi sübutlardan çıxış edərək belə nəticəyə gəlir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs Məhkum2 ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyi həmin sübutlarla tam təsdiq edilir və onun bu əməlləri CM-in 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası müdafiəçi M.M.Abbasovun kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq həmin d əlilləri hüquqlarını müdafiə etdiyi şəxsin məsuliyyətdən yayındırılmasına yönəlmiş dəlillər kimi dəyərləndirilir, buna görə həmin şikayətin təmin edilməsi, Məhkum2 barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək onun barəsindəki cinayət işinin icraatına xitam verilməsi, yaxud da cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası müdafiəçi M.M.Abbasovun kassasiya şikayətinin dəlillərini iş materialları ilə və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları ilə müqayisəli şəkildə bir daha təhlil edib, həmin şikayətin təmin edilməsi barədə təqsirləndirilən şəxs Məhkum2 və onun müdafiəçisi Mehman Abbasovun, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı A.M.Hüseynlinin çıxışlarını dinləyərək bel ə qənaətə gəlir ki, kassasiya şikayət təmin edilməməli, Məhkum2 CM-in 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarı isə adı çəkilən Məhkum2 aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1, 414.8 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum1 Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ünvanladığı teleqramında etdiyi müraciəti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarından onun özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin. Müdafiəçi M.M.Abbasovun kassasiya şikayəti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarı Məhkum2 aid hissədə və onun müdafiəçisinin verdiyi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-765/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-765/2025
27.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver