Məhkəmə qərarları › İş №1(102)-770/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-770/2022

30.06.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-770/2022 30.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2021-ci il tarixli, 1(106)-511/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş k assasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxxx 1981-ci il tarixdə Lənkəran rayonu, Avrora qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, 2 azyaşlı uşaq atası, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran rayonu, Bürcəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. 2. 30 noyabr 2020-ci il tarixli ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 188.1, 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 15 fevral 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqib i orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayında Lənkəran rayon, Xanbulan bələdiyyəsinin ümumi istifadəsində olmaqla kənd təsərrüfatı (əkin) təyinatlı torpaq sahəsinə aid olmayan, su obyektləri olmaqla çaylar və arxlar uqodiyasına daxil olan su kanalının sağ və sol dodaqlarında yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq, böyürtkən kolları ilə əhatə olunmuş həmin torpaq sahəsini 50 metr məsafədə dörd yerə bölüb şumlayaraq əkin üçün hazır vəziyyətə gətirdikdən sonra orada məlum olmayan mənbədən əldə etdiyi əkilib-becər ilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2020-ci ilin aprel ayının axırlarında qanunsuz olaraq əkib,həmin torpaq sahəsini özbaşına becərərək,onlardan bitən külli miqdar təşkil edən 510 (beş yüz on) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edərək yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmiş, 15 may 2020-ci il tarixdə saat 15 radələrində Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qeyd olunan torpaq sahəsinə baxış keçirilərkən külli miqdar təşkil edən həmin 510 (beş yüz on) ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 905,0 qram olan 15-40 sm arası hündürlükdə, eyni tərkibli çətənə (kannabis) bitkiləri həmin böyürtkən kolları ilə əhatə olunmuş torpaq sahəsində köküstə aşkar edilib qablaşdıralaraq götürülmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 1(099)156/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə 01 (bir) il, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi re jimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 15 may 2020-ci il tarixdən hökm edilmişdir.

6. Hökmdən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə onun ilk məhkumluğunu, himayəsində iki azyaşlı uşağının olmasını, ailədə ondan başqa qazanc gətirən şəxsin olmamasını, ailəsinin onun himayəsində olmasını nəzərə almamışdır. Göstərdiyi halları nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2021-ci il tarixli, 1(106)-511/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü dəyişdirilm ədən saxlanılmışdır.

8. Apellyasiya instansiya məhkəməsinin həmin qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsinin tərkibi yoxdur və onun barəsində bəraət hökmü çıxarılmalıdır. Cinayət işinin materiallarında olan sübutlardan görünür ki, Lənkəran rayonu Xanbulan bələdiyyəsinin balansında olan kənd təsərrüfatı (əkin) təyinatlı torpaq sahəsinə aid olmayan, su obyektəri olmaqla çaylar və arxlar uqodiyasma daxil olan su kanalının sağ və sol dodaqlarında yerləşən torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən özbaşına hasarlanmamış, çəpərə alınmamış, həmin torpaq sahəsini başq a üsullarla özbaşına tutması aşkar edilməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsini özbaşma tutmadığından və nəticə etibarı ilə onun əməlində Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından, ona həmin maddə ilə irəli sürülən ittiham üzrə bəraət verilməlidir. Şirvan Apellyasiya Məhkəməsi cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməyərək, cinayət tərkibinin əlamətlərinin olmamasına və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq çıxarılmış birinci instansiya məhkəməsinin ittiham hökmünü ləğv etməmişdir. Bu halların mövcudluğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2, 416.1.6, 416.1.11 və 419.10.3-cü maddələrinə əsasən birinci və apellyasiya instansiyaları məhkəmələrinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi üçün əsasdır. Məhkəmə kollegiyasından Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2021-ci il tarixli, 1(106)-511/2021 nömrəli qərarını kassasiya qaydasında ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini və sonuncuya Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza verilməsi barədə hökm çıxarılmasını xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər 1

1. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tə ləbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkumun müdafiəçisi kassasiya şikayətində Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsinin tərkibinin olmadığını iddia edərək, ona həmin maddə ilə irəli sürülən ittiham üzrə bəraət verilməsini, həmçinin Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona daha yüngül cəza təyin edilməsini xahiş edərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2021-ci il tarixli, 1(106)-511/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilk növbədə kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilə r.

19. Cinayət işinin materiallarında olan birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilib məhkum edilməsinə səbəb, onun 2020-ci ilin mart ayında Lənkəran rayon, Xanbulan bələdiyyəsinin ümumi istifadəsində olmaqla kənd təsərrüfatı (əkin) təyinatlı torpaq sahəsinə aid olmayan, su obyektləri olmaqla çaylar və arxlar uqodiyasına daxil olan su kanalının sağ və sol dodaqlarında yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq, böyürtkən kolları ilə əhatə olunmuş həmin torpaq sahəsini 50 metr məsafədə dörd yerə bölüb şumlayaraq əkin üçün hazır vəziyyətə gətirdikdən sonra orada məlum olmayan mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2020-ci ilin aprel ayının axırlarında qanunsuz olaraq əkib, həmin torpaq sahəsini özbaşına becərərək, onlardan bitən külli miqdar təşkil edən 510 (beş yüz on) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edərək yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etməsi olmuşdur.

20. Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cinayət məsuliyyətini nəzərdə tutur.

21. İstinad edilən m addənin məzmunundan göründüyü kimi, bu cinayət obyektiv cəhətdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, habelə həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmada ifadə olunur.

22. Maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən e dən hasar çəkir, orada tikinti, abadlıq işləri aparır və ya təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır).

23. Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsində təzahür edir.

24. Torpaq sahəsini özbaşına becərmə dedikdə isə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülür. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizlənməsi və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur.

25. Məhkəmə kolleg iyasının qənaətinə görə, Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlməsində təqsirləndirilən şəxsin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi qadağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Başqa sözlə, təqsirkar şəxs becərdiyi torpaq sahəsinin özgəyə məxsus olduğunu, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi təqsi rkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması çıxış edir. Yəni şəxs başqasına məxsus torpaq sahəsində heç nə əkməsə də, şəxsə və ya dövlətə məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır.

26. Cinayət işinin materiallarından müəyyən edilir ki, məhkum Təqsirləndirilən şəxs həm Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama əməlinə, həm də Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir.

27. Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinə görə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) külli miqdarda törədildikdə cinayət məsuliyyətinin yaranması müəyyən edilmişdir. 28. “Narkotik vasitələrin, psixotrop maddə lərin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsində isə göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 19-cu bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərki bində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xass əli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür.

30. Təsvir edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 188.1ci maddəsindən fərqli olaraq, həmin Məcəllənin 237.2.3-cü maddəsində nəzərdə tutulan əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərinin hər hansı torpaq sahəsində əkilməsi başa düşülür. Burada cinayətin pr edmetinin əkilməsi, yetişdirilməsi və toplanılmasına, qadağan edilən narkotik xassəli bitkilərin, onların hissələrinin, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərin qanunsuz kultivasiya edilməsi təşkil edir. Başqa sözlə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama harada və kimə məxsus olan torpaq sahəsində əkilməsindən, kultivasiya edilməsindən asılı olmayaraq cinayət məsuliyyəti yaradır. Bu zaman o da nəzərə alınmalıdır ki, bu cinayət əməli aşkarda deyil, gizlində törədilir.

31. Cinayət işinin hallarından göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan meşə fonduna məxsus torpaq sahəsini özba şına zəbt edərək, orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyinə görə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə bərabər, həm də həmin Məcəllənin 188.1-ci maddəsi ilə də təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs bu əməli ilə cinayətlərin məcmusuna görə məhkum edilsə də, onun qəsdi yalnız tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etməyə yönəlmişdir. Belə olan halda, o faktiki olaraq törətdiyi bir cinayət əməlinə görə iki dəfə cinayət cəzasına məruz qalmış, yəni o, bir əmələ görə iki dəfə məhkum edilməsi anlamına gəlmişdir.

32. Bu anlamda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Re spublikası CMnin 8.2 və Azərbaycan Respublikası CPM-nin 34.1-ci maddələrində, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 64-cü mədəsində təsbit edilmiş başlıca prinsipə əsasən heç kəs eyni əməlin törədilməsinə görə təkrarən məhkum edilə bilməz.

33. Konstitusiyanın 64-cü maddəsinə şərh verən Azərbaycan Respublikası Konstituiya Məhkəməsinin bir sıra qərarlarında da qeyd edilmişdir ki, hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipini ifadə edən bu konstitusiya normasının mənasına uyğun olaraq, əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilmə z. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyət etibarı ilə həm qanunvericiliyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquqtətbiqedicilərə istiqamətlənmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” 2013-cü il 4 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 9 mart 2022-ci il tarixli qərarları). 34. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokol un 4-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi ikinci cinayətin eyni faktlardan və ya birinci cinayətin əsasında duran faktlarla “əhəmiyyətli dərəcədə” eyni olan faktlardan irəli gəldiyi hallarda şəxsin ikinci “cinayətə” görə cinayət təqibinə məruz qalmasını və məhkəməyə verilməsini qadağan edən norma kimi qəbul edilməlidir (Ramda Fransaya qarşı, № 78477/11, § 81, 19 dekabr 2017-ci il).

36. Təsvir edilənlərlə yanaşı məhkə mə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinin ümumi məzmununa görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfini n üzərinə düşür.

37. Həmin Məcəllənin 28.5-ci maddəsində isə təsbit edilir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

38. Qeyd edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə ittiham verilərkən, onun əməli Azərbaycan Respublikası CPMnin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, birinci instansiya məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs əməlində ona israr edilən Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur.

39. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir.

40. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi il təqsirli bilib cəza təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmü qüvvədə saxlayarkən, maddi və prosessual cinayət hüququ normalarının tələblərini pozmuşlar. Bu səbəbdən aşağı instansiya məhkəmələrinin məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 1 88.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi barədə verdiyi qərarlarının əsassız hesab edilməsi mümkündür, təqsirliliyi sübuta yetirilmədiyindən, həmin hissədə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir.

41. Qeyd edilən nəticəyə gələrkən, məhkəmə kollegiyası eyni zamanda dövlət ittihamçısı X1 məhkəmə iclasında etdiyi çıxışında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsinin tərkibi olmadığına görə, həmin maddə üzrə ittihamdan imtina etdiyini bildirdiyini nəzərə alır.

42. Şərh edilənlərin nəticəsində Təqsirləndirilən şəxs məhkum edilməsi üçün yalnız bir əsas - Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi qald ığıqından və müvafiq olaraq, cinayətlərin məcmusu üzrə ona qəti cəza təyin edilməsinə lüzum olmadığıdan, aşağı instansiya məhkəmələrinin qərarlarından Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə aid müddəalar xaric edilməlidir.

43. Bu məqamda məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Təqsirləndirilən şəxs qəti cəzasını müəyyən edərkən, Azərbaycan Respublikası CM-nin 188.1 və 237.2.3-cü maddələri ilə törətdiyi cinayət əməllərinə görə təyin etdiyi cəzaları Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsaslanaraq qismən toplamışlar. Halbuki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxil olduqda cəzaların tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsinə yol verir. Baxılan işdə isə məhkum Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri üzrə qəti cəza Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla təyin edilməli idi. Bununla belə, yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verildiyindən, məhkəmələrin şərh edilən səhvinin pozuntu kimi qiymətləndirməsini məhkəmə kollegiyası zəruri hesab etmir.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfi ndən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbay can Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

45. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cə za və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

46. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində, qanun la müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Öz nöbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

47. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qərara gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2021-ci il tarixli, 1(106)511/2021 nömrəli qərarı dəyişdirilməli, həmin qərar və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-156/2021 nömrəli, 10 mart 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməli, əməlində cinayət tərkibi olmadığına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Re spublikası CM-nin 188.1-ci maddəsi üzrə başlanılmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2021-ci il tarixli, 1(106)-511/2021 nömrəli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-156/2021 nömrəli, 10 mart 2021-ci il tarixli hökmündən Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tətbiqinə dair müddəalar xaric edilməli, məhkum Təqsirləndirilən şəxs üzərində ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır.

48. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassas iya şikayəti qismən təmin edilməli, kassasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2021-ci il tarixli, 1(106)-511/2021 nömrəli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti qismən təmin edilsin. Kassasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2021-ci il tarixli, 1(106)-511/2021 nömrəli qərarı dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2021-ci il tarixli, 1(106)-511/2021 nömrəli qərarı və Lən kəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)156/2021 nömrəli, 10 mart 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilsin. Əməlində cinayət tərkibi olmadığına görə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi üzrə başlanılmış cinayət təqibinə xitam verilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2021-ci il tarixli, 1(106)-511/2021 nömrəli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)156/2021 nömrəli, 10 mart 2021-ci il tarixli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tətbiqinə dair müddəalar xaric edilsin. Məhkum Təqsirləndirilən şəxs üzərində ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar