Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-778/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb olunması haqqında Bədəlli Məğrub Ağamalı oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2531/2024 nömrəli 28 noyabr 2024-cü il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bədəlli Məğrub Ağamalı oğlu xüsusi ittiham qaydasında şikayətində bildirmişdir ki, o, xx.xx.1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində doğulmuş, ali savadlı elmi işçidir, ailəlidir, DİN-in 1-ci dərəcəli Qarabağ əlilidir. 1978-ci ildən leytenant, 1986-cı ildən baş leytenantdır. 1991-ci ildən brondan könüllü imtina edib, AMEA-dan zabit komanda heyətində Qarabağ savaşında iştirak etmişdir, 1993-cü ilin martında batalyon komandiri vəzifəsində ağır baş-beyin travması alıb, Qarabağ əlili olmuşdur. Barəsində şikayət verdiyi şəxs X4 DİN Daxili Qoşunlarının (DQ) hüquqşünası kimi məhkəmələrlə qeyri-prosessual münasibətə girərək, Konstitusiya ilə təminat verilən məhkəmə t əminatı hüququna qadağa qoydurur, saxta aktlar, qərarlar, yalan məlumatlar verir, hətta Bədəlli Məğrub Ağamalı oğlunu təhqir etməkdən çəkinmir. Sonuncu dəfə Nərimanov məhkəməsində (hakim Ramin Quliyev) xx.xx.2024-cü ildə barəsində yalan məlumat vermiş, şəxsi işini, təminatını soruşduqda, təqdim etməmiş, saxta olduğunu bilə-bilə, ona vermədən, şəxsi kabinetdə yerləşdirmədən, əlbəəl hakimə saxta sənəd verib, Bədəlli Məğrub Ağamalı oğlunu isə təhqir edib ki, “hər adama məlumat verilmir”. Ona görə də, cinayətin yeri Nərimanov rayonu olduğundan və barəsində şikayət verilən şəxs Mahir Əsgərov özü də, ünvanını gizlədib, Nərimanov rayonu göstərdiyindən, şikayət Nərimanov rayon məhkəməsinə verilir. Konkret faktlar: 1978-ci ildən zabit olduğu halda, DİN-ə, dövlət hakimiyyəti orqanlarına Azərbaycan S ilahlı qüvvələrində zabit rütbəsində xidmətdə olmadığı barədə DQ-də məlumat olmadığı bildirilib (çoxsaylı məktublardan biri əlavə olunur). Bu təhqirdir, zabit şərəfinin kobud aşağılanması deməkdir. 46 ilin zabitinin Azərbaycan Silahlı Qüvvələrində sıravi xidmətdə olmasını məktublarla, internetlə, məhkəmə iclaslarında bildirmək ən ağır təhqir, işgüzar nüfuzu, zabit şərəfini ləkələməkdir. 2019-cu ildə 2 saylı Bakı İnzibati Məhkəməsində (hakim Etibar Mustafayev) Mahir Əsgərov (DQ-nin digər nümayəndəsi X5 da iştirak edib) onu təhqir edib ki, hər yoldan ötən 5-6 ay xidmət etsin, biz də ona işdənçıxarma pulu, müavinət və sairə verək? Özü də bu təhqir məhkəmə iclas zalında olan çoxsaylı insanların qarşısında edilib və protokola da yazılıb. xx.xx.2020-ci ildə Bakı İnzibati Məhkəməsində (hakim El vin Əliyev) Mahir Əsgərov məhkəmə iclasında onu şantaj edib ki, DQ-dən Bədəlli Məğrub Ağamalı oğluna hər 2-3 aydan bir ***-**** manat arası yardım edilir və həmin yardımı edən şəxs gəlib məhkəmədə üzünə duracaq. Yardımı təsdiq edən maliyyə sənədini tələb edilsə də, sənədsiz edildiyini bildirib. Bu fakt həm şantajı, həm saxta məlumatla böhtan atmağı, həm də adına pul yazılıb yeyilməsi cinayətini sübut edir. Həmin xx.xx.2020-ci ildə Ali Məhkəmədə DİN-ə qarşı saxta, olmayan X6 Məhkəməsinin xx.xx.2019-cu il tarixli iddianın mümkün sayılmamasını qüvvədə saxlayan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019 tarixli qərardadından kassasiya şikayəti üzrə iclas vardı. DİN-in saxta vəkili və nümayəndəsi, VK-nin intizam komissiyasının üzvü Əlirza Həbilov özü Ali Məhkəmədə hüquqverici sənəd olmadan iştira k edib, kassasiyanı mümkünsüz saydırıb. Məhkəməyə etirazında DQ rəsmiləri bildirib ki, Bədəlli Məğrub Ağamalı oğlu döyüşlərdə iştiraka, müharibəyə “xidməti ezamiyyətə göndərilmiş, yaralanıb qospitalda “məzuniyyətdə” dincəlmişdir”. Bunun özü ən böyük təhqir, işgüzar nüfuza ləkə vurmaqdır. Bədəlli Məğrub Ağamalı oğlu AMEA-da elmi işini atıb, 2 körpə uşaqlı ailəsini Allahın ümidinə qoyub Vətənin müdafiəsinə getmiş, bu yolda müharibə əlili olmuş, DQ-nin qərargahda oturanları “müharibəyə xidməti ezamiyyətə getdiyini, qospitalda “məzuniyyətdə olduğunu bildirir!”. Onun döyüşlərdə batalyon komandiri, ümumiyyətlə döyüşçü kimi iştirakını Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalı verdiyi xx.xx.1993 tarixli arayışla təsdiq edib. Bunlar yaxşı bilir ki, 1-ci dərəcəli Qarabağ əlilinin nəinki 30 milyon manata, heç 3 min manata da gücü çatmaz verməyə. Məqsəd əlili borca yükləyib həbs etdirmək olub. Göstərilənlər barəsində şikayət etdiyi X3 barəsində CM-in 147 və 148-ci maddələri əsasında xüsisi ittiham qaydasında ərizənin icraata götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 464/2024 nömrəli 24 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim: G.A.Əsədova) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. Qərardan narazı qalan xüsusi ittihamçı Bəd əlli Məğrub Ağamalı oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 464/2024 nömrəli 24 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2531/2024 nömrəli 28 noyabr 2024-cü il tarixli qərarı ilə xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 464/2024 nömrəli 24 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından narazı qalan xüsusi ittihamçı Bədəlli Məğrub Ağamalı oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittiham qaydasında şikayət ver miş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2024-cü il tarixli tarixli qərarının ləğv edilməsi və şikayətin icraata qəbul edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, barəsində şikayət verdiyi şəxs X4 illərdir ki, onun zabit şərəfini, işgüzar nüfuzunu aşağılayır, məhkəməyə saxta sənədlər və məlumatlar verir. Bunların hamısı məhkəməyə təqdim olunmuşdur. Konstitusiyanın 46-cı maddəsi ilə dövlət vətəndaşın ləyaqətini qorumalıdır. Hazırki işdə dövlətin funksiyasını hakimiyyətin 3 qolundan biri olan məhkəmə icra edir. Lakin məhkəmə kənardan sifarişlə, saxtalıq edərək, Konstitusiyanın, CPM-in, CM-in tələblərini pozmuşdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 2.4-cü maddə sinə görə, cinayət prosessual fəaliyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, hakimlərin müstəqilliyini və ədalət mühakiməsinin həyata keçirilməsində çəkişmə prinsipini pozan, əvvəlcədən sübutlara müəyyən hüquqi qiymət verən normativ hüquqi aktlar qəbul edilə bilməz. Məhkəmə CPM-in bu tələbinə əməl etməyib, müstəqilliyini, çəkişmə prinsipini pozub, kənardan sifarişlə məhkəmə təminatı hüququnu ləğv etmişdir. Belə ki, barəsində şikayət verilən şəxs X4 məhkəmənin iclasına gəlməmiş, o isə, icraatın CPM-in 51-1 və 512-ci maddələrinə əsasən elektron qaydada və videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsinə dair vəsatət vermişdir. Yəni heç bir tərəf məhkəmənin ilk hazırlıq iclasında iştirak etməmişdir. Tərəflərin çəkişmə prinsipinin pozulması ort adadır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı verilmiş kassasiya şikayətinə münaibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi və şikayətin icraata qəbul edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 147.1 -ci maddəsi böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası CM-in 148-ci maddəsi - təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası CPM-in 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəticələrinə görə digər hallarla yanaşı aşağıdakı hallar olduqda da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışın ın keçirilməsindən imtina edilməsini tələb edir: - şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə (CPM, maddə 302.1.2); - şikayətin məzmunu Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (302.1.3); - cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə (302.1.4); - cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (302.1.6); - şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7); - şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə (302.1.8). Azərbaycan Respublik ası CPM-in 302.2.3-cü maddəsinə görə həmin (CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən) hallar olduqda məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvan ı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Bədəlli Məğrub Ağamalı oğlu kassasiya şikayətində onunla video konfrans vasitəsilə əlaqə saxlanılmadığını bildirmişdir. Apellyasiya məhk əməsinin qərarından görünür ki, xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmiş Bədəlli Məğrub Ağamalı oğlu məhkəmələrə yataq xəstəsi olduğunu bildirsə də, yataq xəstəsi olması ilə bağlı tibbi sənədləri birinci instansiya məhkəməsinə və apellyasiya qaydasında apellyasiya şikayətinə baxan məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmiş Bədəlli Məğrub Ağamalı oğlu apellyasiya şikayətində elektron kabinetdə videokonfrans əlaqə sistemi vasitəsilə məhkəmə iclasına qoşulması barədə məsələ qaldırsa da, ona hansı qaydada videokonfrans əlaqə sistemi vasitəsilə məhkəmə iclasına qoşula biləcəyi barədə suala cavab verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7-ci maddəl ərinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konk ret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Apellyasiya məhkəməsinin qərarından görünür ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətin ə cəlb edilməsi tələb olunan şəxs, yəni X1 göstərilmiş şəxsin məhkəmə iclasında iştirakını təmin etmək məqsədi ilə atılmış addımların heç biri müsbət nəticə verməmişdir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə X1 göstərilmiş şəxsin yaşadığı yer natamam göstərilmiş, yəni dəqiq ünvan göstərilməmişdir. Həmçinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müəyyənləşdirilməsi (soyad, ad, atasının adı, ünvan, əlaqə nömrələri) məqsədi ilə elektron məhkəmə sistemi vasitəsi ilə axtarış aparılarkən X1 qeydə alınmış şəxsin mövcud olmaması məhkəmələr tərəfindən müəyyən edilmişdir. Aşağı instansiya məhkəmələrinin qərarlarından görünür ki, tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə cinayət məsuliyyətinə cəlb olunması tələb olunan şəxsin, yəni soyadı Əsgərov, ad ı Mahir, atasının adı Vəfadar olan şəxsin mövcud olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin aşağı instansiya məhkəmələrinin qərarlarından görünür ki, Bədəlli Məğrub Ağamalı oğlu xüsusi ittiham qaydasında şikayətinə cinayət məsuliyyətinə cəlb olunmasıını tələb etdiyi şəxsin anket məlumatları barədə də heç bir sübut əlavə etməmiş, şikayətdə həmin şəxsin anket məlumatlarını dəqiq göstərməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CP M-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb olunması haqqında Bədəlli Məğrub Ağamalı oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2531/2024 nömrəli 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-778/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-778/2025
18.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver