Məhkəmə qərarları › İş №1(102)-779/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-779/2024

09.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-779/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nağıyev İqbal Adil oğlunun iştirakları ilə, X18 Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 1(099)279/2022 nömrəli (hakimlər: Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1986-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada idman təlimçisi (məşqçi) işləyən, məhkumluğu olmayan, xxx qeydiyyatda olmaqla x nömrəsiz fərdi yaşayış evində yaşayan X11 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddə sindən CM-in 234.1-ci maddəsinə tövsif edilmiş və o, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, habelə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 7 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə m əsrəflərinə dair məsələlər həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Şabanov Valeh İxtiyar oğlu tərəfindən verilmiş apellyasiya protesti və müdafiəçi Nağıyev İqbal Adil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli 1(106)-954/2022 nömrəli (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qərardan Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Apellyasiya instansiyası məhkəmələ rində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Elnar Hüseynov tərəfindən verilmiş kassasiya protestinə və məhkum X11 müdafiəçisi Nağıyev İqbal Adil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli 1(102)-1076/2023 nömrəli (hakimlər: Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya protesti təmin edilməmiş, məhkum X11 müdafiəçisi Nağıyev İqbal Adil oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsi ndə yeni məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 1(106)-631/2023 nömrəli (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə müdafiəçi Nağıyev İqbal Adil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 1(099)-279/2022 nömrəli hökmü ləğv edilmiş, təqsiri sübuta yetirilmədiyinə görə X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, Azərbaycan Respublikası CPM-in 356.5-ci maddəsinə əsasən X18 qanunsuz və əsassız olaraq təqsir ləndirilən şəxs qismində cəlb edilməsi, tutulması, həbsdə saxlanılması, məhkəməyə verilməsi və ona cəza təyin edilməsi nəticəsində dəymiş zərərin ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib saxlamaqla daşımışdır. Belə ki, X5 məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda - 11,732 qram narkotik vasitə olan heroini əldə edib, saxlamış və həmin heroinin iki bükümdə - 8,380 qram hissəsini üzərində və bir bükümdə - 3,352 qram hissəsini etibarnamə ilə idarə etdiyi “BMW” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı saxlanc yerində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Beyləqan rayonunun Şəfəq qəsəbəsinin ərazisində saxlanılıb Beyləqan RPŞ-nin inzibati binasına aparılıb orada üzərində şəxsi axtarış zamanı iki ədəd sellofan bükümdə, ayrı-ayrılıqda 4,180 qram və 4,200 qram olmaqla cəmi 8,380 qram narkotik vasitə olan heroin və idarə e tdiyi “BMW” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonunda ön sərnişin oturacaqların arasında olan saxlanc yerindən bir ədəd sellofan bükümdə 3,352 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyind ən və bunun nəticəsi olaraq X18 əsassız olaraq bəraət verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin hökm qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. X-in cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin onun tərəfindən törədilməsi şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə, o cümlədən baxış və götürmə haqqında protokollar, maddi sübut və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən cinayət əməlinin X tə rəfindən törədilməsi iş materialları ilə sübut edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsinin mövqeyinə əsasən, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması, polis əməkdaşlarının onu Beyləqan RPŞ-yə gətirərək hədəqorxu gəlib, narkotik vasitə heroinin ona məxsus olmasını etiraf etməsini tələb etmələri ilə bağlı gətirdiyi dəlillər əsaslı olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrini, “şəxsi axtarış və götürmə barədə” və “baxış keçirilməsi və götürmə haqqında” 29 sentyabr 2021-ci il tarixli protokolları, polis əməkdaşları olan şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid1 dindirmə protokollarını, X-ə elan edilmiş ittihamı təsdiq edən mötəbər süb utlar kimi qəbul etməyərək səhv nəticəyə gəlib, ona bəraət vermişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiy ası məhkəməsində müdafiəçi Nağıyev İqbal Adil oğlu çıxış edərək, kassasiya protestinin əsassız olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırıldığını bildirib, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X18 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haq qında nəticəyə gəlib, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsu satları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş s übutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühak iməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, X11 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X25 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı istintaq or qanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuş, həmçinin, X11 Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Cinayət işinin materiallarında olan DİN-in BMCMİ-nin əməkdaşının 29 və 30 sentyabr 2021-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, X11 qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə edib, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumat əsasında 29 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Beyləqan rayonunun Şəfəq qəsəbəsinin ərazisində saxlanılıb Beyləqan RPŞ-ni n inzibati binasına gətirilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid1 bildirmişdirlər ki, 29 sentyabr 2021-ci il tarixdə X11 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, istifadəsi, üzərində gəzdirməsi və idarə etdiyi avtomobildə saxlaması, həm də onun həmin gün Beyləqan rayonunun Şəfəq qəsəbəsində olması barədə əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupu Beyləqan rayonunun Şəfəq qəsəbəsinə getmiş, saat 18 radələrində Şəfəq qəsəbəsinin ərazisində X-in idarə etdiyi “BMW” markalı avtomaşının yanında olması müşahidə edilib elə orada əməliyyat qrupu tərəfindən saxlanılmışdır. Saxlanılan vaxt X tək olmuş, yanında və maşında heç kim olmamışdır. X-ə qanunsuz olaraq narkotik vasitələr əldə edi b saxlamaqda şübhəli olduğu bildirilib maşını ilə birlikdə Beyləqan RPŞnə aparılmışdır. Saxlandığı yerdə şərait olmadığına görə X-in üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilməmişdir. Polis şöbəsinə gətirildikdən sonra BMCMİ-nin TB-nin təhqiqatçısı (əməliyyat qrupuna daxil olan) Babək Haqverdiyev tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə videoçəkilişlə X-in üzərində şəxsi axtarış aparılmışdır...... Polis əməkdaşları tərəfindən X saxlanılarkən və bundan sonra ona qarşı heç bir zorakılıq hallarına yol verilməmiş, üzərində axtarış və avtomobilə baxış zamanı X-in şikayəti və ya narazılığı olmamışdır. Lakin, məhkəmə istintaqında ifadə verən X25 ona qarşı istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla, habelə məhkəmənin g əldiyi nəticəyə görə CM-in 234.1-ci maddəsi ilə razılaşmamış və bildirmişdir ki, onun qeyd edilən narkotik vasitəyə heç bir aidiyyəti yoxdur. Narkotik vasitəni Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları onun üstünə qoymuşlar. O cümlədən, əlavə şahid qismində dindirilmiş X22 və onunla eyni məzmunlu ifadə verən X23 ifadələrində göstərmişdirlər ki, 27 sentyabr 2021-ci il tarixdə X ilə birlikdə maşınla Ş və X27 rayonunun Mayak qəsəbəsinə getmişlər. 29 sentyabr 2021-ci il tarixdə Mayak qəsəbəsindən çıxıb bir az hərəkət etdikdən sonra Şəfəq qəsəbəsi ərazisində yolda dayanmış yol polisi maşını saxlamışdır. Sonra X maşından düşmüş, elə həmin vaxt başqa bir maşın gəlmiş və həmin maşından 4-5 nəfər düşüb X-i tutub yerə yıxıb onu döyməyə başlamışlar. Həmin vaxt o və azyaşlı qızı maşın da olub bunları görmüşlər. Sonra azyaşlı qızı Ş1 maşından düşüb atasının yanına qaçmış, orada olan polis əməkdaşları uşağı kənara itələyib oradan aralaşdırmışlar. Həmin vaxt qızı qışqırıb özündən getmiş, orada olan Beyləqan RPŞ-nin əməkdaşları qızının başına “kola” töküb ayıtmışlar. Sonra o, maşından düşüb uşağının yanına getmiş, həmin vaxt bir nəfər polis işçisi maşında oturub maşını aparmaq istəmiş, lakin qızı buna imkan verməmişdir. Qayınatası Z-in gəlib onları aparmasına razılaşdıqdan sonra onlar maşının arxa oturacağında əyləşmiş və bundan sonra polis əməkdaşı maşını sürüb Beyləqan RPŞ-yə aparmışdır....... X tutulmamışdan 15 gün əvvəl o telefonla danışarkən onun idman zalında polis əməkdaşı ilə dalaşmasını, şərlənəcəyindən qorxduğunu, məsələni həll etmək istədiyini eşitmiş, həmin v axt o, X-in kürək nahiyəsində cızıq (xəsarət) olmasını da görmüşdür. Nərimanov Rayon Məhkəməsində olarkən çəkilmiş şəkillərdə olan xəsarətlər əvvəllər X-də görməmişdir. X heç vaxt narkotik vasitədən istifadə etməmiş, bu barədə heç vaxt eşitməmişdir. X-in polis əməkdaşı ilə dalaşması faktı əlavə şahid qismində dindirilmiş X7, X9 və X16 ifadələri ilə də öz təsdiqini tapır. Belə ki, həmin ifadələrdən aydın olur ki, 2021-ci ilin sentyabr ayında idman zalında bir nəfər şəxslə, yəni özünü polis əməkdaşı kimi təqdim edən “.....” adlı şəxslə X-in arasında mübahisə olmuş, daha sonra onlar dalaşmışlar. Dalaşma zamanı X “.....” adlı şəxsi yumruqla vurmuş, sonra onları aralaşdırmışlar. X dalaşdığı şəxsin polis əməkdaşı olmasını əvvəl bilməmiş, sonradan məlum olmuşdur ki, “.....” adlı şəxs Baş Mütəşəkk il Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşıdır. Bundan sonra X “.....” adlı şəxsin yaşadığı ünvana gedib ondan üzr istəyib anlaşılmazlıq olduğu demiş və onlar barışsa da, həmin vaxt “.....” adlı şəxs X-i yumruqla vurmuş, X isə ona qarşı heç bir hərəkət etməmişdir. Elə bu məsələdən sonra X polis əməkdaşları tərəfindən narkotiklə bağlı tutulmuşdur. Güman edir ki, X polis əməkdaşını vurduğu üçün həmin polisin iş yoldaşları X-in üzərinə narkotik qoyub onu tutmuşlar. Cinayət işinin materiallarında olan BMCMİ-nin 17 dekabr 2021-ci il tarixli məktubundan (istintaq orqanının əməliyyat tapşırığına cavab) görünür ki, keçirilmiş əməliyyat tədbiri ilə X11 heroini nə vaxt və kimdən əldə etməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan digər şəxslərlə ə laqələri müəyyən etmək mümkün olmamışdır. Həmçinin BMCMİ-də işləyən “.....” adlı şəxslə X arasında mübahisənin baş verməsi, nəticədə X-in həmin şəxsə xəsarət yetirməsi, habelə “.....” adlı şəxsin BMCMİ-nin əməkdaşı olması yoxlama zamanı təsdiqini tapmamışdır. Polis əməkdaşlarının ifadələrin “X-in saxlanılan vaxt tək olması, yanında və maşında heç kimin olmaması” barədə irəli sürdükləri faktların real olmaması, təqsirləndirilən X11, iş üzrə əlavə şahid dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, həmçinin "xxxx" MMC-yə və "xxxx" MMC-yə məxsus olan və X-in və Ş-in istifadəsində olan mobil telefon nömrələrinin anten məlumatlarından da aydın olur. Belə ki, həmin anten məlumatlarına əsasən, hadisə saatlarında Ş-ə və X-ə məxsus mobil telefon hadisə anlarında məhz Beyləqan rayonunun Şəfəq qəsəbəsi ndə aktiv olmuşdur. Bu isə özü özlüyündə Ş2 və Ş1 ifadələrində göstərmiş olduqları hadisənin real ardıcıllığının doğruluğunu təsdiqləyərək göstərir ki, həqiqətən də hadisə vaxtı Ş2 və Ş1 təqsirləndirilən şəxs X-lə birlikdə olmuşlar. Həmin ifadələrdən həm də o müəyyən olunur ki, polis əməkdaşları X-in avtomobilni saxladıqdan sonra sonuncunu avtomaşınından düşürüb özlərinin gəldikləri avtomobilə mindirmiş, X-in avtomobilini isə polis əməkdaşlarından biri idarə edərək Beyləqan RPŞ-yə aparmışdır. Lakin, X-in üzərinə baxış keçirlməsi haqqında videoçəkilişə nəzər yetirdikdə, sonuncunun üzərinə baxış keçirildikdən sonra ona avtomobilinə də baxış keçirilməsinin təklif edilməsi və onun da bununla razılaşaraq avtomobilin açarını cibindən çıxararaq polis əməkdaşına təqdim etməsi, haqlı olaraq apell yasiya instansiyası məhkəmə kollegiyasında sual işarəsi yaratmışdır və avtomobilə baxış keçirilməsi haqqında protokolun mötəbərliyini şübhə altına alır. X25 1 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinə baxılarkən məhkəməyə üzərində olan xəsarətləri nümayiş etdirərək bildirmişdir ki, həmin xəsarətlər ona Beyləqan rayonunun ərazisində yolda tutularkən arvadının və uşağının gözü qarşısında, habelə Beyləqan RPŞ-yə aparıldıqdan sonra polis əməkdaşları tərəfindən yetirilmiş və bu zorakılığın təsiri ilə törətmədiyi əməli izahat və ilkin ifadələrində (polis əməkdaşlarının ona verdikləri və avtomobilinə yerləşdirdikləri narkotik vasitənin guya özünə məxsus olmasını) etiraf etməyə məcbur edilmişdir. Ə slində isə o, bir neçə gün əvvəl Bakı şəhərində idman zalında məşq edərkən sonradan polis əməkdaşı olduğunu bildiyi şəxslə münaqişə yaşamış və bununla əlaqədar 29 sentyabr 2021-ci il tarixdə arvadı və uşağı ilə birlikdə idarə etdiyi avtomobillə doğulduğu Beyləqan rayonundan Bakı şəhərində qayıdarkən yolda saxlanılıb BMCMİ-nin əməkdaşları tərəfindən döyülmüş, daha sonra Beyləqən RPŞ-yə aparılmış, orada da həmin polis əməkdaşları ona işgəncə vermiş və özlərinin ona verdikləri narkotik vasitənin guya ona məxsus olması barədə izahat və ifadələr verməyə məcbur etmişlər. Halbuki, həmin narkotik vasitənin ona aidiyyəti yoxdur və o, heç vaxt narkotik vasitə saxlamamış və istifadə etməmişdir. Həmin məhkəmə vizual olaraq da X-in bədəni üzərində xəsarətlərin olduğunu müşahidə edərək, eyni zamanda həb s qətimklan tədbirinin seçilməsi üçün maddi və prosessual əsasları müəyyən etməyərək, 1 oktyabr 2021-ci il tarixli qərarla X-in barəsində həbs qətimkan tədbirini seçməkdən imtina etmiş və işgəncə faktının araşdırılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərmişdir (eyni zamanda iş materiallarına görə həmin iclasda X-in fotoşəkilləri çəkilmiş və daha sonra cinayət işinin materiallarına əlavə olunmuşdur). İbtidai istintaqın gedişində təyinat üzrə müdafiəçi müqavilə üzrə yeni müdafiəçi ilə (vəkil Ayxan Rüstəmzadə ilə) əvəz edildikdən sonra da X 4 dekabr 2021-ci ildə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunda ifadə verib, narkotik vasitənin ona aid olmadığını, işgəncənin təsiri ilə “etirafedici” ifadələr verməyə məcbur edildiyini bil dirmişdir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsip i hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X11 məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımır, əksinə hadisələrin real ardıcıllığını özündə əks etdirir. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid1 ibtidai istintaq zamanı və məhkəm ə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilməməli olması, X11 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamağı və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmündə ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin hökmünü, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiyası və Ali Məhkəməsinin Plenumlarının, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə hökmünün qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir: Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildi r. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına gör ə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasi ya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəs inin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən v erilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar