Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-779/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçiləri Əmiraslanova Zəribə Məmməd qızının və Şimiye v Toğrul Həşim oğlunun, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Namazova Lalə Etibar qızının, Məhkum və onun müdafiəçisi Osmanov Mansur Ramazan oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2023-cü il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə, eyni zamanda müdafiəçi A.M.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2021-ci il tarixli hökmü ilə (hakimlər Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən və məruzəçi), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs2, xx xxxxxxx 1996-cı il tarixdə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Zəngilan rayonunun Məmmədbəyli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, nömrəsiz fərdi evdə yaşamış, Təqsirləndirilən şəxs1, xx xxxx 1998-ci il tarixdə Lənkəran şəhərində anadan ol muş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2di evdə kirayədə yaşamış, Məhkum, xx xxxxxx 1993-cü il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər Füzuli Hərbi Məhkəməsinin 17 aprel 2013-cü il tarixli hökmü ilə CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 62ci maddəsi tətbiq edilməklə 240 (iki yüz qırx) saat müddətə ictimai işlər cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2014-cü il tarixli hökmü ilə CM-nin 149.2.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 26 fevral 2020ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğ u ödənilməmiş, Qubadlı rayonu Ulaşlı ərazi dairəsi Altıncı kənddə qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı dövlət İqtisadiyyat və Humanitar Kollecin binasında yaşamış, hər birisi, CM-in 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələri ilə təqsirli bilinərək, Təqsirləndirilən şəxs2 CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə, CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə, CM-in 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 6 (altı) il müddətə, CM-in 235.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum et mə cəzasına, Təqsirləndirilən şəxs1 CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə, CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə, CM-in 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 6 (altı) il müddətə, CM-in 235.4.3-cü maddəsi ilə 10 (on) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Məhkum CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətə, CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə, CM-in 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə, CM-in 235.4.3-cü maddəsi ilə 11 (on bir) il müddətə, CM-in 66.3-cü maddəsinə əs asən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmiş, tamah məqsədi ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu, habelə təkrarən zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə tələb etmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətmişdir. Belə ki, Məhkum 20 iyul 2021-ci il tarixdə saat 07 radələrində tamah niyyəti ilə, adam oğurluğu, özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək, həmçinin narkotik vasitələri talama və hədə-qorxu ilə pul tələb etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq etibarnamə əsasında idarə etdiyi BAİC markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanın yaxınlığına gəlmiş, həmin vaxt təsadüfən işə getmək məqsədilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs görüb onun qarşısını idarə etdiyi avtomobillə kəsib avtomobildən düşmüş, qabaqcadan aralarında olan cinayətkar niyyətə uyğun olaraq qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin yerdə Zərərçəkmiş şəxs yaxınlaşıb onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə əmlakını ələ keçirmək məqsədi ilə basqın edərək onun yaxasından tutub iradəsi əleyhinə zorla avtomobilin arxa oturacağına əyləşdirməklə avtomobili hərəkətə gətirib Abşeron rayonu Masazır qəsəbəsi istiqamətində idarə etməklə həmin yerdən uzaqlaşaraq Zərərçəkmiş şəxs tamah məqsədi ilə oğurlamış, bununla yanaşı, aralarında olan razılığa əsasən cinayətkar əməllərini davam etdirərək hərəkətdə olan avtomobilin arxa oturacağında əyləşmiş Təqsirləndirilən şəxs1 əli ilə yanında oturan zərərçəkmiş şəxsin baş nahiyəsindən vurub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə üzərində olan narkotik vasitələri, qiymətli əşyaları və pulları verməsini tələb etmiş, tanımadığı şəxslər tərəfindən qəfləti hücuma məruz qalmış Zərərçəkmiş şəxs bu tələbdən qorxaraq üzərində olan bir ədəd 140 manat dəyərində «Samsung» markalı «SM- A105F/DS» (A10) modelli mobil telefonu və içərisində 72 manat olan pul kisəsini Təqsirləndirilən şəxs1 təqdim etdikdə sonuncu həmin telefonu və pul kisəsini ona verməsinə baxmayaraq o, bununla kifayətlənməyərək avtomobili idarə edəedə sağ əlində tutduğu istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya hesab olunan bıçağın dəstəyi ilə Zərərçəkmiş şəxs ayaq və sinə nahiyələrindən vuraraq hücuma məruz qalmış sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı quldurluq etmiş, həmçinin Zərərçəkmiş şəx s təkrarən davamlı olaraq narkotik vasitə və ya narkotik vasitəni əldə etmək üçün əlavə pul tələb etmiş, verməyəcəyi təqdirdə isə zor tətbiq edəcəyini bildirib hədələyərək onu saat 08 radələrində ünvan 4 ünvanında yerləşən «Türk MED medical center» klinikasının qarşısına gətirmiş, həmin yerdə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 avtomobildən düşüb sağ əlində tutduğu istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya hesab olunan bıçağı avtomobilin arxa oturacağında oturmuş Zərərçəkmiş şəxs nümayiş etdirməklə onlara narkotik vasitə və ya narkotik vasitəni əldə etmək üçün pul verməyəcəyi təqdirdə dilini kəsib xəsarət yetirəcəyini bildirərək sonuncuya həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmək hədəsi ilə hədələyib narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb et miş, sonuncu onlara narkotik vasitələri vermək imkanına malik olmadığını bildirdikdə yenə də cinayətkar hərəkətlərini davam etdirərək Abşeron rayonu Hökməli qəsəbəsi istiqamətində avtomobili idarə edib Bakı-Şamaxı yolunun Hökməli dairəsi adlanan yerə gələnədək, yolboyu avtomobilin salonunda Zərərçəkmiş şəxs narkotik vasitə əldə etmək üçün pul verməsini, əks təqdirdə onun şəxsiyyəti üzərində zor tətbiq edəcəyini bildirib təkrarən hədələmiş, həmin yerə çatdıqda Zərərçəkmiş şəxs onlara pul verə bilməyəcəyi qənaətinə gələrək avtomobili üzü Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi istiqamətində, oradan isə 20 Yanvar metro stansiyasına doğru hərəkət etdirib Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 5 ünvanının qarşısına gəlmiş, həmin yerdə Zərərçəkmiş şəxs narkotik vasitələr əldə etmək üçün onlara pul verəcəyi təqdirdə quldurluq yolu ilə ələ keçirdikləri «Samsung» markalı «SM-A105F/DS» (A10) modelli mobil telefonu özünə qaytaracaqlarını bildirib sonuncunu avtomobildən düşürüb oradan uzaqlaşıb getməklə Zərərçəkmiş şəxs qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmiş, tamah məqsədi ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu, habelə təkrarən zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə- qorxu ilə və həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və belə z or tətbiq etmək hədəsi ilə narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmiş, tamah məqsədi ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu, habelə təkrarən zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndiri lən şəxs1 20 iyul 2021-ci il tarixdə saat 07 radələrində tamah niyyəti ilə, adam oğurluğu, özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək, həmçinin narkotik vasitələri talama və hədə-qorxu ilə pul tələb etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq etibarnamə əsasında Məhkum idarə etdiyi BAİC markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanın yaxınlığına gəlmiş, həmin vaxt təsadüfən işə getmək məqsədilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs görüb onun qarşısını Məhkum idarə etdiyi avtomobillə kəsdikdən sonra avtomobildən düşmüş, qabaqcadan aralarında olan cinayətkar niyyətə uyğun olaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs2la birlikdə həmin yerdə Zərərçəkmiş şəxs yaxınlaşıb onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə əmlakını ələ keçirmək məqsədi ilə basqın edərək onun yaxasından tutub iradəsi əleyhinə zorla avtomobilin arxa oturacağına əyləşdirməklə Məhkum avtomobili hərəkətə gətirib Abşeron rayonu Masazır qəsəbəsi istiqamətində idarə etməklə həmin yerdən uzaqlaşaraq Zərərçəkmiş şəxs tamah məqsədi ilə oğurlamış, bununla yanaşı, aralarında olan razılığa əsasən cinayətkar əməllərini davam etdirərək hərəkətdə olan avtomobilin arxa oturacağında onun yanında oturan zərərçəkmiş şəxsin əli ilə baş nahiyəsindən vurub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə üzərində olan narkotik vasitələri, qiymətli əşyaları və pulları verməsini tələb etmiş, tanımadığı şəxslər tərəfindən qəflət i hücuma məruz qalmış Zərərçəkmiş şəxs bu tələbdən qorxaraq üzərində olan bir ədəd 140 manat dəyərində «Samsung» markalı «SM-A105F/DS» (A10) modelli mobil telefonu və içərisində 72 manat olan pul kisəsini ona təqdim etdikdə həmin telefonu və pul kisəsini qrupun digər üzvü Məhkum verməsinə baxmayaraq Məhkum bununla kifayətlənməyərək avtomobili idarə edə-edə sağ əlində tutduğu istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya hesab olunan bıçağın dəstəyi ilə Zərərçəkmiş şəxs ayaq və sinə nahiyələrindən vuraraq hücuma məruz qalmış sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı quldurluq etmiş, həmçinin Zərərçəkmiş şəxs təkrarən davamlı olaraq narkotik vasitə və ya narkotik vasitəni əldə etmək üçün əlavə pul tələb etmiş, verməyəcəyi təqdirdə isə zor tətbiq edəcəyini bildirib hədələyərək onu saat 08 radələrində ünvan 4 ünvanında yerləşən «Türk MED medical center» klinikasının qarşısına gətirmiş, həmin yerdə qurupun digər üzvü Təqsirləndirilən şəxs2 avtomobildən düşüb sağ əlində tutduğu istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya hesab olunan bıçağı avtomobilin arxa oturacağında oturmuş Zərərçəkmiş şəxs nümayiş etdirməklə onlara narkotik vasitə və ya narkotik vasitəni əldə etmək üçün pul verməyəcəyi təqdirdə dilini kəsib xəsarət yetirəcəyini bildirərək sonuncuya həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmək hədəsi ilə hədələyib narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmiş, sonuncu onlara narkotik vasitələri vermək imkanına malik olmadığını bildirdikdə yenə də cinayətkar hərəkətlərini davam etdirərək Abşeron rayon u Hökməli qəsəbəsi istiqamətində avtomobili idarə edib Bakı-Şamaxı yolunun Hökməli dairəsi adlanan yerə gələnədək, yolboyu avtomobilin salonunda Zərərçəkmiş şəxs narkotik vasitə əldə etmək üçün pul verməsini, əks təqdirdə onun şəxsiyyəti üzərində zor tətbiq edəcəyini bildirib təkrarən hədələmiş, həmin yerə çatdıqda Zərərçəkmiş şəxs onlara pul verə bilməyəcəyi qənaətinə gələrək avtomobili üzü Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi istiqamətində, oradan isə 20 Yanvar metro stansiyasına doğru hərəkət etdirib Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 5 ünvanının qarşısına gəlmiş, həmin yerdə Zərərçəkmiş şəxs narkotik vasitələr əldə etmək üçün onlara pul verəcəyi təqdirdə quldurluq yolu ilə ələ keçirdikləri «Samsung» markalı «SM-A105F/DS» (A10) modelli mobil telefonu özünə q aytaracaqlarını bildirib sonuncunu avtomobildən düşürüb oradan uzaqlaşıb getməklə Zərərçəkmiş şəxs qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmiş, tamah məqsədi ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu, habelə təkrarən zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə və həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halın da silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmiş, tamah məqsədi ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu, habelə təkrarən zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 20 iyul 2021-ci il tarixdə saat 07 radələrində tamah niyyəti ilə, adam oğurluğu, özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək, həmçinin n arkotik vasitələri talama və hədə-qorxu ilə pul tələb etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq etibarnamə əsasında Məhkum idarə etdiyi BAİC markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanın yaxınlığına gəlmiş, həmin vaxt təsadüfən işə getmək məqsədilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs görüb onun qarşısını Məhkum idarə etdiyi avtomobillə kəsdikdən sonra avtomobildən düşmüş, qabaqcadan aralarında olan cinayətkar niyyətə uyğun olaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs1la birlikdə həmin yerdə Zərərçəkmiş şəxs yaxınlaşıb onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə əmlakını ələ keçirmək məqsədi ilə ba sqın edərək onun yaxasından tutub iradəsi əleyhinə zorla avtomobilin arxa oturacağına əyləşdirməklə avtomobili hərəkətə gətirib Abşeron rayonu Masazır qəsəbəsi istiqamətində idarə etməklə həmin yerdən uzaqlaşaraq Zərərçəkmiş şəxs tamah məqsədi ilə oğurlamış, bununla yanaşı, aralarında olan razılığa əsasən cinayətkar əməllərini davam etdirərək hərəkətdə olan avtomobilin arxa oturacağında əyləşmiş Təqsirləndirilən şəxs1 əli ilə yanında oturan zərərçəkmiş şəxsin baş nahiyəsindən vurub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə üzərində olan narkotik vasitələri, qiymətli əşyaları və pulları verməsini tələb etmiş, tanımadığı şəxslər tərəfindən qəfləti hücuma məruz qalmış Zərərçəkmiş şəxs bu tələbdən qorxaraq üzərində olan bir ədəd 140 manat dəyərində «Samsung» markalı «SMA105F /DS» (A10) modelli mobil telefonu və içərisində 72 manat olan pul kisəsini Təqsirləndirilən şəxs1 təqdim etdikdə sonuncu həmin telefonu və pul kisəsini qrupun digər üzvü Məhkum verməsinə baxmayaraq Məhkum bununla kifayətlənməyərək avtomobili idarə edə-edə sağ əlində tutduğu istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya hesab olunan bıçağın dəstəyi ilə Zərərçəkmiş şəxs ayaq və sinə nahiyələrindən vuraraq hücuma məruz qalmış sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı quldurluq etmiş, həmçinin Zərərçəkmiş şəxs təkrarən davamlı olaraq narkotik vasitə və ya narkotik vasitəni əldə etmək üçün əlavə pul tələb etmiş, verməyəcəyi təqdirdə isə zor tətbiq edəcəyini bildirib hədələyərək onu saat 08 radələrində ünvan 4 ünvanında yerləşən «Türk MED medical center» klin ikasının qarşısına gətirmiş, həmin yerdə o, avtomobildən düşüb sağ əlində tutduğu istintaqa məlum olmayan silah qismində istifadə edilən əşya hesab olunan bıçağı avtomobilin arxa oturacağında oturmuş Zərərçəkmiş şəxs nümayiş etdirməklə onlara narkotik vasitə və ya narkotik vasitəni əldə etmək üçün pul verməyəcəyi təqdirdə dilini kəsib xəsarət yetirəcəyini bildirərək sonuncuya həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmək hədəsi ilə hədələyib narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmiş, sonuncu onlara narkotik vasitələri vermək imkanına malik olmadığını bildirdikdə yenə də cinayətkar hərəkətlərini davam etdirərək Abşeron rayonu Hökməli qəsəbəsi istiqamətində avtomobili idarə edib Bakı-Şamaxı yolunun Hökməli dairəsi adlanan yerə gələnədək, yolboyu avtomobilin salonunda Zərərçəkmiş şəxs narkotik vasitə əldə etmək üçün pul verməsini, əks təqdirdə onun şəxsiyyəti üzərində zor tətbiq edəcəyini bildirib təkrarən hədələmiş, həmin yerə çatdıqda Zərərçəkmiş şəxs onlara pul verə bilməyəcəyi qənaətinə gələrək avtomobili üzü Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi istiqamətində, oradan isə 20 Yanvar metro stansiyasına doğru hərəkət etdirib Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 5 ünvanının qarşısına gəlmiş, həmin yerdə Zərərçəkmiş şəxs narkotik vasitələr əldə etmək üçün onlara pul verəcəyi təqdirdə quldurluq yolu ilə ələ keçirdikləri «Samsung» markalı «SM-A105F/DS» (A10) modelli mobil telefonu özünə qaytaracaqlarını bildirib sonuncunu avtomobildən düşürüb oradan uzaqlaşıb getməklə Zərərçəkmiş şəxs qarşı qabaqcadan əlbir olan bir qrup şəxs hal ında silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmiş, tamah məqsədi ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu, habelə təkrarən zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə və həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Quliyev Ələkbər Hüsü oğlu və məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum tərəfindən ayrı-ayrılıq da verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 8 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2023-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçi A.M.Məmmədov, məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum ayrı-ayrılıqda kassasiya şikayətləri, müdafiəçi A.M.Məmmədov isə kassasiya şikayətinə əlavə verərək aşağıdakıları xahiş etmişlər: - müdafiəçi A.M.Məmmədov - həmin qərarın ləğv edilməsini və Təqsirlə ndirilən şəxs2 barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini, - məhkum Təqsirləndirilən şəxs1 – həmin qərarın ləğv edilərək barəsində olan cinayət işinin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını və ya cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini; - Məhkum – barəsində ədalətli qərarın qəbul edilməsini. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətində CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasnda araşdırılmış bir çox sübutlara iş üzrə qəbul edilmiş yekun məhkəm aktları ilə müəyyən olunan işin faktiki hallarına istinad edərək həmin faktiki halları mübahisələndirən müdafiəçi A.M.Məmmədov kassasiya şikayətini və həmin şikayətə etdiyi əlavəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 125, 144-146 və 223.1-ci maddələrinin tələbləri kobud surətdə pozularaq sübutlar hərtərəfli, tam və obyektiv yoxlanılmamış və həm ayrı-ayrılıqda, həm də məcmu üzrə müqayisəli qaydada təhlil olunub qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi isə ehtimallara əsaslanmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ardıcıl olaraq elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib eyni məzmunda ifadələr vermiş və hər hansı cinayət əməlini törətmədiyini bildirmiş və eyni zamanda göstərmişdir ki, ondan ibtidai istintaq zamanı alınmış ifadələr həqiqətə uyğun olmamış və o, müstəntiiq tərəfindən ona təqdim olunmuş sənədləri, o cümlədən dindirmə protokollarını oxumadan imzalamışdır. Kassasiya müraciətlərinin müəllifi həmçinin qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs2 və maşında olmuş digər şəxslər zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs qarşı heç bir zorakı hərəkətlər etməmişlər, sadəcə Məhkum ona ödəniləsi olan pulu sonuncudan tələb etmişdir. Lakin işə baxan məhkəmələr Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yox, ibtidai araşdırma zamanı onun adından yazılmış ifadələri əsas götürmüş, bu ifadələrə əsasən onun barəsində əsassız ittiham hökmü çıxarılmış, apellyasiya instansiyası məhkəməsi də həmin hökmün qüvvədə saxlanılması barədə qanuns uz yekun məhkəmə aktı qəbul etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda hökm əsaslı hesab edilir. Lakin, həm Bakı Ağır Cinayətlər Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsinin Ciayət Kollegiyası tərəfindən belə tələb təsbit edilmiş CPM-in 349.5.1-ci maddəsinin şərtləri nəzərə alınmamış, nəticədə də Təqsirləndirilən şəxs2 onun təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi A.M.Məmmədov kassasiya müraciətlərinin sonunda onun həmin müraciətlərinin təmin edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs1 apellyasiya instansiyası məhkəməsinin yekun qərarından verdiyi kassasiya şikayətində barəsində qəbul edilmiş həmin qərara və və bu qərarla dəyişdirilmədən saxlanılmış hökmə istinad edərək və işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirərək öz şikayətini belə əsaslandırmışdır ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan, basqın etməklə quldurluq etməmiş, tamah məqsədilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu, habelə zərər çəkmiş şəxsə qarşı zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə və belə zor tətbiq etməklə narkotik vasitələri təkrarən hədə-qorxu ilə tələb etmə cinayətlərini törətməmişdir. Belə ki, ona ittiham olunan əməlləri törətməsi ilə bağlı ibtidai istintaq orqan ının gəldiyi nəticə formal xarakter daşımış, məhkəmələr isə kifayət qədər lazımi araşdırma aparmadan ittiham aktında göstərilənləri təkralayaraq onun barəsində yekun məhkəmə aktları qəbul etmiş, nəticədə o, törətmədiyi əməllərə görə təqsirli bilinərək məhkum olunmuşdur. Həmçinin məhkəmə iclaslarında yaranmış ziddiyyətlər aradan qaldırılmamış, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona qarşı heç bir zor tətbiq edilməməsi və ya təzyiq göstərilməməsi ilə bağlı verdiyi ifadələri isə məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs1 onun da kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində yalnız barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum, lakin həmin müraciətində heç bir dəlil irəli sürmədən məhk əmə qərarlarından razı olmadığı üçün iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya müraciətlərinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə, habelə müdafiəçi A.M.Məmmədovun öz şikayətinə etdiyi əlavəyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya müraciətlərinin məzmunlarından göründüyü kimi, həmin müraciətlərin əsas dəlilləri ondan ibarətdir ki, məhkumların hər birisinə elan olunmuş ittiham üzrə cinayət əməllərini törətmələri sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və onlar təqsirlilikləri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişlər. Bununla da, kassasiya müraciətlərinin müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəfindənqəbul edilmiş qərarın ləğv edi lməli olması haqqında tələblərini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi A.M.Məmmədovun, məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum müraciətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum, hər birisinin barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarınının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötə bərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətin in ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları ar aşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut ə həmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-c i maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konst itusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə cinayətkar qəsdlər nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cina yət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərə finə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsu n. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və c əzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq et məyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda t əqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbayca n Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası i sə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum ed ilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyi bsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qe yd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalıdır. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsind ə aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə CPM-in 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdrlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irləi sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat m ateriallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçir ilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanu nvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmu ş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət ve rilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsi zliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təq sirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəy yənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən m əhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə m əhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş ols un. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbəd ə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi kassasiya müraciətlərində göstərilən dəlillərin əksinə olaraq təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum qabaqcadan əlbir olmuş bir qrup şəxs halında hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətmələri barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların bir qismini özü tədqiq edərək həmin sübutların onların ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamlar üzrə təqsirli olmalarına dəlalət etməsi ni və belə qənaətə gəlmək üçün bu sübutların kifayət etməsini hesab edərək həmin nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya müraciətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 təqsirliliklərinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhkumların ibtidai araşdırma zamanı hər birisinin ayrıayrılıqda verdikləri qismən etirafedici ifadələr i ilə yanaşı hazırki iş üzrə zərər çəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs, habelə şahidlərin ifadələri ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı cinayət təqibini aparan orqan tərəfindən, kassasiya müraciətlərində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 20 iyul 2021-ci il tarixdə saat 7 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin – Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə sonuncuya qarşı quldurluq etmiş, həmçinin tamah məqsədi ilə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə sonuncunu oğurlayaraq təkrarən zərərçəkmiş şəxsə zor tətbiq etməklə və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə onun əmlakını hədə-qorxu ilə tələb etmiş, bundan başqa Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə ondan narkotik vasitələr verməsini tələb etmişlər. Məhkəmələrin bu haqda iş üzrə gəldikləri nəticənin arxasında duran, eyni zamanda ümumilikdə birinci və apellyasiya instansiyası məhkəmələrinin m əhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış və həmin sübutların hamısı ətraflı olaraq həm hökmdə, həm də kassasiya qaydasında mübahisələndirilən 8 avqust 2023-cü il tarixli qərarında təsvir edilmişdir. Buna görə məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda da təkrarən təsvirinə ehtiyac görməyərək kassasiya müraciətlərində göstərilən dəlilləri Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən kənarda qalmalarına yönəlmiş dəlillər kimi qiymətləndirir və həmin müraciətlərdə irəli sürülmüş tələblərin, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməklə cinayət işinin icraatına xitam verilməsini, yaxud da işin yeni apellyasiya baxışına təyin edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası bu qənaəti ilə bağlı onu da qe yd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1, hər birisinin onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinmələri barədə nəticəyə gələn məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş, zərərçəkmiş şəxsin isə hər hansı təsir və təyziq altında yalan ifadələr verməsi, onun məhkum edilmiş şəxslərə qarşı qərəzli olması iş materialları ilə müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək həmçinin belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların məhkumlar Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 tərəfindən onlara qarşı irəli sürülmüş ittihamlar üzrə cinayətlərin törədilməsinə dair onların təqsirliliklərinin müəyyən edilməsi ilə yanaşı məhkum olunmuş şəxslərin əməllərinə münasibətdə maddi hüquq normalarının tətbiqində səhvə yol verməmiş və onların hər birsinin törətdikləri əməllər CM-nin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da vurğulayır ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Kon stitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini şərtləndirən və CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, təsvir olunanlardan görünür ki, müdafiəçi A.M.Məmmədovun və məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum kassasiya müraciətlərində irəli sürdükləri dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumların təqsirliliklərinin sübuta yetirilməməsi kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Təsvir edilənlərdən başqa, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə əsasən məhkumların hər birisinin barəsində cəza tədbirinin seçilməsi ilə bağlı maddi hüquq normalarının tətbiqini də yoxlamış və həm bu yoxlamanın nəticəsi olaraq, həm də kassasiya şikayətlərinə və müdafiəçi A.M.Məmmədovun öz şikayətinə etdiyi əlavəyə məhkəmə iclasında baxılarkən məhkumlar Tə qsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın yüngülləşdirilməsi ilə bağlı onların özlərinin və müdafiəçilərinin müraciətlərinə münasibət bildirərək vurğulayır ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlük əli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM -in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli t ədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin mü ddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngü lləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda istinad olunan CPM-in 349.5-ci maddəsinin tələblərinə və mənasına görə, hökmün məh kəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür, CPM-in 143-146-cı maddələrinin tələblərinə isə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə d air” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət t örədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxs iyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azə rbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cina yət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Apellyasiya instansiyası məhkəməsinin də dəyişdirmədən qüvvədə saxladığı Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmündən görünür ki, həmin məhkəmə məhkumlar barəsində təqsirli bilindikləri CM-in 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələri ilə cəza tədbirinin seçilm əsi məsələsini həll edərkən, məhkum olunmuş şəxslər tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, Məhkum cəzasını yüngülləşdirən halların olmamasını, ağırlaşdıran hal kimi onun əməlində cinayətin residivinin müəyyən edilməsini (CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal), Təqsirləndirilən şəxs2 münasibətdə isə zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ona dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq onlara təqsirli bilindikləri maddələrin sanksiyası həddində qəti cəzalar təyin etmişdir. Məhkəmə kollegiyası yuxarıda təsvir edilmiş qanun vericilik normalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1, hər birisinə birinci instansiya məhkəməsi tərəfindən onların təqsirli bilindikləri CM-nin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələri ilə ayrı-ayrılıqda təyin edilmiş cəzaları qanuni, ədalətli və əsaslı hesab etsə də, onlara CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş qəti cəzaların hədləri ilə razılaşmır və həmin qəti cəzaları kifayət qədər sərt, həddindən artıq ağır cəzalar hesab edir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası ona əsaslanır ki, məhkumların hər birisi cavan olmaqla Təqsirl əndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, Məhkum Qubadlı rayonundan, Təqsirləndirilən şəxs2 isə Zəngilan rayonundan ailələri ilə birlikdə məcburi, yəni erməni qəsbkarlarının həmin rayonları zəbt etmələri nəticəsində köçürülmüş (bu halları məhkəmə kollegiyası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsaslanaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir), zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 16 may 2025-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək məhkum Təqsirləndirilən şəxs1la barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir (CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal). Məhkəmə kollegiyası təsvir edilən, habelə birinci instansiyası məhkəməsinin də müəyyən etdiyi hallarda n çıxış edərək həmin halların məcmu şəklində nəzərə alınmasını və hər bir məhkuma cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaların yüngülləşdirilməsini, bu əsasla da onların barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2023-cü il tarixli qərarında gəldiyi nəticələrə uyğun olan dəyişikliyin edilməsini məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və kassasiya müraciətlərinin təmin edilməsi barədə məhkumlar Təqsirləndirilən şəxs2, Məhkum, Təqsirləndirilən şəxs1, müdafiəçilər T.H.Şimiyevin, Z.M.Əmiraslanovanın, L.E.Namazovanın və M.R.Osmanovun, həmin müraciətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya müraciətləri qismən təmin edilməli və Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri CM-in 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələri ilə CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzaların müddətləri endirilməli, bu əsasla da Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2023-cü il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətləri aşağıdakı qaydada endirilsin: - Təqsirləndirilən şəxs2 təyin edilmiş azadıqdan məhrum etmə cəzasının müddəti – 12 (on iki) ildən 10 (on) ilədək; - Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti - 14 (on dörd) ildən 12 (on iki) ilədək; - Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti - 15 (on beş) ildən 13 (on üç) ilədək müddətə. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-779/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-779/2025
03.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver