Məhkəmə qərarları › İş №1(102)-81/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-81/2025

06.03.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-81/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5 iştirakı ilə, Mingəçevir şəhgər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli hökmü ilə təqsirli bilinən Məhkum1 və Məhkum2 barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 Qəmbər oğlu tərəfindən verilmi ş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən Güləndam Quliyeva) 16 fevral 2024cü il tarixli, 1(051)-34/2024 saylı hökmü ilə, xx xxx 1995-ci ildə Tərtər rayonu, Qaradağlı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Zar kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, JB-1 yardımçı tikilisində məskunlaşıb yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Məhkum1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanması, hökmün icrası Məhkum1 yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılması; Mingəçevir Şəhər Məhkəməsinin (hakim Güləndam Quliyeva) 16 fevral 2024-cü il tarixli, 1(051)-35/2024 nömrəli qərarı ilə, xx xxxxxx 1990-cı ildə Tərtər rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Ağsu rayonu Qafur Eminalıyev adına Padarqışlaq kənd orta məktəbində tarix müəllimi işləyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Zar kəndində qey diyyatda olmaqla, Mingəçevir şəhəri, “Ət Kombinatı”nın yardımçı tikilisində məskunlaşıb yaşayanbarəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Məhkum2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, təqsirləndirilən şəxs Məhkum2 zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə AR CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, təqsirləndirilən şəxs Məhkum2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-250/2024 saylı, 29 may 2024-cü il tarixli qərarı ilə (hakimlər X7 (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə) Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(051)35/2024 nömrəli hökmü və Məhkum2 zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(051)- 35/2024 nömrəli qərarı baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-250/2024 saylı, 29 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, bibisi oğlu Məhkum2 arvadı X2 qohumları Zərərçəkmiş şəxs ilə yaxın münasibətdə olduğunu 2023-cü ilin iyul ayında müəyyən etdikdən, bununla bağlı Məhkum2 Zərərçəkmiş şəxsla münasibətlərinə aydınlıq gətirmək üçün sonuncu ilə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən “Ət Kombinatının” köməkçi binasının qarşısında küçədə görüşəcəklərini bildikdən sonra o, bibisi oğlu Məhkum2, atası Şahid4, qardaşı Şahid5, habelə digər bibisi oğlu Şahid6 ilə birlikdə Zərərçəkmiş şəxs Məhkum2 gözlədiyi, şəhərin Təbriz küçəsində yerləşən “Ət Kombinatının” köməkçi binasının qarşısına getmiş, orada Zərərçəkmiş şəxs olduğunu gördükdən sonra Məhkum2, Şahid5, Şahid4 və Şahid6la Zərərçəkmiş şəxs üzərinə hücum çəkib, ünvanına nalayiq ifadələr və söyüşlər iş lətdikdə, Zərərçəkmiş şəxs üzərinə gələn kütlədən özünü müdafiə etmək məqsədi ilə hadisə yerində olan, istintaqa bəlli olmayan ağac parçasını götürüb, həmin ağac parçası ilə Məhkum2 bədən nahiyəsinə vurduqdan sonra, o, həmin tarixdə saat 19 radələrində bibisi oğlu Məhkum2 və qardaşı Şahid5 ilə bir qrup şəxs halında nalayiq ifadələrdən istifadə edərək, ictimai yer hesab edilən şəhərin Təbriz küçəsi, “Ət Kombinatının” köməkçi binasının qarşısındakı küçədə özünü onların səs-küyünə toplaşan və onları ayırmağa çalışan Zərərçəkmiş şəxs qayınanası Şahid2, arvadı Şahid3, qayınatası Şahid1 və şəxsiyyətləri istintaqa məlum olmayan xeyli sayda insanın fövqündə qoymaqla, onlara laqeydlik və biganəlik nümayiş etdirib, onların dincliyinin pozulmasına və qorxu altına düşməsinə səbəb olan hərəkətlərə yol verib, ümumi qəbul edilmiş birgəyaşayış qaydalarını “tapdalayaraq”, həmçinin etik normalardan kənara çıxan hərəkətlər törətməklə, ictimai qaydanı kobud surətdə pozub və cəmiyyətə qarşı acıqca hörmətsizlik ifadə edərək, bibisi oğlu Məhkum2 təşəbbüsü ilə başladığı və bir neçə dəqiqə ərzində davam edən mübahisə zamanı Məhkum2 və Şahid5 ilə birlikdə Zərərçəkmiş şəxs yerə yıxıb, müqavimətini qırmaqla, Məhkum2 təpiklə, o isə yumruq zərbələri ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən, Şahid5 isə təpiklə ayaq nahiyəsindən vuraraq, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan təpə-ənsə nayihəsində hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya, habelə sol yanağında qançır və yara, alt çənədə solda qançır sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirməklə, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə qərəzli xuliqanlıq etmişdir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum2 2023-cü ilin iyul ayında arvadı X8 ilə yaxın münasibətdə olmasını müəyyən etdiyi və buna görə də aralarında ədavəti yarandığı qonşusu Zərərçəkm iş şəxs xx.xx.2023-cü il tarixdə onun evinin yaxınlığından avtomobillə keçdiyini görüb, sonuncunun bu hərəkətini ona acıq və qıcıq verən hərəkət kimi bəhanə gətirərək, həmin tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs zəng edib, onunla görüşmək və münasibətlərinə aydınlıq gətirmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən “Ət Kombinatının" köməkçi binasının qarşısında küçədə onu gözlədiyini bildirdikdən sonra o, dayısı Şahid4, dayısı oğlanları Məhkum1 və Şahid5, habelə xalası oğlu Şahid6 ilə birlikdə Zərərçəkmiş şəxs onu gözlədiyi, şəhərin Təbriz küçəsində yerləşən “Ət Kombinatının” köməkçi binasının qarşısına getmiş, orada Zərərçəkmiş şəxs olduğunu gördükdən sonra qohumları ilə birlikdə Zərərçəkmiş şəxs üzərinə hücum çəkib, ünvanına nala yiq ifadələr və söyüşlər işlətdikdə, Zərərçəkmiş şəxs üzərinə gələn kütlədən özünü müdafiə etmək məqsədi ilə hadisə yerində olan, istintaqa bəlli olmayan ağac parçasını götürüb, həmin ağac parçası ilə onun bədən nahiyəsinə vurduqdan sonra, o, həmin tarixdə saat 19 radələrində dayısı oğlanları Məhkum1, Şahid5 ilə bir qrup şəxs halında nalayiq ifadələrdən istifadə edərək, ictimai yer hesab edilən şəhərin Təbriz küçəsi, “Ət Kombinatının” köməkçi binasının qarşısındakı küçədə özünü onların səs-küyünə toplaşan və onları ayırmağa çalışan Zərərçəkmiş şəxs qayınanası Şahid2, arvadı Şahid3, qayınatası Şahid1 və şəxsiyyətləri istintaqa məlum olmayan xeyli sayda insanın fövqündə qoymaqla, onlara laqeydlik və biganəlik nümayiş etdirib, onların dincliyinin pozulmasına və qorxu altına düşməsinə səbəb ol an hərəkətlərə yol verib, ümumi qəbul edilmiş birgəyaşayış qaydalarını “tapdalayaraq", həmçinin etik normalardan kənara çıxan hərəkətlər törətməklə, ictimai qaydanı kobud surətdə pozub və cəmiyyətə acıqca hörmətsizlik ifadə edərək, öz təşəbbüsü ilə başladığı və bir neçə dəqiqə ərzində davam edən mübahisə zamanı Məhkum1 və Şahid5 ilə birlikdə Zərərçəkmiş şəxs yerə yıxıb, müqavimətini qırmaqla, o, təpiklə, Məhkum1 isə yumruq zərbələri ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən, Şahid5 isə təpiklə ayaq nahiyəsindən vuraraq, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan, təpəənsə nayihəsində hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya, habelə sol yanağında qançır və yara, alt çənədə solda qançır sağlamlığa zərər vurmadıqları üçün d ərəcələri təyin olunmayan xəsarətlər yetirməklə, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə qərəzli xuliqanlıq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, məhkəmə hesab etmişdir ki, hadisənin yalnız iki ailənin yaşadığı binanın həyətində baş verməsi, həmin ailələrdən başqa həmin binada və ailədə heç kim yaşamaması, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olmaması, həmin hadisəni birbaşa görən bir nəfər şəxsin belə müəyyən edilməməsi Məhkum1 və Məhkum2 əməllərində xuliqanlıq cinayətinin tərkib əlamətlərindən biri olan obyektiv cəhətinin mövcud olmamasına dəlalət edir. Həm ittiham tərəf indən, həm müdafiə tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilir ki, hadisə zərərçəkmiş şəxsin əxlaq normaları ilə müəyyən olunmuş davranış qaydalarına zidd hərəkətləri nəticəsində, onun təşəbbüsü ilə baş vermişdir. Digər tərəfdən eyni zamanda həm ittiham tərəfinin, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutlarla müəyyən olunur ki, hadisə ictimai yerdə baş verməmişdir. Belə olan halda təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Əgər təqsirləndirilən şəxslərin niyyəti müstəntiqin irəli sürdüyü ittihamda göstərdiyi kimi ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaq olsa idi, onlar zərərçəkmiş şəxsi digər şəxslərin görmədiyi şə raitdə deyil, ailələrindən kənarda məhz digər şəxslərin görməsinin mümkün olduğu şəraitdə vurar və ya səs-küy salaraq (halbuki, məhkəmə iclasında həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş hadisə vaxtı səslərini ümumiyyətlə qaldırmadıqlarını, normal səs tonuyla danışdıqlarını, onların səsinin kənardan hər hansı bir şəxs tərəfindən eşidilməsinin mümkün olmadığını bildirmişlər) hadisə yerinə digər şəxslərin də gəlməsinə nail olardı ki, bu hal isə nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, əksinə cinayət prosesi iştirakçılarının hər birininin ifadəsindəki xüsusatlarla təkzib olunmuşdur. Lakin məhkəmənin nəticəyə gəlməsi üçün sadaladığı hallar və gəldiyi nəticənin əksinə olaraq iş materiallarından görünür ki, ibtidai və məhkəmə istintaqı zamanı təqsirlənd irilən şəxslər və zərər çəkmiş şəxsin ifadələri, şahid ifadələri, hadisənin videogörüntülərini özündə əks etdirən diskə baxış keçirilərkən və iş üzrə toplanmış digər sübutlarla müəyyən olunur ki, Məhkum1 və Məhkum2 xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ictimai yer hesab edilən Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən “Ət Kombinatının" köməkçi binasının həyətində onlarla birlikdə gəlmiş Şahid5, Şahid4 və Şahid6la birlikdə Zərərçəkmiş şəxs üzərinə hücum çəkib, ünvanına nalayiq ifadələr və söyüşlər işlədib onların səs-küyünə toplaşan və ayırmağa çalışan Zərərçəkmiş şəxs qayınanası Şahid2, arvadı Şahid3, qayınatası Şahid1 və şəxsiyyətləri istintaqa məlum olmayan digər insanların fövqündə qoymaqla, onlara laqeydlik və biganəlik nümayiş etdirib, onların dincliyinin pozulmasına və qorxu altına düşməsinə səbəb olan hərəkətlərə yol verib, bununla da ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə qarşı acıqca hörmətsizlik edərək, Zərərçəkmiş şəxs yerə yıxıb, təpik və yumruq zərbələri ilə sonuncuya yüngül və dərəcələri təyin olunmayan xəsarətlər yetirməklə, bir qrup şəxs halında qərəzli xuliqanlıq etmişlər. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Qanun normasının dizpozisiyadan görünür ki, əməl yalnız aktiv hərəkətlə törədilə bilər. Əməlin xuliqanlıq olması üçün həmin hərəkət ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən olmalıdır, imperativ tərkib əlamətləri isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsindən ibarət cinayət hüquqi nəticədir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qayd anı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Həmin Qərarda həmçinin, qeyd olunmuşdur ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmiş şəxsə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun B.Yusifovun şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, «xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir». Həmin qərarda göstərilir ki, hər hansı cinayət əməlinin tö rədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Yuxarıda da qeyd olunduğu kimi hazırki iş üzrə hadisə Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən “Ət Kombinatının” köməkçi binasının qarşısında baş vermiş, hadisə kiminsə həyətində, evində, yəni «məhdud» bir yerdə deyil, məhz gediş-gəlişli, ictimai yer sayılan küçədə gündüz vaxtı törədilmişdir. İbtidai istintaqda toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, hadisə vaxtı təqsirləndirilən şəxslər və zərər çəkmiş şəxsdən başqa hadisə yerində ən azı zərər çəkmiş şəxsin qaynatası, qaynanası və arvadı, eyni zamanda hadisəni binanın yuxarı mərtəbəsindəki pəncərəsindən çəkən kənar şəxs vardır və hadisə onların gözləri qarşısında baş verməklə qorxu altına düşmələrinə, dincliklərinin pozulmasına, narahatlıq keçirmələrinə səbəb olmuş, təqsirləndirilən şəxslər isə buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib xuliqanlıq etmişlər. İş materiallarında olan diskdəki videoçəkilişə baxış zamanı daha aydın şəkildə görmək olur ki, hadisə ictimai yer hesab olunan küçədə baş verir, hadisə vaxtı bərk səsküy olmaqla qışqırıq səsləri eşidilir. Ona görə də məhkəmənin hökm və qərarında hadisənin ictimai yerdə baş verməməsi, ictimai qaydanın kobud şəkildə pozulmaması nəticəsinə gəlməsi işin hallarına tamamilə zidd olmaqla məhkəmə istintaqında tədqiq olunan sübutlarla təkzib olunur. Hətta məhkəmə hökm və qərarında öz gəldiyi nəticələri əsaslandırarkən “həm ittiham tərəfindən, həm müdafiə tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilir ki” ifadəsindən bir neçə d əfə istifadə etmiş, halbuki, məhkəmə istintaqında yalnız ittiham tərəfindən təqdim edilmiş sübutlar tədqiq olunmaqla müdafiə tərəfindən bu sübutları təkzib edən hər hansı əlavə sübut təqdim olunmamışdır. Qeyd olunanlar məhkəmənin sübutları tam, hərtərəfli və obyektiv araşdırmadığını və yekun qərarların formal tərtib edilməklə işin hallarına uyğun olmadığını göstərir. Qeyd olunanlardan əlavə məhkəmə hökm və qərarda hadisənin zərərçəkmiş şəxsin əxlaq normaları ilə müəyyən olunmuş davranış qaydalarına zidd hərəkətləri nəticəsində, onun təşəbbüsü ilə baş verdiyini qeyd etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kassasiya protestinin təmin edilməsini və qərarın ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə yeni baxışa qaytarılmasını xahiş etmişdir. Hüquq i məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyas ı məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya ins tansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı protestdə Məhkum1 və Məhkum2 törətdiyi cinayət əməllərinin düzgün tövsif edilmədiyini mübahisələndirir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdı rmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticəl ərini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3- cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gə lməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum1 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsi və Məhkum2 cinayət təqibinə AR CM-in 73.2-ci maddəsinə əsasən xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qəna ətindədir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1 və Məhkum2 cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, onun təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkm iş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum1 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsi və Məhkum2 cinayət təqibinə AR CM-in 73.2-ci maddəsinə əsasən xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansi yası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Təqsirləndirilən şəxsin ona həmin qərarla istinad edilən CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilən arqumentlər, yəni Məhkum1 və Məhkum2 əsassız olaraq CM-in 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, bu cin ayət işində əsassız olaraq Məhkum1 və Məhkum2 CM-in 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməməsi barədə göstərilən əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mar t tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfi ndən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlar ının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən X3 törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, dövlət ittihamçısının bu barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Odur ki, kassasiya protestinin bu dəlillərinin heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum1 və Məhkum2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər is ə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə və Məhkum2 zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-250/2024 saylı, 29 may 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar