Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-810/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Muxtarov Rzaxan Balaxan oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 30 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən və məruzəçi), Huseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə) Məhkum, 2 may 1988-ci il tarixdə Lənkəran rayonunun Vilvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun, Vilvan kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Nərimanov bilmədiyi ünvanda kirayədə yaşamış, rayonu, CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmə əsasən gəldiyi nəticəyə görə, Məhkum tanışı Zərərçəkmiş şəxs yaşadığı mənzildə müvəqqəti qalarkən mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi səbəbindən Zərərçəkmiş şəxs onu tənqid edib evi tərk etməsini bildirməsini cüzi səbəb kimi bəhanə gətirib 19 may 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxsla Bakı şəhəri, Nəsimi rayonu, “28 m ay” metrostansiyasının yaxınlığında görüş təyin edib həmin gün saat 20:15 radələrində sonuncu ilə birlikdə piyada ünvan 2 ünvanın qarşısına çatdıqda şəxsi münasibətlər zəminində üzərindəki soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs bədən nahiyəsindən 1 dəfə qəsdən vuraraq ona döş qəfəsinin sol yarısının daxilə nüfuz edən və hemotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Kəngərli Orxan İlqar oğlu tərəfindən verilmiş apellyasiya protestinə və məhkumun müdafiəçisi Muxtarov Rzaxan Balabəy oğlu tərəfindən verilmiş apellyasiya şi kayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 29 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı T.R.Qəhrəmanov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 mart 2011-ci il və 20 may 2011-ci il tarixli Qərarlarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihama, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış bəzi sübutlara, əsasən də Məhkum və zərər çəkmiş Zərərçəkmiş şəxs ifadələrinə, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı T.R.Qəhrəmanov həmin protestini belə əsaslandırmışdır ki, məhkəmələr Məhkum ə məlinin CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi barədə yekun məhkəmə aktları qəbul edərkən həmin aktlarda düzgün olmayaraq qeyd etmişlər ki, Məhkum Zərərçəkmiş şəxs sağlamlığına ağır zərəri xuiiqanlıq niyyəti ilə deyil, onların birlikdə yaşadıqları mənzildə müvəqqəti qalarkən Zərərçəkmiş şəxs onu narkotik vasitələrdən istifadə etməsinə görə tənqid etməsi və şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı vurmuşdur. Belə nəticəyə gələrkən məhkəmələr sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol vermişlər. Kassasiya protesti müəllifinin qənaətinə görə, belə olan halda apellyasiya instansiya məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarı işin faktiki hallarına və araşdırılmış sübutlara uyğun olmadığından həmin qərar ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Şərh olunanlara əsaslanaraq dövlət ittihamçısı T.R.Qəhrəmanov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya pro testinə Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı T.R.Qəhrəmanov öz kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qanu na müvafiq qaydada tədqiq edilməməsini və nəticədə Məhkum əməlinin tövsifində səhvə yol verildiyini iddia edərək bunlarla bağlı mübahisələndirdiyi 29 fevral 2024-cü il tarixli qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda, məhkəmə kollegiyası dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalar ının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kas sasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyy ən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasın da prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq norm asının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təq sirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslə rin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildiyi halda barələrində ittiham hökmü çıxarılmaqla bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə müv afiq sübutlara əsasən faktiki ictimai təhlükəliliyi az olan cinayət əməlini törətmiş şəxsin daha ağır cinayətin törədilməsində təqsirli bilinməsinin və cəzalandırılmasını yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zər uri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cin ayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmi şdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin kassasiya protestində də istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı qərarlarında əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi norması nın dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqs iri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan R espublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə mə hkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsin ə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Konstitusiyanın 63-cü mad dəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratının təməl prinsipi olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPMin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhə lər də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasına təkcə şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olub- olmaması məsələsinin həlli zamanı deyil, həmçinin cinayət törətmiş şəxsin törətdiyi əməlinə maddi hüquq normasının tətbiqi, yəni həmin əməlin hüquqi tövsif məsələsi həll edilərkən də əməl olunmalı, buna əsas olduqda isə məhz həmin prinsip rəhbər tutulmaqla cinayət törətmiş şəxsin əməli onun müdafiə hüququ pozulmadan, CPM-in 318.1-ci maddəsinin tələbləri buna imkan ver diyinə görə, CM-in Xüsusi hissəsinin bir maddəsindən daha yüngül maddəsinə tövsif edilməli, yaxud da təqsirkara qarşı irəli sürülmüş ittihamddan bu və ya digər epizod və ya CM-nin hansısa maddəsi xaric edilməklə onun barəsində qanuni və əsaslı hökm çıxarılmalı, yaxud da digər yekun qərar qəbul edilməldir. Belə nəticəyə gələrkən isə məhkəmə tərəfindən CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl olunmalıdır. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətlə ndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməz dir. CPM-in 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPM-in 139.0.3-cü maddəsinin təl əbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərli yi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 1 43-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsasl ı olmalıdır. CPM-in 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 3 51.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilm əyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, mə hkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvv əl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləc əyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olm aması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işinin materiallarına, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına görə, məhkəmələr cinayət-prosessual qanunvericiliy inin normalarının tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən, Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələrdən çıxış edib işin faktiki hallarına (araşdırmış sübutlara) əsaslanaraq Məhkum məhz CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi və onun əməlinin həmin maddə ilə tövsif edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Bunun əksi barədə kassasiya protestində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum 19 may 2023-cü il tarixdə il tarixdə tanışı Zərərçəkmiş şəxs bədən nahiyəsindən 1 dəfə qəsdən vuraraq ona döş qəfəsinin sol yarısının daxilə nüfuz edən və hemotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası ki mi yetirildiyi anda həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması, yəni CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini təşkildə hərəkət etməsinə dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir və kassasiya müraciətinin müəllifi dövlət ittihamçısı T.R.Qəhrəmanov da Məhkum bu əməli törətməsini mübahisələndirməyək onun tərəfindən həmin əməli şəxsi münasibətlər zəminində deyil, xuliqanlıq niyyəti ilə törədilməsini iddia edir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum təsvir edilən əməli xuliqanlıq niyyəti ilə törətməsinə görə ona qarşı ittiham irəli sürülsə də, bu itti ham işin faktiki hallarına uyğun olmamış, onun şəxsiyyətin sağlamlığı əleyhinə cinayət əməllərini törədərkən bu əməlləri məhz xuliqanlıq niyyəti ilə törətməsini təsdiq edən sübutlar ibtidai araşdırma orqanı və ümumiyyətlə ittiham tərəfindən məhkəmələrə təqdim olunmamış, məhkəmələr də onlara təqdim edilmiş sübbutları tam, hərtərəfli və obyektiv araşdırıb onları qanuna müvafiq qaydada qiymətləndirərək Məhkum məhz CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə düzgün nəticəyə gəlmiş, bu haqda da yekun məhkəmə aktları qəbul etmişlər. Məhkəmələrin gəldikləri bu nəticə ilə əlaqədar məhkəmə kollegiyası araşdırılmış sübutların bir qisminə müraciət edərək onların təsvir və təhlil edilməsini zəruri bilir. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəm ə iclaslarında Məhkum özünü ona qarşı CM-in 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, uzun müddət zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun anası X ilə birlikdə yaşamış, hətta onun Rəcəblə dostluq münasibətləri də yaranmışdır. Hadisə baş verməzdən əvvəl onlar başqa yerə köçdüklərinə görə o, da Zərərçəkmiş şəxsə zəng edib harada yaşamaları ilə bağlı məlumat almaq istədikdə sonuncu, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, o, isə dəfələrlə məsələyə aydınlıq gətirmək üçün Zərərçəkmiş şəxsi görüşmək istəsə də, sonuncu görüşə gəlməmişdir. 19 may 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs növbəti dəfə zəng edərək onunla görüşmək istəməsini bildirmiş, Zərərçəkmiş şəxs də işdən çıxıandan sonra onunla metronun “28 May” stansityası nın yaxınlığında görüşə biləcəyini bildirmişdir. Həmin gün saat 20 radələrində onlar Zərərçəkmiş şəxs dediyi yerdə görüşüb bir qədər piyada getdikdən sonra o, başqa şəxslərin olmadıqları yerdə Zərərçəkmiş şəxsdən onu heç bir əsas olmadan təhqir etdiyinə görə ondan üzr istəməsini tələb etmiş, lakin sonuncu bu tələbi yerinə yetirməkdən imtina edərək onu yenə də təhqir etməyə başlamış, bu səbəbdən də onlar əlbəyaxa olarkən o, üzərində olan mətbəx bıçağını çıxarıb həmin bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyyəsindən bir zərbə vuraraq hadisə yerindən getmişdir. Verilmiş suallara cavab olaraq Məhkum bildirmişdir ki, o, həmin əməli törədərkən Zərərçəkmiş şəxs öldürmək niyəti izləməmiş və yalnız onun ünvanına təhqiredici ifadələr işlətdiyinə görə ona bıçaqla xəsarəti sonuncunu cəzalandırmaq məqsəd ilə yetirmişdir. Məhkəmə iclaslarında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsin ifadələrindən görünür ki, o, Nərimanov rayonunda yerləşən “Keşlə bazarı” adlı ərazidə işlədiyi müddətdə Məhkumlə tanış olmuş və bu vaxtdan onların aralarında dostluq münasibətləri yaranmışdır. O, həmin vaxtlarda anası Şahid ilə birlikdə “Keşlə bazarı”-nın yaxınlığında kirayə yaşamış, Məhkumlə dostluq münasibətləri yarandığından sonuncu da onlarla birlikdə yaşamağa başlamışdır. 2022-ci ilin təxminən fevral ayında birlikdə kirayə yaşadıqları müddətdə o, Məhkum narkotik vasitədən istifadə etdiyini görüb buna görə ona dəfələrlə irad bildirməsinə baxmayaraq sonuncu öz vərdişindən əl çəkməmiş, bu səbəbdən anası ilə birlikdə onun yaşadıqları evdən çıxarılması qərarına gəlmişlər. Bu haqda Məhkum dedikdə, sonuncu əvvəl buna etiraz etsə də, evi tərk etmişdir. Bundan sonra o, anası Şahid ilə birlikdə Astara rayonunun Şiyəkəran kəndinə gedib təxminən 4-5 ay ərzində orada yaşamış və bu müddətdə də Məhkum mütəmadi olaraq ona zəng edərək bağışlanmağını və yenidən birlikdə yaşamaq istədiyini bildirmişdir. 17 may 2023-cü il tarixdə o, Məhkum yaşadıqları ünvanı demiş və sonuncu onların yaşadıqları “Kubinka” adlanan əraziyə gəlmişdir. Məhkum ilə söhbət zamanı sonuncu bildirmişdir ki, artıq narkotik vasitələrdən istifadə etmir, yenidən onunla və Şahid ilə birlikdə yaşamaq istəyir. O, da Məhkum onlarla birlikdə yaşamasına icazə vermiş, lakin həmin günün səhərisi onun yenidən narkotik vasitə istifadə etdiyini görüb evi tərk etməsini tələb etmiş, Məhkum də çıxıb getmişdir. 19 may 2023-cü il tarixdə Məh kum ona zəng edərək onun görüşmək istədiyini demiş, o, da sonuncuya işdən çıxdıqdan sonra metronun “28 May”stansiyasının arxa küçəsində görüşə biləcəklərini bildirmişdir. Məhkum də həmin yerin söhbət etmək üçün münasib olmadığını bildirib “Kubinka” adlanan yerdə görüşməyi təklif etmiş, o da bu təkliflə razılaşmışdır. Həmin gün saat 19:30 radələrində onlar görüşmüş və “Kubinka” adlı ərazidə yerləşən “Bolmart Market”-in arxa hissəsində söhbət etdikləri zaman Məhkum arxa cibindən bıçağı çıxarıb onun sol döş nahiyəsinə bir zərbə vurmuş, o, isə Məhkum əlindəki bıçağı təkrar vurmasın deyə almağa çalışsa da bunu edə bilməmiş, Məhkum isə hadisə yerini yerini tərk etmişdir. O, isə Məhkum bıçaq zərbəsi vurması nəticəsində sol döş nahiyyəsindən xəsarət aldığına görə çətinliklə də olsa yaşadığı evə ge tmiş və anası Şahid köməkliyi ilə xəstəxanaya çatdırılmışdır. Zərərçəkmiş şəxs həmçinin qeyd etmişdir ki, Məhkum narkotik vasitələrdən istifadə etməsinə görə aralarında mübahisə yarandıqda, qonşuları da bunun şahidi olmuş, o, da sonunculara Məhkumun pis vərdişi barədə onlara məlumat vermişdir. Buna görə, Məhkum onu narkoman kimi təqdim edilməsindən narazalığını bildirmiş və öz narazlığını ona zəng edərək çatdırmışdır. Cinayət işinin materiallarından görünür ki, yuxarıda təsvir edilən məzmunda ifadələri Məhkum və Zərərçəkmiş şəxs həmçinin ibtidai araşdırma zamanı da vermiş, sonuncu isə həmçinin Məhkum narkotik vasitələrdən istifadə etdiyinə görə ona dəfələrlə irad bildirməsini, bu səbəbdən də onunla dəfələrlə mübahisə etdiyini və birlikdə kirayədə yaşadıqları evlərdən qovmasını təsdiq etmiş dir. Birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə baxılarkən isə zərər çəkmiş Zərərçəkmiş şəxs apellyasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək həm hadisədən əvvəl, ham də hadisə günü Məhkum narkotik vasitələrdən istifadə etdiyinə görə irad bildirməsini, 19 may 2023cü il tarixdə də bu mövzuda söhbət edərkən onunla mübahisə edib onun ünvanına nalayiq ifadələr işlətdiyini, bundan əvvəl eyni səbəbə görə dalaşmalarını, sonuncunun ona bıçaq zərbəsi vurmazdan əvvəl də aralarında baş vermiş mübahisənin dalaşmaya çevrilməsini qeyd etmişdir. Məhkum və zərər çəkmiş Zərərçəkmiş şəxs ifadələrinin və sonuncunun ərizəsinin təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, Məhkum 19 may 2023cü il tarixdə əvvəllər dostl uq münasibətlərində olduğu Zərərçəkmiş şəxs bədən nahiyyəsinə üzərindəki bıçaqla bir zərbə vurub onun sağlamlağına ağır vurulmasına səbəb olan xəsarətləri səbəbsiz deyil, zərər çəkmiş şəxsin ona narkotik vasitələrdən istifadə etdiyinə görə ona irad bildirməsi, bu haqda qonşularına da məlumat verməsi, onu yaşadıqları evdən qovması, bu zəmində onların dəfələrlə mübahisə etmələri səbəbindən yetirmiş, bu hallar isə onun təqsirli bilindiyi əməli xuliqanlıq niyyətilə törətməsi barədə nəticəyə gəlmək üçün heç cür əsas vermir. İş üzrə toplanmış, məhkəmə iclaslarında isə araşdırılmış və təsvir edilən halları təsdiq edən sübutlardan çıxış edərək məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayıb onları qəbul edilməz sayır və hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum Zərərç əkmiş şəxs onun sağlamlığına ağır zərər vurulmasına səbəb olan xəsarətləri məhz şəxsi münasibətlər zəminində yetirməsi, yəni onun CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə düzgün nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu nəticə ilə razılaşmış, qəbul etdiyi yekun qərarında isə araşdırılmış bütün sübutları qanuna müvafiq qaydada mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirib həmçinin cinayət qanununa şərh verməklə həmin qərarını kifayət qədər əsaslandırmışdır. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulayır ki, Məhkum ona istinad olunan əməli törədərkən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etməmiş, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik göstərməmiş, özünü ədəbsiz aparmamış, səbəbli-səbəbsiz zor tə tbiqinə bəhanə axtarmamış və yalnız, özünün hesab etdiyinə görə, ona qarşı ədalətsiz və qanunsuz münasibət göstərdiyinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi izlələmiş, onun törətdiyi həmin əməllər isə azğınlıqla, qəddarlıqla, ətrafdakılara hörmətsizlik göstərən eqoizmlə müşaiyət olunmamışdır. Belə olan halda isə onun ittiham olunduğu əməli törətməsinin yuxarıda göstərilən səbəbinin cüzi səbəb hesab edilməsi üçün fikir yürütmək mümkün deyil və onun həmin əmələni xuliqanlıq niyyəti ilə törətməsi barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Hərçənd hüquq tətbiqetmədə formalaşan təcrübəyə görə, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə niyyətlə cinayət törədən şəxs yuxarıda göstərilən hallarla yanaşı həmçinin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-m üəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətdə təşəkkül tapmış davranış qaydalarına açıqaşkar laqeydlik nümayiş etdirir, ictimai maraqları saymır, əxlaq normalarını pozur və həqiqətən cüzi səbəbdən, yəni ona qarşı hər hansı qanunsuzluq göstərilmədiyi halda özündə bu haqda formalaşmış ehtimal əsasında digər şəxsə zor tətbiq edir. Qeyd olunmalıdır ki, cinayət qanunu normalarının tələblərinə verilmiş təfsirə uyğun hüquqi mövqe və izahlar kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli Qərarlarında da əksini tapmışdır. Yuxarıda qeyd edildiyi kimi, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılması na səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası vurğulayır ki, həmin Qərarda həyat və sağlamlıq əleyhinə hər hansı cinayətin xuliqanlıq niyyətilə törədilməsinə görə məsuliyyət müəyyən edilmiş CM-in Xüsusi hissəsinin müvafiq normalarına (CM-in 127.2.3, 126.2.4, 120.2.4-cü maddələrinə) deyil, xuliqanlıq cinayətinə və həmin cinayətin tövsifedici əlamətlərinə şərh verilərək qeyd olunmuşdur ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, və təndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə mü əyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquq pozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin, CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək daha sonra öz hüquqi mövqeyini belə əsaslandırmışdır ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasınd a ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya q ismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərər çəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qa lmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Əvvəla, iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən ibtidai araşdırma orqanı tərəfindən Məhkum 19 may 2023-cü il tarixdə silah qismində istifadə olunan əşyanı – mətbəx bıçağını tətbiq etməklə Zərərçəkmiş şəxs qarşı ona istinad olunan zorakılıq əməlini törədərkən həm də ictimai qaydanı pozmasıni və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsini, yəni kassasiya protestində də göstərilən xuliqanlığın motivini təşkil edən hərəkətlər etməsi müəyyən edilmədiyindən ona qarşı CM-in 221.3-cü maddəsi ilə ittiham irəli sürülməmiş və yalnız onun törətdiyi əməlin səbəbi “cüzi” səbəb kimi qiymətləndirilərək həmin əməl xuliqanlıq niyyətilə törədilmiş əməl hesab edilmişdir. Bu səbəbin isə əsaslı olması barədə məhkəmə kollegiyasının qənaəti yuxarıda göstərilən şəkildə kifayət qədər əsaslandırılmışdır. Kassasiya protestində isə onun müəllifi bunun əksinə olaraq Məhkum xuliqanlıq cinayətinin motivini, yəni subyektiv cəhətini təşkil edən, lakin məhkuma qarşı irəli sürülmüş ittihamda əksini tapmamış digər hərəkətlər etməsini də iddia edir ki, bu da faktiki olaraq məhkuma qarşı irəli sürülmüş ittihamın həcminin genişləndirilməsi deməkdir. Halbuki, CPM-in 318.1-ci maddəsinin tələbinə və mənasına görə, şəxsə qarşı irəli sürülməmiş ittiham üzrə onun təqsirli bilinməsi yolverilməzdir. Məhkum xuliqanlıq niyyəti izləmədən zərər çəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurması əməlinin CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilməsi barədə qənaətə gələrkən isə mə hkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında əksini tapmış izah və tövsiyələri də nəzərə alır. Əvvəla məhkəmə kollegiyası vurbulayır ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-in 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yo l verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Hazırki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ibtidai araşdırma orqanının məhkəməyə təqdim etdiyi bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılsa da, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasını təmin etmiş v ə bütün araşdırmaların nəticəsi olaraq Məhkum törətdiyi əmələ maddi hüquq normasının düzgün tətbiq edilməsi bəarədə mötəbər nəticəyə gəlmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyəti ilə bağlı Ali Məhkəmənin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyi də hazırki iş üzrə həm aşağı instansiyası məhkəmələrinin, həm də kassasiya kollegiyasının mövqeyi ilə üst-üstə düşür. Belə ki, Qərarın 6-cı bəndində Plenum məhkəmələrə izaş etmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CMin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərər çəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərər çəkmişin təşəbbüsü ilə başla nması, yaxud münaqişənin zərər çəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətləri ni törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Belə ki, xuliqanlıq niyyətinin mahiyyəti bu motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqlar ı, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Göründüyü kimi, bu izahların yekun mənası ondan ibarətdir ki, istər qəsdən adam öldürmənin, istərsə də qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurmanının motivini xuliqanlıq niyyəti kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir ki, hazırki cinayət işi üzrə məhkum edilmiş şəxsin, zərər çəkmiş şəxsin ifadələrindən, habelə digər sübutlardan görünür ki, Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla aralarındakı mübahisə sonuncunun ona qarşı göstərdiyi münasibətinə və hərəkətinə (birgə yaşadıqları evdən qovması, onu qonşularına narkoman kimi təqdim etməsi və ünvanına nalayiq ifadələr işlətməsi) səbəbindən başlamış və Məhkum məhz şəxsin münasibətlər zəminində baş vermiş həmin mübahisə zamanı ona ittiham olunmuş əməli törətmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs tərəfindən edilmiş hərəkətlərə cavab olaraq qəsdən sağlamlığa ağır zərər vurma cinayətini xuliqanlıq niyyətilə törətməsinə dəlalət edən yuxarıda sadalanan hallar iş üzrə müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi əməlin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslıdır və bu nəticə iş üzrə toplanmış, məhkəmələr tərəfindən qanuna müvafiq qaydada qiymətləndirilmiş sübutların məcmusu ilə təsdi olunur və bütün yuxa rıda şərh edilənlər də tam uzlaşır. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, məhkəmələr Məhkum təhlil edilən əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsif edərkən həm də təqsirsizlik prezumpsiyası təsbit edilmiş milli qanunvericiliyin tələblərinə, habelə prosessual qanunvericiliyin digər normalarının və beynəlxalq müqavilələrin müddəalarına (hazırki qərardə təsvir edilmiş) tam şəkildə əməl etmiş, eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu, habelə eyni xarakterli işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsini də nəzərə almışlar. Təsvir edilənlərdən çıxış edib kassasiya protestinin bütün dəlillərini qəbul edilməz sayan məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsi tərəfində n CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinin tələblərinin pozulmasına yol verilməməsini müəyyən edərək və kassasiya protestinin təmin edilməməsi haqda Məhkum müdafiəçisi R.B.Muxtarovun, həmin protestin təmin edilməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli, Məhkum CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024cü il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-810/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-810/2025
15.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver