Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-815/2025 25.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.2.1 və 213.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 9/2021 nömrəli 28 yanvar 2021-ci il tarixli hökmündən apellyasiya şikayətini vermək üçün ötürülmüş müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi “LCG” Vəkil Bürosunun vəkili Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Mustafayeva) 1(006)-9/2021 nömrəli 28 yanvar 2021-ci il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası CM-in 213.2.1 və 213.2.2-ci maddələri ilə təqsirli bilinib, 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəl ləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 18 dekabr 2018-ci il tarixdən 20 dekabr 2018-ci il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. Bəzi epizodlar üzrə Məhkum istinad edilən əməlləri törətməsi sübut olunmadığı üçün həmin epizodlar üzrə ona bəraət verilmişdir. Həm in hökmlə Təqsirləndirilən şəxs1 da Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-9/2021 nömrəli 17 iyul 2024-cü il tarixli qərarı ilə (hakim S.Mustafayeva) Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-9/2021 nömrəli 25 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim S.Mustafayeva) Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli qərarından apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatətinin təmin edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Ra yon Məhkəməsinin 1(006)-9/2021 nömrəli 17 iyul 2024-cü il qərarından Məhkum apellyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-9/2021 nömrəli 28 yanvar 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2789/2024 nömrəli 18 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: Z.V.İbrahimov (sədrlik edən), Q.X.Babayev və M.A.Məmmədov) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 18 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya pro testi verilə bilər. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Mustafayeva) 1(006)-9/2021 nömrəli 28 yanvar 2021-ci il tarixli hökmündən müəyyən olunur ki, həmin hökm məhkəmə iclasında Məhkum iştirakı ilə elan olunmuşdur. Hökm elan edilərkən şikayət vermə müddəti və qaydası tərəflərə izah edilmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(006)-9/2021 nömrəli hökmündən digər şəxslər apellyasiya şikayəti və apellyasiya protesti vermiş, həmin iş apellyasiya və kassasiya instansiyalarında məhkəmə baxışının predmeti olmuşdur. Həmin instansiyalarda məhkəmə baxışları zamanı Məhkum öz müdafiəçisi ilə təmsil olunmuşdur. Apellyasiya şikayəti verilməsi müddəti bitəndən 3 ildən artıq müddət keçdikdən sonra Məh kum apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət vermiş və vəsatətində göstərmişdir ki, qanunları bilmir və apellyasiya şikayəti vermə qaydasından xəbəri yoxdur. Birinci və apellyasiyası instansiyası məhkəmələri hesab etmişlər ki, hazırkı iş üzrə məhkum tərəfindən məhkəmə hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəblərdən buraxılmışdır. Bundan başqa, vəsatətin dəlilləri bu müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan 20 gün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz q almasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Azərbaycan Respublikası CPM-nin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyiş dirilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkum müdafiəçisinin şikayətində apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o bu hüququndan üzrlü səbəblər olmadan istifadə etməmişdir. Məhkəmə kollegiyası məhkumun vəsatətində göstərdiyi səbəblərə görə hökmdən vaxtında apellyasiya şikayəti verə bilməməsi barədə dəlillərini müd dətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən dəlillər kimi qəbul etmir. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsatətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2024-cü il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət-prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikay əti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 18 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-815/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-815/2025
25.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver