Məhkəmə qərarları › İş №1(102)-826/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-826/2023

04.04.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-826/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Bədəlov Emil Nizami oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsi nin 11 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Əsədov Samir Ağaəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Həsənzadə İradə Xəlil qızı (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Məhkum şəxsiyyəti istintaqa məlum olmayan Elmidar adlı şəxsdən qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 42,073 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, bundan sonra o, 2020-ci il sentyabrın 02- də saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117 «a» ünvanının qarşısında əldə etdiyi narkotik vasitənin 0,046 qramını tanışı Şahid7 beş manata satmış, həmin tarixdə saat 15 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində sonuncu Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2 «a» ünvanının qarşısında saxlanıb bölməyə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülü halda qəhvəyi rəngli kustar üsulla hazırlanmış istehlak miqdarından az miqdarda təmiz çəkisi 0,046 qram narkotik vasitə heroin aşkar edilməklə götürülmüş, göstərilən tarixdə saat 18 radələrində Bakı şəhəri N ərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında Məhkum şübhəli şəxs kimi saxlanıb bölməyə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki açıq boz rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan kəsiyinə bükülü vəziyyətdə, içərisində istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 42,027 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Hökmdən Məhkum müdafiəçiləri Məmişov Anar Mövsüm oğlu və Əliyev Vüqar Həsən oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Ba bayev Zəki Baba oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 28 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmiş və Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilədək endirilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi S.A.Əsədov kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini və ya cinayət işinin icraatına bəraətverici əsaslarla xi tam verilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi S.A.Əsədov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxılarkən apelyasiya instansiyası məhkəməsi şikayətdə qeyd edilən hallara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmaqla formal mülahizələr əsasında birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlamışdır. Belə ki, iş üzrə Şahid7 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzaladığını, Məhkum onun dostu olduğunu, ondan heç bir vaxt narkotik vasitə almadığını, yalnız bir-iki dəfə tanımadıqları şəxslərdən narkotik vasitə alaraq birlikdə istifadə etdiklərini qeyd etmişdir. Lakin bu hal məhkəmələr tərəfi ndən araşdırılmamışdır. Bundan əlavə iş üzrə müdafiəçilər tərəfindən dəfələrlə müxtəlif vəsatətlər verilsə də, birinci instansiya məhkəməsi həmin vəsatətlərin heç birini təmin etməmiş, o cümlədən vəsatətin təmin edilməməsinin səbəblərini əsaslandırmamışdır. Müdafiəçi eyni zamanda qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən çoxsaylı prosessual pozuntulara yol verilmiş, lakin məhkəmələr bu pozuntulara da münasibət bildirməmişlər. Belə ki, Məhkum barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə baxmayaraq bununla bağlı hər hansı qərar qəbul edilməmiş, həmçinin qəbul edilməli olan əsaslandırılmış qərar 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunmamış, bununla da əməliyyat axtarış fəaliyyə tini həyata keçirən şəxs tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respubltkası Qanununun tələbləri pozulmuşdur. Bundan əlavə, məhkum saxlanıldıqdan uzun müddət sonra “Şəxsi axtarış və götürmə barədə” haqqında protokol tərtib edilmiş, onun evində heç bir qanuni əsas olmadan axtarış aparılmışdır. Məhkuma məxsus evdə hər hansı qanunsuz əşya tapılmadıqdan sonra Məhkum polis bölməsinə gətirilərək döyülmüşdür və onun üzərində şəxsi axtarış və götürmə barədə istintaq hərəkətinin özü belə qanunsuz olmuşdur. Belə ki, bu istintaq hərəkəti cinayət işi başlanmadan, məhkəmə qərarı olmadan və buna səlahiyyəti olmayan şəxs tərəfindən həyata keçirilmiş və həmin istintaq hərəkəti Məhkum saxlanıldığı yerdə deyil, polis bölməsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin ( bundan sonra mətndə CPM-nin) nəzərdə tutulan hallar müəyyən edilmədən aparılmışdır. Bundan başqa, kassator qeyd edir ki, məhkum CPM-nin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş şübhəli şəxsin tutulması əsasları olmadan qanunsuz saxlanılıb qollarına dəmir qandal vurulmaqla, heç bir qərar olmadan faktiki olaraq azadlıqdan məhrum edilərək polis bölməsinə gətirilmiş, saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamış, onun hüquqi statusu müəyyən edilməmiş, CPM-nin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, onun hüquq və vəzifələri ona izah olunmamışdır. Müdafiəçinin qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin diqqət yetirmədiyi çoxlu sayda bu prosessual pozuntular həmin məhkəmənin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi və təkrar məhkəmə araşdırmalarını n aparılması, yaxud da cinayəti işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün əsas yaradır. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi E.N.Bədəlovun rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi S.A.Əsədovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, onun müəllifi öz müraciətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların tədqiqi və sübutetməyə və sübutların qiymətləndirilməsinə dair cinayət-prosessual qanunun tələblərinin pozulmasını, onun çıxardığı qərarın əsasını isə yolverilməz sübutlar təşkil etməsini, nəticədə də Məhkum qanunsuz olaraq məhkum edilməsi ni iddia edərək həmin məhkəmə tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında kassasiya tələblərini CPM-nin 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina e tdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə.; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; Odur ki, məhkəmə kollegiyası müdafiəçi S.A.Əsədovun kassasiya şikayətini CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar cinayət işinin materiallarını və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarının qanuniliyi ni və əsaslığını yoxlayıb bu yoxlamanın nəticəsi olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir və həmin maddənin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinə əsasən isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları süb uta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa ma lik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardın biri) olduqda, A li Məhkəmənin cinayət kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayətinin dəlllərinə cavab verilməsi üçün məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bil məz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM) 1.1-ci maddəsi). Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələ rinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş tə xirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozul ması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ib arətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyin in mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vers in (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəz ərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmiş dir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsin də təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müdafiəçi Məhkum təqsirsiz olduğunu iddia edərkən ona istinad etmişdir ki: - İbtidai istintaq kobud qanun pozuntuları ilə aparılmış; - Məhkum müdafiə hüququ pozulmuş, şübhəli şəxs qismində tutulduqdan dərhal sonra onun üzərində şəxsi axtarış aparılmamış və o, dindirilməmiş; - məhkəmələr tərəfindən iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə qaldırılmış əhəmiyyətli vəsatətlər təmin edilməmişdir. Hazırki işin materiallarından görünür ki, bu iş üzrə Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ittihamın irəli sür ülməsinə, sonradan isə onun bu ittiham üzrə təqsirli bilinərək cəzalandırılmalarına əsas olmuş bir sıra sübutlar prosessual hüquq normalarının tələbləri pozulmaqla əldə edilmiş, həmin sübutların toplanması və araşdırılması zamanı onların müdafiə, azadlıq, ədalətli məhkəmə araşdırmasına nail olmaq və digər hüquqlarının pozulmasına yol verilmiş, iş üzrə müəyyən edilmiş zəruri hallar məhkəmələr tərəfindən araşdırılmamış və qeyd edilən pozuntulara heç bir münasibət bildirilməmişdir. Belə ki, kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlı cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, 02 sentyabr 2020-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinin 16cı polis bölməsinin rəis müavini polis mayoru X raportla həmin bölmənin rəisinə müraciət edərək daxil olmuş əməliyyat məlumatına əsasən “Şa hid1” adlı şəxsin üzərində narkotik vasitə ilə ünvan 4 ünvanın qarşısında olacağını bildirib həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupunun yaradılması və həmin şəxsin barəsində təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçiliməsinə icazə verilməsini xahiş etmişdir. Bundan sonra, 02 sentyabr 2020-cil tarixdə qəbul edilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən həmin tarixli digər qərarla yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən yuxarıda göstərilən ünvanda Şahid7 saxlanılaraq 16-cı polis bölməsinə gətirilmiş və onun üzərində müdafiəçinin iştirakı ilə axtarış keçirilərkən idman şalvarının sol yan cibindən bir bükümdə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, lakin həmin vaxt göstərilən narkotik vasitənin çəkisi müəyyən edilm əmiş, bununla da CPM-nin 247.1.9-cu maddəsinin tələbləri pozulmuşdur (yalnız məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2020-ci il tarixli 6/1756 saylı rəyi ilə müəyyən edilmişdir ki, Şahid7 üzərindən aşkar edilərək götürülmüş vasitə kustar üsulla hazırlanmış heroindir və onun çəkisi 0,046 qamdır). Şahid7 onun üzərində şəxsi axtarış aparıldıqdan sonra verdiyi izahatında göstərilən narkotik vasitəni 02 sentyabr 2020-ci il tarixdə başqa anket məlumatlarını bilmədiyi “Mirsəftər” adlı şəxsdən 5 manat müqabilində aldığını bildirdiyinə görə, həmin gün sonuncunun yerinin müəyyən edilməsi və saxlanılması barədə əməliyyat tapşırığı verilmişdir. Burada qeyd olunmalıdır ki, Şahid7 üzərində şəxsi axtarış aparılarkən götürülmüş kütlənin narkotik vasitə - 0,046 qram çəkidə heroin olmasının yalnız 03 sentyabr 2020-ci il tarixli rəylə müəyyən edilməsinə baxmayaraq, Nərimanov Rayon Polis İdarəsinin rəisi tərəfindən həmin rəy alınmazdan əvvəl tərtib edilmiş 02 sentyabr 2020-ci il tarixli raportunda bu haqda məlumatlar əks etdirilmiş, həmçinin Şahid7 izahatına əsasən “Mirsəftər” adlı şəxsin müəyyən edilməsindən ötrü Nəsimi rayonunun ərazisində əməliyataxtarış tədbirlərinin həyata keçiilməsinə icazə verilməsi xahiş olunmuşdur. Bundan sonra belə tədbirlərin həyata keçirilməsi barədə heç bir qərar qəbul edilmədən (halbuki “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun müddəaları (10-cu maddənin V hissəsi və 11-ci maddənin İV hissəsi) əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında əsaslandırılmış qərarın qəbul edilməsini və 48 saat ərzində belə qərarın məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsini tələb edir), təkcə 16-cı polis bölməsinin təhqiqatçısı X32un əməliyyat tapşırığına əsasən Məhkum 02 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 19 ünvanının qarşısında şübhəli şəxs qismində tutularaq Nərimanov RPİ-nin 16-cı polis bölməsinə aparılmış və yalnız saat 19.40-da onun üzərində polis əməkdaşlarının və müdafiəçi Valid Səfərovun iştirakları ilə, videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmış və həmin istintaq hərəkətinin aparılması zamanı Məhkum idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli və spesifik qoxuya malik olan maddəni təqdim edərək həmin kütlənin narkotik vasitə - heroin olm asını, bu vasitəni təxminən 40 gün əvvəl “Elmidar” adlı şəxsdən aldığını bildirmiş, lakin yenə də aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisi ölçülməmişdir (yalnız məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2020-ci il tarixli 6/1757 saylı rəyi ilə müəyyən edilmişdir ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş vasitə kustar üsulla hazırlanmış heroindir və onun çəkisi 42,027 qram qamdır). Məhkum barəsində yuxarıda göstərilən əsaslarla və qaydada əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixl Qərarında göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə, keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-nin 448-ci maddəsinə əsa sən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həm in Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMnin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-nin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla ) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-nin 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqreli şvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat- axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəm ə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, Məhkum törətməsi istinad olunan cinayət əməlinin Nəsimi rayonunun ərazisində törədilməsinə baxmayaraq hazırki iş üzrə həm təhqiqat, həm də ibtiadi araşdırma Nərimanov Rayon Polis İdarəsinin təhqiqat və istintaq orqanları tərəfindən aparılmış, bununla da CPM-nin 216-cı maddəsinin tələblərinin də pozulmasına yol verilmişdir. Hərçənd, CPM-nin 216.1-ci maddəsinə əsasən, ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır. CPM-nin 216.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraatın hərtərəfli, tam, obyektiv və vaxtında aparılmasını təmin etmək məqsədi ilə ibtidai araşdırma Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində həmçinin Naxçıvan Muxtar Respublikası prokurorunun qərarı əsasında cinayətin aşkar olunduğu, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidlərin əksəriyyətinin olduğu yer üzrə də aparıla bilər. Hazırki cinayət işinin materiallarında iş üzrə ibtidai araşdırma aidiyyətinin dəyişdirilməsi haqqında Baş prokurorun qərarı mövcud deyil. Bundan başqa, 216.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, ibtidai araşdırma zamanı ayrı-ayrı istintaq hərəkətlərinin başqa ərazidə aparılması zərurəti yarandıqda müstəntiq aşağıdakı hərəkətləri yerinə yetirmək hüququna malik dir: 216.3.1. öz qərarı ilə bu hərəkətlərin aparılmasını şübhəli, təqsirləndirilən şəxsin və ya şahidlərin əksəriyyətinin olduğu yeri üzrə müstəntiqə, yaxud təhqiqatçıya həvalə etmək; 216.3.2. təxirəsalınmaz hallarda həmin hərəkətləri təqsirləndirilən, şübhəli şəxsin və ya şahidlərin əksəriyyətinin olduqları yer üzrə həmin ərazidə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməklə aparmaq. İş materialların təhlili göstərir ki, Məhkum barəsində cinayət təqibini aparan Nərimanov Rayon Polis İdarəsinin təhqiqat və istintaq şöbələri tərəfindən CPM-nin 216.3cü maddəsinin tələblərinə də əməl edilməmişdir. Eyni zamanda, iş üzrə toplanmış sübutlara əsasən, Məhkum üzərində şəxsi axtarış istintaq hərəkəti faktiki olaraq o, şübhəli şəxs qismində tutulduqdan 1 saat 40 dəqiqə sonra aparılmışdır ki, bu istintaq hərəkətinin dərhal aparılmaması, habelə bu zaman aşağıda göstərilən digər prosessual pozuntulara da yol verilməsi həmin hərəkətin qanuniliyini və onun aparılması nəticəsində əldə edilmiş sübutun mötəbərliyini şübhə altına salır. CPM-nin 246.2.1-ci maddəsinin tələblərinə görə şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə məhkəmənin qərarı olmadan onun üzərinldə şəxsi axtarış aparıla bilər. Qanunvericiliyin bu normasının mənasından belə nəticə hasil olur ki, şəxsin üzərində şəxsi axtarış həm o, şübhəli şəxsi qismində tutularkən saxlanıldığı yerdə, həm də polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə təxirə salınmadan aparılmalıdır. Bundan başqa, şəxsi axtarışın və götürülmənin aparılması haqqında 02 sentya br 2020-ci il tarixli protokola görə, həmin istintaq hərəkəti aparılmazdan əvvəl şübhəli şəxs Məhkum CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrin izah edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş videoçəkilişdə belə hüquqların izah edilməsi görünmür ki, bu da özü-özlüyündə şübhəli şəxsə münasibətdə həmin maddənin tələblərinin ümumiyyətlə izah edilmədiyi anlamına gətirir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması haqqında protokoldan və video görüntülərdən Məhkum aşkar edilrək götürülmüş narkotik vasitənin çəkilməməsi dəqiq müəyyən edilir, baxmayaraq ki, CPM-nin 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Eyni müddəa CPM-nin 247.1.9-cu maddəsində də nəzərdə tutulmuşdur. Eyni zamanda təqdim edilmiş maddə zərfə qablaşdırılsa da, həmin zərfə hər hansı möhür vurulmamışdır (bu şəxsi axtarış və götürülmə istintaq hərəkətinin video görüntüsündən məlum olur). Buna baxmayaraq şəxsi axtarış və götürülmə aparılması haqqında protokolda həmin zərfin 218 nömrəli möhürlə möhürləndiyi qeyd edilmişdir. Belə pozuntularla bağlı məhkəmə kollegiyası İnsan Hüquqları üzə Avropa Məhkuəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsinin) bir sıra Qərarlarına müraciət etməyi zəruri bilir. Belə ki, “ Mürrey Birləşmiş Krallığa qarşı” məhkəmə işi üzrə Qərarında İ nsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) qeyd etmişdir ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. “Sakit Zayidov Azərbaycana qarşı” Avropa Məhkəməsinin Qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olar aq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçinin tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 69-cu bəndində qeyd olunmuşdur ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bildirir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun "qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. “Narkotik vasitələrin, ps ixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şüb həli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkum onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasından sonra verdiyi ilkin izahatında və sonradan şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ibtidai araşdırma orqanı tərəfindən ona istinad olunan əməlləri törətməsini etiraf edərək həm öz şəxsi istifadəsi, həm də digər şəxslərə satmaq üçün yaşadığı ünvanın yanında Ağcabədi rayonundan olan Elmidar adlı şəxslə görüşməklə ümumilikdə 600 manat dəyərində narkotik vasitə heroin aldığını, 2020-ci il sentyabrın 02də səhər saatlarında tanışı Şahid7 ondan istifadə üçün narkotik vasitə istəyəndə sonuncuya Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən «Meqapolis» restoranının yaxınlığında beş manata bir çet sellofan kəsiyində olan az miqdarda heroin satdığını, həmin axşam göstərilən yerdə olarkən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin işçilərinin onu bölməyə apardıqlarını, orada müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirildiyi vaxt könüllü surətdə əynindəki açıq boz rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofan bükümdəki narkotik vasitə heroin çıxarıb təqdim etdiyini, saxlanılarkən və bölməyə gətirilərkən ona qarşı hər hansı bir fiziki güc və zor tətbiq olunmadığını, üzərindən aşkarl anan narkotik vasitəni satış məqsədi ilə saxladığını, sata bilməyib ehtiyacı olduqda isə müəyyən qədər özünün də istifadə edəcəyini bildirsə də, işə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında baxılarkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 02 sentyabr 2020-ci il tarixdə gecə saat 00:00-00:30 radələrində Şahid7 ona zəng etməklə ondan borc götürdüyü pulu verəcəyini bildirmiş, o, evin qabağına çıxan kimi polis əməkdaşları tərəfindən tutulub bölməyə aparılmış, həmin vaxt onun üzərində ancaq telefon olmuş, lakin narkotik vasitə olmamışdır. Polis işçiləri onu tutarkən bir bükümü əvvəlcə ayağının altına atmış, daha sonra isə cibinə qoymuş, daha sonra yaşadığı evdə axtarış aparmış, lakin bunun nəticəsində heç nə t apmayaraq onu polis bölməsinə aparmışlar. Orada polis məkdaşları ona tanımadığı “Elmidar” adlı şəxsdən narkotik vasitə aldığını deməsini bildirdikdə və o, buna etiraz etdikdə o, bölmədə döyülmüş, buna görə təzyiqlərə dözməyərək polis əməkdaşlarının dedikləri ilə razılaşıb narkotik vasitə əldə etdiyini, onun bir hissəsini isə Şahid7 satmasını, qalan hissəsini isə həm satış məqsədilə, həm də şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Həmçinin Məhkum qeyd etmişdir ki, polis bölməsində olarkən ona müdafiəçi ilə konfidensial şəraitdə ünsiyyət saxlaması üçün imkan yaradılmamış, o, bəzən Şahid7la birlikdə narkotik vasitələrdən istifadə etsə də, belə vasitələrin satışı ilə heç vaxt məşğul olmamış və sonuncunun ona qarşı verdiyi ifadələr həqiqətə uyğun deyil. Şahid7 avqust ayının ə vvəlində guya anasının vəfat etməsi ilə əlaqədar ondan 170 manat məbləğində borc pul almış, lakin sonradan məlum olmuşdur ki, onun anası vəfat etməmişdir. Buna görə o, dəfələrlə Şahid1la telefon vasitəsilə yazışaraq ondan pulunu qaytarmasını tələb etmiş, lakin sonuncu borc kimi aldığı pulu qaytarmamışdır. Yaşadığı evdə axtarış aparılarkən, polis əməkdaşları tərəfindən heç bir qərar ona təqdim olunmamış, bununla bağlı evin mülkiyətçisi olan anasından da razılıq alınmamışdır. O, həyətdə saxlanılarkən bunu qonşular da görmüşlər. Həmçinin məhkum olunmuş şəxs qeyd etmişdir ki, Şahid7 ona qarşı ifadə versə də, o, sonuncu ilə heç vaxt üzləşdirilməmiş və bu haqda iş materiallarında olan potokol həqiqətə uyğun deyil. Məhkəmə kollegiyası qeyd eməyi lazım bilir ki, bu ifadələrdən çıxış edən Məhkum mü dafiəçiləri həm birinci instansiya məhkəməsinin məhkəmə iclasında, həm də apellyasya icraatı zamanı iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə müxtəlif vəsatətlər qaldırmış, lakin bu vəsaətlərin yalnız bir hissəsi – Məhkum istifadə etdiyi telefon nömrəsinə gələn və çıxan zənglər və sms-lər barədə məlumatların əldə edilməsi barədə vəsatət təmin edilmiş, digər vəsatətlər heç bir əsaslandırma aparılmadan isə təmin olunmamışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası vurğulayır ki, cinayət mühakimə icraatı zamanı vəsatətlər və xahişlər cinayət prosesi iştirakçılarının, habelə cinayət prosesində iştirak edən digər şəxslərin hüquq və vəzifələrinin həyata keçirilməsinin ən mühüm vasitələrindən biridir. CPM-nin 121-ci maddəsinin tələbinə əsasən vəsatət və ya xahişlərə onların verilməsində n bilavasitə sonra baxılmalı və onun təmin və ya rədd edilməsi barədə qərar qəbul edilməlidir. CPM-nin 121.2-ci maddəsində təsbit edilmişdir ki, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. CPM-nin 323.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə bu Məcəllənin 323.1-ci maddəsində göstərilən vəsatətləri təmin etməlidir: 323.5.1. cinayət təqibi ilə bağlı olan bütün məsələlər in hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda; 323.5.2. sübut əhəmiyyəti mübahisə doğuran məlumat və sənədlər bu Məcəllənin və Azərbaycan Respublikasının digər qanunlarının tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə əldə edildikdə. CPM-nin 323.6-cı maddəsinə görə isə, vəsatətin rədd edilməsi haqqında məhkəmə əsaslandırılmış qərar çıxarır. Vəsatəti rədd edilmiş şəxs işin sonrakı baxışından asılı olaraq həmin vəsatəti təkrarən vermək hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-nin 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Hazırki cinayət işinin materiallarından görünür ki, məhkumun müdafiəçiləri V.H.Əliyev və A.M.Məmişov həm birinci instansiya məhkəməsinin hazırlıq iclasında, həm də işə mahiyyəti üzrə məhkəmələrdə baxılarkən ibtidai istintaqın kobud qanun pozuntuları ilə aparılm ası əsası ilə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, cinayət işinin tam, obyektiv və hərtərəfli araşdırılması üçün ifadələri mühüm əhəmiyyətə malik olan əlavə şahidlərin dindirilməsi, işə əlavə edilmiş bir sıra prosessual sənədlərdə olan imzaların həqiqətən həmin sənədələrdə göstərilən şəxslər tərəfindən imzalanıb-imzalanmamasının yoxlanılması üçün məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilib keçirilməsi, telefon məlumatlarının görülməsi barədə yazılı vəsatətlər qaldırsalar da məhkəmələr həmin vəsatətlərin bir qismini əsaslandırılmış qərar qəbul etmədən sadəcə rədd etmiş, bir qisminə isə ümumiyyətlə münasibət bildirməmişdir. Avropa Məhkəməsi “Kuznetsov və digərləri Rusiyaya qarşı” işi üzrə qəb ul etdiyi Qərarında qeyd etmişdir ki, əsaslandırılmış qərarın funksiyalarından biri – tərəflərə onların dəlillərinin eşidildiyini nümayiş etdirməkdir... Ədalət mühakiməsinin həyata keçirilməsinə ictimai nəzarət yalnız əsaslandırılmış qərarlar vasitəsilə yerinə yetirilə bilər”. Beləliklə, göründüyü kimi məhkəmə tərəfindən qəbul edilmiş istənilən qərarın əsaslandırılması milli qanunvericiliklə yanaşı Avropa Məhkəməsinin qərarlarında da əks etdirilmişdir. Oxşar yanaşma Avropa Məhkəməsinin ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə də öz yerini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəmə baxışının ümumilikdə ədalətli olub-olmamasını müəyyən edərkən, müdafiə tərəfinin hüquqlarının təmin edilibedilməməsinə diqqət yetirilməlidir (“Ayatulla Ay Türkiyəyə” qarşı iş üzrə 27 oktyabr 2020-ci il tarixli Qərar, § 126). Məhkəmənin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə baxışı haqda daha geniş konsepsiyanın ayrıca elementini təşkil edən tərəflərin bərabərliyi prinsipi, tərəflər arasında “ədalətli balans”ın təmin edilməsini tələb edir: hər bir tərəfə mümkün qədər imkan yaradılmalıdır ki, o, işi üzrə mülahizəsini qarşı tərəf və ya tərəflərlə müqayisədə vəziyyətinin əhəmiyyətli dərəcədə fərqlənməyən şəraitdə təqdim edə bilsin (“Regner Çex Respublikasına qarşı” iş üzrə 19 sentyabr 2017-ci il tarixli Qərar, § 146) Bundan başqa, tərəflərin vəsatətləri və mülahizələri həqiqətən “dinlədilmədiyi”, yəni tribunal tərəfindən ətraflı araşdırılmadığı halda, ədalətli məhkəmə baxışına hüququn effektiv təmin edildiyi hesab edilə bilməz (“Fərzəliyev Azərbaycana qar şı” iş üzrə 25 may 2020-ci il tarixli Qərarı, § 35). İş materiallarıdan görünür ki, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu dövrdə də məhkəmə müdafiə tərəfindən qaldrılımış vəsatətlər üzrə ətraflı məhkəmə araşdırmasının həyata keçirilməsindən imtina etmiş, yuxarıda göstərilən qanun pozuntularına isə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, CPM-in 397.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasi ya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, işə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən müdafiə tərəfi məhkum tərəfindən ibtidai araşdırma zamanı verilmiş ifadələrin fiziki zor tətbiq edilməklə əldə edildiyini bildirmiş, bu barədə müvafiq sübutları məhkəmələrin diqqətinə çatdırmış, lakin məhkəmələr bu xüsusatın aydınlaşdırılması məqsədi ilə heç bir tədbir görməmişlər. Belə ki, müdafiə tərəfinin vəkil sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından alınmış 02 fevral 2021-ci il tarixli 20-12/43 saylı məktubda qeyd edilmişdir ki, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs Məhkum 05 sentyabr 2020-ci il tarixində 3 saylı İstintaq Təc ridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçirilmiş, müayinə nəticəsində Məhkum bədəni üzərində zədələr və bədən xəsarətləri - döş qəfəsinin sol səthində 3 (üç) ədəd qərtməkli yaralar, sağ bazunun içəri səthində sarımtıl rəngli qançır aşkar edilmiş və həmin xəsarətlərin həbs edilərkən başqası tərəfindən yetirilməsi barədə məlumat əldə olunmuş, bu barədə də xüsusi məlumat verilmişdir. Həmin sənəd birinci instansiya məhkəməsinə təqdim olunmasına baxmayaraq, Məhkum həqiqətən təhqiqat zamanı işgəncələrə məruz qalıb-qalmamasının yoxlanılması üçün məhkəmə heç bir tədbir görməmiş, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən isə məhkumun şəxsi işinə baxış keçirilmiş və bu baxış nəticəsində sonuncunun bədən səthi üzərində olan x əsarətlərlə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından Bakı şəhəri Nərimanov rayon prokurorluğuna xüsusi məlumatın verilməsi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən verilmiş məlumatla bağlı hər hansı araşdırmanın aparılıbaparılmamasının öyrənilməsi üçün Nərimanov rayon prokurorluğuna 14 mart 2022-ci il tarixli 1(103)-244/2022 saylı sorğu göndərilmiş və bu sorğuya cavab olaraq Bakı şəhəri Nərimanov rayon prokurorluğundan 05 aprel 2022-ci il tarixli N/2 saylı məktubla bildirilmişdir ki, Məhkum xəsarət alması ilə bağlı prokurorluğa məlumat daxil olmamış və bu barədə hər hansı bir araşdırma aparılmamışdır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd edilən məktubu iş materiallarına əlavə etməklə kifayətlənmiş, işgəncə faktının olub-olmaması ilə bağlı zəruri araşdırma aparmamış, məhkumun şəxsi işi və tibb kitabçası öyrənilərkən mühüm əhəmiyyət kəsb bir sıra hallar (məsələn, həmin sənədlərə əlavə edilmiş izahatın onun tərəfindən yazılmaması barədə) yoxlanılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə bir araşdırmanın aparılmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kobud qanun pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsində təsbit edilmişdir ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qa lmamalıdır. CPM-nin 15.21 və 15.2.3-cü maddələrində cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-VIII). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Yuxarıda göstərilə n konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-nin 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göründüyü kimi, bütün yuxarıda təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə baxılarkən iş üzrə həqiqətin müəyyən edilməsi üçün (Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş tələb) təkrar araşdırmanın aparılmasını zəruri etsə də, məhkəm ə bundan imtina etmişdir. Ən əsası isə məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə (heç bir qərar qəbul edilmədən), onun tutulmasına, bununla bağlı həm cinayət işinin başlanmasına, həm də sonuncuya münasibətdə ilkin təhqiqatın və ibtidai araşdırmanın aparılmasına əsas ondan əvvəl şübhəli şəxs qismində tutulmuş Şahid7 izahatı və ifadələri olmuşdur ki, bu hallar da hazırki iş üzrə məhkum olunmuş şəxsə qarşı ifadələr vermiş həmin şəxsin məhkəmə iclasında dindirilməsi, eyni zamanda Məhkum üçün də onun dindirilməsi üçün şəraitin yaradılması üçün mütləq əsaslar kimi çıxış etmişdir. Buna zərurət həmçinin ondan irəli gəlmişdir ki, hələ işə birinci instansiya məhkəməsində baxılarkən Şahid7 məhkəməyə 24 may 2021-ci il ta rixdə ərizə təqdim edərək Məhkum heç bir halda ona narkotik vasitə satmadığını, ibtidai istintaq zamanı ifadə verdikdən sonra tərtib edilmiş protokolu oxumadan imzaladığını, onun məzmunundan xəbərdar olmadığını qeyd etmişdir. Şahid7 bildirdiyinə görə, məhkəmə baxışı zamanı Türkiyə Respublikasında müalicədə olmasına görə, müdafiəçilər dəfələrlə onun heç olmasa videokonfrans vasitəsilə dindirilməsinin təmin olunmasına dair vəsatət qaldırsalar da, məhkəmə bu vəsatətə ümumiyyətlə münasibət bildirməmiş, nəticədə çıxardığı hökmdə onun ibtidai araşdırma zamanı verdiyi ifadələri təsvir etməklə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi isə bu məsələnin üzərindən sükutla keçmişdir, baxmayaraq ki, həmin şahid apellyasiya icraatı zamanı da yuxarıda göstərilən məzmunda ərizə ilə apelyasiya inst ansiyası məhkəməsinə müraciət etmişdir. Halbuki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq hüququna malikdir. CPM-nin 19.4.5-ci maddəsinin tələbindən görünür ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüququnu təmin etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 10-cu bəndində məhəmələrə izah edilmişdir ki, təq sirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun... Həmin Qərarın 12-ci bəndinə görə, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 327, 329cu maddələri ilə yanaşı Avropa Məhkəməsinin Qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin də nəzərə alınması vacibdir. Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır (“Əl-Xavaya və Taheri Birləşmiş Krallığa qarşı” [BP] (AlKhawaja and Tahery v. the United Kingdom [GC]), №№ 26766/05 və 22228/06, 2011-ci il 15 dekabr tarixli; “Əfəndiyev Azərbaycana qarşı” (Efendiyev v. Azerbaijan), № 27304/07, 2014-cü il 18 dekabr tarixli; “Şaçaşvili Almaniyaya qarşı” [BP] (Schatschaschwili v. Germany [GC]), № 9154/10, 2015-ci il 15 dekabr tarixli və s. qərarlar). İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir (Hazırki iş üzrə Şahid7 məhkəmə iclasında iştirak etməməsinin qaçılmaz olduğunu göstərən hallar, digər tərəfdən isə məhkəmənin onun iştirakının təminedilməsi lazımi səylər göstərməsi iş materialları ilə müəyyən edilmir). İkinci meyar - məhkəmənin məhkəmə iclasında dindirilməyən şa hidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” qərarlarında bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompen sasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər. Üçüncü meyar – təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarını nəzərdən keçirilməsi, o cümlə dən CPM-in 51-2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə iclasında dindirilməyən şahidin əvvəlki icraatda verdiyi ifadəsi ilə ittiham hökmünün əsaslandırılması məsələsi bu üç meyarın məcmusu əsasında təhlil edilməlidir. Lakin, təhlil olunan vəziyyət birinci meyara cavab vermədikdə, yəni şahidin məhkəmə iclasında iştirak etməməsi bunu həqiqətən istisna edən (ibtidai istintaqda verilmiş ifadənin elan edilməsinə bəraət qazandıran) üzrlü səbəbdən irəli gəlmədikdə və yaxud bu cür səbəbin mövcudluğunun araşdırıldığını və mötəbərliliklə müəyyən edildiyini məhkəmə qərarlarından görmək mümkün olmadıqda, belə vəziyyət (ikinci və üçüncü meyarlara c avab veribverməməsindən, o cümlədən ifadənin ittihamın həllində oynadığı roldan asılı olmayaraq) özü-özlüyündə təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş şahidi dindirmək hüququnu və nəticə etibarı ilə müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarını pozur, bununla da məsələnin ikinci və üçüncü meyarlar əsasında araşdırılmasını lüzumsuz edir. Öz növbəsində Avropa Məhkəməsi öz qərarlarında vurğulamışdır ki, Konvensiyanın 6-cı maddəsinin 3(d) bəndində göstərilmiş təminatlar həmin maddənin 1-ci bəndində göstərilən ədalətli məhkəmə hüququnun xüsusi aspektlərini təşkil edir (bax, ƏlXavaca və Taheri Birləşmiş Krallığa qarşı [BP], №№. 26766/05 və 22228/06, § 118, AİHM 2011). Avropa Məhkəməsi həmin iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, məhkəmə iclasında iştirak etməyən və dindi rilməyən şahidin verdiyi ifadələrin dəlil kimi istifadə olunduğu icraatların Konvensiyanın 6-cı maddəsinin 1 və 3(d) bəndlərinə uyğunluğu üç pillədə yoxlanılmalıdır: (I) şahidin məhkəmədə iştirak etməməsinin əsaslı səbəbinin olub-olmaması və nəticə etibarı ilə, məhkəmədə iştirak etməyən şahidin yoxlanılmamış ifadələrinin dəlil kimi qəbul edilməsi üçün əsaslı səbəbin olub-olmadığı (Əl-Xavaca və Taheri, §§ 119-25); (II) məhkəmədə iştirak etməyən şahidin ifadəsinin təqsirləndirilən şəxsin məhkumluğu üzrə yeganə və ya həlledici əsas olub-olmadığı (Əl-Xavaca və Taheri, §§ 119 və 126-147); (III) yoxlanılmamış sübutların qəbul edilməsi nəticəsində müdafiə tərəfinin üzləşdiyi maneələrin kompensasiya və, bütövlükdə götürülməklə, məhkəmə istintaqının ədalətliliyini təmin etmək məqsədi ilə, təsirli p rosessual təminatlar daxil olmaqla kifayət qədər balans yaradan amillərin [digər təsdiqedici sübutlar] mövcud olub-olmadığını (Əl-Xavaca və Taheri, § 147) olub-olmaması. “Şaşaşvili Almaniyaya qarşı” işi üzrə qəbul etdiyi 15 dekabr 2015-ci il tarixli Qərarında Böyük Palata sözügedən testi aydınlaşdırmaqla qeyd etmişdir ki, yoxlamanın hər üç pilləsi bir-biri ilə əlaqəlidir və onlar birlikdə götürülməklə cinayət prosesinin bütövlükdə ədalətli olub-olmadığını müəyyənləşdirməyə xidmət edir. Eyni zamanda, birinci pillə ilə bağlı qeyd edilmişdir ki, şahidin əsaslı səbəb olmadan məhkəmədə iştirak etməməsi özlüyündə şəxs barədə aparılmış məhkəmə istintaqının ədalətsiz olduğu barədə qənaət üçün birmənalı əsas olmasa da, bütövlükdə məhkəmə araşdırmasının ədalətliliyi qiymətləndirilərkən, belə amil hə lledici əhəmiyyət daşıyır və yekun nəticəni Konvensiyanın 6-cı maddəsinin 1 və 3(d) bəndlərinin pozuntusuna doğru dəyişə bilər. Testin ikinci və üçüncü mərhələlərinə qarşılıqlı təfsir verən Böyük Palata vurğulamışdır ki, yetərli balans yaradan amillər yalnız məhkəmədə iştirak etməyən şahidin verdiyi ifadə şəxsin məhkum edilməsinin yeganə və ya həlledici əsasını təşkil etdiyi işlərdə deyil, eyni zamanda, məhkəmələrin gəldikləri nəticə üçün belə sübutun mühüm əhəmiyyət daşıdığı və müdafiənin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərdiyi işlərdə də xüsusi vacibliyə malikdir. Baxılan cinayət işinin halları qeyd olunan cinayət-prosessual normalarla və Avropa Məhkəməsinin qeyd edilən hüquqi mövqeyi ilə müqayisə edildikdə, hazırki işdə təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş Şahid7 biri nci və apellyasiya instansiyası məhkəmələrində dindirilmədiyi üçün, belə hüququ nəzərdə tutan CPM-nin 19.4.5-ci maddəsinin və ifadələrin elan edilməsinə yol verən halları təsbit edən CPM-nin 329.1-ci maddəsinin tələblərinin pozulduğu, şərh olunan vəziyyətin Avropa Konvensiyasının 6-cı maddəsinin 1 və 3(d) bəndləri, habelə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə uzlaşmadığı müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, müqayisəli şəkildə təhlil etməmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi il ə bağlı "Bratyakin Rusiyaya qarşı" iş üzrə 09 mart 2006, "Fadin Rusiyaya qarşı" iş üzrə 27 iyul 2006, "Lenskaya Rusiyaya qarşı" iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında "ciddi səhv" anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin "natamam və qərəzli" olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Apardığı təhlillə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud b u Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, habelə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Beləliklə, milli və beynəlxalq qanunvericiliyin yuxarıda şərh edilən tələblərindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərindən, Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrdən və işin təsvir edilmiş hallarından çıxış etməklə kassasiya şikayətinin dəlillərini əsaslı sayan və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi S.A.Əsədov tərəfindən verilmiş həmin şikayətin dəlillə rinə cavab verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki işə birinci və apellyasya instansiyası məhkəmələrində baxılarkən CPM-nin 416.1.1-416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməsi apellyasya şikayətinə məhkəmə baxışının təkrarən keçirilməsini, müdafiə tərəfinin iddia etdiyi məsələlərin isə tam, hərtərəfli və obyektiv araşdırılmasını və yalnız bundan asılı olaraq sübutların kifayətedilənliyi və təqsirlilik məsələlərinin həll edilməsini, bunun üçün isə apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini labüd edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, belə vəziyyətdə, yəni təkrar araşdırmanın aparılması zəruriliyində hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarının ləğv edilərək Məhkum barəsindəki cinayət işi üzr icraata hər hansı əsasla xitam verilməsi barədə qərarın qəbul edilməsi mümkün deyil və buna görə bu barədə kassasiya şikayətinin tələbi qəbul edilməz sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənləri yuxarıda göstərilən qaydada bir daha təhlil edib kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi E.N.Bədəlovun, həmin şikayətin təmin olunmaması haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı ləğv edilmə li və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenid

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar