Məhkəmə qərarları › İş №1(102)-839/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-839/2024

27.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-839/2024 27.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Vəliyev Ruslan Vahid oğlunun, tərcüməçi X7 qızının iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(108)-35/2023 nömrəli, 03 noyabr 2023-cü il tari xli qərarından Məhkum müdafiəçisi Vəliyev Ruslan Vahid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XX XXX XX-ci il tarixdə Türkiyə Respublikasının İğdır şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ailəli, himayəsində beş azyaşlı uşağı olan, orta təhsillli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, X1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 03 avqust 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 16 avqust 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, Məhkum İran İslam Respublikasında istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib idarə etdiyi 76AAP323/76AAS496 dövlət qeydiyyat nişanlı, “X8” markalı yük avtomobili ilə 20 aprel 2023-cü il tarixdə, saat 23 radələrində Azərbaycan Respublikasının Gömrük sərhəddindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daşıyarkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən “Culfa” gömrük postunda keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan yükün içərisindəki 90 ədəd sarı rəngli plastik vedrədə şəffaf sellofan paketlərə bükülərək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilmiş, 1-55 saylı olan tünd-qəhvəyi rəngli kristal və tozşəkilli hissəciklərdən ibarət obyektlərin ayrı-ayrılıqda təmiz çəkiləri 1-5 kq 676,66 qr, 2-5 kq 176.71 qr, 3-4 kq 876,71 qr, 4-5 kq 476,71 qr, 5-5 kq 176,71, 6-5 kq 576,71 qr, 7-5 kq 976,71 qr, 8-4 kq 476,71 qr, 9-5 kq 276,71 qr, 10-5 kq 376,71 qr, 11-5 kq 176,71 qr, 12-5 kq 676,71 qr, 13-4 kq 976,71 qr, 14-5 kq 376,71 qr, 15-5 kq 376,71 qr, 16-5 kq 776,71 qr, 17-5 kq 876,71 qr, 18-5 kq 576,71 qr, 19-5 kq 976,71 qr, 20-4 kq 876,71 qr, 21-5 kq 476,71 qr, 22-5 kq 776,71 qr, 235 kq 476,71 qr, 24-5 kq 276,71 qr, 25-5 kq 776,71 qr, 26-5 kq 376,71 qr, 27-5 kq 176,71 qr, 28-5 kq 576,71 qr, 29-5 kq 776,71 qr, 30-4 kq 976,71 qr, 31-5 kq 676,71 qr, 32-5 kq 476,71 qr, 33-4 kq 776,71 qr, 34-4 kq 876,71 qr, 35-4 kq 976,71 qr, 36-5 kq 676,71 qr, 374 kq 876,71 qr, 38-4 kq 976,71 qr, 39-5 kq 076,71 qr, 40-4 kq 876,71 qr, 41-5 kq 276,71 qr, 42-5 kq 076,71 qr, 43-5 kq 576,71 qr, 44-4 kq 976,71 qr, 45-5 kq 376,71 qr, 46-4 kq 976,71 qr, 47-5 kq 376,71 qr, 48-5 kq 076,71 qr, 49-4 kq 976,71 qr, 50-4 kq 776,71 qr, 515 kq 976,71 qr, 52-6 kq 376,71 qr, 53-6 kq 076,71 qr, 54-4 kq 776,71, 55-5 kq 276,71 qr olmaqla ümumil ikdə təmiz çəkisi 293 kiloqram 619 qram; 56-90 saylı olan açıq qəhvəyi rəngli kristal və tozşəkilli hissəciklərdən ibarət obyektlərin ayrı-ayrılıqda təmiz çəkiləri 1-5 kq 276,66 qr, 2-5 kq 676.71 qr, 3-5 kq 676,71 qr, 4-5 kq 576,71 qr, 5-5 kq 976,71, 6-6 kq 376,71 qr, 7-5 kq 276,71 qr, 8-5 kq 976,71 qr, 9-6 kq 276,71 qr, 10-5 kq 076,71 qr, 11-5 kq 176,71 qr, 12-6 kq 376,71 qr, 13-5 kq 976,71 qr, 14-5 kq 676,71 qr, 15-5 kq 676,71 qr, 166 kq 376,71 qr, 17-5 kq 876,71 qr, 18-5 kq 776,71 qr, 19-6 kq 376,71 qr, 20-6 kq 276,71 qr, 21-5 kq 876,71 qr, 22-5 kq 876,71 qr, 23-5 kq 276,71 qr, 24-6 kq 376,71 qr, 25-6 kq 276,71 qr, 26-5 kq 476,71 qr, 27-6 kq 076,71 qr, 28-5 kq 576,71 qr, 29-6 kq 176,71 qr, 306 kq 276,71 qr, 31-6 kq 476,71 qr, 32-5 kq 876,71 qr, 33-5 kq 676,71 qr, 34-5 kq 976,71 qr, 35-5 kq 576,71 qr olmaqla ümumi təmiz çəkisi 205 kiloqram 584,80 qram olmaqla ümumilikdə təmiz çəkisi 499 kiloqram 203,9 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda heroin narkotik vasitəsi aşkar olunaraq götürülmüşdür.

5. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1(109)-18/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətə və Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin ed ilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 aprel 2023-cü il tarixdən hesablanması, ona təyin olunmuş əsas cəzanı çəkib qurtardıqdan sonra barəsində Azərbaycan Respublikası CM-nin 52-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması hökm edilmiş, həmçinin maddi sübut və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Vəliyev Ruslan Vahid oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(108)35/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1(109)-18/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Vəliyev Ruslan Vahid oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkuma onun təhrif olunmuş ifadəsinə, şahidlərin biri-digərinə ziddiyyət təşkil edən və təhrif edilmiş ifadələrinə, mülahizələrə əsaslanaraq, iş üzrə bütün xüsusatları tədqiq etmədən, mötəbər sübutlar ə saslanmadan, həmçinin, sübutlara obyektiv qiymət vermədən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. İbtidai istintaqın qanunsuz və kobud pozuntulara yol verməklə aparılması barədə verilmiş çoxsaylı şikayətlərə, əlavə istintaq hərəkətlərinin aparılması və sair barədə verilmiş vəsatətlərə məhəl qoyulmadan birinci insantsiya məhkəməsinin hökmü ilə Məhkum verilmiş ittiham üzrə təqsirli bilinərək, qəti olaraq 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, yenidən düzgün olmayan nəticəyə gəlinmişdir. İstər məhkəməyədək, istərsə də məhkəmə istintaqı zamanı ittihamın mahiyyətini təşkil edən bir çox şübhəli məqamlar ortaya çıxsa da, Məhkumın təqsirli bilinməsi üçün şübhələr mütləq digər mötəbər sübutlarla aradan qaldırılmalı olduğu halda qaldırılmamış, buna görə də həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət işi tam və obyektiv araşdırılması üçün aparılmalı olan istintaq hərəkətləri aparılmadığından, narkotik vasitələrin satıcısı və sifarişçisi ola biləcək yükün təminatçısı, sahibi və sifarişçisinin şəxsiyyətləri müəyyən edilərək istintaqa cəlb edilmədiyindən, şahidlərin ifadələrində mübahisəli məqamlar aradan qaldırılmadığından, qadağan edilmiş maddələrin aşkar olunduğu qabların qablaşdırma metodları ekspert rəyi ilə dəqiqləşdirilmədiyindən, axtarış və götürmə zamanı sübutlar qanunamüvafiq olaraq əldə edilərək videogörüntüləri alınmaqla qablaşdırılmadığından, şəxsin idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilən anda n göstərdiyi hal və hərəkətlərindən, sübutların təhrif olunduğundan, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibi üzrə icraatı həyata keçirən orqan tərəfindən əldə olunmuş məlumatlar, sənədlər, istintaq hərəkətləri və digər əşyalar sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(108)-35/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində bəraət verilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməl ərindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Müdafiəçi kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığını iddia edib xahişini faktiki olaraq Az ərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(108)-35/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərki binin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər b ir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissə sinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibi olmadığına dair müdafiəçinin dəlillərini əsassız hesab edir.

22. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansi yası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri şahid ifadələri, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel və 7 iyun 2023-cü il tarixli, 433 və 548 nömrəli rəyləri, 21 aprel 2023-cü il tarixli “nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotocədvəl, 03 iyun 2023cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokol, digər istintaq hərəkəti protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Baxılan kassasiya şikayətində sübutların təhrif olunduğuna dair məhkumun müdafiəçisinin irəli sürdüyü iddialar apellyasiya instansiyası məhkəməsi qarşısında da qaldırılmış, bununla bağlı hazırda mübahisəsi edilən qərarda müəyyən edilmişdir ki, ittihamı təsdiq edən Məhkum telefonunda olan yazışmaları ibtidai istintaq orqanı tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş, həmin yazışmalarda məhkumun yazmadığı heç bir ifadə aşkar edilməmiş, əksinə bu yazışmaların məzmunu, yəni məhkumun telefonunda “Okan Mutlular” adı ilə qeydə aldığı şəxslə idarə etdiyi avtomobilə qadağa edil miş əşyaların yüklənməsinə dair şübhəsinin, eləcə də həbsə alınması təhlükəsinə məruz qalması ehtimalının olması barədə söhbəti bir daha onun yüklənən malların içərisində narkotik vasitə olması barədə məlumatının olması qənaətinə gəlməyə əsas verir.

24. Həmçinin, apellyasiya məhkəməsi kollegiyası hesab etmişdir ki, müdafiə tərəfindən irəli sürülən Məhkum telefonundan istintaq tərəfindən pozularaq təhrif edilmiş səs yazıları və yazışmalar ilə bağlı iddia əsassızdır, müdafiə tərəfi bununla bağlı heç bir sübut təqdim edə bilmir və öz təxəyyülünə görə bu nəticəyə gəlir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum telefonunda olan yazışmaların ibtidai istintaq orqanı tərəfindən silinərək, təhrif olunması ilə bağlı irəli sürülm üş dəlillər mülahizə xarakterli olmaqla, heç bir sübutla təsdiq olunmur.

26. Bundan başqa, cinayət işinin materiallarında olan 03 iyun 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mobil telefonda olan Whatsapp ani mesajlaşma tətbiqində Məhkum yazılı mesajlaşma şəklində əlaqə saxladığı şəxslərlə olan mesajlarına nəzər yetirdikdə onun +**********87 mobil nömrəsinin sahibi və telefonda adı “Okan Mutlular” adı ilə qeydiyyata alınmış şəxslə mesaj və səs yazısı şəklində danışıqları aşkar edilmişdir. Onlar arasında 17 aprel 2023-cü il tarixdə aparılan danışıqlardan saat 11:32-dən 12:27 dəqiqəyədək olan Məhkum “Okan Mutlular” adlı şəxsə 5 ədəd şəkil göndərməsi və şəkillərdən sonra “İlk önce kovalar yüklendi sonra orta tarafa kağıt torbalar, daha sonra yine kovalar yükleniyor fotoda görüldüğü gibi bilmem teberuz ettirebildimmi”, “Kafana takılan bir soru varsa sor", Okan Mutlular adlı şəxsin Məhkum “Kafama takılan çok soru var seninle alakalı”, Məhkum Okan Mutlulara “Sor bakalım inşallah hayrlı olur mesajları və 2 ədəd yük gətirmiş iran yük nəqliyyat vasitəsinin və yüklərin foto şəkilini göndərdikdən sonra “Bu arabadan aktardılar” mesajı, sonra onun avtomobilinə yük boşaltmış İran İslam Respublikasına aid yük nəqliyyat vasitəsinin fotoşəkilini göndərərək “Eğer herhangi bir sıkıntı olursa bu araba sorumludur”, “bunlara güvenmiyorum” mesajı, Okan Mutlular adlı şəxsin Məhkum “neden” cavabı, Məhkum Okan Mutlulara “Nedeni varmı bizim şöförler nahcivan da hala hapiste” “ya beni de hapse atarlarsa hasretine dayana bilecekmisin”, “iki ədəd smile iş arəsi”, Okan Mutlular adlı şəxsin Məhkum “valla”,’ “biraz kafa dinlersin işte”, “dert yok tasa yok mahpusta” cavabının yazıldığı müəyyən edilmişdir.

27. Həmin yazışmaların məzmunundan görünür ki, Məhkum tərəfindən “Okan Mutlular” adı ilə qeyd etdiyi şəxsə fotoşəkillərini də göndərməklə yüklərin hansı formada yerləşdirildiyi barədə məlumat verilmiş, İran İslam Respublikası ərazisində daşınması üçün qəbul etdiyi yükləri gətirmiş nəqliyyat vasitəsi barədə məlumat verilmiş, üstəlik o, yüklərin daşınmasını həyata keçirdiyi şirkətin sürücülərinin əvvəllər də qanunsuz əməl törətdiklərinə görə tutulduğundan xəbərdar olmasına dair narahatlığını ifadə edərək hər hansı problem yaranacağı təqdirdə həmin nəqliyyat vasitəsinin məsuliyyət daşıyacağı bildirmişdir. Göründüyü kimi, bu yazışmalar məhkum edil miş şəxsin yüklənən malların içərisində narkotik vasitə olması barədə qabaqcadan məlumatının olmasını, həmin narkotik vasitələrin gömrük nəzarət-buraxılış məntəqəsində yüklərin içərisində aşkar olunacağı təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar olmasına dəlalət edir.

28. Bundan başqa məhkəmə kollegiyası onu da nəzərə alır ki, daşıyıcı olaraq yüklərin düzgünlüyü ilə bağlı məsuliyyət yük daşımasını həyata keçirən daşıyıcının bilavasitə təmsilçisi olan sürücü Məhkum üzərində olmuşdur. Belə ki, İran İslam Respublikasının 17 sentyabr 1998-ci, Azərbaycan Respublikasının 18 sentyabr 2006-cı və Türkiyənin 2 avqust 1995-ci il tarixlərində, yəni həm yükün qəbul edildiyi, həm ərazisini istifadə etməklə yükün tranzitdə olduğu, həm də ki, məhkumun vətəndaşı olduğu hər üç dövlətin q oşulduğu 19 may 1956-cı il tarixində Cenevrə şəhərində imzalanmış “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin “b” yarımbəndinə görə Daşıyıcı malları qəbul edərkən malların və onların qablaşdırmasının görünən vəziyyətini yoxlamalı, eyni maddənin 2-ci bəndinə görə isə Daşıyıcının bağlamaların sayı, onların markalanması və sayı ilə bağlı yük qaiməsində göstərilən məlumatların düzgünlüyünü yoxlamaq üçün ağlabatan imkanı olmadıqda, o, müvafiq əsaslandırmanı təmin etməklə qeyd-şərtlərini yük qaiməsinə daxil etməlidir.

29. Cinayət işinin mübahisəsiz hallarından isə müəyyən edilir ki, sürücü Məhkum tərəfindən ibtidai istintaq orqanına və məhkəməyə X4 gömrük məntəqəsində mallardan nümunə götürülməsini və avtomaşına yüklənən malların qanuni yük o lmasını təsdiqləyən heç bir mötəbər sənəd təqdim edilməmişdir. Bununla yanaşı, Məhkum ifadələrində malların maşına yüklənməsi zamanı orada olmasını və yüklərə baxdıqda 3 müxtəlif növdən malın olmasını görüb şübhələndiyini bildirsə də, müvafiq yük daşıma qaiməsinin qeyd hissəsinə hər hansı qeyd-şərtini daxil etməmişdir. Halbuki, ifadəsində o bildirmişdir ki, hətta bir neçə vedrənin qapağını açıb içərisində nəzərdə tutulan “kalekim” yox, ağ rəngli başqa maddənin olduğunu aşkar etmişdir. Belə olan halda qaimədə əlaqəli qeydin olmaması, yük daşımasını bilavasitə həyata keçirən və yüklərin həqiqiliyinə və mötəbərliyinə görə cavabdeh şəxs olan Məhkum məsuliyyətinin yaranması üçün birbaşa əsasdır.

30. Nəticədə, məhkəmələr haqlı olaraq Məhkum özünü təqsirli bilməməsini, idarə etdiyi nəqliyyat vasi təsində aşkarlanan narkotik vasitədən xəbərinin olmamasını göstərməsinə dair dəlillərini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən azad edilmək üçün verilmiş ifadə kimi qiymətləndirmişlər.

31. Qeyd edilənlərlə yanaşı, kassasiya şikayətində müdafiəçi şahidlərin ifadələrində olması iddia edilən mübahisəli məqamların məhkəmələr tərəfindən aradan qaldırılmadığı bildirsə də, lakin həmin ifadələrdə hər hansı ziddiyyət, mübahisəli hallar müəyyən edilməmiş, əksinə şahidlərin ifadələrində bildirdikləri xüsusatlar cinayət işinin materiallarında olan digər sübutlarla uzlaşdığından, bu ifadələr işin faktiki hallarının düzgün müəyyən edilməsinə imkan yaratmaqla, Məhkum ona ittiham edilən cinayətlərin törədilməsində təqsirini birmənalı təsdiqləyir.

32. Müvafiq olaraq, apellyasiya instan siyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlandıqda, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması ha qqında nəticəyə gəlmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

34. Yuxarıda göstərilənlərə əlavə olaraq məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normaların tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

35. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

36. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarı n dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

37. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(108)-35/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Vəliyev Ruslan Vahid oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(108)-35/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar