Məhkəmə qərarları › İş №1(102)-849/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-849/2019

12.11.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-849/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, zərərçəkmiş şəxs X3 və Məhkum iştirakları ilə, Baki Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 13 fevral 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Baki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar Mikayılov (sədrlik edən və məruzəçi), Əliövsəd Abasov və Mahmud Ağalarovdan ibarət tərkibdə) 1(101)-1245/2017 nömrəli 07 noyabr 2017-ci il tarixli hökmü ilə xx xxxx 1985-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Ağcabədi rayonunun Kəhrizli kəndində qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2017-ci il tarixdən hes ablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 26 may 2017-ci il tarixdə gecə saat 00:30 radələrində Baki şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, dəniz kənarında yerləşən "xxxx" istirahət mərkəzinin həyətində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə öz aralarında söhbət edən vaxt aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu sinəsindən itələməsini cüzi bəhanə kimi istifadə edərək. Heç bir əsassız səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə qəflətən əllə vurmaqla yerə yıxaraq ona komatoz vəziyyətlə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi, hər iki alın payının hemorragik kontuziya ocaqları, alın sümüyünün xətti sınığı, sol gözaltı nahiyənin, üst dod ağın əzilmiş yaraları, sol bazunun, sol dizin qançırları kimi yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Sahibxan Mirzəyev və Elşad Şamayevdən ibarət tərkibdə) 13 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindın verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2018-ci il tar ixli qərarı ləğv edilsin və əməlinin CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməklə barəsində aşağı həddə cəza təyin olunsun. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı əməli CM-in 126.2.4-ci maddəsi ilə düzgün tövsif olunmamış və həmçinin ona ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassa siya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CMin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi üçün qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma baş verməlidir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və o byektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, 26 may 2017-ci il tarixdə gecə saat 00:30 radələrində Baki şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, dəniz kənarında yerləşən "xxxx" istirahət mərkəzinin həyətində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə öz aralarında söhbət edən vaxt aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu sinəsindən itələməsini cüzi bəhanə kimi istifadə edərək. Heç bir əsassız səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən bir dəfə qəflətən əllə vurmaqla yerə yıxaraq ona komatoz vəziyyətlə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi, hər iki alın payının hemorragik kontuziya ocaqları, alın sümüyünün xətti sınığı, sol gözaltı nahiyənin, üst dodağın ə zilmiş yaraları, sol bazunun, sol dizin qançırları kimi yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə tərcüməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır v ə ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. İşdən göründüyü kimi, həm Məhkum, həm də Zərərçəkmiş şəxs ifadələrində göstərmişlər ki, hadisədən qabaq onların arasında heç bir mübahisə olmamış, işin materialları ilə də onların arasında dava-dalaşın, yaxud mübahisənin olmasına dəlalət edən heç bir sübut yoxdur. Belə olan halda Məhkum Zərərçəkmiş şəxs yumuruq ilə vuraraq ona ağır dərəc əli xəsarət yetirməsi üçün heç bir əsaslı səbəb mövcud olmamışdır. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticənin işin hallarına uyğun hesab etməklə yanaşı qeyd edir ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq M əhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə ittiham verilmiş, birinci instansiya məhkəməsi də onu həmin maddə ilə təqsirli bilməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq düzgün olaraq birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxsin əməlinin tövsifini müəyyən edərkən cinayət qanunun normalarına riayət etmişlər və təqsirləndirilən şəxsin əməlinin CM-in 126.1-ci maddəsinə tövsif olunması üçün heç bir əsas yoxdur, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan başqa, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tə ləblərini nəzərə almışdır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2018-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 13 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar