Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-857/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib- Samirə Cavid qızı Nəsibova, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum, onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi-vəkil Nümayəndə iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 31 3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsi (hakimlər R.Sadıxov (sədrlik edən və məruzəçi), F.Qəribov və Ə.Hacıyev) 01 noyabr 2016-cı İl tarixli hökmü ilə, Məhkum -xx xxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" ASCnin Nəsimi filialının İİİ kateqoriyalı satış mütəxəssisi vəzifəsində işləmiş, Bakı şəhəri ************************* yaşayan Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 313-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 178.3.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilib 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlandığı 01 il 04 ay 07 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il 07 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış, CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza şərti tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsu liyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı həmin maddə ilə ona cəza təyin edilməmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 01 iyun 2010-cu il tarixdən 11 iyun 2014-cü il tarixədək "xxxx" ASC-nin "xxxx" filialında əvvəlcə əməliyyatçı, daha sonra isə İİİ kateqoriyalı satış mütəxəssisi vəzifəsində işləməklə vəzifə təlimatına əsasən müəyyən olunmuş məbləğdə depozitin (əmanətin) qəbul edilməsi, kreditlər verilməsi, depozitçilərin (əmanətçilərin) kredit sifarişini icra etməklə depozit təminatı əsasında kredit verilməsinin təmin edilməsi, plastik kartların satışının həyata keçirilməsi, mədaxil və məxaric əməliyyatlarının icra edilməsinə cavabdeh şəxs olmasına baxmayaraq, həmin tələblərə qəsdən əməl etməyərək, "xxxx" ASC-nin ona olan etibarından sui-istifadə edərək külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə 07 dekabr 2012-ci il tarixdə işlədiyi ünvan 1 ünvanında yerləşmiş "xxxx" ASC-nin "xxxx" filialında bankın müştəriləri X2 və X18 məlumatı və iştirakı olmadan 10000 (on min) manat məbləğində kredit verilməsi ilə bağlı Ə6 adından ərizə yazıb sonuncunun əvəzinə imza etdikdən sonra icrası ilə bağlı B6 6adına ************* saylı depozit hesabında olan 15000 (on beş min) manat pul vəsaitini girov qoymaqla Ə6 adına 10000 (on min) manat plastik kartla kredit ayrılmasına dair sənədlər toplusuna daxil olan 07 dekabr 2012-ci il tarixli 097/12/ND №-li kredit (borc) və pul vəsaitinin girov müqavilələri, habelə həmin tarixli B6 adına olan ************* saylı depozit hesabının bloklaşdırılmasına dair sərəncam, müddətl i öhdəlik, kredit komitəsinin qərarı, Parabankda kreditlərin sənədləşdirilməsi, verilməsi, nəzarəti və uçotu haqqında Qaydaların 1 və 2 №-li əlavələrini və Ə6 adından plastik kartın alınması üçün ərizə formasını tərtib edərək qeyd edilən sənədlərdə kredit alan qismində adı qeyd edilmiş Ə6, təminat verən qismində adı qeyd edilmiş B6 və qrup rəhbəri qismində adı qeyd edilmiş X13 əvəzindən imza edib sonuncuların iradəsini ifadə etməyən bank sənədlərini tərtib etməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı edərək həmin sənədlərin təsdiq edilməklə icraya yönəldilməsindən sonra əvvəlcədən planlaşdırdığı kimi Ə6 adına sifariş edilmiş *************** nömrəli plastik kartı qulluq mövqeyindən irəli gələn bank əməliyyatlarının icrası ilə əlaqədar ə ldə edib karta yüklənmiş pul vəsaitini 08 dekabr 2012-ci il tarixdə Parabank ASC-nin "xxxx" filialına, 10 dekabr 2012-ci il tarixdə Parabank ASC-nin “Azadlıq” filialına, 11 dekabr 2012-ci il, 14 dekabr 2012-ci il və 16 dekabr 2012-ci il tarixlərdə yenidən Parabank ASC-nin "xxxx" filialına və 20 dekabr 2012-ci il tarixdə Parabank ASC-nin “Azadlıq” filialına məxsus bankomatlar vasitəsilə nağdlaşdırıb cəmi 10000 (on min) manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Parabank ASC-yə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, 18 noyabr 2013-cü il tarixdə işlədiyi ünvan 3 ünvanında yerləşən Parabank ASC-nin "xxxx" filialında 14500 (on dörd min beş yüz) manat məbləğində kredit verilməsi ilə bağlı b ankın müştərisi X4 adından ərizə yazıb məzmununu izah etmədən sonuncuya imza etdirdikdən sonra icrası ilə bağlı X47 adına *************** saylı depozit hesabında olan 18000 (on səkkiz min) manat pul vəsaitini girov qoymaqla 14500 (on dörd min beş yüz) manat plastik kartla kredit ayrılmasına dair sənədlər toplusuna daxil olan 18 noyabr 2013-cü il tarixli *************** №-li kredit (borc) və pul vəsaitinin girov müqavilələri, habelə həmin tarixli X47 adına olan ************* saylı depozit hesabının bloklaşdırılmasına dair sərəncam, ************ №-li sərəncam orderi, ******** №-li müddətli öhdəlik, kredit komitəsinin qərarı, Parabankda kreditlərin sənədləşdirilməsi, verilməsi, nəzarəti və uçotu haqqında Qaydaların 1 və 2 №-li əlavələrini tərtib edərək həmin sənədlərin də həqiqi məzmununu X51 izah etmədən imzaladıb 18 dekabr 2013-cü il tarixdə X47 adından plastik kartın alınması üçün ərizə formasının sonuncunun əvəzindən imzalanmasını təmin edib X47 iradəsini ifadə etməyən bank sənədlərini tərtib etməklə, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib təkrar vəzifə saxtakarlığı edərək həmin sənədlərin təsdiq edilməklə icraya yönəldilməsindən sonra əvvəlcədən planlaşdırdığı kimi X47 adına sifariş edilmiş ********** nömrəli plastik kartı qulluq mövqeyindən irəli gələn bank əməliyyatlarının icrası ilə əlaqədar əldə edib karta yüklənmiş pul vəsaitini 19 dekabr 2013cü il və 20 dekabr 2013-cü il tarixlərdə Parabank ASC-nin "xxxx" filialına məxsus, 20 dekabr 2013-cü il tarixdə "xxxx"ya məxsus 799 saylı, 22 dekabr 2013-ci il tarixdə isə yenidən Parabank ASC-ni n "xxxx" filialına məxsus bankomatlar vasitəsilə nağdlaşdırıb cəmi 14500 (on dörd min beş yüz) manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Parabank ASC-yə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə, o, 17 fevral 2014-cü il tarixdə işlədiyi ünvan 3 ünvanında yerləşən Parabank ASC-nin "xxxx" filialında 21000 (iyirmi bir min) manat məbləğində kredit verilməsi ilə bağlı bankın müştərisi M6 adından ərizə yazıb məzmununu izah etmədən sonuncuya imza etdirdikdən sonra icrası ilə bağlı Z6 adına **************** saylı depozit hesabında olan 25000 (iyirmi beş min) manat pul vəsaitini girov qoymaqla 21000 (iyirmi bir min) manat nağd kredit ayrılmasına dair sənəd toplusuna daxil olan 17 fevral 201 4-cü il tarixli PB/020/14/030418 №-li kredit (borc) və pul vəsaitinin girov müqavilələri, habelə həmin tarixli Z6 adına olan ******************** saylı depozit hesabının bloklaşdırılmasına dair sərəncam, *********** №-li sərəncam orderi,************* №-li müddətli öhdəlik, kredit komitəsinin qərarı, Parabankda kreditlərin sənədləşdirilməsi, verilməsi, nəzarəti və uçotu haqqında Qaydaların 1 və 2 №-li əlavələrini tərtib edərək həmin sənədlərin həqiqi məzmununu Z6ə izah etmədən imzaladıb onların təsdiq edilməklə icraya yönəldilməsindən sonra, 24 fevral 2014-cü il tarixdə Z6 adına 21000 (iyirmi bir min) manat nağd pul vəsaitinin məxaric edilməsinə dair tərtib etdiyi xəzinə məxaric orderinin Z6 əvəzindən imzalanmasını təmin edərək sonuncunun iradəsini ifadə etməyən bank sənədlərini tərtib etmə klə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib təkrar vəzifə saxtakarlığı etdikdən sonra pulun xəzinədən məxaric edilməsinə nail olaraq öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 21000 (iyirmi bir min) manat pul vəsaitini ələ keçirərək Parabank ASC-yə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, 31 mart 2014-cü il tarixdə işlədiyi ünvan 3 ünvanında yerləşən Parabank ASC-nin "xxxx" filialında bankın müştərisi X21 Parabank ASC-nin "xxxx" filialına olan kredit borcuna görə öz adına 21172 (iyirmi bir min yüz yetmiş iki) ABŞ dolları, arvadı A8 adına isə 30750 (otuz min yeddi yüz əlli) ABŞ dolları pulun banka ödənilməsi ilə bağlı müvafiq bank əməliyyatlarının icra edilməsi üçün ona müraciət etm əsindən sonra həmin məbləğlərdə pulu qanunsuz olaraq ələ keçirmək qərarına gələrək kompüterdə sistemin işləmədiyini bəhanə edib İ6 adına 21172 (iyirmi bir min yüz yetmiş iki) ABŞ dolları, A8 adına isə 30750 (otuz min yeddi yüz əlli) ABŞ dolları pulun xəzinəyə mədaxil edilməsi ilə əlaqədar əlyazma elanlar tərtib edərək həmin elanlar əsasında İsa Hüseynovun həmin məbləğlərdə pulu xəzinəyə təhvil verməsinə əmin olduqdan sonra qeyd edilən əlyazma elanları yenidən kompüterdə tərtib edəcəyi adı ilə xəzinədən təhvil alaraq həmin elanların əvəzinə cinayət əməlinin ifşa edilməməsi üçün qeyd edilən məbləğlərə cüzi dəyişiklik etməklə 21163 (iyirmi bir min yüz altmış üç) və 30736 (otuz min yeddi yüz otuz altı) ABŞ dolları məbləğlərində pulun həmin bankda olan öz ********************** saylı cari valyu ta hesabına mədaxil edilməsi ilə bağlı müştəri qismində öz adı qeyd edilmiş xəzinə mədaxil orderlərini tərtib edib sistemə işləməsini təmin etməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib təkrar vəzifə saxtakarlığı edərək həmin məbləğlərdə pulların öz hesabına mədaxil edilməsinə nail olub öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə cəmi 51922 (əlli bir min doqquz yüz iyirmi iki) ABŞ dolları, yəni həmin dövrün məzənəssi ilə 40727,62 (qırx min yeddi yüz iyirmi yeddi manat altmış iki qəpik) manat pul vəsaitini ələ keçirərək Parabank ASC-yə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə, o, bankın müştərisi X21 14 yanvar 2014-cü il tarixdə həmin bankdan ********************** saylı kredit kartı v asitəsilə götürdüyü 10000 (on min) ABŞ dolları krediti 17 yanvar 2014-cü il tarixdə ödədikdən sonra İ6 həmin kredit kartından bir daha istifadə etməyəcəyini ehtimal edərək 11 iyun 2014-cü il tarixdə işlədiyi ünvan 3 ünvanında yerləşən Parabank ASC-nin "xxxx" filialında İ6 adından yeni plastik kartın alınması üçün ərizə formasını tərtib edib həmin sənədin İ6 əvəzindən imzalanmasını təmin edərək sonuncunun iradəsini ifadə etməyən bank sənədi tərtib etməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib təkrar vəzifə saxtakarlığı edərək həmin sənədin icraya yönəldilməsindən sonra əvvəlcədən planlaşdırdığı kimi İ6 adına yenidən sifariş edilmiş **************** nömrəli plastik kartı qulluq mövqeyindən irəli gələn bank əməliyyatlarının icrası ilə əlaqədar əldə edib karta yüklənmiş pul vəsaitini 20 iyun 2014-cü il, 23 iyun 2014-cü il və 24 iyun 2014-cü il tarixlərdə Parabank ASC-nin "xxxx" filialına məxsus, 24 iyun 2014-cü il tarixdə "xxxx" ASC-yə məxsus "xxxx" saylı, 09 iyul 2014-cü il tarixdə isə Parabank ASC-nin “*************” filialına məxsus bankomatlar vasitəsilə nağdlaşdırıb 10000 (on min) ABŞ dolları, yəni həmin dövrün məzənəssi ilə 7844 (yeddi min səkkiz yüz qırx dörd) manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Parabank ASC-yə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Dövlət ittihamçısının apellyasiya protestinə, zərərçəkmişin nümayəndəsinin və təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsin in cinayət kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: S.A.Mirzəyev, hakimlər: F.A.Qasımov və C.C.Ramazanov) təqsirləndirilən şəxsinın müdafiəçisinin apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmişin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum 12500 manat alınaraq "xxxx" BOKT ASC-yə ödənməsi qərara alınmış, qalan hissədə qərar dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək, bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini xahiş etmişd ir. Kassasiya şikayətinin dəlilləri Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ibtidai istintaq müddətində verdiyi ifadələri təzyiq altında və məcburi olaraq imzaldığını bildirsə də məhkəmələr bu halı özünümüdafiə kimi qiymətləndirmişlər. Cinayət işinin materiallarında olan vəzifə təlimatına əsasən depozitlərin qəbul edilməsi, kreditlərin verilməsi məhz filial müdirinin vəzifə öhdəliyidir. İş materiallarından görünür ki, cinayət işi üzrə 15.11.2015-ci il tarixdə müstəqil auditor İ10 tərəfindən təkrar audit yoxlaması keçirilmiş və rəyə əsasən Məhkum tərəfindən edilən saxtakarlıqlar nəticəsində 61922,0 ABŞ dolları və 45500,0 manat mənimsənilmiş, son nəticədə onun tərəfindən banka ziyan vurulmuşdur. Qeyd edir ki, müstəqil auditor İ10 Parabank ASC-nin daxili audit departamentinin audit rəyinə zidd rəy vermişdir və o, Bəhruz Mirzəyevin tanışıdır və onun tərəfindən dəvət olunmuşdur. Məhkum 124454 manat maddi ziyandan 109954 manat ödəmişdir, cəmi 14500 manat ziyan ödnilmədiyi qeyd edilir. Əslində Məhkum heç bir manat da ödəməmişdir. Ödəmələri S8nın adından B6 etmiş, məhkəmə iclasında da bunu etiraf etmişdir. Ödənişləri özünün etməsini B6 filialın nüfuzunun düşməməsi ilə izah etmişdir. Məhkum atasının ödədiyi 2000 manat S8nın bankın pullarını mənimsəməsinin sübutu kimi qəbul edilirsə onda B6tərəfindən Z6 əvəzinə ödədiyi 21000 manat və İ6 və arvadı A8 əvəzinə ödədiyi 42378 ABŞ dolları məhz B6 mənimsəməsini sübutu kimi qəbul edilməlidir. Cinayət işinin 5 epizdu üzrə verilmiş kreditlərin ümumi məbləği 94132,80 manat təşkil etmişdir. İttiham ak tına əsasən maddi ziyan 94071,61 manat müəyyən edilmişdir, bundan da 109954 manat ödənmişdir. Belə olduğu halda vurulmuş ziyandan 15882,39 manat artıq ödənmə edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini cinayət işinə baxmış məhkəmələrin istinad etdiyi sübutların məcmusu ilə müqayisəli müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin nümayəndəsinin çıxışlarını dinləyib, kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya prot estinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı nəticələrə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri və məhkəmə qə rarlarında istinad edilən sübutları müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum elan edilmiş ittihamlar üzrə sübutların toplanması tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin pozulması hallarına yol verilməmiş və bu sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Məhkum ibtidai istintaq müddətində verdiyi ifadələri təzyiq altında imzaldığı barədə cinayət işinin materiallarında hər hansı mötərəb sübut müəyyən edilmişdir və təqsirləndirilən şəxsin özü də bu barədə ibtidai istintaq müddətində bildirməmiş və məhkəmə nəzarəti qaydasında belə hərəkətlərdən şikayət verməmişdir. Cinayət işinin materiallarında olan, Məhkum tutduğu vəzifələrə dair vəzifə təlimatına əsasən depoz itlərin qəbul edilməsi, kreditlərin verilməsi üzrə vəzifələri icra etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və ittiham aktında göstərilənlərdən müəyyən edilir ki, vurulmuş 61922 ABŞ dolları və 45500 manat ziyandan 18378 ABŞ dolları və 11000 manat X7 tərəfindən, 43544 ABŞ dolları və 20000 manat isə Məhkum tərəfindən, 2000 manat isə Məhkum atası tərəfindən ödənmişdir. Beləliklə vurulmuş ziyan hesabına qaytarılmış (18378+43544=61922) 61922 ABŞ dolları və (11000+20000+2000=33000) 33000 manat nəzərə alınmaqla ödənilməmiş ziyan (4550033000=12500) 12500 manat təşkil etmişdir. Ona görə də vurulmuş və ödənilməmiş ziyanın məbləği ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin bu barədə dəl ili əsassızdır. Kassasiya şikayətində Z6 epizodu üzrə göstərilir ki, o, 25000 manat krediti özü alıb. Məhkəmə Xəttşünaslıq ekspertizasının 17.03. 2016-cı il tarixli rəyinə görə 17.02.2014-cü il tarixli müddətli öhdəlikdə müştərinin imzası qrafasındakı imza, ərizədəki imza, kredit müqaviləsində kredit alan və təminat verən qrafasındakı imza, girov müqaviləsindəki kredit alan və təminat verən qrafasındakı imza X14 tərəfindən icra edilmişdir. Eyni zamanda kreditin alınmasına dair “iyurmi bir manar” yazıları Məhkum tərəfindən deyil başqa şəxs tərəfindən icra edilmişdir. Həmin epizod üzrə Məhkum məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, 2014cü ildə bankın müştərisi olmuş M6 kredit tarixçəsi onun tərəfindən aparılmışdır. Baş mühasib S9 tapşırığı ilə Z6 müraciəti olmadan onun depozitini gir ov kimi rəsmiləşdirərək adına 21.000 manat məbləğində kredit verilməsi ilə bağlı sənədləri hazırlamış, xəzinə məxaric orderini onun adından imzalayaraq xəzinədən həmin vəsaiti çıxarmışdır. Həmin pulu S10ə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Məhkum Z6i kassanın qarşısına gətirib ona təqdim etmiş, buna görə də o, həmin pulu məxaric etmişdir. S8 hansısa özünə məlum olan bir üsulla onu aldadaraq həmin məbləğdə pulun kassadan məxaric olunmasına nail ola bilmişdir. Kassasiya şikayətində X47 epizodu üzrə göstərilir ki, ona kredit ayrılmasına dair plastik kartın S8ya verilməsini təsdiq edən sübut təqdim edilməyib. Ə11 kreditdən xəbəri olmadığını desə də ibtidai istintaqa kredit müqavilələrini təqdim etmişdir. Həmin epizod üzrə Məhkum məhkəmə icla sındakı ifadəsində göstərmişdir ki, X19 2013-cü ildə bankın müştərisi olmaqla kredit tarixçəsini o, aparırdı. S6 yazılı ərizəsi əsasında depozitini girov qoymaqla ona 14.500 manat kreditin verilməsini rəsmiləşdirmiş, həmin pulu kart vasitəsi ilə almaq üçün baş ofisə sifariş vermiş, kart filala xəzinəyə daxil olmuş, xəzinədən kartı S6 özü götürməli idi. O, S6 kartını xəzinədən götürməmiş, bir neçə dəfəyə, yəni 2013-cü ilin dekabrın 19, 20 və 22-də filiala məxsus, 22 dekabr 2013-cü il tarixdə isə "xxxx"ya məxsus bankomatlardan 14.500 manatı o çıxarmamışdır. Bankomatlardakı görüntülərdə olan qadın fotoşəkili ona aid deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, 2013cü ilin təxminən dekabr ayında Məhkum yaxınlaşıb bankdakı hesabına köçürülən əmək haqq ını kartla almaq istədiyini bildirmişdir. Məhkum problem olmadığını demiş və tezliklə ona kart hazırlanacağını bildirmişdir. Bundan sonra o, bununla bağlı bir sıra sənədləşmə aparılmalı olduğunu demiş və tərtib etdiyi bir neçə sənədi imzalamaq üçün ona təqdim etmişdir. Həmin gün o, eynəyini evdə unutduğu üçün S8nın təqdim etdiyi sənədləri oxumadan imzalamış və sənədlərin məzmunu ilə tanış olmamışdır. S8 ona bir neçə sənəd təqdim etmiş və təxminən 8-9 yerə imzalamışdır. Daha sonra həmin sənədin bir surəti onda, digər surtəi isə Məhkum qalmışdır. Həmin sənədləri heç evdə də oxumamışdır. Bundan bir həftə sonra gəlib Məhkum əmək haqqı almağı üçün sifariş etdiyi kartı istədikdə S8 kartın alınmadığını bildirmiş və hansı səbəbdən alınmadığını deməmişdir. Bundan sonra o, əmək haqqını nağd şəkildə bankdan almağa davam etmişdir. 2014-cü ilin təxminən sentyabr ayında özünü "xxxx" filialının əməkdaşı kimi təqdim edən Lalə adlı bir xanım ona zəng edərək həmin filiala kredit borcu olduğunu və heç bir ödəmə aparmadığını bildirmişdir. O, həmin şəxsin bu sözünə çox təəccüblənmiş və qətiyyətlə həmin bankdan kredit götürmədiyini demişdir. Lalə xanım bu məsələni aydınlaşdıracaqlarını bildirib onunla sağollaşmışdır. Hətta bir dəfə əmək haqqı götürmək üçün banka getdikdə Lalə xanımla orada danışmış və bir daha ona bildirmişdir ki, o, artıq tam ödədiyi 3000 manatdan başqa bankdan heç bir kredit götürməmişdir. Həmin vaxt Məhkum bankda işləmədiyi üçün ondan bu barədə soruşa bilməmişdir. 2014-cü ilin noyabr ayında "xxxx"ın baş ofisindən özünü bankın hüquqşünası kimi təqdim edən şəxs ona zəng edib on un adına bankdan 14500 manat kredit götürüldüyünü bildirmiş və bu məsələdə yaranmış anlaşılmazlığı aydınlaşdırmaq üçün onu çağırmışdır. O, baş ofisə gedib həmin hüquqşünasla, sonradan adını bildiyi F6 ilə görüşmüşdür. F6 ona 14500 manat pulun kredit götürülməsi ilə bağlı müqavilələri təqdim edib müqavilədəki imzaların ona məxsus olub-olmadığını soruşmuş, müqavilələrə baxıb adının qarşısındakı imzaların ona məxsus olduğunu, lakin həmin krediti onun götürmədiyini, bundan tam xəbərsiz olduğunu, çox gümanki S8nın digər sənədlərin arasında həmin müqavilələri ona imzalatdığını bildirmişdir. Eyni zamanda həmin krediti onun götürmədiyini və bununla bağlı onun tərəfindən heç bir ödəniş aparılmadığını da bildirmişdir. Hətta müqaviləyə diqqətlə baxıb müqavilənin sonunda öz xətti ilə “oxudum, müqavilə nin şərtləri ilə razıyam” sözlərinin yazılmadığını demişdir. Halbuki 3000 manat kredit götürməyinə dair müqavilədə həmin sözləri S8 ona yazdırmışdır. F6 ilə söhbət etdikdən sonra evə gedib saxladığı bank sənədlərini araşdırmış və həmin sənədlərin içərisindən guya 14500 manat kredit götürməyinə dair müqaviləni tapmışdır. Həmin müqaviləni oxuduqda bir daha anlamışdır ki, Məhkum onun sadəlövlüyündən istifadə edib həmin sənədi imzalatdırmışdır. X6 əlaqədar, belə hesab edir ki, sistem işə düşdükdən dərhal sonra onda qalan həmin iki nüsxə qəbzləri əməliyyatı aparan şəxsə, yəni Məhkum təqdim etmişdir ki, həmin əməliyyatı sistemə işləsin və yuxarıda qeyd etdiyi kimi sistemdə həmin əməliyyatı sonlandıra bilsin. S8 isə həmin qəbzlər üzrə məbləğləri sistemə işlədikdən sonra elektron mədaxil qəbzlərin i ona təqdim etmiş, əlyazma qəbzləri isə təqdim etmədiyi üçün onları tələb etməyi unutmuşdur. Günün sonunda kassada toplanan pullarla tərtib edilmiş sənədlər arasında ziddiyyət yaranmadığı üçün bu onda şübhə doğurmamış və kassanı bağlamışdır. Bundan əlavə, bəzi hallarda əməliyyatçılar, eləcə də Məhkum bütün kartları ondan götürüb balansdankənar hesabatlar aparmış və daha sonra kartları ona qaytarmışlar. Çox güman ki, Məhkum X47 kartının xəzinədə olduğunu bilib digər kartlarla birlikdə həmin kartı ondan təhvil alaraq geri qaytardıqda həmin kartı qaytarmamışdır. Kassada eyni vaxtda təxminən 100-dən çox kart olmuş və həmin kartların uçotunu o, aparmamış, o yalnız saxlanılmasını təmin etmişdir. Məhkum da bu vəziyyətdən istifadə edərək kartları ondan götürüb uçotunu apardıqdan sonra ona lazım o lan kartı qaytarmamış, o da kartların sayını bilmədiyi üçün bundan xəbərsiz olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin sualına cavab olaraq da dəfələrlə kartları Məhkum etibar edib verdiyini göstərmişdir. Həmin epizod üzrə X8 məhkəmə iclasında göstərmişdir ki, X47 kredit kartını S8ya o, verməmiş, S8 həmin kart vasitəsilə və digər şəxslrin adına nağdlaşdırdığı pul vəsaitlərini ona verməmişdir. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, X47 adına olan kartın alınması üçün 18 dekabr 2013-cü il tarixli ərizədə müştəri yerində imza deyil, hesab nömrəsi qeyd olunmuş, məsul işçi kimi S8 özü qol çəkmiş, əməliyyat meneceri olaraq həmin sənəd ona təqdim edilməmiş, əməliyyat meneceri sözünün qarışısında isə X50 imzasına bənzər imza çəkilmişdir. Sadəcə olaraq sənədi S8 formallıq üçün dold urub, onun xəbəri olmadan kart sifariş edərək özünə məlum olan formada müştərinin xəbəri olmadan pulu bankomatlar vasitəsilə nağdlaşdırmışdır. Ə12 kartının bankın baş ofisindən bank əməkdaşı tərəfindən qəbul edilməsi və daha sonra müştərinin özü tərəfindən qəbul edilməsini təsdiq edən sənəd də bankda mövcüd olmamışdır. Məhkəmə-xətşünaslıq ekspertizasının 17 mart 2016-cı il tarixli rəyindən müəyyən edilir ki, X4 adına tərtib edilmiş 18 dekabr 2013-cü il tarixli plastik kartın alınması üçün ərizə formasının surətindəki “əməliyyat menecerinin imzası” qrafasındakı imza (İİ cild i.v. 153) - X16 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. X4 adına tərtib edilmiş 18 dekabr 2013-cü il tarixli plastik kartın alınması üçün ərizə formasının surətindəki əlyazmalar, “məsul işçinin imzası” qr afasındakı imza (İİ cild i.v. 153) - Məhkum tərəfindən icra olunmuşdur. X4 adına tərtib edilmiş 18 dekabr 2013-cü il tarixli plastik kartın alınması üçün ərizə formasının surətindəki “əməliyyat menecerinin imzası” qrafasındakı imzanın (İİ cild i.v. 153) - Məhkum tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqi hissənin 3-cü bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş, X4 adına tərtib edilmiş 10 iyul 2014-cü il tarixli elanda “ödəyənin imzası” qrafasındakı (İV cild i.v. 156) və 24 noyabr 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 227) “imza” qrafasındakı imza - Məhkum tərəfindən icra olunmuşdur. Kassasiya şikayətində İ6 və A8 epizodu üzrə göstərilmişdir ki, onların hər ikisi həm hağd və həm də plastik kartla r üarə kreditlərini özləri şəxsən qəbul etmiş İ6 kreditlərini 14.09.2014-cü il tarixdə, A8 isə plastik kart üzrə kreditini 07.04.2014-cü il tarixdə, digər kreditini isə 14.09.2014-cü il tarixdə tam ödəmişdir. Sərbəst auditor yoxlama zamanı 14.09.2014-cü il tarixli mədaxil qəbzlərinin mövcudluğundan məlumatı olmasına baxmayaraq İ6 21000 ABŞ dolları və Almaz Səmədovanın 21000 ABŞ dolları nağd kreditlərinin 19.09.2014-cü il tarixdə B6 və Məhkum tərəfindən ödəndiyini göstərmişdir. Həmin dövrdə Məhkum artıq bankda işləmirdi. Ödəniş qəbzlərinin kimin tərəfindən imzalanması araşdırılmamışdır. Göstərilənlərə əsasən hesab etmişdir ki, Məhkum zərər çəkmiş kimi tanınmış "xxxx" ASC-nin əmlakını ələ keçirmək niyyəti olmamış və o, bankın əmlakını ələ keçirməmişdir. Beləliklə onun əməlində Azərbaycan Res publikası CM-nin 178.3.2-ci və 313-cü maddələrinin tərkibi yoxdur. Ona görə də ona bəraət verilməlidir. İ6 və A8 epizodu üzrə Məhkum məhkəmə iclasında göstərmişdir ki, 2014-cü il tarixdə bankın müştəriləri olmuş İsa Hüseynov və A8 kredit tarixçələrini o aparmışdır. İsa Hüseynov öz adına 21.172 ABŞ dolları, arvadı Almaz Səmədova isə öz adına 30.750 ABŞ dolları məbləğlərində kredit götürmüşlər. 29 mart 2014-cü il tarixdə, yəni şənbə günü İsa Hüseynov banka gələrək özünün və yoldaşının kreditlərini bağlamaq istədiyini bildirmişdir. Şənbə günü olduğu üçün kompyüter sistemə qoşulmadığı üçün İ6 təklif etmişdir ki, onun və arvadının ödənişlərinə dair mədaxil orderləri əl ilə tərtib etsin. İ6 razı olmuş, o, mədaxil orderləri tərtib edərək İsaya təqdim etmişdir ki, o, xəzinəyə gedib pulları ödəsin. Həmin gün xəzinadar X49 idi. İ6 ödəliyi 51.922 ABŞ dolları o görməmişdir. Həmin məbləğ banka mədaxil olmamışdırsa onu xəzinadardan soruşmaq lazımdır. Onun özünün "xxxx" ASC-nin Nəsimi filialında şəxsi hesabı var. Təsadüf nəticəsində onun hesabına həmin tarixdə N6 və M6 adlı şəxslər eyni məbləğdə pul köçürmüşlər. Həmin məbləği bu şəxslərin tapşırığı ilə o, onlara lazım olan ünvanlara göndərməli idi. Düzdür 02 aprel 2014-cü il tarixdə o, həmin məbləğdən öz qohumu olan bir şəxsə 9.900 ABŞ dolları göndərmişdir. Cinayət işinin materialları ilə tanış olanda N6 və M6 adlı şəxslərin ifadələrini oxumuşdur. Hər ikisi 31 mart 2014-cü il tarixdə onun hesabına pul köçürmələrini inkar etmişlər. Lakin o bunun səbəbini bilmir. X39 və arvadı A8 adlarına kart kredit xətləri açılmaqla hər birinə 10.000 AB Ş dolları kredit ayrılmışdır. 17 yanvar 2014-cü il tarixdə İ6 həmin kartları qaytarmışdır. Bundan sonra S9 tapşırığı ilə İ6 xəbəri olmadan kart kredit xətti açmış, həmin kreditin məbləği 10.000 ABŞ dolları təşkil etmişdir. Kartın kodunu ona S10 bildirməklə kartı ona vermişdir ki, o, bankomat vasitəsi ilə kartdan 500 ABŞ dolları çıxartsın. Həmin 500 ABŞ dollarını çıxarıb kartla birlikdə S9ya vermişdir. Bundan sonra o, işdən çıxarılmışdır. X8 məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, Onun S8 ilə heç bir iş birliyi olmamış, S8nın müştərilərin adından saxta kredit müqavilələri tərtib etməklə bankın pulunu ələ keçirməsindən əvvəlcədən xəbəri olmamışdır. Bundan əlavə ibtidai istintaq zamanı onu İ6 adından 21172 və 30750 ABŞ dolları məbləğində pulun "xxxx"ASC-nin "xxxx" filialına ödənilməsi nə dair elanla tanış etmişlər. Həmin sənədlərdəki möhür əksi xəzinəyə aid deyil, əməliyyatçıların istifadəsində olan möhür əksi olmuşdur. Bankda apardığı axtarışlar zamanı müəyyən etmidşir ki, 31 mart 2014-cü il tarixdə 21163 və 30736 ABŞ dolları pul İ8 və A8 deyil, Məhkum öz hesabına mədaxil edilmişdir. İstintaq zamanı İ6 həmin məbləğlərin banka ödənilməsi ilə bağlı əlyazma elanları istintaqa təqdim etmiş, lakin həmin elanların bankda qalan nüsxələrini əldə edə bilməmişlər. Məhkum həmin pulu öz hesabına mədaxil etdikdən sonra həmin elanları məhv etmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 17 mart 2016-cı il tarixli rəyindən müəyyən edilir ki, X21 adına tərtib edilmiş11iyun 2014-cü il tarixli plastik kartın alınması üçün ərizə formasının kserosurətində “imza” qrafasında əks olunmuş imza (Vİ cild i.v. 40) -X35 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. X21 adına tərtib edilmiş 11 iyun 2014-cü il tarixli plastik kartın alınması üçün ərizə formasının surətindəki əlyazmalar (Vİ cild i.v. 40) - Məhkum tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş, X21 adına tərtib edilmiş 11 iyun 2014-cü il tarixli plastik kartın alınması üçün ərizə formasının surətində ə “İmza” qrafasındakı imza (Vİ cild i.v. 40) - Məhkum tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqi hissənin 3-cü bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. X15 adına tərtib edilmiş 31 mart 2014-cü il tarixli elandakı əlyazmalar və “mühasib” qrafasındakı imza (İİ cild i.v. 109) - Məhkum tərəfindən icra olunmuşdur. X15 adına tərtib edilmiş 31 mart 2014-cü il ta rixli elanda “xəzinədar” qrafasındakı imza (İİ cild i.v. 109) X12 tərəfindən tərəfindən icra olunmuşdur. X15 adına tərtib edilmiş 13 yanvar 2014-cü il tarixli plastik kartın verilməsi üçün məxaric orderində (İİİ cild i.v. 173), 13 yanvar 2014-cü il tarixli xəzinə məxaric orderində (İİİ cild i.v. 131), 13 yanvar 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 233), 12 fevral 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 235) “İmza” qrafasındakı imzalar - X25 tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, X15 adına tərtib edilmiş 17 yanvar 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 234), 12 mart 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 236), 12 mart 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 237) “İmza” qrafalarındakı imzalar – X35 tərəfindən icra olunmuşdur. 1.3. Ekspertizaya təqdim edilmiş, X15 adına tərtib edilmiş 14 avqust 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİ cild i.v. 199) “İmza” qrafasındakı imza – Məhkum tərəfindən icra olunmuşdur. X15 adına tərtib edilmiş 07 aprel 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 238), 17 aprel 2014cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 239), 22 may 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 240), 14 iyul 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 242), 15 sentyabr 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 243), 19 sentyabr 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 244), 19 sentyabr 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 245), 1 9 sentyabr 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 246), 21 iyul 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİ cild i.v. 196) “İmza” qrafalarındakı imzalar; 23 iyun 2014-cü il tarixli elanda (İİİ cild i.v. 241) “Ödəyənin imzası” qrafasındakı imza - X25 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
3. Ekspertizaya təqdim edilmiş, X15 adına tərtib edilmiş 07 aprel 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 238), 17 aprel 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 239), 22 may 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 240), 14 iyul 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 242), 15 sentyabr 2014cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 243), 19 sentyabr 2014-cü il tarixli xəzinə mədax il orderində (İİİ cild i.v. 244), 19 sentyabr 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 245), 19 sentyabr 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİİ cild i.v. 246), 21 iyul 2014-cü il tarixli xəzinə mədaxil orderində (İİ cild i.v. 196) “İmza” qrafalarındakı imzaların; 23 iyun 2014-cü il tarixli elanda (İİİ cild i.v. 241) “Ödəyənin imzası” qrafasındakı imzanın - Məhkum tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqi hissənin 3-cü bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. İbtidai istintaq müddətində təqsirləndirilən şəxs qismində ifadəsində Məhkum 31 mart 2014-cü il tarixdə onun hesabına mədaxil edilmiş 21163 və 30736 ABŞ dolları pul məbləğlərinin bankın müştəriləri X22 tərəfindən 19000 manat və X23 tərəfindən 33000 ABŞ dollar ı ödəmələri nəticəsində yaranmışdır. Lakin onun bu ifadəsində göstərdiyi hallar X9 və X10 ifadələri ilə tam təkzib edilmişdir. B6 və Ə13 aid epizod üzrə məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, onlar 2012-ci ildə bankın müştəriləri olmaqla kredit tarixçələri onda idi. O, zaman filialın müdir müavini olmuş D6 icazəsi ilə bu müştərilərin əmanətlərini girov kimi sənədləşdirərək Ə6 adına 10.000 manat plastik kartla kreditin ayrılmasını rəsmiləşdirmiş, bütün imzaları özü etməklə baş ofisə kart sifariş vermiş, həmin kart banka, kassaya daxil olduqdan sonra kartın kimə verilməsini, kartdan kimin pul çıxarmasını bilmir. Ə6 kartını o, götürməmiş, pul çıxarmamış, nə də ki, çıxarılmış pulun ödənişini aparmamışdır. Kredit tarixçələri onda olsa da Ə6 və B6lar depozitləri hesabına kredit verilməs i ilə bağlı ona müraciət etməmiş, ərizə verməmişlər. Bu işi o, baş mühasib S9 tapşırığı ilə etmiş, sənədlərdə Ə6 əvəzinə S10in taşırığı ilə imzalar atmışdır. Bu məsələ ilə bağlı müdir B6 onu otağına çağırmamış, sorğusual etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, şəxsi işləri ilə əlaqədar ona 15.000 manat pul lazım olmuşdur. Bu məsələni Məhkum bilmişdir. S8 onun problemini bildikdən bir neçə gün sonra ona yaxınlaşaraq onun qohumları və yaxud tanışlarının adına filialda depozit olduğu halda depozitin hesabına kredit rəsmiləşdirib ona verə biləcəyini bildirmişdir. O da onunla razılaşaraq işçisi və dostu olan E6 məsləhətləşmişdir. E6 ona bildirmişdir ki, dostu S6 adına kredit rəsmiləşdirmək olar. Bundan sonra Məhkum onun razılığı ilə kredit tarixç ələri S8 aid P8 və İ6 adlı müştərilərin xəbərləri olmadan onların banka qoyduqları əmanətləri girov kimi rəsmiləşdirərək S6 adına 15.000 manat nəğd krediti sənədləşdirərək həmin məbləği xəzinədən çıxarıb öz məqsədəlri üçün istifadə etmiş, sonda həmin məbləği özü bağlamışdır. Bu məsələ ilə bağlı barəsində Bakı şəhər prokurorluğunda cinayət işi açılmış və istintaqı gedir. Həmin epizod üzrə X8 məhkəmə iclasında göstərmişdir ki, S8nın bankın müştəriləri olan X2 və X18 məlumatı olmadan 10.000 manat krediti sənədləşdirib mənimsəməsindən məlumatı olmamışdır. Cinayət işində olan məhkəmə-xətşünaslıq ekspertizasının 17 mart 2016-cı il tarixli 4776 saylı rəyindən müəyyən edilir ki, X18 adına 10000 manat kredit sənədləşdirilməsi ilə bağlı tərtib edilmiş 07 dekabr 2012-ci il tarixli müddətli öhdəliyin əslində və surətində “müştərinin imzası” qrafasındakı imza (Vİ cild i.v. 43-44); ərizədəki yazılar və imza (Vİ cild i.v. 45); nəzarət və uçot haqqında qaydaların 1 №-li əlavəsində “imza” qrafasındakı imza (Vİ cild i.v. 52); kredit (borc) müqaviləsində “kredit alan” qrafalarındakı imzalar və müqavilənin son səhifəsindəki “kredit (borc) alan” qrafasındakı “müqavilə şərti ilə razıyam” yazıları (Vİ cild i.v. 54-56); pul vəsaitinin girov müqaviləsində “kredit alan” qrafalarındakı imzalar və müqavilənin ikinci səhifəsindəki “kredit (borc) alan” qrafasındakı “müqaviləni oxudum şərti ilə razıyam” yazıları (Vİ cild i.v. 57-59) - Məhkum tərəfindən icra olunmuşdur. X18 adına 10000 manat kredit sənədləşdirilməsi ilə bağlı tərtib edilmiş 07 dekabr 2012-ci il tarixli kredit (borc) müqaviləsinin son səhi fəsindəki “təminat verən” qrafasındakı “müqavilə şərtilə razıyam” yazıları (Vİ cild i.v. 54-56); pul vəsaitinin girov müqaviləsinin son səhifəsindəki “girov qoyan” qrafasındakı “müq. şərti razıyam” yazıları (Vİ cild i.v. 57-59) - Məhkum tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş, X18 adına 10000 manat kredit sənədləşdirilməsi ilə bağlı tərtib edilmiş 07 dekabr 2012-ci il tarixli kredit (borc) müqaviləsində “təminat verən” qrafalarındakı imzalar (Vİ cild i.v. 54-56), pul vəsaitinin girov müqaviləsində “təminat verən” qrafalarındakı imzalar (Vİ cild i.v. 57-59) - X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
3. Ekspertizaya təqdim edilmiş, X18 adına 10000 manat kredit sənədləşdirilməsi ilə bağlı tərtib edilmiş 07 dekabr 2012-ci il tarixli kredit (borc) müqaviləs ində “təminat verən” qrafalarındakı imzalar (Vİ cild i.v. 54-56), pul vəsaitinin girov müqaviləsində “təminat verən” qrafalarındakı imzalar (Vİ cild i.v. 57-59) - Məhkum tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqi hissənin 3-cü bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş, X5 adına 15000 manat kredit sənədləşdirilməsi ilə bağlı tərtib edilmiş 07 mart 2013-cü il tarixli sərəncamda “Mütəxəssis” sözləri qarşısındakı imza (Vİ cild i.v. 138), sərəncam orderinin surətindəki yazılar (Vİ cild i.v. 136), müddətli öhdəlikdəki yazılar (Vİ cild i.v. 137) - Məhkum tərəfindən icra olunmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh edilən və birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş sübutların məcmusu ilə kassasiya şikayətinin dəlilləri təkzib edilmişdir və Məhkum cinayət əməlləri sübut edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqənda” 01 aprel 2016-cı il tarixli qərarı ilə cinayət işi üzrə X7, X11, X8, X38 və X3 Məhkum təqsirləndirildiyi cinayət əməllərində iştirakları təkzib olunduğundan həmin hissədə cinayət təqibinə xitam verilmiş, eyni zamanada X7, X11, X8 və X26 Məhkum Ağarulu qızının təqsirləndirildiyi cinayətlər üzrə əməllərində səhlənkarlıq cinayətinin tərkib əlamətləri olmadığından həmin hissədə cinayət təqibinə xitam verilmişdir. Müstəntiqin göstərilən qərarlarından təqsirləndirilən şəxsin və müdafiəçisinin Azərbaycan Respublikası CPM-nin 449.2.1-ci və 449.3.5-ci maddələrinə əsasən məhkəmə nəzarəti qaydasında şikayət ver mək hüququ nəzərdə tutulmuşdur. Lakin həmin qərardan şikayət verilməmişdir və hazırda həmin qərar qanuni qüvvədədir. Ona görə də həmin şəxslərin cinayətdə iştirakları barədə kassasiya şikayətinin dəlilləri də təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinay ət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüququnun pozulması halları müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 313-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.