Məhkəmə qərarları › İş №1(102)-894/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-894/2023

12.07.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-894/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımov Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxx 1986-cı ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 3 uşağı olan, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Biləsuvar rayonunun Zəhmətabad kəndində qeydiyyatda olmaqla, həm in ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Biləsuvar Rayon Məhkəməsinin 5 avqust 2021-ci il tarixli hökmünə əsasən (hakim: R.Ə.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum o lunması, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 1 mart 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), E.İ.Əliyev və İ.Q.Abdullayev) verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bi linib məhkum edilmişdir, ona görə ki, tamah niyyəti ilə və özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 22 fevral 2021-ci il tarixdə, saat 22 radələrində Biləsuvar rayonu Dərvişli kəndində X2 yeri hesab edilən və tor çəpərlə əhatəyə alınmış həyətinə qanunsuz daxil olaraq oradan X4 məxsus hər biri 300 manat dəyərində iki ədəd arı yeşiyini (içərisindəki “Bakfast F-1” növlü arı ailəsi və 10 kiloqram bal ilə birlikdə) gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurlamışdır. Bunda başqa, o, təkrarən tamah niyyəti ilə və özgənin əmlakını ələ keçirmək məqsədi ilə 22 fevral 2021-ci il tarixdə, saat 22 radələrində Biləsuvar rayonu Dərvişli kəndində X1 yeri hesab edilən və tor çəpərlə əhatəyə alınmış həyətinə qanunsuz daxil olaraq oradan X6 məxsus hər biri 300 man at dəyərində iki ədəd arı yeşiyini (içərisindəki “Bakfast F-1” növlü arı ailəsi və 10 kiloqram bal ilə birlikdə) gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurlamışdır. Bunda başqa, Məhkum istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda – 1,556 qram çəkidə narkotik vasitə heroin əldə edib, üzərində saxlayaraq daşımış, 1 mart 2021-ci il tarixdə, saat 08 radələrində Biləsuvar rayonu Zəhmətabad kəndində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkə həmin 1,556 qram çəkidə narkotik vasitə heroin Məhkum əynindəki idman köynəyinin cibindən bir ədəd siqaret kağızı bükümündə olmaqla aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Şikayət müəllifi qeyd edir ki, məhkəmə qanunvericiliyin tələbini pozaraq onun əməlini düzgün qiymətləndirməmişdir. Sübutların düzgünlüyü şübhə doğurur, şahid ifadələri çox ziddiyətlidir və etmədiyi əmələ görə azadlığı əlindən alınmışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bi ldirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2022-ci il tarixli qərarından məh kum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar