Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-895/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Göyçay Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Fəttаhоv İbrаhim Bаğır оğlu) Məhkum, xx xxxxxx 1986-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşqul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, məhkum olunmuş şəxsin cəzaçəkmə müddətinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının isə Göyçay rayon İcrа və Prоbаsiyа Şöbəsi nə həvalə edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəyə görə, Məhkum əvvəllər aralarında mübahisəli münasibətlər olmuş və hazırda da davam edən belə münasibətlər zəminində əmisi Zərərçəkmiş şəxs ilə 10 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Göyçay rayonnun Çayarxı kəndi ərazisində yerləşən “Göyçay” şadlıq sarayının qarşısında mübahisə etmiş, mübahisə zamanı Məhkum Zərərçəkmiş şəxs yaxasından əlləri ilə tutub bir qədər kənara çəkərək yumruqla iki dəfə onun sifət nahiyəsindən vurmuş və bu əməli ilə ona sonuncunun hər iki göz yuvasıaltı nahiyyədə yumşaq toxumaların bir qədər şişkinlikləri və başın sol təpə nahiyyəsində qançırlarla nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər, burun tağı nahiyyəsində yumşaq toxumanın əzilmiş-cırılm ış yarası fonunda burun sümüyünün yerdəyişmiş sınığı kimi zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən sağlamlığa az ağır zərər vurmuş, bununla da CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göyçay Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Ələkbərova Fidan Vaqif qızı tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum müdafiəçisi E.N.Əliyev, habelə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Dadaşov Adil Qadir oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və İsayev Elman Bəhruz oğlundаn ibarət tərkibdə) 19 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protesti, Məhkum müdafiəçisi E.N.Əliyev isə kassasiya şikayəti verərək hər ikisi öz müraciətlərində həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində CM-in və Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 mart 2011-ci il və 20 may 2011-ci il tarixli Qərarlarına, ’’Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında”, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 12 dekabr 2002-ci il, 23 mart 2004-cü il və 24 dekabr 2021-ci il tarixli Qərarlarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 127.2.3-cü maddəsi ilə irəli sürülmü ş ittihama, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış bəzi sübutlara, əsasən də Məhkum, zərər çəkmiş Zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı B.Q.Cabbarlı həmin protestini belə əsaslandırmışdır ki, məhkəmələr Məhkum əməlinin CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi barədə yekun məhkəmə aktları qəbul edərkən həmin aktlarda düzgün olmayaraq qeyd etmişlər ki, Məhkum əmisi Zərərçəkmiş şəxs sağlamlığına ağır zərəri xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı vurmuşdur. Belə nəticəyə gələrkən məhkəmələr sübutları CPM-in 143-146-cı maddələrini n tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol vermişlər. Həmçinin, məhkəmələr toplanmış və araşdırılmış sübutları yalnız müdafiə tərəfinin xeyrinə qiymətləndirməklə, hadisənin baş vermə hallarını da təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi kimi təsvir etməklə, zərər çəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrində göstərilənləri nəzərə almamış, həmin ifadələrlə isə müəyyən edilmişdir ki, Məhkum ona istinad əməli ictimai yer olan şadlıq evinin qarşısında, orada toplaşmış çoxlu sayda şəxslərin gözləri qarşısında törətmişdir. Bu hallar isə ona dəlalət edir ki, Məhkum ona istinad olunan əməli törədərkən öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyaraq, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalar ına açıq etinasızlıq göstərmiş, toy məclisindən çıxmış xeyli sayda şəxslərin də olduqları ictimai yerdə xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan, ailəsi ilə birlikdə evinə getmək üçün avtomobilinə minməyə çalışan Zərərçəkmiş şəxs çiynindən tutaraq onu kənara çəkmiş, ona qarşı nalayiq ifadələr işlətməklə səs-küy salaraq, sonuncuya qəsdən yumruqla zərbələr endirərək onun burun tağı nahiyəsində yumşaq toxumanın əzilmişcırılmış yarası fonunda burun sümüyünün yeri dəyişmiş sınığı ilə müşayiət edilən xəsarətlər yetirməklə sonuncunun sağlamlığına az ağır zərər vurmuşdur. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı B.Q.Cabbarlı onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində CM-in və CPM-in bir sıra maddələrinə, İnsan Hüquqları üzrə Avropa Mə hkəməsinin bəzi Qərarlarına, “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası haqqında” Qaydalara, iş üzrə ibtidai araşdırma zamanı keçirilmiş məhkəmətibbi ekspertizasının rəylərinə, ibtidai araşdırma zamanı toplanmış və birinci instansiyası məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi E.N.Əliyev həmin şikayətini onunla əsaslandırmışdır ki, istər ibtidai araşdırma orqanı və iş üzrə məhkəmə-tibbi ekspertizaları üzrə rəylər vermiş ekspertlər, istərsə də məhkəmələr tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi düzgün müəyyən edilməmiş, onun sağlamlığına az ağır zərər vurulması barədə nəticəyə gələrkən ekspertlər yuxarıda göstərilən Qaydaların tələblərini nəzə rə almamış, bununla da Məhkum törətdiyi əməlinə münasibətdə maddi hüquq normasının tətbiqində, yəni onun əməlinin CM-in 127.1-ci maddəsi ilə tövsif edilməsində səhvə yol verilmişdir. Halbuki, iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ona bədən xəsarətlərinin yetirilməsi nəticəsində əmək qabiliyyətinin hər hansı hissəsini itirməmiş, stasionar qaydada müalicə olunmamış və hadisədən tez bir vaxtda sonra sağalaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Müdafiəçinin fikrincə, bu hallar Məhkum əməlində CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmamasına, məhkəmələrin isə sübutları düzgün qiymətləndirməyərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin hüquqi tövsifində səhvə yol vermələrinə dəlalət edir. Bu baxımdan müdafiəç i E.N.Əliyev hesab edir ki, zərər çəkmiş şəxsə yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsinin düzgün və obyektiv müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilərək keçirilməsi zəruri olduğundan apellyasiya instansiyası məhkəməsinin 19 noyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Kassasiya protestinə və kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, müdafiəçi E.N.Əliyev və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassa siya protestinə və kassasiya şikayətinə müdafiəçi E.N.Əliyevin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestinin və müdafiəçi E.N.Əliyevin kassasiya şikayətinin məzmunlarından göründüyü kimi, hər iki müraciət müəllifi bu müraciətlərində işin faktiki hallarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsini və nəticədə Məhkum əməlinin tövsifində səhvə yol verildiyini iddia edərək bunlarla bağlı mübahisələndirdikləri 19 noyabr 2024-cü il tarixli qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdi r. Qanunvericilyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestini və müdafiəçi E.N.Əliyevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya itnstansiyası məhkəməsinin yekun qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya ins tansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası m əhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveric iliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətn də Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya müraciətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsi yası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə pr osesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildiyi halda barələrində ittiham hökmü çıxarı lmaqla bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə müvafiq sübutlara əsasən faktiki ictimai təhlükəliliyi az olan cinayət əməlini törətmiş şəxsin daha ağır cinayətin törədilməsində təqsirli bilinməsinin və cəzalandırılmasını yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət pros esinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməs i hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyət i yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin kassasiya protestində də istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şər h edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olu b-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndir ilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə c əlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsi rləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən ol an təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasına təkcə şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olub-olmaması məsələsinin həlli zamanı deyil, həmçinin cinayət törətmiş şəxsin törətdiyi əməlinə maddi hüquq normasının tətbiqi, yəni həmin əməlin hüquqi tövs if məsələsi həll edilərkən də əməl olunmalı, buna əsas olduqda isə məhz həmin prinsip rəhbər tutulmaqla cinayət törətmiş şəxsin əməli onun müdafiə hüququ pozulmadan, CPM-in 318.1-ci maddəsinin tələbləri buna imkan verdiyinə görə, CM-in Xüsusi hissəsinin bir maddəsindən daha yüngül maddəsinə tövsif edilməli, yaxud da təqsirkara qarşı irəli sürülmüş ittihamddan bu və ya digər epizod və ya CM-nin hansısa maddəsi xaric edilməklə onun barəsində qanuni və əsaslı hökm çıxarılmalı, ya da digər yekun qərar qəbul edilməldir. Belə nəticəyə gələrkən isə məhkəmə tərəfindən CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl olunmalıdır. Belə ki, CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törə tməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışs a, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPM-in 139.0.3-cü maddəsinin tələbinə və mənasına görə, “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi başa düşülür. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə t oplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxı şının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız b elə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsi ni tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarix li qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəs i həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işinin materiallarına, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına görə, məhkəmələr cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən, Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrdən çıxış edib işin faktiki hallarına (araşdırmış sübutlara) əsaslanaraq Məhkum məhz CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi və onun əməlinin həmin maddə ilə tövsif edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Bunun əksi barədə kassasiya protestində və kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum əvvəllər aralarında mübahisəli münasibətlər olmuş və hazırda da davam edən belə münasibətlər zəminində doğma əmisi, yəni qohumu Zərərçəkmiş şəxs ilə 10 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Göyçay rayonunun Çayarxı kəndinin ərazisində yerləşən “Göyçay” şadlıq sarayının qarşısında mübahisə edərək həmin mübahisə zamanı sonuncunun yaxasından əlləri ilə tutub bir qədər kənara çəkərək yumruqla iki dəfə onun sifət nahiyəsindən vurması, bu əməli ilə ona sonuncunun hər iki göz yuvasıaltı nahiyyədə yumşaq toxumaların bir qədər şişkinlikləri və başın sol təpə nahiyyəsində qançırlarla nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər, burun tağı nahiyyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası fonunda burun sümüyünün yerdəyişmiş sınığı kimi xəsarətlər yetirməklə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağl amlığın uzun müddətə pozulmasına səbəb olmuş və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən sağlamlığa az ağır zərər vurması, yəni CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini təşkil edən hərəkət etməsinə dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir və kassasiya müraciətinin müəllifi dövlət ittihamçısı B.Q.Cabbarlı da Məhkum bu hərəkətlər etməsini mübahisələndirməyək onun tərəfindən həmin əməli şəxsi münasibətlər zəminində deyil, xuliqanlıq niyyəti ilə törədilməsini iddia edir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhk um təsvir edilən əməli xuliqanlıq niyyəti ilə törətməsinə görə ona qarşı ittiham irəli sürülsə də, bu ittiham işin faktiki hallarına uyğun olmamış, onun şəxsiyyətin sağlamlığı əleyhinə cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməsini təsdiq edən sübutlar ibtidai araşdırma orqanı və ümumiyyətlə ittiham tərəfindən məhkəmələrə təqdim olunmamış, birinci instansiya məhkəməsi də ona təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya instansiyası məhkəməsi isə həmin sübutları tədqiq və təhlil edib onları qanuna müvafiq qaydada qiymətləndirərək Məhkum məhz CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə düzgün nəticəyə gəlmiş, bu haqda da yekun məhkəmə aktları qəbul etmişlər. Məhkəmələrin gəldikləri bu nəticə ilə əlaqədar məhkəmə kollegiyası a raşdırılmış sübutların bir qisminə müraciət edərək onların təsvir və təhlil edilməsini zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı CM-in 127.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisidir və 2019-cu ildən onunla münaqişəli münasibətləri mövcuddur. Sonuncu dəfələrlə onu gördükdə mübahisə etmiş, hətta belə hallarla bağlı Göyçay Rayon Polis şöbəsində araşdırmalar da aparılmış, hal-hazırda isə əmisi onun mülkiyyətində olan bağ sahəsinə suyun verilməsini qarşısını aldığına, bunun nəticəsində isə həmin bağda yetişdirilmiş ağaclar quruduğundan və ona xeyli miqdarda ziyan vurulduğundan o, sonuncuya qarşı qarşı mülki iddia ilə məhkəməyə müraciət etmişdir. 10 noyabr 2023-cü il tarixdə o, Göyçay rayonunun Çayarxı kəndində yerləşən “Göyçay” şadlıq sarayında qohumunun saat 22 radələrində toy məclisindən çıxıb şadlıq sarayının qarşısında dayanaraq siqaret çəkən vaxt əmisi Vidadinin toydan ailə üzvləri ilə birlikdə çölə çıxdığını görmüş və sonuncu öz avtomaşının qapılarını açarkən onu “çaqqal” adlandıraraq təhqir etmişdir. O, Vidadinin ailə üzvləri ilə birlikdə olmasını nəzərə alaraq ona iradını bildirmiş, lakin əmisi avtomaşından kənara çəkilərək yenə də onun və orada olmayan atasının barəsində nalayiq sözlər işlətmişdir. Buna baxmayaraq o, Zərərçəkmiş şəxs ondan yaşca böyük olmasını, həmçinin ailə üzvlərinin yaxınlıqda olmalarını nəzərə alaraq bir daha ona etdiyi təhqirə görə iradını bildirmiş, lakin sonuncu təkrarən onun iradlarına məhəl qoymayıb onu təhqir etdiyi nə görə əsəbləşərək onun sifət nahiyyəsindən yumruq zərbəsi vurmuş və orada olan qohumu Şahid3 onları ayırmışdır. Hadisədən sonra əlində ağrılar olduğu üçün o, müayinə olunmaq məqsədilə Göyçay RMX-a getmiş, sonra isə baş vermiş hadisə barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat vermişdir. Göstərilən hadisə şadlıq sarayının qarşısında baş versə də həmin vaxt hava qaranlıq olduğu üçün mübahisə etdikləri yerə heç kim toplaşmamış, onunla Zərərçəkmiş şəxs arasındlakı münaqişə 2-3 dəqiqə ərzində davam etmiş, bu zaman o, xuliqanlıq hərəkətlərinin törədilməsinə yol verməmiş, əmisinə isə xuliqanlıq niyyətilə deyil, onu təhqir etdiyinə görə yumruq zərbələri vurub ona xəsarətlər yetirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs gös tərmişdir ki, Məhkum onun doğma qardaşının oğlu olsa da, onların aralarında yaxın münasibətlər yoxdur. 10 noyabr 2023-cü il tarixdə o, Göyçay rayonunun Çayarxı kəndində yerləşən “Göyçay” şadlıq evində qohumunun toy mərasimində iştirak etdikdən sonra həmin gün saat 22 radələrində toydan çıxıb qaynanası Almaz və arvadı Ruhiyyə ilə birlikdə evlərinə getmək üçün şadlıq evinin qarşısına çıxaraq avtomaşınına əyləşmək istəyərkən Məhkum ona yaxınlaşmış və onun ünvanına nalayiq ifadə işlətmişdir. O, ailə üzvlərinin yanında olmasını bildirərək ona sonradan söhbət etmələrini təklif etsə də, Ramin onun paltarından tutaraq avtomobildən kənara çəkib onunla söhbət etməyə başlamış və qəfildən yumruqla onun burun nahiyəsindən yumruqla zərbə vurmuşdur. Bu zərbənin təsirindən o, yerə yıxılmış, həmçinin sifət nahiyəsində ağrılar hissə etmiş, bu vaxt qohumu Şahid3 Ramini ondan aralamaq istəyərkən sonuncu onun burun nahiyəsindən yumruqla daha bir zərbə endirmiş, bu zərbələrin nəticəsində də onda məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən xəsarətlər əmələ gəlmişdir. Buna görə o, müayinə olunması üçün Göyçay RMX-na getmiş və orada ona tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs həmçinin qeyd etmişdir ki, o, Məhkum “çaqqal” adlandırmamış, əksinə, sonuncu onu nalayiq ifadələrlə təhqir etmişdir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, yuxarıda təsvir edilən məzmunda ifadələri Məhkum və Zərərçəkmiş şəxs həmçinin ibtidai araşdırma zamanı da vermiş, sonuncu da Məhkumla soyuq və münaqişəli vəziyyətdə olmasını təsdiq etmişdir. İş materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs ifadələ rinin məzmununa oxşar məzmunda ifadələri həmçinin şahid qismində dindirilmiş sonuncunun arvadı Şahid1 və qayınanası Şahid2 da vermişlər. Təsvir edilən ifadələrin təhlili göstərir ki, adları göstərilən şəxslər – həm məhkum olunmuş, həm də zərər çəkmiş şəxs və şahidlər Məhkum törətdiyi əməl barəsində eyni məzmunda ifadələr vermiş və bu ifadələr arasında yeganə fərq ondan ibarətdir ki, Məhkum onun Zərərçəkmiş şəxs tərəfindən təhqir edildiyini, buna görə də ona qarşı ittihamda göstərilən əməli törətdiyini, sonuncu isə, əksinə Məhkum onu nalayiq ifadələrlə təhqir etdiyini və heç bir səbəb olmadan onun sifət nahiyəsində yumruqla iki zərbə vurmasını göstərmişlər. Lakin, bununla belə, Məhkum Zərərçəkmiş şəxs qarşı zorakı hərəkətlər edərkən onun bu hərəkətləri məhz xuliqanlıq niyyəti ilə etməsi iş materialları ilə müəyyən edilməmiş və onun belə niyyətinin olmasına dair mötəbər sübutlar ibtidai araşdırma zamanı əldə olunmayaraq məhkəmələrə təqdim edilməmiş, işə məhkəmələrdə baxılarkən dövlət ittihamçıları da Məhkum ona ittiham olunmuş əməli xuliqanlıq niyyəti ilə törətməsinə dair qənaətlərini yalnız ehtimallar üzərində qurmuşlar. Halbuki, iş materialları ilə (əldə edilmiş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla) təkzib edilməz şəkildə müəyyən edilir ki, Məhkum və Zərərçəkmiş şəxs qohumluq münasibətlərində olsalar da, sonuncu onun və qardaşı Zahid Əsgərovun birgə mülkiyyətində olan əmlakı – dükanı satmağa razılıq vermədiyinə görə, bu münasibətlərdə soyuqluq yaranmış, həmin münasibətlər dəfələrlə təkrarlanan mübahisələrlə və münaqişələrlə müşaiyət olunmuş, hətta Məhkum əmisi tərəfindən döyüldüyünə görə polis orqanlarına şikayət etmiş, bu şikayət əsasında müvafiq araşdırma aparılmış, lakin 26 yanvar 2021-ci tarixli qərarla Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bu hallar isə həm, Məhkum, həm də Zərərçəkmiş şəxs cinayət təqibinin müxtəlif mərhələlərində verdiklləri ifadələrlə və işə əlavə edilmiş sənədlərlə də təsdiq olunur. Məhkəmə kollegiyası işin müəyyən olunmuş bu faktiki hallarından çıxış edərək belə qənaətə gəlir ki, 10 noyabr 2023-cü il tarixdə saat 22 radələrində Göyçay rayonunun Çayarxı kəndində yerləşən “Göyçay” şadlıq evinin qarşısında olan hadisə də məhz Məhkum Zərərçəkmiş şəxsla aralarındakı münaqişəli vəziyyətdən qaynaqlanmış və məhkum olunmuş şəxs də ona istina d olunan əməli xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində törətmiş, bu vaxt öz şəxsiyyətini kiminsə fövqündə üstün tutmaq, hamılıqla qəbul edilmiş davranış qaydalarını pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək məqsədi izləməmiş, özünü ictimai qaydaya qarşı qoymağa cəhd etməmiş, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik göstərməmiş, özünü ədəbsiz aparmamış, səbəbli-səbəbsiz zor tətbiqinə bəhanə axtarmamış və yalnız, özünün hesab etdiyinə görə, ona qarşı təhqiramiz ifadə işlədildiyindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi izlələmiş, onun törətdiyi həmin əməllər isə azğınlıqla, qəddarlıqla, ətrafdakılara hörmətsizlik göstərən eqoizmlə müşaiyət olunmamışdır. Belə olan halda isə onun ittiham olunduğu əməli törədərkən xuliqanlıq niyyəti izlə məsi barədə fikir yürütmək mümkün deyil və onun həmin əməli bu niyyətlə törətməsi barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri də tamamilə qanuni və əsaslı olaraq Məhkum tərəfindən ona istinad əməli şəxsi münasibətlər zəminində törədilməsi barədə mötəbər nəticəyə gələrək onun bu əməlinə münasibətdə maddi hüquq normasının tətbiqində, yəni onun həmin əməlinin hüquqi tövsifində heç bir səhvə yol verməyərək göstərilən əməli CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif etmiş, həmin nəticə isə həm toplanmış sübutlarla, həm də aşağıda göstərilənlərlə də tam uzlaşır. Belə ki, hüquq tətbiqetmədə formalaşan təcrübəyə görə, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə niyyətlə cina yət törədən şəxs yuxarıda göstərilən hallarla yanaşı, həmçinin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyur, cəmiyyətdə təşəkkül tapmış davranış qaydalarına açıqaşkar laqeydlik nümayiş etdirir, ictimai maraqları saymır, əxlaq normalarını pozur və həqiqətən cüzi səbəbdən, yəni ona qarşı hər hansı qanunsuzluq göstərilmədiyi halda özündə bu haqda formalaşmış ehtimal əsasında digər şəxsə zor tətbiq edir. Qeyd olunmalıdır ki, cinayət qanunu normalarının tələblərinə verilmiş təfsirə uyğun hüquqi mövqe və izahlar kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli Qərarlarında da əksini tapmışdır. Yuxarıda qeyd edildiyi kimi, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstə rilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası vurğulayır ki, həmin Qərarda həyat və sağlamlıq əleyhinə hər hansı cinayətin xuliqanlıq niyyətilə tördilməsinə görə məsuliyyət müəyyən edilmiş CM-in Xüsusi hissəsinin müvafiq normalarına (CM-in 127.2.3, 126.2.4, 120.2.4-cü maddələrinə) deyil, xuliqanlıq cinayətinə və həmin cinayətin tövsifedici əlamətlərinə şərh verilərək qeyd olunmuşdur ki, CM-in 221.1 -ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insa nların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozm adır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin, CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək daha sonra öz hüquqi mövqeyini belə əsaslandırmışdır ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran v ə ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərər çəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əml akının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərər çəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Əvvəla, iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən ibtidai araşdırma orqanı tərəfindən Məhkum 10 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs qarşı ona istinad olunan zorakılıq əməlini törədərkən həm də ictimai qaydanı pozmasını və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsini, yəni kassasiya protestində də göstərilən xuliqanlığın motivini təşkil edən hərəkətlər etməsi müəyyən edilmədiyindən ona qarşı CM-in 221.1-ci maddəsi ilə ittiham irəli sürülməmiş və yalnız onun ittiham olunduğu əməl xuliqanlıq niyyəti ilə törədilmiş əməl hesab edilmişdir. Bunun əksinə olan məhkəmə kollegiyasının qənaəti yuxarıda göstərilən şəkildə kifayət qədər əsaslandırılmışdır. Kassasiya protestində isə onun müəllifi bunun əksinə olaraq Məhkum xuliqanlıq cinayətinin motivini, yəni subyektiv cəhətini təşkil edən, lakin məhkuma qarşı irəli sürülmüş ittihamda əksini tapmamış digər hərəkətlər etməsini də iddia edir ki, bu da faktiki olaraq məhkuma qarşı irəli sürülmüş ittihamın həcminin genişləndirilməsi deməkdir. Halbuki, CPM-in 318.1-ci maddəsinin tələbinə və mənasına görə, şəxsə qarşı irəli sürülməmiş ittiham üzrə onun təqsirli bilinməsi yolverilməzdir. Məhkum xuliqanlıq niyyəti izləmədən zərər çəkmiş Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurması əməlinin CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilməsi barədə qənaətə gələrkən isə məhkəmə kollegiyası hə mçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında əksini tapmış izah və tövsiyələri də nəzərə alır. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-in 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanları n aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Hazırki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ibtidai araşdırma orqanının məhkəməyə təqdim etdiyi bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırıldığından apellyasiya instansiyası məhkəməsi həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməmiş və araşdırmaların nəticəsi olaraq Məhkum törətdiyi əmələ maddi hüquq normasının düzgün tətbiq edilməsi bəarədə mötəbər nəticəyə gəlmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyəti ilə bağlı Ali Məhkəmənin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyi də hazırki iş üzrə həm aşağı instansiyası məhkəmələrinin, həm də kassasiya kollegiyasının mövqeyi ilə üst-üstə düşür. Belə ki, göstərilən Qərarın 6-cı bəndində Plenum məhkəmələrə izaş etmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı, ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı, 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərər çəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərər çəkmişin təşəbbüsü ilə başlanması, y axud münaqişənin zərər çəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törət miş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Belə ki, xuliqanlıq niyyətinin mahiyyəti bu motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habel ə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Göründüyü kimi, bu izahların yekun mənası ondan ibarətdir ki, istər qəsdən adam öldürmənin, istərsə də qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurmanının motivini xuliqanlıq niyyəti kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir ki, hazırki cinayət işi üzrə məhkum edilmiş şəxsin, zərər çəkmiş şəxsin ifadələrindən, habelə digər sübutlardan görünür ki, Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yumruq zərbələri ilə xəsarətlər yetirərək onun sağlamlığına az ağır zərər vurması əməli mə hkum olunmuş şəxs tərəfindən onların aralarında olan münaqişəli vəziyyət, yəni şəxsi münasibətlər zəminində törətmiş, bu hal isə toplanmış və araşdırılmış sübutlarla təsdiq edilir. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, məhkəmələr Məhkum təhlil edilən əməlinin CM-in 127.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələrkən həm də təqsirsizlik prezumpsiyası təsbit edilmiş milli qanunvericiliyin tələblərinə, habelə prosessual qanunvericiliyin digər normalarının və beynəlxalq müqavilələrin müddəalarına tam şəkildə əməl etmiş, eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu, habelə eyni xarakterli işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsini də nəzərə almışlar. Müdafiəçi E.N.Ə liyevin kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək yenə də cinayət işinin materiallarına müraciət etməyi zəruri bilən məhkəmə kollegiyası qeyd edir ki, həmin işə əlavə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizanın 17 noyabr 2023-cü il tarixli 558 saylı rəyinə əsasən, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- hər iki göz yuvasıaltı nahiyyədə yumşaq toxumaların bir qədər şişkinlikləri və başın sol təpə nahiyyəsində qançırlar ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər, burun tağı nahiyyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası fonunda burun sümüyünün yeri dəyişmiş sınığı, hər iki göz yuvasıaltı nahiyyədə yumşaq toxumaların bir qədər şişkinlikləri və başın sol təpə nahiyyəsində qançırlar k üt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 10 noyabr 2023-cü il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aiddilər. Cinayət işinə əlavə edilmiş təkrar məhkəmə-tibbi eskpertizasının 13 fevral 2024-cü il tarixli 585 saylı rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - burun tağı nahiyyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası fonunda burun sümüyünün yeri dəyişmiş sınığı, hər iki göz yuvasıaltı nahiyyədə yumşaq toxumaların bir qədər şişkinlikləri və başın sol təpə nahiyyəsində qançırlar kütbərk əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 10 noyabr 2023-cü il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aiddirlər. Təsvir edilən rəylərin təhlili göstərir ki, həmin rəyləri vermiş ekspertlər öz qənaətlərini elmi cəhətdən kifayət qədər əsaslandırmış, bu zaman onlara təqdim edilmiş məlumatlarla yanaşı, bilavasitə apardıqları müayinələrin nəticələrinə də istinad etmiş, bu zaman müdafiəçinin də kassasiya şikayətində istinad etdiyi normativ sənədin - “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası haqqında” Qaydaların müddəaları nəzərə alınmış, ekspertlər tərəfindən həmin rəylərin hər hansı təsir və ya təzyiq altında verilməsi isə iş materialları ilə müəyyən edilmir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında ekspert qismində dindirilmiş X4 da iş üzrə verdiyi məhkəmə-tibbi eksper tizasının 17 noyabr 2023-cü il tarixli 558 saylı rəy üzrə gəldiyi nəticələri müdafiə edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs müayinəsi nəticəsində və tibbi sənədlərə əsasən onun burun tağı nahiyyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası fonunda burun sümüyünün yeri dəyişmiş sınığı aşkar edilmiş və həmin xəsarətlər sağlamlığa az ağır zərər vurmaya aiddir. Müdafiəçi E.N.Əliyev isə kassasiya şikayətində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs aşkar edilmiş bədən xəsarətlərinin ağırlıq dərəcəsini mübahisələndirərək bu məsələ üzrə natamam araşıdırma aparılmasını iddia etsə də, o, yalnız öz mülahizələrinə əsasən belə araşdırmanın labüdlüyünü qeyd etmiş, lakin onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə əlavə olaraq araşdırılması tələb olunan heç bir sübut, o cümlədən iş üzrə keçirilmi ş ekspertizaların nəticələrini təkzib edən sübutları təqdim etməmiş, öz dəlillərini və bu dəlillər üzərində qurulmuş tələb irəli sürərkən isə heç bir sübutla təsdiq olunmayan ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPM-in XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, CPM-in 140.0.1-ci maddəsinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi əsasında müəyyən edilə bilər. Qanunun bu normasının mənasına görə, törədilmiş əməl nəticəsində hər hansı şəxsə yetirilmiş xəsarətlərin xarakteri, lokalizasiyası, yetirilmə vaxtı və ağırlıq dərəcəsi cinayət p rosesinin hər hansı iştirakçısanın mülahizələrinə və ehtimallarına deyil, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizanın rəyi əsasında müəyyən edilə bilər və həmin rəy də o şərtlə sübut kimi qəbul oluna bilər ki, belə rəy qərəzsiz və obyektiv tədqiqat əsasında verilmiş olsun və elmi cəhətdən əsaslandırılsın. Qanunun tələbinə görə isə, cinayət prosesi iştirakçılarının verilmiş ilkin rəylə razılaşmamaq, buna görə təkrar, əlavə və ya komisyon ekspertizasının keçirilməsi haqda vəsatətlə çıxış etmək, cinayət təqibi orqanının və məhkəmələrin isə belə vəsatətlərə qanuna müvafiq qaydada baxmaq və onların təmin və ya rədd edilməsi barədə əsaslandırılmış qərarlar qəbul etmək hüquqları var. “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Hazırki iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs aldığı xəsarətlərin ağırlıq dərəcəsinin təkrarən müəyyən edilməsi üçün əsaslar görməyən məhkəmə kollegiyası bununla bağlı müdafiəçi E.N.Əliyevin kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və buna görə həmin şikayətin təmin edilərək apellyasiya insansiyası məhkəməsinin yekun qərarının ləğv edilməklə işin yeni apellyasiya baxışına tə yin edilməsi barədə qərar qəbul olunmasını mümkün bilmir. Təsvir edilənlərdən çıxış edib kassasiya protestinin və kassasiya şikayətinin bütün dəlillərini qəbul edilməz sayan məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinin tələblərinin pozulmasına yol verilməməsini müəyyən edərək və kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin isə təmin olunması haqda Məhkum, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərarı isə kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protesti və müdafiəçi E.N.Əliyevin kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-895/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-895/2025
22.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver