Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-903/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu, Müdafiəçi – fərdi fəaliyyət göstərən vəkil qaydada fəaliyyət göstərən vəkil Əliyev Aydın Cəmil oğlunun iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsini n 22 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi A.C.Əliyev tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mahmudov Faiq Nüsrət oğlu, hakimlər Əzizov Sevindik Əziz oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə) xx xxxxxx 1977-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeyd iyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətə, həmin Məcəllənin 221.3-cü maddəsi ilə isə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki,o,03.10.2016-cı il tarixdə saat 22 radələrində Şəmkir rayonunda yerləşən “Murovdağ” şadlıq sarayında Zərərçəkmiş şəxs1 qızına keçirdiyi toy məclisində sərxoş vəziyyətdə kobud hərəkətlərə yol verdiyinə görə sonuncu onun toydan çı xıb getməsini tələb etmiş, buna görə Məhkum yaşadığı evə gedərək oradan özünə məxsus olan düyməli cib bıçağını götürüb Zərərçəkmiş şəxs1 vurub xəsarət yetirmək məqsədi ilə toy şənliyinə qayıtmış, həmin vaxt toy şənliyinin iştirakçıları və ailə üzvləri ilə rəqs edən Zərərçəkmiş şəxs1 yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı hörmətsizlikdə ifadə olunan, zor tətbiq olunması ilə müşayiət olunan, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, istirahət etmək üçün toplaşmış şəxslərin narahatçılığına səbəb olan qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla arvadı X5, oğlu X8, bacıları X9 və X1 gözü qarşısında bıçaqla iki dəfə vurub ona sağ saidin yuxan-orta üçdə birinin kəsil miş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül və bel nahiyəsinin sağ yarısının qarın boşluğuna keçən diafraqmanın sağ yan hissəsini və peritonu zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuş, bu vaxt hadisənin qarşısını almaqda ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 da xüsusi amansızlıqla oğlu X3 gözü qarşısında bıçaqla iki dəfə vuraraq ona döş qəfəsinin sol yarısının daxilə keçməyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül və döş qəfəsinin sağ yarısının daxilə keçən sağ ağ ciyəri zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa təkrar ağır zərə r vurmaqla iki şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Hökmdən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Xasməmmədov Elçin İsgəndər oğlu, hakimlər Quliyev Nuru Nadir oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) 27 sentyabr 2017-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2017ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi A.C.Əliyev kassasiya şikayətləri verərək, apelyasiya məhkəməsinin qərarının dəyişdirilməsini, Azərbaycan Respublikası CM-nin 62-ci m addəsinin tətbiq edilməklə ona 126.2.1-ci maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən az cəza təyin edilməsini xahiş etmişlərr. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həqiqətən də, 03.10.2016cı il tarixdə həmyerlisi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla bədən xəsarəti yeritmişdir. Zərərçəkmiş şəxs1 vurmasının səbəbi şadlıq evinin həyətində onu nalayiq sözlərlə təhqir etməsi və toydan çıxıb getməsini tələb etməsi olmuşdur. Zərərçəkmiş şəxs1 vurduqdan sonra qaçıb getmək istədikdə foyenin qapısının yanında Zərərçəkmiş şəxs2la üz-üzə gəldikdə isə nə etdiyini düşünmədən əlində olan bıçağı havada sağa-sola fırlatmış, öz hərəkətlərinə nəzarət edə bilmədiyi üçün döş qəfəsinin yuxarı sağ və sol hissəsinə dəymiş və nət icədə o da xəsarət almışdır. Bundan sonra törətdiyi əməldən peşimançılıq hissinin təsiri altında könüllü olaraq polisə gəlib təqsirini etiraf etmişdir. Lakin hökmdə və apelyasiya məhkəməsinin qərarında göstərildiyi kimi xuliqanlıq etmək niyyətində olmamış, qonaqlardan heç kəsə sataşmamış, heç kəsi təhqir etməmiş və digər xuliqanlıq hərəkətlərə yol verməmişdir. Göstərilənlərə əsasən barəsində olan hökmün dəyişdirilməsini, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməyinə dair nəticənin hökmdən xaric edilməsini, himayəsində iki azyaşlı uşağın olmasını, könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslərlə barışığını və digər yüngülləşdirici halların olduğunu nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 27 se ntyabr 2017-ci il tarixli qərarının dəyişdirilərək barəsində Azərbaycan Respublikası CM-nin 126.2.1-ci madəsi ilə daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi A.C.Əliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qanun normalarının tələblərinə riayət edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, maddi və prosessual hüquq normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlamamış, ancaq apellyasiya şikayətinin dəlillərini təkzib etməyə çalışmaqla kifayətlənmişdir ki, bunun da nəticəsində birinci instansiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı yol verdiyi qanun pozuntuları aradan qaldırılmamışdır. Qərarda birinci instansiya məhkəməsinin hökmünə əsasən məhkum ol unmuş Məhkum törətməkdə təqsirli bilindiyi hərəkətləri təsvir olunmuş və qeyd edilmişdir ki, «birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən Məhkum CM-nin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətmişdir.Məlumdur ki, CM-in 221.3-cü maddəsinin dispozisiyasında “xuliqanlıq cinayətinin gedişində xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma” kimi bir ifadə mövcud deyil. Həmin normanın əvvəlki redaksiyasında da belə bir ifadə olmamışdır. Göstərilən ifadə Məhkum əməlinin bütünlükdə CM-nin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələrilə tövsif edilməsinə haqq qazandıra bilməz. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının tələblərinə zidd olaraq məhkəmə CM-nin beş maddəsilə ittiham olunan tə qsirləndirilən Məhkum hansı konkret hərəkətinin CM-nin konkret olaraq ona istinad edilən hansı maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratdığını və bunun hansı sübutlarla təsdiq olunduğu göstərməyi və müvafiq qiymətləndirmə aparmağı lazım bilmir. Məhkum CM-in 126.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsini müdafiə tərəfi mübahisələndirmir. Belə ki, onun həmin əməli törətməsi, yəni zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ekspert rəyi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirməsi özünün səmimi etirafı və digər sübutlarla təsdiq olunur. CM-in 126.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onu n özü və ya yaxın qohumları barəsində törədilməsi CM-in 126.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibini yaradır. Qeyd olunduğu kimi, Məhkum CM-nin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələrilə təqsirli bilinərək məhkum edilməsi barədə olan hökmdə, nə də apelyasiya məhkəməsinin qərarında onun barəsində olan hər bir ittiham üzrə təhlil və əsaslandırılma aparılmadığı, onun hansı hərəkətinin göstərilən maddələrdə nəzərdə tutulan hansı cinayət tərkibini yaratması müəyyən edilmədiyi üçün ancaq ehtimal etmək olar ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xəsarət yetirməsinə görə həmin maddə ilə təqsirli bilinmişdir. Lakin cinayət işinin materialları və iş üzrə toplanılmış sübutlar, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 öz ifadələri də buna əsas vermir. Göstərilənlər b elə deməyə əsas verir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 CM-in 126.2.2-ci maddəsində nəzərdə tutulan zərərçəkmiş şəxs kateqoriyasına aid edilə bilməz. Belə ki, o, hadisə baş verən şadlıq sarayında xidməti vəzifəsini icra etməli olan şəxs olmamış, toy məclisində qonaqlardan biri kimi iştirak etmişdir. Onun bir vətəndaş kimi ictimai borcunu yerinə yetirən şəxs kateqoriyasına aid edilməsi də mümkün deyil.Zərərçəkmiş şəxs2 ifadəsi göstərir ki, foyedə Məhkum gördüyü zaman onun Zərərçəkmiş şəxs1 vurduğundan xəbərsiz olmuşdur. Odur ki, onun Məhkumlə bağlı hər hansı bir ictimai vəzifəni (onu tutub saxlamaq, tərksilah etmək və s.) icra etmək niyyətində olmasını ehtimal etmək belə mümkün deyil.Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum CM-in 126.2.2-ci maddəsilə məsuliyyətə cəlb olunmas ı qanunsuz və əsassızdır. CM-in 126.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi CM-in 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibini yaradır. Yuxarıda qeyd olunduğu kimi, nə Məhkum CM-nin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələrilə təqsirli bilinərək məhkum edilməsi barədə olan hökmdə, nə də apellyasiya məhkəməsinin qərarında onun barəsində olan ayrı-ayrı ittihamlar üzrə təhlil və əsaslandırılma aparılmadığı üçün, onun hansı hərəkətinin göstərilən maddələrdə nəzərdə tutulan hansı cinayət tərkibini yaratması müəyyən edilməmiş, CM-in 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cina yət tərkibinin əlamətlərindən hansının Məhkum istinad edildiyi dəqiqləşdirilməmişdir. Cinayət işinin materiallarında Məhkum cinayəti sifarişlə, yaxud onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törətməsindən bəhs olunmadığı üçün yenə də ehtimal etmək olar ki, Məhkum həmin cinayəti xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə törətməkdə təqsirli bilinmişdir. Məhkəmənin gəldiyi bu nəticə hadisənin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları və cinayət işinin materialları ilə ziddiyyət təşkil edir. İlk baxışdan görünür ki, həmin nəticə CM-nin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələrilə Məhkum qarşı irəli sürülmüş ittihamın əsaslandırılmasına hesablanmışdır. Həmin nəticənin işin materialları və məhkəmə tərəfindən müəyyən ol unmuş faktiki halları ilə qarşılıqlı təhlili bu fikrin əsaslı olduğunu təsdiq edir. Birincisi, Zərərçəkmiş şəxs1 Məhkum toydan çıxıb getməsini tələb etməsi saat 22 radələrində deyil, 21 radələrində, özü də toy məclisi keçirilən şadlıq evinin həyətində baş vermişdir. Bu, həm Zərərçəkmiş şəxs1, həm də Məhkum ifadələri ilə təsdiq olunur. Zərərçəkmiş şəxs1 Məhkum toydan çıxıb getməsini tələb etməsi faktının vaxtının yanlış göstərilməsi CM-in 126.2.4 və 221.3-cü maddələrilə sonuncuya qarşı irəli sürülmüş ittihamın əsaslandırılması üçün yol verilmiş qərəzli hərəkətdir. İkincisi, Məhkum toy məclisində sərxoş vəziyyətdə kobud hərəkətlərə yol verməsi kimi bir nəticə qərəzli olaraq yol verilmiş növbəti saxtakarlıqdır. Saat 22 radələrində Zərərçəkmiş şəxs1 vurulma anınadək Məhkum toy məclisində sərxo ş vəziyyətdə kimə qarşısa kobud hərəkətlərə yol verməsini təsdiq edən sübut mövcud deyil. Göründüyü kimi, təxminən saat 21 radələrində şadlıq sarayının həyətində Zərərçəkmiş şəxs1la Məhkum arasında mübahisə baş vermiş, qısa fasilədən sonra bu ikinci dəfə təkrar olunmuş, lakin hər iki halda özünü təhqir olunmuş hesab etməsinə baxmayaraq Məhkum aralarındakı mübahisəli, münaqişəli vəziyyətin genişlənib dava-dalaşa çevrilməsinə çalışmamış, əksinə bir qədər sakitləşdikdən sonra şadlıq sarayının zalına keçib oturub yeyib-içmək istəmişdir. Lakin, Zərərçəkmiş şəxs1 qonaqlarla rəqs etdiyini görüb əsəbləşmiş və nəticədə göstərilən cinayət əməlini törətmişdir. Məhkum bu ifadələri məhkəmə tərəfindən təkzib edilməmiş, sübut növü kimi qiymətləndirilərək hökmə daxil edilmişdir.Bütün bunlar göstərir ki, M əhkum göstərilən cinayət əməlini xuliqanlıq niyyəti ilə deyil, Zərərçəkmiş şəxs1la aralarında yaranmış şəxsi münasibət zəminində ani olaraq törətmiş və bundan sonra tez bir zamanda qaçıb hadisə yerindən uzaqlaşmaq istəmişdir. Bütün bunlar belə deməyə əsas verir ki, Məhkum CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan xuliqanlıq cinayətini törətməmişdir. Belə ki, o, həmin əməli Zərərçəkmiş şəxs1la aralarında yaranmış şəxsi münasibət zəminində ani olaraq törətmişdir. Onun Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi də Zərərçəkmiş şəxs1 qarşı törədilmiş cinayət əməlinin davamı kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlinir ki, Məhkum 03.10.2016-cı ildə saat 22 radələrində Şəmkir rayonunda yerləşən «Murovdağ» şadlıq sarayında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs 2 sağlamlığına ağır zərər vurması ilə nəticələnmiş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinə tam uyğun gəlir. Odur ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələrilə cinayət məsuliyyətinə cəlb olunub məhkum edilməsi qanunsuz və əsassız sayılmalıdır. Məhkəmə Məhkum əməlində cəzanı yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4. və 221.3-cü maddələrinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab etmiş, lakin cəza təyin edərkən ziddiyyətə yol verərək CM-in 126.2.1, 12 6.2.2, 126.2.3 və 126.2.4-cü maddələrinin sanksiyasının aşağı həddinin altı il olmasına baxmayaraq, həmin maddələr ilə Məhkum 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş yuxarıda göstərilən qanun pozuntularını nəzərdən qaçırmış, öz növbəsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin tələblərinə riayət etməmiş, nəticədə məhkum olunmuş Məhkum barəsində cinayət qanunu normalarının düzgün tətbiq edilməməsinə yol verilmişdir. 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə CM-in 221.3-cü maddəsi yeni redaksiyada verilmiş, həmin maddədə nəzərdə tutulan sanksiyanın aşağı həddi iki il müəyyən edilmişdir. Müdafiəçi A.C.Əliy ev yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4 və 416-cı maddələrinə əsaslanaraq, Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının Məhkum barəsində olan 27 sentyabr 2017-ci il tarixli qərarının dəyişdirilməsini, onun himayəsində iki azyaşlı uşağının olması, könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslərlə barışması və zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmaması kimi cəzanı yüngülləşdirən halların mövcudluğunu, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını həmin Məcəllənin 62-ci maddəsinin tətbiq edilməsinə əsas verən hallar kimi nəzərə almaqla ona 126.2.1-ci maddənin sanksiyasında nəzərdə tutulan cazanın aşağı həddindən az cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, müdafiəçi Əliyev Aydın Cəmil oğlunun kassasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkum təqsirli bilindiyi cinayət əməlləri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələ ri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum hərəkətləri Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməlləri düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayət lərinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətlərində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrə əsaslanır, əslində işdə olan bütün sübutlar Məhkum silah qismində istifadə olunan predmetdən istifadə etməklə xuliqanlıq etməsinə dəlalət edir. Belə ki, iş materialları ilə qəti və birmənalı şəkildə müəyyən olunur ki, Məhkum sərxoş vəziyyətdə əhalinin kütləvi olduğu toy şənliyində ictimai qaydanı pozmuş, insanların diqqətin şənlikdən yayındıraraq özünə cəlb etməklə öz şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoymuş, bununla cəmiyyətə qarşı açıqca hörmətsizlik etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsini 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq xuliqanlıq motivinin əsasını təşkil edir. Qərarda qeyd edilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların norma fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül ta pmış münasibətlər kompleks başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatlara normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fizik təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəs fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya h ərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətlərin nəticəsində zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, xuliqanlıq cinayətinin əlamətləri Məhkum hərəkətlərində müşahidə olunur. Belə ki, Məhkum, onun sərxoş vəziyyətdə özünü apara bilməməsini irad tutan toy sahibi Zərərçəkmiş şəxs1 haqlı iradına görə ondan qisas almaq məqsədilə toydan çıxıb evinə getmiş, bıçaq götürüb qayıdaraq toy sahibini və onun yaxın qohumunu vuraraq onların hər ikisinə ağır xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə o azğınlıq nümayiş etdirmiş, saymamazlıq göstərmiş və qəddarcasına həm toyun gedişatının pozulmasına səbəb olan, həm də başqalarının üzərində kobub şəkildə zor tətbiqinə səbəb olan qərəzli hərəkətlər etmişdir. Kollegiyan ın qənaətinə görə xuliqanlıq cinayətini başqa cinayətin tövsifedici əlaməti kimi göstərilmiş xuliqanlıq niyyəti ilə eyniləşdirmək qanunun ruhuna uyğun olmazdı. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 23 mart 2004-cü il tarixli 1 №li Qərarınınn 5-ci bəndində qeyd edilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərərvurma cinayətlərindən fərqləndirərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyindənəzrə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Ona görə də, kollegiya hesab edir ki, Məhkum törətdiyi əməl xuliqanlıq cinayətinin gedişində xuliqanlıq niyyəti ilə sağlamlığa a ğır zərərvurma kimi qəbul edilməlidir. Bu mənada kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi onun əməlini haqlı olaraq CM-nin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri tövsif etmişdir. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır... Hökmün cəza ilə bağlı hissəsini araşdıran kollegiya aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən Məhkum cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını CM-nin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran ha lların olmamasını müəyyən etmişdir... CM-nin 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət qanunvericliyinə görə cəza o halda ədalətli sayıla bilər ki, o, cəzanın məqsədlərinə cavab versin. Cəzanın məqsədləri CM-nin 41.2-ci maddəsində aşağıdakı kimi qeyd edilmişdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-nin 41.2-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu mu "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah etmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanın məqsədləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də bir sıra qərarlarında ifadə olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri və Ali Məhkəmənin formalaşdırdığı mövcud təcrübəyə əsasən cəza o cəza hesab edilir ki, bu cinayət-hüquqi tədbir cinayətin xara kterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla yanaşı, həm də cəzanın məqsədi kimi sosial ədaləti bərpa etmiş olsun, zərərçəkmiş şəxsin maraqlarına maksimum dərəcədə cavab vermiş olsun və məhkumu islah etmiş olsun. Zərərçəkmişin mənafeyinə cavab verməyən və onun haqlı narazılığına səbəb olan cəza ədalətli hesab oluna bilməz. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmənin təyin etdiyi cəza aşağı hədlərdə olsa da, qanunvericiliyin yol verdiyi hədləri pozmur. Bu cəza Məhkum törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Təyin olunan cəza zərərçəkmiş şəxslərin qanuni mənafelərinə cavab verən, habelə onlara dəymiş maddi və mənəvi ziyanı əhəmiyyətli dərəcədə azaltmağa yönələn cəza kimi qəbul edilə bilər. Bunun nəticəsidir ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışdıqları, ondan şikayət və tələblərinin olmadığı barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişlər. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü, o cümlədən təyin olunan cəza CM-nin 41.2-ci maddəsinin tələblərinə cavab verir. Bu cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olan, xüsusilə zərərçəkmiş tərəfin qanuni mənafelərini pozmayan cinayət-hüquqi tədbir sayıla bilər....”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmamasının səbəblərini qərarda göstərmiş, gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yeku n nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) məhkumlara verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir, apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticə də qanunidir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətlərdə cəza ilə bağlı göstərilən dəlillər qərarın dəyişdirilməsinə əsas vermirlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən hökm və ya qərar məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə ləğv edilə və ya dəyişdirilə bilər. İş materiallarından, apellyasiya məhkəməsinin qərarından isə görünür ki, həmin məhkəmə yuxarıda qeyd olunan maddədə göstərilən halları nəzərə almış və cəza təyin edərkən hansı hallara və qanunun hansı tələblərinə əsaslandığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Şikayətdə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə də istinad edilir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmələr tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzər ə alınmaqla Məhkum onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kas sasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qərarı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-903/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-903/2019
09.10.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver