Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-904/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmməd oğlunun və məhkumun iştirakları ilə, xx xxxx 1988-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, X-da qeydiyyatda olmaqla yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbayc an Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli, 1(107)-196/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 1(063)-14/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: H.Xəlilov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiy a məhkəməsinin həmin hökmündən məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X14 tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarı ilə, (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və X.H.Səmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Ucar Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə dayandırılmış təqaüdünün bərpa olunması üçün ona müraciət edən Zərərçəkmiş şəxs1 təqaüdünü bərpa edəcəyi barədə yalandan vəd edərək, aralarında yaranmış yaxın münasibətlərə görə Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış inam və etimaddan istifadə edərək 2021-ci ilin sentyabr ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və saatda sonuncudan Bakı şəhəri, "20 Yanvar” metrostansiyasının yaxınlığında 1000 (bir min) manat, 2022-ci ilin oktyabr ayının əvvəllərində istintaqa məlum olmayan gündə və saatda eyni yerdə 1000 (bir min) manat, 2021-ci ilin oktyabr ayının sonlarında istintaqa məlum olmayan gündə və saatda qeyd olunan yerdə 700 (yeddi yüz) manat və 2021-ci ilin noyabr ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və saatda Zərərçəkmiş şəxs1 yaşadığı Ucar şəhəri, Oğuz küçəsində yerləşən fərdi yaşayış evində 700 (yeddi yüz) manat olmaqla, ümumilikdə 3400 (üç min dörd yüz) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına xərcləyərək vədinə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə dayandırılmış təqaüdünün bərpa olunması üçün ona müraciət edən X10 təqaüdünü bərpa edəcəyi barədə yalandan vəd edərək, aralarında yaranmış yaxın münasibətlərə görə X ona qarşı yaranmış inam və etimaddan istifadə edərək 2021-ci ilin sentyabr ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və saatda sonuncudan Bakı şəhəri, "20 Yanvar” metrostansiyasının yaxınlığında 300 (üç yüz) manat, 2021-ci ilin senyabr ayının ortalarında, istinta qa məlum olmayan gündə və saatda Bakı şəhəri, "20 Yanvar” metrostansiyasının yaxınlığında 1500 (bir min beş yüz) manat, 2021-ci ilin oktyabr ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və saatda eyni yerdə 700 (yeddi yüz) manat və 2021-ci ilin noyabr ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və saatda qeyd olunan yerdə 250 (iki yüz əlli) manat olmaqla ümumilikdə 2750 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına xərcləyərək vədinə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə dayandırılmış təqaüdünün bərpa olunması üçün ona müraciət edən X4 təqaüdünü bərpa edəcə yi barədə yalandan vəd edərək, aralarında yaranmış yaxın münasibətlərə görə X ona qarşı yaranmış inam və etimaddan istifadə edərək 08 oktyabr 2021-ci il tarixdə, saat 12:29-da Xocavənd rayonu, 500 ailəlik qəsəbə ərazisində yerləşən "Oba” marketdəki "e-Manat” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə məxsus olmaqla X11 adına olan və üzərində 4169 7385 6089 6247 nömrələri yazılmış karta köçürülmüş 808 (səkkiz yüz səkkiz) manat, 18 oktyabr 2021-ci il tarixdə, saat 19:25-də Xocavənd rayonu, 500 ailəlik qəsəbə ərazisində yerləşən "Oba” marketdəki "eManat”ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə məxsus olmaqla X11 adına olan və üzərində XXXXXXX nömrələri yazılmış karta köçürülmüş 1010 (min on) manat, 04 noyabr 2021-ci il tarixdə, saat 14:07-də Xocavənd rayonu, 500 ailəlik qəsəbə ərazisində ye rləşən "Oba” marketdəki "e-Manat” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-yə məxsus olmaqla X7 adına olan və üzərində XXXXXX nömrələri yazılmış karta köçürülmüş 707 (yeddi yüz yeddi) manat və 2021-ci ilin noyabr ayının ortalarında, istintaqa məlum olmayan gündə və saatda Xocavənd rayonu, 500 ailəlik qəsəbə ərazisində yerləşən "Oba” marketdəki "eManat” ödəmə terminalı vasitəsi ilə istintaqa məlum olmayan bank kartına köçürülmüş 404 (dörd yüz dörd) manat olmaqla ümumilikdə 2929 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına xərcləyərək vədinə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə şəkər xəstəliyi ilə əlaqədar təqaüd almaq üçün ona müraciət edən Zərərçəkmiş şəxs2 təqaüd düzəldəcəyi barədə yalandan vəd edərək, aralarında yaranmış yaxın münasibətlərə görə Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış inam və etimaddan istifadə edərək 2021-ci ilin noyabr ayının sonlarında, istintaqa məlum olmayan gündə və saatda sonuncunun yaşadığı Ucar rayonu, Bağman kəndində yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs2 2700 (iki min yeddi yüz) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına xərcləyərək vədinə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə dayandırılmış təqaüdünün bərpa olunm ası üçün ona müraciət edən X5 təqaüdünü bərpa edəcəyi barədə yalandan vəd edərək, aralarında yaranmış yaxın münasibətlərə görə X ona qarşı yaranmış inam və etimaddan istifadə edərək 2021-ci ilin oktyabr ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və saatda sonuncudan Ağdaş rayonu, Heydər Əliyev prospektində 2700 (iki min yeddi yüz) manat, 2022-ci ilin mart ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və saatda ünvan 1 ünvanında yerləşən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının qarşısında 400 (dörd yüz) manat olmaqla, ümumilikdə 3100 (üç min yüz) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına xərcləyərək vədinə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui -istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə dayandırılmış təqaüdünün bərpa olunması üçün ona müraciət edən X6 təqaüdünü bərpa edəcəyi barədə yalandan vəd edərək, aralarında yaranmış yaxın münasibətlərə görə sonuncuda ona qarşı yaranmış inam və etimaddan istifadə edərək 25 mart 2022-ci il, saat 18 radələrində Göyçay rayonu, Potu kənd sakini X8 məxsus fərdi yaşayış evində X 3020 (üç min iyirmi) manat, 19 may 2022-ci il, saat 18:50-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Məmmdədbəyli küçəsində yerləşən "Oba” marketdəki "eManat” ödəmə terminalı vasitəsi ilə X15 məxsus "albalı” debet kartına köçürülmüş 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 3140 (üç min yüz qırx) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına xərcləyərək vədinə əməl etməy ib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə dayandırılmış təqaüdünün bərpa olunması üçün ona müraciət edən X2 təqaüdünü bərpa edəcəyi barədə yalandan vəd edərək, aralarında yaranmış yaxın münasibətlərə görə X ona qarşı yaranmış inam və etimaddan istifadə edərək 2022-ci ilin iyun ayının əvvəllərində istintaqa məlum olmayan gündə və saatda sonuncudan Ucar şəhəri, Oğuz küçəsi ərazisində yerləşən "Kapital Bank” ASC-nin Ucar rayon filialının qarşısında 1650 (bir min altı yüz əlli) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına xərcləyərək vədinə əməl etməyib etibardan sui-istifadə etmə və al datma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən himayəsində az yaşlı uşaqlarının olması, əməlindən səmimi peşman olması və ahıl valideynlərinin onun qayğısına ehtiyaclarının olması nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarının dəyişdirilməsini, ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyy ətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı ma ddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona daha aşağı həddə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətmə kdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum onun barəsində ədalətsizliyə yol verilməsi haqqında iddianı və birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının daha az müddətə təyin edilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Ucar Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 1(063)-14/2023 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndiri lənin şəxsiyyətini, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, baxılan işdə cəzanın yüngülləşdirən halları - törətdikləri əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ağırlaşdıran halların olmamasını, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya məhkəmələrinin nəzərə almadıqları Məhkum himayəsində azyaşlı uşaqlarının olması sonuncunun cəzasını yüngülləşdirən hal kimi qiymətlən dirilməsinə əsas versə də (yəni məhkəmə kollegiyası tərəfindən qeyd olunan hal nəzərə alınır), cinayət qanunvericiliyinin tələbləri baxımından cəza təyini zamanı əsas götürülən digər halların məcmusu, yəni sonuncu tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (Məhkum 7 epizod üzrə təqaüdünün bərpa olunması adı altında az təminatlı şəxsləri aldatmaqla sonuncuların ailələrinin rifahına əhəmiyyətli təsir edəcək miqdarda ziyan vurması), eləcə də törədilmiş cinayət əməlinin ictimai təhlükəliyinin azaldılması baxımından (talama cinayəti) zərərçəkmiş şəxslərlə barışığın əldə edilməməsi, vurduğu ziyanın qaytarılması istiqamətində heç bir addım atmaması, zərərçəkmiş şəxslərin sonuncuda şikayətçi olması (hətta təyin olunmuş cəzadan narazı qalaraq apellyasiya şikayətlər i vermişlər) nəzərə alındıqda, aşağı instansiya məhkəmələri tərəfindən təyin edilmiş cəzanın növü və hədi (qeyd olunan yüngülləşdirici hal kollegiya tərəfindən nəzərə alındığı şəraitdə belə) məhkumun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmuşdur. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənz imləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar Məhkum kassasiya şikayətinə (əlavə ilə birlikdə) baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli, 1(107)-196/2023 nömrəli qərarı dəyişdirilmə dən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli, 1(107)-196/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-904/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-904/2024
21.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver