Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-912/2025 18.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Əliyev Ramin Rasim oğlunun iştirakları ilə, xx xxxx 1964-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Resp ublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.3, 178.2.4 və 308.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1317/2024 nömrəli 18 oktyabr 2024-cü il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş kasasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü ilə (hakim V.Qurbanov) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 v ə 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 178.2.3 və 178.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum etmə və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzaları, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 308.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum e tmə və 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzaları, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum etmə və 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmışdır. Hökmdən Məhkum müdafiəçisi Həsənov Mirzə Nəcəf oğlu və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2023-cü il tarixli 1(103)-1369/2023 nömrəli qərarı ilə (hakimlər M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.İbrahimov) apelyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-500/2024 nömrəli 27 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər R.M.Abdulov (sədrlik edən), Ş.Y.Yusifov və Ə.Ə.Novruzov) şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 avqust 2023-cü il tarixli 1(103)-1369/2023 nömrəli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmuşdur. Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1317/2024 nömrəli 18 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən), Q.X.Babayev və M.A.Məmmədov) zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti və sonuncu tərəfindən apellyasiya şikayətinə verilmiş əlavənin təmin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 1(005)-36/2023 nömrəli hökmünün dəyişdirilməsi, hökmdən və ittihamdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 aid epizodun xaric edilməsi, hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələr ilə təyin edilmiş 1 il 6 ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 6 (altı) aya endirilməsi qərara alınmışdır. Hazırki qərarla Məhkum təyin edilmiş cəza hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum etmə və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona gö rə təqsirli bilinib məhkum edilmişdir ki, o Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 10 sentyabr 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış (VÖEN N°**********) "Çinar-AN” Mənzil Tikinti Kooperativinin təsisçisi və sədri olan qardaşı X1 və digər təsisçilər tərəfindən verilmiş şifahi razılıq, xx.xx.2016-cı il tarixdə isə kooperativin sədri Tariyel Hacıyev tərəfindən verilmiş etibarnamə əsasında Cəmiyyətin Nizamnaməsinə əsasən, Kooperativin üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə Kooperativin cari fəaliyyətinə rəhbərlik etmək, onun işlərini aparmaq, Kooperativi təmsil etmək, kooperativin adından müqavilələr bağlamaq, rəsmi sənədləri imzalamaq, nizamnaməyə uyğun olaraq kooperativin əmlakına sər əncam vermək, kooperativin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarım müəyyən etmək, Təftiş Komissiyasının (Müfəttişin) apardığı yoxlamanın nəticələrinə baxmaq və müvafiq qərar qəbul etmək, qanunvericiliklə və kooperativin Nizamnaməsi ilə Ümumi Yığıncağın, Müşahidə Şürasının və Təftiş Komissiyasının (Müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirmək, Ümumi Yığıncağın qərarına və ərizəsinə əsasən vaxtından əvvəl vəzifədən azad olunmaq və digər hüquqlara malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar cəmiyyətin faktiki rəhbəri kimi özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək təmsil etdiyi cəmiyy ət tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının «C» blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 78,98 kvadratmetr olan 2 otaqlı 45 nömrəli mənzili xx.xx.2015-ci il tarixdə xx.xx.2015-ci il tarixli 343 nömrəli müqavilə və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışı hazırlayıb həmin sənədlərin mətnində olan "Çinar-AN» MTK-nin sədri Hacıyev T” və «mühasib Şahid3» yazılarının qarşısında şəxsən imzalayaraq cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq edib mənzilin Zərərçəkmiş şəxs1 47394 (qırx yeddi min üç yüz doxsan dörd) manata cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 3 ünvanda satılmasını rəsmişləşdirilməsinə baxmayaraq, həmin mənzilin əvvəlcədən heç kəs ə satılmadığını və digər hər hansı sahibinin olmadığını mənzil almaq məqsədi ilə 2018-ci ilin avqust ayının sonunda müraciət edən Zərərçəkmiş şəxs2 yalandan bildirib, həmin mənzili sonuncuya 39400 manata sata biləcəyini vəd verərək, onu inandırmaq üçün məzmununa cəmiyyətin ünvan 4 ünvanda yerləşən ofisində tamah niyyəti ilə mənzilin guya xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə xx.xx.2018-ci il tarixli 165 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan "Çinar-AN MTK-nin sədri Abbasov G.Ş” və «mühasib Şahid3» yazılarının qarşısında şəxsən imzalayaraq cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri Zərərçəkmiş ş əxs2 təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan qeyd edilən tarixdə cəmiyyətin ünvan 4 ünvanda 39400 (otuz doqquz min dörd yüz) manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs2 məxsus 39400 manat pulu ələ keçirib, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs1 əmlakı olan 47394 (qırx yeddi min üç yüz doxsan dörd) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlara daxil edib vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi xidməti icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə e dərək şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1317/2024 nömrəli 18 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni apellyasiya baxışınının təyin edilməsi xahiş edilmişdir. Kassasiya protestində göstərilmişdir ki, ittihamdan xaric olunan epizodda işin apellyasiya instansiyasındakı mübahisəsiz halı belə olmuşdur ki, Məhkum "Çinar-AN” Mənzil Tikinti Kooperativinin faktiki rəhbəri kimi Abşeron rayonu, Xırdalan şəhəri, BakıQuba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış b inasının "C” blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 78,98 kvadratmetr olan 2 otaqlı 45 nömrəli mənzili xx.xx.2015-ci il tarixdə 343 nömrəli müqavilə əsasında 47.394 (qırx yeddi min üç yüz doxsan dörd) manat müqabilində Zərərçəkmiş şəxs1, həmçinin eyni mənzili xx.xx.2018-ci il tarixdə 165 nömrəli müqavilə əsasında Zərərçəkmiş şəxs2 39.400 (otuz doqquz min dörd yüz) manata sataraq aldığı pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Eyni mənzilin iki şəxsə satılması faktlarına görə, formalaşmış hüquqi təcrübəyə və cinayət qanununun tələblərinə uyğun olaraq, təqsirləndirilən şəxsə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etməsi, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətməsi, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ittihamları verilmişdir. Məhkum Zərərçəkmiş şəxs1 satdığı mənzilə dair sonuncuya özü tərəfindən tərtib edilmiş alqı-satqı müqaviləsini verməsinə baxmayaraq mənzilin satılması haqqında heç bir yerdə rəsmi qeydiyyat aparmaması, eyni mənzili bir neçə il sonra Zərərçəkmiş şəxs2 alqısatqı müqaviləsi əsasında satmasına baxmayaraq yenidən heç bir qeydiyyat aparmaması, Zərərçəkmiş şəxs2 mənzili satan zaman Zərərçəkmiş şəxs1 rəsmi icazə almaması və əldə etdiyi pulu dərhal Zərərçəkmiş şəxs1 verməməsi, mənzillərin satışı ilə əlaqədar heç bir qeyd aparmamaqla yanaşı hər iki alıcıda eyni mənzilə aid alqı-satqı müqavilələrinin olması, Zərərçəkmiş şəxs1 qismən borclu olmasını etiraf etməsi məhz Məhkum öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etməsini, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətməsini, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühü m zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini sübut edir. Mübahisəli epizodda apellyasiya məhkəməsi olduqca qarışıq, biri-digərinə uyğun olmayan anlaşımaz nəticələrə gəlmişdir. Məhkəmə ittihamdan xaric etdiyi epizodda Məhkum Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməli törətdiyini inkar etsə də, onun cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 əmlak hüquqlarına mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini "unutmuş”, həmin məsələyə ümumiyyətlə heç bir münasibət bildirməmişdir. Bu qədər ziddiyyətli qənaətə gələn məhkəmə nəzərdən qaçırmışdır ki, Zərərçəkmiş şəxs1 qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin əsasını onun daha əvvəl aldığı eyni mənzilin sonradan dələduzluq (aldatma) yolu ilə Zərərçəkmiş şəxs2 satılması ilə əlaqədar onun qanuni əmla k hüquqlarına mühüm zərər vurulması faktı təşkil etmişdir. Bütün bunlar bilavasitə qarşılıqlı bağlılığı olan hüquqi faktlarla bağlı məhkəmənin apardığı qiymətləndirmənin əsassız və ziddiyyətli olmasına dəlalət edən hallar olmuşdur. Bundan başqa, məhkəmə tərəfindən çıxarılmış qərarda Zərərçəkmiş şəxs1 aid hissədə dələduzluq epizodunun ittihamdan xaric olunmasının maddi və prosessual əsasları qeyd olunmamış, əsaslandırılması isə ümumiyyətlə göstərilməmişdir. Yalnız bir cümlədə - Zərərçəkmiş şəxs1 aid hissədə dələduzluq epizodunun ittihamdan xaric olunması ilə bağlı qərarın 10-cu səhifəsinin birinci abzasının ikinci cümləsində - “...təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 münasibətdə dələduzluq etməsi, yəni şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçir məsi və ya əmlak hüquqlarını əldə etməsi təsdiqini tapmamaqla sübuta yetirilmir...” şəklində aparılmış qeyd CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş halların heç birinə aid olmamışdır. Yəni özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əlamətinin iş üzrə sübuta yetirilməməsi dedikdə, əməldə cinayət tərkibinin, cinayət hadisəsinin olmaması, yaxud şəxsin təqsirliliyinin sübuta yetirilməməsi kimi əlamətlərdən hansının nəzərdə tutulması qərardan anlaşılmaz qalmış, ümumiyyətlə, məhkəmənin gəldiyi nəticələrin hansı maddi və prosessual hüquq normalarına istinad olunmaqla əsaslandırılması qeyri-müəyyənlik yaratmışdır. Bundan başqa məhkəmə tərəfindən yekun qərarda iş üzrə müdafiə tərəfinin verdiyi apellyasiya şikayətinə ümumiyyətlə münasibət bildirilməmiş və qiymət verilməmişdir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Məhkum cəzasının yüngülləşdirərək ona təqsirli bilindiyi maddələrin sanksiyası hüdudlarında daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə diqqətdən qaçırmışdır ki, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı bütövlükdə ləğv edilməklə iş bütün apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlillərinin cavablandırılması üçün yeni apellyasiya baxışına təyin edilmişdir. Belə olan halda hazırki apellyasiya icraatının predmetini zərər çəkmiş şəxsin şikayəti ilə yanaşı, həmçinin müdafiə tərəfinin verdiyi apellyasiya şikayəti də təşkil etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi hazırki icraat zamanı yalnız zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə baxaraq, həmin şikayətin dəlillərini araşdırıb, bu dəlillərlə bağlı proses iştirakçılarının rəylərini və çıxışlarını dinləmiş, məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya müraciəti üzrə hətta cinayət işinin materialları həcmində heç bir araşdırma aparmamış və bu müraciətlərə dair proses iştirakçılarının münasibətlərini öyrənməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında yalnız zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şik ayəti və apellyasiya şikayətinə əlavəyə baxılmış və həmin məhkəmənin məhkəmə kollegiyası məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini elan etməmiş, onunla bağlı heç bir araşdırma aparmamış, həmin apellyasiya şikayətinin dəlillərini müzakirə etməmiş, proses iştirakçılarının bu müraciətlə bağlı fikirlərini soruşmamış və onlara qeyd edilən şikayətə dair çıxış etmələri üçün, qanunvericilikdə nəzərdə tutulduğu kimi lazımi imkanlar yaratmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1317/2024 nömrəli 18 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni apellyasiya baxışınının təyin edilməsi xahiş edilmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə zərərçəkmiş Zərərçəkmiş şəxs2 münasibətdə qeyd edir ki, “Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən 10 bloklu çoxmərtəbəli yaşayış binasının «C» blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 78,98 kvadratmetr olan 2 otaqlı 45 nömrəli mənzilin xx.xx.2015-ci il tarixdə Zərərçəkmiş şəxs1 satılmasını rəsmişləşdirilməsinə baxmayaraq həmin mənzilin əvvəlcədən heç kəsə satılmadığını və digər hər hansı sahibinin olmadığını mənzil almaq məqsədi ilə 2018-ci ilin avqust ayının sonunda müraciət edən Zərərçəkmiş şəxs2 yalandan bildirib, həmin mənzili sonuncuya 39400 manata sata biləcəyini vəd verərək, onu inandırmaq üçün məzmununa cəmiyyətin ünvan 4 ünvanda yerləşən ofisində tamah niyyəti ilə mənzilin guya xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 sat ılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə xx.xx.2018-ci il tarixli 165 nömrəli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair həmin tarixli və nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan "Çinar-AN MTK-nin sədri Abbasov G.Ş” və «mühasib Mövsiimov M.» yazılarının qarşısında şəxsən imzalayaraq cəmiyyətə məxsus dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri Zərərçəkmiş şəxs2 təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan qeyd edilən tarixdə cəmiyyətin ünvan 4 ünvanda 39400 (otuz doqquz min dörd yüz) manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs2 məxsus 39400 manat pulu ələ keçirməsi barədə ittiham isə məhkum edilmiş şəxsin, zərər çəkmiş şəxsin ifadələri və işin digər materialları ilə öz təsdiqini tap maqla Məhkum ona qarşı verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir”. Vurğulanmalıdır ki, mübahisəli mənzilə dair MTK ilə Zərərçəkmiş şəxs1 arasında 8 aprel 2015-ci il tarixli müqavilə bağlanandan sonra MTK ilə Zərərçəkmiş şəxs2 arasında xx.xx.2018-cİ il tarixli alqı-satqı müqaviləsi bağlanmasından dərhal sonra Zərərçəkmiş şəxs1 məlumatı olmasına baxmayaraq, 2020-ci ilin iyun ayında iddia ilə, 23 dekabr 2021ci il tarixdə isə iddia tələbini artıraraq Zakir Sadiqova qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmaqla ötən müddət ərzində hərəkətsizliyi Zakir Sadiqov üçün mübahisəli mənzilə sahiblənmək, ondan faydalanmaq imkanı yaratmışdır. "xxxx" MTK ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış müqavilədə Zərərçəkmiş şəxs2 həqiqi niyyəti məhz mənzil etmək olmuşdur. Z ərərçəkmiş şəxs1 izahatından və işin materiallarından göründüyü kimi o, mübahisəli mənzilin başqa şəxsə satılmasını biləndən sonra 2018-ci ilin əvvəllərindən mütəmadi olaraq Məhkumlə telefon əlaqəsində olmuş, müxtəlif vaxtlarda, müxtəlif ünvanlarda görüşləri olmuşdur. İşin materiallarında olan məhkəmə sorğusuna əsasən Bakı şəhəri Nərimanov rayon prokurorluğundan istintaq işi materiallarından Zərərçəkmiş şəxs1 və Məhkum ifadə və üzləşmə protokollarından göründüyü kimi Zərərçəkmiş şəxs1 izahatına görə onun Məhkumlə mütəmadi görüş və telefon əlaqələrinin səbəbi mübahisəli mənzilin kommunal xidmətlərin qiymətlərinin öyrənilməsi ilə bağlı olduğunu bildirdiyi halda, Məhkum izahatına görə isə bu əlaqənin səbəbinin mübahisəli mənzilə görə ödənmiş pulun hissəhissə Zərərçəkmiş şəxs1 geri qaytarılmas ı olmuşdur. Zərərçəkmiş şəxs1 Hofəl Haciyevlə 2018-ci ilin əvvəllərindən mütəmadi olaraq görüş və telefon əlaqələrinin səbəbinin məhz mübahisəli mənzilə görə ödənilmiş pul məbləğinin geri tələb edilməsi olduğu nəticəsinə gəlməyə imkan verir. Belə ki, mübahisəli mənzilin həmin vaxt artıq satılmış olmasının Zərərçəkmiş şəxs1 həmin vaxt məlum olması iş materialları ilə təsdiq olunur. Həmçinin, Zərərçəkmiş şəxs1 mübahisəli mənzili istifadəsinə qəbul etməmişdir. Qərar zərər çəkmiş şəxs X münasibətdə ədalətli, əsaslı və qanuni ola bilməz, ona görə ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistral yolunun 14-cü km-nin Qərb hissəsində inşa edilən cavabdeh "xxxx" MTK-ya məxsus hündürmərtəbəli yaşayış evinin C blokunun 9-cu mərtəbəsində yerləşən sahəsi 78,99 kv.metr olan iki otaqlı 2 B mə nzilə dair "xxxx" MTK ilə onun arasında 20 avqust 2018-ci il tarixli 343/2 N°-li müqavilə bağlanmışdır. Həmin vaxtdan başlayaraq mənzili təmir edib ailəsi ilə birlikdə artıq neçə illərdir ki, orada yaşayır. Zərər şəkmiş şəxs olaraq mövqeyi ondan ibarətdir ki, Zərərçəkmiş şəxs2 hazırki iş üzrə zərər çəkmiş şəxs qismində qalması əsassızdır, hökmdən və ittihamdan Zərərçəkmiş şəxs2 ilə bağlı olan epizod xaric edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsi barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi R.Əliyevin, kassasiya şikayətinin təmin edilməməsi və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H. İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni apellyasiya baxışı təyin edilməli, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sü butlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Həm zərər çəkmiş şəxs tərəfindən verilən kassasiya şikayətində, həm də dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2024-cü il qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” əməli məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsində bu əməl “şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə” törədildikdə; Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində bu əməl “xeyli miqdarda ziyan vurmaqla” törədilməsinə görə məsuliyyət nəzərdə tutulur və dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsində “vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə ö z qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” görə məsuliyyət nəzərdə tutulur və bu əməl min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məh kəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzə rdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə a lındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146 -cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iş üzrə verilmiş kassasiya protestinin dəlilləri ilə razılaşır və qeyd edir ki, kassasiya protesti təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)500/2024 nömrəli 27 fevral 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Məhkum qarşı irəli sürülmüş ittihamın təsvirinə diqqət etdikdə sonuncunun törədilməsi israr olunan (öz qulluq mövqeyindən istifadə etməklə aldatma (CM 178.2.3) və etibardan sui-istifadə etm ə yolu ilə xeyli miqdarda (CM 178.2.4) ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etməsi, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətməsi (CM 313), vəzifəli şəxs kimi xidməti icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə (CM 308.1) etməsi) cinayət əməllərindən hansı birinin Zərərçəkmiş şəxs1, hansının isə digər Zərərçəkmiş şəxs2 qarşı törədilməsi aydın şəkildə göstərilməmişdir”. Bu və digər məsələlərin aydınlaşdırılması məqsədilə, Ali Məhkəmənin Cinayət kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1 kassasiya şikayətini qismən təmin etmiş və işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin etmişdir. Lakin apellyasiya məhkəməsi yeni baxışın nəticəsi olaraq Zərərçəkmiş şəxs1 aid epizodu hökmdən və ittihamdan xaric etmiş, bu zaman kassasiya protestində göstərildiyi kimi, “məhkəmə ittihamdan xaric etdiyi epizodda Məhkum Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməli törətdiyini inkar etsə də, onun cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 əmlak hüquqlarına mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini "unutmuş”, həmin məsələyə ümumiyyətlə heç bir münasibət bildirməmişdir. Bu qədər ziddiyyətli qənaətə gələn məhkəmə nəzərdən qaçırmışdır ki, Zərərçəkmiş şəxs1 qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin əsasını onun daha əvvəl aldığı eyni mən zilin sonradan dələduzluq (aldatma) yolu ilə Zərərçəkmiş şəxs2 satılması ilə əlaqədar onun qanuni əmlak hüquqlarına mühüm zərər vurulması faktı təşkil etmişdir. Bütün bunlar bilavasitə qarşılıqlı bağlılığı olan hüquqi faktlarla bağlı məhkəmənin apardığı qiymətləndirmənin əsassız və ziddiyyətli olmasına dəlalət edən hallar olmuşdur. Bundan başqa, məhkəmə tərəfindən çıxarılmış qərarda Zərərçəkmiş şəxs1 aid hissədə dələduzluq epizodunun ittihamdan xaric olunmasının maddi və prosessual əsasları qeyd olunmamış, əsaslandırılması isə ümumiyyətlə göstərilməmişdir. Yalnız bir cümlədə - Zərərçəkmiş şəxs1 aid hissədə dələduzluq epizodunun ittihamdan xaric olunması ilə bağlı qərarın 10-cu səhifəsinin birinci abzasının ikinci cümləsində - “...təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 münasibətdə dələdu zluq etməsi, yəni şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi təsdiqini tapmamaqla sübuta yetirilmir...” şəklində aparılmış qeyd CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş halların heç birinə aid olmamışdır. Yəni özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əlamətinin iş üzrə sübuta yetirilməməsi dedikdə, əməldə cinayət tərkibinin, cinayət hadisəsinin olmaması, yaxud şəxsin təqsirliliyinin sübuta yetirilməməsi kimi əlamətlərdən hansının nəzərdə tutulması qərardan anlaşılmaz qalmış, ümumiyyətlə, məhkəmənin gəldiyi nəticələrin hansı maddi və prosessual hüquq normalarına istinad olunmaqla əsaslandırılması qeyri-müəyyənlik yaratmışdır”. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməs i Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-ci bəndində göstərilmişdir ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Bundan başqa kassasiya məhkəmə kollegiyası kassasiya protestinin o dəlili ilə də razılaşır ki, apellyasiya məhkəməsi CPM-nin 391,392, 394, 397 və 398-ci maddələrinin pozuntularına yol vermişdir. Belə ki, məhkəmə tərəfindən yekun qərarda iş üzrə müdafiə tərəfinin apellyasiya şikayətinə ümumiyyətlə münasibət bildirilməmiş və qiymət verilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Məhkum cəzasının yüngülləşdirərək ona təqsirli bilindiyi maddələrin sanksiyası hüdudlarında daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi diqqətdən qaçırmışdır ki, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı bütövlükdə ləğv edilməklə iş bütün apellyasiya şikayətlərinin və apellyasiya şikayətinə əlavənin dəlillərinin cavablandırılması üçün yeni apellyasiya baxışına təyin edilmişdir. Belə olan halda hazırki apellyasiya icraatının predmetini zərər çəkmiş şəxsin şikayəti ilə yanaşı, həmçinin müdafiə tərəfinin verdiyi apellyasiya şikayəti də təşkil etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi hazırki icraat zamanı yalnız zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə baxaraq, həmin şikayətin dəlillərini araşdırıb, bu dəlillərlə bağlı proses iştirakçılarının rəylərini və çıxışlarını dinləmiş, məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya müraciəti üzrə hətta cinayət işinin materia lları həcmində heç bir araşdırma aparmamış və bu müraciətlərə dair proses iştirakçılarının münasibətlərini öyrənməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında yalnız zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə baxılmış və həmin məhkəmənin məhkəmə kollegiyası məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini elan etməmiş, onunla bağlı heç bir araşdırma aparmamış, həmin apellyasiya şikayətinin dəlillərini müzakirə etməmiş, proses iştirakçılarının bu müraciətlə bağlı fikirlərini soruşmamış və onlara qeyd edilən şikayətə dair çıxış etmələri üçün, qanunvericilikdə nəzərdə tutulduğu kimi, lazımi imkanlar yaratmamışdır. Qeyd olunan səbəblərdən kassasiya protesti təmin e dilməli, iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Yeni apellyasiya baxışı zamanı işin halları bir daha dəyərləndirilməklə, cinayət işi üzrə irəli sürülmüş ittihamı ağırlaşdırmamaq şərti ilə ittiham, zərər çəkmiş şəxslərə qarşı onların hər birinə ayrı-ayrılıqda hansı maddə ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi dəqiq müəyyənləşdirilməklə fərdiləşdirilməlidir. Kassasiya kollegiyası kassasiya şikayətinin Zərərçəkmiş şəxs2 hazırki iş üzrə zərər çəkmiş şəxs qismində qalmasının əsassız olması, hökmdən və ittihamdan Zərərçəkmiş şəxs2 ilə bağlı olan epizodun xaric edilməsi barədə dəlillərini müzakirə etməyi məqsədəmüvafiq hesab etməməklə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunur və yeni apellyasiya baxışında yuxarıda gəstərildiyi kimi ittiham dəqiql əşdirilən zaman zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 da mövqeyi qanunvericiliyə uyğun şəkildə müzakirə olunaraq ona hüquqi qiymət verilməlidir. Bu səbəbdən kassasiya şıkayəti təmin olunmamalıdır. Yuxarıda şərh edilənlərə əsasən, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2- ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1317/2024 nömrəli 18 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və iş üzrə həmin məhkəmədə yeni apellyasiya baxışı təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-912/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-912/2025
18.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver