Məhkəmə qərarları › İş №1(102)-913/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-913/2020

18.11.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-913/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidovdan və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxs2 nümayəndəsi X8 və məhkumun müdafiəçisi X4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Azad Məcidov, hakimlər Zeynal Ağayev və Mayıl Bayramovdan ibarət tərkibdə) 1(101)-141/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, Məhkum, xx xxxxxx 1983-cü ildə Gədəbəy rayonu Novosaratovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 8-də qe ydiyyatda olmaqla ünvan 1 ev 14-də faktiki yaşayan; Azərbaycan Respublikası xx xxxxxx 2017-ci il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və təqsirləndirilən şəxsin məhkəmə zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı, yəni, xx xxxxxx 2019-cu il tarixdən hesablanması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmişdir. Hökmlə X9 da təqsirli bilinib məhkum olunmuşdur. Cinayət işi üzrə zərərçəkmiş şəxslərin mülki iddia ları təmin olunmuş, təqsirləndirilən şəxslər X9 və Məhkum 240.000 manat alınaraq Zərərçəkmiş şəxs5, 800.000 manat alınaraq Zərərçəkmiş şəxs7, 549.000 manat alınaraq Zərərçəkmiş şəxs2, 11.000 manat alınaraq Həmidov Mircavid Ağarasul oğluna, 588.225 manat alınaraq Zərərçəkmiş şəxs1, 245.000 manat alınaraq Zərərçəkmiş şəxs3, 422.524 manat alınaraq Zərərçəkmiş şəxs6 ödənilməsi hökm edilmişdir. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş X1 adına xx xxxx 2017-ci il tarixdə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 14 saylı fərdi yaşayış evinin «B» və «C» tikililəri müsadirə olunaraq zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilməsi barədə qərar qəbul edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökm ünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qabaqcadan əlbir olduğu qardaşı X9 və xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişlər. Belə ki, X9 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə atası X3 və qardaşı Məhkum ilə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, atası Rahib Rzayev və qardaşı Məhkumlə birgə Zərərçəkmiş şəxs5 Madər oğluna özlərini uzun müddət heyvandarlıqla məşğul olan və bu sahədə böyük təcrübəyə malik şəxslər kimi tanıdaraq, eyni zamanda Bakı şəhəri, Zabrat bələdiyyəsindən icarəyə götürdük ləri torpaq sahəsi üzərində inşa etdikləri fermanı Zərərçəkmiş şəxs5 öz şəxsi mülkiyyətləri kimi təqdim edərək guya atası Rahib Rzayev və qardaşı Məhkumlə birlikdə X2, Tolyatti və başqa şəhərlərindən iribuynuzlu mal-qara gətirib həmin fermada saxlayacaqlarını, sonradan birlikdə həmin mal-qaranın satışını həyata keçirməklə əldə olunacaq yüksək məbləğdə gəlirdən ona pay verəcəklərini, bu işdə ziyana düşdükləri halda isə guya mülkiyyət hüququna dair müvafiq sənədlərə əsasən ailələrinə məxsus külli miqdarda dəyərə malik fermanı satıb pulunu qaytaracaqlarını yalan vəd etməklə onu inandırmış, bundan sonra o, Zərərçəkmiş şəxs5 onlara münasibətdə yaranmış etibarından sui-istifadə edərək bu adla 2013-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən həmin fermanın içərisində atası Rahib Rzayev və qardaşı Məhkumlə birlikdə Zərərçəkmiş şəxs5 240.000 manat pul vəsaitini aldatma yolu ilə alıb ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 külli miqdarda 240.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X9 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə atası X3 və qardaşı Məhkum ilə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, atası Rahib Rzayev və qardaşı Məhkumlə birgə Zərərçəkmiş şəxs2 özlərini uzun müddət heyvandarlıqla məşğul olan və bu sahədə böyük təcrübəyə malik şəxslər kimi tanıdaraq, eyni zamanda Bakı şəhəri, Zabrat bələdiyyəsindən icarəyə götürdükləri torpaq sahəsi üzər ində inşa etdikləri fermanı Zərərçəkmiş şəxs2 öz şəxsi mülkiyyətləri kimi təqdim edərək guya atası Rahib Rzayev və qardaşı Məhkumlə birlikdə X2, Tolyatti və başqa şəhərlərindən iribuynuzlu mal-qara gətirib həmin fermada saxlayacaqlarını, sonradan birlikdə həmin mal-qaranın satışını həyata keçirməklə əldə olunacaq yüksək məbləğdə gəlirdən ona pay verəcəklərini, bu işdə ziyana düşdükləri halda isə guya mülkiyyət hüququna dair müvafiq sənədlərə əsasən ailələrinə məxsus külli miqdarda dəyərə malik fermanı satıb pulunu qaytaracaqlarını yalan vəd etməklə onu inandırmış, bundan sonra o, Zərərçəkmiş şəxs2 onlara münasibətdə yaranmış etibarından sui-istifadə edərək bu adla 2014-cü ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən həmin fermanın yanında atası Rahib Rzayev və qardaşı Məhkumlə birlikdə Zərərçəkmiş şəxs2 həmin dövrün məzənnəsi ilə 549.000 manat təşkil edən 700.000 ABŞ dolları pul vəsaitini aldatma yolu ilə alıb ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 külli miqdarda 549.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, X9 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə atası X3 və qardaşı Məhkum ilə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, atası Rahib Rzayev və qardaşı Məhkumlə birgə Zərərçəkmiş şəxs3 özlərini uzun müddət heyvandarlıqla məşğul olan və bu sahədə böyük təcrübəyə malik şəxslər kimi tanıdaraq, eyni zamanda Bakı şəhəri, Zabrat bələdiyyəsind ən icarəyə götürdükləri torpaq sahəsi üzərində inşa etdikləri fermanı Zərərçəkmiş şəxs3 öz şəxsi mülkiyyətləri kimi təqdim edərək guya atası Rahib Rzayev və qardaşı Məhkumlə birlikdə X2, Tolyatti və başqa şəhərlərindən iribuynuzlu mal-qara gətirib həmin fermada saxlayacaqlarını, sonradan birlikdə həmin mal-qaranın satışını həyata keçirməklə əldə olunacaq yüksək məbləğdə gəlirdən ona pay verəcəklərini, bu işdə ziyana düşdükləri halda isə guya mülkiyyət hüququna dair müvafiq sənədlərə əsasən ailələrinə məxsus külli miqdarda dəyərə malik fermanı satıb pulunu qaytaracaqlarını yalan vəd etməklə onu inandırmış, bundan sonra o, Zərərçəkmiş şəxs3 onlara münasibətdə yaranmış etibarından sui-istifadə edərək bu adla xx xxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küç əsində yerləşən həmin fermanın yanında atası Rahib Rzayev və qardaşı Məhkumlə birlikdə Zərərçəkmiş şəxs3 250.000 manat pul vəsaitini aldatma yolu ilə alıb ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 külli miqdarda 250.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, X9 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə atası X3 və qardaşı Məhkum ilə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, atası Rahib Rzayev və qardaşı Məhkumlə birgə Zərərçəkmiş şəxs1 özlərini uzun müddət heyvandarlıqla məşğul olan və bu sahədə böyük təcrübəyə malik şəxslər kimi tanıdaraq, eyni zamanda Bakı şəhəri, Zabrat bələdiyyəsindən icarəyə götürdükləri torpaq sahəsi üzərində inşa etdikləri fermanı Zərərçəkmiş şəxs1 öz şəxsi mülkiyyətləri kimi təqdim edərək guya atası Rahib Rzayev və qardaşı Məhkumlə birlikdə X2, Tolyatti və başqa şəhərlərindən iribuynuzlu mal-qara gətirib həmin fermada saxlayacaqlarını, sonradan birlikdə həmin mal-qaranın satışını həyata keçirməklə əldə olunacaq yüksək məbləğdə gəlirdən ona pay verəcəklərini, bu işdə ziyana düşdükləri halda isə guya mülkiyyət hüququna dair müvafiq sənədlərə əsasən ailələrinə məxsus külli miqdarda dəyərə malik fermanı satıb pulunu qaytaracaqlarını yalan vəd etməklə onu inandırmış, bundan sonra o, Zərərçəkmiş şəxs1 onlara münasibətdə yaranmış etibarından sui-istifadə edərək bu adla atası Rahib Rzayev və qardaşı Məhkumlə birlikdə Elçin Norvuzovdan xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Nərimano v rayonu, Atatürk prospekti 89 ünvanında yerləşmiş «Amrahbank» Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialında həmin dövrün məzənnəsi ilə 352.935 manat təşkil edən 450.000 ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən həmin fermanın yanında həmin dövrün məzənnəsi ilə 235.290 manat təşkil edən 300.000 ABŞ dolları olmaqla, ümumilikdə 588.225 manat təşkil edən 750.000 ABŞ dolları pul vəsaitini aldatma yolu ilə alıb ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 külli miqdarda 588.225 manat məbləğində ziyan vurmaqla vahid qəsdlə əhatə olunan təkrar dələduzluq etmişdir. Bundan başqa, X9 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə atası X3 və q ardaşı Məhkum ilə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, atası Rahib Rzayev və qardaşı Məhkumlə birgə Zərərçəkmiş şəxs4 Ağarəsul oğluna özlərini uzun müddət heyvandarlıqla məşğul olan və bu sahədə böyük təcrübəyə malik şəxslər kimi tanıdaraq, eyni zamanda Bakı şəhəri, Zabrat bələdiyyəsindən icarəyə götürdükləri torpaq sahəsi üzərində inşa etdikləri fermanı Zərərçəkmiş şəxs4 öz şəxsi mülkiyyətləri kimi təqdim edərək guya atası Rahib Rzayev və qardaşı Məhkumlə birlikdə X2, Tolyatti və başqa şəhərlərindən iribuynuzlu mal-qara gətirib həmin fermada saxlayacaqlarını, sonradan birlikdə həmin mal- qaranın satışını həyata keçirməklə əldə olunacaq yüksək məbləğdə gəlirdən ona pay verəcəklərini, bu işdə ziyana düşdükləri halda isə guya mülkiyyət hüq uquna dair müvafiq sənədlərə əsasən ailələrinə məxsus külli miqdarda dəyərə malik fermanı satıb pulunu qaytaracaqlarını yalan vəd etməklə onu inandırmış, bundan sonra o, Zərərçəkmiş şəxs4 onlara münasibətdə yaranmış etibarından sui-istifadə edərək bu adla xx xxxx 2015-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən həmin fermanın içərisində atası Rahib Rzayev və qardaşı Məhkumlə birlikdə Zərərçəkmiş şəxs4 22.000 manat pul vəsaitini aldatma yolu ilə alıb ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 xeyli miqdarda 22.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, X9 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə atası X3 və qardaşı Məhku m ilə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, atası Rahib Rzayev və qardaşı Məhkumlə birgə Zərərçəkmiş şəxs6 özlərini uzun müddət heyvandarlıqla məşğul olan və bu sahədə böyük təcrübəyə malik şəxslər kimi tanıdaraq, eyni zamanda Bakı şəhəri, Zabrat bələdiyyəsindən icarəyə götürdükləri torpaq sahəsi üzərində inşa etdikləri fermanı Zərərçəkmiş şəxs6 öz şəxsi mülkiyyətləri kimi təqdim edərək guya atası Rahib Rzayev və qardaşı Məhkumlə birlikdə X2, Tolyatti və başqa şəhərlərindən iribuynuzlu mal-qara gətirib həmin fermada saxlayacaqlarını, sonradan birlikdə həmin mal-qaranın satışını həyata keçirməklə əldə olunacaq yüksək məbləğdə gəlirdən ona pay verəcəklərini, bu işdə ziyana düşdükləri halda isə guya mülkiyyət hüququna dair müvafiq sənədlərə əs asən ailələrinə məxsus külli miqdarda dəyərə malik fermanı satıb pulunu qaytaracaqlarını yalan vəd etməklə onu inandırmış, bundan sonra o, Zərərçəkmiş şəxs6 onlara münasibətdə yaranmış etibarından sui-istifadə edərək bu adla atası Rahib Rzayev və qardaşı Məhkumlə birlikdə Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən həmin fermanın içərisində 2015-ci ilin iyun ayının ortalarında həmin dövrün məzənnəsi ilə 48.936 manat təşkil edən 46.700 ABŞ dolları, 2015-ci ilin iyun ayının sonlarında həmin dövrün məzənnəsi ilə 41.932 manat təşkil edən 40.000 ABŞ dolları, 2015-ci ilin avqust ayında həmin dövrün məzənnəsi ilə 70.596 manat təşkil edən 90.000 ABŞ dolları, 2015-ci ilin noyabr ayında həmin dövrün məzənnəsi ilə 105.120 manat təşkil edən 100.000 ABŞ do lları, 2015-ci ilin dekabr ayında həmin dövrün məzənnəsi ilə 155.940 manat təşkil edən 100.000 ABŞ dolları olmaqla, ümumilikdə 422.524 manat təşkil edən 376.700 ABŞ dolları pul vəsaitini aldatma yolu ilə alıb ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 külli miqdarda 422.524 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, X9 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə atası X3 və qardaşı Məhkum ilə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, atası Rahib Rzayev və qardaşı Məhkumlə birgə qohumu Zərərçəkmiş şəxs7 özlərini uzun müddət heyvandarlıqla məşğul olan və bu sahədə böyük təcrübəyə malik şəxslər kimi tanıdaraq, eyni zamanda Bak ı şəhəri, Zabrat bələdiyyəsindən icarəyə götürdükləri torpaq sahəsi üzərində inşa etdikləri fermanı qohumu Zərərçəkmiş şəxs7 öz şəxsi mülkiyyətləri kimi təqdim edərək guya atası Rahib Rzayev və qardaşı Məhkumlə birlikdə X2, Tolyatti və başqa şəhərlərindən iribuynuzlu mal-qara gətirib həmin fermada saxlayacaqlarını, sonradan birlikdə həmin malqaranın satışını həyata keçirməklə əldə olunacaq yüksək məbləğdə gəlirdən ona pay verəcəklərini, bu işdə ziyana düşdükləri halda isə guya mülkiyyət hüququna dair müvafiq sənədlərə əsasən ailələrinə məxsus külli miqdarda dəyərə malik fermanı satıb pulunu qaytaracaqlarını yalan vəd etməklə onu inandırmış, bundan sonra o, qohumu Zərərçəkmiş şəxs7 onlara münasibətdə yaranmış etibarından sui-istifadə edərək bu adla xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən həmin fermanın içərisində atası Rahib Rzayev və qardaşı Məhkumlə birlikdə qohumları Zərərçəkmiş şəxs7 800.000 manat pul vəsaitini aldatma yolu ilə alıb ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 külli miqdarda 800.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Həmin qərardan Məhkum müdafiəçisi X6 tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qərarı ilə (sədrlik edən hakim Əflatun Qasımov, hakimlər Əmir Bayramov və Namiq Məmmədovdan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, apelya siya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator Müdafiəçi verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi məhkumun əməlinə düzgün hüquqi qiymət verilməməklə yanaşı, təqsirləndirilən şəxslərə məxsus əmlakı da cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri hesabına əldə edilmiş əmlak kimi qiymətləndirmiş və nəticə etibarı ilə məhkəmə hər iki halda yanlış nəticəyə gəlmişdir. Hazırki cinayət işinin hallarından da görünür ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsləri aldatmamış, bəzi zərərçəkmiş şəxslərdən ümumiyyətlə hər hansı bir məbləğdə pul vəsaiti almamış, o nları tanımamış, bəzi zərərçəkmiş şəxslərdən aldıqları pul vəsaitlərinə isə, onlara dediyi kimi Rusiya Federasiyasından mal-qara gətirmiş, lakin, onların uğursuz kommersiya fəaliyyəti nəticəsində kifayət qədər gəlir əldə edə bilməmiş, əldə edilmiş gəlirləri isə, bir qismini zərərçəkmiş şəxslərin özlərinə qaytarmış, qalan məbləğin qaytarılmamasının səbəbi isə, uğursuz kommersiya fəaliyyəti nəticəsində baş vermişdir. Bundan başqa, xüsusi müsadirə ilə bağlı məhkəmə ilk əvvəl əmlakın hansı pul vəsaiti hesabına əldə edilməsini müəyyən etməli, bundan sonra, xüsusi müsadirə məsələsini həll etməlidir. Lakin, məhkəmə ünvan 1 ünvanında yerləşən 14 saylı fərdi yaşayış evinin «B» və «C» tikililərinin hansı tarixdə tikilib başa çatmasını müəyyən etmədən həmin əmlakı cinayət yolu ilə əldə edilmiş pul və saitləri hesabına əldə edilmiş əmlak kimi zərərçəkmiş şəxslərin zərərinin ödənilməsinə yönəltmişdir. Məhkəmə belə etməklə xüsusi müsadirə institutunun mahiyyətindən kənara çıxmışdır. Cinayət qanunvericiliyinə görə, xüsusi müsadirə məsələsi həll edilərkən ilk növbədə cinayət törətmiş şəxsin əmlakının törədilmiş cinayət əməlindən əvvəl və ya sonra əldə edilməsinin müəyyən edilməsi xüsusi ilə zəruridir. Təsadüfi deyildir ki, Cinayət Məcəlləsində Sovet dövründən qalmış “müsadirə” anlayışı xüsusi müsadirə anlayışı ilə əvəz edilmiş, bu zaman müsadirə sözünün mahiyyəti də dəyişmişdir. Yəni, “müsadirə” ilə cinayət törətmiş şəxsin bütün əmlakı müsadirə edilirdisə, “xüsusi müsadirə” ilə yalnız cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirəsi nəzərdə tutulur. Bu səbəbdən kassator qeyd edir ki, hətta, məhkəmə öz qərarında təqsirləndirilən şəxslərin əməllərində dələduzluq cinayətinin tərkibinin olması qərarına gəlmişdirsə, bu zaman onların bu əməllərindən əvvəl özləri üçün əldə etdikləri əmlaklarını müsadirə etməklə onların vurmuş olduqları ziyanın ödətdirilməsində haqlı olmamışdır. Belə ki, işin halları ilə də müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər əvvəllər maldarlıqla məşğul olmuş, onlar Rusiyadan mal-qara gətirib sataraq yaxşı qazanc əldə etmiş, bu qazancları ilə əmlaklara sahib olmuşlar. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı əsassızdır və ləğv edilməlidir. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv olunmasını, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməsini, əlavə olaraq, ünvan 1 ünvanında yerləşən 14 saylı fərdi yaşayış evinin «B» və «C» tikililərinin üzərinə həbs qoyulması barədə Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli ləğv edilməsini, həmin əmlak üzərinə qoyulmuş həbs götürülməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədə n saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. M əhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassator kassasiya şikayətində iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmadığını və əsassız olaraq Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyini, hər hansı bir zərərçəkmiş şəxsə qarşı dələduzluq etmədiyini, sadəcə uğursuz kommersiya nəticəsində zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurduğunu vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdiri lməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Mə cəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüs usi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum və qardaşı Seymur Rzayevin məhkum olunduğu Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin dispozisiyası külli miqdarda zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmə, yəni zərərçəkmiş şəxsin etibardan sui-istifadə etmə və ya zərərçəkmiş şəxsi aldatma yolu ilə onun əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qeyd edilən ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslər, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhk əməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həm in dəlillər məhkumun müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imka n versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində çox saylı sübutların tədqiqinə və iş üzrə yeni fakt iki halların müəyyən edilməsinə istinad edilir. Əvvəla qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun müdafiəçisi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin qeyd olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxış ının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçi və məhkumun birgə kassasiya şikayətində irəli sü rülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya mə hkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qərarında sübutlar, o cümlədən təqsirləndirilənin, şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertizasa rəyləri və s. materiallar təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, keyfiyyətini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən qərarın qanuni liyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir ki, mərhum Rahib Rzayev qabaqcadan əlbir olan bir qrup şəxs halında (oğulları) Seymur Rzayev və Məhkumlərlə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2013-2017-ci illər ərzində əldə etdikləri pul vəsaiti hesabına üzərinə düşən vəzifələri yerinə yetirərək özü və oğulları ilə birlikdə üzərinə məhkəmə qaydasında həbs qoyulmuş ünvan 1 ünvanında yerləşən 14 saylı fərdi yaşayış evinin «B» və «C» tikililərini inşa etdirmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəs ində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Məhkəmə istintaqı zamanı hesab edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 14 saylı fərdi yayayış evinin «B» və «C» tikililərin cinayət yolu ilə əldə etdiyi əmlak olduğundan, xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq müsadirə edilərək cinayət nəticəsində zərərçəkmiş şəxslər-mülki iddiaçılara vurulmuş ziyanın ödənilməsinə yönəldilməmiş və burada məhkəmə hər hansı bir prosessual pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyasının qənaəti belədir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının Məhkum barəsində ləğv edil məsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilən hallardan heç biri müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar