Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-940/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə (kassasiya şikayətinə əlavə ilə birlikdə) mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməs inin 4 iyun 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.A.Mahmudov, hakimlər M.A.Xankişiyev və F.Ə.Qəniyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1966-cı ildə ünvan5nda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəllə sinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum oğluna təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş 6 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 ay 6 gün hissəsi və 300 manat məbləğində cərimə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 7 (yeddi) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə və 300 manat məbləğində cərimə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 19 dekabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 sentyabr 2020-ci il tarixli 1(103)-766/2020 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Abbasov, hakimlər V.Ə.Mursaqulov və R.A.Qurbanovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Abbasov, hakimlər R.A.Qaraqurbanlı və A.F.İbrahimovdan ibarət məhkəmə tərkibi) Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 sentyabr 2020-ci il tarixli 1(103)-766/2020 saylı qərarından Məhkum tərəfindən veri lmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət baxılmamış saxlanılmış, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 sentyabr 2020-ci il tarixli, 1(103)-766/2020 saylı qərarından verdiyi kassasiya şikayəti vaxtında verilmiş hesab edilməklə, kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2024cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim T.L.Kazımov, hakimlər Ə.C.Seyidov və N.R.Mövsümovdan ibarət məhkəmə tərkibi) Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 sentyabr 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayəti, kassasiya şikayətinə əlavə və kassasiya şikayətinin veri lməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin verilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl edilibedilməməsinin yoxlanılması, yəni həmin kassasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Abbasov, hakimlər R.A.Qaraqurbanlı və A.F.İbrahimovdan ibarət məhkəmə tərkibi) Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 sentyabr 2020-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin verilməs i üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavə vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid1 hər hansı bir dövlət işində işə qəbul edilmək niyyətini tanışlarından eşitdikdən sonra 2019-cu ilin sentyabr ayında istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsinə zəng vurub özbaşına özünü vəzifəli şəxs XXX15 (xx xx xx) Agentliyində şöbə müdiri “XZ müəllim” kimi təqdim edib Şahid1 guya Agentliyə işə qəbulla bağlı keçiri ləcək müsabiqədə iştirak edən şəxslərin çox olduğunu, lakin sonuncunun Agentliyin sədri tərəfindən ona tapşırıldığını, ona görə də sonuncunu işə müsabiqədən kənar tez qəbul edəcəklərini bildirib anket məlumatları yazılmış namizədlik sənədi sayılan “CV” (bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim olunan yer üzrə digər lazımı məlumatları özündə saxlayan sənəd) istəmiş, bundan sonra Şahid1lə 2019-cu ilin sentyabr ayında istintaqa məlum olmayan gündə ünvan 2 ünvanında yerləşən XXX15 (xx xx xx) Agentliyinin İnzibati binasının yaxınlığında təklikdə görüşən zaman bir daha özbaşına özünü Şahid1 Agentliyin şöbə müdiri kimi təqdim edərək Şahid1 işlədiyi Agentlikdə işə düzəldə biləcəyini yalandan bildirib aldatmaqla görəcəyi işdə özünə inam yaratmaq məqsədilə Şahid1 sonuncuya məxsus “CV” sənədini, hərbi biletin, diplomun və şəxsiyyət vəsiqəsinin surətlərini alaraq, qəsdən Şahid1 XXX15 (xx xx xx) Agentliyində qanunsuz olaraq müsabiqədən kənar işə düzəlməsinin müsbət həllinə görə həmin Agentlikdə işləyən tanışı olan yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5000 (beş min) manat məbləğində pul vəsaitinin özünün vasitəsi ilə birbaşa yolla verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək, həmin adla X15dən 5.000 (beş min) manat məbləğində pulu 27 se ntyabr 2019-cu il tarixdə Ünvan8 ərazisində yerləşən XXX19 parkında alıb şəxsi ehtiyaclarına xərcləməklə aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 5.000 (beş min) manat məbləğində pulunu ələ keçirib dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin XXX15 (xx xx xx) Agentliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum kassasiya şikayətini və əla vəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 sentyabr 2020-ci il tarixli 1(103)766/2020 saylı qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddəti üzrlü səbəbdən buraxmış, lakin apellyasiya instansiyası məhkəməsi 20 noyabr 2024-cü il tarixli qərarı ilə əsassız olaraq onun prosessual müddətin bərpasına dair vəsatətini təmin etməkdən imtina etmişdir. Prosessual müddətin üzrlü səbəbdən buraxıldığını göstərən hal kimi isə Məhkum həmin qərarın surətinin ona vaxtında deyil, apellyasiya instansiyası məhkəməsinə müraciət etməsindən sonra – 2023-cü ilin 20 iyul tarixində verildiyinə istinad etmişdir. Məhkum kassasiya şikayətində və əlavədə göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2024-cü il tarixli qər arının ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsinin 1 sentyabr 2020-ci il tarixli 1(103)-766/2020 saylı yekun qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətinin təmin edilməsi barədə qərarın çıxarılmasını, bu məsələ ilə əlaqələndirdiyi hazırki işin digər hallarına qiymət verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkə məsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində (əlavə ilə birlikdə) Azərbaycan Respublikası CPM-in 410.1.4-cü maddəsinin nəzərdə tutduğ u prosessual müddətin (apellyasiya instansiyası məhkəməsinin yekun qərarından kassasiya şikayəti vermə müddətinin) bərpası məsələsi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarını mübahisələndirdiyindən, CPM-in 411.5-ci maddəsi isə prosessual müddətin bərpasına dair vəsatətin rədd edilməsinə dair qərardan kassasiya şikayəti vermək hüququnu təsbit etdiyindən, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini (əlavə ilə birlikdə) Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı, bu Məcəllənin 410.1-1ci maddəsində nəzərdə tutulmuş halda isə, yəni azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkum kassasiya şikayəti verdikdə - qərarın ona verildiyi gündən 12 ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 sentyabr 2020-ci il tarixli 1(103)-766/2020 saylı qərarının çıxarılmasından sonra 12 aydan artıq vaxt keçməklə həmin müddət buraxılmışdır. Bel ə ki, Məhkum kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair 2 mart 2024-cü il tarixli vəsatəti və kassasiya şikayəti 5 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X27 Cəzaçəmə Müəssisəsinin 316-17/31/2-729/2024 saylı məktubu ilə apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, yəni vəsatət və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin yekun qərarının çıxarılmasından 3 il 6 aydan artıq vaxt keçdikdən sonra verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası CPM-in 411.2- ci maddəsində təsbit edilir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti kassasiya şikayəti (kassasiya protesti) vermək hüququna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda və yaxud kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə təmin etmək hüququna malikdır. Lakin, Məhkum apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi buraxılmış prosessual müddətin bərpasına dair vəsatətində onu vaxtınd a kassasiya şikayəti vermək imkanından məhrum edən hansısa bir fövqəladə hadisənin baş verməsinə və yaxud apellyasiya instansiyası məhkəməsinin 1 sentyabr 2020-ci il tarixli yekun qərarının çıxarılmasından sonrakı dövrdə hansısa xəstəlik keçirməsinə istinad etməmişdir. Onun qanunla müəyyən olunmuş müddətdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarından kassasiya şikayəti verməməsini qərarın surətini vaxtına almaması ilə izah etməsinə və bunu CPM-in 411.2-ci maddəsində nəzərdə tutulmuş iradəsindən asılı olmayan digər hal kimi şərh etməsinə gəldikdə, bu dəlil də əsaslı sayıla bilməz. Belə ki, işdə olan materiallarından görünür ki, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının birinci instansiya məhkəməsinin 4 iyun 2020-ci il tarixli hökmündən onun tərəfindən verilmiş ap ellyasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında iştirak etmiş, eyni zamanda o, Bakı Şəhəri XXX21nun vəkil X1 hüquqi yardımı ilə təmin olunmuşdur. Məhkəmə iclasında Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsi ilə nəzərdə tutulmuş prosessual hüquqları izah olunmuş, məhkəmə baxışının sonunda apellyasiya instansiyası məhkəməsinin yekun qərarı sədrlik edən tərəfindən elan edilmiş və həmin qərardan kassasiya şikayəti vermək hüququ, qaydası və müddəti bir daha Məhkum və prosesdə iştirak edən digər şəxslərə izah edilmişdir. Bundan başqa, kassasiya şikayəti vermək hüququna və qaydasına dair müddəaları da əks etdirən apellyasiya instansiyası məhkəməsinin 1 sentyabr 2020-ci il tarixli yekun qərarının surəti kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə ol araq, həmin tarixdə Məhkum təqdim olunması üçün onun saxlanıldığı XXX24na və müdafiəçi Müdafiəçiya verilməsi üçün XXX21na göndərilmişdir. Lakin, Məhkum kimi, onun müdafiəçisi Müdafiəçi da qanunla müəyyən edilmiş prosessual müddətdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarından kassasiya şikayəti vermək imkanından istifadə etməmişdir. Təsvir olunanlardan görünür ki, Məhkum obyektiv olaraq apellyasiya instansiyası məhkəməsinin yekun qərarından vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir hal mövcud olmamış, yəni onun Azərbaycan Respublikası CPM-in 410.1.4-cü maddəsinin tələb etdiyi prosessual müddət daxilində 1 sentyabr 2020-ci il tarixli yekun qərarı kassasiya qaydasında mübahisələndirməməsi apellyasiya instansiyası məhkəməsinin 20 noyabr 2024-cü il tarix li qərarda müəyyən etdiyi kimi, üzrlü hallardan baş verməmişdir. Məhkum prosessual müddətin bərpası haqqında vəsatəti və kassasiya şikayətini yekun qərarın çıxarılmasından 3 il 6 aydan artıq müdət keçdikdən, yəni apellyasiya instansiyası məhkəməsinin yekun qərarına əsaslanan kifayət qədər böyük müddət ərzində cəza çəkdikdən sonra verməsi də əslində, kassasiya şikayətinin vaxtında verilməməsinin onun apellyasiya instansiyası məhkəməsinin yekun qərarından məlumatsız olmasından və ya iradəsindən asılı olmayan hər hansı başqa haldan irəli gəlmədiyini göstərir. Məhkumun onun apellyasiya instansiyası məhkəməsinin 1 sentyabr 2020-ci il tarixli yekun qərarından verdiyi kassasiya şikayətini mümkün hesab edərək baxılması üçün Azərbaycan Respublikasına Ali Məhkəməsinə göndərmiş eyni məhkəmə tərkibi nin, iş Ali Məhkəmə tərəfindən geri qaytarıldıqdan sonra həmin kassasiya şikayətini prosessual müddət buraxıldığı və bərpa edilmədiyi üçün qeyri-mümkün hesab etməsinin qanun pozuntusu olmasına dair mövqeyi də əsaslı sayıla bilməz. Çünki, CPM-in 411.3-cü maddəsində təsbit edilmişdir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpası məsələsinə baxılması apellyasiya instansiyası məhkəməsinin yekun qərarını çıxarmış məhkəmə tərkibi, bu mümkün olmadıqda digər hakimlərdən ibarət məhkəmə tərkibi tərəfindən həyata keçirlir. Həmçinin, CPM-in 418.3-cü maddəsi və yaxud digər hər hansı bir maddəsi də kassasiya şikayəti üzrə onun mümkünlüyü məsələsi düzgün həll edilmədiyi (o cümlədən, kassasiya şikayəti verilərkən prosessual müddətlərə riayət olunmadığı) üçün iş Ali Məhkəmədən apellya siya instansiyası məhkəməsinə geri qaytarıldıqda, kassasiya şikayətinin mümkünlüyü və bununla bağlı olan kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası məsələsinə CPM-in 411.3-cü maddəsində nəzərdə tutulmuş qayda gözlənilməklə əvvəl mümkünlük məsələsini həll etmiş eyni bir məhkəmə tərkibi tərəfindən baxılmasını istisna etmir. Odur ki, məhkəmə kollegiyası buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsatətinin təmin edilməməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə CPM-in 416-cı maddəsində təsbit edilmiş, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasların olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kolle giyası kassasiya şikayətinin və ona əlavənin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti (əlavə ilə birlikdə) təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 20 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 411.6 və 419.10.1-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti (əlavə ilə birlikdə) təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 20 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №1(102)-940/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-940/2025
18.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver