Məhkəmə qərarları › İş №1(102)-942/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-942/2023

14.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-942/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 may 2022-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X7, X8 ibarət tərkibdə) 27 may 2022-ci il tarixli hökmü ilə xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tut ulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 27 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin "həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. xx.xx.1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3- cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 27 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin "həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi) X11 və X1 ibarət tərkibdə) 26 sentyabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və müdafiəçiləri X2 və Müdafiəçi apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 may 2022-ci il tarixli 1(100)-224/2022 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 tanışları Məhkum1 və ölmüş X9 ilə birlikdə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan vaxt və mənbədən tərkibində narkotik maddələr olan bitkilərin toxumlarını əldə edərək 2021-ci ilin aprel ayının əvvəllərində günü dəqiq məlum olmayan tarixdə, mərhum Xeyrəddin Əliyevin yaşadığı Gəncə şəhəri Məhsəti q əsəbəsi 23 küçədə təzə məhəllələrdə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunla yetişdirilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, yəni, ümumi sayı 29 ədəd olan çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmişlər, 04 iyul 2021-ci il tarixdə, saat 21:05-də Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin və Kəpəz rayon Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində mərhum Xeyrəddin Əliyevin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan 29 ədəd əkilmiş külli miqdar təşkil edən, yəni, ümumi sayı 29 ədəd olan və yaş halda ümumi təmiz çəkisi 35450 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürül müşdür. Məhkum1 tanışları Məhkum2 və ölmüş X9 ilə birlikdə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan vaxt və mənbədən tərkibində narkotik maddələr olan bitkilərin toxumlarını əldə edərək 2021-ci ilin aprel ayının əvvəllərində günü dəqiq məlum olmayan tarixdə, mərhum Xeyrəddin Əliyevin yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 23 küçədə təzə məhəllələrdə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunla yetişdirilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, yəni, ümumi sayı 29 ədəd olan çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmişlər, 04 iyul 2021-ci il tarixdə, saat 21:05-də Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin və Kəpəz rayon Polis Bölməs inin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində mərhum Xeyrəddin Əliyevin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan 29 ədəd əkilmiş külli miqdar təşkil edən, yəni, ümumi sayı 29 ədəd olan və yaş halda ümumi təmiz çəkisi 35450 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçinin məhkumlar Məhkum1 və Məhkum2 barəsində verdiyi kassasiya şikayətləri eyni dəlillərlə əsaslandırılmış və hər iki məhkum barəsində kassasiya şikayətlərində qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi qanunları təhrif edərək, işin halları ilə uzlaşmayan qərar qəbul etmiş, qərarı qəbul edərkən CPM-nin tələblərini, İnsan hüquqları X3 tələblərini kobud şəkildə pozmuş ədalət mühakiməsini həyata keç irərək ədalətli qərar qəbul etmək əvəzinə apellyasiya şikayətində irəli sürülmüş dəlilləri araşdırmamış və nəticədə apellyasiya şikayətlərini təmin etməmişdir. Belə ki, qəbul edilmiş qərarların təqsirləndirilən şəxslər barəsində olan hissəsi ilə tanış olarkən məlum olur ki, qərarın bu hissəsi obyektiv həqiqətlə, cinayət prossesual məcəlləsinin tələbləri ilə uzlaşmır. Bir sözlə, hökm məhkəmə araşdırılmasında müəyyən olunmuş sübutlara deyil, istintaq orqanının gəldiyi nəticə ilə üst-üstə düşmüşdür. Bu isə Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinin tələblərinə ziddir. Məhkəmə istintaqında tədqiq olunmuş mötəbər və mühüm sübutlar olmadan, məhkəmə təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddəsi ilə ittiham hökmü çıxarmışdır. Bu da onu sübut edir ki, məhkəmə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddəsi ilə ittiham hökmü çıxaran zaman CPM-nin 351.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə qərarlarında təqsirləndirilən şəxslərə verilmiş ittihamı sübut edəcək heç bir sübut növü yoxdur. Hökmdə ibtidai istintaqın gəldiyi nəticə əsas götürülmüşdür. Məhkəmə araşdırılmasında ittihamı sübut edəcək heç bir mötəbər sübut növü müəyyən edilmədiyi halda, hökmdə göstərilmişdir ki, guya təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməməsi məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. Halbuki, məhkəmə araşdırılmasında ittiham sübuta yetirilməməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasına imkan verir. Müdafiə tərəfindən verilən apellyasiya şikayətlərinin əsas dəlili də ondan ibarə t olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 verilən ittham üzrə yalnız bu iş üzrə şahid qismində dindirilən bu iş üzrə şəxsi marağı olan Şahid1 ifadəsini əsas götürmüş və yalnız həmin ifadəyə əsasən ittiham hökmü çıxarmışdır. Məhkəmə nəzərə almamışdır ki, əvvala Şahid1 bu iş üzrə marağı olmuş, yəni o məhrum Xeyrəddinin həyat yoldaşıdır. O ərini həmin vaxt məsuliyyətdən qurtarmaq üçün ərinin töərtmiş olduğu əməli başqa şəxlərin üzərinə atmaq istəmişdir. Bundan başqa məhkəmənin nəzərə almadığı digər bir məqam isə ondan ibarətdir ki, istintaq zamanı Xeyrəddin təqsirləndirilən şəxslərə verilmiş ittihamla bağlı heç nə deyə bilməmişdir. Lakin məhkəmə işin bu halına da düzgün qiymət verməmişdir. Eyni zamanda məhkəmənin telefon danışıqları barədə də gəlmiş olduğu nəti cəni düzgün hesab etmir. Belə ki, tərəflərin bir-biri ilə çoxlu sayda danışıqlarının olması onların bu cinayəti törətməsi anlamına gəlmir. Lakin nə birinci instansiya məhkəməsi nə də ki, apellyasiya məhkəməsi həmin sübutlara qiymət verməmişdi. Müdafiəçi kassasiya şikayətlərində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarının Məhkum1 və Məhkum2 aid hissədə ləğv edib, qeyd edilən məhkumların təqsirli bilindiyi maddələr üzrə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumların, kassasiya şikayətlərinin təmin olunmama sı barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kas sasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş ver ib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdır ılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüq uq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutla ra uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakim əsini həyata keçirməkdir. Kassasiya şikayətlərində məhkumlar Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirilməklə məhkum edilmiş şəxslərə bəraət verilməsi iddia edilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi məhkumlar Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işinin materiallarında olan ibtidai istintaq dövründə dindirilmiş təqsirləndirilən şəxs (mərhum) X6 ifadəsindən görünür ki, o, 2021-ci ilin aprel ayında tanışları Hüseyn və İlqarla birlikdə narkotik tərkibli çətənə kolları əkməyi razılaşmışlar. İlqar və Hüseyn ona çətənə kolu toxumları gətirib vermişlər. O, həmin toxumları əkmiş, tanışları Hüseyn və İlqar isə aprel ayından etibarən iki-üç gündən bir gəlib onunla birlikdə kollara qulluq etmişlər, ona da kollara qulluq etməyin qaydasını öyrətmişlər. Onlar kultivasiya etdikləri çətənə kollarından əldə etdikləri marixuananı üç yerə bölüb marixuananın satışını Hüseyn və İlqar həyata keçirməli olmasına razılaşmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Məshəti qəsəbəsi 23 ünv anda əri X9 ilə birlikdə yaşamışdır. Onların yaşadıqları evin həyətyanı sahəsində X6 İlqar və Hüseyn adlı şəxslərlə birlikdə narkotik tərkibli çətənə kolarını nə vaxt əkmələrini bilməmiş, həmin kollar böyüdükdən sonra o, Xeyrəddinin həyətdə çətənə kolu əkdiyini bilmişdir. O, həmin kolları tanımış, kolları görəndə Xeyrəddinlə koları çıxardıb atsın deyə dalaşmışdır. Həmin vaxt Xeyrəddin ona sakit durmağı, işinə qarışmamağı demişdir. O da Xeyrəddindən qorxduğu üçün sonuncuya heç nə deməmişdir. Hüseyn və İlqar da iki-üç gündən bir onların yaşadıqları ünvana gəliblər Xeyrəddinlə birlikdə kolları əkdikləri yerə keçib həmin kollara qulluq etmişlər. Onun əri Xeyrəddinin çətənə kollarına qulluq etməkdən başı çıxmadığı üçün Hüseynlə İlqar gəlib kollara nəzarət etmiş və müxtəlif vaxtlarda qulluq etmi şlər. Əri Xeyrəddinə çətənə kolu toxumlarını İlqarla Hüseyn gətirib vermişdir. O, dəfələrlə Hüseynə, İlqara və Xeyrəddinə həmin kolları yolub atmaqlarını desə də Xeyrəddin, dostları İlqar və Hüseyn ona qulaq asmamış və həmin çətənə kollarına birlikdə qulluq etmişlər. O isə Xeyrəddinin qorxusundan həmin kolları yola bilməmişdir. O, həmin kollara heç bir qulluq etməmiş, su da verməmiş, həmin kollara qulluğu Xeyrəddin, Hüseyn və İlqar üçü birlikdə etmişlər. O, şəxsən özü Hüseynlə İlqarın həmin kollara qulluq etdiklərini görmüşdür. Cinayət işinin materiallarında olan 16 oktyabr 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ilə şahid Məhkum1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, videoçəkiliş vasitəsilə aparılan üzləşmə zamanı Şahid1 həyat yoldaşı Xeyrəddin Əliyev və həyat yoldaşının digər dostu Məhkum2lə birlikdə yaşadıqları fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi qaydada qulluq etməklə narkotik tərkibli bitkiləri əkib becərdiklərini Məhkum1 üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan 21 oktyabr 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ilə şahid Məhkum2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, videoçəkiliş vasitəsilə aparılan üzləşmə zamanı Şahid1 həyat yoldaşı Xeyrəddin Əliyev və həyat yoldaşının digər dostu Məhkum1lə birlikdə yaşadıqları fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi qaydada qulluq etməklə narkotik tərkibli bitkiləri əkib becərdiklərini Məhkum2 üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli, 120-37835-1221 saylı əməliyyat tapşırığına cavab məktubunda qeyd edilmişdir ki, təqsirləndirilən şəxs X9, yaşadığı Gəncə şəhəri, Məshəti qəsəbəsi 23 küçədə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tanışları Məhkum1 və Məhkum2 ilə birlikdə narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərmişlər, narkotik tərkibli bitkilərin kultivasiya edilməsində onlara heç kim köməklik göstərməmiş, narkotik tərkibli bitkilərin toxumlarını özləri Samux rayonu ərazisindən keçən Kür çayının sahilindən yığıb əldə etmişlər. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutl ara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum1 və Məhkum2 ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onlarən həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibind ə narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdi rmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmənin (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törıdilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi k imi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 06 iyul 2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hüquqi mövqelərə əsasən, qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tarkibində n arkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Müdafiə tərəfinin kassasiya şikayətlərində istinad etdiyi əsas dəlil Şahid1 işdə marağının olması, onun ərinin məsuliyyətdən kənarda qalması üçün yalan ifadə verməsidir ki, bununla bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Şahid1 işdə marağı olan şəxs kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qənaətinə əsasən müdafiə tərəfin dediyi kimi o, ərinin məsuliyyətdən kənarda qalmağını istəsə idi, o zaman ərinin də bu işdən xəbəri olmadığını və ya Xeyrəddin Əliyevin digər təqsirləndirilən şəxslərin təkidi ilə belə bir addım atmasını deyə bilərdi. Həmçinin işdən də göründüyü kimi Məhkum2 və Məhkum1 Şahid1 il ə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Bunu təqsirləndirilən şəxslər öz ifadələrində də bildirmişlər. Əksinə onlar ailəvi dost olmuş və münasibətləri yaxşı olmuşdur. Belə olan halda Şahid1 onlara qarşı yalan ifadə verməsi inandırıcı deyildir. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Şahid1 ifadəsi mötəbər sübut kimi qiymətləndirmişdir. Cinayət işi üzrə aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsasən müəyyən edilmişdir ki, Məhkum2 tanışları Məhkum1 və ölmüş X9 ilə birlikdə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan vaxt və mənbədən tərkibində narkotik maddələr olan bitkilərin toxumlarını əldə edərək 2021-ci ilin aprel ayının əvvəllərində günü dəqiq məlum olmayan tarix də, mərhum Xeyrəddin Əliyevin yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 23 küçədə təzə məhəllələrdə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunla yetişdirilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, yəni, ümumi sayı 29 ədəd olan çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmişlər. Belə olan halda, kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum1 və Məhkum2 törətdiyi əməllərin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək qeyd edir ki, kassasiya şikayətlərinin məhkum edilmiş şəxslərə Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə bəraət verilməsi barədə dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla əsassızdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli olmaları cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumların onlara həmin qərarla istinad edilən CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilm iş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasın ın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıx arılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 barələrində Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum1 və Məhkum2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 26 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar