Məhkəmə qərarları › İş №1(102)-944/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-944/2025

24.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-944/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Məhkum2 müdafiəçiləri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Sirius” Vəkil Bürosunun vək ili Müdafiəçi5, Məhkum1 və müdafiəçiləri Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 və “Alfa” Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2024-cü il tarixli, 1(103)-109/2024 nömrəli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi5 və Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum2 xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respu blikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Arısu kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı İstintaq Təcridxanasında cəza çəkir.

2. Məhkum1 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Belə ki, Məhkum2 xx.xx.2022-ci il tarixdə, saat 13:42-də Bakı-QazaxGürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 57,9-cu kilometrliyində «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanu nunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda «Ford Transit»» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili 100 km/saat sürətlə idarə edib Bakı istiqamətində üçzolaqlı yolun soldan birinci zolağı ilə 85-90 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riyaət etməyərək yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək irəlidə eyni istiqamətdə yolun orta zolağı ilə hərəkətdə olub sola istiqamətlənən Məhkum1 85-90 km/saat sürətl ə idarə etdiyi «Hyundai Elantra» markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi onun avtomobilinin qabaq sağ hissəsi ilə toqquşmuş, zərbədən «Hyundai Elantra» markalı avtomobil yolun sol kənarındakı metal konstruksiyalı çəpərə çırpılmış, nəticədə ehtiyatsızlıqdan «Hyundai Elantra» markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs tarvmatik şok, xarici qanaxma, sol bazu oynağından travmatik amputasiyası, döş qəfəsinin soldan İİİ-İV-V-Vİ-Vİİ qabırğaların yerinidəyişmiş sınıqları, sol bud sümüyünün orta 1/3-nin açıq, yerini dəyişmiş sınığı, sol süd vəzinin və qarının ön səthinin qançırları kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən xx.xx.2022-ci il tarixdə, saat 17:15-də X16 ölməsinə, «Hyundai Elantra» markalı avtomo bilin sürücüsü Məhkum1 sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş, qəlpəli sınığı (cərrahi əməliyyatla bərpası), sağ bud və sağ diz oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.

4. Bundan başqa, ittihama əsasən, Məhkum1 xx.xx.2022-ci il tarixdə saat 13:42-də Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 57,9-cu kilometrliyində idarə etdiyi «Hyundai Elantra» markalı **-TY*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində üçzolaqlı yolun orta zolağı ilə 85-90 km/saat sürətlə hərəkətdə olarkən «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riyaət etməyərək yəni, yerdəyişmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək qarşısında sağdan birinci zolaqda eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin sola istiqamətlənməsini görüb avtomobilin sürətini azaltmalı, sola doğru təhlükəsizliyi təmin etməyən manevr aparmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda avtomobili sola istiqamətləndirərək soldan 1-ci hərəkət zolağına çıxarmış, bu zaman arxadan eyni istiqamətdə yolun soldan birinci zolağı ilə hərəkətdə olan Məhkum2 Jamal oğlunun 100 km/saat sürətlə idarə etdiyi ««Ford Transit»» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomob ilin qabaq sağ hissəsi ilə «Hyundai Elantra» markalı avtomobilin arxa sol hissəsi toqquşmuş, zərbədən «Hyundai Elantra» markalı avtomobil yolun sol kənarındakı metal konstruksiyalı çəpərə çırpılmış, nəticədə ehtiyatsızlıqdan «Hyundai Elantra» markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs tarvmatik şok, xarici qanaxma, sol bazu oynağından travmatik amputasiyası, döş qəfəsinin soldan İİİ-İV-V-Vİ-Vİİ qabırğaların yerinidəyişmiş sınıqları, sol bud sümüyünün orta 1/3-nin açıq, yerinidəyişmiş sınığı, sol süd vəzinin və qarının ön səthinin qançırları kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən xx.xx.2022-ci il tarixdə, saat 17:15-də X16 ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən hakim: X9) 7 sentyabr 2023-cü il tarixli, 1(002)-27/2023 nömrəli hökmü ilə Məhkum2 CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından dərhal həbsə alınması, cəzasının əvvəlinin 07 sentyabr 2023cü il tarixdən hesablanması, Məhkum2 hökm qanuni qüvvəsini alanadək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına göndərilməsi, Məhkum1 CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törət məkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, Məhkum1 üzərinə, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəz ifəsinin qoyulması, hökmün icrasına nəzarətin Məhkum1 münasibətdə yaşayış yeri üzrə icra qurumuna həvalə edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

6. Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək məhkəmə baxışı tam istintaqla aparılaraq Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün ləğv edilməsi və Məhkum2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Həmçinin, həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs Məhkum1 müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 birgə apellyasiya şikayəti verərək Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün Məhkum1 aid hissədə ləğv edilməsi və Məhkum1 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

8. Həmçinin, həmin hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi X4 apellyasiya şikayəti verərək Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün Məhkum2 barəsində cəza hissəsində dəyişərək, ona 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Məhkum1 aid olan hissəsində isə hökmü ləğv edərək, Məhkum1 əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət məhkəmə tərkibində) 9 aprel 2024-cü il tarixli, 1(103)109/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi, məhkum edilmiş şəxs Məhkum1 müdafiəçiləri və zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfin dən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2024-cü il tarixli, 1(103)-109/2024 nömrəli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi5 və Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

11. Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərində apelyasiya müraciətinin məzmunu təkrarlanmaqla, onun dəlilləri qismində birinci instan siya və apellyasiya instansiya məhkəmələrinin qənaətlərinə, məhkumun ifadəsinə və çoxsaylı qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, Məhkum2 AR CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinməsi zamanı həm ibtidai istintaq orqanı, həm məhkəmə müxtəlif məsələlərlə əlaqədar ekspert rəylərinə, şahid ifadələrinə, hadisəni əks etdirən video görüntülərə və digər istintaq materiallarına sübut qismində əsaslanmışdır. Lakin bu sübutların məcmusuna ümumilikdə qiymət verilərkən ekspert rəyləri ilə şahid ifadələri, həmçinin hadisə yerini əks etdirən videogörüntülər arasında ziddiyətlərin araşdırılmaması hüquqlarını müdafiə etdiyi şəxsə elan edilmiş ittihama əsaslı şübhələr yaradır. Buna görə də, həmin şübhələr Məhkum2 xeyrinə istifadə edilməldir. Baxmayaraq ki, sübut kimi istinad olunmuş ekspert rəyləri hadisəni əks etdirən videogörüntü və hadisənin şahidlərinin ifadələri ilə ziddiyyət təşkil etdiyi halda nədənsə nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı həmin ziddiyyətlər araşdırılmamış və aradan qaldırılmamışdır. Bunun da nəticəsində müdafiəçisi olduğu şəxsin əslində real olaraq hadisənin qarşısını almağa texniki cəhətdən imkanın olubolmaması, həmçinin baş vermiş hadisədə onun hərəkətləri ilə nəticə arasında səbəbli əlaqənin mövcud olub-olmaması obyektiv araşdırılmamışdır. Məhkum barəsində yalnız ehtimallara əsasən ittiham hökmü çıxarılmışdır və cəza təyini zamanı da ədalətsizliyə, ikili standartlara məruz qalmışdır. Baxmayaraq ki, hüquqlarını müdafiə etdiyi Məhkum2 zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq və dəymiş zərəri ödəməyə dəfələrlə cəhd et miş, bugünkü gündə də barışıq əldə edilməsi üçün cəhd etməkdədir, məhkəmələr bu halları nəzərə almamış, ona qarşı ədalətsiz mövqe sərgiləmişlər.

12. Məhkum2 müdafiəçisi Müdafiəçi5 kassasiya müraciətinin dəlilləri qismində qeyd etdiklərinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM-in) 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-109/2023 nömrəli, 09 aprel 2024-cü tarixli qərarını hüquqlarını müdafiə etdiyi şəxsə dair hissədə ləğv edərək, Məhkum2 barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

13. Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərində apelyasiya müraciətinin məzmunu təkrarlanmaqla, onun dəlilləri qismində birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qənaətlərinə, birinci instansiya məhkəmə icraatı zamanı müdafiəçinin vermiş olduğu vəsatətə, cinayət işinin faktiki halları üzərinə Məhkum1 əməlində səbəbli əlaqə yanaşmasının təhlilinə və çoxsaylı qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, istintaq orqanı və məhkəmələr Məhkum1 hüquqlarını pozmuş, onun qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edib, barəsində ittiham hökmü çıxarmışlar.

14. Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya müraciətinin dəlilləri qismində qeyd etdiklərinin Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, məhkəm ədən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-109/2023 nömrəli, 09 aprel 2024-cü tarixli qərarını Məhkum1 aid hissəsində dəyişərək, həmin hissədə onun barəsində cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

16. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum2 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi5 hər biri ayrı-ayrılıqda çıxış edərək tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etmiş, eyni zamanda cinayət işi üzrə dig ər məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin həllini isə məhkəmə kollegiyasının mülahizəsinə buraxdıqlarını bildirdilər.

18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum1, müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi6 hər biri ayrı-ayrılıqda çıxış edərək tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etmiş, eyni zamanda cinayət işi üzrə digər məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin həllini isə məhkəmə kollegiyasının mülahizəsinə buraxdıqlarını bildirdilər.

19. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X4 Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından təmin edilməs ini, Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.

20. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X13 məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

21. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

22. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud s übutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

23. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

24. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

25. Məhkum2 müdafiəçisi, onun əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbay can Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

26. Həmçinin, Məhkum1 müdafiəçisi, onun əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir

27. Odur ki, kollegiya məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri bax ımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 aprel 2024-cü il tarixli, 1(103)-109/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

28. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

29. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

30. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

31. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

32. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

33. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

34. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

35. Məhkum2 müdafiəçisi Müdafiəçi 5 kassasiya şikayətindən görünür ki, Məhkum2 barəsində verilmiş ekpsert rəyi ilə hadisəni əks etdirən videogörüntü arasında ziddiyyət olmuş, cinayət işi materiallarında onun əməlinin CM-in 263.2-ci maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, onun əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmaması haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

36. Həmçinin, Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətindən görünür ki, Məhkum1 barəsində verilmiş ekpser t rəyi ilə hadisəni əks etdirən videogörüntü arasında ziddiyyət olmuş, onun əməli ilə baş vermiş hadisənin nəticəsi arasında səbəbli əlaqə olmamış, ekspertlər tərəfindən verilmiş rəy qərəzli olmuş, cinayət işi materiallarında onun əməlinin CM-in 263.2-ci maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, onun əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmaması haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

37. Bu isə onu göstərir ki, hər iki müdafiəçi kassasiy a instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

38. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

39. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi q anunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

40. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələblərinin (o cümlədən, məhkumlar Məhkum2 və Məhkum1 əməllərində cinayət tərkibinin olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmalarına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumların müdafiəçilərinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

41. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətlərinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti tə şkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxslərin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum2 və Məhkum1 hərəkətlərində CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

42. Həqiqətən də, kassasiya şikayətlərində gö stərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxslərin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş, Məhkum2 və Məhkum1 təqsirliliyi barədə yekun nəticələr CPMin 146-cı maddəsini n tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum2 və Məhkum1 ibtidai araşdırma zamanı və məhkəmə icraatı zamanı verdikləri ifadələri, həmçinin şahid ifadələri, ekspertiza rəyləri, hadisənin görüntüsünü əks etdirən videogörüntü, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

43. Kollegiya məhkumların müdafiəçilərinin müraciətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, cinayət işi materiallarında olan Yol nəqliyyat hadisəsini əks etdirən videogörüntüdən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13:42 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 57,9-cu km-də yolun Bakı şəhəri istiq amətində soldan ikinci hərəkət zolağı ilə hərəkət edən ağ rəngli ««Hyundai Elantra»» markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sol hərəkət zolağına doğru hərəkət edib daha sonra soldan manevr edərək sağdan birinci hərəkət zolağına doğru istiqamətlənib Merjedes Benz 1844 markalı yük avtomobilinin qarşısına keçərək biraz hərəkət edib qarşıda yolun sağ hissəsində dayanır, bundan sonra Merjedes Benz 1844 markalı yük avtomobili onun dayandığını görərək dönmə işığından istifadə edib sağ zolaqdan orta yəni, sağdan ikinci hərəkət zolağına doğru keçməyə başlayır. Bu vaxt yolun orta yəni, sağdan ikinci hərəkət zolağı eyni istiqamətdə hərəkətdə olan Məhkum1 Merjedes Benz 1844 markalı yük avtomobilinin sola doğru istiqamətlənib onun hərəkətdə olduğu orta zolağa çıxdığını görüb idarə etdiyi ««Hyundai Elantra»» markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili sol hərəkət zolağına doğru istiqamətləndirir. J.E.İsmayılov sola istiqamətlənib soldan birinci hərəkət zolağına daxil olan zaman arxadan eyni istiqamətdə həmin zolaqda hərəkətdə olan Məhkum2 Jamal oğlunun idarə etdiyi ««Ford Transit»» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə ««Hyundai Elantra»» markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşur. Toqquşmadan sonra «Ford Transit» markalı avtomobil yolun sol hissəsinə doğru hərəkət edib dəmir çəpərlərə dəyərək aşır, «Hyundai Elantra» markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil dəmir çəpərlərə dəyib dayanır.

44. Apellyasiya instansiya məhkəməsi müdafiə tərəfinin müraciəti əsasında cinayət işinə yenidən baxarkən qeyd edilən videogörü ntüyə, məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 49 №-li rəyinə, məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 505 nömrəli rəyinə, audio və videoyazıların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 4/980 nömrəli rəyinə, məhkəmə trasoloji, kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1528; 6/3393; 8/1880; 6/3888 nömrəli rəyinə, məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2114 nömrəli rəyinə və təkrar məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1549 nömrəli rəyinə istinadlar edərək hesab etmişdir ki, Məhkum2 törətmiş olduğu cinayət əməli tam sübuta yetirilmiş və bu hal mötəbərliyinə şübhə olmayan cinayət işi materialları və ekspert rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Müdafiəçi tər əfindən irəli sürülmüş dəlillər isə subyektiv mülahizələrdən ibarət olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası Məhkum1 müdafiəçisinin apellyasiya şikayətinin “səbəbli əlaqə olmaması” ilə bağlı dəlillini də əsassız hesab etmişdir. Belə ki, iş materiallarında olan təkrar məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1549 nömrəli rəyindən görünür ki, «Hyundai Elantra» markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

45. Cinayət işi üzrə sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlərində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətlərində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

46. Təsvir edilənlərdən görü nür ki, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumların cinayət işinə əməllərində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası məhkum və müdafiəçilərin, dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum2 müdafiəçisi Müdafiəçi5 və Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı -ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Məhkum2 və Məhkum1 barələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2024-cü il tarixli, 1(103)109/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2024-cü il tarixli, 1(103)-109/2024 nömrəli qərarı Məhkum2 müdafiəçisi Müdafiəçi5 və Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləri nə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar