Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-957/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X5, Məhkum1 və onun müdafiəçisi Müdafiəçi1, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən, Məhkum1 özü tərəfindən və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim Hafiz Kamranov) 04 mart 2022-ci il tarixli, 1(005)-24/2022 nömrəli hökmü ilə xx xxxxxxxx 1977-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 192.2.2 və 32.5,308.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 192.2.2-ci maddəsi ilə ona CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 32.5,308.1-ci maddəsi ilə ona CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.2 və 66.4-ci maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 3 (üç) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-c ü maddəsinə əsasən onun 10 yanvar 2021-ci il tarixdən 04 mart 2022-ci il tarixədək müddətə həbsdə saxlanıldığı 1 (bir) il 1 (bir) ay 22 (iyirmi iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 2 (iki) il 3 (üç) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 2 (iki) il 8 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx xxxxx 1986-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıqla məşğul olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum2 Azərbayca n Respublikası CM-in 192.2.2 və 32.5,308.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 192.2.2-ci maddəsi ilə ona CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 308.1-ci maddəsi ilə ona CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.2 və 66.4-ci maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 3 (üç) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3- cü maddəsinə əsasən onun 10 yanvar 2021-ci il tarixdən 04 mart 2022-ci il tarixədək müddətə həbsdə saxlanıldığı 1 (bir) il 1 (bir) ay 22 (iyirmi iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 2 (iki) il 3 (üç) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 2 (iki) il 8 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 məhkum edilmişdir ona görə ki, o, 17 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı Qeydiyyatla (VÖEN) Fiziki şəxsl ərin Sahibkarlıq uçotu haqqında şəhadətnamə ilə vergi ödəyicisinin onlayn qeydiyyatı sistemində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2007-ci il tarixli Fərmanına əsasən bir pəncərə sistemi ilə qeydiyyata alınmaqla 2018-ci ilin yanvar ayından faktiki, 2020-ci ilin yanvar ayının 1-dən icarə müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110/3 ünvanında yerləşən “Dünya” ticarət mərkəzində yerləşən ticarət obyektində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə fiziki şəxs qismində məşğul olmaqla başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətlər etmək səlahiyyətlərinə malik vəzifəli şəxs olan Məhkum2 həmin ticarət obyek tində yerli və xarici valyutada pul vəsaitlərinin qanunsuz mübadiləsi ilə məşğul olub qazanc əldə edə biləcəklərinə dair məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitlərini əldə edib ona sahiblik edərək təqdim etməyi qabaqcadan vəd etməklə sonuncunun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və onun üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən, xüsusi razılıq (lisenziya) təl əb olunduğu halda belə razılıq (lisenziya) almadan, rəsmi olaraq müəyyən edilmiş məzənnə kursundan əlavə özləri üçün də pul vəsaiti almaqla valyuta dəyişməkdən ibarət sahibkarlıq, yəni faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 1 yanvar 2018-ci il tarixdən 8 yanvar 2021-ci il tarixədək olan müddətdə sonuncu ilə birlikdə həmin ticarət obyektində ona və özünə valyuta mübadiləsi məqsədilə müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə yerli və xarici ölkə valyutalarını şəxsən və Məhkum2 vasitəsilə qəbul edərək özləri üçün müəyyən etdiyi 0,1-0,2 faiz əlavə qismində üzərinə gəlməklə bank funksiyalarını, yəni valyuta mübadiləsi əməliyyatını xüsu si icazə olmadan qanunsuz yerinə yetirərək «qara bazar» ilə əlaqəli şəkildə müxtəlif xarici valyutalarının alqı-satqısını həyata keçirib, gəlir qismində müxtəlif məbləğlərdə, o cümlədən, Şahid21 həmin müddət ərzində təqdim etdiyi 10.000 ABŞ dollarından 20 manat, Şahid27 həmin müddət ərzində təqdim etdiyi 10.500 ABŞ dollarından 21 manat, Şahid28 həmin müddət ərzində təqdim etdiyi 50.000 ABŞ dolları puldan 100 manat, Şahid26 həmin müddət ərzində təqdim etdiyi 1.800 ABŞ dolları puldan 3,60 manat, 7.200 avro puldan 72 manat, X1 həmin müddət ərzində təqdim etdiyi 60.000 ABŞ dolları puldan 120 manat, X6 həmin müddət ərzində təqdim etdiyi 120.000 manat puldan 240 manat, X3 həmin müddət ərzində təqdim etdiyi 540.000 ABŞ dolları puldan 1.080 manat, Şahid31 həmin müddət ərzində təqdim etdiyi 10.000 ABŞ dolları puldan 20 manat, Şahid33 həmin müddət ərzində təqdim etdiyi 180.000 manat puldan 360 manat, Şahid34 həmin müddət ərzində təqdim etdiyi 250.000 ABŞ dolları puldan 500 manat, Şahid35 həmin müddət ərzində təqdim etdiyi 25.000 manat puldan 50 manat, Şahid36 həmin müddət ərzində təqdim etdiyi 43.000 ABŞ dolları puldan 86 manat, Şahid37 həmin müddət ərzində təqdim etdiyi 2.500 ABŞ dolları puldan 5 manat, Şahid38 həmin müddət ərzində təqdim etdiyi 10.000 avro puldan 100 manat, 30.000 ABŞ dolları puldan 60 manat, Şahid39 Ali oğlunun həmin müddət ərzində təqdim etdiyi 10.000 manat puldan 20 manat, Şahid41 həmin müddət ərzində təqdim etdiyi 10.000 ABŞ dolları puldan 20 manat, Şahid43 həmin müddət ərzində təqdim etdiyi 100.000 ABŞ dolları puldan 200 manat, Şahid2 həmin müddət ərzində təqd im etdiyi 50.000 ABŞ dolları puldan 100 manat, Şahid4 həmin müddət ərzində təqdim etdiyi 3.000 ABŞ dolları puldan 6 manat, Şahid5 həmin müddət ərzində təqdim etdiyi 11.000 avro puldan 110 manat, 1.000 ABŞ dolları puldan 2 manat, Şahid7 həmin müddət ərzində təqdim etdiyi 40.000 ABŞ dolları puldan 80 manat, Şahid8 həmin müddət ərzində təqdim etdiyi 50.000 Rubl puldan 15 manat, Şahid9 həmin müddət ərzində təqdim etdiyi 30.000 ABŞ dolları puldan 60 manat, Şahid10 həmin müddət ərzində təqdim etdiyi 3.000 ABŞ dolları puldan 6 manat, Şahid11 həmin müddət ərzində təqdim etdiyi 1.000 avro puldan 10 manat, Şahid14 həmin müddət ərzində təqdim etdiyi 600 ABŞ dolları puldan 1,2 manat, Şahid18 həmin müddət ərzində təqdim etdiyi 13.500 avro puldan 135 manat, Şahid19 həmin müddət ərzində təqdim etdiyi 1.0 00 avro puldan 10 manat, Şahid45 həmin müddət ərzində təqdim etdiyi 300 ABŞ dolları puldan 0,6 manat, Şahid13 həmin müddət ərzində təqdim etdiyi 1.900 manat puldan 194 manat, Şahid16 həmin müddət ərzində təqdim etdiyi 10.000 ABŞ dolları puldan 30 manat olmaqla, cəmi 3.837,4 manat məbləğində, habelə, eyni qanunsuz fəaliyyəti üzrə 2019-cu ilin fevral ayında 3.327 ABŞ dolları, mart ayında 8.076 ABŞ dolları, aprel ayında 4.428 ABŞ dolları, may ayında 7.733 ABŞ dolları, iyun ayında 9.012 ABŞ dolları, iyul ayında 5.452 ABŞ dolları, avqust ayı üzrə 7.895 ABŞ dolları, sentyabr ayı üzrə 3.097 ABŞ dolları, oktyabr ayı üzrə 3.137 ABŞ dolları, noyabr ayı üzrə 8.754 ABŞ dolları, dekabr ayı üzrə 10.029 ABŞ dolları, həmin il üzrə cəmi 70.940 ABŞ dolları, 2020-ci ilin yanvar ayında 7.685 ABŞ dolları, fevr al ayında 5.970 ABŞ dolları, mart ayında 2.793 ABŞ dolları, aprel ayında 2.255 ABŞ dolları, may ayı üzrə 6.427 ABŞ dolları, iyun ayı üzrə 5.536 ABŞ dolları, iyul ayı üzrə 7.997 ABŞ dolları, avqust ayı üzrə 5.760 ABŞ dolları, sentyabr ayı üzrə 7.779 ABŞ dolları, noyabr ayı üzrə 3.040 ABŞ dolları, dekabr ayı üzrə 2.254 ABŞ dolları, həmin il üzrə cəmi 57.496 ABŞ dolları, ümumilikdə 128,436 ABŞ dolları, qeyd edilən dövr üzrə rəsmi məzənnəyə uyğun olaraq cəmi 218.341,2 manat məbləğində gəlir əldə etməklə, ümumilikdə, xx.xx.2018-ci il tarixdən 8 yanvar 2021-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə pul vəsaitinin mübadiləsi üzrə külli miqdarda - cəmi 222.178,6 manat (iki yüz iyirmi iki min bir yüz yetmiş səkkiz manat altmış qəpik) məbləğində pul vəsaitini qanunsuz fəaliyyəti nət icəsində vahid niyyətlə gəlir qismində əldə edib qabaqcadan əlbir olduğu Məhkum2 ilə aralarında bölüb şəxs ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz sahibkarlıqla məşğul olmuş, həmin hərəkətləri ilə vəzifəli şəxs Məhkum2 cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində köməkçi qismində iştirak etmişdir. Məhkum2 qeyrisinin köməkçiliyi ilə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərind ən sui-istifadə etmiş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qabaqcadan əlbir olan bir qrup şəxs halında sahibkarlıq fəaliyyətini həyata keçirib vahid niyyətlə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmuşdur. Belə ki, Məhkum2 17 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı Qeydiyyat (VÖEN) Fiziki şəxslərin Sahibkarlıq uçotu haqqında şəhadətnamə ilə vergi ödəyicisinin onlayn qeydiyyatı sistemində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2007-c i il tarixli Fərmanına əsasən bir pəncərə sistemi ilə qeydiyyata alınmaqla 2018-ci ilin yanvar ayından faktiki, 2020-ci ilin yanvar ayının 1-dən icarə müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110/3 ünvanında yerləşən “Dünya” ticarət mərkəzində yerləşən ticarət obyektində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə fiziki şəxs qismində məşğul olmaqla işçilərin işə götürülməsi və işdən azad edilməsi, müqavilələr bağlanılması və müqavilələrə xitam verilməsi, öhdəliklərə görə cavabdehlik daşınması, fəaliyyətinin digər hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi və başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi tanışı Məhkum1 həmin ticarət obyektində yerli və xarici valyutada pul vəsaitlərinin qanunsuz mübadiləsi ilə məşğul olub qazanc əldə edə biləcəklərinə dair məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitlərini əldə edib ona sahiblik edərək təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və Məhkum1 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, rəsmi olaraq müəyyən edilmiş məzənnə kursundan əlavə özləri üçün də pul vəsaiti almaqla valyuta dəyişməkdən ibarət sahibkarlıq, yəni faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 1 yanvar 2018-ci il tarixdən 8 yanvar 2021ci il tarixədək olan müddətdə sonuncu ilə birlikdə həmin ticarət obyektində ona və özünə valyuta mübadiləsi məqsədilə müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə yerli və xarici ölkə valyutalarını şəxsən və Məhkum1 vasitəsilə qəbul edərək özləri üçün müəyyən etdiyi 0,1-0,2 faiz əlavə qismində üzərinə gəlməklə bank funksiyalarını, yəni valyuta mübadiləsi əməliyyatını xüsusi icazə olmadan qanunsuz yerinə yetirərək «qara bazar» ilə əlaqəli şəkildə müxtəlif xarici valyutaların alqı-satqısını həyata keçirib, gəlir qismində müxtəlif məbləğlərdə, o cümlədən, Şahid21 həmin müddət ərzində təqdim etdiyi 10.000 ABŞ dollarından 20 manat, Şahid27 həmin müddət ərzində təqdim etdiyi 10.500 ABŞ dollarından 21 manat, Şahid28 həmin müddət ərzində təqdim etdiyi 50.000 ABŞ dolları puldan 100 manat, Şahid26 həmin müddət ərzində təqdim etdiyi 1.800 ABŞ dolları puldan 3,60 manat, 7.200 avro puldan 72 manat, X1 həmin müddət ərzində təqdim etdiyi 60.000 ABŞ dolları puldan 120 manat, X6 həmin müddət ərzində təqdim etdiyi 120.000 manat puldan 240 manat, X3 həmin müddət ərzində təqdim etdiyi 540.000 ABŞ dolları puldan 1.080 manat, Şahid31 həmin müddət ərzində təqdim etdiyi 10.00 0 ABŞ dolları puldan 20 manat, Şahid33 həmin müddət ərzində təqdim etdiyi 180.000 manat puldan 360 manat, Şahid34 həmin müddət ərzində təqdim etdiyi 250.000 ABŞ dolları puldan 500 manat, Şahid35 həmin müddət ərzində təqdim etdiyi 25.000 manat puldan 50 manat, Şahid36 həmin müddət ərzində təqdim etdiyi 43.000 ABŞ dolları puldan 86 manat, Şahid37 həmin müddət ərzində təqdim etdiyi 2.500 ABŞ dolları puldan 5 manat, Şahid38 həmin müddət ərzində təqdim etdiyi 10.000 avro puldan 100 manat, 30.000 ABŞ dolları puldan 60 manat, Şahid39 Ali oğlunun həmin müddət ərzində təqdim etdiyi 10.000 manat puldan 20 manat, Şahid41 həmin müddət ərzində təqdim etdiyi 10.000 ABŞ dolları puldan 20 manat, Şahid43 həmin müddət ərzində təqdim etdiyi 100.000 ABŞ dolları puldan 200 manat, Şahid2 həmin müddət ərzində tə qdim etdiyi 50.000 ABŞ dolları puldan 100 manat, Şahid4 həmin müddət ərzində təqdim etdiyi 3.000 ABŞ dolları puldan 6 manat, Şahid5 həmin müddət ərzində təqdim etdiyi 11.000 avro puldan 110 manat, 1.000 ABŞ dolları puldan 2 manat, Şahid7 həmin müddət ərzində təqdim etdiyi 40.000 ABŞ dolları puldan 80 manat, Şahid8 həmin müddət ərzində təqdim etdiyi 50.000 Rubl puldan 15 manat, Şahid9 həmin müddət ərzində təqdim etdiyi 30.000 ABŞ dolları puldan 60 manat, Şahid10 həmin müddət ərzində təqdim etdiyi 3.000 ABŞ dolları puldan 6 manat, Şahid11 həmin müddət ərzində təqdim etdiyi 1.000 avro puldan 10 manat, Şahid14 həmin müddət ərzində təqdim etdiyi 600 ABŞ dolları puldan 1,2 manat, Şahid18 həmin müddət ərzində təqdim etdiyi 13.500 avro puldan 135 manat, Şahid19 həmin müddət ərzində təqdim etdiyi 1.000 avro puldan 10 manat, Şahid45 həmin müddət ərzində təqdim etdiyi 300 ABŞ dolları puldan 0,6 manat, Şahid13 həmin müddət ərzində təqdim etdiyi 1.900 manat puldan 194 manat, Şahid16 həmin müddət ərzində təqdim etdiyi 10.000 ABŞ dolları puldan 30 manat olmaqla, cəmi 3.837,4 manat məbləğində, habelə, eyni qanunsuz fəaliyyəti üzrə 2019-cu ilin fevral ayında 3.327 ABŞ dolları, mart ayında 8.076 ABŞ dolları, aprel ayında 4.428 ABŞ dolları, may ayında 7.733 ABŞ dolları, iyun ayında 9.012 ABŞ dolları, iyul ayında 5.452 ABŞ dolları, avqust ayı üzrə 7.895 ABŞ dolları, sentyabr ayı üzrə 3.097 ABŞ dolları, oktyabr ayı üzrə 3.137 ABŞ dolları, noyabr ayı üzrə 8.754 ABŞ dolları, dekabr ayı üzrə 10.029 ABŞ dolları, həmin il üzrə cəmi 70.940 ABŞ dolları,2020-ci ilin yanvar ayında 7.685 ABŞ dolları, fev ral ayında 5.970 ABŞ dolları, mart ayında 2.793 ABŞ dolları, aprel ayında 2.255 ABŞ dolları, may ayı üzrə 6.427 ABŞ dolları, iyun ayı üzrə 5.536 ABŞ dolları, iyul ayı üzrə 7.997 ABŞ dolları, avqust ayı üzrə 5.760 ABŞ dolları, sentyabr ayı üzrə 7.779 ABŞ dolları, noyabr ayı üzrə 3.040 ABŞ dolları, dekabr ayı üzrə 2.254 ABŞ dolları, həmin il üzrə cəmi 57.496 ABŞ dolları, ümumilikdə 128,436 ABŞ dolları, qeyd edilən dövr üzrə rəsmi məzənnəyə uyğun olaraq cəmi 218.341,2 manat məbləğində gəlir əldə etməklə, ümumilikdə, xx.xx.2018-ci il tarixdən 8 yanvar 2021-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə pul vəsaitinin mübadiləsi üzrə külli miqdarda - cəmi 222.178,6 manat (iki yüz iyirmi iki min bir yüz yetmiş səkkiz manat altmış qəpik) məbləğində pul vəsaitini qanunsuz fəaliyyəti nəti cəsində vahid niyyətlə gəlir qismində əldə edib qabaqcadan əlbir olduğu Məhkum1lə aralarında bölüb şəxs ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz sahibkarlıqla məşğul olmuş, həmin hərəkətləri ilə cəmiyyətin və dövlətin iqtisadi münasibətlərin şəffaflığı və həyata keçirilən fəaliyyətə dövlətin hüquqi proseduralar üzrə nəzarətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Məhkum1 köməkçiliyi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbərov) 20 dekabr 2022-il tarixli 1(102)-956/2022 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(005)-24/2022 nömrəli hökmü ilə dəyişdirilmədən saxlanılmış, Məhkum1 müdafiəçisi Müdafiəçi1, Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-il tarixli 1(102)-956/2022 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-il tarixli 1(102)-956/2022 nömrəli qərarının ləğv edilməsi və Məhkum2 barəsində cinayət işi üzrə icraata xitam verilməsi və ya cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-il tarixli 1(102)-956/2022 nömrəli qərarının ləğv edilməsini və onun barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-il tarixli 1(102)-956/2022 nömrəli qərarının ləğv edilməsini və Məhkum1 barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən məhkumlara cəza təyin edərkən onların törətdikləri cinayətlərin ictima i təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətləri və işin hallarını düzgün nəzərə almamış, nəticədə onlara yüngül cəza təyin edərək CM-in 41.2 və 58.3-cü maddələrinin tələblərini pozmuş, cəza təyini hissəsində hökm və qərarı əsaslandırmamışdır. Bundan əlavə, hər iki məhkumun onlara istinad edilən cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri məhkəmələr tərəfindən qeydşərtsiz qəbul olunsa da, həmin halın CM-in 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı olmasına baxmayaraq məhkəmələr bu xüsusata da heç bir hüquqi qiymət verməmiş, əksinə, cəzanı ağırlaşdıran halın müəyyən edilməməsinə dair əsassız nəticəyə gəlmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, hökmlə 222. 178,6 manat məbləğində pul vəsaitini o, hansı qanunsuz fəaliyyət nəticəsində əldə etməsi müəyyən olunmamışdır. Məhkəmə hökmündə həmin vəsaitin valyuta dəyişməkdən ibarət sahibkarlıq fəaliyyəti nəticəsində əldə edildiyi müəyyən olunur, lakin həmin gəlirin hansı şəxslər üçün valyuta dəyişməsi nəticəsində əldə edildiyi müəyyən olunmamışdır. Məhkəmədə araşdırılan şahid ifadələrindən də görünür ki, təsvir edilən əməliyyatlar valyuta mübadiləsi əməliyyatları deyil, onun metal satan şirkətlərin nümayəndələrinə metal satışı ilə əlaqədar verilmiş və onlar tərəfindən aldıqları metala görə ona qaytarılmış pul vəsaitləridir. O, əsassız olaraq məhkum edilmiş və kimə, nə qədər valyuta dəyişməyi və əldə olunan gəlirin miqdarı müəyyən edilmədən, əsassız olaraq onun pul vəsaitləri dövlət nəfinə müsadirə ed ilmişdir. 222.178,6 manat gəlirin hesablanması üçün əsas onun “Whatsapp” yazışmalarında qeyd etdiyi hesabatlar olmuşdur. Lakin hesabatlarda hər hansı mübadilə əməliyyatı müəyyən olunmur. Hesabatlardan görünür ki, bütün əməliyyat yalnız dollarla olmuşdur. Daxil olan, verilən vəsait və gəlir yalnız dollarla göstərilir. Hesabatlara səs yazılan əlavə edilmişdir. Həmin səs yazıları məhkəmədə tədqiq edilməmişdir. Səs yazıları onun metal qırıntısı satan şəxslərə metal qırıntısı alan şəxslər tərəfindən ödənilən vəsaitləri çatdırdığını təsdiq edir. Məhkəmə bu mühüm halları araşdırmamışdır. Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə mühüm sübut olan Məhkum1 mobil telefonundakı yazışmaları, “Whatsapp” sosial programındakı yazışmaları nda olan audio mesajları tədqiq etməmiş, mobil telefonunu məhkəmə iclasına gətirərək, istintaq orqanının mobil telefondan çıxarılmış məlumatlarının mötəbərliyini, tam və hərtərəflili araşdırmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis Təhlilləri Şöbəsinin 09 mart 2021-ci il tarixli rəyindən görünür ki, götürülmüş planşetdə olan yazışmalarda “xeyir” kimi qeyd edilən məbləğlər üzrə aparılmış hesablama nəticəsində 2019-2020-ci illər üzrə Məhkum1 valyuta mübadiləsindən əldə etdiyi gəliri 2019-cu il üzrə 70.940 ABŞ dolları, 2020-ci il 57.496 ABŞ dolları, ümumilikdə isə 128 436 ABŞ dolları təşkil etmişdir. Qeyd edilən dövrdə Mərkəzi Bankın məzənnəsinə görə orta hesabla 1 ABŞ dollarının 1.70 manat təşkil e tdiyi nəzərə alınarsa, götürülmüş planşetdə olan yazışmalarda gəlir kimi qeyd edilən məbləğlər üzrə aparılmış hesablama nəticəsində 2019-2020-ci illər üzrə Məhkum1 valyuta mübadiləsindən əldə etdiyi gəliri 2019-cu il üzrə 120.598 manat, 2020ci il üzrə 97.743,20 manat olmaqla, ümumilikdə isə 218.341,2 manat təşkil etmişdir. İş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizanın 07 dekabr 2020-ci il tarixli 9/4438 nömrəli rəyindən görünür ki, təqdim edilmiş cinayət işi materiallarında olan ifadələr, "Samsung Galaxy SM-211 Tab3" markalı telefon aparatından (planşet) götürülən "Whatsapp" yazışmaları, həmçinin Məhkum1 xx.xx.2018-xx.xx.2021-ci illəri əhatə edən dövr ərzində faktiki olaraq bank funksiyalarını qanunsuz yerinə yetirərək xarici valyuta əskinaslarının alqı-satqısını həyata keçirməs i nəticəsində əldə etdiyi gəlirin məbləğini müəyyən etmək məqsədilə tərtib edilmiş 09 mart 2021-ci il tarixdə rəyindəki riyazi hesablamaların doğruluğunun, yəni cədvəllərdə göstərilən hər bir qrafaların riyazi hesablanması hazırki ekspertiza ilə təsdiqini tapdığı nəzərə alınmaqla Məhkum1 əldə etdiyi xalis gəlir 212.828,6 manat məbləğində müəyyən edilir. Hər iki sənədi məhkəmə sübut olaraq qəbul etsə də, hər iki sübutun tərtib edilməsi üçün əsas olan “Samsung Galaxy SM-211 Tab3” markalı telefon aparatından (planşet) götürülən "Whatsapp" yazışmaları və həmin qurğularda olan audio yazıları araşdırmamışdır Qeyd etmək lazımdır ki, istintaq orqanı da ittiham aktında həmin yazışmaları sübut kimi məhkəməyə təqdim etməmişdir, baxmayaraq ki, cinayət işində həmin sənədlər mövcud olmuşdur. Məhkum1 ver ilmiş ittihamdan görünür ki, guya o, qanunsuz sahibkarlıq fəaliyyət nəticəsində cəmi 222.178,6 manat gəlir, həmin məbləğdən ümumilikdə 9350 manat xərclər çıxılandan sonra, qalan 212.828,6 manat pul vəsaitini xalis gəlir (mənfəət) kimi əldə etmişdir. Həmin mənfəətin hesablanması “Whasapp” yazışmalarında olan əməliyyatlar ilə həyata keçirilmişdir. Kassasiya şikayətinə əlavə edilmiş cədvəllərdən göründüyü kimi, istintaqla müəyyən olunan valyuta mübadilə əməliyyatında ABŞ dolları Azərbaycan manatı mübadilə əməliyyatı nəticəsində Məhkum1 əldə etdiyi gəlir 0,002 faiz olduğu halda, ikinci cədvəldə təsvir olunan əməliyyatdan əldə edilən gəlir fərqlidir. 2019-2020-ci illərdə əldə edilən cəmi gəlir 0,01 faiz olduğu görünür. Bu isə mübadilə əməliyyatında əldə edilən gəlirdən 5 dəfə artıqdır. Göstəril ən əməliyyatın valyuta mübadiləsi əməliyyatı olduğuna şübhə yaradır. Əgər həmin əməliyyat valyuta mübadiləsi əməliyyatı olmuş olsa idi, o halda 0,002 faiz hesabı ilə Məhkum1 gəliri 19.169,16 manat təşkil edə bilərdi. Tərəfimizdən məhkəmə mühasibatlıq ekspertizasında gəlinmiş nəticələr yenidən təkrar məlumatlar nəzərə alınmadan hesablandıqda (bax yuxarıdakı cədvələ və Whatsapp yazışmalarına) fərqli nəticələr müəyyən olunmuşdur. Müdafiə tərəfi iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi və Məhkum1 tərəfindən törədilmiş əməliyyatın xarakteri və miqdarı müəyyən edilməsi barədə vəsatət verməsinə baxmayaraq, vəsatət məhkəmələr tərəfindən təmin edilməmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 07 dekabr 2020-ci il tarixli 9/4438 nömrəli rəyindən görünür ki, rəy Azərbaycan Respu blikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 09 mart 2021ci il tarixli rəyindən dəqiq köçürmədir. Hər iki sənədin müqayisəsindən görünür ki, məhkəmə mühasibat eksperti hər hansı tədqiqat aparmadan rəy vermişdir ki, bu da “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə ziddir. Məhkəmə hökmündən görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 09 mart 2021-ci il tarixli rəyi və məhkəmə-mühasibatlıq ekspertizanın 07 dekabr 2020-ci il tarixli 9/4438 nömrəli rəyi iş üzrə əsas sübutlardır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəs sis təhlilləri şöbəsinin 09 mart 2021ci il tarixli rəyi və məhkəmə-mühasibatlıq ekspertizasının 07 dekabr 2020-ci il tarixli 9/4438 nömrəli rəyi yolverilməz sübutlardır və cinayət işindən kənarlaşdırılmalı olduğu halda məhkəmələr bunu etməmişlər. 222.178,6 manat məbləğində pul vəsaitini Məhkum1 hansı qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi məhkəmə hökmündən görünmür. Ümumiyyətlə, 222.178,6 manat məbləğində gəlir gətirən fəaliyyətin nədən ibarət olması sübutlarla təsdiq edilmir. Məhkəmə hökmündə həmin vəsaitin valyuta dəyişməkdən ibarət sahibkarlıq fəaliyyəti nəticəsində əldə edildiyi müəyyən olunur, lakin həmin gəlirin hansı şəxslər üçün valyuta dəyişməsi nəticəsində əldə edildiyi müəyyən olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, 222.178,6 manat pul vəsaitinin əldə olunm ası ilə bağlı əməliyyat Məhkum1 və məhkəmədə şahid qismində dindirilən metal satan şirkətlərin nümayəndələri tərəfindən metal satışı ilə əlaqədar həmin şirkətlərin metal satan şəxslərdən aldıqları metala görə Məhkum1 verilmiş vəsaitlərin paylanması əməliyyatı kimi təsvir edilmişdir. Məhkəmədə araşdırılan şahid ifadələrindən də görünür ki, təsvir edilən əməliyyatlar valyuta mübadiləsi əməliyyatları deyildir. Belə ki, şahidlər ifadələrində xaricə satdıqları metalın dəyərinin onların hesabına xarici valyutada daxil olmasını, həmin pul vəsaitlərinin bir hissəsinin bankdan çıxarılaraq Məhkum1 təqdim edilməsini, təqdim olunan pul vəsaitini metal qırıntısı toplayaraq metal əridən şirkətlərə satdıqları metala görə həmin şəxslərə onların əvəzinə ödəniş etdikləri müəyyən olunur. İş üzrə təyin olunmu ş məhkəmə-mühasibatlıq ekspertizasının 07 dekabr 2020-ci il tarixli 9/4438 nömrəli rəyindən görünür ki, təqdim edilmiş cinayət işi materiallarında olan ifadələr, "Samsung Galaxy SM-211 Tab3" markalı telefon aparatından (planşet) götürülən "Whatsapp" yazışmaları, həmçinin Məhkum1 xx.xx.2018-xx.xx.2021-ci illəri əhatə edən dövr ərzində faktiki olaraq bank funksiyalarını qanunsuz yerinə yetirərək xarici valyuta əskinaslarının alqı-satqısını həyata keçirməsi nəticəsində əldə etdiyi gəlirin məbləğini müəyyən etmək məqsədilə tərtib edilmiş 09 mart 2021-ci il tarixdə rəyindəki riyazi hesablamaların doğruluğunun, yəni cədvəllərdə göstərilən hər bir qrafaların riyazi hesablanması hazırki ekspertiza ilə təsdiqini tapdığı nəzərə alınmaqla Məhkum1 əldə etdiyi xalis gəlir 212.828,6 manat məbləğində müə yyən edilir. Məhkum1 əsassız olaraq məhkum edilmiş və kimə, nə qədər valyuta dəyişməyi və əldə olunan gəlirin miqdarı müəyyən edilmədən, əsassız olaraq onun mülkiyyətində olan pul vəsaitləri dövlət nəfinə müsadirə edilmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum özünü ona elan edilmiş ittihamın mahiyyəti üzrə təqsirli bilməmişdir. Məhkum2 istinad edilən cinayət əməlinin tövsifində istər ibtidai istintaq orqanı, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən səhvə yol verilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 09 mart 2021-ci il tarixli rəyindən görünür ki, götürülmüş planşetdə olan yazışmalarda “xeyir” kimi qeyd edilən məbləğlər üzrə aparılm ış hesablama nəticəsində 2019-2020-ci illər üzrə Məhkum1 valyuta mübadiləsindən əldə etdiyi gəliri 2019-cu il üzrə 70940 ABŞ dolları, 2020-ci il 57.496 ABŞ dolları, ümumilikdə isə 128.436 ABŞ dolları, yəni 218 341,20 manat təşkil etmişdir. İş üzrə şahid qismində dindirilmiş Məhkum1 və pul mübadilə edən şəxslər konkret tarixləri göstərmədiklərindən 3.837,40 manat pul vəsaitinin mübadiləsini illər üzrə müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş Məhkum1 və onun valyuta mübadiləsini həyata keçirdiyi 31 şəxsin ifadəsi, 09 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110/3 ünvanında yerləşən obyektə baxış zamanı götürülmüş və Məhkum1 məxsus “Samsung Galaxy SM-211 Tab3” markalı telefon aparatında (planşet) valyutadəyişmə məntəqəsinin fəaliyyətinin nəticəsi nə dair xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövrü əhatə edən məlumatlar əsasında aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Məhkum1 qanunsuz sahibkarlıq fəaliyyət nəticəsində cəmi 222.178,6 manat gəlir, həmin məbləğdən ümumilikdə 9.350 manat xərclər çıxılandan sonra, qalan 212.828,6 manat pul vəsaitini xalis gəlir (mənfəət) kimi əldə etmişdir. Araşdırmaya cinayət işinin digər materialları təqdim edilmədiyindən, habelə 09 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110/3 ünvanında yerləşən obyektə baxış zamanı götürülmüş və Məhkum1 məxsus “Samsung Galaxy SM-211 Tab3” markalı telefon aparatında (planşet) valyutadəyişmə məntəqəsinin fəaliyyətinin nəticəsinə dair xx.xx.2018-ci il tarixdən illərdə əldə edilən cəmi gəlir 0,01 faiz olduğu görünür. Bu isə mübadilə əməliyyatında əldə edilən gəlirdən 5 dəfə artıqdır. Göstərilən əməliyyatın valyuta mübadiləsi əməliyyatı olduğuna şübhə yaradır. Əgər həmin əməliyyat valyuta mübadiləsi əməliyyatı olmuş olsa idi, o halda 0,002 faiz hesabı ilə Məhkum1 gəliri 19.169,16 manat təşkil edə bilərdi. Müdafiə tərəfi hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasında gəlinmiş nəticələr yenidən təkrar məlumatlar nəzərə alınmadan keçirildiyindən fərqli nəticələr müəyyən olunmuşdur. Göstərilənlərə əsasən, müdafiə tərəfi istər birinci instansiya məhkəməsində, istərsə də, apellyasiya instansiyası məhkəməsində iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi və Məhkum1 tərəfindən edilmiş əməliyyatın xarakteri və miqdarının müəyyən edilməsi barədə Məhkum1 müdafiəçisi tərəfindən vəsatət verilməsinə baxmayaraq, vəsatət məhkəmələr tərəfindən heç bir əsas göstərilmədən təmin edilməmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məhkum2 və Məhkum1 müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə-mühasibatlıq ekpertizasının keçirilməsi haqqında müdafiə tərəfinin vəsatətini məhkəmənin əsassız şəkildə rədd etməsi təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərin təqsirsiz olduqlarını təsdiq edən dəlillərin məhkəmə tərəfindən araşdırılmasının qarşısının alınmasına, yəni nəyin bahasına olursa olsun birinci instansiya məhkəməsinin ittiham hökmünün dəyişdirilmədən saxlanılması istiqamətində hərəkət edildiyini açıq-aşkar göstərməkdədir. Məhkəmə-mühasibatlıq ekspertizanın 07 dekabr 2020-ci il tarixli 9/4438 nömrəli rəyindən görünür ki, rəy Azərbaycan Respublikasının Baş proku roru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 09 mart 2021ci il tarixli rəyindən dəqiq köçürmədir. Hər iki sənədin müqayisəsindən görünür ki, məhkəmə-mühasibat eksperti hər hansı tədqiqat aparmadan rəy vermişdir ki, bu da “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə ziddir. Məhkəmə baxışı zamanı elan edilmiş 2019 və 2020-ci illərdə Qalib Pirverdiyev əməliyyatlarını ifadə edən və cinayət işində (cild 1 i.v. 248- 280, cild 2 i.v. 1-30) olan “Whasapp” məlumatları tərəfimizdən araşdırılmış və həmin məlumatların Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 09 mart 2021-ci il tarixli rəyində göstərilən məlumatlardan fərqli olduğu müə yyən edilmişdir. Belə ki, mütəxəssislər “Whatsapp” yazışmalarında müxtəlif tarixlərdə qeyd edilmiş əməliyyatların bir qisminin düzəliş məlumatlı əməliyyat olmasına əhəmiyyət vermədən, hər iki məlumatları hesablamış və nəticədə əhəmiyyətli dərəcədə fərq yaranmışdır. Bu ziddiyyət ixtisaslı biliyə malik mütəxəssis tərəfindən araşdırılmalı və yenidən hesablanma aparılmalı idi. Habelə, “Whatsapp” yazışmalarının mətnindən təsvir olunan əməliyyatların valyuta mübadiləsi əməliyyatları olduğu müəyyən edilmir. Təsvir edilən əməliyyatlar yalnız dollarla aparılmış əməliyyatlardır və həmin əməliyyatlarda Məhkum1 valyuta mübadiləsini həyata keçirdiyi müəyyən olunmur. Habelə, Məhkum1 verilmiş 29 şəxslə əlaqədar valyuta mübadiləsi ilə bağlı ittihamdan görünür ki, Məhkum1 ABŞ-dolları- Azərbaycan manatı val yuta mübadiləsi zamanı əldə etdiyi gəlir 0,002 manat olmuşdur. Məhkum1 verilmiş ittihamdan görünür ki, guya o, qanunsuz sahibkarlıq fəaliyyət nəticəsində cəmi 222 178,6 manat gəlir, həmin məbləğdən ümumilikdə 9350,0 manat xərclər çıxılandan sonra, qalan 212 828,6 manat pul vəsaitini xalis gəlir (mənfəət) kimi əldə etmişdir. Həmin mənfəətin hesablanması “Whatsapp” yazışmalarında olan əməliyyatlar ilə həyata keçirilmişdir. Göründüyü kimi, istintaqla müəyyən olunan valyuta mübadilə əməliyyatında ABŞdolları Azərbaycan manatı mübadilə əməliyyatı nəticəsində Məhkum1 əldə etdiyi gəlir 0,002 faiz olduğu halda, ikinci cədvəldə təsvir olunan əməliyyatdan əldə edilən gəlir fərqlidir. Məhkum2 elan edilmiş ittihamdan görünür ki, o, Məhkum1 ilə əlbir olub Azərbaycan Respublikasının qanunvericiliyi ilə m üəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı’na əsasən, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, rəsmi olaraq müəyyən edilmiş məzənnə kursundan əlavə özləri üçün də pul vəsaiti almaqla valyuta dəyişməkdən ibarət sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunan hallardan, o cümlədən cinayət işinin materiallarından görünür ki, bu yolla Məhkum1 29 nəfər ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə yerli və xarici ölkə valyutalarını şəxsən özü və onun vasitəsilə qəbul edərək özləri üçün müəyyən etdiyi 0,1-0,2 faiz əlavə qismində ü zərinə gəlməklə bank funksiyalarını, yəni valyuta mübadiləsi əməliyyatını xüsusi icazə olmadan qanunsuz yerinə yetirərək «qara bazar» ilə əlaqəli şəkildə müxtəlif xarici valyutalarının alqısatqısını həyata keçirib, gəlir qismində müxtəlif məbləğlərdə, cəmi 3.837,4 manat məbləğində gəlir əldə etmişdir. Müdafiə nitqinin 6-cı bəndində verilən ittihama əsasən tərtib edilmiş cədvəldən görünür ki, əldə edilən gəlir ittihamda göstərilən kimi 0,1-0,2 faiz deyil, ABŞ dolları mübadiləsində 0,002%, avro mübadiləsində 0,01%, manat mübadiləsində 0,002%, rubl mübadiləsində 0,0003% gəlir əldə etmişdir. Məhkum1 verilmiş ittihamdan görünür ki, o, eyni üsulla, yəni bu müdafiə nitqinin 16cı bəndində təsvir edilən üsulla, 2019-2021-ci illərdə müxtəlif məbləğlərdə pul vəsaitinin mübadiləsi üzrə külli miqdarda - cəmi 222.178,6 manat məbləğində pul vəsaitini qanunsuz fəaliyyəti nəticəsində vahid niyyətlə gəlir qismində əldə edib qabaqcadan əlbir olduğu Məhkum2 ilə aralarında bölüb şəxs ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz sahibkarlıqla məşğul olmuş, həmin hərəkətləri ilə vəzifəli şəxs Məhkum2 cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində köməkçi qismində iştirak etmişdir. Məhkum2 və Məhkum1 222.178,6 manat pul vəsaitinin qanunsuz yolla əldə edilməsi barədə verilən ittiham əsassızdır. Belə ki, ittihamdan göründüyü kimi Məhkum2 17 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı Q eydiyyatla (VÖEN) Fiziki şəxslərin Sahibkarlıq uçotu haqqında şəhadətnamə ilə vergi ödəyicisinin onlayn qeydiyyatı sistemində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2007-ci il tarixli Fərmanına əsasən bir pəncərə sistemi ilə qeydiyyata alınmaqla hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlıq subyektidir və Vergi Məcəlləsinin anlamından vergi ödəyən rezidentdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 222.178,6 manat (müdafiə tərəfi bu məbləğin miqdarını mübahisələndirir) pul vəsaiti xidmət göstərməklə əldə edilmişdir, bu fəaliyyətlərin həyata keçirilməsi üçün hər hansı xüsusi razılıq (lisenziya) tələb olunmur. İbtidai araşdırma orqanı Məhkum1 həmin vəsaiti Məhkum2lə əlbir fəaliyyəti nəticəsində əldə etdiyi nəticəsinə gəlmişdirsə, o zaman həmin vəsait vergi ödəmə obyekti olan gəlirdir və Məhkum2 vergi hesablandığı təqdirdə o həmin vergini ödəməlidir. Verilmiş 222.178,6 manat (müdafiə tərəfi bu məbləğin miqdarını mübahisələndirir) gəlir əldə etməklə bağlı ittiham üzrə müdafiə tərəfi hesab edir ki, CM-in 192.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığı səbəbindən həmin ittiham üzrə bəraət hökmü çıxarılmalıdır. İttihamdan görünür və məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Məhkum1 Məhkum2lə birgə fəaliyyəti nəticəsində xüsusi razılıq (lisenziya) almadan keçirdiyi valyuta mübadiləsi əməliyyatları nəticəsində 3.837,4 manat məbləğində gəlir əldə edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri ni araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-il tarixli 1(102)956/2022 nömrəli qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən mü əyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestinin başlıca dəlili, məhkəmələr tərəfindən məhkumların törətdikləri cinayətlərin ictimai təhlükəlilik dərəcəsi və məhkumların şəxsiyyətləri düzgün qiymətləndirilmədən onlara yüngül cəza təyin edilməsinin əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya protesti ilə aşağıda göstərilən səbəblərə görə razılaşmır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə u yğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret hald a təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə d air” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri müvafiq olaraq hökm və qərarda istinad edərək nəticə hissəsində təqsirləndirilən şəxslər Məhkum1 himayəsində 4 azyaşlı uşağın, Məhkum2 himayəsində isə 2 azyaşlı uşağın olmasını, məhkumların yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını və ilk dəfə cinayət məsuliyyətinə cəld edilmələrini cəza nı yüngülləşdirən hallar qismində, məhkumların cəzalarını ağırlaşdıran halların olmamasını, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, işin hallarını nəzərə alıb onların azadlıqdan tam məhrum etmədən islah olunmasına dair nəticəyə gəlmiş və təqsirli bilindikləri CM-in 192.2.2 və 308.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən məhkumlara təyin edilmiş cəza onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətlərinə və işin hallarına uyğun gəlir, məhkumların islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İ nsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında milli məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum1 və Məhkum2 cəmiyyətdən qismən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Hökm və qərardan görünür ki, məhkə mələr Məhkum1 və Məhkum2 təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumların şəxsiyyətlərini və işin hallarını düzgün nəzərə almışdır. İşin materiallarında da Məhkum1 və Məhkum2 cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, cinayət işin materiallarında məhkumlar Məhkum1 və Məhkum2 cəzalarının ağırlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi2, Məhkum1 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətlərinin başlıca dəlili ondan ibarətdir ki, məhkumların onlara qarşı irəli sürülmüş ittihamda təqsiri m əhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmadığı halda barələrində əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyasına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdı rılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Eyni əməllər külli miqdarda gəlir əldə etməklə törədildikdə CM-in 192.2.2-ci maddəsinin cinayət tərkibi yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin dispozisiyasına əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd ol araq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda həmin maddənin cinayət tərkibini yaradır. Azərbaycan Respublikası CM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yuxarıda göstərilən qanun normalarının tələblərindən görünür ki, şəxsin Azərbaycan Respublikası CM-in 192.2.2 və 308.1-ci maddələri ilə təqsirli bilinməsi üçün onun tərəfindən həmin maddələrdə nəzərdə tutulmuş bütün əlamətləri olan əməllərin qəsdən törədilməsi məhkəmə iclasında tam, hərtərəfli və obyektiv yoxlanılmış mötəbər sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası CM-in 192.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl maddi cinayət tərkibi olduğundan sübutlar əsasında həm qanunsuz sahibkarlıq faktı, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya lisenziya tələb olunduğu halda belə lisenziya alm adan sahibkarlıq fəaliyyəti ilə məşğul olması, həm bu fəaliyyət nəticəsində fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurması və ya xeyli miqdarda gəlir əldə etməsi müəyyən edilməlidir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 elan edilmiş ittihamda təqsiri təsdiq etmək üçün məhkəməyə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertiza rəyləri, mütəxəssisin rəyi, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim edilmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları tədqiq edərək nəticəyə gəlmişdir ki, həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmaları təsdiq edilmiş, Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 192.2.2 və 32.5,30 8.1-ci maddələri ilə və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 192.2.2 və 308.1-ci maddələri ilə ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq Məhkum1 və Məhkum2 barələrində hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salaraq qeyd edir ki, məhkumlar Məhkum1 və Məhkum2 onlara elan edilmiş ittihamda göstərilən dövrdə, yəni 2018-ci ilin yanvar ayından 2021-ci ili yanvar ayınadək qanunsuz olaraq, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lis enziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti, yəni valyuta mübadiləsi ilə məşğul olmaları təsdiq olunmuşdur. Bu hal apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərində mübahisələndirilmir. Məhkumların müdafiəçiləri və məhkum Qaib Nuhiyevin kassasiya şikayətlərində məhkumların qanunsuz sahibkarlıq fəaliyyətinin nəticəsində külli miqdarda, yəni 222.178,6 manat məbləğində gəlirin əldə edilməsi faktını və həmin faktı müəyyən edən sübutların mötəbərliyi mübahisələndirilir. Cinayət işindən görünür ki, həm istintaq orqanı, həm məhkəmələr məhkumların qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində 222.178,6 manat məbləğində gəlirin əldə edilməsini Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 09 mart 202 1-ci il tarixli rəyi və məhkəmə-mühasibatlıq ekspertizasının 16 aprel 2021-ci il tarixli rəyi əsasında müəyyən etmişlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 09 mart 2021ci il tarixli rəyinə əsasən Məhkum1 qanunsuz sahibkarlıq fəaliyyət nəticəsində cəmi 222 178,6 manat gəlir, həmin məbləğdən ümumilikdə 9350,0 manat xərclər çıxılandan sonra, qalan 212 828,6 manat pul vəsaitini xalis gəlir (mənfəət) kimi əldə etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizanın 16 aprel 2021-ci il tarixli 9/1320 nömrəli rəyindən görünür ki, təqdim edilmiş cinayət işi materiallarında olan ifadələr, "Samsung Galaxy SM211 Tab3" ma rkalı telefon aparatından (planşet) götürülən "Whatsapp" yazışmaları, həmçinin Məhkum1 xx.xx.2018-xx.xx.2021-ci illəri əhatə edən dövr ərzində faktiki olaraq bank funksiyalarını qanunsuz yerinə yetirərək xarici valyuta əskinaslarının alqı-satqısını həyata keçirməsi nəticəsində əldə etdiyi gəlirin məbləğini müəyyən etmək məqsədilə tərtib edilmiş 09 mart 2021-ci il tarixdə rəyindəki riyazi hesablamaların doğruluğunun, yəni cədvəllərdə göstərilən hər bir qrafaların riyazi hesablanması hazırki ekspertiza ilə təsdiqini tapdığı nəzərə alınmaqla Məhkum1 əldə etdiyi xalis gəlir 212.828,6 manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən mütəxəssis və ekspertizanın rəyinin mötəbərliyi ilə əlaqədar kassasiya şikayətinin dəlilləri yoxlayarkən qeyd edir ki, mütəxəssis tərəfində n istintaq orqanının 04 mart 2021-ci il tarixli qərarında qoyulmuş suallara əsasən istintaq orqanı tərəfindən ona təqdim edilmiş “Samsung Galaxy SM-211 Tab3” mobil telefonunda (planşet) olan hesabatlarda “xeyir” sözləri qarşısında göstərilən pul məbləğlərinin cəmini və şahid ifadələrində qeyd edilən ümumi məbləğin 0,2 faizini təşkil edən məbləği müəyyən edərək, nəticə çıxarmışdır ki, Məhkum1 sahibkarlıq fəaliyyəti nəticəsində 212.828,6 manat gəlir əldə etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizanın 16 aprel 2021-ci il tarixli 9/1320 nömrəli rəyindən isə görünür ki, ekspert, yalnız mütəxəssis tərəfindən aparılmış riyazi hesabların düzgün aparılmasını təsdiq etmişdir. Qeyd olunmalıdır ki, hazırki cinayət işi üzrə ittihamın əsasını təşkil edən “Samsung Galaxy SM-211 Tab3” mobil telefonunda (p lanşet) olan hesabatlar (ondan əldə edilmiş məlumatlar) rəsmi mühasibatlıq sənəd deyil və məhkum tərəfindən sərbəst formada tərtib edilmişdir. Belə olan halda müdafiə tərəfinin mütəxəssisə hesablanması üçün təqdim edilmiş məlumatların mötəbərliyi ilə əlaqədar dəlillərinə xüsusi diqqət yetirilməlidir. Müdafiəçilərin kassasiya şikayətlərində göstərilmişdir ki, “Samsung Galaxy SM-211 Tab3” mobil telefonunda (planşet) olan hesabatların bir qismi düzəliş kimi, yəni təkrarən qeyd edilmişdir. Belə olan halda mütəxəssis və ekspert tərəfindən aparılmış adi riyazi hesablanma zamanı belə əməliyyatların təkrar hesablanması səbəbindən gəlir kimi göstərilən yekun məbləğ əsassız olaraq artır. Məhkəmə kollegiyası cinayət işində olan kağız üzərində çap olunmuş yuxarıda qeyd edilən hesabatları nəzərdən keçi rib müəyyən etmişdir ki, hesabatların bir hissəsi “Galan hesabatın düzəliş”, “hə düzdür iki dəfə yazmışam düzəldərəm”, “bu keçən həftədən düzəliş”, “düzəliş” sözlərlə müşayiət olunur. Bu isə həmin hesabatlarında eyni pul məbləğlərin təkrar göstərməsinə dəlalət edir. Bundan başqa, kassasiya şikayətlərində “Samsung Galaxy SM-211 Tab3” mobil telefonunda (planşet) olan hesabatların valyuta mübadiləsinə aid olmasını mübahisələndirilir. Belə ki, müdafiəçilər Məhkum1 və şahid qismində dindirilmiş metal şirkətlərinin işçilərinin ifadələrinə, habelə hesabatlarında və şahidlərin ifadələrinə əsasən müəyyən edilmiş gəlir faizləri arasında kəskin fərqin olmasına istinadən həmin hesabatların pul mübadiləsinə aid olmadığını göstərmişlər. Həmin dəlili yoxlamaq üçün müdafiəçilər “Samsung Galaxy SM-211 Tab3 ” mobil telefonunda (planşet) olan hesabatlarda olan mütəxəssis və ekspert tərəfindən nəzərə alınmış yazıları ilə yanaşı orada olan səsli mesajların tədqiq edilməsinin zəruri olduğunu da bildirmişlər. Bununla yanaşı mütəxəssis və ekspert rəylərində qanunsuz əldə edilmiş gəlirin bir hissəsi şahidlərin ifadələri əsasında müəyyən edilmişdir. İş materiallarından görünür ki, şahidlərin ifadələri əsasında pul məbləğlərinin müəyyən edilməsi cinayət-prosessual qanunvericiliyinin məhkumların təqsiri müəyyən edən sübutların qiymətləndirilməsinə dair tələblərinə də zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyri nə təfsir edilir. Cinayət işinin materiallarından görünür ki, şahid qismində dindirilmiş X10 həm ibtidai istintaq zamanı, həm məhkəmə iclasında göstərmişdir ki, o Qabil Nuhiyevin valyuta mübadiləsi məntəqəsində 100.000 - 120.000 ABŞ dolları dəyişmişdir. Mütəxəssisin aktında və ekspertin rəyində Fariz Alıyev tərəfindən dəyişdirilmiş dolların məbləği təqsirləndirilən şəxslər üçün daha sərfəli olan 100.000 manat kimi deyil, 120.000 manat kimi göstərilmişdir. Şahid qismində dindirilmiş Şahid33 Nadır oğlu həm ibtidai istintaq zamanı, həm məhkəmə iclasında göstərmişdir ki, o Qabil Nuhiyevin valyuta mübadiləsi məntəqəsində 170.000 - 180.000 ABŞ dolları dəyişmişdir. Mütəxəssisin aktında və ekspertin rəyində Şahid33 tərəfindən dəyişdirilmiş dolların məbləği təqsirləndirilən şəxslər üçün daha sərfəl i olan 170.000 manat kimi deyil, 180.000 manat kimi göstərilmişdir. Şahid qismində dindirilmiş Şahid9 həm ibtidai istintaq zamanı, həm məhkəmə iclasında göstərmişdir ki, o Qabil Nuhiyevin valyuta mübadiləsi məntəqəsində 25.000 - 30.000 ABŞ dolları dəyişmişdir. Mütəxəssisin aktında və ekspertin rəyində Şahid9 dəyişdirdiyi dolların məbləği təqsirləndirilən şəxslər üçün daha sərfəli olan 25.000 manat kimi deyil, 30.000 manat kimi göstərilmişdir. Şahid X7 məhkəmə iclasında Qabil Nuhiyevin valyuta mübadiləsi məntəqəsində 10.000 ABŞ dolları deyil, 4000 ABŞ dolların dəyişməsi barədə ifadə vermiş, lakin mütəxəssisin aktında və ekspertin rəyində onun 10.000 ABŞ dolları dəyişməsini göstərmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi məhkumlar tərəfindən qanunsuz sahibkarlıq nə ticəsində əldə edilmiş gəlirin miqdarını dəqiq və obyektiv müəyyən edilməsi üçün yuxarıda göstərlən xüsusatların araşdırılması məqsədilə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlər həm birinci instansiya, həm apellyasiya instansiyası məhkəmələrində qaldırılmış, lakin məhkəmələr cinayət işi üzrə keçirilmiş 16 aprel 2021-ci il tarixli 9/1320 nömrəli ekspertiza rəyinin şübhə doğurması barədə vəsatətlərin dəlillərinin əsassız olmasına dair nəticəyə gələrək vəsatətlər təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin vəsatətləri hazırki cinayət işi üzrə bütün halların tam, obyektiv və hərtərəfli araşdırılmasına yönəlmiş vəsatətlər olduğundan məhkəmələr həmin vəsatətləri təmin etməyərək cinayət-prosessual qanunvericiliyinin tələblərini pozmuşd ur. Belə ki, Azərbaycan Respublikası CPM-in 121.2-ci maddəsinə əsasən vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun24 dekabr 2021-ci il tarixli № 15 qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün ha lların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı c inayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi proseduralara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət proses sual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr qanunla onların üzərinə qoyulmuş sübutların tam, obyektiv və hərtərəfli araşdırılması və işə qərəzsiz və ədalətlə baxılması barədə vəzifələri yerinə yetirməmiş, nəticədə isə məhkumların ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası cinayət və cinayət-prosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, məhkəmələr tərəfindən bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş publik hüquqi şəxs “Respublika Psixiatria Xəstəxanası”nın 11 fevral 2021-ci il tarixli məktubundan görünür ki, məhkum X4 13 sentyabr 2017-ci ildən 18 noyabr 2017-ci il tarixədək və 12 dekabr 2018-ci ildən 16 yanvar 2019-cu il tarixədək “kəskin ifadəli şəxsiyyətin emosional davamsız tip pozuntuları (travmatik mənşəli) davamlı gedişli yaddaş və intellektin enməsi, davranış pozuntuları və təz-təz baş verən (6 aydan çox) dekompensasiyalarla” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası CPM-in 140.0.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. İbtidai istintaq orqanı Məhkum1 barəsində kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizası keçirmişdir. Cinayət işində olan ambulator kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 mart 2021-ci il tarixli 463 №-li rəyindən görünür ki, məhkumun anlaqlı olması barədə rəy bir ekspert-psixiatr tərəfindən verilmişdir. Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinə əsasən şəxsin anlaqlı olubolmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir. Azərbaycan Respublikası CPM-in 125.2.7 -ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İş materiallarından görünür ki, iş üzrə ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilmişdir. Ekspertiza rəyindən görünür ki, məhkumun anlaqlılığı ilə bağlı rəy bir ekspertpsixiatr tərəfindən verilmişdir. Beləliklə hazırki cinayət işi üzrə ambulator kompleks məhkəmə-psixiatrik ekspertizası Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinin kobud pozuntusu ilə aparılmış və həmin ekspertizasının rəyi sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi məhkəmələr məhkumun anlaqlılığı barədə nəticəyə mümkün olmayan, yəni qanun tələblərinin kobud pozuntusu i lə əldə edilmiş ekspertiza rəyi əsasında gəlmişdir. Bununla əlaqədar məhkəmənin gəldiyi bu nəticə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası CPM-in 267.2-ci maddəsinin tələblərinə görə ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Lakin məhkəmələr tərəfindən CPM-in 267.2-ci maddəsinin tələblərinə riayət etməmiş, məhkumun anlaqlılığı ilə əlaqədar təkrar komisyon məhkəmə-psixiatrik ekspertiza təyin edilməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkumun törətdiyi cinayət əməlinin barəsində anlaqlı olub-olmaması məsələsinin mötəbər sübutlarla müəyyən edilmədiyi halda kassasiya şikayətinin dəlillər inin araşdırılmasını mümkünsüz edir. Bu baxımdan da kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 barəsində olan cinayət işi üzrə gəldiyi nəticəni tam əsaslandırılmış hesab etmir. Bundan başqa, məhkumlara qarşı irəli sürülmüş ittihamdan və onların barəsində çixarılmış hökmdən görünür ki, onlar tərəfindən cinayət yolu ilə 212.828,6 manat məbləğində pul əldə etmişlər. Birinci instansiya məhkəmə Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 192.2.2 və 32.5,308.1-ci maddələri ilə ittiham hökmü çıxararkən ona məxsus olan 214.751 manat, 18.436 ABŞ dolları, 16.615 avro, 321.300 rubl, 165 funtsterling, 6.290 lari, 475 lirə, 20 dirhəm və 348.000 som məbləğində pul vəsaitləri cinayət yolu ilə əldə edilmiş əmlak kimi dövlət nəfinə müsadirə etmişdir. Azərbaycan Respublikası C M-in 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə qaydasında şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) dövlət nəfinə müsadirə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, müsadirə olunan əmlakın dəyəri qanunsuz sahibkarlıq nəticəsində əldə edilmiş gəlirdən, yəni cinayət yolu ilə əldə olunmuş əmlakdan çoxdur. Məhkəmə hökmlə müəyyən etdiyi qanunsuz gəlirin miqdarını aşan məhkuma məxsus pul vəsaitlərini cinayət yolu ilə əldə edilmiş əmlak kimi dövlət nəfinə müsadirə edərək öz mövqeyi əsaslandırmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi məhkumlara təqsirli bilindiyi 192.2.2 və 308.1-ci maddələri ilə cəza təyin edərkən hər birinə CM-in 46.2-ci maddəsinə istinadən əsas cəza ilə yanaşı 3 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə əlavə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-in 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Göründüyü kimi sözügədən maddədə konkret peşə və ya fəaliyyətlə məşğul olmağın qadağan edilməsi haqqında nəzərdə tutulur. Məhkəmələr isə məhkumları 3 il müddətində ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə (yəni bütün növ sahibkarlıq fəaliyyəti ilə) məşğul olmaq hüququndan məhrum edərək CMin 46.1-ci maddəsinin tələblər ini pozmuş, qanunla nəzərdə tutulmayan cəza tətbiq etmişlər. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.9-cu maddəsinə əsasən məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmayan hədlərdə cəza tətbiq etməklə ittiham hökmü çıxardıqda; 416.1.19-cu maddəsinə əsasən məhkəmə bu Məcəllənin 140.0.2-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə-psixiatrik ekspertizasının keçirilməsini təyin etmədikdə kassasiya insta nsiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yeni apellyasiya baxışı zamanı məhkumların qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş gəlirin miqdarını müəyyən edən sübutların mötəbərliyi ilə əlaqədar müdafiə tərəfinin dəlilləri araşdırmalı, Məhkum1 cinayət törədərkən anlaqlı olubolmaması müəyyən etmək üçün Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinə riayət edilməklə komisyon məhkəmə-psixiatrik ekspertizası keçirilməli, hazırki qərarda qeyd edilən digər nöqsanlar aradan qaldırılmalı və nəticəsindən asılı olaraq qanuna müvafiq qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyas ı QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-957/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-957/2023
07.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver