Məhkəmə qərarları › İş №1(102)-986/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-986/2023

23.05.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-986/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, bəraət almış şəxs Məhkum2 və onun müdafiəçisi Kəngərli Orxan Rüstəm oğlunun iştirakları ilə, Ağ cabədi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 29, 200.2.3 və 308.1-ci maddələri və Məhkum2 CM-nin 32.5, 29, 200.2.3 və 32.5, 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli hökmü ilə isə Məhkum2 CM-nin 32.5, 29, 200.2.3 və 32.5, 308.1-ci maddələri ilə bəraət verilməsinə və Məhkum1 CM-nin 314.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı X36 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağcabədi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ləzimov Suldu z Paşa oğlu) Məhkum1 xx xxxx 1984-cü il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin 0402 saylı kəsim məntəqəsinin icarədarı vəzifəsində işləmiş, Ağcabədi rayonunun Xocavənd kəndində qeydiyyatda olan və yaşayan, CM-nin 29, 200.2.3 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 29, 200.2.3-cü maddəsi ilə 5500 (beş min beş yüz) manat miqdarında cərimə cəzasına, CM-nin 308.1-ci maddəsi ilə isə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasına məhkum olunmuş, cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, Məh kum2, xx xxxxxxx 1970-ci il tarixdə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, CM-nin 32.5, 29, 200.2.3 və 32.5, 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 32.5, 29, 200.2.3-cü maddəsi ilə 5500 (beş min beş yüz) manat miqdarında cərimə cəzasına, CM-nin 32.5, 308.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, cərimə cəzasının müsətqil icra olunması qərara alınmışdır. Həmin hökmlə həmçinin Məhkum3 və Məhkum4, hər birisi CM-nin 314.1-ci maddəsi ilə təqsirli bilinmiş və onla ra həmin maddə əsasında ayrı-ayrılıqda qazanclarının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla Məhkum3 01 (bir) il müddətə, Məhkum4 isə 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilmiş və onlar “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən təyin edilmiş cəzalardan azad olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 10 yanvar 2012-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ********** VÖEN ilə ət məhsullarının emalı və satışı ilə bağlı ticarət sahəsində fərdi sahibkar qismində dövlət qeydiyyatına alınmaqla 10 aprel 2020-ci il tarixli etibarnamə əsasında "xxxx" MMC- nin nümayəndəsi qismində iştirak edən, ünvan 2 ünvanında yaşayan Məhkum2 ilə xx.xx.2020-ci il tarixdə bağladığı 3 nömrəli icarə müqaviləsinə əsasən, 1 il müddətə həmin Cəmiyyətin Ağcabədi rayonu Xocavənd kəndində yerləşən 04-02 nömrəli kəsim məntəqəsini icarəyə götürməklə həmin icarə müqaviləsinin tələblərinə və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının 18 noyabr 1999cu il tarixli, 759-İQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən, yeyinti məhsulunun insanların istifadəsinə yararlı olmasına zəmanət verən orqanaleptik, fiziki və kimyəvi xüsusiyyətlərinə, habelə insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərə uyğunluğuna, yəni minimum keyfiyyətliliyi və təhlükəsizliyinə əməl edilməsi öhdəli yi daşıyan, müqavilələr bağlamaq və onlara dəyişiklik etmək, xitam vermək, müqavilə tələblərindən irəli gələn öhdəliklər götürmək və həmin öhdəliklərə görə məsuliyyət daşımaq, ayrı-ayrı şəxslərin xidmət göstərilməsinə cəlb edilməsi və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs olmaqla Məhkum2 həmin kəsim məntəqəsində ucuz qiymətə ətraf rayon və qəsəbələrdə yerləşən mal-qara bazarlarından və şəxslərdən alacaqları iribuynuzlu, xəstə, ölmüş və yaxud aqoniya vəziyyətində olan heyvanların kəsimi və sümükdən ayrılmaqla ətlərinin daha baha qiymətə satışını həyata keçirə biləcəklərin ə dair məsləhət və məlumatları, bunun üçün maddi olaraq da kömək etməyi qabaqcadan vəd etməklə cinayətin törədilməsi üçün vasitə vermək və maneələri aradan qaldırmaqla yardım etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və Məhkum2 üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin icra edilməsinin məcburiliyini qəsdən nəzərə almayıb öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 23-25 iyun 2020-ci il tarixlərində Respublika ərazisində yerləşən mal-qara bazarlarından, o cümlədən Ağcabədi rayonu, Aşağı Avşar kənd sakinləri X28, X38, X29, X35, X26, Ağcabədi rayonu, Xocavənd kənd sakini X30 və istintaqa məlum olmayan digər şəxslərdən 1 kiloqramını 3-4 manata aldığı orqanoleptik əlamətlərinə, pH göstəricisinə, təzəlik kriteriyalarına görə normalara cavab verməyən, QOST 7269-99, QOST 23392-2016 standartının tələblərinə uyğun olmayan, iribuynuzlu, xəstə, ölmüş və yaxud aqoniya vəziyyətində məcburi kəsilmiş heyvana məxsus 6890 (altı min səkkiz yüz doxsan) kiloqram keyfiyyətsiz ət məhsulunu əldə edib texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğun olaraq məhsulun saxlanması və emalı üçün heç bir xüsusi və sanitargigiyenik qaydalara uyğun avadanlıqla təchiz edilməyən icarəsindəki həmin kəsim məntəqəsində qeyd edilən məhsulun sümükdən təmizlənməklə açıq şəraitdə, həşəratların müdaxiləsinin qarşısı alınmadan plastik qablarda minimum keyfiyyətliliyi və təhlükəsizliyinə əməl etmədən, müvafiq qablaşdırma aparmadan, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Bərdə Regional Sınaq laboratoriyasının Ağcabədi rayonu 1 saylı qida təhlükəsizliyi nəzarət məntəqəsində baytar həkim vəzifəsində işləyən Məhkum4 və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Bərdə Regional Sınaq laboratoriyasının Ağcabədi rayonu 2 saylı qida təhlükəsizliyi nəzarət məntəqəsində laborant vəzifəsində işləyən Məhkum3 xidməti vəzifələrinə laqeyd münasibətləri nəticəsində həmin ət məhsulunun laboratoriyada baytarlıq ekspertizasını keçirməyib heç bir müayinə aparmadan vizual baxış keçirməklə xidməti v əzifələrini layiqincə yerinə yetirməyərək möhür vurub ət məhsulunun satışına icazə verməklə səhlənkarlıq etmələrindən istifadə edib, ət və süd emalı fəaliyyəti ilə məşğul olmaqla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" Kiçik Müəssisəsi ilə özü arasında ət məhsullarının tədarük edilməklə alqısatqısına dair xx.xx.2020-ci il tarixli və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ət məhsullarının tədarük edilməklə alqı-satqısına dair şifahi razılığa əsasən qida məhsulu kimi ayrı-ayrı istehlakçılara satışının həyata keçirilməsindən ötrü həmin hüquqi şəxslərə tam keyfiyyətli, texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğun satışa hazır insan qidası məhsulu kimi 1 kiloqramını 6 manatdan satmaq məqsədilə saxlamaqla istehlak bazarında satılan malların, o cümlədən yeyinti məhsullarının qablaşdırılmasının, daşınmasının və saxlanmasının sanitar-gigiyenik, ekoloji, texniki və təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətinin və insanların sağlamlığı üçün təhlükəli olan malların istehsalının və satışının qadağan olunması ilə əlaqədar istehlakçıların qanuni maraqlarının qorunması məqsədilə onların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin həyata keçirilməsinə mane olub cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Məhkum2 köməkçiliyi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 25 iyun 2020-ci il tarixdə, saat 22 radələrində qida tə hlükəsizliyi üzrə mövcud normativ-hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən "xxxx" MMC-nin 04-02 nömrəli kəsim məntəqəsinə baxış zamanı külli miqdar təşkil edən 41.340 (qırx bir min üç yüz qırx) manat dəyərində 6890 kiloqram çəkidə həmin ət məhsulu aşkar olunaraq götürüldüyündən, o, həmin ət məhsulunun satışını həyata keçirməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Məhkum2 köməkçiliyi ilə malların keyfiyyətinə dair istehlakçıları külli miqdarda aldatmağa cəhd etmişdir. Məhkum2 10 aprel 2020-ci il tarixli etibarnamə əsasında səhahiyyətli nümayəndəsi qismində təmsil etdiyi xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış, Ağcabədi rayonu, Xocavənd kəndində yerləşməklə fəaliyyət göstərən "xxxx" MMC-nin adından 1 may 2020-ci il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində yaşayan, ********** VÖEN əsasında ət məhsullarının emalı və satışı ilə bağlı ticarət sahəsində fərdi sahibkar qismində dövlət qeydiyyatına alınmaqla fəaliyyət göstərən vəzifəli şəxs Məhkum1 ilə MMC-nin Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən 04-02 nömrəli kəsim məntqəsində ət məhsullarının emalı və satışı ilə məşğul olması üçün 1 il müddətə 3 nömrəli icarə müqaviləsi bağlayaraq, sonuncunun həmin icarə müqaviləsinin tələblərinə və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının 18 noyabr 1999-cu il tarixli, 759-İQ nömrəli Qanununun 5-ci maddəsinə ə sasən, yeyinti məhsulunun insanların istifadəsinə yararlı olmasına zəmanət verən orqanaleptik, fiziki və kimyəvi xüsusiyyətlərinə, habelə insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərə uyğunluğuna, yəni minimum keyfiyyətliliyi və təhlükəsizliyinə əməl edilməsi öhdəliyi daşıyan, müqavilələr bağlamaq və onlara dəyişiklik etmək, xitam vermək, müqavilə tələblərindən irəli gələn öhdəliklər götürmək və həmin öhdəliklərə görə məsuliyyət daşımaq, ayrı-ayrı şəxslərin xidmət göstərilməsinə cəlb edilməsi və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və onun üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin icra edilməsinin məcburiliyini qəsdən nəzərə almayıb qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə malların keyfiyyətinə dair istehlakçıları külli miqdarda aldatmasına həmin kəsim məntəqəsində ucuz qiymətə ətraf rayon və qəsəbələrdə yerləşən mal-qara bazarlarından və şəxslərdən alacaqları iri buynuzlu, xəstə, ölmüş və yaxud aqoniya vəziyyətində olan heyvanların kəsimi və sümükdən ayrılmaqla ətlərinin daha baha qiymətə satışını həyata keçirə biləcəklərinə dair məsləhət və məlumatları, bunun üçün maddi olaraq da özünün kömək edəcəyini qabaqcadan vəd etməklə cinayətin törədilməsi üçün vasitə vermək və maneələri aradan qaldırıb yardım etməklə, Məhkum1 tərəfindən 23-25 iyun 2020-ci il tarixlərində Respublika ərazisində yerləşən mal-qara bazarlarından, o cümlədən Ağcabədi rayonu, Aşağı Avşar kənd sakinləri X28, X38, X29, X35, X26, Ağcabədi rayonu, Xocavənd kənd sakini X30 və istintaqa məlum olmayan digər şəxslərdən 1 kiloqramı 3-4 manata alınan orqanoleptik əlamətlərinə, pH göstəricisinə, təzəlik kriteriyalarına görə normalara cavab verməyən, QOST 7269-99, QOST 233922016 standartının tələblərinə uyğun olmayan, iri buynuzlu, xəstə, ölmüş və yaxud aqoniya vəziyyətində məcburi kəsilmiş heyvana məxsus 6890 (altı min səkkiz yüz doxsan) kiloqram keyfiyyətsiz ət məhsulu texniki reqlament lərin və qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğun olaraq məhsulun saxlanması və emalı üçün heç bir xüsusi və sanitar-gigiyenik qaydalara uyğun avadanlıqla təchiz edilməyən həmin kəsim məntəqəsində qeyd edilən məhsulun sümükdən təmizlənməklə açıq şəraitdə, həşəratların müdaxiləsinin qarşısı alınmadan plastik qablarda minimum keyfiyyətliliyi və təhlükəsizliyinə əməl edilmədən, müvafiq qablaşdırma aparılmadan, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Bərdə Regional Sınaq laboratoriyasının Ağcabədi rayonu 1 saylı qida təhlükəsizliyi nəzarət məntəqəsində baytar həkim vəzifəsində işləyən Məhkum4 və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Bərdə Regional Sınaq laboratoriyasının Ağcabədi rayonu 2 saylı qida təhlükəsizliyi nəzarət məntəqəsində laborant vəzifəsində işləyən Məhkum3 xidməti vəzifələrinə laqeyd münasibətləri nəticəsində həmin ət məhsulunun laboratoriyada baytarlıq ekspertizasını keçirməyib heç bir müayinə aparmadan vizual baxış keçirməklə xidməti vəzifələrini layiqincə yerinə yetirməyərək möhür vurub ət məhsulunun satışına icazə verməklə səhlənkarlıq etmələrindən istifadə edilib, ət və süd emalı fəaliyyəti ilə məşğul olmaqla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" Kiçik Müəssisəsi ilə Məhkum1 arasında ət məhsullarının tədarük edilməklə alqı-satqısına dair xx.xx.2020-ci il tarixli və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ət məhsullarının tədarük edilməklə alqı-satqısına dair şifahi razılığa əsasən qida məhsulu kimi ayrı-ayrı istehlakçılara satışının həyata keçirilməsindən ötrü həmin hüquqi şəxslərə tam keyfiyyətli, texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğun satışa hazır insan qidası məhsulu kimi 1 kiloqramını 6 manatdan satmaq məqsədilə saxlanılmaqla istehlak bazarında satılan malların, o cümlədən yeyinti məhsullarının qablaşdırılmasının, daşınmasının və saxlanmasının sanitar-gigiyenik, ekoloji, texniki və təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətinin və insanların sağlamlığı üçün təhlükəli olan malların istehsalının və satışının qadağan olunması ilə əlaqədar istehlakçı ların qanuni maraqlarının qorunması məqsədilə onların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin həyata keçirilməsinə mane olub cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 25 iyun 2020-ci il tarixdə, saat 22 radələrində qida təhlükəsizliyi üzrə mövcud normativ-hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən "xxxx" MMC-nin 04-02 nömrəli kəsim məntəqəsinə baxış zamanı külli miqdar təşkil edən 41.340 (qırx bir min üç yüz qırx) manat dəyərində 6890 kiloqram çəkidə həmin ət məhsulu aşkar olunaraq götürüldüyündən, Məhkum1 həmin ət mə hsulunun satışını həyata keçirməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib malların keyfiyyətinə dair istehlakçıları külli miqdarda aldatmağa cəhd etməsində köməkçi qismində iştirak etmişdir. Hökmdən məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və Məhkum1 müdafiəçisi O.R.Kəngərli tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 20 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum1 apellyasiya şikayət və müdafiəçi O.R.Kəngərlinin həmin şikayətə verdiyi əlavəsi qismən, Məhkum2 apellyasiya şi kayəti isə tam təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli hökmü Məhkum2 CM-nin 32.5, 29, 200.2.3 və 32.5, 308.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilmiş və ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 42.1.4-cü maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, Məhkum1 əməli CM-nin 29, 200.2.3 və 308.1-ci maddələrindən CM-nin 314.1-ci maddəsinə tövsif edilərək ona həmin maddə üzrə cinayə məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə CM-nin 75.1.1-ci maddəsinə və CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Məhkum2 götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğunun d epozit hesabında saxlanılan 13590 (on üç min doqquz yüz əlli manat) məbləğindən pulun ona qaytarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli hökmündən dövləti itihamçısı R.P.Almazov kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində Məhkum1 və Məhkum2 ibtidai araşdırma orqanı tərəfindən elan olunmuş ittihamlara, birinci instansiya məhkəməsinin bu ittiham üzrə çıxardığı hökmünə, iapellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrə, iş üzrə toplanmış və araşdırılmış sübutlara, o cümlədən ekspertiza rəylərinə, CPM-nin və CM-nin bir sıra normalarına istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı R.P.Almazov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, Məhkum1 əməlinin tövsifındə səhvə yol vermiş, Məhkum2 barəsində isə əsassız bəraət hökmü çıxarmış və bu zaman bu hökmün əsası kimi adları çəkilən şəxslərin özünü müdafiə xarakterli qeyri-səmimi ifadələrini əsas götürmüşdür. Dövlət ittihamçsının qənaətinə görə isə, Məhkum1 və Məhkum2 onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmələri iş üzrə toplanmış sübutlarla tam təsdiq edilir, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr isə həmin sübutlarla tam tə kzib olunur. Dövlət ittihamçısı cinayət işinin materrialarında olan çox saylı ekspertiza rəylərini sadalayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla Məhkum1 əməlinin CM-nin 29, 200.2.3 və 308.1-ci maddələrindən həmin Məcəllənin 314.1-ci maddəsinə tövsif edilməsi, Məhkum2 isə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi haqqında hök çıxararkən cinayət qanununun normalarını düzgün tətbiq etməmiş, bu nəticə isə tədqiq edilmiş sübutlara uyğun olmamışdır. Bütün qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısı R.P.Almazov kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını xahi ş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin digər işirakçıları ilə yanaşı zərər çəkmiş şəxsin nümayəndəsi və Məhkum1 də qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, onlar, naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə zərər çəkmiş şəxsin nümayəndəsinin və Məhkum1 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı R.P.Almazov həmin protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq Məhkum2 CM-nin 32.5, 29, 200.2.3 və 32.5, 308.1-ci maddələri ilə bəraət verilməsini, Məhkum1 əməlinin isə CM-nin 314.1-ci maddəsi ilə düzgün tövsif edilməməsini iddia edərək həmin məhkəmənin hökmünün ləğv edilməli olması haqqında kassasiya tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Belə ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə, birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi y oxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Şirvan Apellyasya Məhkəməsinin Cinaət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli hökmündən verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı isə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, A zərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törət miş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəx siyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması nı təmin etsinlər. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı hökmdə istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Əvvəla, həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən araşdırılsa da, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq Ağcabədi Rayon Məhkəməsi bu sübutlar əsasında Məhkum1 və Məhkum2 barələrində ittiham hökmünün çıxarılması haqqında qənaətə gəlmiş və həmin hökmə əsasən Məhkum1 CM-nin 29, 200.2.3 və 308.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, ticarət sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxs kimi qeyrisinin köməkçiliyi ilə malın keyfiyyətinə dair istehlakçıları külli miqdarda ziyan vurmaqla aldatmağa cəhd etmiş, Məhkum2 isə CM-nin 32.5, 29, 200.2.3 və 32.5, 308.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, vəzifəli şəxs tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək cəmiyyətin və dövlətin qanun la qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində və ticarət sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxsin malın keyfiyyətinə dair istehlakçıları külli miqdarda ziyan vurmaqla aldatmağa cəhd etməsində köməkçi qismində iştirak etmişdir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçir ilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyy ən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmə lidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə f aktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edi lir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirl əndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilm əsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət ve rilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsind ə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsində n və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Kassasiya protestində göstərilən dəlillərlə razılaşmayan məh kəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum1 işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmqla səhlənkarlıq etməsinə dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Məhkum1 CM-nin 29, 200.2.3 və 308.1-ci maddələri ilə ittiham irəli sürülsə də, bu ittiham yalnız ehtimallara əsaslanmış və həmin ittihamı təsdiq edən sübutlar ibtidai araşdırma orqanı və ümumiyyətlə ittiham tərəfindən m əhkəmələrə təqdim olunmamış, apellyasiya instansyası məhkəməsi də, birinci instansiya məhkəməsindən fərqli olaraq, işə ibtidai araşdırma orqanı tərəfindən toplanmış və həmin məhkəmənin məhkəmə iclaslarında araşdırdığı sübutlara əsasən baxaraq Məhkum1 məhz CM-nin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə düzgün nəticəyə gəlib iş üzrə kassasiya qaydasında mübahisələndirilən yekun məhkəmə aktını qəbul etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası araşdırılmış sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Belə ki, məhkum edilmiş şəxs Məhkum1 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında özünü ona elan olunmuş ittham üzrə cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək cinayət təqibinin bütün mərhələlərində ardıcıl olaraq eyni məzmunlu if adələr vermiş və göstərmişdir ki, "xxxx" MMC-nin rəhbəri X10 olsa da, onun tərəfindən 10 aprel 2020-ci il tarixdə verilmiş etibarnamə əsasında Cəmiyyət üzərində təmsilçiliyi Məhkum2 həyata keçirmişdir. Onun Məhkum2la arasında bağlanmış 01 may 2020-ci il tarixli 3 nömrəli icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin Ağcabədi rayonunun Xocavənd kəndində yerləşən ət kəsimi kompleksini tutan ərazisi aylıq icarə haqqı 200 manat olmaqla 1 (bir) il müddətinə ona icarəyə verildikdən sonra adına olan ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə "xxxx" MMC-nin 04-02 nömrəli kəsim məntəqəsində fəaliyyət göstərməyə başlamışdır. Kəsimxanada əsasən ayrı-ayrı şəxslərdən və təsərrüfatlardan arıq, qoca, süd verməyən, ayağı sınıq, gözü kor iribuynuzlu heyvanların əti bir kiloqramı 3.7-4.2 manata alına raq kəsilir, ətin emalı, sümükdən ayrılması icra olunduqdan sonra, həmin ət məhsulunun bir kiloqramı 6-7 manatdan müəssisələrə satılır. Bağlanmış müqavilələrə əsasən emal edilmiş ət məhsullarını əsasən iki müəssisəyə – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Sab ət məhsullarına) və "xxxx" kiçik müəssisəsinə (“1000 bərəkət, halal nemət”ə) satılmışdır. Bütün hallarda alınmış heyvanlar kəsimxanaya gətirildikdən sonra mütləq "xxxx" MMC-nin 04-02 nömrəli kəsim məntəqəsinə təhkim olunmuş Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Bərdə Regional Sınaq laboratoriyasının Ağcabədi rayonu 1 saylı qida təhlükəsizliyi nəzarət məntəqəsinin baytar həkimi Məhkum4 və Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutun un Analitik Ekspertiza Mərkəzinin Bərdə Regional Sınaq laboratoriyasının Ağcabədi rayonu 2 saylı qida təhlükəsizliyi nəzarət məntəqəsinin laborantı Məhkum3 tərəfindən vizual, termometrik və laborator müayinədən keçirilir, bundan sonra kəsimə icazə verilir. Kəsimdən sonra ətdən yenidən nümunələr götürülməklə müvafiq ekspertizalar aparılır. Yalnız bundan sonra, əgər ət məhsulları müəyyən edilmiş normalara uyğun olarsa, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun qeyd olunan əməkdaşları tərəfindən ət məhsullarının üzərinə həmin İnstitutun 04-07 nömrəli «Bişirmə» möhürü vurulur. Qeyd olunan hərəkətlərin icrası üçün qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödənilir. Qida Təhlükəsizliyi İnstitutunun 04-07 nömrəli «Bişirmə» möhürü birbaşa istehlaka verilən ət məhsullarının üzərinə deyil, ema l prosesinə məruz qalan və digər qida məhsulların xammalı olan ət məhsullarının üzərinə vurulur. Belə ki, Cəmiyyətin 04-02 nömrəli kəsim məntəqəsindən tədarük olunan ət məhsulları bilavasitə istehlaka deyil, yalnız 700 dərəcədən yüksək termik emal prosesindən sonra digər qida məhsullarının xammalı olaraq istifadəsi məqsədəmüvafiq hesab edilir. Bununla yanaşı kəsimxanada emal olunmuş ət məhsulları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" kiçik müəssisəsinə satıldıqdan sonra, həmin təşkilatlarda xammallar beynəlxalq akkreditasiyadan keçmiş, ən müasir və hərtərəfli avadanlıqlarla təchiz olunmuş laboratoriyada yenidən müayinədən və analizlərdən keçirilir, yalnız bundan sonra ət məhsullarının keyfiyyətinə dair rəy verildikdən sonra onlar qida məhsullarının hazırlanmasında xammal kimi is tifadə olunur. O, kəsimxanada fəaliyyət göstərdiyi dövrdə iribuynuzlu heyvanları əsasən ayrı-ayrı təsərrüfatlardan və ya heyvan alqı-satqısı ilə məşğul olan şəxslərdən satın almışdır. 23-25 iyun 2020-ci il tarixlərdə 04-02 nömrəli kəsim məntəqəsində kəsimi icra olunmuş 27 baş iribuynuzlu heyvanı mal-qara bazarlarından, o cümlədən X28, X38, X29, X35, X26 və X14 satın almışdır. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Qida Təhlükəsizliyi Agentliyinin birgə tədbiri zamanı 25 iyun 2020-ci il tarixdə adı çəkilən kəsim məntəqəsinə baxış keçirilən zaman həmin 27 baş iribuynuzlu heyvana məxsus ət məhsullarının üzərilərinə «Bişirmə» möhürü vurulmuş vəziyyətdə dondurucuda aşkar edilmişdir. Kəsimi icra olunmuş 27 baş heyvanın hər biri diri olmuş, ölü və ya aqoniya (canverən) v əziyyətdə olmamış, hər bir heyvana həkim – baytar Məhkum4 və laborant Məhkum3 tərəfindən şəxsən vizual baxış keçirilmiş və hərarəti ölçülmüşdür. Heyvanlarda gözlə görünən xəstəlik və qızdırma olmadığı üçün həkim-baytar və laborant kəsimə icazə vermişlər. Onlar əvvəllər kəsimi icra olunan heyvanlara vizual baxış və termometrik müayinə keçirməklə yanaşı, nümunələr götürməklə laborator müayinələr də aparmış, lakin 23-25 iyun 2020-ci ildə 04-02 nömrəli kəsim məntəqəsində kəsimi icra olunmuş 27 baş heyvandan nə diri halda, nə də ki, kəsildikdən sonra laborator müayinə aparmaq üçün nümunələr götürülməmişdir. Onlar bunu heyvaların yüksək hərarətinin və gözlə görünən xəstəliyinin olmaması ilə əlaqələndirmiş, məhz bu səbəbdən o, onların laborator müayinə aparmamalarına əhəmiyyət verməmişdir. Azərba ycan Qida Təhlükəsizliyi İnstitutunun Analtik Ekspertiza Mərkəzinin Mərkəzi Baytarlıq laboratoriyası tərəfindən tərtib olunmuş 27 iyun 2020-ci il tarixli 1028 nömrəli sınaq protokolu əsasında həmin İnstitutun Elmi-Ttədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin Heyvan xəstəliklərinin və heyvan mənşəli məhsulların tədqiqi sektoru tərəfindən tərtib edilmiş və həmin rəydə kəsim məntəqəsindən 25 iyun 2020-ci il tarixdə götürülmüş müayinənin nəticələrinə əsasən 27 baş iribuynuzlu ət məhsullarının xəstə, ölmüş və ya aqoniya halında məcburi kəsilmiş heyvan əti olması qeyd olunsa da, bu hal həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır. Müvafiq ət məhsullarının məxsus olduğu heyvanlar arıq, qoca, süd verməyən, ayağı sınıq, gözü kor olsa da, onlar arasında ölü və aqo niya (canverən) vəziyyətində olan heyvan olmamışdır. Belə ki, 04-02 nömrəli kəsim məntəqəsinə 25 iyun 2020-ci il tarixdə əti aşkar olunmuş 27 baş iribuynuzlu heyvanı məntəqəyə satan adları yuxarıda qeyd edilən şəxslər, məntəqənin qəssab və fəhlələri, o cümlədən həkim-baytar Məhkum4 və laborant Məhkum3 ibtidi araşdırma və birinci instansiya məhkəməsində dindirilərkən həmin 27 baş iribuynuzlu heyvanın ölü və aqoniya (canverən) halda olmadığını, həmçinin gözlə görünən xəstəliklərinin, eləcə də yüksək hərarətinin müəyyən edilmədiyini qəti olaraq qeyd etmişlər. Belə olan halda laborator müayinə aparmadan ət məhsulunda olan hər hansı bakteroloji, infeksion və invozion xəstəlikləri gözlə və vizual baxışla, hətta həmin sahənin mütəxəssisi tərəfindən müəyyən edilməsinin mümkünsüz olmasına baxmaya raq, ona qarşı CM-nin 29, 200.2.3 və 308.1-ci maddələri ilə itihamın irəli sürülməsi tamamilə əsassız olmuşdur. Həmçinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 20 iyul 2020ci il tarixli mütəxəssis rəyinə əsasən 18 may 2020-ci il tarixdən 22 iyun 2020-ci il tarixədək olan dövr ərzində 04-02 nömrəli kəsim məntəqəsi tərəfindən ümumi dəyəri 906.573,00 manat olan iribuynuzlu və xırdabuynuzlu heyvanqların ət məhsulları satılmış, həmin məhsulların bir kiloqramı belə yararsız məhsul kimi geri qaytarılmamışdır. Bununla yanaşı 27 iyun 2020-ci il tarixli 1028 nömrəli sınaq protokolu və onun əsasında tərtib olunmuş eyni tarixli rəy həmçinin Qida Təhlükəsizliyi Agentliyinin 28 iyul 2021-ci il tarixli 3/15-2862 nömrəli məktubu ilə də təkzib olunur. Belə ki, birinci instansiya mə hkəməsinin 04 fevral 2021-ci il tarixli qərarı ilə təyin edilmiş təkrar kompleks məhkəmə fiziki, kimyəvi və bioloji ekspertizasının icrası ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin Ucar regional bölməsi tərəfindən 26 aprel 2021-ci ildə 04-02 nömrəli kəsim məntəqəsində saxlanılan 27 baş iribuynuzlu heyvanın ətindən nümunələr götürülərək laborator müayinə aparılmışdır. Qida Təhlükəsizliyi Agentliyinin 28 iyul 2021-ci il tarixli 3/15-2862 nömrəli məktubla verdiyi rəyə əsasən tədqiq edilən ət məhsulu nümunələri mal ətinə məxsusdur, aparılan tədqiqatın nəticələrinə görə təqdim edilən ətin sağlam, xəstə, yaxud ölmüş heyvana məxsus olmasını müəyyən etmək mümkün olmamış, mənşəyi mal əti olan məhsulun tərkibində “E.Coli C157” bakteriyasının olması səbəbilə sözügedən məhsulun istehlak üçün yarar sız olduğu müəyyən edilmiş, nümunə orqanoleptik və fiziki-kimyəvi göstəriciləri texniki normativ sənədlərin tələblərinə uyğundur, pH-ı norma daxilindədir (5,6) və ət təzədir. Bakterioloji müayinə nəticəsində mənşəyi mal əti olan məhsulun tərkibində “E.Coli 0157” bakteriyasının olması səbəbilə sözügedən məhsul texniki normativ sənədlərin tələblərinə uyğun olmamışdır. Qida Təhlükəsizliyi Agentliyinin 05 oktyabr 2021-ci il tarixli, 3/15-3871 nömrəli məktubunda qeyd olunmuşdur ki, 70 dərəcədən yüksək temperatura məruz qaldığı halda E.Coli bakteriyası məhv olur. Məhkəmə iclasında bəraət almış şəxs Məhkum2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, "xxxx" MMC-nin rəhbəri X10 olsa da, onun tərəfindən 10 aprel 2020-ci ildə verilmiş etibarnamə əsasında Cəmiyyət üzərində təmsilçilik onun tərəfindən həyata keçirilmişdir. Məhkum1lə arasında bağlanmış 01 may 2020-ci il tarixli 3 nömrəli icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin Ağcabədi rayonu Xocavənd kəndində yerləşən ət kəsimi kompleksini tutan ərazisi aylıq icarə haqqı 200 manat olmaqla 1 (bir) il müddətinə sonuncunun icarəsinə verilmişdir. Bundan sonra 04-02 nömrəli kəsim məntəqəsində Məhkum1 tərəfindən həyata keçirilən fəaliyyətə onun heç bir aidiyyəti olmamış, yalnız arabir həmin məntəqəyə gedərək texniki avadanlıqların sazlığına nəzarət etmişdir. Belə ki, kəsim məntəqəsində olduqca bahalı soyuducular və digər texniki avadanlıqlar quraşdırılmışdır. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Qida Təhlükəsizliyi Agentliyinin 25 iyun 2020-ci il tarixdə 04-02 nömrəli kəsim məntəqəsində keçirilən tədbir zamanı orada texniki avadanlıqlara nəzarət məqsədilə gələrək olmuş, lakin bundan əvvəl hevanların kəsilməsində və ətin emalında, satışa hazırlanmasında iştirak etməmiş, bu fəaliyyətlə Məhkum1 və orada olan fəhlələr məşğul olmuşlar. Hazırki iş üzrə məhkum olunmuş Məhkum4 məhkəmə iclasında göstərmişdir ki, o, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu direktorunun 14 noyabr 2019-cu il tarixli K/507 nömrəli əmrinə əsasən həmin İnstitutun Analitik Ekspertiza Mərkəzinin Bərdə Regional Sınaq laboratoriyasının Ağcabədi rayonu 1 saylı qida təhlükəsizliyi nəzarət məntəqəsinə baytar həkimi vəzifəsinə qəbul olunmuş və onun vəzifəsinə təhkim olunduğu Ağcabədi rayonu Xocavənd kəndində yerləşən 01 və 02 saylı Kəsim m əntəqələrində iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsilməsi prosesinə nəzarət etmək, heyvanların sağlamlığına əmin olduqdan sonra kəsilməsi və satışa və ya bişirilməyə göndərilməsi üçün razılıq vermək, bununla bağlı müvafiq ekspertiza rəyi və sınaq protokolu tərtib etməkdən ibarətdir. Baytar həkim kimi xidməti vəzifəsinə həmçinin mülkiyyət formasından asılı olmayaraq heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarət aparılan bütün bazarlarda və ət kəsim məntəqələrində dövlət baytarlıq nəzarətinin aparılması, dövlət baytarlıq nəzarətində olan yüklərin onlara verilən baytarlıq sənədlərinə uyğunluğunu yoxlamaq, insan sağlamlığına zərər verə bilən heyvan mənşəli məhsullara və xammala qanunla müəyyən edilmiş qaydada baxış keçirmək, heyvan mənşəli məhsullardan və xammaldan qanunve riciliklə müəyyən edilmiş qaydada nümunə götürüb laboratoriyalarda baytarlıq ekspertizasını keçirtmək, baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktı təqdim etmək və ya məhsulun üzərində nişan qoymaq, insan sağlamlığı üçün təhlükəli olan heyvanların, heyvan mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar qəbul etmək, təlimata uyğun olaraq müayinəni təşkil etmək və diqqətli aparmaq, keyfiyyətini yoxlamaq aid olmuşdur. 01 və 02 saylı kəsim məntəqələrində kəsimə gətirilmiş bütün heyvanların şəxsən vizual baxışını və termometrik müayinəsini keçirmiş, əksər vaxtı heyvanlardan və heyvan mənşəli məhsullardan qanunvericiliklə müəyyən edilmiş qaydada nümu nə götürüb laboratoriyalarda baytarlıq ekspertizasını və digər müayinələri keçirsə də, işi çox olan zamanlarda isə heyvanlarda gözlə görünən xəstəlik əlaməti və ya temperatur olmadığı təqdirdə laborator müayinəni və ekspertizanı keçirməmişdir. Baytar-həkim işlədiyi dövrdə nə 1, nə də ki, 2 nömrəli kəsim məntəqələrində ölü və ya aqoniya vəziyətində və açıq-aşkar xəstəliyi olan, o cümlədən açıq-aşkar qızdırmalı heyvanların kəsiminə icazə verməmiş, həmin qəbildən olan heyvanların ət məhsullarının üzərinə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun möhrünü vurmamışdır. 23-25 iyun 2020-ci ildə 04-02 nömrəli kəsim məntəqəsində kəsimi icra olunmuş 27 baş iribuynuzlu heyvanın hər birinə özü ilə yanaşı laborant Məhkum3 tərəfindən də vizual baxış aparılmış və termometrik müayinə keçirilmişdir. Həmin heyvanlardan hər hansı biri nə açıq-aşkar, xəstə, nə ölü, nə aqoniya halda, nə də ki, qızdırmalı olmamışdır. Bu səbəbdən kəsimə icazə vermiş və ət məhsullarının üzərinə Qida Təhlükəsizliyi İnstitutunun 04-07 nömrəli «Bişirmə» möhürü vurulmuşdur. Lakin həmin vaxt iş çoxluğu, o cümlədən 27 baş iribuynuzlu heyvanda açıq-aşkar xəstəlik əlaməti və temperatur olmadığı üçün hevanlardan və ət məhsullarından laborator müayinə və ekspertiza aparılması üçün nümunələr götürməmişlər. Yalnız vizual baxışın və termometrik müayinənin nəticəsinə əsaslanmaqla kəsimə və satışa icazə vermişlər. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analtik Ekspertiza Mərkəzinin Mərkəzi Baytarlıq laboratoriyası tərəfindən tərtib olunmuş 27 iyun 2020-ci il tarixli 1028 nömrəli sınaq protokolu əsasında həmin İnstitutun El mi-Tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin Heyvan xəstəliklərinin və heyvan mənşəli məhsulların tədqiqi sektoru tərəfindən tərtib edilmiş həmin tarixli rəydə kəsim məntəqəsindən 25 iyun 2020-ci ildə götürülmüş müayinənin nəticələrinə əsasən 27 baş iribuynuzlu ət məhsullarının xəstə, ölmüş və ya aqoniya halda məcburi kəsilmiş heyvan əti olması qeyd olunsa da, bu hal Qida Təhlükəsizliyi Agentliyinin 28 iyul 2021-ci il tarixli 3/15-2862 nömrəli məktubla verdiyi rəyə əsasən təkzib olunur. Belə ki, sonuncu rəyə əsasən ətin sağlam, xəstə yaxud ölmüş heyvana məxsus olmasını müəyyən etmək mümkün olmamış, mənşəyi mal əti olan məhsulun tərkibində “E.Coli C157” bakteriyasının olması səbəbilə sözügedən məhsulun istehlak üçün yararsız olduğu müəyyən edilmiş, nümunə orqanoleptik və fiziki-kim yəvi göstəriciləri texniki normativ sənədlərin tələblərinə uyğundur, pH-ı norma daxilindədir (5,6) və ət təzədir. Məhkəmə iclasında Məhkum3 da Məhkum4 ifadələrinə uyğun ifadələr vermiş və o, da qeyd etmişdir ki, 23-25 iyun 2020-ci ildə 04-02 nömrəli kəsim məntəqəsində kəsimi icra olunmuş 27 baş iribuynuzlu heyvanın hər birinə özü ilə yanaşı baytar həkim Məhkum4 tərəfindən də vizual baxış aparılmış və termometrik müayinə keçirilmişdir. Həmin heyvanlardan hər hansı bir nə açıq-aşkar xəstə, nə ölü, nə aqoniya halda, nə də ki, qızdırmalı olmamışdır. Bu səbəbdən kəsimə icazə vermiş və ət məhsullarının üzərinə Qida Təhlükəsizliyi İnstitutunun 04-07 nömrəli «Bişirmə» möhürü vurulmuşdur. Lakin həmin vaxt iş çoxluğu, o cümlədən 27 baş iribuynuzlu heyvanda açıq-aşkar xəstəlik əlaməti və yüksək hər arət olmadığı üçün hevanlardan və ət məhsullarından laborator müayinə və ekspertiza aparılması üçün nümunələr götürülməmiş və o, və Məhkum4 yalnız vizual baxışın və termometrik müayinənin nəticəsinə əsaslanmaqla kəsimə və satışa icazə vermişlər. Məhkum1 və bəraət almış Məhkum2 ifadələrinə uyğun, məzmunca eyni ifadələri ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahidlər X38, X31, X39, X28, X29, X35, X31, X32, X30, X26, X23 da vermiş və hər birisi ayrıayrılıqdan qeyd etmişlər ki, kəsim məntəqəsində 23-25 iyun 2020-ci il tarixlərdə kəsilmiş halda aşkar olunmuş 27 baş iribuynuzlu heyvanın hər biri məntəqəyə diri və normal halda gətirilmiş, həmin heyvanlar yaşlı və arıq olsalar da, onların arasında ölü və canverən vəziyyətdə olan heyvan olmamış, heyvanlarda h ər hansı xəstəliyin gözlə görünən əlamətləri müşahidə edilməmişdir. Cinayət işinə birinci instansiya məhkəməsində baxxılarkən keçirilmiş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analtik Ekspertiza Mərkəzinin 28 iyul 2021-ci il tarixli 3/152862 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş təkrar kompleks məhkəmə-fiziki, kimyəvi və bioloji ekspertizasının rəyinə əsasən tədqiq edilən ət məhsulu nümunələri mal ətinə məxsusdur. Aparılan tədqiqatın nəticələrinə əsasən təqdim edilən ətin sağlam, xəstə yaxud ölmüş heyvana məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd edilən sual məhsulun istehlak üçün yararlı olub-olmamasının müəyyən edilməsi məqsədi daşıyırsa, bununla bağlı bildirilmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 2020-ci il tarixli 3 noyabr tarixl i 19 nömrəli Kollegiya Qərarı ilə təsdiqlənmiş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”na uyğun olaraq, mənşəyi mal əti olan məhsulun tərkibində “E.Coli C157” bakteriyasının olması səbəbilə sözügedən məhsulun istehlak üçün yararsız olduğu müəyyən edilmişdir. Nümunə orqanoleptik və fiziki-kimyəvi göstəriciləri texniki normativ sənədlərin tələblərinə uyğundur, pH-ı norma daxilindədir (5,6) və ət təzədir. Bakterioloji müayinə nəticəsində mənşəyi mal əti olan məhsulun tərkibində “E.Coli 0157” bakteriyasının olması səbəbilə sözügedən məhsul texniki normativ sənədlərin tələblərinə uyğun deyil. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-fiziki, kimyəvi və bioloji ekspertizası ilə bağlı tərtib olunmuş 19 yanvar 2022-ci il tarixli 7/1206 nöm rəli ekspert rəyindən göründüyü kimi, tədqiqata təqdim olunmuş üzərində “mal əti Xocavənd” yazıları olan 2 (iki) paketdəki ət məhsulu iribuynuzlu heyvan (İBH) növünə aiddir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev tərəfindən tərtib edilmiş 3/15-3871 №-li 05 oktyabr 2021-ci il tarixli rəyə əsasən qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydalarının 6,4 və 6.5-ci bəndlərinə, o cümlədən 70 C0 (dərəcədən) yüksək temperatura məruz qaldığı halda E.Coli bakteriyasının məhv olduğuna dair elmi məlumatlara əsasən, dondurulmuş mal əti məhsulunun yalnız insan istehlakı üçün nəzərdə tutulan digər qida məhsullarının xammalı olaraq istifadəsi mümkündür. Məhkəmə kollegiyası iş üzrə toplanmış başqa sübutlarla təkzib Məhkum 1, Məhkum2, Məhkum4, Məhkum3 və şahidlərin ifadələrini nəzərdən keçirərək qeyd edir ki, heyvanlara vizual baxış keçirilərkən onların ət məhsullarının istehlaka yararsız olması toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla müəyyən edilməmiş və kəsim icra olunmamışdan əvvəl Məhkum1 bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun məsul əməkdaşlarına – hazırki iş üzrə məhkum olunmuş Məhkum4 və Məhkum3 məlumat vermiş, həmin şəxslər də heyvanlara vizual baxış keçirib kəsimə və ət məhsulunun satışına icazə vermişlər. Bu sübutlardan görünən odur ki, Məhkum1 27 baş iribuynuzlu heyvanın kəsimini, emalını və satışını dövlət nəzarətindən gizli və kənar realizə etməsi, nəticə etibarı ilə isə - keyfiyyətsiz ət məhsulunu satışa buraxmaqla istehlakçıları aldatmaq niyyətində olmamışdır. İş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərfli və obyektiv araşdırılmış digər sübutlar, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəyləri həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin hökmlərində ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda bu sübutları bir daha təkrarən təsvir etməyə ehtiyac görmür və qeyd edir ki, həmin sübutlara apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilməklə yanaşı onların hər birisinə və məcmu qaydada əsaslandırılmış qiymət verilmiş, bu sübutların əksəriyyətinin toplanması və araşdırılması zamanı onların qəbuledilənliyini istisna edən, CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsi müəyyən olunmamış və həmin məhkəmə çıxardığı hökmdə məhz bu sübutlara əsaslanmışdır. İşə baxılması zamanı dövlət ittihamçıları, o cümlədən kassasiya protestinin müəllifi araşdırılmış sübutlardan hər hansı birinin, o cümlədən Məhkum1 və Məhkum2 cinayət təqibinin bütün mərhələlrində verdikləri eyni məzmunlu ifadlələrinin yolverilməz sübut olması və onların sübutlar siyahısından xaric edilməsi barədə iddialarla məhkəmələrə müraciət etmədiklərindən apellyasiya instansiyası məhkəməsi də yalnız ət nümunələrinin götürülməsi zamanı CPM-nin tələblərinin pozulmasını qeyd edərək bu nümunələr üzrə aparılmış tədqiqatın nəticələrinə dair verilmiş rəyi yolverilməz sübut kimi qiymətləndirmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası cinayət işinin materiallarına istinad edərək qeyd edir ki, 25 iyun 2020-ci il tarixdə "xxxx" MMC-nin 04-02 nömrəli kəsim məntəqəsində baxış keçirildikdən sonra Azərbaycan R espublikası Baş Prokurorluğunun nümayəndəsi tərəfindən müvafiq tədqiqatın aparılması üçün məntəqədə emal olunmuş ət məhsullarının nümunələri (24 kq çəkidə 70 hissə) götürülmüş, lakin fakt üzrə cinayət işi başlanmadığından nümunələrin götürülməsi haqqında CPM-nin 267-ci maddələrinin tələblərinə uyğun protokol tərtib olunmamış, bununla belə həmin nümunələrin yay fəslində, isti hava şəraitində hansı şəkildə Ağcabədi rayonundan Bakı şəhərinə aparılması, ət nümunələrinin götürmə zamanı olan xüsusiyyətlərinin, keyfiyyətinin qorunub-saxlanılması üçün tədbirlərin görülüb-görülməməsi, bundan sonra da, yəni tədqiqata təqdim olunana qədər hansı şəraitdə saxlanılması iş materialları ilə müəyyən edilmir. Buna baxmayaraq, isti havada xarab olması istisna edilməyən həmin ət nümunələri iş materialları ilə müəyyən olunmamış naməlum şəraitdə saxlanıldıqlan sonra onların keyfiyyəti üzrə tədqiqatın aparılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Analtik Ekspertiza Mərkəzinin Mərkəzi Baytarlıq laboratoriyasına təqdim olunmuş və həmin laboratoriya tərəfindən aparılmış tədqiqatın nəticələrinə əsasən tərdib olunmuş 27 iyun 2020-ci il tarixli 1028 nömrəli sınaq protokoluna və həmin protokola əlavə edilmiş rəyə görə 70 hissədən ibarət ət nümunələindən 63 hissəsinin qida üçün yararsız, ölmüş və ya aqoniya vəziyyətində, yaxud da xəstə iribuynuzlu heyvana məxsus olması müəyyən edilmiş, lakin ətin həqiqətən belə heyvanlara məxsus olmasını təsdiq edən heç bir hala istinad olunmamışdır. Bundan sonra ibtidai araşdırma zamanı kompleks məhkəmə-fiziki, kimyəvi və biolorji ekspertizası təyin olunaraq həmin ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, lakin Mərkəz tərəfindən 30 iyul 2020-ci il tarixli 6/1229-7/397 saylı rəydən görünür ki, ekspertizanın keçirilməsi üçün ekspertlərə yalnı ekspertizanın təyin edilməsi haqqında qərar və 27 iyun 2020-ci il tarixli qərar təqdim olunmuş, ət nümunələri onlara təqdim edilməmiş və rəyin nəticələri də yalnız qeyd olunan sənədlərə əsasən verilmişdir. Bununla belə, ibtidai araşdırma orqanı tərəfindən 27 iyun 2020-ci il tarixli sınaq protokolu və göstərilən ekspertiza rəyi əsas götürülərək Məhkum4 və Məhkum3, hər birisinə qarşı onların 23-25 iyun 2020-ci il tarixdə Məhkum1 icarəyə götürərək işlətdiyi kəsim məntəqəsində ölü və aqoniya vəziyyətində olan hevanların kəsi minə icazə vermələrinə, yəni faktiki olaraq qəsdən cinayət törətmələrinə görə ittiham irəli sürülməmiş və onların kəsilən heyvanları lazımi qaydada, öz vəzifəl səlahiyyələrinə uyğun olaraq yoxlamadan, labortariya tədqiqatı aparmadan onların kəsiminə və sonradan ət məhsulllarının satışına icazə vermələri səhlənkarlıq cinayəti kimi qiymətləndirilərək CM-nin 314.1-ci maddəsi ilə tövsif edilmişdir. Bu nəticənin əksinə olaraq, Məhkum1 qarşı ölmüş və aqoniya vəziyyətində olmuş, habelə xəstə hevanların kəsimini həyata keçirdiyinə və belə heyvanların ətini emal edərək satışa hazırlamasına, Məhkum2 qarşı isə bu əməlləri törətməkdə ona köməklik göstərməsinə görə ittiham irəli sürülmüşdür. Təsvir edilənlərdən görünən odur ki, bir tərəfdən Məhkum1 və Məhkum2, digər tərəfdən Məhkum4 və Məhkum3 qarşı irəli sürülmüş ittihamlar biri-birinə zidd olmuş, Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş ittiham üzrə cinayət törətmələrini təsdiq edən mötəbər sübutlar isə həm ibtidai arşdırma zamanı, həm də məhkəmə iclaslarında əldə olunmamışdır. Məhkəmə kollegiyasının qənaətincə, apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq araşdırılmış sübutlara əsaslanıb Məhkum1 qarşı CM-nin 29,200.2.3 və 308.1ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsinə, Məhkum2 qarşı isə həmin cinayətlərdə köməkçi qismində iştirak etməsinə görə irəli sürülmüş ittihamları əsassız və qanunsuz hesab etmiş və işin faktiki hallarını belə müəyyən etmişdir ki, Məhkum1 10 yanvar 2012-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ********** vergi ödəyicisinin eyniləş dirmə nömrəsi ilə ət məhsullarının emalı və satışı ilə bağlı ticarət sahəsində fərdi sahibkar qismində dövlət qeydiyyatına alınmaqla "xxxx" MMC-nin təmsilçisi ilə xx.xx.2020-ci il tarixdə bağladığı 3 nömrəli icarə müqaviləsinə əsasən 1 il müddətə həmin Cəmiyyətin Ağcabədi rayonu Xocavənd kəndində yerləşən 04-02 nömrəli kəsim məntəqəsini icarəyə götürməklə həmin icarə müqaviləsinin tələblərinə və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən yeyinti məhsulunun insanların istifadəsinə yararlı olmasına zəmanət verən orqanaleptik, fiziki və kimyəvi xüsusiyyətlərinə, habelə insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərə uyğunluğuna, yəni minimum keyfiyyətliliyi və təhlükəsizliyinə əməl edilməsi öhdəliyi daşıyan, müqavilələr bağlamaq və onlara dəyişiklik etmək, xitam vermək, müqavilə tələblərindən irəli gələn öhdəliklər götürmək və həmin öhdəliklərə görə məsuliyyət daşımaq, ayrı-ayrı şəxslərin xidmət göstərilməsinə cəlb edilməsi və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs kimi işinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməklə, yəni 04-02 nömrəli kəsim məntəqəsinə təhkim olunmuş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspert iza Mərkəzinin Bərdə Regional Sınaq laboratoriyasının Ağcabədi rayonu 2 saylı qida təhlükəsizliyi nəzarət məntəqəsinin laborantı Məhkum3 və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Bərdə Regional Sınaq laboratoriyasının Ağcabədi rayonu 1 saylı qida təhlükəsizliyi nəzarət məntəqəsinin baytar həkimi Məhkum4 23-25 iyun 2020-ci il tarixlərdə Respublika ərazisində yerləşən mal-qara bazarlarından, o cümlədən X15, X24, X16, X19, X11, X14 və məlum olmayan digər şəxslərdən alınıb və 04-02 nömrəli kəsim məntəqəsinə gətirilmiş iribuynuzlu heyvanların infeksion və invozion xəstəliklərdən və zəhərlənmələrdən qorumaq məqsədi ilə nümunələr götürüb laboratoriyada müvafiq AZS, QOST və digər beynəlxalq normativ metodl ara əsaslanan orqanoleptik, limunoskopik, fiziki-kimyəvi, bakterioskopik və parazitoloji müayinələri habelə, qanunla müəyyən edilmiş qaydada baxış keçirib nümunə götürərək laboratoriyalarda baytarlıq ekspertizasını aparmadan, yalnız vizual baxış keçirilməklə və termometrik müayinə icra etməklə kifayətlənib kəsimə icazə və Qida Təhlükəsizliyi İnstitutunun 04-07 nömrəli «Bişirmə» möhürünün hissələrə ayrılmış bütün ət məhsullarının üstünə vurduqlarını gördüyü və bildiyi halda, həmin məhsulların insanların istifadəsinə yararlı olmasına cavabdehlik daşımasına baxmayaraq, Məhkum3 və Məhkum4 qeyd olunan hərəkətsizliklərinə əhəmiyyət verməmiş və sonuncuların bütün qaydalara riayət etməsi istiqamətində tədbir görməmiş, nəticədə sonradan ət məhsullarından götürülmüş nümunələr əsasında keçirilmiş müa yinələrlə orqanoleptik əlamətlərinə, pH göstəricisinə, təzəlik kriteriyalarına görə normalara cavab verməyən, QOST 7269-99, QOST 23392-2016 standartının tələblərinə uyğun olmayan, iribuynuzlu heyvanlara məxsus istehlak üçün yararsız olduğu müəyyən olunan 6890 kiloqram keyfiyyətsiz ət məhsulunu mülki dövriyyəyə buraxmaqla dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2 istinad edilən əməllərinin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının onlara elan olunmuş hər bir ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil a parılmalıdır. İş materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanı və onunla razılaşan birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 əməli CM-nin 29, 200.2.3 və 308.1-ci maddələri, Məhkum2 əməli isə qeyd olunan cinayətdə iştirakçılıqla, yəni həmin Məcəllənin 32.5, 29, 200.2.3 və 32.5, 308.1-ci maddələri tövsif edilmişdir. CM-nin 200.1-cü maddəsinə əsasən, istehlakçıları aldatma dedikdə mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda, CM-nin 200.2.3-cü maddəsinə görə isə bu əməlləri törətməklə istehlakçıları klli miqdarda aldatma başa düşülür. CM-ni n 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət isə obyektiv cəhətdən vəzifə səlahiyyətlərindən sui-istifadədə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsində və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsində və bunun nəçticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunur. Maddi hüquq normalarının bu tələblərini nəzərə almayan ibtidai araşdırma orqanı Məhkum1 CM-nin 29,200.2.3-cü maddələri ilə ittiham elan edərkən, birinci instansiya məhkəməsi isə həmin ittihamla razılaşaraq onu göstərilən maddəl rələ təqsirli bilərkən Məhkum1 malın keyfiyyətinə dair istehlakçıları külli miqdarda aldatmaq niyətində olmasını və onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini sözlə ifadə etsələr də, bu cinayətlərin, yəni istehlakçıları aldatmanın və vəzifə səlahiyyətlərindən sui-istifadənin hansı əməllərdən ibarət olmasını ifadə və ya təsvir edə bilməmiş, eləcə də, həmin halları təsdiq heç bir sübuta istinad etməmişlər. Halbuki, məhkəmə kollegyiası yenə də təkralamağı lazım bilir ki, iş üzrə toplanmış sübutlara əsasən, vəzifəli şəxs Məhkum1 23-25 iyun 2020-ci il tarixlərdə 04-02 nömrəli kəsim məntəqəsində kəsimi icra olunmuş diri və aqoniya halda olmayan 27 baş iribuynuzlu heyvanı ayrı-ayrı şəxslərdən alaraq məntəqəyə gətirmiş, kəsim icra olunmamışdan əvvəl bu barədə Azərbaycan Qida Təhlükəsizli yi İnstitutunun məsul əməkdaşları – baytar həkim Məhkum4 və laborant Məhkum3 məlumat vermiş, həmin şəxslər məntəqəyə gələrək hər bir heyvana şəxsən vizual baxış və termometrik müayinə keçirməklə kəsimə, daha sonra əldə olunmuş ət məhsullarına vizual baxış keçirib Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 04-07 nömrəli «Bişirmə» möhürü vurmaqla məhsulun satışına icazə vermişlər. İşin müəyyən olunmuş bu faktiki hallarından çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum1 icarəyə götürüb işlətdiyi kəsim məntəqəsində 27 baş iribuynuzlu heyvanın kəsiminə və satışına həmin İnstituta məxsus möhür əksləri icra edilməklə icazə verildiyi halda, onun istehlakçıları aldatmağa cəhd etməsi və onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə nəticəyə gəlmək mümkünsüzdür ona görə ki, araşdırılmış sübutlarla 27 baş iribuynuzlu heyvanın kəsimini, emalını və satışını Məhkum1 dövlət nəzarətindən gizli və kənar həyata keçirməmiş, bütün prosedur mərhələlərdə aidiyyəti dövlət orqanın məsul əməkdaşları iştirak etmiş və proses bütovlükdə onlar tərəfindən izlənilmişdir. Həmçinin istintaqı orqanı aidiyyəti dövlət orqanın məsul əməkdaşları ilə Məhkum1 və Məhkum2 hər hansı bir cinayətkar əlaqəsini sübuta yetirə bilməmiş, bununla bağlı onlara ittiham irəli sürməmişdir. Odur ki, Məhkum1 törətdiyi əməl nə CM-nin 29, 200.2.3-cü, nə də ki CM-nin 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin obyektiv cəhətləri ilə heç cür uzlaşmır. Azərbacan Respubblikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayət qanunvericiliyində təqsirin forması bilavasitə Məcəllənin Xüsusi hissəsindəki normanın dispozisiyasında nəzərdə tutula və ya normanın mətninin şərh edilməsi yolu ilə müəyyən edilə bilər. CM-nin 200.2.3 və 308.1-ci maddələrinin məzmunu və həmin maddələrin sanksiyası belə nəticəyə gəlməyə əsas verir ki, bu maddələrdə nəzərdə tutulmuş cinayət əməlləri subyektiv cəhətdən təqsirin qəsd formasında, o cümlədən birbaşa qəsdlə törədilir. CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa q əsdlə törədilmiş hesab olunur. Qanunda birbaşa qəsdə verilən anlayışda onun aşağıdakı əqli və iradi ünsürləri göstərilmişdir:

1. Şəxs öz hərəkətinin (hərəktsizliyinin) ictimai təhlükəliliyini dərk edir;

2. Yol verdiyi hərəkətin (hərəkətsizliyin) ictimai nəticələr doğuracağını dərk edir;

3. Şəxs həm cinayət sayılan hərəkəti (hərəkətsizliyi) törətməyi, habelə yol verdiyi hərəkətdən (hərəkətsizlikdən) doğacaq ictimai təhlükəli nəticəni arzu edir. Lakin işin müəyyən olunmuş hallarına əsasən 23-25 iyun 2020-ci il tarixlərində 0402 nömrəli kəsim məntəqəsində kəsimi icra olunmuş 27 baş iribuynuzlu heyvanın ölmüş və aqoniya halında olması sübuta yetirilmədiyi təqdirdə Məhkum1 qarşı subyektiv cəhətdən də CM-nin 29, 200.2.3 və 308.1-ci maddələri ittihamın irəli sürülməsi və onun bu ittiham üzrə təqs irli bilinməsi əsassız olmuşdur ona görə ki, açıq-aşkar gözlə görünən xəstəliyi və yüksək hərarəti olmayan heyvanın hər hansı daxili xəstəlik səbəbindən ətinin insan istehlakı üçün yararsız olmasının müəyyən edilməsi Məhkum1 və Məhkum2 deyil, məhz bilavaitə baytar-həkim Məhkum4 və laborant Məhkum3 vəzifəsi olmuşdur. 23-25 iyun 2020-ci il tarixlərdə 04-02 nömrəli kəsim məntəqəsində kəsimi icra olunmuş 27 baş iribuynuzlu heyvana münasibətdə aidiyyəti dövlət orqanının məsul əməkdaşlarının laborator müayinə aparmadan vizual baxış və termometrik müayinə keçirməklə kifayətlənib kəsimə və satışa icazə vermələri, Məhkum1 bu hala hərəkətsiz qalması onu öz əməlinin ictimai-təhlükəli nəticə doğuracağı imkanını dərk etməsini əngəlləmişdir. Başqa sözlə, Məhkum1 aidiyyəti dövlət orqanının məsul əməkdaşl arının açıq-aşkar gözlə görünən xəstəliyi və temperaturu olmayan heyvanın hər hansı daxili xəstəliyi ola bilməməsi haqda rəylərinə inanması onun öz xidməti vəzifəsinin realizəsi imkanından çəkindirmişdir. Bununla da vəzifəli şəxs Məhkum1 öz hərəkət və hərəkətsizliyinin ictimaitəhlükəli nəticə doğuracağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları dərk etməmiş və ya görməmişdir. Azərbaycan Respublikası Konstituiıya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli qərarına əsasən, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsində göstərilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Lakin vəziyyəti fərqli olan subyektlər üçün hüquq və vəzifələrin mütləq bərabərliyi ola bilməz. Bərabərlik hüququna əsasən vəziyyəti fərqli olan subyektlər üçün eyni tənzimləmə tətbiq edilə bilməz. Eyni zamanda bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıy ır. Məhkəmə kollegiyası Konstıtusiya Məhkəməsı Plenumunun qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, işin müəyyən olunmuş eyni faktiki hallarının mövcudluğu halında eyni hadisəyə görə eyni vəziyyətdə olan şəxslərə ağlabatan mütənasiblik olmadan fərqli hüquqi mövqe sərgilənməsi bərabərlik hüququnun pozulması ilə nəticələnmişdir. Yuxarıda qeyd olunduğu kimi, bu hüquqi mövqeyə zidd olaraq ibtidai araşdırma orqanı və onunla razılaşan birinci instansiya məhkəməsi heç bir fərqləndirici meyar və əsas olmadığı halda, baş vermiş hadisəyə münasibətdə Məhkum4 və Məhkum3 əməllərini ehtiyyatsızlıqdan törədilən cinayət kimi, yəni CM-nin 314.1-ci maddəsi ilə, Məhkum1 əməlini isə birbaşa qəsdlə törədilən cinayət kimi, yəni CM-nin 29, 200.2.3 və 308.1-ci maddələri ilə tövsif etmişlər. Halbuk i işin müəyyən olunmuş hüquqi əhəmiyyət kəsb edən faktiki hallarına əsasən baytar həkim Məhkum4 və laborant Məhkum3 bilavasitə nəzarəti altında, daha doğrusu onların hər bir heyvana vizual baxış və termometrik müayinəsindən sonra verdikləri icazəyə əsasən 23-25 iyun 2020-ci il tarixlərində 04-02 nömrəli kəsim məntəqəsində 27 baş iribuynuzlu heyvanın kəsimi icra olunmuş və yalnız bundan sonra həmin şəxslər Qida Təhlükəsizliyi İnstitutunun 04-07 nömrəli «Bişirmə» möhürünün hissələrə ayrılmış bütün ət məhsullarının üstünə vurmaqla satışa icazə vermişlər. Sonradan həmin ət məhsullarının insan istehlakı üçün yararsızlığının müəyyən olunması hər hansı mütəxəssisin vizual baxışına deyil, aparılmış laborator müayinə və ekspertiza tədqiqatının nəticəsinə əsaslanmışdır. Belə olan halda həmin sahənin bilavasitə mütəxəssisi olan baytar həkim Məhkum4 və laborant Məhkum3 23-25 iyun 2020-ci il tarixlərində 04-02 nömrəli kəsim məntəqəsində kəsimi icra olunmuş 27 baş iribuynuzlu heyvana və onların ət məhsullarına vizual baxış keçirməklə həmin məhsulların insan istehlakı üçün yararsızlığını müəyyən edə bilmədikləri halda, Məhkum1 həmin halı, yəni ətin yararsızlığını müəyyən edə bilməsi tamamilə mümkünsüz olmuşdur. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Məhkum1 ictimai təhlükəli əməli ondan ibarət olmuşdur ki, o, həmin məhsulların insanların istifadəsinə yararlı olmasına cavabdehlik daşımasına baxmayaraq, Məhkum3 və Məhkum4 yuxarıda bəhs olunan hərəkətsizliklərinə əhəmiyyət verməmiş və sonuncuların açıq-aşkar gözlə görünən xəstəliyi və tempera turu olmayan heyvanın hər hansı daxili xəstəliyi ola bilməz fikri ilə kifayətlənməklə onların bütün qaydalara riayət etmələri istiqamətində tədbir görməmişdir. CM-nin 26.3-cü maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Ehtiyatsızlığın növü kimi etinasızlıq üç əlamətlə xarakterizə olunur:

1. Şəxs öz hərəkət və hərəkətsizliyinin ictimai – təhlükəli nəticə doğuracağı imkanını dərk etmir;

2. Belə nəticələri görmək şəxsin vəzifəsi sayılır;

3. Şəxsin kriminal nəticələri görmək və qarşısını almaq imka nı olur. Qanunun qeyd olunan normasının işığında məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, Məhkum1 baş vermiş hadisəyə münasibətdə onun psixi münasibəti ehtiyatsızlıq formasında olmuş və onun hərəkətləri CM-nin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin həm obyektiv, həm də subyektiv cəhətləri ilə tam uzlaşdığından həmin əməlləri bu maddə ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası Məhkum2 əsassız olaraq CM-nin 32.5,29, 200.2.3 və 32.5, 308.1-ci maddələri ilə bəraət verilməsi haqqında kassasiya protestinin dəlillərinə cavab olaraq ilk növbədə qeyd edir ki, CM-nin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Cinayət Qanunun bu normasının tələbində n və mənasından belə nəticə hasil olur ki, ehtiyyatsızlıqla törədilən cinayətlərdə iştirakçılığın mümkünlüyü istisna edilir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq hesab etmişdir ki, Məhkum1 araşdırılmış sübutlara əsasən ehtiyatsızlıqdan cinayət əməli, yəni CM-nin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyindən, hər hansı şəxsin, o cümlədən Məhkum2 həmin cinayətin törədilməsində köməkçi qismində iştirak etməsi barədə nəticəyə gəlmək yolverilməzdir, Məhkum2 ona qarşı irəli sürülmüş ittiham daxilində hər hansı cinayət xarakterli əməli törətməsində təqsirli olması isə sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin bütün dəlillərini qəbul edilməz sayaraq belə nəticəyə gəlir ki, Məhkum1 törətdiyi əməlin CM-nin 314.1-ci maddəsi ilə tövsif edilməsi, Məhkum2 isə ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilmədiyinə görə bəraət verilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 okytabr 2022-ci il tarixli hökmü qanuni və əsaslıdır, həmin hökm ehtimallara və mülahizələrə deyil, araşdırılmış sübutlara əsasən çıxarılmışdır və onun ləğv edilməsi, cinayət işinin isə yeni apellyasiya baxışına təyin olunması üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq müqavilələrin, maddi və prosessual hüquq normalarının tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun öz Qərarlarında məhkəmələrə ünvanladığı izah və tövsiyələrə də uyğundur. Belə ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci madd əsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2 və 21.3-cü maddələrinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görün ür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.21-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və d igər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla apar ıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi apa ran orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın pr edmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutlar ın məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı ”İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən ist isna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdırİnsan Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effekt ivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ci ddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kif ayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin v ə Avropa Məhkəməsinin bir sıra məsələlər üzrə verdikləri şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında tərəflərin təqdim etdikləri mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Həmçinin nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Məhkəmə kollegiyası bütün qeyd olunanları bir daha təhlil edərək belə qənaətə gəlir ki, apell yasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, yəni Məhkum2 ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi və Məhkum1 əməlinin CM-nin 314.1-ci maddəsi ilə tövsif edilməsi heç bir şübhə doğurmadığından və məhkəmənin müəyyən etdiyi faktiki halların məcmusu ilə təkzib edilmədiyindən, kassasiya protestinin bu məsələlərə dair dəlilləri əsassızdır və buna görə də həmin protestin təmin edilməsi mümkünsüzdür. Təsvir edilənlərdən çıxış edib kassasiya protestinin bütün dəlillərini qəbul edilməz sayan məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinin tələblərinin pozulmasına yol verilməsini müəyyən etməyərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun və həmin protestin təmin edilməməsi haqda bəraət almış şəxs Məhkum2 və onun müdafiəçisi O.R.Kəngərlinin çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli, Məhkum2 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 32.5, 29, 200.2.3 və 32.5, 308.1-ci maddələri ilə bəraət verilməsinə və Məhkum1 CM-nin 314.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli hökmü isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kolleg iyası Q Ə R A R A A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 29, 200.2.3 və 32.5, 308.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar