Məhkəmə qərarları › İş №1(102)-989/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-989/2023

18.05.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-989/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qəra rı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1970-ci il tarixdə Astara rayonunun Pəlikəş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Astara rayonunun Pəlikəş kəndində qeydiyyatda olmaqla yaşamışdır

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qanunsuz yolla qazanc əldə etmək üçün şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşm aya və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikası vətəndaşının vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirdikləri narkotik vasitəni Astara rayonunda qanunsuz olaraq əldə edəcəyinə əvvəlcədən razılaşdıqdan sonra razılaşdıqları kimi İran İslam Respublikasının vətəndaşı Astara rayonunun Sım kəndi ilə sərhədində qoyduğu ümumi təmiz çəkisi 5385,0 qram olan külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq Astara rayonunun Sım kəndində yerləşən meşəlik əraziyə gətirib bir ədəd sellofan torbada satış məqsədi ilə saxlamış, 07 iyul 2021-ci ildə saat 13 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən Astara rayonunun Sım kəndində yerləşən dağlıq meşə ərazisində narkotik vasitəni gizlətdiyi yerə b axış keçirilərkən meşə ərazisində yol kənarında olan kəsilmiş ağac kötüyünün arxa alt hissəsində gizlətdiyi yuxarıda göstərilən çəkidə və bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən C.C.Nəbiyev, hakimlər C.Ş.Səfərli və M.V.Məmmədovdan ibarət tərkibdə) 05 aprel 2022-ci il tarixli 1(099)41/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla, cinayətlərin məcmusu üzrə ona qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 07 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir.

4. Hökmdən Məhkum və müdafiəçisi X5 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Məhkum apelyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022ci il tarixli hökmünün ləğv edilməsi və barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkumun müdafiəçisi verdiyi apelyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsini və məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən R.M.Cəfərov, hakimlər E.İ.Əliyev və Z.M.Allahyarovdan ibarət tərkibdə) 15 iyul 2022-ci il tarixli, 1(106)558/2022 saylı qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) il həddinədək azaldılmış, Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddələri ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə toplanmaqla ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilm işdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri

7. Məhkum kassasiya şikayətində qeyd edir ki, məhkəmələr tərəfindən cəza təyin edilərkən onun səmimi peşmançılığı, ailəli olması və himayəsində bir azyaşlı övladının olması faktları nəzərə alınmamış, bu səbəbdən, daha aşağı hədd çərçivəsində cəza təyin edilməsi mümkün olduğu halda məhkəmə tərəfindən 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan əlavə, kassasiya şikayətinin müəllifi tərəfindən istintaq zamanı bütün faktların ətraflı araşdırılmaması və hüquqi baxımdan qiymətləndirilməməsi vurğulanmışdır. Buna əsasən, məhkum kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 15 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini və barəsində daha yüngül cəza təyin olunmasını xahiş etmişdir. III. Hüquqi məsələlər

8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

9. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qə bul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

10. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

11. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

12. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona daha yuxarı dərəcə cəza həddindən daha aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur, həmçinin istintaq zamanı bütün faktların ətraflı araşdırılmaması və hüquqi baxımdan qiymətləndirilməməsi qeyd edilir. Məhkum kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

13. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəs inin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2022-ci il tarixli, 1(106)-558/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

14. Kassasiya məhkəməsi ilkin olaraq, məhkumun əməlinin tövsifi ilə bağlı məslələrə qiymət verməyi zəruri hesab edir.

15. İttiham aktına, həmçinin birinci instasniya məhkəməsinin gəldiyi və apelyasiya məhkəməsiniun razılaşdığı işin faktiki halları üzrə qənaətinə əsasən, o, qanunsuz yolla qazanc əldə etmək üçün şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqm alçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkər niyyətə uyğun olaraq İran İslam Respublikası vətəndaşının vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirdikləri narkotik vasitəni Astara rayonunda qanunsuz olaraq əldə edəcəyinə əvvəlcədən razılaşdıqdan sonra, razılaşdıqları kimi İran İslam Respublikası vətəndaşı Astara rayonunun Sım kəndi ilə sərhədində qoyduğu ümumi təmiz çəkisi -5385,0 qram, külli miqdarda narkotik vasitə olan heroini əldə edib, daşıyaraq Astara rayonunun Sım kəndində yerləşən meşəlik əraziyə gətirib, bir ədəd sellofan torbada satış məqsədi ilə saxlamış, 07 iyul 2021-ci ildə saat 13 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mü barizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən Astara rayonunun Sım kəndində yerləşən dağlıq, meşə ərazisində narkotik vasitəni gizlətdiyi yerə baxış keçirilərkən meşə ərazisində yol kənarında olan kəsilmiş ağac kötüyünün arxa alt hissəsində gizlətdiyi yuxarıda göstərilən çəkidə və bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

16. Kassiya məhkəməsi əməlin tövsifi ilə bağlı məsləyə qiymət verərək qeyd edir ki, Məhkum külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və daşıması epizodu ibtidai istintaq zamanı əldə edilən və məhkəmə baxışı zamanı tədqiq edilən sübutlarla tam təsdiqini tapır və heç bir mübahisə doğurmur.

17. Lakin kassasiya məhkməsi hesab edir ki, onun qanunsuz yolla qazanc əldə etmək üçün şəxsiyyəti məlum olmayan İran İslam Re spublikası vətəndaşı ilə külli miqdarda narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, əldə olunmuş razılaşmaya və ümumi cinayətkər niyyətə uyğun olaraq İran İslam Respublikası vətəndaşının vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirilməsi epizodu cinayət işində əks olunmuş sübutlarla təsdiqini tapmır.

18. Belə ki, birinci instansiya məhkəməsi Məhkum məhkəməyədək icraat zamanı verdiyi ifadələrini əsas gətirərək bu qənaətə gəlmişdir.

19. Məhkum məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixli verdiyi ifadəsində İran İslam Respublikası vətəndaşı “Fərşad” adlı şəxsin tutulmamışdan 2 ay əvvəl Astara rayonunun Sım kən di ərazisində yol kənarında kəsilmiş ağacın dibinə qoyduğu bir ədəd sellofan bükümdə narkotik vasitə heroini oradan götürərək meşə ərazisində gizlətdiyini, həmin narkotik vasitənin 07 iyul 2021-ci ildə, saat 13 radələrində polis əməkdaşları tərəfindən aşkar edilərək götürüldüyünü göstərmişdir.

20. Məhkum ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixli ifadəsində qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə saxlanılarkən üzərində narkotik vasitə olmamış, ümumiyyətlə heç vaxt narkotik vasitə əldə etməmiş, gəzdirməmiş, narkotik vasitə polis əməkdaşları tərəfindən ora yerləşdirilmiş, ona edilən psixi və fiziki təzyiqlər nəticəsində etiraf etməyə məcbur olmuşdur. Həmçinin İİR vətəndaşı olan “Fərşad” adlı şəxs barəsində də məlumatı olmadığını bildirmişdir.

21. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Ş.Fətəliyev qeyd etmişdir ki, 2021-ci ilin iyul ayının 6-da kənd ərazisində olan çayxanada olarkən polis əməkdaşları ora gələrək onu polis şöbəsinə aparmış, polis şöbəsində ondan pul istənilmiş, xəstə uşağını görmək məqsədilə onları aldadaraq narkotik vasitələrin evdə olduğunu deyərək onları evinə aparıb evində içində torpaq olan torbanı polis əməkdaşlarına vermiş, polis əməkdaşları həmin torpağı narkotik vasitə kimi qeyd etmiş, polis şöbəsində olarkən torbanın içində torpaq olduğunu bildirərək etiraz etsə də polis əməkdaşları ona təsir-təzyiq göstərib torpağı narkotik vasitə kimi onun izahatına və ifadəsinə yazaraq ona ağır ittihamlar verilmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

22. İttiham aktına və birinci instans iya məhkəməsinin gəldiyi nəticəyə əsasən, Məhkum şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşması, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, əldə olunmuş razılaşmaya və ümumi cinayətkər niyyətə uyğun olaraq İran İslam Respublikası vətəndaşının vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirilməsi epizodu yalnız onun xx.xx.2021ci il tarixli verdiyi ifadəsi əsasında sübuta yetirilmiş hesab edilmiş, bunu təsdiq edən digər sübutlar cinayət işində müəyyən edilməmişdir.

23. Kassasiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 289.3-cü maddəs inə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar öz əksini tapmalıdır.

24. Cinayət işinin materiallarına əsasən, İİR vətəndaşı olan “Fərşad” adlı şəxsin nə vaxt, harada, hansı üsulla sərhəddi qanunsuz olaraq narkotik vasitə ilə keçməsi faktı sübuta yetirilməmişdir.

25. Ümumiyyətlə, Məhkum İİR vətəndaşı olan “Fərşad” adlı şəxslə əlaqəsi olması, onun qanunsuz olaraq narkotik vasitəni daşıyaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirməsi, onlar arasında bu barədə əvvəlcədən razılığın olması faktının mö vcudluğu yalnız Məhkum ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsinə əsaslanmışdır. Bu faktı, xüsusilə, bu ifadəni təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən əldə edilməmişdir.

26. Məhkum ibtidai istintaq və birinci instansiya məhkəməsində sonradan verdiyi bütün ifadələrində bu faktı təkzib etmişdir.

27. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsind ə aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

28. Həmin məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

29. Qeyd olunanlara əsasən, kassasiya məhkməsi qənaətə gəlir ki, Məhkum Azərbaycan Respub likası CM-nin 32.5, 206.2-ci maddəsilə töfsif edilmiş əməli sübuta yetirilməmiş hesab edilməli və bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməlidir. Belə olan halda şəxs Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi verilmiş ittiham ittihamdan, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə aid hisslər hökmdən xaric edilməlidir.

30. Məhkəmə kollegiyası satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma əməli üzrə cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya instansiya məh kəməsi Məhkum ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində heç bir yerdə işləməyən arvadının və yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması hallarını nəzərə alıb ona qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir. 32.Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.3cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 15 iyul 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası CM -nin 32.5, 206.2-ci maddəsinə aid hissədə qismən ləğv edilsin və Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsinə aid hissədə cinayət işi üzrə icraata xitam verilsin. Qərar Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə aid hissədə dəyişdirilsin, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ittihamdan, həmçinin Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə aid müddəalar hökm və qərardan xaric edilsin. Məhkum üzərində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, təyin edilmiş 10 (on) il azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar digər hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar