Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-994/2025 03.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-380/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XXXXX il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, X ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 18 avqust 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, mənfəət olaraq psixotrop maddə əldə etmək müqabilində qeyrisinə məxsus külli miqdarda psixotrop maddələrin satışını həyata keçirəcəyi barədə razılığa gəlib qeyrisinin tapşırığı ilə 18 aprel 2023-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Qaradağ rayonu ərazisindən şəxsiyyəti istintaqa məlum olmayan digəri tərəfindən qoyulmuş külli miqdarda - ümumi təmiz çəkisi 1.085,207 qram olan psixotrop maddə metamfetamini əldə edib hissələrə bölərək bir hissəsini üzərində, qalan hissəsini isə etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, XX-XF-XX dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən 20 aprel 2023-cü il tarixdə, saat 08:30 radələrində xidmətdə olduqları X ünvanında həmin avtomobildə özünü şübhəli aparması səbəbindən saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Nizami rayon Polis İ darəsinin 23-cü Polis Bölməsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcəsinin sol iç cibindən çəhrayı rəngli kiçik ölçülü dəmir qabın içərisində bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,581 qram və həmin qabda dağılmış vəziyyətdə təmiz çəkisi 1,326 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 3,907 qram təşkil edən ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə, saat 10:45-də 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən onun iştirakı ilə idarə etdiyi “Kia Rio” markalı, XX-XF-XX dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilin arxa yük yerində, ehtiyat təkərin yanında üzəri şəffaf yapışqan lentlə ba ğlanmış bağlamada, üzərindən aşkar olunmuş metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, külli miqdarda - təmiz çəkisi 1.081,3 qram təşkil edən psixotrop maddə olan metamfetamin və bir ədəd üzərində metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. 4. 08 sentyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2007/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 08 (səkk iz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-380/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2007/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış dır.
8. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində məhkum özünü qismən təqsirli bildiyini bildirib, verdiyi yazılı və şifahi vəsatətlərin heç birinin məhkəmələrin tərəfindən qəbul edilmədiyini, prosessual hüquqlarının pozuntusuna yol verildiyini, bununla yanaşı iş üzrə mübahisəli məsələlərin onun xeyrinə şərh etmədən qərəzli və obyektiv olmayan qərarlar qəbul edildiyini iddia edərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azə rbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya insta nsiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib konkret tələb irəli sürməsə də, lakin apellyasiya baxışı zamanı verdiyi ifadəsindən və məhkəməyə ünvanlandığı vəsatətdən görünür ki, o, narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmadığını, yalnız 3 qram psixotrop maddəyə sahiblik etdiyini bildirməklə faktiki olaraq törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsini və cəzasının yüngülləşdirməsini xahiş edir, onun xahişi faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımında n səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-380/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsas ən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtər əfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun h üquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri üzrə əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə kassasiya müraciətini əsassız hesab edir.
22. Belə ki, məhkumun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 -cü maddələrində nəzərdə tutulan cinayətin törətmədiyini bildirsə də, onun həmin cinayət əməlini törətməkdə təqsiri özünün ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkumun hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməllərində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkumun cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
25. Məhkəmə kollegiyası məhkəmələrin Məhkuma cəza təyin edilməsi ilə bağlı mövqeyi ilə də razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərar müvafiq maddi və prosessual cinayət-hüquqi normalara uyğundur.
26. Belə ki, Məhkumun təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
27. Məhkəmələr Məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlil ik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq onun özünü qismən təqsirli bilməsini və səmimi peşman olmasını, ilk dəfə məhkum olunmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 234.4.3-cü maddələrinin sanksiyası həddində 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
28. Aşağı instansiya məhkəmələrinin Məhkuma cəza təyininə aid hüquqi mövqeyini təsdiqləyən məhkəmə kollegiyası hesab edir ki, onun barəsində daha yüngül cəzanın təyin edilməsi üçün hər hansı bir əsas yoxdur.
29. Belə nəticəyə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələn dirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-380/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkumun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-380/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.