Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1002/2022 16.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 18.03.1935-ci il təvəllüdlü X4 Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən 40 saylı evdə 23.09.2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş 18.03.1935-ci ilə təvəllüdlü X9 onun anasıdır. X1 23.09.2021-ci il tarixdə vəfat etmişdir. Anası ünvan 1 ünvanında qeydiyyatda olsa da, ahıl yaşlı olduğu üçün onunla birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən 40 saylı evdə yaşamışdır. Belə ki, 23.09.2021-ci il tarixdə anasının vəziyyəti qəfil olaraq pisləşmiş və o, təcili və X5 stansiyasına müraciət etmişdir. Həkim briqadası 40 saylı evə gələnə qədər artıq anası vəfat etmişdir. Bundan sonra ona xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Həmin xəbərdarlıq vəəqəsi ona təqdim edildikdən sonra o, Abşeron rayonu Mərkəzi xəstəxanasına müraciət edərək, mərhum anasına ölüm haqqında şəhadətnamənin verilməsindən rəsmi şəkildə müraciət etmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən 18.10.2021-ci il tarixli 1398 nömrəli məktubda, anasının ölümünün baş vermə səbəbi məlum olmadığından və Abşeron rayon Poliklinkasına hər hansı bir xəstəliklə bağlı müraciət etməyinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmədiyi göstərilmişdir. Daha sonra o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat Şöbəsinə müraciət edərək, anasına ölüm haqqında şəhadətnamə almaq istəsə də, Qeydiyyat Şöbəsi tərəfindən ona 19.10.2021-ci il tarixli imtina məktubu verilərək,məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxslər Binəqədi rayon Qeydiyyat Şöbəsi və Abşeron rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, lakin Binəqədi rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin məhkəməyə gəlmələrini məcburi hesab etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 ifadəsində bildirmişdir ki, o, Ərizəçi ilə ailəvi dostdur. Gülmirənin anası Zərifə 23.09.2021-ci il tarixdə Gülmirə ilə birgə yaşadığı evdə qəflətən insult keçirərək ölmüşdür. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə ailəvi dostdur. Gülmirənin anası Zərifə 23.09.2021-ci il tarixdə Gülmirə ilə birgə yaşadığı evdə qəflətən rəhmətə getmiş və Fatmayı kənd qəbirstanlığında dəfn edilmişdir. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun xalası qızıdır. Mərhum xalası X9 23.09.2021-ci il tarixdə Gülmirə ilə birgə yaşadığı evdə qəflətən rəhmətə getmiş və onu Fatmayı kənd qəbirstanlığında həyat yoldaşının qəbrinin yanında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan İ-ЖГ seriyalı 361291 nömrəli doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, X1dır. İş materiallarında olan AZE seriyalı 05893961 №-li Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X9 18.03.1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyasının 23 sentyabr 2021-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin günü saat 18:00-da ünvan 2 ünvana X4 adına çağırış olmuş, çağırışa gələn həkimlər X4 öldüyünü görmüşlər. İş materiallarında olan Fatmayı Bələdiyyəsi tərəfindən verilmiş 19.10.2021-ci il tarixli arayışdan görünür ki, X9 23 sentyabr 2021-ci il tarixdə Fatmayı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Abşeron rayon Mərkəzi Xəstəxanasının 18 oktyabr 2021-ci il tarixli 1398 №-li məktubundan görünür ki, X4 ölümünün baş vermə səbəbi məlum olmadığından və Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinə hər hansı bir xəstəliklə bağlı müraciət edilmədiyindən, Xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsindən verilmiş 19 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün X7 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 18.03.1935-ci il təvəllüdlü X4 23.09.2021-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 18.03.1935-ci il təvəllüdlü X4 23.09.2021-ci ildə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə 18.03.1935-ci il təvəllüdlü X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1002/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1002/2022
16.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver