Məhkəmə qərarları › İş №2(3-6)-3355/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3355/2026

31.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3355/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, ərizəçi Ərizəçi “ölüm faktının təsdiq edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin “qərardadın izah edilməsi barədə” ##.##.2*26-cı il tarixli *(***)- ****/**** nömrəli qərardadından ərizəçinin vəkili və nümayəndəsi Vəkil şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Məhkəmə icraatı 1.Ərizəçinin xüsusi icraat qaydasında verdiyi ərizədə iki şəxsin ölüm faktının müəyyən edilməsi xahiş olunub. Nəsimi RM-nin ##.##.2*26-cı il tarixli qərardadı ilə qərara alınıb ki, ərizənin icraata qəbul edilməsindən imtina edilsin və ərizəçiyə ölüm faktının tanınmasını xahiş etdiyi şəxslərin vətəndaşları olduğu ölkənin məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Ərizəçi qərardaddan şikayət versə də, şikayət təmin edilməyib, qərardad dəyişdirilmədən saxlanılıb. 4.Bundan sonra ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizə ilə Nəsimi RM-nə müraciət edərək xahiş edib ki, ##.##.2*26-cı il tarixli qərardad göstərilən məsələyə münasibətdə izah edilsin: Ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinad olunmaqla “məhkəmə qaydasında baxılmalı deyil” əsası ilə qəbul edilməsindən imtina edilməsi, eyni zamanda işə Ukrayna məhkəməsində baxılmalı olması barədə tövsiyənin verilməsi arasındakı ziddiyyət hansı hüquqi məntiqlə əsaslandırılır? 5.Nəsimi RM-nin ##.##.2*26-cı il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilsin, izah edilsin ki, həmin qərardadda MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizənin icraata qəbulundan imtina edilməsi ərizənin ümumiyyətlə məhkəmə qaydasında baxılmasının mümkünsüzlüyünü deyil, konkret halda həmin məsələyə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq yurisdiksiya və səlahiyyətinin şamil edilməməsini ifadə edir. Bu səbəbdən ərizəçiyə ölüm faktının tanınmasını xahiş etdiyi şəxslərin vətəndaşları olduqları dövlətin səlahiyyətli məhkəməsinə müraciət etmək hüququnun izah olunması MPM-in 153.2.1ci maddəsinin tətbiqi ilə ziddiyyət təşkil etmir və qərardadın məzmununun dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. 6.Ərizəçinin vəkili və nümayəndəsi Vəkil bu qərardaddan şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin və qərardadın izah edilməsinə dair ərizə üzrə yeni qərardad qəbil edilsin. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Məhkəmənin mövqeyi 7.Şikayət qismən təmin edilməli, Nəsimi RM-nin ##.##.2*26-cı il tarixli qərardadı ləğv edilməli və qərardadın izah edilməsi barədə ərizə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 8.Məhkəmələr hüququn tətbiqində səhvə yol verə bilər. Ədalət mühakiməsinin mərhələli məhkəmə sistemi vasitəsilə həyata keçirilməsində məqsədlərdən biri hüququn tətbiqində aşağı instansiya məhkəməsinin yol verdiyi səhvin yuxarı instansiya məhkəməsində aradan qaldırılmasıdır. MPM-in 23*-cu maddəsində məhkəmə aktının izah edilməsi imkanı nəzərdə tutulub. Əgər izahı tələb olunan məsələ hüququn tətbiqində yol verilən səhvlə bağlıdırsa, məhkəmə aktı izah edilmir. Belə halda məhkəmə aktından şikayət verilməlidir. Əgər şikayətvermə imkanı tükənibsə, lakin hüququn tətbiqində yol verilən səhv aradan qaldırılmayıbsa, həmin səhvin aradan qaldırılması imkanı bitmiş sayılır. Hazırkı işdə izahı tələb olunan məsələ hüququn tətbiqi ilə bağlıdır. Ona görə də izah barədə ərizə təmin edilə bilməz. 9.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2*26-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil “qərardadın izah edilməsi barədə” ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar