Məhkəmə qərarları › İş №2(3-7)-944/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-944/2026

16.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-944/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxslər * saylı Gəncə regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi, xxxx PHŞ) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ərizəçi Ərizəçi həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardad işin faktiki hallarına, təqdim edilmiş sənədlərin məzmununa, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə qanunvericiliyin məqsədinə və Ali Məhkəmənin Plenum qərarında verilmiş hüquqi izahlara uyğun deyildir. Belə ki, məhkəməyə ərim X1 ##.##.2012-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizə üzrə maraqlı şəxslər kimi * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi və maraqlı şəxs1 göstərilmişdir. Məhkəmə iclasında ərizəni müdafiə etmiş və ərinin faktiki olaraq vəfat etməsinə baxmayaraq rəsmi sənədlərdə, o cümlədən aidiyyəti dövlət sistemlərində sağ kimi görünməsinin onun şəxsi və əmlak hüquqlarıma birbaşa təsir etdiyini bildirmişdir. Onun üçün bu faktın müəyyən edilməsi sadəcə formal məsələ deyil. Əri vəfat etdiyi halda bu günədək rəsmi sənədlərdə sağ kimi görünməsi ailə vəziyyətinin, soyad məsələsinin, ailə tərkibi barədə məlumatların, gələcəkdə vərəsəlik və digər hüquqlarımın rəsmiləşdirilməsinin qarşısını alır. İş materiallarından görünür ki, maraqlı şəxs maraqlı şəxs1n nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və ərizənin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Digər maraqlı şəxs, yəni * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi isə məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Bu hal xüsusi əhəmiyyət daşıyır. Çünki ölüm faktının müəyyən edilməsi ilə bağlı işdə aidiyyəti qurumlar ərizəyə etiraz etməmişlər. Əksinə, işin mahiyyəti üzrə baxılmasına mane olan real mübahisə, qarşı tərəfin hüququna toxunan hər hansı iddia və ya ölüm faktını inkar edən mövqe mövcud olmamışdır. Məhkəmə isə buna baxmayaraq ərizəni baxılmamış saxlamışdır. Qərardadda göstərilmişdir ki, guya o, məhkəməyə müraciət etməkdə hüquqi marağımı təsdiq edən sənədləri təqdim etməmişdir. Məhkəmə xüsusilə qeyd etmişdir ki, ər soyadından çıxıb öz soyadına qayıtmaqla bağlı qeydiyyat orqanına müraciət etməsi və həmin orqanın bundan imtina etməsi barədə sübut təqdim etməmişdir. Bundan əlavə, ərimin adına “Məhəmmədi” adlanan ərazidə torpaq sahəsi olduğunu bildirsə də, bunu təsdiq edən sübut təqdim etmədiyi göstərilmişdir. Hesab edir ki, məhkəmənin bu yanaşması düzgün deyil. Çünki o, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bu ərizənin predmeti soyadın dəyişdirilməsi faktı, vərəsəlik şəhadətnaməsinin verilməsi və ya torpaq sahəsi üzərində hüququn tanınması deyil. Onun məhkəməyə müraciətimin əsas hüquqi səbəbi odur ki, ərim faktiki olaraq vəfat etdiyi halda ölüm faktı rəsmi qaydada hüquqi nəticə doğuracaq formada rəsmiləşdirilə bilmir və bunun nəticəsində əri dövlət sənədlərində sağ kimi görünür. O, ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün xxxx publik hüquqi şəxsə, həmçinin ölümün dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına müraciət etmişdir və bu istiqamətdə imtina almışdır. Bu halda ondan əlavə olaraq soyadın dəyişdirilməsi barədə ayrıca imtina, vərəsəlik şəhadətnaməsinin verilməsi barədə notariusdan ayrıca imtina və ya başqa formal sənədlər tələb edilməsi ölüm faktının müəyyən edilməsi üzrə xüsusi icraatın mahiyyətinə uyğun deyil. Məhkəmə nəzərə almamışdır ki, şəxs rəsmi sistemlərdə diri kimi göründüyü halda onun barəsində notariat qaydasında vərəsəlik işi açılması və ya vərəsəlik şəhadətnaməsi verilməsi üçün müraciətin özü hüquqi baxımdan problemli və süni tələbdir. Əgər şəxs rəsmi qeydlərdə sağ görünürsə, o, hansı hüquqi əsasla notariusa “ölmüş şəxsə görə vərəsəlik şəhadətnaməsi ver” məzmunlu müraciət etməlidir? Əvvəlcə ölüm faktı hüquqi baxımdan rəsmiləşdirilməlidir ki, sonra vərəsəlik, soyad, ailə tərkibi və digər hüquqi nəticələr real şəkildə həll oluna bilsin. Eyni zamanda, məhkəmə mənəvi təsir məsələsinə də formal yanaşmışdır. Əri vəfat etdiyi halda onun illərlə rəsmi sənədlərdə sağ kimi görünməsi, ailə tərkibi barədə arayışda sağ şəxs kimi qalması onun üçün sadəcə texniki uyğunsuzluq deyil. Bu, onun ailə vəziyyətinə, şəxsi həyatının hüquqi müəyyənliyinə, mənəvi vəziyyətinə və hüquqlarından normal istifadə etmək imkanlarına birbaşa təsir edən haldır. Belə bir vəziyyətdə məhkəmənin əlavə olaraq “mənəvi təsiri sübut edən ayrıca sübut təqdim edilməlidir” məntiqi ilə yanaşması həyatın real vəziyyətindən uzaqdır və hüquqi formalizmdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, ərinin vəfat etməsini təsdiq edən əlavə faktiki sübutlar mövcuddur. O, qəbir yeri və qəbir daşı ilə bağlı materialları təqdim etmişdir. Bu sübutlar təkbaşına ölüm aktı qeydi yaratmasa da, ölüm faktının real mövcudluğunu təsdiqləyən mühüm faktiki məlumatlardır. Maraqlı şəxslər də həmin ölüm faktını mübahisələndirməmişlər. Ali Məhkəmənin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Plenum qərarında izah edilmişdir ki, hüquqi əhəmiyyəti olan fakt o zaman məhkəmə tərəfindən müəyyən edilir ki, həmin fakt şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olsun. Hazırkı işdə ərimin vəfat etməsi faktının müəyyən edilməsi mənim şəxsi və əmlak hüquqlarım üçün birbaşa hüquqi nəticə doğurur. Bu fakt müəyyən edilmədən o, ailə vəziyyətini, soyad məsələsini, ailə tərkibi barədə rəsmi məlumatları və gələcəkdə mümkün vərəsəlik hüquqlarını normal qaydada rəsmiləşdirə bilmir. Məhkəmə ölüm faktının müəyyən edilməsi üçün əsas şərtin ölüm haqqında tibbi şəhadətnamənin və ölüm aktı qeydinin məhkəmədənkənar qaydada əldə edilməsinin mümkün olmaması olduğunu nəzərə almaq əvəzinə, ərizənin predmetindən kənara çıxaraq ondan soyad dəyişdirilməsi və vərəsəliklə bağlı əlavə imtina sənədləri tələb etmişdir. Halbuki bu işdə əsas məsələ mənim soyadını dəyişdirib-dəyişdirməməsi və ya hazırda konkret vərəsəlik şəhadətnaməsi alması deyil, ərinin ölüm faktının rəsmi hüquqi nəticə doğuracaq şəkildə müəyyən edilməsidir. Məhkəmənin qərardadında göstərilən nəticə işin faktiki hallarına uyğun deyil. O, ölüm faktının müəyyən edilməsi üçün hüquqi marağını göstərmişdir. Əri faktiki olaraq vəfat etmiş, lakin rəsmi sənədlərdə sağ kimi görünmüşdür. O, aidiyyəti qurumlara müraciət etmiş, ölüm haqqında sənədin əldə edilməsi mümkün olmamışdır. Maraqlı şəxslər ərizəyə etiraz etməmişlər. Bu halda ərizənin baxılmamış saxlanılması mənim məhkəməyə müraciət və məhkəmə müdafiəsi hüququmu əsassız şəkildə məhdudlaşdırmışdır. Bundan əlavə, maddi imkanı aşağı olmasına baxmayaraq, o, hüquqlarını qorumaq üçün məcburiyyət qarşısında dövlət rüsumu ödəyərək bu qərardaddan şikayət verməli olur. Halbuki məhkəmə işin mahiyyətinə baxmalı, təqdim edilmiş sənədlərə və maraqlı şəxslərin mövqeyinə qiymət verməli, ölüm faktının müəyyən edilib-edilməməsi barədə hüquqi nəticəyə gəlməli idi. Ərizənin formal əsaslarla baxılmamış saxlanılması işin real həllini gecikdirir və hüquqlarının həyata keçirilməsini süründürür. Odur ki, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmamış, hüquqi marağın mövcudluğunu düzgün qiymətləndirməmiş, ölüm faktının müəyyən edilməsi üzrə xüsusi icraatın məqsədini əsassız şəkildə soyad dəyişdirilməsi və vərəsəlik üzrə ayrıca imtina sənədlərinin təqdim edilməsi ilə qarışdırmışdır. Bu səbəbdən Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və ərizəyə mahiyyəti üzrə baxılması təmin edilməlidir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı və onunla bağlı Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərardadı ləğv edilməli və ərizəçi Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair iş üzrə ərizəsi icraata qəbul edilməklə, sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. İşə baxan məhkəmə belə qənaətə gəlmişdir ki, məhkəmənin ilk iclasında ərizəçidən ərizə ilə məhkəməyə müraciət etməsindəki hüquqi marağının nə olması soruşulmuş və bunu təsdiq edən müvafiq sənədi növbəti iclasda məhkəməyə təqdim etmək təklif edilmişdir. Keçən müddət ərzində ərizəçi məhkəməyə ərizə ünvanlayıb hazırki iclasda da ərizəyə uyğun izahat verərək əri öldüyü halda hər yerdə sağ göründüyündən bu səbəbdən ər soyadından çıxıb öz soyadına qayıda bilməməsini qeyd etmişdir. Lakin bununla bağlı müvafiq qeydiyyat orqanına müraciət etməsi və həmin orqanın bundan imtina etməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, digər bir hüquqi maraq kimi ərinin adına “Məhəmmədi” adlanan ərazidə torpaq sahəsi olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Beləliklə, ərizəçi məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində ərizəsində qeyd etmədiyi həmin nöqsanı aradan qaldırmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi Mülki Prosessual qanunvericiliyin 310cu maddəsinin tələblərinə uyğun olmuş, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsinin səbəbi göstərilmiş və ərizəçi dəlillərini təsdiq edən ilkin sübutları ərizəsinə əlavə etmişdir. Belə ki, iş materiallarının 5-ci vərəqində olan maraqlı şəxs1 publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli, **-*-**/*-N-***-**-**/**** saylı məktubundan görünür ki, ərizəçi Ərizəçi maraqlı şəxs1 publik hüquqi şəxsinə müraciət edərək, ##.##.2026-cı il tarixdə ##.##.1957-ci il təvəllüdlü X1 ##.##.2012-ci il tarixdə vəfat etməsi ilə bağlı ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin sonuncu tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. İş materiallarının 11-ci vərəqində olan Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin ##.##.2026cı il tarixli, *-**-*/*-****-**/**** saylı ərizəçi Ərizəçi cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və mərhum X1 barədə ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Şəmkir rayonu Çənlibel Bələdiyyəsinin ##.##.2026-cı il tarixli, ** saylı arayışından görünür ki, mərhum X1 2012-ci ildə Şəmkir rayonu Çənlibel kənd qəbirstanlığında dəfn olunmuşdur. Qəbirdaşının təsviri olan iki ədəd fotoşəkil iş materiallarına əlavə edilmişdir (iş materialları səhifə 14-15) Şikayətin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, ölüm faktının müəyyən edilməsi üçün hazırki iş üzrə əsas şərt ölüm haqqında tibbi şəhadətnamənin və ölüm aktı qeydinin məhkəmədənkənar qaydada əldə edilməsinin mümkün olmaması olmuşdur. Soyadın dəyişdirilməsi və ya vərəsəliklə bağlı əlavə imtina sənədlərinin olub-olmaması ərizənin predmetindən kənara çıxmaq kimi qiymətləndirilir. Halbuki bu işdə məsələ ərizəçinin soyadını dəyişdirib-dəyişdirməməsi və ya hazırda konkret vərəsəlik şəhadətnaməsi alması deyil, ərinin ölüm faktının rəsmi hüquqi nəticə doğuracaq şəkildə müəyyən edilməsidir. Məhkəmənin qərardadında göstərilən nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi ölüm faktının müəyyən edilməsi üçün hüquqi marağını göstərmişdir. Əri faktiki olaraq vəfat etmiş, lakin rəsmi sənədlərdə sağ kimi görünmüşdür. O, aidiyyəti qurumlara müraciət etmiş, ölüm haqqında sənədin əldə edilməsi mümkün olmamışdır. Bu halda ərizənin baxılmamış saxlanılması ərizəçinin məhkəməyə müraciət və məhkəmə müdafiəsi hüququnu əsassız şəkildə məhdudlaşdırmışdır. Halbuki məhkəmə işin mahiyyətinə baxmalı, təqdim edilmiş sənədlərə və tərəflərin mövqeyinə qiymət verməli, ölüm faktının müəyyən edilib-edilməməsi barədə hüquqi nəticəyə gəlməli idi. Ərizədə hüquqi marağın mövcudluğunu düzgün qiymətləndirməmiş, ölüm faktının müəyyən edilməsi üzrə xüsusi icraatın məqsədini düzgün müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə ,bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin qeyd olunmalıdır ki, məhkəməyə müraciət etmək hüququ hər bir kəsin konstitusion hüququ olsa da, şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ...307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının.,

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə, qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilsə də, tətbiq edilməli qanun düzgün tətbiq edilməmişdir. Odur ki, məhkəmənin qeyd olunan əsaslarla ərizəni baxılmamış saxlaması əsassız olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli qərarının 1.7-ci bəndində göstərilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Qərarın 13-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 398.0.2-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPMin 4.1, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı və onunla bağlı Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair iş üzrə ərizəsi icraata qəbul edilməklə, sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar