Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1579/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi ərizəçi1 maraqlı şəxslər Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı) qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, ölüm faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. X6 və ərizəçi1 1984-cü ildə nikaha daxil olmuş, nikahlarından ## ##### 1985-ci il təvəllüdlü X7 doğulmuşdur.
2. ərizəçi1 Özbəkistan Respublikasından məcburi qaçqın olmuşdur.
3. Xocalı Rayon Icra Hakimiyyəti Başçısının ## #### 2003-cü il tarixli, *** nömrəli məktubuna əsasən ərizəçi1 həqiqətən də 1991-1992-ci illərdə Xocalı şəhərində yaşamış və 1992-ci ildə Xocalı şəhərindən köçkün düşmüşdür.
4. Xocalı Rayon Icra Hakimiyyəti Başçısının Xocalı şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ######## 2005-ci il tarixli, *** nömrəli arayışa əsasən ərizəçi1 1991- 1992-ci illərdə oğlu X7 birlikdə Xocalı şəhərində yaşamış, 1991-ci il tarixdə X7 erməni işğalçıları tərəfindən Xocalı şəhərinə atılmış qrad raketi nəticəsində vəfat etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi ərizəçi1 maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, oğlu - ## ##### 1985-ci il təvəllüdlü X7 1991-ci ilin fevral ayında ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi1 milliyyətcə Məhsəti türküdür, ## ### 1963-cü il tarixdə Özbəkistan Respublikasının Səmərqənd vilayətinin Akdərə rayonunda anadan olmuş, 1984-cü ildə X6 ailə qurduqdan sonra Fərqanə şəhərinə köçmüş, birgə nikahdan ## ##### 1985-ci il tarixdə X7 doğulmuşdur. 1989-cu ildə Fərqanə şəhərində baş vermiş məlum hadisələr zamanı ekstremistlər onun ərini, qayınatasını, qayınanasını və baldızını öldürmüş, evlərini isə yandırmışlar. Həmin vaxt o, oğlu XXXlə Fərqanədən qaçmağa müvəffəq olmuş, Azərbaycan Respublikasına gəlib Şuşa şəhərində məskunlaşmışdır. Şuşa şəhərində 2 ay yaşadıqdan sonra ərizəçi və oğlu XXXi Xocalı şəhərində Məhsəti türkləri üçün tikilmiş şəhərciyə köçürmüşlər. 1991-ci ilin fevral ayında erməni işğalçılarının Xocalı şəhərinə mütəmadi olaraq atdıqları qrad raketinin mərmilərindən biri onun yaşadığı evə düşmüş və nəticədə oğlu XXX həlak olmuşdur. 1992-ci ildə baş vermiş Xocalı soyqırımı zamanı isə ikinci dəfə qaçqın həyatı yaşayıb, Bakı şəhərinə köçmüşdür. Bakı şəhərində uzun müddət evsizeşiksiz olduğundan oğlu XXXin ölüm faktını qeyd etdirə bilməmişdir. Ölüm şəhadətnaməsini almaq üçün o, qeydiyyat orqanına müraciət etsə də, həkim arayışı olmadığından şəhadətnamənin verilməsindən imtina edilmişdir. Mərhum oğlu XXXin ölümünə dair hüquqi faktın müəyyən edilməsi ona, dövlət tərəfindən verilən müavinətləri almaqdan ötrü lazımdır.
7. Məhkəmə iclasında şahid qismində ifadə vermiş milliyyətcə Məhsəti türkü olan X4 göstərmişdir ki, o da ərizəçi ərizəçi1 kimi 1989-cu ildə Özbəkistan Respublikasından qaçqın düşmüş və Xocalı şəhərində məskunlaşmışdır. Xocalı şəhərində ərizəçi ilə qonşu kimi yaşamışdır. 1991-ci ilin fevral ayında erməni işğalçılarının atdığı qrad raketi mərmisinin ərizəçinin evinə düşməsinin və nəticədə oğlu XXXin ölməsinin şahidi olmuşdur.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 da X4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2005-ci il tarixli, *-****/**** nömrəli qətnaməsi ilə (hakim R.Əliyev) ərizə təmin edilərək, ## ##### 1985-ci ildə anadan olmuş X7 1991-ci ilin fevral ayında vəfat etməsinə dair hüquqi faktın müəyyən edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ## ##### 1985ci il təvəllüdlü X7 1991-ci ilin fevral ayında vəfat etməsi şübhə doğurmadığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən onun müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsinə dair hüquqi fakt müəyyən edilə bilər.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsasında X5 şəhər Icra Nümayəndəliyinin ## ###### 2005-ci il tarixli, **** nömrəli arayışı ilə şəhid statusu verilmiş, ərizəçi1 isə ## ###### 2007-ci il tarixdən şəhid ailəsi üzvü kimi Prezident təqaüdü təyin edilmişdir. Həmin qətnamə əsasında Xocalı şəhər Icra Hakimiyyətinin təqdim etdiyi ## ###### 2005-ci il tarixli arayışında XXX şəhid deyil, həlak olmuş hesab edilmiş, “həlak” sözü qaralanaraq “şəhid” sözü ilə əvəz edilmişdir. Qətnamə çıxarılarkən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, ərizəçi sonradan 2024-cü ildə əri XXXin və qızı XXX anın ölüm faktının müəyyən olunması barədə ərizələrlə məhkəməyə müraciət etmiş, həmin işlərə baxılarkən istər ərizəçi, istərsə də şahidlər XXX in 1991-ci ildə deyil, 1992-ci ildə Xocalı hadisələri zamanı həlak olduğunu bildirmişlər. Bu ziddiyyətlərin olması qətnamənin əsaslılığını şübhə altına alır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim F.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Rüstəmli və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin “ərizəçi sonradan 2024-cü ildə əri XXXin və qızı XXX anın ölüm faktının müəyyən olunması barədə ərizələrlə məhkəməyə müraciət etmiş, həmin işlərə baxılarkən istər ərizəçi, istərsə də şahidlər XXX in 1991-ci ildə deyil, 1992-ci ildə Xocalı hadisələri zamanı həlak olduğunu bildirmişlər, bu ziddiyyətlərin olması qətnamənin əsaslılığını şübhə altına alır” dəlilinə münasibətdə qeyd etmişdir ki, 2005-ci ildə hüquqi faktın müəyyən olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin işdə iştirak edən şəxslərin 2024-cü ildə verdikləri izahat və ifadələrdə ziddiyyətlərin olması əsası ilə ləğv edilməsi mümkün deyildir.
16. Digər tərəfdən, qətnamənin Dövlət Sosial Müdafiə X1 Şəxsinin maraqlarına toxunması baxımından məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin məzmununu məhz mərhuma şəhid statusunun verilməli olmaması təşkil edir və bu cür əsaslandırma aparılır ki, Xocalı şəhər Icra Hakimiyyətinin təqdim etdiyi ## ###### 2005-ci il tarixli arayışında XXX şəhid deyil, həlak olmuş hesab edilmiş, “həlak” sözü qaralanaraq “şəhid” sözü ilə əvəz edilmişdir. Hazırkı qətnamə ilə gəlinən nəticə isə XXX in şəhid olması ilə bağlı deyil, sonuncunun vəfat etməsi ilə bağlıdır. Hətta qətnamənin nəticə hissəsində də onun hansı şəraitdə vəfat etməsi məsələsinə toxunulmur. Belə olduğu təqdirdə Dövlət Sosial Müdafiə X1 Şəxsi ərizəçiyə şəhid ailəsi və mərhuma şəhid statuslarının qanunsuz verilməsini iddia edirsə, bu halları inzibati qaydada mübahisələndirə bilər.
17. Azərbaycan Respublikası Baş Prokurorluğunun ## ###### 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Baş Prokurorluğun Istintaq Idarəsi tərəfindən ibtidai istintaqı tamamlanmaqla baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə müəyyən edilmişdir ki, Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyi, o cümlədən silahlı qüvvələri və digər silahlı birləşmələri, habelə onların bilavasitə maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, ciddi nəzarəti, mərkəzi qaydada idarəçiliyi, verdiyi tapşırıq, göstəriş və təlimatları əsasında Azərbaycan Respublikasının ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə qanunsuz fəaliyyət göstərən cinayətkar təşkilatın və onun struktur qurumu olan müxtəlif növ odlu silah, döyüş sursatı, hərbi texnika və digər silahlarla təchiz edilmiş silahlı birləşmələrin rəhbərləri və iştirakçıları tərəfindən Xocalı soyqırımı törədilərkən X7 həmin silahlı dəstələrin üzvləri tərəfindən qəsdən öldürülmüşdür. XXX in yaxın qohumu ərizəçi1 müəyyən edilərək, zərərçəkmiş şəxs qismində dindirilmişdir.
18. Məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, hazırkı situasiyada mübahisələndirilən qətnamənin ləğvi Baş Prokurorluğun məktubunda qeyd olunan cinayət işi üzrə Azərbaycan Respublikasının ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə qanunsuz fəaliyyət göstərən cinayətkar təşkilatın rəhbərlərinə, iştirakçılarına qarşı irəli sürülmüş ittihamların, barələrində çıxarılmış hökmlərin də şübhə altına alınması ilə nəticələnir.
19. Apellyasiya kollegiyası mövqeyini Mülki Prosessual Məcəllənin 305, 307, 308, 311ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
20. Maraqlı şəxs kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 9, 14, 77, 82, 88, 89, 175, 217, 220, 308, 310-cu maddələrinin və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarının tələbləri pozulmuşdur.
22. Belə ki, ərizəçi təsdiq olunan faktın onun hansı hüququnun əmələ gəlməsində lazımlı olduğunu əsaslandıra bilməmişdir. Iş üzrə qətnamə qəbul etmiş birinci instansiya məhkəməsi faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdıra bilməmiş, faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməmiş, hazırlıq mərhələsində işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etmədən yekun qərar qəbul etmişdir. Bu halın apellyasiya şikayətində qeyd olunmasına baxmayaraq, məhkəmə qəbul etdiyi qətnamədə bu dəlilə münasibət bildirməmişdir. Hazırkı iş üzrə aydın olmuşdur ki, ölüm faktı müəyyən edilmiş şəxsin əvvəllər yaşaması barədə heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Iş üzrə ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməmişdir. Iş üzrə təqdim edilmiş sübutlar qətnamənin ləğv edilməsi üçün kifayət qədər əsaslı olsa da, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla yanlışlığa yol vermişdir. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, apellyasiya şikayətinin dəlillərini və iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə qətnaməsində 3 sübuta əsaslanmışdır: şahid ifadələri, sakinlərin tərtib etdiyi akt və Xocalı şəhər Icra nümayəndəsinin təqdim etdiyi arayış. Məhkəmə akt və arayışın hansı sənədlər əsasında tərtib olunması məsələsini araşdırmamış, şahid ifadələri arasındakı ziddiyyətlərə hüquqi qiymət verməmişdir. Belə ki, Xocalı şəhər Icra Hakimiyyətinin sözügedən qətnamə əsasında təqdim etdiyi ## ###### 2005-ci il tarixli *** nömrəli arayışında XXX şəhid deyil, həlak olmuş hesab edilmiş, “həlak” sözü qaralanaraq “şəhid” sözü ilə əvəz edilmişdir. Həmçinin, sözügedən iş üzrə verilən şahid izahatlarında və ərizəçinin izahatlarında ziddiyyətlər mövcuddur. Bu isə, iş üzrə qəbul edilmiş yekun qətnamənin əsaslılığını birbaşa şübhə altına alır. Xətai Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** nömrəli iş üzrə ərizəçi verdiyi izahatda ## ###### 1992-ci il tarixdə Xocalı hadisəsi zamanı oğlu XXXin və qızının həlak olduğunu qeyd etmişdir. Lakin, hazırkı iş üzrə oğlunun 1991-ci ilin fevralında öldürüldüyünü bildirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsində qeyd edilən məlumatlara əsasən ərizəçi 1989-cu ildə ekstremistlər tərəfindən Özbəkistandan qovulduqdan sonra onun əri XXX və 1985-ci il təvəllüdlü oğlu XXX ilə Xocalı şəhərinə gəlmiş və orada yaşamışdır. Buna baxmayaraq, eyni məhkəmə qətnaməsində ərizəçinin Azərbaycanda 1988-ci ildə XXX a adlı (## ######## 1988-ci il təvəllüdlü) qız övladının dünyaya gəldiyi bildirilmişdir. Bu qətnamədə ərizəçi ## ###### 1992ci il tarixdə Xocalı hadisəsi zamanı oğlu XXXin və qızının həlak olduğunu qeyd etmişdir. Üstəlik şahid ifadələrində də XXX in 1992-ci ildə Xocalı faciəsində həlak olduğu qeyd edilmişdir. Xətai Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli nikahın etibarsız sayılması barədə qətnaməsində qeyd edilənlərə əsasən ərizəçi eyni qaydada, ## ###### 1992ci il tarixdə Xocalı hadisəsi zamanı oğlu XXXin və qızının həlak olduğunu qeyd etmişdir. Xətai Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə ərizəçinin Xətai Rayon Məhkəməsinin *-****/**** nömrəli qətnaməsinə izah barədə verdiyi ərizə təmin edilməmişdir. Həmin iş üzrə də ərizəçi yazdığı ərizədə oğlu XXX in 1991-ci ilin fevral ayında Xocalıda öldürüldüyünü qeyd etmişdir. Sözügedən halların qarşılıqlı əlaqəsindən bir daha aydın olmuşdur ki, ərizəçinin Xətai Rayon Məhkəməsinin icraatında olmuş *-****/**** nömrəli iş üzrə verdiyi izahatla sonrakı məhkəmə işlərində verdiyi izahatlar arasında kəskin fərqlər mövcuddur. Belə ki, ərizəçi1 *-****/**** nömrəli iş üzrə verdiyi izahatlarda oğlunun 1991-ci ilin fevralında həlak olduğunu qeyd etmiş, lakin sonrakı məhkəmə işlərində izahatını dəyişmiş, onun ## ###### 1992-ci il tarixdə həlak olduğunu bildirmişdir. Nəzərə alınsa ki, 1-ci Qarabağ Müharibəsi zamanı Xocalı şəhəri 1991-ci ilin oktyabrından blokadaya düşmüşdür, ərizəçinin oğlunun 1991-ci ilin fevral ayında atılan qrad atəşi zamanı həlak olması halı şübhə doğurur. Həmin iş üzrə verilən şahid ifadələrində belə ziddiyyətlər mövcuddur. Belə ki, *-****/**** nömrəli iş üzrə şahid X4 izahatında ərizəçinin 1989-cu ildə Özbəkistandan gələrək Xocalıda məskunlaşdığını qeyd etsə də, *(***)-****/**** nömrəli iş üzrə verilən şahid izahatlarında ərizəçinin Xocalıya 1988-ci il tarixdə gəldiyi qeyd edilmişdir. Aydın olmuşdur ki, Xətai Rayon Məhkəməsinin ## ####### 2005-ci il tarixli, *-****/**** nömrəli qətnaməsi iş üzrə hərtərəfli araşdırma aparılmadan qəbul edilmişdir. Ərizəçinin iddia etdiyi kimi, X3 hadisələri zamanı vəfat etmiş olsaydı belə, onun şəhid ailələrinə verilən güzəşt və imtiyazlardan xəbərdar olduğu halda, 10 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etməsi halı belə sual yaradır.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Ərizəçi kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Etiraz onunla əsaslandırılmışdır ki, ## ###### 2007-ci il tarixdən ərizəçiyə şəhid ailəsi üzvü kimi Prezident təqaüdü təyin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *- ****/**** nömrəli, ## ####### 2005-ci il tarixli qətnaməsi 20 ildən çoxdur ki, qanuni qüvvəsini alaraq icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. 20 ildir ki, Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *-****/**** nömrəli, ## ####### 2005-ci il tarixli qətnaməsindən xəbərdardır və sözügedən məhkəmə qətnaməsini icra edir. Lakin buna baxmayaraq, sözügedən Filial 20 ildən sonra həmin qətnaməni məhkəmə qaydasında mübahisələndirir. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Maraqlı şəxs apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara səlahiyyətləri çərçivəsində hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir (bax bənd 15-19). Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
31. Kassasiya şikayətinin dəlilləri işin həqiqi hallarının araşdırılmaması, sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ######## 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.