Məhkəmə qərarları › İş №2(3-9)-687/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-687/2026

18.06.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-687/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Ərizəçi Ərizəçi ölüm və atalığın etiraf edilməsi faktının müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, 1914-cü il təvəllüdlü Masallı rayonu, Təzə Alvadı kənd sakini mərhum X1 atası olmasını etiraf etmiş olması faktının və onun ##.##.2007-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə (hakim Zeynal Zeynalov) ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan ərizəçi Ərizəçi Masallı Rayоn Məhkəməsinin ##.##.2026-cı il tariхli *(*-***)-****/**** saylı qərardadının ləğv edilməsi və işin məhkəmə iclasında baхılmağa (məhkəmə baхışına) təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı işdə ərizəçi həm şəxsin onun atası olmasını etiraf etmiş olması, həm də həmin şəxsin vəfat etməsi faktlarının müəyyən edilməsini xahiş edir. Hər iki tələbdə eyni şəxsdən bəhs edilməklə maraqlı şəxs də eyni hüquqi şəxsdir. Atalıq müəyyən edilmədən ərizəçi ilə mərhum arasında hüquqi əlaqə yaranmadığından o, mərhumun ölümünü ayrıca verə bilmir. Həmçinin mərhumun ölüm akt qeydi də olmadığından atalıq məsələsini ayrıca vermək olmur. Bu isə tələblər arasında əlaqənin olmasını və hər iki tələbə bir icraatda baxıldıqda işə daha tez, səmərəli araşdırma aparılmasını, hakimin isə ərizəsinin qaytarılmasına dair qərardadının qanunsuz və əsassız оlmasını göstərir. Ərizəçi özü ailədə tək uşaq olmuşdur. Həmçinin ərizəçinin atası da tək uşaq olmuş, valideynləri daha öncə vəfat etmişdir. Belə vəziyyətdə ərizəçinin atasının ölməsi faktını irəli sürmək üçün başqa bir yaxın qohumu da yoxdur. MPM-nın 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərardadının qüvvədə saxlanılması və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 150.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149 cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, atalığın etiraf edilməsi faktının müəyyən edilməsi üçün ərizəçinin valdeynlərinin biri vəfat etmiş olmalıdı. Hazırda isə belə bir sənədin mövcüd olmaması hazırkı tələblərə bir icraatda baxılması mümkün deyil. Belə ki, ilk olaraq ərizəçinin atasının ölüm faktı müəyyən edilməli, sonra isə atalığının etiraf edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ərizəçinin tələblərin eyni şəxslə bağlı olması səbəbindən onların bir icraatda baxılmasının mümkünlüyü barədə dəlili əsassızdır. Belə ki, tələblərin eyni şəxsə aid olması onların prosessual baxımdan əlaqəli hesab edilməsi üçün kifayət deyil. Bundan başqa ərizəçi prosessual qənaət prinsipinə istinad etsə də, bu prinsip prosessual qaydaların pozulması hesabına tətbiq edilə bilməz. Ərizəçinin “atalıq müəyyən edilmədən ölüm faktını ayrıca tələb edə bilməməsi” barədə dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, atalığın etiraf edilməsi faktının müəyyən edilməsi üçün isə həmin şəxsin ölməsi faktının əvvəlcədən sübuta yetirilməsi zəruridir. Bu isə ərizəçinin irəli sürdüyü kimi tələblərin paralel deyil, ardıcıl qaydada həll edilməli olduğunu göstərir. Məhkəmə tərkibi şikayətdə göstərilən, mərhumun ölüm faktının müəyyən edilməsi üçün ərizəçidən başqa yaxın qohumun olmaması ilə bağlı dəlilə münasibətdə qeyd edir ki, doğrudan da praktikada belə tələblərlə adətən mərhumun yaxın qohumları müraciət edirlər. Lakin bu hal ərizəçinin irəli sürdüyü tələblərin prosessual qaydalar pozulmaqla bir icraatda birləşdirilməsinə əsas vermir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-145)-1058/2026 tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-145)-1058/2026 tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar