Məhkəmə qərarları › İş №2(001)-1009/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1009/2023

22.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1009/2023 22.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə, X2 27 avqust 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 22 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 11 aprel 1966-cı il tarixdə doğulmuş qardaşı X2 27 avqust 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, qardaşı X3 27 avqust 2022-ci il tarixdə yaşadıqları evdə vəfat etmişdir. Qardaşı uzun müddət idi ki, qara ciyərin serrozu xəstəliyindən əziyyət çəkirdi. Hüquqi savadı olmadığından o, həmin vaxt qardaşının ölüm haqqında şəhadətnaməsini almamışdır. Lakin, hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün həmin şəhadətnamənin alınması zərurəti yaranmışdır. O, bununla bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Həmçinin, o, ölüm haqqında tibbi şəhadətnamə alınması üçün də aidiyyəti orqana müraciət etmiş, lakin oradan da imtina məzmunlu cavab almışdır. Mərhum qardaşı Binəqədi qəsəbəsi kənd qəbirstanlığında dəfn edilmişdir. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ərizəçinin, həmçinin mərhumun qardaşı olduğunu bildirərək izahatında göstərdi ki, qardaşı 27 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı evdə vəfat etmişdir. Mərhum vəfat etdikdən sonra Binəqədi qəsəbəsindəki kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi X2 bacısıdır. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 05 dekabr 2022-ci il tarixli, 02/M-1376 nömrəli arayışından görünür ki, X3 həqiqətən də 27 avqust 2022-ci il tarixdə Binəqədi qəsəbəsinin “Kənd” qəbirstanlığında dəfn olunmuşdur. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 28 sentyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Qardaşınızın adına ölüm haqqınd atibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. - Bakı Baş Səhiyyə X8 Şəxs “35 nömrəli şəhər poliklinikası”nın 08 dekabr 2022-ci il tarixli məktbunda göstərilmişdir ki, 11 aprel 1966-cı il təvəllüdlü X2 35 nömrəli Şəhər Poliklinikasna müraciəti olmamış və bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X3 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi qardaşı X2 27 avqust 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 11 aprel 1966-cı il tarixdə doğulmuş X2 27 avqust 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar