Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1019/2022 07.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, X2 25 avqust 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 07 fevral 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X2 25 avqust 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 17 sentyabr 1939-cu il təvəllüdlü mərhum atası X5 25 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili və X3 Stansiyasına məlumat verilmiş və 25 avqust 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Həmin sənəddən başqa ölümü təsdiq edən digər sənəd alınmamışdır. Bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bununla əlaqədar o, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Xocəsən Sağlamlıq Mərkəzinə və Qeydiyyat Şöbəsinə yazılı ərizə ilə müraciət etmiş, lakin, poliklinika arayış, qeydiyyat şöbəsi isə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş, bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ərizəçinin xalasıoğlu olduğunu bildirərək izahatında göstərdi ki, ərizəçinin atası 25 avqust 2021-ci il tarixdə elə ərizəçinin evində vəfat etmişdir. Ölüm səbəbi yəqin ki, yaşının çox olmasıdır. Mərhum vəfat etdikdən sonra Müşfiqabad qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 mərhum X2 onun babası olduğunu bildirərək izahatında sonuncunun 25 avqust 2021-ci il tarixdə vəfat etməsini, Müşfiqabad qəsəbə qəbirstanlığında dəfn olunduğunu təsdiqlədi. Mülki iş materiallarında olan: - X6, Ərizəçi və X1 tərəfindən tərtib olunmuş, Laçın rayon İcra Hakimiyyəti Başçısının Cağazur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 29 oktyabr 2021-ci il tarixli aktda göstərilmişdir ki, 17 sentyabr 1939-cu il təvəllüdlü mərhum X5 25 avqust 2021-ci il tarixdə qocalıqla əlaqədar olaraq öz oğlunun evində vəfat etmişdir. - X3 Stansiyası tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, X5 həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən fərdi yaşayış evində vəfat etmişdir. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsindən Ərizəçi ünvanlandırılmış 01 dekabr 2021-ci il tarixli məktubda göstərilmişdir ki, X2 ölümünün qeydə alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olmadığından mümkün deyildir. Qanunvericiliyə əsasən, ölüm haqqında tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi – yəni ölüm haqqında tibbi şəhadətnamə AZS-106 nömrəli forma olmadıqda, ölüm məhkəmə tərəfindən müəyyən edilir. - Qaradağ rayonu Müşfiqabad Bələdiyyəsi tərəfindən verilmiş 08 dekabr 2021ci il tarixli arayışda göstərilmişdir ki, Ərizəçi atası X5 25 avqust 2021-ci il tarixdə vəfat etmişdir və Müşfiqabad qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin nümayəndəsinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X5 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi atası X2 25 avqust 2021-ci il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 17 sentyabr 1939-cu il tarixdə doğulmuş X2 25 avqust 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1019/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1019/2022
07.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver