Məhkəmə qərarları › İş №2(001)-1019/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1019/2023

04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1019/2023 04.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi Ərizəçi Xanımirzə qızının iştirakı ilə, Ərizəçi Xanımirzə qızı maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Xanımirzə qızı maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il təvəllüdlü mərhum həyat yoldaşı X3 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, ərizəçinin həyat yoldaşı X6 uzun müddət xəstəlikdən əziyyət çəkdiyi üçün xx.xx.2022-ci il tarixdə vəfat etmiş, həmin vaxt evə təcili tibbi yardım çağırılmışdır. Bu barədə Bakı şəhəri Təcili və X5 stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ölümün qeydə alınması ilə bağlı şəhər poliklinikasına və qeydiyyat şöbəsinə yazılı ərizə ilə müraciət etsə də, ərizəyə müsbət cavabdeh verilməmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnaməyə əsasən, xx.xx.1955-ci il tarixdə doğulmuş X6 və xx.xx.1963-cü il tarixdə doğulmuş X2 xx.xx.2010-cu ildə nikahları bağlanmış, ərə Mirzəyev və arvada Mirzəyeva soyadı verilmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi Xanımirzə qızına verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilə bilməməsi qeyd edilmişdir. - Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 15 nömrəli Poliklinikanın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 1955-ci il təvəllüdlü X3 adına 15 saylı şəhər poliklinikasında ambulator kartı mövcuddur. xx.xx.2017-ci il tarixdə həkim-oftalmoloqun qəbulundan “viruslu koyuktivit” Diaqnozu ilə, xx.xx.2017 və xx.xx.2018-ci il tarixlərdə Bilgəh sanatoriyasına sanator-kurort arayış verilib, xx.xx.2019-cu il tarixdə “döş qəfəsinin sağ yarısının əzilməsi, onurğanın yayılmış osteoxondrozu diaqnozu ilə, xx.xx.2020-ci il tarixdə “ikitərəfli bronxit” diaqnozu ilə, sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə 10 saylı poliklinikanın ftiziatoru tərəfindən “iki tərəfli infiltirativ vərəm” diaqnozu qoyulub və müalicə alıb. Qeyd edilən xəstəliklər ölümə səbəb deyil. xx.xx.2020-ci il tarixdən 15 saylı Şəhər Poliklinikasına müraciət etməyib. Qeyd edilən səbəblərə görə ölüm haqqında şəhadətnamə təqdim etmək mümkün olmamışdır. - Göyçay rayonu Göyçay Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən, mərhum X6 xx.xx.2022-ci il tarixində Göyçay şəhər qəbiristanlığında dəfn olunub. - Bakı şəhər Təcili və X5 Stansiyası 16 saylı bölmə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 11:45-də X6 adına təcili tibbi yardım çağırışı olmuş, xəstəyə həkimə qədər ölüm diaqnozu qoyularaq, müvafiq ilkin tibbi yardim göstərilmişdir. - Bakı şəhəri Binəqədi RPŞ tərəfindən verilən şəxsiyyət vəsiqəsinin surətinə əsasən, mərhum X6 xx.xx.1955-ci il tarixdə Azərbaycan Respublikası, Göyçay şəhərində anadan olmuşdur. Məhkəmənin iclasında iştirak edən şahid X4 izahat verərək, X3 xx.xx.2022-ci il tarixdə vəfat etdiyini təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndini, MPM-nin 307.1, 307.2.8 və 308-ci maddələrini nəzərə alaraq qeyd edir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi R.Mirzəyevin ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin R.Mirzəyevin ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi X3 ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X3 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi R.Mirzəyevin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il tarixdə Göyçay şəhərində anadan olmuş X3 xx.xx.2022-ci il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar